İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 1826
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Elvin1986
  • Jafidlop
  • ElvinAliyev1986
  • ZauriceGar
  • Zartysot
  • Gunahsiz1gun
  • Ceyhun630
  • kami
  • artpak2012
  • zeyneb_a_va
  • Main » Files » Etiqat » Axirət aləminə səyahət

    Kitabın adı: Axirət aləminə səyahət
    2011-08-28, 8:47 AM
    AXİRƏT ALƏMİNƏ SƏYAHƏT (QƏRB SƏYAHƏTİ)
    GİRİŞ
    Bismillahir-rəhmanir-rəhim
    Əlhəmdu lillahi Rəbbil-aləmin, Maliki yovmid-dünya vəd-din.
    Sonsuz salam olsun İslam Peyğəmbəri və onun pak, məsum övladlarına ki, insanların cism və ruhlarının təbibidirlər. Onun sözüdür ki, dünya sevgisi (dünyaya məftun olmaq) böyük xəstəlikdir və insanın xəstəlikləri onun qol-budaqlarıdır. O xəstənin dərmanı–ölümü xatırlamaqdır.
    Söhbətin əvvəlində bu Allah bəndəsi (yəni müəllif-red.) deyir ki, şəmsi tarixi min üç yüz yeddinci il başa çatmamış, müəllimlikdən axıradək öz məlumatlarımı yazdım və onun adını "Şərq səyahəti” qoydum. İndi isə şəmsi tarixi ilə min üç yüz on ikinci ildə öz bərzəx (ölümlə qiyamət arası) məlumatlarımı qələmə alıb, "Qərb səyahəti” adlandırdım. Qoy bu yazı məndən yadigar qalsın və İslam ümmətinə öyüd olsun.
    BƏDƏNİMİZ BİR PƏRDƏDİR
    Tamamilə aydındır ki, təbiət aləminin maddi cismi insanın gözünə çökmüş qalın hicab, keçilməz və möhkəm pərdədir. Yalnız ölmək, bu maddi dünyadan çıxmaqla bu pərdə kənara çəkilə bilər və insan bu vaxtadək görmədiklərini görə bilər. "Sən bundan qafil idin. Artıq bu gün gözündən pərdəni götürdük. Sən bu gün sərrast görürsən." (Qaf" surəsi, ayə 22.)
    Mən bir halda dünyadan getdim ki, gördüm dayanmışam və bədənimdəki xəstəlik yox olub, sağlamam. Yaxınlarım cənazəmin ətrafında mənim üçün ağlayır, mən də onlar ağladıqları üçün qəmginəm. Onlara deyirəm ki, "mən ölməmişəm, xəstəlikdən qurtulmuşam.” Amma kimsə mənim sözlərimə qulaq asmır. Sanki məni görmürlər, səsimi eşitmirlər. Anladım ki, onlar məndən uzaqdırlar. Cənazəylə olan tanışlıq və dostluqdan dayanıb, gözümü çılpaq olan sol çiyninə dikmişdim. Qusl və başqa işlərdən sonra cənazəni qəbiristana tərəf apardılar.
    Mən də dəfn edənlərlə yanaşı getdim. Onların arasında bəzi vəhşi canlıları, qeyri-adi yırtıcıları görüb dəhşətə gəlmişdim.
    Amma başqaları onlardan çəkinmir, onlar da başqalarına dəymirdilər. Sanki əhliləşmişdilər. Elə ki, cənazəni gora endirdilər, mən də gorda dayanıb tamaşa edirdim. Bu zaman məni qəribə bir dəhşət bürüdü. Xüsusilə o zaman ki...
    QƏBİRDƏ
    ...gördüm qəbirdə cürbəcür heyvanlar peyda oldular və cənazəyə hücum etdilər. Cənazəni qəbirdə yerləşdirən adam onlara dəymədi, onları görmürmüş kimi qəbirdən çıxdı.
