İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » 40 mövzu 40 həqiqət

    40 mövzu 40 həqiqət
    2012-01-13, 6:15 AM
    17. QURANIN BƏZİ SURƏLƏRİNİN OXUNUŞUNUN SAVABI
    1-"Fatihə” surəsi: Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Hər kəs "Fatihə” surəsini oxusa, Allah-taala ona nazil olmuş bütün ayələrin tilavətinin savabını verər.”("Təfsiri Nurus-səqəleyn”, 1-ci cild, səh. 4. )
    2-"Bəqərə” və "Ali-İmran” surələri: İmam Sadiq (ə) buyurmuşdur: "Hər kəs "Bəqərə” və "Ali-İmran” surələrini oxusa, qiyamət günündə bu iki surə iki bulud parçası kimi ona kölgə salar.”(Yenə orada, 1-ci cild, səh. 309. )
    "Bəqərə” surəsində yerləşən ən fəzilətli ayə – "Ayətəl-kürsü” haqqında göstəriş verilmişdir ki, hər gün onu yetmiş dəfə oxuyun. Əgər səhralıqda olsanız, bir dairə xətt çəkdikdən sonra dəstəmazlı halda, dairənin içində üzü qibləyə oturub onu oxusanız, hacətlərinizin qəbul olunması üçün çox faydalıdır.
    3-"Nisa” surəsi: Əmirəl-möminin Əli (ə) buyurmuşdur: "Hər kəs "Nisa” surəsini hər cümə günü oxusa, qəbir əzabından amanda qalar.”(Yenə orada, 1-ci cild, səh. 429.)
    4-"Maidə” surəsi: İmam Baqir (ə) buyurmuşdur: "Hər kəs "Maidə” surəsini hər cümə axşamı oxuyarsa, zülm imanına qalib gəlməz və heç vaxt Allaha şərik qoşanlardan olmaz.”("Vəsailuş-şiə”, 2-ci cild, səh. 288. )
    5-"Ənam” surəsi: İmam Sadiq (ə) buyurmuşdur: "Ənam” surəsi birdəfəyə nazil olmuşdur. Yetmiş min mələk onu Allahın yetmiş böyük adı olduğu halda, Peyğəmbərə gətirmişlər. Əgər camaat onun oxunuşunun nə qədər fəzilət və savaba malik olduğunu bilsəydilər, onu oxumağı heç vaxt tərk etməzdilər.”
    İmam Rza (ə) buyurmuşdur: "Hər kəs bu surəni oxusa, yetmiş min mələk onun üçün qiyamət gününədək təsbih deyərlər.”("Biharul-ənvar”, 89-cu cild, səh. 274, hədis: 1. )
    İmam Baqir (ə) buyurmuşdur: "Əgər bir şəxsin vasitəsilə həlak olacağından qorxsan, "Ənam” surəsini oxu ki, sənə heç bir zərər yetirə bilməz.”
    6-"Əraf” surəsi: İmam Sadiq (ə) buyurmuşdur: "Hər kəs "Əraf” surəsini hər ayda bir dəfə oxusa, qiyamət günü Allah-taalanın buyurduğu qorxu və qüssəsi olmayan, hər cümə günü oxusa isə, qiyamət hesabı asan tutulan şəxslərdən olacaqdır.”(Təfsiri Əyyaşi”, 2-ci cild, səh. 2. )
    7-"Ənfal” surəsi: İmam Sadiq (ə) buyurmuşdur: "Hər kəs "Ənfal” və "Tövbə” surələrini hər ay oxusa, Şeytan ona yaxınlaşa bilməz və Əmirəl-möminin Əli (ə)-ın şiələrindən olar.”
    8-"Hud” surəsi: İmam Baqir (ə) buyurmuşdur: "Hər kəs hər cümə günü "Hud” surəsini oxusa, Allah-taala qiyamət günü onu peyğəmbərlər cərgəsində gətirəcək və günahlarını bağışlayacaq.”(Biharul-ənvar”, 89-cu cild, səh. 278.)
