İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • Main » Files » Etiqat » Axirət aləminə səyahət

    Kitabın adı: Axirət aləminə səyahət
    2011-08-28, 8:41 AM
    YOX, HƏLƏ RAHAT DEYİLƏM
    Bir-birimizə yetişdik, salamdan sonra soruşdu: Harada gəzirdin? Hazırlaş, şəhərə gedək. Alimlər, möminlər səni gözləyirlər.
    Dedim: Şəhərə nə üçün gedirik?
    Dedi: Ey vay, bəs buraya nə üçün gəlmisən?
    Dedim: Bilmirəm məni buraya nə üçün gətiriblər.
    Dedi: Nemətlərə küfr etmə. Səni o zülmətdən bu işıqlı dünyaya gətiriblər ki, Haqqın nemətlərindən bəhrələnib, həmişə şad olasan.
    Dedim: Hansı nemət? Hanı o nemətin dadı? Hanı mənim məşuqlarımın qəlbinin sevinci? Məgər əvvəl gecədə sən Əbülfəzlin, Əli Əkbərin silahlı olduğunu görmədin? Yoxsa mənasını anlamadın? Məgər Əli Əsğərin boğazındakı qırmızı xətti görmədin, ya mənasını dərk etmədin? Əgər bir kəsin onlara müxtəsər məhəbbəti olarsa, qüssədən ölər. Onda qalmış yemək, içmək, şadlıq, huriyə, qəsrlər! Sən düşündüyün qədər də qarınqulu, özünü istəyən deyiləm.
    Dedi: Bəs burada qəsrlərdə hurilərlə şadlanan alimlər, möminlər, Əhli-beyt dostu deyillər, yoxsa onlarda intiqam hissi yoxdu? Başqa mətləb budur ki, zalımlar hazırda ilahi cəzadadırlar.
    Dedim: Hər kəs öz halını daha yaxşı bilir. Mən nə qədər ki, intiqam almamışam Darüs-sürur Beytül-həzən (qəmlər evi), nemətlər isə dərddir. Başqalarının şadlığını onların özlərindən soruşun. Onların ilahi intiqama giriftar olmaları bizim intiqamımızdan, şəksiz ki, daha ağırdır. Amma təsdiq edirsiniz ki, məzlumlar özləri qisas, intiqam almasalar, qəlbləri soyumaz.
    Ona görə də vərəsələr üçün qisas haqqı verilib. Bununla belə, başqaları da zalımlara daha şiddətli əzab verə bilər. Qısası, Allah buyurmuşdur:
    "Sevdiyiniz başqa bir nemət də–Allah dərgahından kömək və yaxın qələbə gözləyir.”("Səf" surəsi, ayə 13.)
    İntiqam bizim məhbubumuzdur. Bu məhbuba çatanadək Darüs-sürurumuz yoxdur. Olsa da mən gəlmirəm.
    Sevgilisiz şadlıq zindandır, zindan,
    Şadlıqdır yarını tapanda insan.
    ***
    Səninlə sevdada olmağım, inan,
    Hər iki aləmdən gözəldir hər an.
    Sözün canı budur ki, behişt həqiqəti, Darüs-sürur, bunların misli ruhun genişlənməsi, qəlbin muradına çatmaqdır. Qalanları isə artıqdır.
    Hadi bir müddət başını aşağı salıb, sakit dayandı. Sonra soruşdu: Burada qalırsan?
    Dedim: Yox!
    Dedi: Bəs hara gedirsən?
    Dedim: Bilmirəm, özümə yer tapa bilmirəm. Onu bilirəm ki, harada olsam, əzabdayam. Biyabana gedərəm, səfil olaram.
    Eşqinin qəmindən çöllərə düşdüm,
    Qanadsız quş oldum, əllərə düşdüm.
    ***
    Dedin: səbirli ol, səbirlə keçin
    Başıma toz tökdü bu səbir neçin?
    Hadi bir çarə görməyib, şəhərə qayıtdı. Səfiyyəyə də dedim ki, meylin olsa qayıt vətəninə, mənim sənlik bir işim yoxdur, Həzrət Zəhraya (ə.s) çatanda mənim salamımı yetir və halımı ona bəyan et.
    Səfiyyə də xeyməsini, çadırını götürüb getdi. Bir sakit guşə tapıb, zarıyıb ağlamağa, raz-niyaza başladım:
    Axtardım, göz yaşlarında dayandım,
    Düşdüm möhnət qucağına, Xudaya.
    Dilbərin şövqündən, həm fərağından,
    Düşdüm gönül ocağına, Xudaya.
    ***
    Dərd özümdə, dərmanı dost əlində,
    Vəsl özümdə, hicranı dost əlində.
    Qəssab kimi soysa əgər dərimi,
    Ayırmaram bu canı dost əlindən.
    ***
    Özümə yaxınsan könlümdən uzaq,
    Könlümdə sevdadan başqa dağım yox,
    İki aləm gözəlinə and ola,
    Məhəbbətdən savay umacağım yox.
    ***
    Bizi nə sər, nə saman yaratdılar,
    Pərişanam, pərişan yaratdılar.