    Cənazəyə əlaqəm olduğundan qəbrə girdim ki, bu heyvanları bayıra çıxaram. Lakin onlar çoxalıb, mənə qalib gəldilər. Bir tərəfdən də elə qorxuya düşmüşdüm ki, bütün bədənim əsirdi. Camaatdan kömək istədim, amma bir kəs dadıma çatmadı. Hərə öz işinə məşğuldu və qəbirdəki həngamədən xəbərsizdi.
    Qəfildən qəbirdə başqa şəxslər peyda oldular və mənə kömək etdilər. Heyvanlar qaçdılar. Onların adlarını soruşmaq istəyirdim ki, dedilər:
    "Yaxşı əməllər pis işləri yuyub aparar."("Hud" surəsi, ayə 114.) və görünməz oldular...
    Bu həngamədən sonra gördüm ki, adamlar qəbri doldurub, məni dar və qaranlıq qəbirdə qoyublar. İndi isə evlərinə tərəf gedirlər. Hətta qohumlar, dostlar, gecə-gündüz qulluğunda durduğum arvad-uşaq da məni tək qoydular. Onların vəfasızlığından, qəbrin qorxu və dəhşətindən, tənhalıqdan elə qəmləndim ki, az qala bağrım yarıla.
    Fövqəl-adə qürbət və dəhşətdə, Allahdan başqalarından əlimi üzdüyüm halda cənazənin başı üstə oturdum. Qəbir lərzəyə gəlirdi. Gorun divar və tavanından torpaq tökülürdü. Xüsusilə qəbrin aşağısında silkələnmə güclü idi. Elə bil bir heyvan oranı yarıb qəbrə daxil olmaq istəyirdi. Nəhayət, həmin yer yarıldı və gördüm...
    ALLAHIN KİMDİR?
    İki nəfər qorxunc çöhrəli, vahiməli heykəlli, nəhəng, div kimi qəbrə daxil oldular.
    Ağızlarından və burun dəliklərindən tüstü, od-alov püskürürdü. Əllərində odda qızarmış, alov saçan gürzlər vardı. Onlar yeri-göyü titrədən ildırım səsiylə cənazədən soruşdular: "Mən Rəbbukə?”-Allahın kimdir?
    Qorxu və dəhşətdən dilim-ağzım qurumuşdu. Elə bildim ki, ruhsuz cənazə onların cavabını verə bilməyəcək və onlar da heç şübhəsiz, gürzlərlə elə vuracaqlar ki, qəbir alovla dolacaq. Vəsfə gəlməz bu dəhşətdə, yandırıcı od daha da artacaq. Yaxşısı budur, mən cavab verim. Çarəsizlərin çarəsi, dara düşənlərin ümidi Haqqa üz tutub, qəlbimdə dara düşənlərin yardımçısı Əliyyibni Əbi Talibə (ə) mütəvəssil oldum. (Himayədarlığa çağırmaq, istəyini Allahdan İmam vasitəsi ilə almaq.)
    Onu dost tuturdum, qüdrət və qüvvəsini bütün aləmlərdə, mənzillərdə nüfuzlu bilirdim. İnsanın huşunu əlindən alan belə qorxunc, xətərli anlarda Həzrəti çağırmaq kimi bir vasitənin yada salınması Allahın nemətlərindən, yardımlarındandır.
    "İnsanları məst görərsən, hansı ki, onlar məst deyildirlər.”("Həcc" surəsi, ayə 2.)
    Bu fikir və düşüncə qəlbimə qüvvət verdi, dilim açıldı. Mənim sükutum çox uzandığından, həmin iki şəxs misilsiz qəzəb və hiddətlə ikinci dəfə soruşdular: "Allahın kimdir?” Əvvəlkindən yüz dəfə çətin idi. Qəzəbdən çöhrələri qaralmışdı, gözlərindən od saçırdı. Gürzləri qaldırıb, vurmağa hazır dayandılar.
    Amma mən əvvəlki kimi qorxmurdum. Zəif səslə cavab verdim ki, mənim məbudum yeganə və oxşarsız Allahdır.
