İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 2
Qonaqlar 1
İstifadəçilər 1
Ferec313
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » 40 mövzu 40 həqiqət

    40 mövzu 40 həqiqət
    2012-01-13, 6:19 AM

    9. PEYĞƏMBƏR (S)-İN ABDULLAH İBNİ MƏSUDA NƏSİHƏTLƏRİ
    Abdullah ibn Məsud deyir: Günlərin birində səhabələrdən beş nəfərlə – şiddətli qıtlığa düçar olduğumuz halda, – həzrət Peyğəmbər (s)-in hüzuruna gedib, ərz etdik: "Ya Rəsuləllah! Bu qıtlıq nə vaxta qədər davam edəcəkdir?” Həzrət buyurdu:
    1-Diri olduğumuz vaxta qədər! Həmişə Allaha şükür etmək lazımdır; çünki mən səmavi kitabları oxumuşam, lakin orada səbir edənlərdən başqa bir kimsənin behiştə daxil olacağını görməmişəm.
    2-Onlar Allaha itaət etmək və günahdan çəkinmək müqabilində səbir edir, halal mal qazanır, mötədilliklə xərc edir və öz xərclərinin çoxunu Allah yolunda sərf edirlər, nicat tapanlar və əməli saleh olan şəxslər, məhz onlardır!
    3-Onlar vüqar və düşüncə sahibi, mülayimliklə rəftar edənlər, ibrət götürənlər, təqvalılar, (insanlara) yaxşılıq edənlər, İslam düşmənləri ilə Allah xatirinə düşmənçilik edənlər, əmanətə xəyanət etməyənlər, haqq yardımçıları və (onlara) pislik edənləri bağışlayanlardır.
    4-Onlar bəlaya (və müsibətə) düçar olduqda dözümlü olur, nemət əldə etdikləri zaman şükür edir, düz danışır və verdikləri vədə xilaf çıxmırlar. Onlardan bir səhv və xata baş verdikdə, dərhal tövbə edir, yaxşı bir əməl yerinə yetirdikdə isə sevinirlər. Gecələri öz Rəbblərinə itaət etmək üçün namaza qalxıb, səcdə edirlər. Allaha and olsun ki, nicat tapanlar, məhz onlardır!
    5-(İndi isə) Allahın buyuruğuna qulaq as: "Əgər insanların hamısı eyni səviyyədə olsaydılar, kafirlərin evlərini ləl-cəvahir, qızıl və gümüşlə bəzəyər, evləri üçün müxtəlif qapılar qərar verərdim... Lakin bunların hamısı dünya malıdır və Allah yanında olan axirət aləmi təqvalılar üçündür... Hər kəs axirəti abad etmək əzmində olub, onun üçün çalışsa və imanlı olsa, onun səyi və çalışması təqdirəlayiqdir.”
    6-Behşit arzusunda olanlar yaxşı əməllər yerinə yetirmək üçün tələsir, cəhənnəm əzabından qoxur, ehtirası və nəfsin istəklərini tərk edir, maddi ləzzətlərdən üz çevirir və ölümün intizarında olurlar. Zahidlər üçün dünya müsibətləri asan olur.
    7-Musa Allah ilə həmsöhbət seçiləndə, arıqlıqdan qarnı belinə yapışmışdı. O, Mədyən şəhərinin arxasında bir divarın kölgəsinə sığındığı zaman Allahdan yalnız aclığını qaldıracaq miqdarda yemək istədi. Əgər Davud peyğəmbərdən söhbət etməyimi istəyirsənsə, bil ki, o, Allahın yer üzündəki xəlifəsi idi. Onun paltarı yundan, yeməyi isə təkcə arpa çörəyindən ibarət idi.
    8-Əgər Nuh peyğəmbərdən danışmağımı istəyirsənsə, bil ki, o, doqquz yüz əlli il ərzində camaatı Allaha doğru çağırdı, sübh yaşamağa, gecə isə sübh etməsinə ümidi yox idi. Paltarı yundan, yeməyi arpa çörəyindən ibarət idi. Süleyman peyğəmbərin hökmranlıq etməsinə baxmayaraq, özü arpa çörəyi yeyir, camaata isə ağ buğda çörəyi verirdi. Gecələri Allahla raz-niyaz və münacatla keçirir, əllərini boynuna bağlayıb, sübhə qədər ibadət edirdi.
    9-İbrahim peyğəmbərin də paltarı yundan, çörəyi isə arpadan idi. Yəhya peyğəmbərin paltarı xurma lifindən toxunmuşdur, yeməyi isə ağac yarpaqlarından idi. İsa ibn Məryəmin həyatı isə qəribə idi. O, belə demişdir: "Göyərti yeməyim, paltarım yundandır, gecə vaxtları çırağım isə ayın işığıdır. Günlər ötüb keçir, lakin dünya malından heç bir şeyim olmayan halda, yer üzündə məndən ehtiyacsız kimsə yoxdur.”
    10-Peyğəmbərlər Allahın düşməni ilə düşmən idilər; Onun bəyənmədiyi şeyləri bəyənmir, onlara qarşı rəğbət bəsləmir və Allahın kiçik saydığı şeylərə də kiçik gözlə baxırdılar.
