İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Files » Etiqat » 40 mövzu 40 həqiqət

    40 mövzu 40 həqiqət
    2012-01-13, 6:17 AM
    12. YALAN DANIŞMAQ
    1-Yalan danışmaq böyük günahlardandır. Allah-taalanın Qurani-kərimdə lənət etdiyi şəxslərdən biri də yalançıdır. Belə ki, "Nur” surəsinin 7-ci ayəsində buyurulur: "Əgər yalan deyirsə, Allah ona lənət etsin!”
    2-İmam Rza (ə) buyurmuşdur: "Düz danışın və yalandan uzaq olun.”(Biharul-ənvar”, 78-ci cild, səh. 347.)
    3-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Əgər mömin üzürsüz olaraq yalan danışarsa, yetmiş min mələk onu lənətləyər. Onun qəlbindən çıxan üfunətli iy ərşə qalxar. Bu zaman ərşin gözətçiləri ona lənət yağdırar.”(Səfinətul-bihar”, 2-ci cild, səh. 474.)
    4-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Həqiqətən, ən böyük günah dilin yalana adət etməsidir.”(Müstədrəkül-vəsail”, 2-ci cild, səh. 100. )
    5-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Sizə ən böyük günahlardan xəbər verimmi?! Ən böyük günah Allaha şərik qoşmaq, ata-anaya qarşı pis rəftar etmək və yalan danışmaqdır.”(Cameus-səadət”, 2-ci cild, səh. 322.)
    6-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Yalan insanın üzünü qara edir.”("Müstədrəkül-vəsail”, 2-ci cild, səh. 100. )
    7-Qurani-kərimdə yalan Allaha şərik qoşma sırasında vurğulanmışdır. Ayədə buyurulur: "...Murdar bütlərdən qaçın, yalan sözlərdən də çəkinin.” ("Həcc” surəsi, 30-cu ayə. )
    8-İmam Baqir (ə) buyurur ki, Əli ibn Hüseyn (ə) öz övladlarına belə nəsihət edirdi: "Yalandan çəkinin, istər kiçik olsun, istərsə də böyük. Çünki kiçik yalan insanı böyük yalanı danışmağa cürətləndirir. Məgər bilmirsiniz ki, Allahın Rəsulu (ə): "Bəndə həmişə doğru danışarsa, Allah onu doğru danışanların cərgəsində, yox əgər ömrü boyu yalan danışarsa, onun adını yalançıların sırasına yazar” – deyə buyurub?!”("Üsuli-kafi”, 2-ci cild, səh. 338. )
    9-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Yalan kiçik olsa belə, əməl dəftərində qeyd olunur.”("Vəsailuş-şiə”, 8-ci cild, səh. 577.)
    10-Yalan münafiqlik əlamətidir. Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Hətta oruc tutub namaz qılsa və özünü müsəlman bilsə də, üç xislətə malik olan şəxs münafiqdir: Əmanətə xəyanət etmək, yalan danışmaq və vədəyə xilaf çıxmaq.”(Yenə orada, 11-ci cild, səh. 269. )
    11-Yalançının imanı yoxdur və onlar İlahi ayələrə qarşı kafir olanlar və onları inkar edənlər cərgəsində hesab edilir. Allah-taala buyurur: "Yalanı ancaq Allahın ayələrinə inanmayanlar uydururlar. Onlar əsl yalançılardır!”(Nəhl” surəsi, 105-ci ayə.)
    12-İmam Əli (ə) buyurmuşdur: "Yalan danışmağı – istər zarafat, istərsə də ciddi olsun, – tərk etməyən bəndə imanın ləzzətini dada bilməz.”("Üsuli-kafi”, 2-ci cild, səh. 34, hədis: 11.)
    13-İmam Baqir (ə) buyurmuşdur: "Həqiqətən, yalan imanı məhv edir.”(Biharul-ənvar”, 69-cu cild, səh. 247)
    14-İmam Rza (ə) nəql edir ki, Peyğəmbər (s)-dən sual olundu: "İmanlı adam qorxaq olarmı? Buyurdu: "Bəli.” Soruşuldu: "İmanlı adam simic olarmı?” Buyurdu: "Bəli.” Dedilər: "Bəs yalan necə? İmanlı adam yalan danışarmı?” Buyurdu: "Xeyr.”(Vəsailuş-şiə”, 8-ci cild, səh. 573. )
    15-Həsən ibn Məhbub deyir ki, imam Sadiq (ə)-dan soruşdum: "Mömin simiclik edərmi?” Buyurdu: "Bəli.” Soruşdum: "Mömin qorxaq olarmı? Buyurdu: "Bəli.” Soruşdum: "Mömin kəzzab (çox yalan danışan) olarmı?” Buyurdu: "Xeyr.” Sonra İmam buyurdu: "Mömin xəyanət və yalandan başqa hər şeyə adət edə bilər.”(Yenə orada. )
    16-Əbdür-rəhman ibn Həccac deyir ki, imam Sadiq (ə)-dan soruşdum: "Bəzi hallarda yalan danışanlara kəzzab (çox yalan danışan) demək olarmı?” Həzrət buyurdu: "Xeyr, hamı bəzi hallarda yalan danışır, lakin kəzzab odur ki, yalan danışmaq onun bir növ xasiyyətinə çevrilmiş olsun.”(Yenə orada. )
    17-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Sələmlərin ən pisi yalandır. (Çünki iqtisadi sələmdə şəxsin var-dövləti əlindən çıxır, yalanda isə imanın kökü kəsilir.)”("Səfinətul-bihar”, 2-ci cild, səh. 473.)