    Pərişanlar basdırıldı torpağa,
    O torpaqdan bizə can yaratdılar.
    ***
    Keçinərdik dərd bir olsa nə vardı,
    Üzümüzə qəm az gülsə nə vardı!
    Başım üstə həbib gələ, ya təbib,
    İkisindən biri gəlsə nə vardı!
    HƏBİB İBNİ MƏZAHİRLƏ SÖHBƏT
    Bu halda ikən biri qaçaraq gəldi ki, Həbib ibni Məzahir səni istəyir. Soruşdum ki, haradadır? Dedi ki, şəhərdə.
    Düşündüm ki, yəqin mən şəhərə gedəndə Hadi onunla əlaqə saxlayıb. Həbib ibni Məzahirə mütəvəssil oldum (o aləmdə xüsusi zehni əlaqə ilə). Salamlaşıb, hal-əhval tutandan sonra mənim raz-niyazımı eşitdiyini bildirdi və buyurdu:
    Nədən halın pərişandır, oğulcan,
    Qəmdə vurnuxur xəyalın, oğulcan?
    Sevin, yüz-yüz şükürlər qıl Tanrıya,
    Nəhayət, əldə vüsalın, oğulcan.
    Cavabında dedim:
    Ata, gülşən zindan olmuş gözümdə,
    Gülüstanlar tufan olmuş gözümdə.
    Hələ kam almamış könül həyatda,
    Hər nə ki var, duman olub gözümdə.
    O dedi:
    Toplansa qəm əhli, inan, bir yerə
    Danışıb qəmləri faş edək gərək.
    Qəmləri çəkməyə tərəzi gəlsə,
    Qəmimiz hamıdan ağır gələcək.
    Cavabında dedim:
    Könlümün dərdləri hesaba gəlməz,
    Bişmiş quşun dərdin bir Allah bilib.
    Həbibim, sən fəda olub həmin gün
    Qəmdən qurtulmusan, qəm bizə gəlib.
    İlahinin danışan kitabı Həzrət Vəliyyi-əsr (12-ci İmam (ə)) buyurur: "İmam Hüseyn (ə) kömək istəyən zaman dünyada olmadığımdan ona kömək edib, aşiqlərin son arzularına uyğun hüzurunda fəda ola bilmədiyimdən həmişə yanıb-yaxılıram.”
    Deyirlər, İmam Əsr (ə) ziyarət zamanı cəddi Hüseynə (ə) ərz edir: "Gecə-gündüz sənin üçün ağlayıram, gözlərimdən yaş yerinə qan axır.”
    Eşq məktəbində sübut olmuşdur ki, məşuqunun hüzurunda fəda olan aşiq öz arzusunun son dərəcəsinə çatır. Əfsus, həsrət, qəm-qüssə istəmirlər. Ey Həbib, sən də onlardansan!
    Başqa bir dəstənin isə eşqi, süruru, sevinci İmam Zaman (ə)-dır. Onlar Həzrətə yetişə bilmirlər ki, ona xidmət, yardım edələr, öz məşuqlarını zalımın çəngindən alalar, Həsrət alovu qəlblərində şölələnir. Onlar üçün nəinki şərbət dadsızdır, üstəlik onlar yemək yerinə qəzəbdən ciyərlərini yeyirlər. Biz o qəbildənik.
    Ey Həbib! Biz necə sizinlə bərabər, eyni ola bilərik? Haradan sizin sevinc və şadlığınız bizimki ilə bir olar?
    Siz Kərbəlada eşqin şiddətindən meydana üryan girdiniz. Siz öz ölümünüzə can atdınız. Bu iş səbəbindən eyşiniz dada gəldi, içdiklərinə ləzzət qatıldı. Biz isə bundan binəsib olduq, bu həsrəti özümüzlə gora apardıq.
    Ey Həbib! "Allah yolunda öldürülənləri heç də ölü zənn etmə, onlar öz Rəblərinin yanıda diri olub, ruzi yeyirlər” ayəsi sənə aiddir, mənə yox!
    Ey Həbib! Sən yeni həyat almısan, mən isə ölüyəm. Sən xoşbəxt olmusan, biz isə bədbəxt olmuşuq. Məgər sən 12-ci İmamın dünya xarabalıqlarında qəm-qüssə içində nə çəkdiyindən xəbərdar deyilsən? Əgər sən də bizim kimi arzunu gora aparsaydın, indi qan ağlayardın.
    Qəlb hakimsə qətlə yetən kəslərə,
    Ağlayar ölü yox, diri səslərə.
    Əlaqəmiz elə idi ki, bir-birimizin surətini görürdük. Həbibin halı pozuldu, başını aşağı saldı, gözləri yaşla dolmuş halda zümzümə etdi:
    Alovlanmış quşam öz əhvalımla,
    Aləmi odlaram qanadlarımla.
    Rəssam bir divara çəksə əksimi,
    Dünyalar od tutar bu timsalımla.
    Söhbəti kəsib getdi, mən də qayıtdım.
    RƏNGİNİ İTİRMİŞ ÖLÜ AŞİQ
    Əvvəllər məni divanə hesab edənlər indi təəccüblə baxırdılar. Mənim Həbiblə söhbətimdən sonra ayıldılar, məni dövrəyə alıb dedilər: Deməli, sən divanə deyilsən, bəs niyə beləsən?