    "O Özündən başqa heç bir məbud olmayan, gizlini də, aşkarı da bilən Allahdır. O, rəhmli və mərhəmətlidir. O, Özündən başqa heç bir məbud olmayan, (məxluqun) sahibi, müqəddəs və pak, əmin-amanlıq bəxş edən, məxluqatın qəyyumu və nəzarətçisi, qalib, hökmü keçən və hər şeyin fövqündə olan Allahdır. Allah (müşriklərin) Ona qoşduqları şəriklərdən pak və münəzzəhdir.”("Həşr" surəsi, ayə 22, 23.)
    Dünya həyatında daim hər sübh namazından sonra oxuduğum bu ayələri onlara dedim ki, Adəm övladının fəzl və kamalsız olduğunu düşünməsinlər. Axı mələklər ilk gündə insanın yaranışına etiraz edib onu yalnız fəsad törədib, qan tökən adlandırmışdılar! Bir sözlə, onların cavabında bu şərif ayəni oxumağım onların qəzəbini sındırdı, çöhrələrinin tutqunluğu getdi. Hətta biri o birinə dedi: Məlum olur ki, bu, İslam alimlərindəndir, bundan sonra ona nəzakətlə sual verməyimiz yaxşıdır.
    O biri dedi: Bizim onunla rəftarımızın necəliyi başqa bir sualın cavabı ilə bağlıdır və bu cavab kim olursa olsun, səbəb və nüfuzların bizim nəzərimzdə etibarı yoxdur.
    Sual verdilər:
    PEYĞƏMBƏRİN KİMDİR?
    Bu sualda qəlbimin döyüntüsü daha da azaldı, dilim daha da açıldı, səsim daha da ucaldı. Cavab verdim: Mənim Peyğəmbərim Allahın insanlara göndərdiyi elçidir. O, Həzrət Mühəmməd ibni Əbdüllah, peyğəmbərlərin sonuncusu və ağasıdır.
    Bu zaman onların narahatlığı və qəzəbi tamamilə yox oldu.
    Çöhrələri işıqlandı. Mənim də qorxu və dəhşətim yox oldu.
    Sonra kitab, qiblə, İmam və Allah Rəsulunun xəlifəsindən sual verdilər. Mən cavab verdim:
    Kitabım mehriban Allah tərəfindən alim və böyük Peyğəmbərə nazil olmuş Qurani Kərimdir. Qibləm Məscidül-həramdır. Allah-Taala buyurub: "Harada olsan, ibadət zamanı üzünü Məscidül-hərama tut.” Həzrət İbrahim buyurdu: "Üzümü O Allaha tərəf tuturam ki, yer və göy Onun əmri ilə hərəkətdədir, dinim var, şirkdən uzağam.”
    İmamlarım Peyğəmbərin on iki haqq canişinidir ki, birincisi Həzrət Əliyyibni Əbi Talib, sonuncusu Həzrət Bəqiyyətullahdır. Hər biri vacibə alim, günah və xətadan pakdırlar.
    Onlar dünyada əməllərimizə şahid, axirətdə şəfaətçi, Allahın bağışlamasına vasitədirlər...
    O böyük şəxslərin adlarını, əslini-kökünü adbaad saydım. Dedilər: Təfsil lazım deyil, hər kəlmənin cavabı bir kəlmədir. Dedim: Sizin üçün bundan da müfəssəl lazımdır, çünki bizim haqqımızda əvvəldən bədgüman olmusunuz. Həkimin buyurduğuna etiraz caiz omasa da bizim yaranışımıza etiraz etmisiniz. Etirazınızı anlayandan sizdən küskün olmuşam. Hətta əhd etmişəm ki, əgər macalım olsa, sizdən bunun səbəbini soruşam, heyf ki, bu vəziyyətdə macalım yoxdur.
    Susdum və nə sual verəcəklərini gözlədim. Bir sual vermədilər, yalnız soruşdular:
    BU CAVABLARI HARADAN ÖYRƏNDİN?
    Soruşdular: bu cavabları haradan deyirsən və haradan öyrənmisən?
