İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 2
Qonaqlar 2
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Files » Etiqat » 40 mövzu 40 həqiqət

    40 mövzu 40 həqiqət
    2012-01-13, 6:12 AM
    24. DİL – SUSMAQ VƏ DANIŞMAQ
    İmam Sadiq (ə) sükut haqqında belə buyurmuşdur:
    "1-Sükut həqiqət əhlinin məsləki, dünyanın sabit və dönməz həqiqətlərinə bəsirət gözü ilə baxanların şüarıdır.
    2-Sükut hər növ rahatlığın açarı, dünya və axirətin asayişidir.
    3-Sükut Allahın razılığına səbəb olur.
    4-Sükut qiyamət günü haqq-hesabın yüngül olmasına səbəb olur.
    5-Sükut xatalardan və uçurumlardan qorunmaq vasitəsidir.
    6-Sükut nəfsani qüvvələri boğmaq üçün vasitədir.
    7-Sükut nəfsin rahatlığı üçün vasitədir.
    8-Sükut Allaha edilən ibadət və münacatların ləzzətini dərk etmək üçün vasitədir.
    9-Sükut qəlbi sərtlikdən təmizləyir.
    10-Sükut həya və təqva qazanmaq üçün vasitədir.
    11-Sükut təfəkkürün, ağlın və mürüvvətin artmasına səbəbdir.
    12-Sükut vasitəsilə insan düşüncəli və gözüaçıq olur.”(Ayətullah Məhdəvi Kəninin "Əxlaqi-əməli” kitabından iqtibas edilmişdir. )
    13-İmam Əli (ə) buyurmuşdur: "İnsanın yerinə yetirdiyi ibadət və itaətlərin arasında ən asanı, eyni zamanda Allah dərgahında ən qiymətlisi söz (dil) ilə yerinə yetirilən ibadətdir.”(Misbahuş-şəriə”, 46-cı fəsil.)
    14-İmam Əli (ə) buyurmuşdur: "Tanınmaq istəyirsinizsə, danışın; çünki insan öz dili altında gizlənmişdir.”("Nəhcül-bəlağə”, "qısa sözlər”: 392. )
    15-İmam Əli (ə) buyurmuşdur: "İnsanın batini dili altında gizlənmişdir.”("Nəhcül-bəlağə”, "qısa sözlər”: 384.)
    16-İmam Sadiq (ə) həzrət Peyğəmbəri-Əkrəm (s)-in belə buyurduğunu nəql etmişdir: "Allah-taala bədən üzvlərindən ən çox dilə əzab verər. Dil deyər ki, İlahi, nə üçün hər bir şeydən çox mənə əzab verdin. Ona deyilər ki, sənin dediyin bir söz yerin şərqini və qərbini bürüdü, onunla nahaq qanlar töküldü, məzlumların malı qəsb olundu və camaatın namusuna ləkə yaxıldı. And olsun izzət və cəlalıma, bədən üzvlərindən heç birinə layiq görmədiyim əzabla səni cəzalandıracağam.”("Üsuli-kafi”, 2-ci cild, səh. 119, hədis: 1.)
    17-İmam Sadiq (ə) buyurmuşdur: "Mömin şəxsə sakit olduğu vaxta qədər savab yazılar. Danışmağa gəldikdə isə, ya savab, ya da günah yazılar.”(Yenə orada, səh. 113, hədis: 4. )
    18-Həzrət Əli (ə) oğlu imam Həsən (ə)-a belə vəsiyyət etmişdir: "Susmaq peşmançılıqdan amanda qalmaqdır, susmaqla itirdiyin mənfəəti ələ gətirmək, danışmaqla itirdiyin faydalırı ələ gətirməkdən asandır.”(Müstədrəkül-vəsail”, 2-ci cild, səh. 89, hədis: 12. )
    19-Osman ibn İsa deyir ki, imam Rza (ə)-ın hüzurunda idim, gördüm ki, bir kişi Həzrətdən ona tövsiyə etməsini istədi. Həzrət buyurdu: "Dilini qorusan izzətli olarsan, öz ixtiyarını insanlara vermə, yoxsa özünü zillətə salarsan.”(Üsuli-kafi”, 2-ci cild, səh. 113, hədis: 4. )
    20-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Dilin fitnə-fəsadı qılınc zərbəsinin yaratdığı fəsaddan daha kəskindir.”("Biharul-ənvar”, 71-ci cild, səh. 286.)