    Dedim: Siz, sözsüz ki, Peyğəmbər Əhli-beytini sevənlərsiniz. Yoxsa burada yeriniz olmazdı. Əlbəttə ki, Peyğəmbərin, Əhli-beytin, möminlərin gözünün nuru olan İmam Əsri (ə) dünyada tanımısınız.
    Dedilər: Biz onun aşiqləri, xidmətçiləriyik.
    Dedim: Eşitmisinizmi ki, o, biyabanlarda sübh, şam ağlar-sızlar dolanır! Nə bir il, nə on il, min ildən çoxdur.
    Dedilər: Bəli, bilirik. Amma əlimizdən bir iş gəlmir.
    Dedim: Əlinizdən gəlmir ki, bu eyş-işrəti, şadlığı tərk edəsiniz? Ölsün o aşiq ki, məşuqunun rəngində deyil. O, intizarın uzun çətinliyi, təzyiqində, siz isə eyş-işrət, rahatlıq, sevinc balışlarına dirsəklənmiş! Bu halınızla aşiqlik iddiasındasınız? Bu məhəbbət əsəri deyil. Ən yaxşı söz əməlin təsdiq etdiyi sözdür.
    Min nəfərdən artıq olan bu cəmiyyət sarsılıb, dağıldı. Gördüm ki, hamısı xeymələri söküb, dağıdırlar. Köhnə libas geyinib, baş-ayaq yalın gəldilər. Dedim: Qeyrətinizlə fəxr etdim. İndi Beytül-məmura tərəf dayanıb, uca səslə oxuyun:
    "Əli hər yerdən üzülən kəs dua edəndə onu eşidib, şəri sovuşduran varmı?("Nəml" surəsi, ayə 62.)
    Elə olsun ki, bədənlər qızsın. Bu çətinlikdə murad İmam Zaman əleyhissalamdır.
    Həbib ibni Məzahir və Hadi tərəfindən bu qəziyyə Vadiyüs-səlamda yayıldı və bir inqilab yarandı. Mən əhali arasında qəriblik, köməksizlik, iztirab və İmamın intizarının uzunluğu, onlarda intiqam hissinin yaranması haqqında atəşin nitqlər söyləyirdim. Vadiyüs-səlamın özündə natiqlər, xətiblər heyəti yarandı və onlar kürsüyə çıxıb nitqlər söyləyirdilər.
    Yavaş-yavaş buradan getmiş Səfiyyələr vasitəsi ilə əhalinin həyəcanı, daxili inqilabı yuxarı məqamlarda bilinirdi. Xəbərdar olduq ki, Əliyyibni Əbu Talib (ə), Həzrət Zəhra (ə.s) on məsum övladları ilə birgə belə bir istəyin olmasına şəfaət istəyiblər. Amma Peyğəmbər (s.ə.v.v) üzrlü olmuşdu ki, hələ mömin kafirdən seçilməyib.
    "Əgər möminlər kafirlərdən ayrılıb, seçilsəydilər, hökmən kafirləri dərdli əzaba düçar edərdik.”("Fəth" surəsi, ayə 25. )
    Bu ayə səbəbindən intizar bu qədər uzanıb. Bu halda dua edirik: "Allahummə fərric fərəcən acila...” O qədər ya Mühəmməd, ya Əli dedik ki, bu iki əzəmətli şəxsi də sarsıtdıq. Həzrət Zəhra (ə.s) da əlini dua üçün qaldırdı. Yanımızda bu aləmdə olan bütün söhbətlərin həkk olunduğu lövhə vardı. Biz hər söhbətdən xəbərdar olurduq.
    İLK DUALAR QƏBUL OLUNUR
    Həzrət Haqqdan xitab yetişdi ki, "Ya Mühəmməd, duanı müstəcab etdim və tezliklə zühurun təcilində vəfa edərəm.”
    Peyğəmbər (s.ə.v.v) dedi: "Sənin razılığınla razı olmuşuq. Lakin Sənin bəndələrindən biri Sənin mehmanxanana daxil olub, süfrə başında əyləşib. Amma istəyi yerinə yetməyənədək əlini süfrəyə uzatmır. İstəyi İmam Əsrin (ə) zühurudur. Belə deyirlər ki, bizim məhbubumuza İmam Zamana intizarın uzunluğu səbəbindən eyş-işrət mənasız olub. Bəs biz necə şadlanaq? O göz yaşları, nalə içindəsə, bəs biz necə şadlanaq? O göz yaşları, nalə içindəsə, bəs biz necə sevinib, gülək? Ölsün o aşiq ki, məşuqu rəngində olmayacaq! Dünyada adət ediblər ki, birindən istəkləri olanda onun süfrəsinə əl uzatmasınlar. Süfrə sahibi də nə qədər çətin olsa da, onların istəklərinə əməl edib ki, süfrəsindən dadsınlar. Onlar inanırlar ki, Sən böyüklərin böyüyüsən, hər şeyə qadirsən, Sən ehtiyaclıların, dara düşənlərin sığınacağısan, əmrinə heç bir maneə yoxdur.”