    Mən dərin fikrə getdim. Görən qəflət, cəhalət, xəta dünyasında tərtib etdiyimiz dəlil-sübutlarda maddə, surət, şəraitlə bağlı səhvlər olmayıb ki? Haradan məlumdur ki, xəyalım azmayıb, dəlillər məntiqi ölçülərə uyğundur, bu ölçülər özü həqiqidir? Bu ölçüləri yaradan Ərəstu özü xəta etməyib ki? Mümkündür ki, yalnız o biri aləmdə səhvlərimizdən xəbərdar olaq.
    Tutaq ki, bu dəlillər həqiqidir. Axı bu dəlillərə yalnız və yalnız korluq, nadanlıq evi olan bu dünyada ehtiyac duyulur. Bu dəlillər əl ağacı, əsa kimidir. Əsaya kor və ya qaranlığa düşmüş insan möhtacdır. Amma düşdüyüm aləm həqiqətdir. Bu aləm o qədər işıqlı, gözlər o qədər itidir ki, əsaya yer yoxdur. Bəs bu şəxslər məndən nə istəyirdilər? Xudaya, mən bu dünyanın təzə doğulmuşuyam, bura əhlinin dilini öyrənməmişəm. And verirəm Əliyyibni Əbu Talibin haqqına, kömək et!
    Mən bu fikir və yalvarışda idim ki, qəfildən onların nərəsi ildırım tək guruldadı: Söylə, dediklərini haradan dedin!
    Onlara nəzər saldım. O qədər qəzəbli surətləri vardı ki, gözlər görməsin! Gözlər çevrilmiş, alov dili tək qırmızı, çöhrələr qara, tutqun, ağızlar dəvə ağzı tək açılmış, dişlər yekə və sarı, gürzlər vurmağa hazır, mən isə qorxu və iztirabın şiddətindən bihuş!
    Bu halda elə bil ilham aldım və gözlərim qorxudan qapalı, zəif səslə cavab verdim: Bu bir mətləbdir ki, Allah məni buna hidayət, sövq edib.
    Dedilər: Yat, toy otağında bir bəy yuxusu ilə yat!
    Getdilər. Mən də ya yuxuya getdim, ya da bihuş oldum. Amma hiss edirdim ki, həmin iztirablardan qurtulmuşam.
    QƏBİRDƏ İLK YUXUDAN SONRA
    Az sonra ayılıb gözümü açanda özümü xalılarla döşənmiş bir otaqda gördüm. Xoş üzlü, xoş saçlı, xoş ətirli bir cavan başımı dizi üstünə alıb, oyanmağımı gözləyirdi. Mən ədəb və təvazö üçün qalxıb, salam verdim. O da gülümsünüb qalxdı, salamımı aldı. Görüş və mehribanlıqdan sonra dedi: Əyləş, mən nə peyğəmbər, nə İmam, nə də mələyəm, sənin dostun və rəfiqinəm.
    Dedim: Adın nədir? Əslini-nəslini mənə de. Nə yaxşı ki, mənə rəfiq olmusan, kaş daim səninlə olaydım.
    Dedi: Adım Hadidir, yəni yol göstərən. Bir ləqəbim Əbül-vəfa, o biri Əbuturabdır. Axırıncı sualın cavabını sənin dilinə gətirən mən idim. Sən cavab verib, qurtuldun. Əgər cavab verə bilməsəydin, əmudla elə vuracaqdılar ki, vücudundan od şölələnəcəkdi.
    Dedim: Həzrət-Alinin mərhəmətindən məmnunam ki, sizin azad etdiyiniz kəsəm. Amma onların sonuncu sualı nəzərimə faydasız və bəhanə göründü. Axı İslami əqidələri düzgün cavab verdim və gerçək işləri izhar edən şəxsə "nə üçün, niyə” nə lazım? Əgər biri o birinin ovcuna od qoyursa, o da "əlim yandı” deyirsə "nə üçün əlinin yandığını izhar edirsən”, deyə soruşmaq olmaz. Əgər biri cahillikdən soruşursa, cavabı budur ki, məgər korsanmı, görmürsənmi od ovcumdadır? Onların sonuncu sualı bu qəbildən idi.
