İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » 40 mövzu 40 həqiqət

    40 mövzu 40 həqiqət
    2012-01-13, 6:14 AM
    19. ALLAHIN QIRX ANDI
    1-"Vətturi”: "And olsun Tur dağına.”("Tur” surəsi, 1-ci ayə. )
    2-"Və kitabin məstur”: "And olsun yazılmış kitaba (Qurana).”("Tur” surəsi, 2-ci ayə.)
    3-"Vəssəmai vət-tariq”: "And olsun göyə və gecə gələnə.”("Tariq” surəsi, 1-ci ayə)
    4-"Vəssəmai zatil-büruc”: "And olsun bürclər sahibi olan göyə.”("Büruc” surəsi, 1-ci ayə. )
    5-Vəl-yovmil-məvud”: "And olsun vəd olunmuş günə.”("Büruc” surəsi, 2-ci ayə)
    6-Vəlləyli və ma vəsəq”: "And olsun gecəyə və gecənin qoynuna aldıqlarına.”(İnşiqaq” surəsi, 17-ci ayə.)
    7-Vəl-qəməri izət-təsəq”: "And olsun bədirlənməkdə olan aya.”("İnşiqaq” surəsi, 18-ci ayə.)
    8-Fəla uqsimu bil-xunnəs”: "And içirəm gecə yanıb, gündüz sönən ulduzlara.”("Təkvir” surəsi, 15-ci ayə)
    9-"Vəlləyli iza əsəs”: "And olsun qaralmaqda olan gecəyə.”(Təkvir” surəsi, 17-ci ayə.)
    10-"Vəvs-subhi iza tənəffəs”: "And olsun sökülməkdə olan dan yerinə.”("Təkvir” surəsi, 18-ci ayə. )
    11-"Vən-naziati ğərqa”: "And olsun (kafirlərin canını) çətinliklə alanlara (əzab mələklərinə).”(Naziat” surəsi, 1-ci ayə. )
    12-"Vən-naşitati nəşta”: "And olsun (möminlərin canını) rahatlıqla alanlara.”("Naziat” surəsi, 2-ci ayə. )
    13-"Vəs-sabihati səbha”: "And olsun (Allahın əmrlərini) sürətlə yerinə yetirənlərə.”("Naziat” surəsi, 3-cü ayə. )
    14-"Fəs-sabiqati səbqa”: "And olsun (bir-birini) ötən mələklərə.”("Naziat” surəsi, 4-cü ayə. )
    15-"Fəl-muddəbirati əmra”: "And olsun işə əncam çəkənlərə (Allahın əmri ilə dünyanın işlərini idarə edən mələklərə).”("Naziat” surəsi, 5-ci ayə. )
    16-Vəl-mursəlati urfa”: "And olsun bir-birinin ardınca göndərilən elçilərə.”(Mürsəlat” surəsi, 1-ci ayə. )
    17-"La uqsimu biyovmil-qiyaməh”: "And içirəm qiyamət gününə.”(Qiyamət” surəsi, 1-ci ayə. )
    18-"Və la uqsimu bin-nəfsil-ləvvaməh”: "And içirəm özünü qınayan nəfsə.”("Qiyamət” surəsi, 2-ci ayə. )
    19-"Nun vəl-qələmi və ma yəsturun”: "Nun! And olsun qələmə və (mələklərin) yazdıqlarına.”("Qələm” surəsi, 1-ci ayə. )
    20-"Vən-nəcmi iza həva”: "Batmaqda olan ulduza (Sürəyya ulduzuna) and olsun.”(Nəcm” surəsi, 1-ci ayə.)