    11-Allah-taala onları Öz kitabında tərifləmiş və Nuh peyğəmbər barəsində buyurmuşdur: "O, şükür edən bir bəndə idi.” İbrahim (ə) haqqında buyurulur: "Allah İbrahimi Özünə dost seçdi.” Davud (ə) barəsində buyurmuşdur: "Səni yer üzündə Öz xəlifəm qərar verdim.” Musa (ə) barəsində buyurmuşdur: "Allah Musa ilə söhbət etdi.” Həmçinin buyurmuşdur: "Mən onu insanlar arasından seçib, Özümə yaxın etdim.” Yəhya (ə) barəsində buyurmuşdur: "Ona uşaqlıqda hökm (hikmət) verdik.” İsa (ə) haqqında buyurmuşdur: "Ey İsa! Sənə və anana verdiyim neməti yada sal, o zaman ki, sənə Ruhul-qudusun vasitəsilə kömək etdim, beşikdə ikən insanlarla danışdın. Sən Mənim iznimlə palçıqdan bir quş surəti düzəldib, öz nəfəsini ona üfürürdün və o da quş olurdu.”
    Allah-taala buyurur: "Peyğəmbərlər yaxşılıqlara doğru tələsdilər. Onlar ürəklərində həm qorxu, həm də ümid olduqları halda Bizi çağırır və Bizim müqabilimizdə təvazökarlıqla itaət edirdilər.”
    12-Günah əməllərə qurşanan şəxsləri cəhənnəm odu, haram və günah işləri tərk edənləri isə behişt gözləyir. Sənə zahid olmağı (dünya malına məftun olmamağı) və dünyanı tərk etməyi tövsiyə edirəm, çünki Allah-taala onun vasitəsilə mələklərə fəxr edir və onların vasitəsilə sənə nəzər edib, salam göndərir. Məndən sonra elə insanlar gələr ki, ləzzətli yeməklər yeyər, sürətli miniklərə minər, özlərini, qadınların ərləri üçün bəzəndikləri şeylərlə bəzəyər, şərab içər, qumar oynayar, nəfsi istəklərə, maddi ləzzətlərə çulğalaşar, camaat namazını tərk edər, gündəlik və gecə namazlarının vaxtında yatar və gecələri dünyəvi ləzzətlər ardınca gedərlər. Allah-taala buyurur: "Özlərindən sonra namazlarını zay edən və nəfsani istəklər (ehtiraslar) ardınca düşən bir nəsil qoyub getdilər. Onlar azğın və əzaba düçar olan şəxslərdir.”
    13-Dünyada maddi ləzzətlər və nemətlər içərisində yaşayıb nəfsin istəklərinə uyanların – axirət aləmində əbədi cəhənnəm odunda yanacaqları halda – onlardan bu dünyada bəhrələnməklərinin nə xeyri vardır?! Onlar böyük evlər və saraylar tikər, məscidləri zinət kimi saxlayar, qarın və qadın düşgünü olarlar, dünya malından başqa heç nə fikirləşməz, yediklərinin halal, yoxsa haram olmasına fikir verməzlər. Onlar məhz zəlalətdə olanlardır. İslam zühur edən ilk çağlarda qərib idi, gələcəkdə də qərib olacaqdır. Buna əsasən, behişt və əbədi səadət qərib olanlar üçündür.
    14-Allahdan başqa heç kimdən, heç bir şeydən qorxma. Allah-taala buyurur: "Hər yerdə – (hətta) möhkəm və uca qalalarda olsanız belə, ölüm sorağınıza gələcəkdir. Hər kəs elmi dünya məqsədlərinə çatmaq üçün öyrənib, dünya məhəbbətini və zinətlərini ondan üstün tutsa, Allahın qəzəbinə düçar olar.” Buna görə də onların yeri cəhənnəmin ən aşağı mərtəbəsindədir.
    15-Allah-taala elmi öyrənib, ona əməl etməyənləri qiyamətə kor halda gətirər. Bu dünyada da onların ruzisinin xeyir-bərəkətini alar, özbaşına buraxar, nəhayət həlak olarlar. Allahla görüşə ümidvar olanlar saleh əməllər yerinə yetirməli və ibadətdə heç bir kəsi Allaha şərik qoşmamalıdır.
    16-Pak, zahid və əməli saleh olan şəxslərlə yoldaşlıq et; çünki Allah-taala buyurur: "Pərhizkarlar müstəsna olmaqla, bu dünya dostları axirətdə bir-birlərinin düşmənləridir.”
    17-Allahdan qorxmağı və təqvalı olmağı sənə tövsiyə edirəm! Allah-taala (həqiqi möminlər və təqvalılar barədə) buyurur: "Allah onlardan, onlar da Allahdan razıdırlar.” Bu məqama çatanlar yalnız Allahdan qorxub təqvalı olanlardır.