    Biz susuz dəvə tək lövhənin ətrafında toplanıb, lövhədə Peyğəmbərin həkk olmuş kəlmələrindən hiss edirdik ki, qəlbi bizə tərəf meyllidir. Bəzi mətləbləri tutub, tamamilə ümidvar olduq ki, tezliklə məqsədimizə çatacağıq. Bir gözümüz lövhədə sevincdən işıqlanmış surətlərlə Haqqın cavabını gözləyirdik ki, Peyğəmbərinə nə buyuracaq. Əmin idik ki, məqsədimizə çatacağıq.
    Haqq-Taala Öz Peyğəmbərinin meylini müşahidə edib, Peyğəmbərin Haqqın qüdrət və kərəmini cuşa gətirən sözlərindən sonra, onun istəyini rəva buyurmaqdan savayı bir cavab vermədi. Haqq-Taala o qədər səbir və sükut etdi ki, sanki cavab verməkdə tərəddüd edirdi. Xudavənd mömin bəndənin ruhunun qəbzində Özü tərəddüddədir. Əgər Peyğəmbərə mənfi cavab verərsə, axı Öz həbibinin üzüntüsünü istəmir. Necə müsbət cavab versin ki, bəlkə də, bu sürətlə təqdirlər silsiləsi zəruri deyil.
    Qəfildən Haqqın cavabı bu cümlələrə təcəlla etdi: "Bizim düşmənlərdən intiqam almaq vədəmiz Bərəhutdadır. Təsəvvür olunan şey Bizim vəlimiz Höccət ibnil-Həsənə aydındır və o, dünyəvi intiqamın təxirindən nigaran deyil. Təxirə səbəb məsələlərdə onun razılığı Bizim razılığımızdan asılıdır. O, Allahın istədiyindən başqa bir şey istəməz. Amma bu az istedadlı, hövsələsiz dəstə məclis qurub, qərar çıxarıblar, buna da müəyyən qədər haqları var. Mənim sonsuz rəhmət və qeyrətimi cuşa gətiriblər. Ona görə də Mənə lazımdır ki, onların qəlbinin dərdini boşaldam. Çünki onlar Mənim qonağımdırlar. Ona görə də məlaikələrdən bir dəstə göndərdim ki, onları Bərəhut çölünə aparsınlar. Düşmənlərin halını görsünlər və onların əzabından qəlbləri soyusun.
    Bu buyuruqlar tamam olandan sonra adamların arasında səliqə, baxış fərqlərinə görə qarışıqlıq düşdü. Biri dedi: Bərəhut çölünə getməyək, onsuz da onların əzabda olduqlarını bilirik. Amma əlimizlə qisas almaq Allahın bizə verdiyi haqdır.
    O biri dedi: Bərəhuta getməliyik. Gedib, gəzək, qəlbimiz bir az təsəlli tapsın. Həm də tam razılıq olmayıbsa, bundan artıq israr etmək doğru deyil. Çünki dünyada kimlərinsə kəcliyindən bu iş bu vaxtadək təxirə düşüb. Bizim də hərəkətimiz onu incidər, qəzəbləndirər.
    Bir başqası dedi: Xeyr, Bərəhutu görəndən sonra bu işi davam etdirmək lazımdır, hər nə olursa olsun, bundan artıq səbrimiz yoxdur.
    O qədər səs-küy salmışdılar ki, deyilən sözləri başa düşmək olmurdu. Sakitliyə çağırsaq da, faydası olmurdu.
    Nəhayət, gözqamaşdıran təmtəraqlı məlaikə dəstəsi gəldi.
    MƏLAİKƏLƏRLƏ SÖHBƏT
    Bizi köhnə libaslarda, baş-ayaq yalın, toz-torpağa bulaşmış, zəlil (xüsusilə bütün bu od-alov gorundan çıxmış Məni) görüb, bizə qarşı yuxarıdan baxmaları zirvəyə çatdı və əvvəl xilqətimizdəki kimi həqarətlə baxdılar.
    Məlaikələrin gəlişi ilə adamlardakı inqilab alovu səngidi. Mən ixtilafın götürülməsi, məlaikələrə fəzilətimizin sübutu üçün onlara etina etmədən minbərə qalxıb, xütbəyə başladım. Onlar təəccüb etdilər ki, mən onların yanında nə danışa bilərəm. Məclisə etina etməyib, əyləşdilər və mən başladım.
    Xütbənin bir yerində söhbət məlaikələrdən getdiyindən onlar dizi üstə dayandılar.
    Ey İmam dostları, ümmət yol göstərənləri, bizim Peyğəmbərin Əhli-beyti zəif olmadıqları halda zülm gördülər və cahil tərbiyə edən dünyada zalım cahillər onların qapılarını bağladılar. Peyğəmbər qızının qapısına od vuruldu. Onu qapıyla divar arasında qoyub, sümüklərini əzdilər. Onun "kimdir mənə yardımçı” çağırşına cavab verən olmadı. Eləcə də, Hüseyn ibni Əlinin çağırışı cavabsız qaldı. İndi ki, sədası bizə çatıb, biz "ləbbeyk” deyənlər əlimizdən gələni əsirgəməməliyik.