    21-"Vəl-bəytil-məmur”: "And olsun (mələklərin ibadət etdiyi) Beytül-məmura.”("Tur” surəsi, 4-cü ayə. )
    22-"Vəz-zariyati zərva”: "And olsun (toz-torpağı) sovurub dağıdan küləklərə.”("Zariyat” surəsi, 1-ci ayə. )
    23-"Fəl-hamilati viqra”: "And olsun yağış yüklü buludlara.”(Zariyat” surəsi, 2-ci ayə. )
    24-"Vəl-adiyati zəbha”: "And olsun (cihad zamanı) tövşüyə-tövşüyə) qacan atlara.”("Adiyat” surəsi, 1-ci ayə. )
    25-"Vəttini vəz-zəytun”: "And olsun əncirə və zeytuna.”("Tin” surəsi, 1-ci ayə. )
    26-"Və turi sinin”: "And olsun Tur dağına.”("Tin” surəsi, 2-ci ayə. )
    27-"Və hazəl-bələdil-əmin”: "And olsun bu təhlükəsiz, əmin-amanlıq şəhərə (Məkkəyə).”("Tin” surəsi, 3-ci ayə. )
    28-"Vəzzuha”: "And olsun günorta vaxtı aydınlıq günə.”("Zuha” surəsi, 1-ci ayə. )
    29-"Vəlləyli iza səca”: "And olsun sakitləşməkdə olan gecəyə.”(Zuha” surəsi, 2-ci ayə. )
    30-"Vəlləyli iza yəğşa”: "And olsun (aləmi zülmətə) bürüməkdə olan gecəyə.”("Ləyl” surəsi, 1-ci ayə. )
    31-"Vəşşəmsi və zuhaha”: "And olsun günəşə və onun işığına.”("Şəms” surəsi, 1-ci ayə. )
    32-"Vəl-qəməri iza təlaha”: "And olsun günəşin ardınca çıxan aya.”("Şəms” surəsi, 2-ci ayə. )
    33-"Vəssəmai və ma bənaha”: "And olsun göyə və onu yaradana.”(Şəms” surəsi, 5-ci ayə.)
    34-"Vəl-ərzi və ma təhaha”: "And olsun yerə və onu döşəyənə.”("Şəms” surəsi, 6-cı ayə. )
    35-"Və nəfsin və ma səvvaha”: "And olsun nəfsə və onu yaradana.”("Şəms” surəsi, 7-ci ayə.)
    36-"La uqsimu bihazəl-bələd”: "And içirəm bu şəhərə (Məkkəyə).”("Bələd” surəsi, 1-ci ayə. )
    37-"Və validin və ma vələd”: "And içirəm ataya və onun övladına.”("Bələd” surəsi, 3-cü ayə. )
    38-"Vəl-fəcr”: "And olsun dan yerinə.”("Fəcr” surəsi, 1-ci ayə.)
    39-"Və ləyalin əşr”: "And olsun on gecəyə (Zil-həccə ayının birinci on gecəsinə).”("Fəcr” surəsi, 2-ci ayə. )
    40-"Vəlləyli iza yəsr”: "And olsun keçib getməkdə olan gecəyə.”("Fəcr” surəsi, 4-cü ayə.)
    20. QIRX HAQQ
    1-Allahın sənin üzərində ən böyük haqqı: Ona ixlasla ibadət etməkdir.
    2-Nəfəs çəkməyin haqqı: Allaha itaət etməkdir.
    3-Qulağın haqqı: Onun insanın boynunda olan haqqı haram sözlər (qeybət) eşitməkdən qoruyub saxlamaq, qəlbdə xoş düşüncə, ideya və gözəl xasiyyət yaradan hikmətli sözləri eşidib qəlbə ötürməkdən əlavə, xariclə qəlb arasında əlaqə vasitəsinə çevirməməkdən ibarətdir. Çünki qulaq həm pis, həm də yaxşı şeyləri ürəyə yetirən bir qapıdır.
    4-Dilin haqqı: Haram sözlər deməkdən (söyüş söymək, qeybət etməkdən) çəkinmək, boş-boş danışmamaq və gözəl sözlər deməyə adət etməkdir.
    5-Gözün haqqı: Onu haramlardan saxlamaqdır.
    6-Əlin haqqı: Haram mala (və haram şeyə) əl uzatmamaqdır.
    7-Ayağın haqqı: Haram üçün arddım atmamaqdır; çünki insan bir neçə müddətdən sonra həmin ayaqla Sirat körpüsünü keçməlidir.
    8-Qarının haqqı: Həddən artıq yeməmək və onu haram malla doldurmamaqdır.
    9-cinsiyyət üzvünün haqqı: Onu örtmək və zinadan qoruyub saxlamaqdır.