    18-İmam Əli (ə) buyurmuşdur: "Yalan istər zarafatca olsun, istərsə də ciddi, nalayiq bir hərəkətdir. Məsləhət deyildir ki, bir kəs öz övladına vədə versin, amma sonradan vədəsinə əməl etməsin. Çünki yalan insanı boşboğazlığa və məsuliyyətsizliyə tərəf çəkir. Onun da nəticəsi cəhənnəmdir.”(Vəsailuş-şiə”, 8-ci cild, səh. 577.)
    19-Həzrət Peyğəmbəri-Əkrəm (s) Əbuzərə etdiyi nəsihətlərində buyurur: "Ey Əbuzər! Vay olsun o adamın halına ki, camaatı güldürmək üçün yalan danışır. Vay olsun ona! Vay olsun ona!”(Biharul-ənvar”, 74-cü cild, səh. 88. )
    20-Yalançı İlahi hidayətdən məhrum olar. Allah-taala buyurur: "Allah yalançı və nankor olan kimsəni doğru yola müvəffəq etməz.” (Zümər” surəsi, 3-cü ayə. )
    21-Qurani-kərimin başqa bir ayəsində buyurulur: "Şübhəsiz ki, Allah həddi aşanı və yalançını hidayət etməz.” (Mömin” surəsi, 28-ci ayə)
    22-İmam Həsən Əskəri (ə) buyurmuşdur: "Allah-taala şər və bəd əməllər üçün müxtəlif qıfıllar təyin etmişdir. O qıfılların açarı şərabdır. Yalan isə şərabdan da pisdir.”("Üsuli-kafi”, 2-ci cild, səh. 339, hədis: 3. )
    23-İmam Həsən Əskəri (ə) buyurmuşdur: "Bütün çirkin əməllər bir evə yığışsa, o evin açarı yalan olar.”("Biharul-ənvar”, 69-cu cild, səh. 236.)
    24-İmam Əli (ə) buyurmuşdur: "Yalan ən pis xəstəlikdir.”("Müstədrəkül-vəsail”, 2-ci cild, səh. 100. )
    25-Yalanın psixoloji səbəbi alçaqlıq və özünə hörmətsizlikdir. Bu mətləb əxlaqi psixologiyada diqqət mərkəzində olmalıdır. Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Yalanın əsas səbəbi alçaqlıq və şəxsiyyətsizlikdən başqa bir şey deyildir.”(Yenə orada. )
    26-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Yalan ruzini azaldır.”("Cameus-səadət”, 2-ci cild, səh. 322. )
    27-İmam Əli (ə) buyurmuşdur: "Söz gəzdirmək, qeybət etmək və yalan danışmaq qəbir əzabına səbəb olur.”
    28-İmam Sadiq (ə) buyurmuşdur: "Allah-taala huşsuzluğu yalançılara hakim kəsər.”("Biharul-ənvar”, 69-cu cild, səh. 251. )
    29-İmam Sadiq (ə)-dan nəql olunmuşdur ki, həzrət Əli (ə) dəfələrlə minbərdə buyurardı: "Yaxşı olardı ki, müsəlman olan şəxs üç nəfərlə dostluq və yoldaşlıq etməkdən çəkinsin: Həyasız, axmaq və yalançı şəxsdən.”("Üsuli-kafi”, 2-ci cild, səh. 639, hədis: 1.)
    30-İmam Əli (ə) yalançı şəxs barəsində buyurmuşdur: "Yalançı ilə yaşamaq sənə yaraşmaz; çünki sənin sözlərini başqalarına, başqalarının sözlərini də sənə danışar. Birini qurtaran kimi o birini üstünə artırar. İş o yerə çatar ki, əgər düz danışsa belə, heç kəs inanmaz. Yalançı camaat arasında düşmənçilik və ədavət yaradaraq, ürəklərə kin-küdurət toxumu səpər. Belə isə, Allahdan qorxun və təqvalı olmağa adət edin, ehtiyatlı olun, görün kimlərlə dostluq edirsiniz.”(Yenə orada. )
    31-İmam Baqir (ə) buyurmuşdur: "Dörd nəfərlə dostluq etmə və onlardan uzaqlaş: Axmaqla, xəsislə, qorxaqla və yalançı ilə!”(Xisal”, 1-ci cild, səh. 226, hədis: 89. )
    32-İmam Baqir (ə) buyurmuşdur: "Yalançı doğru danışarsa belə, heç kim ona inana bilmir.”(Yenə orada. )
    33-Həzrət Əli (ə) bir hədisdə imam Həsən (ə)-a buyurdu: "Yalançı ilə dostluq etmə; çünki o, ilğım kimi sənə uzağı yaxın, yaxını isə uzaq göstərir.”(Nəhcül-bəlağə”, "qısa sözlər” bölümü, hədis: 38.)