    9-"Yusif” surəsi: İmam Sadiq (ə) buyurmuşdur: "Hər kəs "Yusif” surəsini hər gün və ya hər gecə bir dəfə oxusa, Allah-taala qiyamət günü onu Yusif (ə)-ın gözəlliyində gətirəcək, camaat üçün olan çətinlik onun üçün olmayacaq və onun (behiştdəki) qonşuları Allahın saleh bəndələrindən olacaqdır.”("Təfsiri Əyyaşi”, 2-ci cild, səh. 166. )
    10-"İbrahim” və "Hicr” surələri: İmam Sadiq (ə) buyurmuşdur: "Hər kəs "İbrahim” və "Hicr” surələrini cümə gününün namazının iki rükətində oxusa, heç vaxt fəqirliyə və dəliliyə tutulmaz.”
    11-"Taha” surəsi: Onu ruzinin artması və işlərin sahmana düşməsi üçün sübh azanından sonra gün çıxana qədər oxumaq faydalıdır. İmam Sadiq (ə) buyurmuşdur: "Taha surəsini oxumağı tərk etməyin, çünki Allah-taala onu və onu oxuyanı sevir. Hər kəs onu oxumağa müdavimət etsə, Allah-taala qiyamət günü əməl dəftərini onun sağ əlinə verər və onun İslamda olan əməllərindən ağır hesab çəkməz, həmçinin o, razı olanadək ona (Öz nemətlərini) əta edər.”(Təfsiru Cəvamiul-came”, 2-ci cild, səh. 413. )
    12-"Həcc” surəsi: İmam Sadiq (ə) buyurmuşdur: "Hər kəs "Həcc” surəsini hər üç gündən bir oxusa, həmin ildə ona həcc qismət olar və əgər həcc səfərində ölsə, behiştə daxil olar.”
    13-"Yasin” surəsi: Hər gün üzü qibləyə oturub, onu oxuduqdan sonra yüz dəfə salavat deməyin savabı çoxdur.
    Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Hər kəs qabiristanlığa daxil olarkən "Yasin” surəsini oxusa, o gün qəbiristan əhlindən (əzab) azalar və oxuyan şəxs üçün qəbiristanda olan hər bir qəbrin müqabilində çoxlu savab verilər.”("Məcməül-bəyan”, 8-ci cild, səh. 646)
    14-"Zümər” surəsi: İmam Sadiq (ə) buyurmuşdur: "Hər kəs "Zümər” surəsini oxusa, Allah-taala ona dünya və axirət şərəfini verər və onu mal-dövlətsiz və qohum-əqrəbasız halda, başıuca edər.”("Müstədrəkül-vəsail”, 4-cü cild, səh. 347. )
    15-"Fussilət” surəsi: İmam Sadiq (ə) buyurmuşdur: "Hər kəs "Fussilət” surəsini oxusa, qiyamət günü göz işlədikcə nur və sevinc görəcək, dünyada isə başqalarının tərif və qibtəsi ilə yaşayacaqdır.”(Vəsailuş-şiə”, 2-ci cild, səh. 891.)
    16-"Duxan” surəsi: İmam Baqir (ə) buyurmuşdur: "Hər kəs vacib və müstəhəb namazlarda "Duxan” surəsini oxusa, Allah-taala qiyamət günü onu amanda olanlardan qərar və ona Öz ərşinin kölgəsində yer verəcək, ondan asan hesab çəkərək əməl dəftərini sağ əlinə verəcəkdir.”("Əl-burhanu fi təfsiril-Quran”, 7-ci cild, səh. 155. )
    17-"Zariyat”, "Şərh” və "Təlaq” surələri: Bu surələri hər gün bir dəfə ruzinin artması, gündəlik xərcin əldə edilməsi və güman etmədiyi yerdən ruzinin yetişməsi üçün oxumaq faydalıdır.
    18-"Ər-rəhman” surəsi: İmam Sadiq (ə) buyurmuşdur: "Ər-rəhman” surəsini oxumağı tərk etməyin, həqiqətən bu surə münafiqlərin qəlbində yer tutmaz. Hər kəs bu surəni həmişə namazda oxusa, qiyamət günündə şəfaət edər.”