    10-Namazın haqqı: Onu hüzuri-qəlblə, diqqətlə qılmaq və bütün şərtlərinə əməl etməkdir.
    11-Həccin haqqı: Onun vacib bir vəzifə olduğunu bilmək və günahdan çəkinib Allaha pənah aparmaqdır.
    12-Orucun haqqı: Onun Allah tərəfindən dilin, qulağın, gözün, qarının və sair bədən üzvlərinin üzərinə çəkilən bir pərdə olduğunu və cəhənnəm odundan qoruduğunu bilməkdir.
    13-Sədəqənin haqqı: Allaha tapşırılan bir zəxirə və əmanət olduğuna inanmaqdır.
    14-Qurbanlığın haqqı: Onu yalnız Allaha xatir yerinə yetirməkdir.
    15-Müəllimin haqqı: Onun sözlərinə qulaq asmaq, ona ehtiram bəsləmək və onunla ucadan danışmamaqdır.
    16-Nəzarət altında yaşayanların haqqı: Onlarla ədalətlə davranmaq, mehriban bir ata kimi onların qayğısını çəkmək, cəzalandırmaqda tələsməmək və səhvlərinə göz yummaqdır.
    17-Şagirdin haqqı: Onlarla yaxşı və mülayim rəftar etmək, elm öyrətməkdə paxıllıq etməməkdir.
    18-Arvadın haqqı: Onun Allah tərəfindən bir nemət olduğunu bilmək və onunla yaxşı davranıb, ehtiramını saxlamaqdır.
    19-Ananın haqqı: Səni doqquz ay özü ilə gəzdirdiyini, gecələri yatmayıb sənə süd verdiyini, əzab-əziyyətlərə sinə gərib səni boya-başa çatdırdığını, özü ac-susuz qaldığı halda, sənə yemək və su verdiyini başa düşüb, ehtiramını saxlamaqdır. İmam Səccad (ə) bu barədə buyurmuşdur: "Ananın sənin boynundakı haqqı budur ki, biləsən ki, o, səni elə bir müddətdə və elə bir yerdə – öz bətnində saxlamışdır ki, heç kəs sənə qarşı bu işi görməzdi. Anan səni öz qəlbinin meyvəsi ilə qidalandırmışdır, halbuki başqaları bu işi görməzdi. O, səni bütün var-qüvvəsi və bütün vücudu - qulağı, gözü, əli, ayağı və s. - ilə qoruyub saxlamışdır.”("Töhəful-üqul”, səh. 189. )
    20-Atanın haqqı: Sənin dünyaya gəlməyində əsas rol oynadığını başa düşməkdir; çünki əgər o olmasaydı, sən də dünyaya gəlməzdin, deməli, bu nemətə görə Allaha şükür et və onun ehtiramını saxla. İmam Səccad (ə) bu barədə buyurmuşdur: "Atan barəsində bilməlisən ki, o, sənin vücudunun başlanğıcı və əslidir, sən isə onun budaqlarısan. Əgər o olmasaydı, sən də olmazdın. Sənin vücuda gəlməyin ona bağlıdır.”(Yenə orada. )
    21-Övladın haqqı: Sənin vücudunun bir hissəsi olduğunu, dünyada həm yaxşı, həm də pis bir iş gördüyü halda, sənə mənsub edildiyini bilmək və Allaha itaət etməkdə ona kömək etməkdir.
    22-Qardaşın haqqı: Sənin izzət, qüdrət, dayaq nöqtən və arxalanacağın şəxs olduğunu başa düşüb, çətinliklərdə ona kömək etməyindir. Əgər o, Allaha itaət edənlərdən olsa, ona arxa ol; əks təqdirdə, Allahı ondan üstün tutmalısan.
    23-Sənə yaxşılıq edən şəxsin haqqı: Ona təşəkkür edib minnətdar olmaq, onu dua etmək, yaxşılığı barəsində danışmaq, mal-dövlət və qüdrət sahibi olduğun zaman əvəzini ödəməkdir.
    24-Azan verən şəxsin haqqı: Səni ibadətə dəvət etdiyi üçün ona öz minnətdarlığını bildir.