    Yalanın rəva görülən halları:
    a) Zəruri hal və çarəsizlik zamanı:
    34-İmam Sadiq (ə) buyurmuşdur: "Əgər insan çarəsiz qalıb təqiyyə halında yalandan and içərsə, heç bir eybi yoxdur.” Sonra belə buyurdu: "Hər bir haram zəruri hallarda halal olur.”(Vəsailuş-şiə”, 16-cı cild, səh. 137, hədis: 18. )
    b) İnsanlar arasında sülh və barışıq yaratmaq məqsədilə:
    35-Həzrət Peyğəmbər (s) imam Əli (ə)-a vəsiyyət edərkən belə buyurdu: "Ey Əli! Allahın sülh və barışıq yaradan yalandan xoşu gəlir. Fitnə-fəsad salan doğru sözdən isə narazıdır.”(Yenə orada, 8-ci cild, səh. 578. ) (Necə deyərlər, xeyirli yalan zərərli doğrudan yaxşıdır.)
    36-Müaviyə ibn Əmmar imam Sadiq (ə)-dan belə nəql etmişdir: "Hər kim sülh və barışıq yaratmaq üçün yalan danışarsa, yalançı deyildir.”(Yenə orada. )
    37-İsa ibn Həssan imam Sadiq (ə)-dan belə nəql etmişdir: "Bir gün gələr ki, insan hər bir yalan danışığa görə cavab verməli olar, yalnız üç nəfərdən başqa. Onlardan biri də iki nəfər arasında sülh və barışıq yaratmaq istəyən şəxsdir. Həmin şəxs onları barışdırmaq məqsədilə birinin yanında bir söz, digərinin yanında isə tam başqa bir söz deyir.”(Yenə orada. )
    v) Döyüşdə hiylə işlədən və həyat yoldaşına vədə verən zaman:
    38-Həzrət Peyğəmbəri-Əkrəm (s) imam Əli (ə)-a etdiyi vəsiyyətlərinin birində belə buyurur: "Ey Əli! Üç yerdə yalan danışmaq olar: Döyüşdə hiylə işlədərkən, kişi öz həyat yoldaşına vədə verərkən və camaat arasında mehribanlıq yaradarkən.”("Biharul-ənvar”, 74-cü cild, səh. 51. )
    39-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Ən böyük yalan üç növdür: Mənim demədiyim sözü mənə nisbət vermək, görmədiyi yuxunu yalandan demək və bir şəxsi atasından başqasına nisbət vermək.”(Yenə orada, 15-ci cild, səh. 42.)
    40-İmam Sadiq (ə) buyurmuşdur: "Cəhənnəmə daxil olmağın səbəblərindən biri müsəlmanların haqqını mənimsəmək və mal-dövlətini həbs etmək (saxlayıb verməmək) üçün yalandan and içməkdir.”(Kafi”, "iman” kitabı, 7-ci cild, səh. 436.)
    13. İMAM HÜSEYN (Ə)-IN TÜRBƏTİ VƏ AŞURA ZİYARƏTİNİ OXUMAQ
    1-Allah-taala Öz pak və müqəddəs zatına and içmişdir ki, hər kəs imam Hüseyn (ə)-ı Aşura ziyarətini – istər yaxından, istərsə də uzaqdan – oxumaqla ziyarət etsə, onun ziyarətini qəbul edəcəkdir.
    2-Hər kəs onu (İmamın haqqına arif olan halda) oxusa, behiştə daxil olar.
    3-İmam Sadiq (ə) Səfvana buyurmuşdur: "Hər kəs bu ziyarəti oxusa, hacətləri rəva olunar.”
    4-Hər kəs bu ziyarəti, onun fəzilətli vaxtında – sübh namazından sonra və gün çıxmamışdan qabaq – oxusa, ona həm axirətdə savab verilər, həm də bu dünyadakı hacətləri qəbul olunar.
    5-Hər kəs onu oxusa, qiyamət günündə istədiyi şəxsi şəfaət edər.
    6-İmam Sadiq (ə) buyurmuşdur: "Hər kəs bir xəstəliyə tutulsa və əcəli yaxınlaşmadığı halda, imam Hüseyn (ə)-ın türbətindən istifadə etsə, şəfa tapar.”
    7-İnsan "Aşura” ziyarətini oxumaqla şiə olmasını isbat etmiş olur.
    8-Aşura ziyarətinin savabı bütün ziyarətlərdən üstündür.
    9-İmam Zaman (ə) onun oxunmasına təkid etmişdir.
    10-Bu ziyarət ruzini çoxaldır.
    11-Borcun ödənməsinə səbəb olur.
    12-Oğurlanmış malın tapılması üçün faydalıdır.
    13-Aşura ziyarətini oxumaq evlənməyi asan edir.
    14-İmam Sadiq (ə) buyurmuşdur: "İmam Hüseyn (ə)-ın türbətindən düzəldilmiş təsbehlə tövbə etmək (və yaxud başqa bir zikr demək) başqa bir torpaqla düzəldilmiş təsbehlə tövbə və zikr etməkdən fəzilətlidir.”
    15-Sonsuz qadının övlada sahib olmasına səbəb olar.
    16-Bu ziyarəti oxuyan şəxsin salamı imam Hüseyn (ə)-a çatır və hacəti qəbul olunur.
    17-Bu ziyarəti oxumaqla insanın qəm-qüssəsi aradan gedir.