    O dedi: Yox, belə deyil. Təkcə sözün həqiqətlə uyğunluğu insanın halına faydalı deyil. İnsaf və qəlbi əqidə lazımdır ki, əməlin yerinə yetməsi üçün şövqə gələsən. Necə ki, buyurulmuşdur:
    "Biz iman gətirdik, deməyin... Biz İslamı qəbul etdik, deyin. Hələ iman sizin qəlblərinizə daxil olmamışdır.”("Hücürat" surəsi, ayə 14.)
    Məgər əvvəlinci gündə "Mən sizin Pərvərdigarınız deyiləmmi”-sualının cavabında hamı "bəli” demədimi? Həqiqətin eynini, Həzrət-Haqqın rübubiyyət və mənəviyyatını təsdiq etmədilərmi?
    Dedim: Bəli, elədir.
    Dedi: Maddi dünyada insanlar vəzifələrlə imtahan olunurlar. Əvvəl gündə bu iqrar sırf dillə olub. Bəziləri bu vəzifələrdən boyun qaçırıb, imtahandan xalis, saf çıxmırlar. İndi də bu dünyanın ilk mənzilində həm möminlər, həm də münafiqlər suallara doğru və həqiqətə uyğun cavab verirlər. Həmin sual axırıncı imtahandır. Qəlbi əqidə olarsa, cavab verirlər və qurtuluş əldə olunar. Əgər qəlbi iman olmazsa, cavab verərlər ki, biz camaatdan təqlidlə bu əqidəyə yetişdik. Qəlbi rabitə, bağlılıq olmazsa, fayda verməz.
    Məsumların (ə) xəbərlərində də bu barədə buyurulduğunu özün bilirsən.
    Dedim: İndi yadıma düşdü ki, bu barədə xəbərlərdə varid olmuşdur. Lakin dəhşət və vəhşət sual zamanı bu mətləbi yadımdan çıxardı və sən yadıma saldın. Allah məni sənsiz qoymasın. İndi məni haradan tanıdığını de, axı mənim səninlə tanışlığım yox idi. İndi görürəm ki, sənə olan ifrat eşqdən səndən uzaqlığı özümə həlakət görürəm.
    Dedi: Mən əvvəldən səninlə olmuşam, mehr-məhəbbət bəsləmişəm. Lakin sən məni hiss etmirdin. Çünki maddi dünyada sənin gözlərin bu qədər görmürdü.
    Mən sənin Əliyyibni Əbu Talib və Peyğəmbər Əhli-beytinə olan məhəbbət və əlaqənin nəticəsiyəm. Onların səndəki hidayətinin təzahürüyəm (qabiliyyətincə). Bu səbəbdən adım Hadidir. Əlbəttə, sənin üçün. O isə bütün pərhizkarların, təqvalıların Hadisidir.
    "Bu kitabda heç bir şəkk yoxdur və o, bütün təqvalıların rəhbəridir.”("Bəqərə" surəsi, ayə 2.)
    Mən sənin həmin qırılmaz ipə ("Ürvətül-vüsqa”ya) can atmağın, sığınmağınam.
    "Hər kəs tağutu inkar edib, Allaha iman gətirsə, bir ipdən yapışmışdır ki, qırılası deyildir.”("Bəqərə" surəsi ayə 254.)
    Sən özünü həvəslərlə məndən uzaqlaşdırmasan, mən də səndən ayrılası deyiləm. Ləqəblərimin Əbül-vəfa, Əbuturab olmasının səbəbi verdiyin vədələrə vəfa göstərməyindir. Sənin təvazön möminlərə məxsusdur.
    Qısası, mən sənin qəlb beşiyində Əlidən doğulmuşam.
    Mənim qüvvə və istedadım, yararlı olub-olmamağım, varlığım və ya yoxluğum səndən asılı, sənin əlində, sənin ixtiyarında olub.
    Günah zamanı səndən qaçmış, tövbədən sonra yaxınlaşmışam.
    Ona görə dedim ki, bu dünya müsafirətində özündən təqsir, qüsur olmasa, səndən ayrılmayacağam.