    25-Camaat namazında imamın haqqı: O, Allah ilə sənin aranda səfir hökmündə olub, sənin tərəfindən danışdığı, haqqında dua etdiyi, qorxu hissi ilə Allah dərgahında durmağı öhdəsinə aldığı, özünü sənin, namazını da namazının qalxanı qərar verdiyi üçün ona öz təşəkkürünü bildir.
    26-Məclisdəki həmsöhbətlərin haqqı: Onunla mülayim danışmaq, məclisdən çıxmaq istədikdə, ondan icazə almaq və ona elm öyrətmək üçün paxıllıq etməməkdir.
    27-Qonşunun haqqı: Birlikdə olanda ona ehtiram göstərmək, yanında olmadıqda onun abır-heysiyyətini qoruyub saxlamaq, eyblərini axtarmamaq və səhvini bağışlamaqdan ibarətdir.
    28-Dostun haqqı: Onunla insafla rəftar et, ehtiramını saxla. Əgər sənə yaxşılıq etmişdirsə, əvəzini ödə, günah etmək fikrində olsa, onu bu işdən çəkindir.
    29-Malın haqqı: Onu yalnız halal yolla kəsb et və onu xeyirxah işlərə sərf etmək üçün paxıllıq etmə.
    30-Borc aldığın şəxsin haqqı: Əgər gücün çatırsa, borcunu qaytar, əks halda xoş dillə razılığını cəlb et.
    31-Al-ver etdiyin şəxsin haqqı: Onu aldatmayasan və kələk vurmayasan.
    32-Dava edən şəxsin haqqı: Əgər onun iddiası haqdırsa, özün ona şahid ol, ona zülm etmə, haqqını ver; yox əgər nahaq yerə iddia edirsə, onunla mülayim rəftar et.
    33-Məsləhətçinin haqqı: Əgər məsləhət edənin məsələsi barəsində xüsusi nəzərin vardırsa, bəyan et, əks təqdirdə, nəzər sahiblərinin yanına göndər.
    34-Nəsihətə qulaq asanın haqqı: Ona mülayimliklə, mehr-məhəbbət göstərməklə nəsihət etməkdir.
    35-Özündən böyük olan şəxslərin haqqı: Onun yaşını nəzərə alıb, ehtiramını saxlamaq, ondan qabağa keçməmək və onu nadanlıqla ittiham etməməkdir.
    36-Özündən kiçik yaşlı şəxslərin haqqı: Ona məhəbbət göstərməklə təlim vermək və səhvini bağışlamaqdır.
    37-Xahiş edən şəxsin haqqı: Onun xahişinə və hacətinə müsbət cavab verməkdir.
    38-Xahiş etdiyin şəxsin haqqı: Əgər sənin xahişini qəbul etsə, ona minnətdarlığını bildir, əks təqdirdə, üzrxahlıq et.
    39-Allaha xatir səni sevindirən şəxsin haqqı: Əvvəlcə Allaha, sonra da ona təşəkkür et.
    40-Sənə pislik edən şəxsin haqqı: Onu bağışla, əgər bağışlamağının ona zərəri vardırsa, qisasını al.
    21. YEMƏK VƏ İÇMƏK
    1-Yemək pak olmalıdır, nəcis yeməyi yemək haramdır.
    2-Ruzi halal yoldan kəsb olunmalıdır. Müsəlman şəxs malını halal yoldan kəsb etdiyi halda, onun xums və zəkatını da verməlidir. Şəriətə uyğun olmayan yoldan qazanc əldə edən şəxslərin yeməyindən qorunmaq lazımdır. İmam Əli (ə) Osman ibn Hüneyfə yazdığı məktubda belə buyurur: "Yeməyinin halallığında şübhə etsən, onu yemə.”("Nəhcül-bəlağə”, Sübhi Saleh, 45-ci məktub. )
    3-İmam Baqir (ə) buyurmuşdur: "Allah dərgahında yemək-içməkdə və cinsi məsələlərdə haramdan qorunmaqdan yaxşı ibadət yoxdur.”("Üsuli-kafi”, 2-ci cild, səh. 79. )
    4-Süfrə başında əyləşməzdən öncə, əllərinizi yuyun. Peyğəmbər (s) buyurmuşdur: "Yeməkdən qabaq dəstəmaz almaq yoxsulluğu, yeməkdən sonra isə dəliliyi aradan aparır və gözün nurunu artırır.”