    19-"Vaqiə” surəsi: Hər gecə işa namazından sonra və ya yatmazdan qabaq bir dəfə oxumaq faydalıdır.
    İmam Sadiq (ə) buyurmuşdur: "Hər kəs işa namazından sonra "Vaqiə” surəsini oxusa, heç vaxt fəqir və camaata möhtac olmaz.”("Nurus-səqəleyn”, 5-ci cild, səh. 203. )
    20-"Təlaq” surəsi: Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Hər kəs "Təlaq” surəsini oxusa, Allahın Rəsulunun davranışı əsasında vəfat edər.”("Müstədrəkül-vəsail”, 4-cü cild, səh. 352. )
    21-"Məariç” surəsi: Bu surəni oxumaq insanı Şeytanın şərrindən qoruyub saxlayır.
    22-"Nuh” surəsi: Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Hər kəs "Nuh” surəsini oxuyub, Allahdan bir hacət diləsə, Allah-taala o hacətin yerinə yetirməsini asanlaşdırar.”("Əl-burhanu fi təfsiril-Quran”, 8-ci cild, səh. 126. )
    23-"Cin” surəsi: İmam Sadiq (ə) buyurmuşdur: "Hər kəs bu surəni çox oxusa, dünyada cinlərin gözündən, sehrindən və şərrindən amanda qalar və behiştdə həzrət Peyğəmbəri-Əkrəm (s)-in dostlarından olar.”
    24-"Müzzəmmil” surəsi: Ruzinin artması üçün qırx bir gün müddətində hər gün bir dəfə oxumaq faydalıdır.
    25-"Nəbə” surəsi: Hər kəs hər gün sübh namazından sonra – bir ildən üç il müddətində – oxusa, Allah-taala ona həcc ziyarətini qismət edər. Həmçinin, hər gün əsr namazından sonra onu xəstənin şəfa tapması üçün oxumaq çox faydalıdır.
    26-"Fəcr” surəsi: İmam Sadiq (ə) buyurmuşdur: "Bu surə imam Hüseyn (ə)-ın surəsidir. Hər kəs onu vacib və müstəhəb namazlarda oxusa, behiştdə imam Hüseyn (ə)-la birgə olar.”
    27-"Bələd” surəsi: İmam Sadiq (ə) buyurmuşdur: "Hər kəs bu surəni oxuyub, ona əməl etsə, Allah-taala onu Peyğəmbər (s)-lə məhşur edər.”(Müstədrəkül-vəsail”, 4-cü cild, səh. 358. )
    28-"Şəms” surəsi: Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Hər kəs "Şəms” surəsini oxusa, sanki üzərinə günəş və ay sacan hər bir şeyin sayı qədər sədəqə vermişşdir.”(Məcməül-bəyan”, 10-cu cild, səh. 752.)
    29-"Ləyl” surəsi: Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Hər kəs "Ləyl” surəsini oxusa, Allah-taala ona razı olanadək ruzi verər, onu çətinlikdən qurtarar və ona asanlıq əta edər.”(Yenə orada, səh. 757. )
    30-"Zuha” surəsi: Hər gün, yaxud hər cümə gecəsi arada fasilə vermədən oxumağın çoxlu savabı vardır.
    31-"Qədr” surəsi: Hər bir hacətin yerinə yetirilməsi üçün bir məclisdə (bir oturumda) üç yüz altmış dəfə, həccə getmək və ruzinin artması üçün iyirmi dörd saat ərzində min dəfə oxumaq faydalıdır.