    18-Xeyri olmayan şeyləri boşla və xeyri olan şeylərin ardınca get. Allah-taala belə buyurmuşdur: "O gündə (qiyamətdə) hər bir şəxs üçün məşğul olacağı bir iş (giriftarçılıq) vardır.” Öz ailə-uşaqlarına və qohum-əqrəbana xatir günah işlərlə məşğul olmaqdan və Allaha qarşı itaətsizlik etməkdən həzər et.
    19-Haram yeməkdən, dünya və onun cah-cəlalından, ləzzət və şəhvətlərindən uzaq ol!
    20-Quran oxuyan zaman əmr və nəhy edən ayələrə çatdıqda, onun haqqında diqqətlə fikirləşib, ibrət dərsi al. Quranın nəhyi səni günahı tərk etməyə, əmri isə yaxşı əməllər görməyə dəvət edir.
    21-Heç bir günahı kiçik sayma və böyük günahları tərk et. İnsan qiyamətdə günahlarına baxanda, gözündən yaş əvəzinə qan və çirk gələr.
    22-Sənə "Allahdan qorx!” – deyiləndə qəzəblənmə. Arzularını azalt, qəlbini yalnız Allaha bağla; çünki Allah, Onunla görüşü arzulayanları çox sevir və görüşü məkruh olan (bəyənilməyən) şəxslərin görüşünə getməyi bəyənmir.
    23-Böyük saraylar, qəsrlər tikmək və bağ-bostan əldə etmək fikrində olma, çünki Allah-taala buyurur: "(Ey qafil insanlar! Mal-dövlət, oğul-uşaq və qohum-əqrəba) çoxluğu ilə öyünmək sizi (Allaha ibadət etməkdən, axirət üçün çalışmaqdan) yayındırdı.” ("Təkasur” surəsi, 1-ci ayə.)
    24-Malına sələm qatanın günahı anası ilə zina edən şəxsin günahından böyükdür. Allah yanında şərab içən şəxs (istər az içsin, istərsə də çox) sələm yeyəndən pisdir və şərab bütün günahların açarıdır.
    25-Yaxşı əməl sahiblərinə zülm edib, çirkin işlərlə məşğul olanlara yardım edən, haqqı batil, batili isə haqq kimi qələmə verənlərin məqsədləri məhz dünyadır. Onlar özlərinin əyri yolda olduqlarını yaxşı bilirlər, lakin Şeytan onların pis əməllərini gözlərində zinətləndirmiş və nəticədə haqq yoldan azdırmışdır. Onların yeri cəhənnəmdir!
    26-Günaha batmaqdan həzər et. Günahın ləzzəti şərabın ləzzətinə bənzəyir, hətta ondan da pisdir.
    27-Əməlləri Allaha xatir və ixlasla yerinə yetir; çünki Allah-taala ixlasla yerinə yetirilməyən heç bir əməli qəbul etməz.
    28-Dünyanın nemət və ləzzətlərindən, alçaq və ucalıqlarından əl çək, onlardan qorunub saxlanmaq üçün hazırlaş; çünki onların hamısından sorğu-sual olunacaqsan. Allah-taala bu barədə buyurur: "O gündə (qiyamətdə) nemətlərdən hökmən sorğu-sual olunacaq.”
    29-Oruc tutmadığın və gecə namazı qılmadığın halda, camaat səni (bu xüsusiyyətlərlə) təriflədikdə xoşhal olma. Dünya və onun ləzzətləri səni axirət aləmi haqqında fikirləşməkdən saxlamasın. Onları özün üçün oyun-oyuncaq qərar vermə.
    30-Çoxlu yaxşı və saleh əməllər yerinə yetir, günaha və ona mürtəkib olmağa doğru tələsmə, tövbəni təxirə salma.
    31-Aldadıcı qanunlar çıxarma; çünki belə bir iş görən hər bir şəxs həm özünə, həm də başqalarına zərər yetirmiş olar. Dünyaya bel bağlama; çünki ondan tez bir zamanda ayrılacaqsan.
    32-Aşkarda böyük və kiçik günah etməkdən çəkin, çünki harada olsan da, Allah-taala səni görür. Heç bir yerdə Allahı yaddan çıxarma və Ondan (Onunla müxalifət etməkdən) qorx!
    33-Şeytanı özünə düşmən tut, haram mal yemə, haram paltar geyinmə və günah etmə.
    34-Sənə tapşırılan mal-dövlətə və əmanətə xəyanət etmə. Ruzi əldə etmək üçün qüssələnmə, çünki Allah-taala yer üzündə yaşayan heç bir varlığı ruzisiz qoymaz.
    35-Məni peyğəmbərliyə göndərən Allaha and olsun, dünya malını buraxıb, axirət ticarətinə üz gətirən şəxsə Allah xüsusi nəzər yetirər!
    İbni Məsud dedi: "Ya Rəsuləllah! Axirət ticarəti necədir?”
    Həzrət buyurdu: "Dilini Allahı yad etməkdən saxlama və həmişə "Sübhanəllahi vəl-həmdu lillahi və la ilahə illəllahu vəllahu əkbər” – de! Heç bir şeyi Allahı zikr etməkdən üstün tutma!