    18-İnsanı can vermənin çətinliklərindən nicat verir.
    19-Qəbiristan əhlindən əzab götürülür.
    20-Aşura ziyarətini oxumaqla imam Hüseyn (ə) qəbiristana gəlib, orada uyuşanlara kömək edər.
    21-İmam Hüseyn (ə)-ın hərəmi – dörd fərsəxdən dörd fərsəxə qədər – behişt torpağından sayılır və qiyamət günündə behiştə əlavə olunar.
    22-Həzrət Fatimeyi-Zəhra (ə) Aşura ziyarəti oxunan məclislərdə iştirak edirdi.
    23-İmam Baqir (ə) və imam Sadiq (ə) hər il Aşura günündə "Aşura ziyarəti”ni oxuyurdular.
    24-Kərbəla torpağından başqa hər bir torpağı yemək haramdır, lakin onun az miqdarda yeyilməsinə tövsiyə edilmişdir; çünki hər bir dərdin dərmanıdır.
    25-İmam Hüseyn (ə)-ın türbəti selin gəlməsinin və zərərin qarşısını alır.
    26-Kərbəla torpağı Kəbənin və həzrət Peyğəmbər (s)-in hərəminin torpağından fəzilətlidir.
    27-İmam Baqir (ə) buyurmuşdur: "Hər kəs bu ziyarəti oxusa, Allah-taala onun məqamını yüz min dəfə artırar və (adını) imam Hüseyn (ə)-la birgə şəhid olanlar sırasında yazar.”
    28-İmam Hüseyn (ə)-ın türbətini üstündə saxlamağın həm savabı vardır, həm də insanı bəlalardan qoruyub saxlayır.
    29-İmam Hüseyn (ə)-ın türbətinə səcdə etmək yeddi hicabı aradan götürür, yəni namazın qəbul olunmasına səbəb olur.
    30-O həzrətin türbətinə qılınan namaz qəbul olur və savabı çoxdur.
    31-O həzrətin türbəti meyyitlə yanaşı qəbrə qoyulsa, o, qəbrin qorxusundan amanda qalar.
    32-İmam Zaman (ə)-ın Seyyid Əhməd Rəştiyə belə buyurduğu nəql olunmuşdur: "Siz nə üçün Aşura ziyarətini oxumursunuz? Aşura! Aşura! Aşura!”
    33-Mötəbər hədislərdə bəyan olunduğu kimi, imam Hüseyn (ə)-ın qəbrinin torpağı hər bir dərdin dərmanıdır, ən böyük dərman məhz budur!
    34-Bu ziyarət Allah tərəfindən təlim verilmişdir.
    35-Bir hədisdə göstəriş verilir ki, körpə doğulan zaman ağzına qoyduğunuz ilk şey imam Hüseyn (ə)-ın türbəti olsun ki, bu, onu bəlalardan amanda saxlayar.
    36-İmam Sadiq (ə) hər kəsə hədiyyə olaraq bir miqdar mal-dövlət göndərsəydi, onun içinə imam Hüseyn (ə)-ın türbətindən qoyardı və onun bərəkəti sayəsində həmin mal oğrunun əlindən amanda qalardı.
    37-Rəvayətdə deyilir ki, hər kəs imam Hüseyn (ə)-ın türbətindən yemək istəsə, əvvəlcə onu öpüb, gözlərinə sürtsün, sonra on doqquz dəfə "Bismillahir-rəhmanir-rəhim” deyib, "qul” (de) ifadəsilə başlanan dörd surəni oxusun. Ondan bir noxud miqdarından artıq meyl etməsin; çünki hər kəs ondan artıq yesə, sanki bizim ətimizi və qanımızı yemişdir.
    38-İmam Kazim (ə)-dan nəql olunmuşdur ki, meyyiti dəfn edəndə onun üzünün altına imam Hüseyn (ə)-ın qəbrinin torpağından qoyun.
    39-Alimlərdən biri demişdir: Ayətullah Bürucerdi hər gün iki dəfə Aşura ziyarətini (o həzrətin qatilinə və düşmənlərinə) yüz dəfə lənət və (İmamın özünə) yüz dəfə salam göndərməklə oxuyurdu.
    40-Hər kəs o həzrətin türbətini gözlərinə sürtsə, gözləri nurlu olar.
    14. QOHUMLUQ ƏLAQƏLƏRİ
    1-Qohumluq iki növdür:
    a) Nəsəbi (soy, nəsil);
    b) Səbəbi.
    Qan qohumluğuna nəsəbi qohumluq deyilir, məsələn ata, ana, bacı, qardaş, əmi, dayı, bibi, xala, baba, nənə və onların övladları nəsəbi qohumlardır. Səbəbi qohumluq isə evlənmək, süd vermək və s. vasitələrlə yaranır, məsələn, ərlə-arvad arasında hər iki tərəfin qohumluğu.