    İmam Baqir (ə) "Qədr” surəsinin oxunuşunun savabı haqqında buyurmuşdur: "Hər kəs "Qədr” surəsini uca səslə oxusa, Allah yolunda qılınc çəkən; hər kəs onu yavaş oxuyarsa, Allah yolunda öz qanına boyanmış kimi olar. Həmçinin, hər kəs onu on dəfə oxusa, onun min günahı bağışlanar.”("Üsuli-kafi”, 4-cü cild, səh. 427, hədis: 6. )
    32-"Zəlzələ” surəsi: İmam Rza (ə) buyurmuşdur: "Bu surəni dörd dəfə oxuyan şəxsə Quranın hamısını oxuyub qurtaran şəxsin savabı verilər.”
    İmam Sadiq (ə) buyurmuşdur: "Hər kəs bu surəni oxusa, dünyada zəlzələ və ildırım kimi böyük bəlalara düçar olmaz.”
    33-"Qariə” surəsi: İmam Baqir (ə) buyurmuşdur: "Hər kəs "Qariə” surəsini oxusa, Allah-taala bu dünyada onu Dəccalın fitnəsindən, qiyamətdə isə cəhənnəmin hərarətindən qoruyub saxlayar.”("Nurus-səqəleyn”, 5-ci cild, səh. 658. )
    34-"Təkasur” surəsi: Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Hər kəs "Təkasur” surəsini yatanda oxusa, qəbir fitnəsindən amanda qalar.”("Üsuli-kafi”, 4-cü cild, səh. 429, hədis: 14. )
    35-"Əsr” surəsi: Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Hər kəs "Əsr” surəsini ardıcıl oxusa, Allah-taala onun axır-aqibətini yaxşılıqla sona bitirər və haqq səhabələrindən olar. Əgər həmin surə xəzinəyə oxunsa, sahibi o xəzinəni acanadək, Allah-taala onu qoruyub saxlayar.”("Əl-burhan fi təfsiril-Quran”, 8-ci cild, səh. 379. )
    36-"Huməzə” surəsi: İmam Sadiq (ə) buyurmuşdur: "Hər kəs vacib namazların birində "Huməzə” surəsini oxusa, Allah-taala yoxsulluğu ondan uzaqlaşdırar, ruzisini artırar və pis (faciəli) ölümü ondan uzaq edər.”("Nurus-səqəleyn”, 5-ci cild, səh. 667. )
    37-"Kövsər” surəsi: İmam Sadiq (ə) buyurmuşdur: "Hər kəs bu surəni vacib və müstəhəb namazlarda oxusa, Allah-taala onu "Kövsər” bulağından sirab edər. Belə şəxs "Tuba” ağacının altında Peyğəmbəri-Əkrəm (s)-lə birgə olar.”
    38-"Kafirun” surəsi: İmam Sadiq (ə) buyurmuşdur: "Hər kəs bu surəni vacibi namazda oxusa, Allah-taala onu, atasını və anasını bağışlayar, dünyada başıuca edər.”
    39-"İxlas” surəsi: Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Hər kəs "İxlas” surəsini bir dəfə oxusa, sanki Quranın üçdə birini, onu iki dəfə oxusa, sanki Quranın üçdə ikisini və onu üç dəfə oxusa, sanki bütün Quranı oxumuşdur.”("Biharul-ənvar”, 89-cu cild, səh. 350, hədis: 18. )
    40-"Fələq” və "Nas” surələri: İmam Baqir (ə) buyurmuşdur: "Hər kəs vətr namazında "Fələq”, "Nas” və "İxlas” surələrini oxusa, ona belə deyilər: "Ey Allahın bəndəsi! Müjdə olsun sənə, həqiqətən Allah-taala (sənin) vətr namazını qəbul etmişdir.”("Məcməül-bəyan”, 10-cu cild, səh. 864. )
    18. QURAN OXUMAQ HAQQINDA QIRX HƏDİS
    1-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Sizlərdən hər hansı biriniz Allahla danışmaq istəyirsə, Quran oxusun. Elmin əvvəlini və axırını (öyrənmək) istəyənlər gərək Quran oxusunlar.”
    2-İmam Əli (ə) buyurmuşdur: "Ən fəzilətli zikr Quran oxumaqdır, çünki bu əməl qəlbin genişlənməsinə və batinin nurlu olmasına səbəb olur.”