    36-Saleh əməl sahiblərini sev, çünki insan qiyamətdə sevdiyi şeylə məhşur olacaqdır. Əgər yaxşı işlər görməyə gücün çatmırsa, (heç olmazsa,) alimlərə məhəbbət göstər.
    37-Allahı yad etmək hər bir şeydən üstündür. Allah-taala buyurur: "Ən böyük ibadət Allahı yad etməkdir.” Başqa bir yerdə isə belə buyurur: "Məni yad edin ki, Mən də sizi yad edim!”
    38-Vüqarlı ol, qəlbinin aramlığını qoru, işlərində həddindən artıq tələbkar olma, insanları bağışla, onlarla mülayim davran, onlara ürək yandır. İbadət et, düz danış, əməllərini ixlasla yerinə yetir, ağıllı, imanlı, dözümlü, pak-pakizə ol, dünyanı tərk et və sağlamlığını qoru.
    39-Əhl-əyalına məhəbbət bəsləməyin səni günaha və haram işlərə sövq etməsin. Çünki Allah-taala buyurur: "Qiyamət günündə pak qəlblə (Allahın hüzuruna) gələnlərdən başqa, övlad və mal-dövlət heç bir fayda verməyəcək.” Sənə Allahı yad etməyi və saleh əməl yerinə yetirməyi tövsiyə edirəm. Dilini qoru, çünki Allah-taala buyurur: "Qiyamət günündə ağızlarınızı möhürləyəcəyik, (onun yerinə) əl və ayaqlar Bizimlə danışacaq və pis işlərinizə şəhadət verəcəklər.”
    40-Sənə düz danışmağı tövsiyə edirəm; heç vaxt yalan danışma və insanlarla insafla rəftar et (zərərinə tamam olsa da, haqq söz deməkdən çəkinmə). Yaxşılıq et, camaatı da yaxşı işlərə dəvət et. Qohumluq əlaqələrini kəsmə, xalqı aldatma və əhd-peymana vəfalı ol. Camaata çətinlik törədən şəxslərdən olma, onların rahatlığı üçün səy et. Hər bir işi fikirləşəndən sonra yerinə yetir. Camaata deyil, yalnız Allaha baş əy və günahlara israr etmə.”
    10. ƏXLAQ USTADIMIZIN NƏSİHƏTLƏRİ
    1-Bütün işlər sənə asan olsun deyə, ölümü həmişə yad et.
    2-Qeybət etmə, töhmət vurma, həsəd və paxıllıq etmə, çox danışma, gözü naməhrəmə baxmaqdan saxla, haqq sözlərə qulaq as, gecə namazını yaddan çıxartma, hər an zikrlə məşğul ol, təfəkkür et və hər gün özündən hesab çək.
    3-Şeytan həmişə insanın sorağına gəlib, onu azğınlığa dəvət edir. Allah-taalanı yad etməyi unutma; çünki Şeytan damardakı qana bənzəyir. Çoxlu tövbə edin.
    4-Öz taleyindən şikayətlənən şəxs kiçik ruha malikdir. Başqalarının tərifi ilə xoşhal olan şəxs özünə inanmır.
    5-Zikrlərin ən gözəli Quran oxumaq, tövbə etmək ("Əstəğfirullah” demək), "La ilahə illəllah” kəlməsini və salvatı demək, dua etmək, imam Zaman (ə) tərəfindən sədəqə verməkdir. Hər vaxt dua etmək ruhiyyəsinə malik olmadınızsa, təklikdə Allahı yad etməyi unutmayın.
    6-Həyatınızda proqram üzrə hərəkət etməyə səy edin, belə ki, səkkiz saat işə və dərsə, səkkiz saat istirahət və yatmağa, səkkiz saat ibadət, dua və mütəal Allahla raz-niyaza sərf edin. Heç vaxt bekar qalmayın, hətta faydasız iş tənbəllikdən və işsizlikdən yaxşıdır.
    7-cismimiz xəstələndikdə təbibə müraciə edib, bəzi yeməklərdən pəhriz etdiyimiz halda, nə üçün ruhumuz xəstələndikdə (hər kəs imanının zəifliyi qədər ruhi xəstəliyə düçardır), qadağan olunmuş əməllərdən çəkinmirik?! Hər bir sözü danışır, hər bir şeyə nəzər salırıq; dilimizi, gözümüzü, qulağımızı haram şeylərdən saxlamır və əməlimizi ixlasla yerinə yetirmirik.
    8-Həm mal-dövlət, həm də sair şeylər qəbrə qədər, elm və əməl isə qiyamət gününə qədər bizimlədir. Belə isə, saleh əməllər yerinə yetir, mal-dövlət yığma. İnsanlarla deyil, mütəal Allahla ünsiyyətdə ol, bil ki, bu dünyada bir müsafir kimisən.
    9-Ölülərdən ibrət, keçmişdə yaşayanlardan isə nəsihət al; heç kəsin qəlbini sındırma, seyidlərə ehtiram göstər, xalqın əlində olanlara göz dikmə, dünya əyləncələri, oyun-oyuncaqları ilə məşğul olma; çünki ölüm səni qəfildən haqlayacaq. Dünya ləzzətlərinə ürək bağlayan şəxsləri ağıllı hesab etmə, ruzi barəsində qüssələnmə, nə qədər ki, ömür var, ruzi də var.