    Həzrət Haqdan olan bu istəyimizdə dünya və axirət nəzərimizdə deyil. Dünyada o qədər intizar çəkdik ki, gözlərimiz kor oldu, zühur günü həsrətini özümüzlə gora apardıq.
    İndi də başqa bir məqsədimiz yoxdur. Darbaxışlılar dedilər ki, məqsədimizdə çox israr etməyək. Məbada, iş çətinliyə düşə. Elə düşündülər ki, bu xahiş kərim Rəbbimizdən yox, əskik məxluqlar dərgahındandır. Onlar bilsin ki, pakların əməllərini napakların əməlləri ilə ölçmək, tutuşdurmaq, müqayisə etmək olmaz. Allah hamıdan mehribandır. Nalə çəkənlərin ahu-zarı Onu yormaz.
    Eləcə də o adamlar ki, dedilər zalımların əzabının tamaşasına getməyək, bu əməldən tam təsəlli yoxdur, doğru deyil. Çünki bu əməl Allaha itaətsizlik olar. Getmək lazımdır, özü də tam qüvvə, döyüş hazırlığı ilə. Əgər döyüşə icazə verilərsə, döyüşək. Məqsədim orada qalmaq, istəyimizdən əl çəkməmək, muradımıza çatmaqdır. Min illər çəksə də! Sizlərdən hər kəsdə belə dəmir iradə, ali himmət, sabit əzm varsa, bizə qoşulsun.
    On iki min kişi irəli çıxdı ki, biz hazırıq və iş məqsədə çatmayınca geri dönmərik.
    Mən də minbərdən düşdüm. Min nəfər silahlanmış və ata süvar olmuşdu. Bayrağı başçının əlinə verib, tapşırdım ki, hər enişdə, hər yoxuşda "ləbbeyk” və "sədeyk” desinlər. Fikirləşin ki, o iki qərib İmamı eşidirsiniz, qoy, qanınız cuşa gəlsin.
    Məlaikələrin başçısına dedim ki, məlaikələrdən yüz nəfərini bu dəstəyə qoşsun. Onun razılaşmaqdan başqa çarəsi yoxdu. Narahatlığından bilinirdi ki, bizim işimizə etirazı var. İşimizi Allah razılığına zidd, bəlkə də divanəlik sayırdı.
    Beləcə, altı dəstə bir-birlərinin ardınca yüz məlaikənin müşayiəti ilə yola düşdü. Altı minlik yeddinci dəstə qalan məlaikələrlə gəlirdi. Özüm də ələm götürdüm, qılıncları siyirib hərəkətə başladıq. Hər eniş və yoxuşda "ləbbeyk” səsindən yer-göy titrəyirdi.
    Mən məlaikələrin başçısı ilə çiyin-çiyinə yanaşı gedirdim. Arabir görürdüm ki, başçı sakit və qaraqabaq, başı aşağı, fikirlidir. Elə bil, nəsə demək istəyir, sonra sözünü udurdu. Mən onun sirrini hiss edirdim. Amma yenə də soruşdum: Nə üçün qəmgin, narahatsınız?
    Dedi: Mən sizin bu vəhşicəsinə hərəkətinizdən qəzəbliyəm. Çünki bu vaxtadək bu əmin-amanlıq aləmində belə bir hadisə baş verməyib. Qorxuram Allahın qəzəb odu sizə nazil ola, biz də sizin aranızda sizin odunuza yanaq.
    Dedim: Siz nə üçün bizim odumuza yanmalısınız?
    Dedi: Çünki, sizi bu pis işdən saxlamadıq.
    Dedim: Əgər bizim işimiz pisdirsə, nə üçün qarşısını almırsınız?
    Dedi: Çünki sizi Bərəhuta aparmaq tapşırığı almışıq.
    Dedim: Biz də sizinlə gedirik, bəs nəyimiz pis olur?
    Dedi: Qoşun çəkməyiniz, fitnə yaratmağınız.
    Dedim: Məgər Allahdan əmr olub ki, bizi başqa surətdə aparasınız?
    Dedi: Yox, yalnız buyrub ki, onları aparın.
    Dedim: Aparmaq bütün növ aparmağa şamildir. Piyada, süvari, silahlı, əliboş... hansı keyfiyyətdə olursa olsun. Bütün bunlar sizin vəzifənizdir. Ona görə də pis olmayacaq. Çünki Allah pis işi əmr etməz. Əgər siz bizə Allahın əmr etdiyini qadağan etsəydiniz, Onun qəzəbinə düçar olardınız. Ona görə də yaxşıya dəvət, pisdən çəkindirmək o kəsə vacibdir ki, yaxşı və pisi tanımış olsun, onları fərqləndirə bilsin. Sən ki, yaxşını pisdən ayıra bilmirsən, bizə bir işi qadağan, bir işə əmr necə edə bilərsən?
    Gördüm ki, əvvəlki böyüklüyündən, uca mərtəbəsindən bir qədər aşağı endi. Təvazö ilə dedi: Əlhəmdu lillah ki, dilimə qadağan gəlməyib.