    2-Allah-taala Qurani-kərimdə buyurmuşdur: "Xeyirxah insanlar mal-dövləti çox sevmələrinə baxmayaraq, qohum-əqrəbaya, yetimlərə, yoxsullara, (pulu qurtarıb yolda qalan) müsafirlərə, dilənçilərə və qulların azad olunmasına sərf edənlərdir...” ("Bəqərə” surəsi, 177-ci ayə. )
    3-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Hal-hazırkı ümmətimə, burada olanlara və olmayanlara, hələ dünyaya gəlməyən gələcək nəsillərə tövsiyə edirəm ki, bir illik məsafəni ötüb keçsə belə, yenə də qohumluq əlaqələrini kəsməsinlər. Çünki qohumluq əlaqələri dinin bir hissəsidir.”("Biharul-ənvar”, 71-ci cild, səh. 105. )
    4-İmam Əli (ə) buyurmuşdur: "Din əhlinin əlamətlərindən biri də qohumluq əlaqələrini bərqərar etməkdir.”(Vəsailuş-şiə”, 11-ci cild, səh. 148)
    5-Allah-taala buyurmuşdur: "...(Adı ilə) bir-birinizdən (cürbəcür şeylər) istədiyiniz Allahdan, eləcə də qohumluq əlaqələrini kəsməkdən həzər edin. Şübhəsiz ki, Allah sizin üzərinizdə nəzarətçidir.” ("Nisa” surəsi, 1-ci ayə. )
    6-Cəmil ibn Dərrac adlı bir şəxs deyir: İmam Sadiq (ə)-dan "Nisa” surəsinin 1-ci ayəsindəki "ərham” (qohumlar) sözünün mənasını soruşdum. Həzrət buyurdu: "Burada "qohumlar” sözü "insanlar” mənasında işlənmişdir. Allah-taala insanlarla əlaqə yaratmağı əmr etmiş və bunu yüksək qiymətləndirmişdir. Məgər Allah-taalanın bu sözü Öz adı ilə bir sırada yerləşdirdiyini görmürsənmi?!”("Təfsiri-burhan”, 1-ci cild, səh. 388, hədis: 1. )
    7-Allah-taala buyurmuşdur: "Allaha ibadət edin və Ona heç bir şeyi şərik qoşmayın! Ata-anaya, qohum-əqrəbaya, yetimlərə, yoxsullara, yaxın və uzaq qonşuya, yaxın dosta, (pulu qurtarıb yolda qalan) müsafirə, sahib olduğunuza (qul və kənizlərə) yaxşılıq edin! Həqiqətən, Allah özünü bəyənənləri, təkəbbür edənləri sevməz!” ("İsra” surəsi, 36-cı ayə. )
    8-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Bir içim su ilə də olsa, qohumlarını yada sal. Qohum-əqrəbana və yaxınlarına qarşı ən gözəl yaxşılıq odur ki, onlara əziyyət verməyəsən və narahat etməyəsən.”(Biharul-ənvar”, 71-ci cild, səh. 88. )
    9-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Salam verməklə də olsa, özünüzlə qohumlarınız arasında mehribanlıq yaradın.”(Əl-məcazatun-nəbəviyyə”, səh. 80. )
    10-İmam Əli (ə) buyurmuşdur: "Salam verməklə də olsa, qohum-əqrəbalarınızı yad edin.”
    11-Allah-taala buyurmuşdur: "Yadınıza salın o zamanı ki, Biz İsrail övladlarından: "Allahdan qeyrisinə ibadət etməyin, valideynlərinizə, yaxın qohumlarınıza, yetimlərə və yoxsullara yaxşılıq edin, insanlarla xoş danışın, namaz qılın və zəkat verin!” – deyə əhd-peyman aldıq.” ("Bəqərə” surəsi, 83-cü ayə. )
    12-Bir nəfər həzrət Peyğəmbər (s)-dən "Allah dərgahında ən pis əməl hansıdır?” – deyə soruşduqda, Həzrət buyurdu: "Allaha şərik qoşmaq.” Dedi: "Bundan sonra hansıdır?” Həzrət buyurdu: "Qohumluq əlaqələrini kəsmək.”("Üsuli-kafi”, 2-ci cild, səh. 641, hədis: 7. )
    13-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Üç dəstə behiştə daxil olmayacaqdır: Şərab içənlər, sehrbazlar və qohumluq əlaqələrini kəsənlər.”(Yenə orada. )
    14-Şübhəsiz, qohumluq əlaqələrinin kəsilməsi böyük günahlardan olub axirət əzabına səbəb olur. Allah-taala Qurani-kərimdə qohumluq əlaqələrini kəsənlərə lənət edərək buyurmuşdur: "Əgər (Mühəmməd (s)-dən) üz döndərsəniz, sizdən yer üzündə fitnə-fəsad törətmək və qohumluq əlaqələrini qırmaq gözlənilməzmi?! Onlar Allahın lənət etdiyi, (qulaqlarını) kar və (gözlərini) kor etdiyi kimsələrdir.”(Mühəmməd” surəsi, 22-23-cü ayələr)
    15-Qurani-kərimin başqa bir ayəsində belə buyurulur: "Allahla əhd bağladıqdan sonra onu pozanlar, Allahın birləşdirilməsini əmr etdiyi şeyləri (qohumluq əlaqələrini) qıranlar, yer üzündə fitnə-fəsad salanlar isə lənətə düçar olacaqlar. Onları axirətin pis aqibəti (cəhənnəm) gözləyir!”(Rəd” surəsi, 25-ci ayə.)