    10-Məcburi dostlarınla (atan, anan, həyat yoldaşın, qonşuların və s. kimi şəxslərlə) mehriban ol və onların ağrı-acılarına döz.
    11-Hədəf, fəaliyyət və müqavimət insanın müvəffəqiyyət rəmzidir. Sənin həyatdakı hədəfin, yalnız Allah olmalıdır. Yaxşı əxlaqlı ol ki, bəsirət gözün açılsın.
    12-Keçmişin haqqında fikirləşmə, çünki o, artıq ötüb keçmişdir, hətta günəş də ona çata bilməz. Gələcək üçün də qüssələnmə, çünki sənin Allahın vardır. Allaha təvəkkül et və yalnız hazırkı vəziyyət haqqında fikirləş. Əgər yaxşı əməl yerinə yetirsən, həm dünyada, həm də axirətdə səadətli və başıuca olarsan.
    13-Heç vaxt yalan danışma, çünki yalan danışan şəxs Allahın düşmənidir. Yalan danışmaqla bir xatanın üstünü örtmək, parcanın ləkələrini onu deşməklə aradan aparmaq kimidir.
    14-Şücaət bədənin, səxavət isə mal-dövlətin bəxşişidir. Şücaətli ol və günahlarından tövbə et, çünki bu iş insanı yüngülləşdirib Allaha doğru yönəldir.
    15-Odu su ilə söndürdüyün kimi, şər işi də xeyir əməl yerinə yetirməklə söndürün.
    16-Comərd şəxslər yandırıçı olan və dünyanı öz nuru ilə işıqlandıran axan ulduza (meteroidə) bənzəyir.
    17-Şirinliklərin tamını dadmaq istəyirsinizsə, çətinliklərdə və müsibətlərdə dözümlü olun. Nəfslə mübarizə aparmaq acı dərmana bənzəyir və onu qəbul etməyin yaxşı təsirləri vardır.
    18-Allahı həmişə yad edənləri sən də yad et.
    19-Sakit və asudə həyat sürmək istəyirsinizsə, kimsəyə özünüzdən danışmayın (sirrinizi başqasına verməyin). Sirr sizin əsirinizdir, lakin ağzından çıxsa, siz onun əsiri olarsınız.
    20-İnsanın nəfsi istəkləri içərisində heç bir şey tənbəllik qədər təhlükəli deyildir. Öz vaxtında fürsətdən istifadə edin.
    21-Ölülərinizi yad edin; xüsusilə cümə günündə sədəqə vermək, salavat göndərmək, namaz qılmaq və Quran oxumaqla onları yad edin.
    22-Səxavətli və əliaçıq ol, lakin mal-dövlətini xərcləməkdə ifrata varma (israf etmə), onu hesab-kitab üzrə xərclə, lakin çox tələbkar olma.
    23-Nə qədər ki, günahların bağışlanmayıb, başqalarının eybini axtarma! Nə qədər ki, İlahi xəzinə vardır, qüssələnmə! Nə qədər ki, Allah vardır, başqasına ümidvar olma! Nə qədər ki, Şeytan vardır ki, onun məkr və hiyləsindən qafil olma!
    24-Heç vaxt yersiz xəyallar, puç və uzun-uzadı arzularla yaşama, himmət sahibi ol. Çünki himmət sahibi olan heç bir şəxs həyatın ağrı-acılarında ümidsizliklə üzləşməz, məyus olmaz.
    25-Bütün ömrünü Allahı yad etməyə sərf et.
    26-Nəfslə mübarizənin ilk şərti xəyallara dalmamaqdır. Çünki xəyal yüksəkliklərdə ucan bir quşa bənzəyir və insanın bədbəxt olmasına səbəb olur. Xəyal Şeytanın məkr və hiyləsindən biridir və insanı bədbəxt edir. Belə isə, xəyalın hər yerə uçmasına icazə verməyin.
    27-Gecə namazı qılmaq məqsədilə yuxudan oyanmaq üçün yatanda dəstəmaz alıb, dişlərinizi fırça ilə yuduğunuz və üzü qibləyə oturduğunuz halda, ya üç dəfə "İxlas” surəsini, ya "Kəhf” surəsinin axırıncı ayəsini oxuyun, ya xanım Fatimeyi-Zəhra (ə)-ın təsbihatını, ya da yüz dəfə "La ilahə illəllah” zikrini deyin.
    28-Hər ay heç olmazsa, üç gün oruc tutun, ayın birinci gününün (müstəhəb) namazını və quslunu yaddan çıxarmayın. Hər gün sübh və axşam, xüsusilə cümə və ayın birinci günündə sədəqə verin.
    29-Gecə və gündüzün müstəhəb (və otuz dörd rükətdən ibarət) olan nafilə namazlarını qılın, əgər vaxtında qıla bilməsəniz, onların (xüsusilə gecə namazının və sübh namazının nafiləsinin) qəzasını qılın.