    5-Yeməkdən sonra da əllərinizi yuyun. İmam Sadiq (ə) buyurmuşdur: "Hər kəs yeməkdən əvvəl və sonra əllərini yusa, əvvəldən axıra qədər yemək ona mübarək (bərəkətli) olar.”
    6-Süfrə başında diz üstə əyləşin və heç bir şeyə söykənməyin. İmam Əli (ə) buyurmuşdur: "Süfrə başında qullar kimi, ayaqlarınızı bir-birinin üstünə qoyub dizlərinizin üstə əyləşin və yerdə yemək yeyin.”
    7-Yeməyi Allahın adı ilə başlayın. İmam Əli (ə) bu barədə buyurmuşdur: "Hər kəs yeməyi Allahın adı ilə başlasa, zəmanət verirəm ki, ona həmin yeməkdən əzab-əziyyət yetişməz.”
    8-Yeməyi azacıq duz ilə başlayın. Belə ki, imam Əli (ə) buyurmuşdur: "Yeməyi duz ilə başlayın. Əgər insanlar duzun nə qədər faydalı olduğunu bilsəydilər, onu sınaqdan çıxarılmış zəhərə qarşı işlədilən dərmana üstünlük verərdilər.”.
    9-Yeməyi sağ əllə yemək müstəhəbdir. İmam Sadiq (ə) buyurmuşdur: "Sol əlinizlə yeyib-içməyin, hətta bir şey belə almayın.”
    10-Yeməyi Allaha həmd-səna etməklə qurtarın və yeməyin sonunda azacıq duz yeyin.
    11-Tikələri yaxşı çeynəyin, əvvəlki tikəni yeyib qurtarmayınca, başqa tikə götürməyin.
    12-Yemək vaxtı imkan daxilində başqasının üzünə baxmayın.
    13-Təlskən halda yemək yeməyin və süfrə başında çox oturun.
    14-Sol ayağınız üstə oturun və üç barmaqla yeyin.
    15-Yeməyi isti-isti yemək məkruhdur. İmam Sadiq (ə) həzrət Peyğəmbəri-Əkrəm (s)-in belə buyurduğunu nəql etmişdir: "Xörəyi isti-isti yeməyin və onun soyumasını gözləyin; çünki Allah-taala bizim isti yemək yeməyimizi istəmir. Bərəkət soyuq yeməkdədir.”
    16-Yeməyi üfürmək məkruhdur. İmam Sadiq (ə) bu barədə buyurmuşdur: "Peyğəmbər (s) yeməyə, yaxud içməyə üfürməyi qadağan etmişdir.”
    17-Yeməkdə orta həddi gözləyin, həddən artıq yeməyin və doymamışdan qabaq yeməkdən əl çəkin.
    18-İmam Rza (ə) buyurmuşdur: "Yeməyə meylin olan halda (doymamışdan qabaq) ondan əlini çək; çünki doymamışdan qabaq yeməkdən əl çəkmək mədəyə, bədənə, bədənin yüngülləşməsinə və əqlin inkişafına faydalıdır.”("Müstədrəkül-vəsail”, 3-cü cild, səh. 81.)
    19-İmam Əli (ə) buyurmuşdur: "Qarnı (normadan artıq) dolu olan şəxs yerin və göyün mələkutuna daxil olmaz.”
    20-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Boğaza qədər yeməkdən pərhiz edin, çox yeməyin bədən üçün zərəri var və çox yemək xəstəliyə səbəb olar.”("Müstədrəkül-vəsail”, 3-cü cild, səh. 80. )
    21-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Çox yemək insanı ibadətə qarşı süst edər.”(Yenə orada.)
    22-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Az yeyən şəxsin bədəni sağlam, qəlbi saf olar, çox yeyən şəxsin isə bədəni xəstə və qəlbi bərk olar.”(Yenə orada.)