    Dedim: Mənim qeyrətim məni məcbur edir ki, sizi bundan da aşağı endirim. Sənin "bu hadisə indiyədək olmayıb”, deməyin eynən qiyas, oxşatmadır. Belə çıxır ki, gələcək həmişə keçmiş kimi olmalıdır. Əgər bir şey keçmişdə olmayıbsa, gələcəkdə də olmamalıdır? Hansı ki, ilk qiyas edən şeytan olub. O deyib ki, hər nə oddandırsa, od kimi nurludur. Sən özün bilirsən ki, onun qiyası batil idi. Məhz, bu zalımlığına görə ilahi dərgahdan qovuldu. Sənin bu batil qiyasın müqabilində Haqq-Taala açıq-aydın buyurub: "O hər gün bir məqamdadır.”
    Mələk daha artıq təvazö və kiçikliklə dedi: Qorxum budur ki, Peyğəmbər aydınca Əlinin cavabında buyurub ki, hələ xəbis təmizdən ayrılmayıb və təqdir, zühur yaxşıların pislərdən üstünlüyündən, ayrılığından sonradır. Necə ki, Nuhun qəziyyəsində oldu. Siz çalışırsınız ki, təxirə salınmış təqdiri tezləşdirəsiniz. Başqa sözlə, o şey ki, müqəddər olub, sabah zühur olsun, siz istəyirsiniz ki, bu gün olsun. Bu özü həqiqətdə Allahlıq iddiasıdır.
    Dedim: Bu aləmlərdə müqəddər olma səbəblərlədir, yoxsa səbəblərsiz?
    Dedi: Səbəblər silsiləsi ilə təqdir olunur. Çünki onların bir-birlərindən ayrılması qeyri-mümkündür, mahaldır.
    Dedim: Bəs bizim rəftarlarımız, dualarımız, israrlarımız, ciddiliyimiz də ilahi səbəblərdən ola bilər. Çünki nəfsani meyllər, adətən, ixtiyardan kənardadır.
    Allah bağışlamaq istərsə əgər,
    Bəndəni yalvarış halına çəkər.
    Hər necə olsa duada israr, Allahdan istəmə bəzi müqəddəratların səbəblərindəndir ki, uzağı yaxın, yaxını zühura çatdırır. Maneəni aradan götürür və vücuda şərait yaradır. Əlavə, duada israr etmək müstəhəbbatdan, bəyənilmiş işlərdəndir. Əgər mətləbə təsir etməsə də ən azı savaba səbəb olar.
    Həmin mələk öz çəkinməsindən bir qədər əl götürüb, sakitcəsinə, istər-istəməz yola yoldaş oldu.
    Dedi: Amma rəhmani fikirlər, ilhamat bəndələrə mələklər vasitəsi ilə verilir. Bunsuz iş mahaldır və biz bu hadisədən xəbərsizik.
    Dedim: "Bəqərə” surəsinin son ayələri Cəbrəilin vasitəçiliyi olmadan gəlib. De görüm, sizdən ucası var, ya yox?
    Dedi: Bəli, çox. O qədərdir ki, onların dərəcələri bizə məlum deyil.
    Dedim: Bizə olan bu ilhamat, ola bilsin ki, sizdən uca vəsilə ilə gəlib. Bundan əlavə, biz Peyğəmbər Əhli-beytinin dostlarıyıq və dostluqda zəruridir ki, aşiq öz məşuquna yardım etsin. Lap dua ilə də olsa.
    Yaxşı, bizə nə iradınız var? Deyirsiniz ki, nə üçün onu dost tuturuq, nə üçün dostluq zəruriyyətlərinə əməl edirik?
    O cavab verməkdən çəkinəndə dedim: Sizin ucadan uçmağınızın səbəbi həmin təkliyinizdir. Əgər biz də əvvəlki tək təcrid olmuş (mücərrəd) qalsaydıq, torpağa bağlanmasaydıq, sizin kimi olardıq. Bəlkə Allahlıq iddiasında da olardıq. Təsdiq edin ki, hər mücərrəd, maddidən bilikli, üstün deyildir.
    Hər papağın əyib, ciddi oturan,
    Qeysərlik bacarmaz, papaqbaz olar.
    ***
    Açılmaz min nöqtə gördüm burada,
    Uzunsaç, dərviş yox, saçaqbaz olar.
    "Ləbbeyk” deyə-deyə Cəbəlür-rəhman adlı dağ ətəyinə çatdıq–dağ Ərəfat dağı idi. Deyirlər, bu dağ "Sur”un kiçilmiş dərəcəsidir və Allah-Taala bu barədə buyurub:
    "Möminlərlə münafiqlərin arasında içəri tərəfində mərhəmət və bayır tərəfində əzab olan bir sədd çəkiləcəkdir.”("Hədid" surəsi, ayə 13. )
    Bizdən qabaq dağa çatanlar xeymələrini qurub, gözləmə yerində oturmuşdular. "Ləbbeyk” fəryadları qovuşub havaya qalxdı və dağı lərzəyə gətirdi.
    Bizim xeyməmizi qurdular.