    30-İmam Zaman (ə)-ın və digər imamların namazlarını qılmağı, xüsusilə Əhli-beyt (ə)-a, ölülərə, şəhidlərə, alimlərə və qohum-əqrəbaya namaz qılıb hədiyyə etməyi unutmayın. Heç olmazsa, hər gün bir dəfə imamzadələrin, yaxud qəbir əhlinin ziyarətinə gedib, qəbiristan əhlinin ziyarət duasını oxuyun. Həftədə bir dəfə xəstələrin görüşünə gedin, ölümü və başqalarının çətinliklərini yad edin.
    31-Evinizdə tərcüməli bir Quran və bir "Məfatihul-cinan” kitabı olsun, vaxtınız olduqda, onları oxuyun.
    32-Başqaları ilə az əhd-peyman bağlayın; əgər əhd-peyman bağlasanız da, hökmən ona əməl edin.
    33-Sirrinizi, xəstəliyinizi və yoxsulluğunuzu başqalarından gizli saxlamağa səy edin, çətinliyinizi dərhal dilə gətirməyin; bilin ki, çətinlikləri həll edən yalnız Allahdır!
    34-Həmişə zikr etməyə və evdən çölə çıxdıqda, dilinizi qorumağa səy göstərin.
    35-Həyatında Allah-taalanın göstərişlərinə əməl edən şəxsin yaxşı yaşamasına, axır-aqibətinin yaxşılıqla sona yetməsinə və hər iki dünyada başıuca olmasına zəmanət verilmişdir.
    36-Həmişə dəstəmazlı olun; çünki dəstəmaz nurdur.
    37-Əgər Allah-taalanın buyuruqlarına əməl etsəniz, Allah da sizin istədiyinizi əta edər.
    38-Heç olmazsa, həftədə bir dəfə "Camieyi-kəbirə”, "Aşura”, "Ərbəin”, "Əminullah” ziyarətini, "Əhd”, "Səmat”, "Ali-Yasin”, "Əşərat”, "Kumeyl”, "Nüdbə”, "Təvəssül” dualarını oxuyun, "Cəfəri Təyyar” və "Tövbə” namazlarını qılın.
    39-Allahın ən böyük adları olan surə və ayələri – "Həmd”, "İxlas” və "Qədr” surələrini, eləcə də "Bəqərə” surəsinin 148 və 274-cü, "Ali-İmran” surəsinin 16, 17, 18, 26 və 27-ci, "Əraf” surəsinin 52-56-cı, "Həşr” surəsinin 19-cu ayəsindən axıra kimi və "Hud” surəsinin 90-91-ci ayələrini çox oxuyun.
    40-Əhli-beyt (ə)-a məhəbbət bəsləməyi, onların (xüsusilə imam Hüseyn (ə)-ın) matəm Məclisində iştirak etməyi unutmayın!
    11. SALAVAT VƏ ONUN FƏZİLƏTİ
    1-Allah-taala Qurani-kərimdə buyurur: "Həqiqətən, Allah və onun mələkləri Peyğəmbərə salavat göndərirlər. Ey iman gətirənlər! (Siz də) Peyğəmbərə salavat göndərin, salam deyin və (onun əmrinə) tabe olun!” ("Əhzab” surəsi, 56-cı ayə. )
    2-İmam Sadiq (ə) buyurmuşdur: "Qiyamət günündə ən fəzilətli əməl Mühəmməd və onun Əhli-beytinə salavat göndərməkdir.”(Vəsailuş-şiə”, 4-cü cild, səh. səh. 28. )
    3-İmam Sadiq (ə) buyurmuşdur: "Həzrət Mühəmməd (s)-in adı çəkiləndə o həzrətə çoxlu salavat göndərin; çünki hər kəs o həzrətə bir salavat göndərsə, Allah-taala min mələklə birgə ona min salavat göndərər. Belə bir savabı qazanmaq məqsədində olmayan şəxs nadandır, Allah, Peyğəmbər və onun Əhli-beyti ondan qəzəblidir.”
    4-"İmam Sadiq (ə) həzrət Peyğəmbəri-Əkrəm (s)-in belə buyurduğunu nəql etmişir: "Mənə və Əhli-beytimə salavat göndərmək nifaq və ikiüzlülüyü aradan aparır.”(Yenə orada, 2-ci cild, səh. 1211. )
    5-İmam Sadiq (ə) buyurur: Peyğəmbər (s) buyurmuşdur: "Mənə uca səslə salavat göndərin; çünki (bu iş) nifaqı aradan aparır.”(Miratul-üqul”, Əllamə Məclisi, 12-ci cild. )
    6-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Hər kəs mənə salavat göndərsə, amma Əhli-beytimə salavat göndərməsə, behiştin iyindən məhrum olar.”(Yenə orada, 12-ci cild, səh. 96. )
    7-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Qiyamət günündə mənə ən yaxın şəxs mənə çoxlu salavat göndərən şəxsdir.”(Kənzül-ümmal”, 1-ci cild, səh. 2145. )
    8-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurur: Cəbraildən "ən sevimli əməl hansıdır?” – deyə soruşduqda, o cavab verdi: "Sənə salam-salavat göndərmək və Əli ibn Əbi Talibə məhəbbət bəsləmək.”("Pərvərişi-ruh”, 2-ci cild, səh. 340. )
    9-Ravi deyir: Peyğəmbər (s) sübh namazından sonra üzünü camaata tutub buyurdu: Ötən gecə əmim Həmzəni və qardaşım Cəfər Təyyarı yuxuda görüb, onlardan soruşdum: "Ən fəzilətli əməl hansıdır?” Cavab verib dedilər: "Sənə salavat göndərməkdən, (susuzlara) su verməkdən və Əli ibn Əbi Talib (ə)-ı sevməkdən fəzilətli bir əməl görmədik.”(Yenə orada, səh. 339. )
    10-Salavat – Peyğəmbər (s) və onun Əhli-beyti üçün rəhmət diləməkdir və hər kəs onlara salavat göndərsə, sanki özünə rəhmət diləmişdir.