    16-Həmçinin başqa bir ayədə buyurulur: "O kəslər ki, Allahla əhd-peyman bağladıqdan sonra onu pozur, Allahın birləşdirilməsini buyurduğu şeyləri parçalayır (möminlərlə dostluğu, qohum-əqrəba ilə əlaqələri kəsir) və yer üzündə fitnə-fəsad törədirlər. Məhz belələri ziyana uğrayanlardır!” ("Bəqərə” surəsi, 27-ci ayə)
    17-İmam Səccad (ə) oğlu imam Baqir (ə)-a etdiyi vəsiyyətlərinin birində belə buyurmuşdur: "(Övladım!) Öz qohumları ilə əlaqəsini kəsən və onlarla pis rəftar edən şəxslə dostluq etmə! Çünki onlar Quranın üç yerində lənətlənmişlər.” Sonra "Mühəmməd” surəsinin 22-23-cü, "Rəd” surəsinin 25-ci və "Bəqərə” surəsinin 27-ci ayələrini oxudu.("Üsuli-kafi”, 2-ci cild, səh. 641.)
    18-Həzrət Peyğəmbəri-Əkrəm (s) Mədinəyə daxil olan kimi, camaata belə bir göstəriş verdi: "Ey camaat! Sağ-salamat behiştə daxil olmaq istəyirsinizsə, bir-birinizə ucadan salam verin, qohumluq əlaqələrinizi möhkəmlədin, bir-birinizə əl tutun və hamının yatdığı bir vaxtda gecə namazı qılın.”("Pərvərişi-ruh”, 2-ci cild, səh. 239.)
    19-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Sədəqə verməyin savabı on, borc verməyin savabı on səkkiz, dostlara hədiyyə verməyin savabı iyirmi və qohumluq əlaqələrini davam etdirməyin savabı isə iyirmi dörd bərabərdir.”(Yenə orada. )
    20-Həzrət Peyğəmbər (s)-dən "savabı çox olan sədəqə hansıdır?” – deyə soruşulduqda, o həzrət buyurdu: "Pislik edən qohuma verilən sədəqə.”(Yenə orada. səh. 240. )
    21-Həzrət Peyğəmbər (s)-dən soruşdular: "Ən fəzilətli sədəqə hansıdır?” Həzrət buyurdu: "Yaxın adamlarından ehtiyaclı olan şəxsə verilən sədəqə. (Sonra buyurdu:) Yaxın adamları ehtiyaclı olduğu halda, başqalarına yardım edən şəxsin yardımı (Allah dərgahında) qəbul olunmaz.”(Ləaliul-əxbar”, səh. 9. )
    22-Həzrət İsa Məsih (ə) öz dostlarına buyurdu: "Eşitməmisinizmi ki, Tövratda: "Öz qohumlarınızla qohumluq əlaqəsi yaradın, onların əlindən tutun” – deyə buyurulmuşdur? Lakin mən deyirəm ki, sizdən ayrılan şəxslərlə əlaqə yaradın, sizə əl uzatmayan şəxslərə bəxşiş, pislik edən şəxslərə yaxşılıq edin, sizi söyən şəxslərə salam verin, düşmənlərinizlə insafla davranın, başqlarının sizin pisliklərinizi bağışlamasını istədiyiniz kimi, sizdə (sizə) zülm edənləri bağışlayın...”("Mizanul-hikmə”, 10-cu cild, səh. 547. )
    23-Həzrət Peyğəmbəri-Əkrəm (s) imam Əli (ə)-a buyurdu: "Əxlaq baxımından mənə oxşayan şəxsdən xəbər verimmi?” Əli (ə) "Bəli!” – deyə cavab verdi. Həzrət buyurdu: "Ən gözəl əxlaqa, böyük helmə və səbrə malik olan, qohum-əqrəbasına yaxşılıq edən və özündən artıq başqalarına qarşı insaflı olan şəxs.”("Pərvərişi-ruh”, 2-ci cild, səh. 241. )
    24-Əbuzər deyir: Peyğəmbər (s)-dən eşitdim ki, o həzrət belə buyurdu: "Qiyamət günü Sirat körpüsünü keçən zaman ən çox əhəmiyyət kəsb edən məsələ əmanət və qohumluq əlaqələridir. Belə ki, əmanətə vəfalı olan və qohumluq əlaqələrini davam etdirən şəxs Sirat körpüsündən keçəcəkdir, əks təqdirdə oradan cəhənnəmə düşəcəkdir.”("Üsuli-kafi”, 2-ci cild, səh. 152. )
    25-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Allah-taala qohum-əqrəbasına maddi cəhətdən kömək edən, yaxud onlarla qohumluq əlaqəsi yaradan şəxsə yüz şəhidin savabını verər, bu yolda götürdüyü hər bir qədəminə görə qırx min savab qazanar, qırx min günahı bağışlanar və o qədər də mərtəbəsi artar, sanki səbr etdiyi halda, Allaha yüz il ibadət etmişdir.”("Səfinətul-bihar”, "rəhm” maddəsi. )
    26-İmam Sadiq (ə) buyurmuşdur: Bir kişi Peyğəmbər (s)-in hüzuruna gəlib dedi: "Ya Rəsuləllah! Qohumlarım məndən uzaq gəzdikləri üçün, mən də onlarla qohumluq əlaqələrimi kəsimmi?” Həzrət buyurdu: "Əgər belə bir iş tutsan, onda Allah-taala sizin hamınızı öz başınıza buraxar.” O kişi dedi: "Bəs nə edim?” Buyurdu: "Səndən uzaq gəzən şəxslə qohumluq əlaqəsi yarat, səndən üz çevirən şəxsə bəxşiş et, başqalarının (sənə etdiyi) zülmü bağışla. Əgər bu işi görsən, Allah tərəfindən sənin üçün bir xəzinə ayrılacaqdır.”(Ləaliul-əxbar”, 3-cü cild, səh. 10.)