    "Allah Öz bəndələrinə zülm etməz.”("Ali-imran" surəsi, ayə 18.)
    "Bəndələrdir ki, özlərinə zülm edirlər.”("Bəqərə" surəsi, ayə 57.)
    QƏFƏSDƏ SIXINTI
    Hadi dedi: Mən gedirəm. Sən bir az istirahət etməlisən. Mən sənə tapşırılmış həmin ilahi əmanətəm. Quran qissələr və mənim əhvalatlarımla zəngindir. Əfsus ki, bu qədər Quran oxumaqla belə, yenə də mənə qarşı tanımamazlıq göstərirsiniz. Xudahafiz.
    Elə ki, tək qaldım, öz halım və Hadinin bəyanları barədə dərin fikrə daldım. Gördüm ki, doğrudan da, maddi dünyada insanın halı, rəftarları bir yuxudur. Elə ki, ayılırıq, elə sanki yuxu aydın şəkildə yozulur. Zülqərneynin zülmətdəki kəlamı: "Hər kəs bu daşdan götürsə, işıqlığa çıxanda peşiman olacaq və hər kəs götürməsə, yenə də peşiman olacaqdır.” Buradakı kinayə insanın dünya və axirətdəki halına işarədir: hər kəs bir ölçüdə təəssüflənəcək. "Əfsus ki, Allahın dərgahında təqsir etdim.”("Zümər" surəsi, ayə 56.)
    Amma indiki peşimanlığın faydası yoxduræ artıq tövbə qapısı bağlanmışdır.
    Bu fikir, qəm-qüssə və iztirabda ikən məni yuxu apardı. Çox keçməmiş biri xoş surətli, digəri isə bəd qiyafəli iki nəfərin birinin sağ, o birinin isə sol tərəfimdə oturduğunu hiss etdim.
    Əzalarımı başdan-ayağadək ayrı-ayrı iyləyirdilər. Əllərindəki kağızda nə isə yazırdılar. Bir kiçik, bir böyük qutu gətirdilər. Onlara nəsə yığır və ağızlarını möhürləyirdilər. Qəlb, xəyal, göz, dil, qulaq kimi əzaları təkrar-təkrar qoxulayır və bir-birləri ilə pıçıldaşırdılar. İkinci, üçüncü dəfə qoxulayır, sonra nə isə yazır, qutulara yerləşdirirdilər.
    Hərəkətsiz dayanmışdım ki, oyaq olduğumu hiss etməsinlər. Lakin mənim gəlir və çıxarlarımı təftişlərindəki ciddiyyətdən anladım ki, yaxşı və pis əməllərimi qeyd edirlər. Hiss etdim ki, həmin xoş surətli fərd mənim xeyirxahımdır. Bir-birləriylə pıçıltı və söhbətlərindən məlum olurdu ki, o, mənim tövbəmin, hansısa yaxşı əməlimin pis əməli sildiyini dəlil gətirib, bəzi pis əməllərimi qeyd etməyə qoymurdu. Axı ikisi də misi qızıla çevirir. Bu cəhətinə görə onu sevdim.
    İşlərini qurtarıb yazdıqlarını lülə şəklində burub, boynumdan asdılar. Ağzı bağlı qutuları bir kisəyə yerləşdirib, başımın üzərində qoydular, Sonra bədənimin ölçüsündə yeddi ərintidən hazırlanmış qəfəs gətirib, məni onda yerləşdirdilər. Onun yivlərini, yaylarını sıxdılar, bərkitdilər. Yavaş-yavaş qəfəs daraldı. Elə bir həddə çatdı ki, məni sıxdı, nəfəsim kəsildi, səsimi çıxara bilmədim. Onlar, qəfəs bədənimin formasını alanadək yivləri sıxdılar. Qəfəs kiçik samavar təndirdi tək daraldı. Bütün sümüklərim qırılıb, xırdalaşdı. Bədənimdən qara neft tək yağ çıxırdı. Huşum başımdan çıxdı, heç nə dərk etmədim.