    21-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "İnsanın qəlbi düzəlməsə, imanı düzəlməz və dili düzəlməsə, qəlbi düzəlməz.”(Nəhcül-bəlağə”, 175-ci xütbə. )
    22-İmam Sadiq (ə) buyurmuşdur: "Susmaq dünya və axirətdəki rahatlığın açarıdır.”("Müstədrəkül-vəsail”, 2-ci cild, səh. 89, hədis: 16. )
    23-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Möminin nicatı dilini qorumaqdadır.”(Yenə orada. )
    24-Loğman öz övladına buyurdu: "Ey övladım! Çox vaxt mən danışdığıma görə peşman olmuşam, lakin sükut etdiyim üçün təəssüflənməmişəm.”("Əl-məhasinu vəl-musavi”, Beyhəqi, 1-ci cild, səh. 166. )
    25-İmam Əli (ə) buyurmuşdur: "Möminin dili qəlbinin arxasında, münafiqin qəlbi isə dilinin arxasında olar. Mömin danışmazdan əvvəl fikirləşər, əgər xeyir olsa, dilinə gətirər, əgər şər olsa, onu aşkar etməz. Münafiq isə dilinə gələni deyər, xeyir-şərini fikirləşməz.”(Nəhcül-bəlağə”, (Sübhi Saleh), səh. 476. )
    26-İmam Rza (ə) buyurmuşdur: "Helm və susmaq düşüncənin əlamətlərindəndir. Həqiqətən, susmaq hikmətin qapılarındandır, məhəbbəti cəzb edir və xeyir işlərin köküdür.”(Üsuli-kafi”, 2-ci cild, səh. 116, hədis: 21.)
    27-İmam Əli (ə) buyurmuşdur: "Sözü nə qədər ki, deməmisən, o sənin ixtiyarındadır, elə ki, danışdın, sən onun ixtiyarında olursan. Buna görə də dilini qızıl-gümüşün kimi qoruyub saxla. Çünki çoxlarının bir kəlmə yersiz danışması böyük bir neməti əlindən alıb, onun başına dərd-bəla gətirmişdir.”("Nəhcül-bəlağə”, "qısa sözlər”: 381. )
    28-İmam Sadiq (ə) buyurmuşdur: "Elə bir gün yoxdur ki, bədən üzvləri dilə şikayət edib deməsinlər: Səni Allaha and veririk, sənə görə əzab çəkməyək.”(Vəsailuş-şiə”, 2-ci cild, səh. 266, hədis: 10. )
    29-İmam Sadiq (ə) buyurur: Loğman öz övladına buyurdu: "Əziz oğlum! Danışmaq gümüşdürsə, danışmamaq qızıldır.”
    30-İmam Baqir (ə) buyurmuşdur: "İnsan dilini nəzarət altında saxlamasa, günahdan amanda qala bilməz.”("Biharul-ənvar”, 78-ci cild, səh. 178. )
    31-Bir kişi həzrət Peyğəmbəri-Əkrəm (s)-in yanına gəlib, o həzrətdən tövsiyə etməyi xahiş etdi. Həzrət buyurdu: "Dilini saxla, vay olsun sənə, insanların cəhənnəmi qazanmaqda dillərindən başqa bir şey varmı?!”(Üsuli-kafi”, 1-ci cild, səh. 115, hədis: 14. )
    32-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Möminin nicatı dilini qorumasındadır.”(Yenə orada, 2-ci cild, səh. 114. )
    33-İmam Sadiq (ə) buyurmuşdur: "Ey şiələr, bizim üçün zinət olun, rüsvayçılıq səbəbi olmayın Camaatla yaxşı davranın, onu yersiz danışmaqdan və nalayiq sözlərdən qoruyun.”
    34-İmam Sadiq (ə) buyurmuşdur: "Allah-taala söyüş verən şəxslə düşməndir.”
    35-İmam Sadiq (ə) buyurmuşdur: "Pis danışmaq sərtlikdəndir və sərt adamın yeri cəhənnəmdir.”
    36-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Söyüş verən və boş-boş danışan adamı özünə yoldaş seçən şəxs Allahın ən pis bəndələri zümrəsindən sayılır.”
    37-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Söyüş vermək, nalayiq sözlər demək və boş-boş danışmaq münafiqlik sifətlərindəndir.”
    38-İmam Sadiq (ə) buyurmuşdur: "Dili düz olan şəxsin əxlaqı da pak olar.”
    39-İmam Sadiq (ə) buyurmuşdur: "Düz danışan adamı təsdiq edən ilk şəxs Allahdır.”
    40-İmam Səccad (ə)-dan danışmaq və susmağın hansı birinin ən fəzilətli olduğu barəsində soruşduqda, o həzrət buyurdu: "Onların hər ikisinin özünəməxsus bəlası var. Əgər hər ikisinin eyblərini götürsək, danışmaq susmaqdan fəzilətlidir.” Soruşdular ki, bu necə ola bilər? Həzrət cavab verib buyurdu: "Çünki Allah-taala peyğəmbərləri susmaq üçün deyil, danışmaq üçün göndərmişdir. Susmaqla cənnəti və Allahın vilayətini almaq olmaz. İnsanları sükutla cəhənnəmdən qorxuza bilməzsən. Allahın qəzəbindən sükutla (duaya işarə edir) qurtarmaq olmaz.”(Vəsailuş-şiə”, 2-ci cild, səh. 255, hədis: 2. )
    25. ZİKR VƏ ALLAHI YAD ETMƏK
    1-Zikr etmək peyğəmbərlərin sifətlərindən idi.