    27-Qohumluq əlaqələrini davam etdirməyin müsbət təsirlərindən biri də ömrün uzun olmasıdır. İmam Rza (ə) bu barədə buyurmuşdur: "Ömrünün tamam olmasına üç il qalmış insan qohumluq əlaqələrini möhkəmlətdiyinə görə Allah-taala onun ömrünü otuz il uzadar. Allah istədiyini edər!”("Üsuli-kafi”, 2-ci cild, səh. 150, hədis: 3. )
    28-İmam Rza (ə) buyurmuşdur: "Biz ömrün uzun olması üçün qohumluq əlaqələrindən başqa bir vasitə tanımırıq. Qohumluq əlaqələri uzunömürlü olmaqda o qədər təsirlidir ki, ömrün tamam olmasına üç il qalmış şəxsin ömrünü qohumluq əlaqələrini davam etdirdiyi üçün, Allah-taala otuz il artırır. Belə ki, qalan ömrü otuz üç il olur. Ömrünün tamam olmasına otuz üç il qalmış şəxsin ömrünü isə qohumluq əlaqələrini kəsdiyinə görə otuz il azaldıb üç il edər.”(Yenə orada, səh. 162, hədis: 17)
    29-İmam Baqir (ə), yaxud imam Sadiq (ə) Müyəssər adlı bir şəxsə buyurdu: "Deyəsən, qohum-əqrəbana qarşı mehriban və səmimisən, onlara həmişə yaxşılıq edirsən?” Ərz etdi: "Bəli, mən cavanlıqda bazarda bir nəfər üçün işləyirdim. O, mənə iki dirhəm əmək haqqı verirdi. Bu iki dirhəmin birini bibimə, digərini isə xalama verirdim.” Sonra İmam buyurdu: "Allaha and olsun! Əcəlin iki dəfə yaxınlaşmışdı, lakin qohumlarına yaxşılıq etdiyin üçün təxirə salındı.”(Biharul-ənvar”, 71-ci cild. səh. 100. )
    30-Qohumluq əlaqələrini möhkəmlətməyin müsbət təsirlərindən biri də ruzinin artmasıdır. İmam Səccad (ə) bir hədisdə həzrət Peyğəmbəri-Əkrəm (s)-dən belə nəql etmişdir: "Uzunömürlü olmaq və ruzisinin artmasını istəyən varsa, gərək qohumluq əlaqəsini qırmasın.”(Üsuli-kafi”, 2-ci cild, səh. səh. 156, hədis: 29. )
    31-İmam Səccad (ə) buyurmuşdur: "Ruzisinin bol olmasını və əcəlinin təxirə salınmasını istəyən şəxs gərək qohumluq əlaqələrini kəsməsin.”(Mişkatul-ənvar”, səh. 166. )
    32-İmam Səccad (ə) buyurmuşdur: "Qohumluq əlaqələrini möhkəmlətmək ömrü uzadır, yoxsulluğu və kədəri aradan aparır.”("Biharul-ənvar”, 71-ci cild, səh. 88. )
    33-Hüzeyfə ibn Mənsur nəql edir ki, imam Sadiq (ə) buyurdu: "Haliqədən çəkinin; çünki o, insanı öldürür.” Soruşdum: "Haliqə nədir?” Buyurdu: "Qohumluq əlaqələrini kəsmək.”("Mişkatul-ənvar”, səh. 165)
    34-İmam Rza (ə) buyurmuşdur: "Beş xüsusiyyətə malik olan şəxs mal-dövlət yığa (varlı ola) bilməz: Həddindən artıq paxıllıq, uzun-uzadı arzu və çox hərislik etsə, qohum-əqrəba ilə qohumluq əlaqəsini kəssə və dünyanı axirətdən üstün tutsa.”("Biharul-ənvar”, 73-cü cild, səh. 138. )
    35-Qohumluq əlaqələrini davam etdirməyin müsbət təsirlərindən biri də əməllərin pak və xalis olmasıdır. Belə ki, İmam Baqir (ə) buyurmuşdur: "Qohumluq əlaqələrinin davam etdirilməsi əməlləri xalis edir, bəlanı uzaqlaşdırır, mal-dövləti çoxaldır, ömrü uzadır, ruzini bol edir, insanı qohum-əqrəbanın və ailənin yanında sevimli edir. Buna görə də Allahdan qorxub, qohumluq əlaqələrini möhkəmlətmək lazımdır.”("Üsuli-kafi”, 2-ci cild, səh. 152, hədis: 13. )
    36-Onun müsbət təsirlərindən biri də qiyamət günü haqq-hesabın asanlaşmasıdır. İmam Sadiq (ə) bu barədə buyurmuşdur: "Qohumluq əlaqələrini möhkəmlətmək qiyamət gününün sorğu-sualını yüngülləşdirir, ömrü uzadır və pis ölümdən qoruyub saxlayır.”(Yenə orada, səh. 122, hədis: 14.)