    MƏLAİKƏLƏR SADƏ OLURMUŞ
    Əvvəlki dəstə başçıları mələklərlə bir yerdə on iki nəfərdi. Mələklərin başçısı və mənimlə birlikdə on dörd nəfər xeyməyə daxil olduq. Soruşduq ki, nə üçün dağın ətəyində dayandınız, yuxarıya qalxmadınız?
    Dedilər: Şəxslər gəlib, bildirdilər ki, dağa qalxmaq olmaz. Sizdən başqa kimsə bu dağın ərazisinə keçə bilməz.
    "Hündürlüklərdə şəxslər vardır ki, hər kəsi əlamət və simasından tanıyarlar.”("Əraf" surəsi, ayə 44. )
    Mələklərin rəisi dedi: Siz dəlillərlə bizi qane etdiniz, çünki biz dəlil-sübut əhli deyilik. Amma duyulmuşdur ki, sizin bu işinizdə Allahın razılığı yoxdur. Ola bilsin ki, sizin tovfiqiniz (ilahi yardımdan faydalanmağınız) əzab və işgəncə ilə yanaşı olsun, biz də sizin aranızda əziyyət çəkək.
    O bu sözləri rəngi qaçmış, bədəni titrər halda dediyindən məclisdəkilər də qorxuya düşdülər. Mən qorxdum ki, bu sirr buradan bayıra çıxsa, qoşun dağılar. Ona görə də üzümü rislərə tutub dedim ki, bu məclisimiz qapalıdır, məbada söhbətlər bayıra çıxa.
    Üzümü mələklərin başçısına tutub, dedim: Siz necə də sadəlövhsünüz, təxəyyüllərə inanırsınız. Qalxın, ordugahın ətrafında gəzişək. Həm adamların halından xəbər tutaq, həm də bu yerlərin mövqeyini öyrənək.
    Mən bu təklifi ona görə irəli sürdüm ki, başçı iztirabdan çıxsın. Adını "kəşf” qoyduğu gümanlarından azad olsun. Qədəm-qədəm bir xeyməyə yaxınlaşdıq ki, bir şəxs silahını hazırlaya-hazırlaya zümzümə edir:
    İntizar çəkənin canı ağzında,
    And verirəm sənə, yetiş fəryada.
    Biz qarışqa, sən də gəl Süleyman ol.
    Biz bir quru cisim, yetiş sən can ol.
    Mən bu qeyrətli zümzümələrdən ləzzət aldım, iftixar nəzəriylə mələyə baxdım.
    Gəzə-gəzə ordugahdan yüz addım aralı bir təpəyə gəlib çatdıq. Təpənin üstündən gördük ki, məşriq üfüqləri başdan-başa qara buludlarla örtülüb. O buludlardan müxtəlif növlü, müxtəlif hərəkətli bir od oxlar tökülürdü ki, deyərdin, üfüq bir parça alovdur. Buludlardan gələn qorxunc gurultular qulaqlarımıza çatırdı.
    Məlaikənin nəzərləri o qorxunc səhnəyə sataşdı və dedi:
    "La hovla və la qüvvətə illa billah.”
    Dedim: Orada nə olub?
    Dedi: Ora Bərəhut səmasıdır. Nizə, qılınc, xəncər, əmud surətində ələnən alov oxlar Ali-Mühəmməd düşmənlərinin başına tökülür. Həqiqətdə isə bunlar möminlərin göndərdiyi lənətlərdir. Əsil ilahi intiqam isə yerdədir. İşıq saçan qızarmış dəmir kürəyə bənzər yerdə! Ora alovdan sürünənlər, yırtıcılarla doludur, çaylarından ərinmiş mis axır.
    Biz görürdük ki, həmin ağır oxlar onların birinə dəyib, o birinə keçirdi. Yerə dəyəndə yenidən göyə qalxır və yenə də neçəsini parçalayırdı. Bu oxlar qaçmaq istəyənləri təqib edir, ona sancılırdı. Elə bil, hədəfini tanıyırdı, şüurlu idi.
    "Bu dünya həyatı oyun-oyuncaqdan başqa bir şey deyil.”("Ənkəbut" surəsi, ayə 64. )
    O adamlar ixtiyarsız olaraq, suda sədəfotu oynayan kimi qalxır, düşür, aramlıq tapmırdılar. Fəryadları qulağımıza it səsi kimi yetişirdi. Bu mənzərə hamının sevincinə səbəb olmuşdu. Göstəriş verdim ki, mənim xeymələrimi təpənin üstündə qursunlar. Başqaları da öz xeymələrini buraya köçürdülər. Biz ardıcıl lənətlər yağdırdıqca göydən yağan alovlu oxların sayı artır, az qala göyün üzü tutulurdu.
    Qoşun lənət və nifrinə olan şövqdən elə lənət yağdırırdı ki, axırda ağızları qurudu. Düşmənlərin bədəni kabab oldu, deşilib ələyə döndü.
    Bu atəşi görərək iman əhli geri çəkilmirdi. Çünki məzlumun ürəyinin rahatlığı zalimin ölümü, varlıq dünyasından çıxmasıdır. Amma axirət aləmində ölüb yox olmaq yoxdur. Çünki orada həyat zatıdır, insanın bədəni yanıb, deşik-deşik olsa da yenidən bərpa olunur.