    3-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Həddi-büluğa çatmamışdan qabaq Quran oxuyanlara, şübhəsiz ki, hikmət verilmişdir.”
    4-İmam Əli (ə) buyurmuşdur: "Yeddi yerdən başqa vaxtlarda həmişə Quran oxuyun: 1-Rükuda. 2-Səcdədə. 3-Hacətləri istəyəndə. 4-Hamamda. 5-Cünub halında. 6-Heyz halında. 7-Nifas halında.”("Xisal”, 2-ci cild, səh. 30, hədis: 42. )
    5-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Hər kəs Allahın və Onun peyğəmbərlərinin dostu olmaq istəyirsə, Quranı üzündən oxusun.”
    6-İmam Sadiq (ə) buyurmuşdur: "Quranı üzündən oxumaq valideynin əzabını kafir olsa da belə yüngülləşdirir.”
    7-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Quranın mətninə və yazısına baxmaq ibadətdir.”
    8-İmam Sadiq (ə) buyurmuşdur: "Sənin yanında Quran oxunulanda, sakit qalıb qulaq asmaq sənə vacibdir.”
    9-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Hər gecə (Qurandan) on ayə oxuyan şəxs qafillərdən sayılmaz və əgər əlli ayə oxusa, zikr edənlərdən hesab olunar.”
    10-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Quranı uca səslə oxuyan şəxs sədəqəni aşkar şəkildə verən, yavaş səslə oxuyan şəxs isə sədəqəni gizli şəkildə verən şəxsə bənzəyir.”
    11-İmam Sadiq (ə) buyurmuşdur: "Mömin bir gənc Quran oxusa, (Quran) onun əti və qanı ilə qaynayıb-qarışar və qiyamət günündə onun üçün (əzab qarşısında) bir maneə qərar verilər.”
    12-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Məscidlər Qurana görə bərpa edilmişdir.”
    13-İmam Əli (ə) buyurmuşdur: "Quran haqqında düşünün və onu yaxşı başa düşün; çünki Quran qəlblərin baharıdır.”
    14-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Quran oxuyanların ən yaxşısı, şübhəsiz ki, Quran oxuyanda qəmgin olanlardır.”
    15-İmam Sadiq (ə) Allaha dua edərək demişdir: "İlahi! Məni Quranın halalına əməl edənlərdən, haramından çəkinənlərdən, vaciblərini yerinə yetirənlərdən, hüdud və qanunlarını icra edənlərdən qərar ver!”
    16-İmam Sadiq (ə) Allaha dua edərək demişdir: "(İlahi!) Quran oxumağı mənim üçün elə qərar ver ki, onu oxuyanda Sən məndən razı qalasan.”
    17-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Öz övladlarınızı üç şeylə tərbiyə edin: Peyğəmbərinizə məhəbbətlə, onun Əhli-beytinə sevgi-istəklə və Quran oxumaqla.”(Cameus-səğir”, 1-ci cild, səh. 14.)
    18-İmam Əli (ə) buyurmuşdur: "Quran gündüzdə yol göstərən, qaranlıq gecədə isə işıq sacandır.”
    19-İmam Sadiq (ə) buyurmuşdur: "Quran (insanı) behiştə göndərib, cəhənnəmdən saxlayır.”
    20-İmam Səccad (ə) buyurmuşdur: "Quran mənimlə olduğu halda, şərqlə qərb arasında yaşayanların hamısı ölsə də, mən təklikdən qorxmaram.”
    21-İmam Sadiq (ə) buyurmuşdur: "Quranı əzbərdən bilən şəxs ona əməl etsə, axirətdə Allahın xəbər gətirən və yaxşı rəftar edən mələkləri ilə dost olar.”
    22-İmam Sadiq (ə) buyurmuşdur: "Quran oxuyan şəxs ehtiyacsız olar, əks təqdirdə (Quan oxumasa) heç bir şey onu qane etməz.”
    23-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Quran hamilləri (hafizləri) behişt əhlinin nümayəndələri və başçılarıdır.”