    HADİNİN İZAHLARI
    Bir müddət sonra ayıldım. Hadi başımı dizləri üstə almışdı. Dedim: Hadi, bağışla, ayağa durmağa halım yoxdur. Bu ədəbsizliyə görə üzr istəyirəm. Əzalarım qırılıb, rahat nəfəs ala bilmirəm.
    Sözüm qırıq-qırıq, səsim zəif, göz yaşlarım cari idi. Elə bil, Hadinin ayrılığından gileyli idim ki, o olmayanda ilk sıxıntını gördüm.
    Hadi təsəlli üçün dedi: Gördüyün çətinliklər bu aləmin ilk mənzilinin zərurətlərindəndir. Hamı buna mübtəla olur və təkcə sənə aid deyil. El ilə gələn bəla bayramdır. Hər nə oldu, keçdi.
    Ümid var, bundan sonra sənin üçün belə çətinliklər qarşıya çıxmasın. Həm də ki, bu aləmin bütün çətinlikləri sizin özünüzdəndir. Yeddi ərintidən hazırlandığını güman etdiyin qəfəsin tərkibi insanın pis əxlaqındandır. Bu əxlaq öz qəzəb dişiylə ətrafdakıları əridib, maddi dünyada insan ruhunu bürüyüb. Bu dünyada da qəfəs şəklində zahir olub. İnsanın pis əxlaqının əsli üç şey olduğundan qəfəs min ərintidən də ola bilər:
    Birincisi, tamah, özünü sevmək, özünü bəyənmək, paxıllıqdır ki, insanı behiştdən çıxardı.
    İkincisi, şeytanı Allah dərgahından qovulmuşlardan etdi.
    Üçüncüsü, Qabili Cəhənnəmə apardı.
    Lakin bu üç rəzil xasiyyət min qol budaq atır. İnsan üçün az-çoxluğunun xeyli fərqi vardır.
    Hadi şirin söhbət əsnasında əlini mənim əzalarıma çəkir, bununla da əzilmiş əzalar düzəlir, dərdlər şəfa tapırdı. Onun mehribançılığından vücuduma qüvvət, yeni bir həyat üfürülürdü.
    Çöhrəm, əzalarım bulanıqlıq və küdurətdən paklanmışdı, şəffaflıq, işıq almışdı. Anladım ki, həmin sıxıntılar insanın paklanması üçündür. Bulanıqlıq, küdurət, şər bu sıxıntılar vasitəsi ilə çıxarılırmış. Qara neftə oxşarı yada salın. İmamların (ə) təbirincə, ana südü burundan gələr. Amma südün əsli heyz qanıdır və bu qan qara və murdarlar qismindəndir. Qara, çirkin görünməsi uyğun gəlir.
    Hadi dedi: Kisəni aç, görüm nə var.
    Ağzı bağlı qutuları gördüm. Bəzisinin üstündə "filan mənzilin ehtiyatı”, bəzisində "filan mənzilin xətər və çətinliyi” yazılmışdı.
    Müəyyən mənzillərə aid qovluqlar yerində açılmalı və məqsədi bilinməli idi.
    Soruşdum: Bu qutu nədir? Dedi: Çirkin və gözəl əməllərinin baş verdiyi ömür saatları, günləri, gecələridir. O vaxtlar ötdükdən sonra sədəf tək ağzı çırtladı və əməlləri mıncıq tək boynunda saxladı. İndi isə ağzı bağlı qutu surətində gəlib.
    Dedim: Boynumdan asılan nədir?
    Dedi: Əməl naməndir. İşin sonunda, hesab günü xərcin, gəlirin hesabı təsnif olunacaq. Bu dünyada hələ ki, gərəyin deyil.
    "Biz hər insanın əməl naməsini boynundan asar və Qiyamət günü bu namə açıq şəkildə qarşısına qoyular.”("İsra" surəsi, ayə 13.)
    Category: Axirət aləminə səyahət | Added by: Islam_Kitabxanasi
    Views: 799 | Downloads: 0 | Rating: 5.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2019