    11-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Hər kəs cümə günü sübh namazından sonra "Kafirun” surəsini on dəfə oxuyub, yüz dəfə "Əllahummə səlli ələn-nəbiyyil-ummiyyi Muhəmmədin və alihi və səlləm!” – ibarəsi ilə salavat göndərsə, məqsədinə nail olar.”
    12-Hər kəs borcunu ödəmək, şəfa tapmaq, çətinliyini aradan qaldırmaq, Əhli-beytin şəfaətinə nail olmaq və çətin can verməkdən nicat tapmaq istəyirsə, on dörd min dəfə "Əllahummə səlli əla Muhəmmədin və Ali-Muhəmmədin və əccil fərəcəhum və əhlik ədaəhum!” – desin.
    13-İmam Rza (ə) buyurmuşdur: "Mühəmməd və onun Əhli-beytinə salavat göndərmək təsbih (Subhanəllah), təhlil (Əl-həmdu lillah) və təkbir (Əllahu-əkbər) deməyin savabı ilə bərabərdir.”("Əmali”, (Şeyx Səduq), səh. 73, hədis: 4. )
    14-Hər kəs əsr namazından sonra Peyğəmbər və onun Əhli-beytinə yüz dəfə salavat göndərsə, imanı möhkəmlənər, heç vaxt borclu olmaz və qiyamət günündə ondan sorğu-sual edilməz.
    15-Peyğəmbər və onun Əhli-beytinə salavat göndərmək Allahın razılığına səbəb olur.
    16-Peyğəmbər və onun Əhli-beytinə salavat göndərmək günahların bağışlanmasına səbəb olur.
    17-Peyğəmbər və onun Əhli-beytinə salavat göndərmək asan can verməyə səbəb olur.
    18-Peyğəmbər və onun Əhli-beytinə salavat göndərmək dünya əzab-əziyyətindən xilas olmağa səbəb olur.
    19-Peyğəmbər və onun Əhli-beytinə salavat göndərmək axirət yolunun işıqlanmasına səbəb olur.
    20-Peyğəmbər və onun Əhli-beytinə salavat göndərmək behiştə daxil olmağa səbəb olur.
    21-Peyğəmbər və onun Əhli-beytinə salavat göndərmək Peyğəmbər (s)-in şəfaətinə səbəb olur.
    22-Peyğəmbər və onun Əhli-beytinə salavat göndərmək onlarla birgə məhşur olmağa səbəb olur.
    23-Peyğəmbər və onun Əhli-beytinə salavat göndərmək mələklərin sevinməsinə səbəb olur.
    24-Peyğəmbər və onun Əhli-beytinə salavat göndərmək, Peyğəmbərin, salavat göndərən şəxsə salam verməsinə səbəb olur.
    25-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Allahın adı və mənə salavatla başlanmayan söhbətin heç bir xeyir-bərəkəti olmaz.”(Pərvərişi-ruh”, 2-ci cild, səh. 343. )
    26-Bir gün həzrət Peyğəmbər (s) imam Əli (ə)-a buyurdu: "Sənə müjdə verməyimmi?!” Əli (ə) dedi: "Atam-anam sənə fəda olsun, sən həmişə bütün yaxşılıqlara müjdə verən olmusan.” Həzrət buyurdu: "Elə indicə Cəbrail mənə təəccüblü bir xəbər verdi.” Əli (ə) soruşdu: "Ey Allahın elçisi! O hansı xəbərdir?” Həzrət buyurdu: "Cəbrail mənə xəbər verdi ki, ümmətimdən bir nəfər mənə salavat göndərərək (onun ardınca) Əhli-beytimə də salavat göndərərsə, göylərin qapıları onun üzünə açılar və mələklər ona yeddi yüz dəfə salavat göndərər. O şəxs xatakar və günahkar olarsa, yarpaqlar (payızda) ağacdan (qopub) tökülən kimi, günahları tökülər və Allah-taala buyurar: "Ləbbeyk və sədeyk, ey Mənim bəndəm (yəni hər nə istəsən, əta edər və istəklərini yerinə yetirərəm)!” Həmçinin Allah-taala mələklərinə buyurar: "Ey mələklərim! Siz bu bəndəm üçün yetmiş salavat göndərin, Mən isə ona yeddi yüz salavat göndərirəm.” Amma ümmətimdən bir kəs mənə salavat göndərərkən Əhli-beytimə salavat göndərməsə, onunla asiman arasında yetmiş hicab yaranar və Allah-taala buyurar: "La ləbbeyk və la sədeyk (yəni istədiyinizi yerinə yetirmərəm)! Ey mələklərim! (Bu bəndə) Peyğəmbərlə birlikdə onun Əhli-beytinə salavat göndərməyincə, onun duasını yuxarı aparmayın.” Beləliklə, Əhli-beytimi (salavatda) mənə qovuşdurmayınca, bu hicab və maneə də aradan getməz.”(Əmali”, Şeyx Səduq, səh. 464, hədis: 18.)