    24-İmam Sadiq (ə) buyurmuşdur: "Zehnin və bədəninin zəif olmasına baxmayaraq zəhmət çəkib Quranı əzbərləyən şəxsin savabı çoxdur.”
    25-İmam Səccad (ə) buyurmuşdur: "Quran ayələri xəzinədir, hər vaxt o xəzinənin ağzını acdınsa, bil ki, ona nəzər etməyin savabı vardır.”
    26-İmam Sadiq (ə) buyurmuşdur: "Dünya əhli səmadakı ulduzlara baxdıqları kimi, səma əhli də müsəlman bir şəxsin Quran oxuduğu evə baxarlar.”
    27-İmam Sadiq (ə) buyurmuşdur: "Mən evdə Quranın olmasını sevirəm, çünki Allah onun vasitəsilə şeytanları (evdən) uzaq edir.”
    28-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Mələklər mənim ümmətimdən olan qeyri-ərəb bir şəxsin düzgün oxumadığı Quranı səhih ərəblə (oxunmuş kimi) yuxarı apararlar.”
    29-İmam Sadiq (ə) buyurmuşdur: "Möminə layiqdir ki, ya Quranı öyrənsin, ya da onu öyrənmək üçün zəhmət çəksin.”
    30-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Evlərinizi Quran oxumaqla işıqlandırın, yəhudilər və məsihilər kimi qəbiristana çevirməyin (onlar yalnız kilsələrdə Tövrat və İncili oxuyub, ibadət edirlər); çünki Quran oxumaq xeyir-bərəkət gətirir və ev əhalisinin çoxlu ruzi əldə etməsinə səbəb olur.”
    31-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Quranın digər sözlərə olan fəzilət və üstünlüyü Allahın sair varlıqlara olan fəzilət və üstünlüyü kimidir. Quran hər bir şeydən – Allahdan başqa – üstündür. Buna əsasən, hər kəs Qurana ehtiram göstərsə, sanki Allaha ehtiram göstərmişdir; hər kəs də Qurana ehtiram göstərməsə, sanki Allaha ehtiramsızlıq etmişdir.”
    32-İmam Sadiq (ə) buyurmuşdur: "Quranı əzbərləyib, ona əməl edənlərin məqamları asimanın ən böyük mələklərinə bərabərdir.”
    33-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Mənim ümmətimin yüksək məqama nail olan şəxsləri Quranı həml (hifz) edənlər və gecə (ibadət üçün) oyaq qalanlardır.”
    34-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Həqiqətən, Allahın kitabından bir ayə oxumaq ərşin altından tutmuş, yerin altına qədər olanlardan yaxşıdır.”
    35-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "...Axirətin bəlası Quran oxuyan şəxsdən götürülər.”
    36-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Allah-taala üç səsi çox sevir: 1-Quran tilavət edən şəxsin səsini. 2-Xoruzun səsini. 3-Sübh vaxtı günahlarının bağışlanmasını diləyən şəxsin səsini.”
    37-Həzrət Peyğəmbəri-Əkrəm (s) Salman Farsiyə buyurmuşdur: "Ey Salman! Sənə Quran oxumağı tövsiyə edirəm, çünki Quran oxumaq cəhənnəm odunun qalxanıdır, insanı əzabdan saxlayır və günahların kəffarəsi sayılır... Mömin şəxs Quran oxuyanda Allah-taala ona rəhmət nəzərilə baxır.”
    38-İmam Əli (ə) buyurmuşdur: "Qurandan bir ayə eşidən şəxs üçün (bunu eşitmək Yəməndə yerləşən) "Şir” dağının ağırlığı qədər qızılı olmasından yaxşıdır.”
    39-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Sizin ən yaxşılarınız Quranı öyrənib, başqalarına öyrədənlərdir.”
    40-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Üç şeyə baxmaq ibadətdir: 1-Ata-ananın üzünə. 2-Dənizə. 3-Qurani-kərimə.”
    Category: 40 mövzu 40 həqiqət | Added by: Islam_Kitabxanasi
    Views: 675 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024