    "Ayələrimizi inkar edənləri oda atacağıq, onların dəriləri yanıb, bişdikcə əzabı həmişə dadsınlar deyə, o dəriləri başqası ilə əvəz edəcəyik.”("Nisa" surəsi, ayə 56. )
    XEYMƏDƏ MƏŞVƏRƏT
    Yeddi dəstənin başçıları və yeddi məlaikə mənim otağımda toplandılar. Götür-qoy etdik ki, nə edək ki, kamil intiqam hasil olsun, qəlbimiz sakitləşsin. Qarşıdakı mənəvi müharibədə kamil nəticəyə çataq.
    Xüsusilə, İmam Zaman (ə)-ın qəlbi qəm-kədərlə doludur. O şəmin pərvanəsi olan şiələr də hüzndən kənar deyillər.
    "Bizim şiələr torpaq və gilimizin artığından yaranmışlar, vilayət suyu ilə qarışmışlar. Şadlığımıza şad, qəmginliyimizə qəmgindirlər.” (İmam Sadiq, (ə))
    Bəziləri dedilər ki, yaxşı, Bərəhuta daxil olub onları tikə-tikə doğrayaq, lap elə ölməsələr də qəlbimiz soyusun.
    Mələklər dedilər: Onların əzabı siz verəcəyinizdən daha ağırdır. İkincisi, sizin Bərəhuta daxil olmağınıza icazə verilməyib.
    Bir başqası dedi: Biz Bərhuta daxil olsaq, onların əzabı yüngülləşər. Çünki Cəhənnəm odu mömindən qorxandır.
    Mən dedim: Bizim qanımızın coşub qaynamasının səbəbi İmam Zaman (ə)-ın kədəridir. Şiənin qəlbi ona bağlı olduğundan nə qədər ki, onun qəlbi soyumayıb, bizimki də soyumayacaq.
    Fikirləşib, onu intizardan qurtarmaq lazımdır. Bunun duadan başqa yolu yoxdur. Biz tam ciddiyyətlə biçarələrə çarə qılandan istəyək ki, dərdimizə çarə etsin. Hamı bu fikri bəyəndi. Yalnız məlaikələr susdu.
    Bu vaxt qoşundan bir dəstə adam gəldi və dedilər ki, şəmşirsiz, nizəsiz bizim qəlbimiz soyuyan deyil. Dedim ki, hamıya elan edin ki, sıraya düzülsünlər, Beytül-məmura tərəf gedəcək və Allahdan zühurun təcilini istəyəcəyik.
    Hamı düzüldü. Əllərimizi Allah dərgahına qaldırıb "Fərəc” duasına başladıq. Başqa çarəmiz də yoxdu. Sıradan çıxıb bir neçə nəfərlə lövhə olan yerə getdik ki, ali söhbətlərdən eşidək. Bir də gördük ki, Peyğəmbər, (s.ə.v.v), Əli (ə), Əhli-beyt də sıraya durub, əllərini "Fərəc” duasına qaldırıblar. Arxalarında bütün peyğəmbərlər, mürsəllər, göy əhli, mələklər dua üçün durublar.
    Dedim: Şəksiz, bu hadisədən dünyaya təsir olacaqdır. Çünki nəzər salıb, Həzrətin özünü, yaxınları ilə bir dağ başında dua halında gördüm.
    ZÜHURA ÜMİDİMİZ VAR
    Bütün şəhərlərdə, İslam ölkələrində, məscidlərdə, yığıncaqlarda duaya məşğul idilər. Səhradakı canlılar belə toplanıb, öz dillərində zühurun tezliyinə dua edirdilər.
    Bu mənzərəni görəndən sonra zühurun olacağına tamamilə əmin oldum. Sıralar arasına qayıdıb, inqilabi bir əhval gördüm-bəziləri ağlar halda qurumuş dodaqlarla dua halında, bəziləri özündən getmiş. Dedim: Qalxın, ayıq olun ki, zühura ümidimiz var.
    Az sonra dünyaya təvəssül edib, Kəbə evindən Həzrət İmam Zaman (ə)-ın səsini eşitdik:
    "Eşidin, ey əhli-aləm, Mən intizarı çəkilən İmamam! Agah olun ki, cəddim Hüseyn susuz şəhid edilmişdir.”
    Ordugaha qayıdıb Peyğəmbərin (s.ə.v.v) kəlamını uca səslə təkrar etdim: "Hər kəs oğlumun arxasında düşməndən intiqam almaq istəyirsə, əlindəki qılıncla geri qayıdıb, qəbrindən bayıra çıxsın!”
    Dinlə o gizlin səsi, gör nə müjdəli səsdi,
    Fəraq gecəsi ötdü, vüsal küləyi əsdi.
    Torpaq oğluna söylə, ey torpaqdan qaralmış,
    Cahan canı zühurda, zülmün bağrı yarılmış!
    Category: Axirət aləminə səyahət | Added by: Islam_Kitabxanasi
    Views: 881 | Downloads: 0 | Rating: 5.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024