    37-Onun müsbət təsirlərindən biri də şəhərlərin abadlaşmasıdır. İmam Sadiq (ə) buyurmuşdur: "Qohumluq əlaqələrini möhkəmlətmək və qonşularla xoş davranmaq şəhərləri abadlaşdırır, ömürləri uzadır.”(Yenə orada, səh. 122, hədis: 14.)
    38-İmam Sadiq (ə) buyurur: "Mən insanın nabud olmasının tezləşməsinə, ölümün yaxınlaşmasına, evlərin xarab olunmasına səbəb olan qohumluq əlaqələrini kəsmək, ata-anaya aq olmaq və onlara pislik etmək kimi günahlardan Allaha pənah aparıram.”(Üsuli-kafi”, 2-ci cild, səh. 184. )
    39-İmam Sadiq (ə) buyurmuşdur: "Sizi qohumluq əlaqələrinizi kəsməkdən nəhy edirəm; çünki bu iş qəlbi qəsavətli edir (bərkidir). Belə bir şəxs Allah-taalanın lütf və mərhəmətindən uzaqdır.”("Biharul-ənvar”, 82-ci cild, səh. 34)
    40-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Qohumluq əlaqələrini kəsən şəxs behiştə daxil olmaz.”(Yenə orada, 74-cü cild, səh. 91. )
    15. QIRX İNCƏLİK
    1-Ən vəfasız söz Kufədir.
    2-Qadının ən gözəl ismət paltarı hicabdır.
    3-Aclıq ağılı artırır.
    4-Ən böyük dərd nadanlıqdır, tələskən və səbirsiz adam özü-özünün düşmənidir.
    5-Məğlubiyyətə uğramaq qələbəyə nail olmaq üçün bir körpüdür.
    6-Yaxşı əxlaq insanın qol-qanadıdır.
    7-Yaxşı əməl yerinə yetirmək istəyən şəxs bunu təxirə salmasın, çünki Şeytan onu bu əməldən yayındıra bilər.
    8-Pis yerlərə gedən şəxs ittiham olunar.
    9-Yersiz iş işsizlikdən yaxşıdır və orta səviyyəli iş ən yaxşı işdir.
    10-Vicdan insanın daxili qoruqçusudur, qeybət Şeytana pərəstiş etməkdir.
    11-Dünya çətinliklərinə dözüb, zirvələrini fəth etmək üçün himmət göstərmək lazımdır.
    12-Qəzəbi güzəştlə söndürmək olar.
    13-Hadisələr günlər kimi ötüb keçir, ona görə də saleh əməllər yerinə yetirmək üçün tələsmək lazımdır.
    14-İnsanlara qarşı kin bəsləmə, çünki səni qəmgin edər.
    15-Səbir hər bir çətinliyin açarıdır.
    16-Xəstələnməzdən qabaq sağlamlığınızın qədrini bilin.
    17-Xeyirxah iş qızıla bənzər, onu əxlaq sandığında qoruyub saxlayın.
    18-Pas dəmiri yeyər, həsəd isə qəlbi.
    19-Dəlilsiz hadisə olmaz.
    20-Hər bir səhv işə görə min dəlil gətirsən, onda min bir səhv olar.
    21-Sınıq şeylərin içində yalnız sınıq qəlb çox qiymətlidir, qəlbi yalnız göz yaşları ağardar.
    22-İnsan o vaxt təqaüdə çıxar ki, Allah onu dəvət etsin.
    23-Şeytanın hücumu səssizdir, nəfəs çəkmək ömürdən gedir.
    24-Hər şeyin yanğısı küldür, ömrün yanğısı isə xatirə.
    25-Məğlubiyyət yatmış enerjiləri oyadır.
    26-Behiştin sənədi, bu dünyada günahlardan çəkinməkdir.
    27-İnsanın ömrü behiştə getmək üçün bir (qızıl) fürsətdir və ömrün bərəkəti yaxşı iş görməkdədir.
    28-Əgər azad olmaq və zülmə qalib gəlmək istəyiriksə, hər bir şeyimizdən keçməyə hazır olmalıyıq!
    29-Məzlumun qarğışı zalımın qılıncından itidir.
    30-Yaşamaq üçün fikirləşin, lakin qüssələnməyin.
    31-Vicdan həmişə həqiqət yaradır.
    32-Dünya arzular qəbiristanlığıdır.
    33-Göz yaşı bir gövhərdir ki, yalnız gözdən çıxandan sonra qiymətli olur.
    34-Həsəd ruhun zindanıdır.
    35-Hər yazı bir dəfə oxumağa dəyər.
    36-Ağır iş ilk baxışda qeyri-mümkün görünür.
    37-İşin bəlası ona bağlı olmamaqdır.
    38-Tövbə daxili yumaqdır.
    39-Azadlıqsevərliyi Kərbəla hərəkatından öyrənmək lazımdır.
    40-Qəzəb dəlisovluqla başlayır, peşmançılıqla qurtarır.
    Category: 40 mövzu 40 həqiqət | Added by: Islam_Kitabxanasi
    Views: 1543 | Downloads: 0 | Rating: 3.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024