    23-İmam Sadiq (ə) buyurmuşdur: "Az yemək hər bir halda və hər bir tayfanın yanında bəyənilmiş bir sifətdir.”("Müstədrəkül-vəsail”, 3-cü cild. səh. 80. )
    24-İmam Sadiq (ə) buyurmuşdur: "Möminin qəlbinə çox yeməkdən zərərli bir şey yoxdur. Çox yemək insanın qəlbini bərkidir və ehtirası cuşa gətirir, aclıq isə möminin munisi, ruhun qidası, qəlbin təamı və bədəninin sağlamlığıdır.”(Yenə orada. )
    25-İmam Əli (ə) buyurmuşdur: "Çox yeməkdən pəhriz et, çox yeyən şəxsin xəstəliyi çoxalar və yuxusu pozular.”(Yenə orada, səh. 81. )
    26-İmam Sadiq (ə) buyurmuşdur: "Əgər sizdən biri yeməyə məşğul olarsa, gərək qarnının üçdən bir hissəsini təam üçün, ikinci üçdən bir hissəsini su üçün və digər üçdən bir hissəsini isə nəfəs üçün ayırsın.”("Vəsailuş-şiə”, 3-cü cild, səh. 263, hədis: 5. )
    27-Gecə vaxtı az yeyin, yeməyi heç olmazsa yatmamışdan iki saat öncə yeyin.
    28-Cəm halında yemək müstəhəbdir. Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Yemək yeyəndə bir yerə toplaşın; çünki Allah sizin üçün onda xeyir-bərəkət qərar vermişdir.”
    29-Yemək vaxtı, xüsusilə tikəni ağıza qoyan zaman danışmaq məkruhdur.
    30-Süfrə başında oturduğunuz zaman başqalarını gözləməyib, yeməyə başlayın. Ev sahibi gərək qonağa müxtəlif təkliflər verməklə onu utandırmasın.
    31-Süfrə başına möminləri dəvət edin və fasiqləri (günah əhlini) dəvət etməkdən çəkinin. Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Təqvasız şəxslərin yeməyindən istifadə etməyin və onları öz süfrənizə dəvət etməyin.”
    32-Çörəyi bıçaqla kəsmək və yeməyin ortasında, xüsusilə yemək yağlı olduğu halda, su içmək məkruhdur.
    33-Qızıl və gümüş qabda yemək və içmək caiz deyildir. Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Hər kəs dünyada qızıl və gümüş qabda su içsə, axirətdə qızıl və gümüş qabda su içməkdən məhrum olar.”(Xisal”, 2-ci cild, səh. 4, hədis: 2. )
    34-Cənabətli halda yemək və içmək məkruhdur.
    35-Şam vaxtı az yeyin. Həzrət Peyğəmbəri-Əkrəm (s) şam yeməyi haqda buyurmuşdur: "Şam yeməyini tərk etmək bədən sisteminin pozulmasına səbəb olur.”
    36-Səhər yeməyini istədiyiniz qədər yeyin. İmam Sadiq (ə) bu barədə buyurmuşdur: "Səhər yeməyi insanın izzət və şərəfini artırır.”
    37-İmam Rza (ə) buyurmuşdur: "Yeməyi qurtardığınız zaman arxası üstə uzanıb, sağ ayağınızı sol ayağınızın üstünə qoyun.”
    38-Süfrədəki yemək qalıqlarını yemək müstəhəbdir; çünki bu iş fəqirliyi aradan aparır, bədəndəki ağrıları kəsir və yetmiş savabı vardır.
    39-İmam Sadiq (ə) buyurmuşdur: "Hər kəs su içib imam Hüseyn (ə)-ı yad etsə və o həzrətin düşmənlərinə lənət göndərsə, onun üçün yüz min savab yazılar və yüz min günahı məhv olunar.”
    40-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Əgər bir kəs suyu üç dəfəyə içsə və hər dəfə içəndə əvvəldə "Bismillah”, axırda isə "Əl-həmdu lillah” desə, həmin su onun qarnında olduğu vaxta qədər Allaha təsbih deyər və savabı ona verilər.”
    Category: 40 mövzu 40 həqiqət | Added by: Islam_Kitabxanasi
    Views: 773 | Downloads: 0 | Rating: 4.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024