İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 1826
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Elvin1986
  • Jafidlop
  • ElvinAliyev1986
  • ZauriceGar
  • Zartysot
  • Gunahsiz1gun
  • Ceyhun630
  • kami
  • artpak2012
  • zeyneb_a_va
  • Main » Files » Etiqat » Axirət aləminə səyahət

    Kitabın adı: Axirət aləminə səyahət
    2011-08-28, 8:48 AM
    OXUCULARLA SÖHBƏT
    Texnika əsrində, maşınlaşmış həyatın keşməkeşlərində insanın canından qəflət və mürgünü çıxarmağa yönəlmiş xatırlatmaların zəruriliyi tamamilə aydındır. İnsanların öz maddi həyatlarını qurmağa çalışdıqları, adətən öz vücudlarının mənəvi yanğısını düşünmədikləri bir dövranda (əslində çoxları bu yanğını dərk etmirlər) bir adam tapılsa ki, başqa birinin dərdini ona səmimi şəkildə bildirib dərmanını da bəyan etsin, həmin özündən xəbərsiz xəstə o adama sığınar, öz itkisini o adamda axtarar, onun himayəsində azca da olsa, sakitləşər və öz ruhunu, canını çirkinliklərdən təmizləyər.
    Mərhum Nəcəfi Quçani Ağa öz xəstəsini tanıyan, onun dərdini anlayan həkim kimi əlinə qələm götürmüş, könül titrədən, göz yaşları axıdan bir nüsxə (resept) yazmışdır. Amma bu ağrı və kədərin arxasında bir dünya mehribanlıq və xeyirxah uzaqgörənlik gizlənmişdir.
    Bu kitabdakı hekayət bir insan haqqındadır ki, maddi və mənəvi dərd-ələmli torpaq dünyasına "get” deyib başqa bir dünyaya pərvazlanıb. Bu şəxsin başqa ölülərdən fərqi onun danışan dilidir. Bu dil ölümdən sonra açılmış və bizim də gözlərimizə ölümdən sonrakı aləmlərdən bacalar açmışdır.
    Yazıçı bu kitabda gördüklərini, eşitdiklərini, vücudu ilə hiss etdiklərini özünə hekayət edir. O, burada özündən bir şey ixtira etməmiş, uydurmamış, yanlışlığa getməmişdir ki, Allah eləməmiş, özü yolunu aza və müsahibini də sapdıra. Əksinə, bu cərəyanların fikir bünövrəsini zəngin İslam mədənəyyətinin əsasları, Qurani Kərim ayələri, mötəbər rəvayətlər bütün əsər boyu izləyir. İsmət, günahsızlıq yalnız Peyğəmbər (s.ə.v.v) və onun pak ailəsinə layiq olduğundan, sair insanlar səhv və xətasız deyildir. Bu kitabın da bəzi sətirlərində müəyyən mətləblər nəzərə çarpırdı ki, müəllifin şəxsi zövq və səliqəsindən doğur. Dəqiq oxucu, elmi təhlil və onların sübutu məqsədində olmamalıdır. Çünki hətta dəqiq və dəlilli bir insan da həqiqətlərin bəyanı və əqidənin izharı üçün öz şəxsi səliqəsinə əsaslanmış mətləblərin bəyanına məcburdur. Bununla belə, iddia etmək olar ki, ümumi qaydadan istisna olmayan bu kitabda oxucunun yanılmasına, çaşmasına səbəb olacaq mətləblər gözə dəymir. Lətif və könüloxşayan tərzdə həqiqətlərin bəyanına sadiqanə baş vurmuş müəllifin mütaliə olunmaq dəyəri vardır.
    Bu kitabı bütün həqiqət axtaranlara, həyatını yaxşılıqlar ağuşu, insaniyyətin təravətli çəmənzarı etmək istəyən etiqadlı insanlara təqdim edirik. Ümid edirik ki, bu yaxşılıq ağaclarının fidanlarının əkinində azca da olmuş olsa, bizim də rolumuz olacaqdır.

    İNDİ İSƏ BİR QƏDƏR MÜƏLLİF HAQQINDA
    Qarşınızdakı kitab rəbbani alim, ilahi həkim, zinətli arif höccətül-İslam Ağa Seyyid Məhəmməd Həsən Nəcəfinin (Nəcəfi Quçani kimi məşhurdur) qələmindən çıxmış bir əsərdir. İzaha ehtiyaclı mətləblərdə Əhməd Tədəyyün və Məhəmmədrza Ətai Quçaninin qeydlərindən istifadə olunmuşdur.
    Mərhum Nəcəfi Quçani Ağa hicri-qəməri tarixi ilə 1295-ci ildə Quçan ətrafında gözəl və səfalı Xosrəviyyə kəndində anadan olmuşdur. Ömrünün ilk illərini başa vurub məktəbə getmişdir. Atası onun təlim-tərbiyəsində fövqəl-adə ciddilik göstərmiş, batini meylinin əksinə olaraq onun dərs, bəhs və təhsilinə cəhd etmişdir.