    27-İmam Sadiq (ə) buyurmuşdur: "Hər kəs Mühəmməd və Ali-Mühəmməd (s)-ə salavat göndərsə, Allah-taala ona min salavat göndərər.”
    28-Həzrət Adəm (ə) oğlu Şeysi çağırıb, onu özündən sonrakı xəlifə təyin edərək belə bir vəsiyyət etdi: "Oğlum! Həmişə Allaha itaət, insanlara isə yaxşılıq et. Mühəmməd (s)-in adını çəkməyi, ona salam göndərməyi yaddan çıxarma; çünki mən onun adının ərşə yazıldığını gördüm, səmalarda onun yad edildiyini və adının çəkildiyini eşitdim.” Şeys dedi: "Bu qədər izzət, şərəf və hörmətlə yad edilən Mühəmməd kimdir?” Həzrət Adəm (ə) buyurdu: "O, peyğəmbərlərin sonuncusu və onların içərisində behiştə daxil olan birinci şəxsdir.”
    29-İmam Sadiq (ə) buyurmuşdur: "Hər kəs yüz dəfə "Ya Rəbbi səlli əla Muhəmmədin və Ali-Muhəmməd” – desə, onun yüz hacəti qəbul olunar.”
    30-İmam Sadiq (ə) Misbah ibn Bəsabəyə buyurdu: "Sənə bir şey öyrədimmi ki, onu deməklə Allah-taala səni cəhənnəm odundan qoruyub saxlasın?” Dedi: "Bəli!” O həzrət buyurdu: "Hər gün sübh çağı yüz dəfə "Əllahummə səlli əla Muhəmmədin və Ali-Muhəmməd” de!”
    31-İmam Sadiq (ə) buyurmuşdur: "Cümə gecəsi gəlib çatanda, mələklər əllərində qızıl qələm və gümüş kağız olduğu halda asimandan nazil olar və cümə gününün qürubuna qədər, yalnız salavat göndərənlərə savab yazarlar.” Deməli, cümə günü və cümə axşamı Peyğəmbər və onun Əhli-beytinə min salavat göndərmək müstəhəbdir.
    32-İmam Baqir (ə) buyurmuşdur: "Cümə gecəsi heç bir əməl salavat qədər fəzilətli deyildir.”
    33-İmam Rza (ə) buyurmuşdur: "Günahlarının kəffarəsini verə bilməyən şəxs Mühəmməd və onun Əhli-beytinə çoxlu salavat göndərsin; çünki salavat günahları məhv edir.”(Vəsailuş-şiə”, 4-cü cild, səh. 1212. )
    34-İmam Hadi (ə) buyurmuşdur: "Allah-taalanın İbrahim (ə)-ı Özünə dost seçməsinin səbəbi, onun Mühəmməd və Ali-Mühəmmədə salavat göndərməsi idi.”(Yenə orada. )
    35-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Mənim adım çəkilən zaman salavat deməyən şəxs paxıldır.”("Kənzül-ümmal”, 1-ci cild, hədis: 2142. 
    )
    36-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Mənə salavat göndərməyi unudan şəxs behişt yolunu itirmişdir.”(Yenə orada, səh. 2160. )
    37-Malik Cəhəni deyir: İmam Sadiq (ə)-a bir gül dəstəsi verdim. Həzrət gülü alıb, öpdü və gözünə qoydu. Sonra buyurdu: "Hər kəs gülü iyləyib gözünə qoysa, Mühəmməd və Ali-Mühəmmədə salavat göndərsin; çünki həmin şəxs nə qədər ki, gülü əlindən yerə qoymayıb, Allah onu bağışlayar.”("Ləaliul-əxbar”, 2-ci cild, səh. 157. )
    38-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Əməllərin zəkatı mənə salavat göndərməkdir.”
    39-İmam Sadiq (ə) buyurmuşdur: "(Qiyamət günü) əməllər ölçüləndə, Mühəmməd və onun Əhli-beytinə salavat göndərməkdən ağır bir əməl olmaz.”("Biharul-ənvar”, 71-ci cild, səh. 373. )
    40-İmam Sadiq (ə) buyurmuşdur: "Allaha edilən heç bir dua Mühəmməd və onun Əhli-beytinə salavat göndərməyincə, qəbul olunmaz.”
    Category: 40 mövzu 40 həqiqət | Added by: Islam_Kitabxanasi
    Views: 910 | Downloads: 0 | Rating: 5.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024