    Elm və biliyin hələ şirinliyini dadmamış, onun səmərəsindən bəhrələnməmiş bu xam uşaq on üç yaşında ikən Quçana gedir, qohumlarının evində qalır. Quçanda təhsil çətinlikləri ustadın şəxsi işlərinin yerinə yetirilməsi əziyyətləri ilə daha da artır. Müqəddimat üç il öyrənilir. Sonra o bəzi tələbələrlə birlikdə piyada Məşhədə yola düşür. Məşhəddə ədəbiyyat və səthi, qanunlaradək öyrənir. Ehtiyacını ödəmək üçün yay aylarında əkin sahələrində işləyib bu yolla dolanır. Çox keçmir ki, bu bərəkətli yeniyetmə bəzi ixtilaflara görə təhsildən ayrılır və vətən havası ilə Quçana qayıdır. Az sonra, təqribən 20 yaşında ikən təhsilini davam etdirmək üçün İsfahana gedir. İsfahanda mərhum Molla Hadi Səbzvarinin "Mənzumə”sini Axund Kaşidən, "Rəsail”i Şeyx Əbdülkərim Gəzidən, hikməti (fəlsəfə) Mirzə Cahangirxandan, fiqhi Ağa Nəcəfi İsfahanidən, qanunları Şeyx Əli Babadan öyrənir.
    Həmin vaxtlar xaric dərsini Seyyid Baqirin yanında oxuyur. Dolanışığı olduqca çətin keçir, yalnız elmə olan heyranlıq və əlaqə bu çətinliyi yüngülləşdirir. Bu dövr Nəcəfi Quçani Ağanın həyatının ən mühüm, əsas dövrüdür.
    Zaman ötdükcə mənəviyyat onun həyatında xüsusi bir yer tutur. Allah yolunda ibadət və məşəqqətlərin çox məfhumunu anlayır və sinəsində ilahi feyz nuru təcəlla edir. Allah fikri və Allah razılığı onun ən mühüm tərbiyə qazancı olur. Bu cərəyanları onun öz yazdıqlarından öyrənmək olur.
    Dörd il İsfahanda qaldıqdan sonra piyada Nəcəfə yola düşür və 23 yaşında Nəcəfə varid olur. Allahın inayəti və Şahi-Nəcəfin (Həzrət Əli (ə)) imdadı ilə Nəcəfi olur və bu ad ömrünün sonunadək ona yadigar qalır.
    Əslində ziyarətə gəlmiş Nəcəfi Ağanı burada Axund Xorasaninin azadfikirliliyi, səfası, möhkəm bəyanı saxlayır. O, belə bir ustadı hər zaman yaxşılıqla xatırlayır. Nəcəfi Ağa fiqh və üsulun xaricini Axund Xorasani və Şəriət İsfahanidən öyrənir. Molla Sədra Şirazinin "Hidayə”sinin şərhini isə Şeyx Məhəmməd Baqir Əstəhbanatinin yanında təhsil alır.
    Şeyximiz ilahi tovfiqlə, öz ömründən ardıcıl illər boyu zəhmətlə, otuz yaşında ikən şərif ictihad dərəcəsinə nail olur. Bu müddətdəki kasıblıq, ehtiyac, aclıq, borcdan danışmağa müxtəsər vaxtımız imkan vermir. Lakin nəhayətdə həmin müsibətlər səbəbindən, bu uşaq "Ağa Nəcəfi” olur ki, adı dildən-dilə gəzir.
    Nəcəfi Ağa hicri-qəməri 1325-ci ildə İran Məşrutə hərəkatı dövrlərində Kərbəlada yaşayan bir iranlı ailəsindən bir qızla evlənir.
    Təqribən iyirmi il Nəcəfi-Əşrəfdə qaldıqdan sonra atasının vəfatı Nəcəfi Ağanın vətənə qayıtmasına bəhanə olur. Bu dəfə rəbbani alim Nəcəfi elm və təcrübəsi ilə öz doğma şəhərinin məhrum və məzlumlarına arxa olur. Ömrünün iyirmi beş ilindən çoxunu camaatın işlərinin idarəsinə sərf edir.
    Bu böyük alim hicri-qəməri tarixi ilə 1363-cü ilin rəbiüs-sani ayının 26-da, cümə axşamı Quçanda vəfat etmiş və öz mənzilinin otaqlarından birində dəfn olunmuşdur. Hazırda qəbri aşiqlərinin və dostlarının ziyarətgahıdır. Ruhu şad, mütəali olsun!
    Xatırladaq ki, Ramazanəli Şakiri Ağanın, Seyyid Məhəmməd Məlaiki Quçaninin ilk nüsxəsindən yazdığı ikinci əsl əlyazma "Astani-Qüdsi-Rəzəvi (ə)” kitabxanasında 907 sayla fotx-dəftər və 205 sayla əlyazmalar fondunda saxlanır.
    "Sürur” nəşri
    Category: Axirət aləminə səyahət | Added by: Islam_Kitabxanasi
    Views: 656 | Downloads: 0 | Rating: 3.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2019