    2-İmam Sadiq (ə) buyurmuşdur: "Subhanəllah demək insanın əməl tərəzisinin yarısını, "Əlhəmdu lillah” onu bütünlüklə, "Allahu-əkbər” isə yerlə göyun arasını doldurar.”(Üsuli-kafi”, 2-ci cild, səh. 506. )
    3-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Ölüm mələyi (Əzrail) hər gecə nida edib deyir: "Ey qəbir əhli, bu gün kimə və nə üçün qibtə edirsiniz? Artıq axirət işini aşkar şəkildə gördünüz?!” Ölülər cavabında deyərlər: "Biz möminlərə qibtə edirik. Onlar Ramazan ayında oruc tuturlar, biz tutmuruq, onlar sədəqə verir, biz vermirik. Onlar Allahı çox yad edir, biz isə yad etmirik. əfsuslar olsun dünya evində bizim əldən verdiklərimizə!”("İrşadul-qülub”, səh. 536.)
    4-Zikr etmək Allah-taalanı yad edib, Onun sifətləri haqqında fikirləşməkdir.
    5-İmam Sadiq (ə) buyurmuşdur: "Həqiqətən Allaha zikr edən şəxs mütidir.”
    6-İmam Baqir (ə) buyurmuşdur: "Allaha zikr etməklə məşğul olan mömin şəxs durduğu, oturduğu və uzandığı halda olsa da belə, daim namaz halındadır.”
    7-İmam Baqir (ə) buyurmuşdur: "Kəlmeyi-şəhadətdən sonra "La ilahə illəllah” zikrini deməkdən üstün bir savab yoxdur.”("Üsuli-kafi”, 2-ci cild, səh. 516, hədis: 1. )
    8-Allahdan uzaq düşməkdən qəmli bir ayrılıq yoxdur, belə isə həmişə qəlbinizi Allahı yad etməklə məşğul edin.
    9-Allah-taala həmişə zikr halında olan şəxsə hikmət vermişdir. Çünki hikmət kökü qəlbdə, meyvəsi isə dildə olan bir ağaca bənzəyir.
    10-Allahı yad etmək insan ruhunu təmizləyir.
    11-Zikr etmək Allahla ünsiyyətdə olmağın rəmzi və açarıdır.
    12-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Ən yaxşı ibadət "La ilahə illəllah” deməkdir.”(Yenə orada, səh. 517, hədis: 2. )
    13-İmam Sadiq (ə) buyurur: Peyğəmbər (s) buyurmuşdur: "Hər kəs Allahı çox yad etsə Allah onu sevər və onun üçün iki qurtuluş yazılar; biri atəşdən, digəri də nifaqdan (münafiq olmaqdan) qurtuluş.”(Yenə orada, səh. səh. 500, hədis: 4. )
    14-Rəvayətə əsasən, hər bir şeyin dərmanı vardır, günahların da dərmanı tövbə və istiğfar edib Allahdan bağışlanmaq diləməkdir.
    15-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Ən yaxşı tövbə zikr etməkdir.”
    16-Allah-taala Musa (ə)-a buyurdu: "Hər halda Məni yad etmək yaxşı əməllərdəndir.”
    17-İmam Sadiq (ə) buyurur: "Allah-taala buyurmuşdur: "Hər kəs bir dəstə adam arasında Məni yad etsə, Mən də onu bir dəstə mələklər arasında yad edərəm.”
    18-İmam Sadiq (ə) buyurmuşdur: "Bizim şiələrimiz tək-tənha olduqları zaman Allahı çox yad edənlərdir.”
    19-İmam Sadiq (ə) buyurmuşdur: "Hər kəs Allahı çox yad etsə, Allah-taala Öz rəhmətini ona şamil edər.”
    20-İmam Sadiq (ə) buyurur: "Allah-taala buyurmuşdur: "Hər kəs Məni yad etmək məqsədilə Məndən bir şey istəməyi yaddan çıxarsa, ona istədiyindən yaxşısını əta edərəm.”
    21-İmam Sadiq (ə) buyurur: "Allah-taala buyurmuşdur: "Hər kəs Məni xəlvətdə yad etsə, Mən onu aşkarda yad edərəm.”
    22-Ən yaxşı zikrlərdən biri də namazdır.
    23-İmam Sadiq (ə) buyurmuşdur: "Nemətə şükür etmək haramlardan çəkinməkdir və bütün şükürlər "Əl-həmdu lillahi Rəbbil-aləmin” deməkdədir.”
    24-İmam Sadiq (ə) buyurmuşdur: "Hər bir məclisdə əyləşənlər Allahı yad etməyib, Peyğəmbərə salavat göndərməsələr, qiyamət günündə həmin məclis onlar üçün həsrət və qəm-qüssəyə çevriləcək.”(Üsuli-kafi”, 2-ci cild, səh. 498. hədis: 5. )
    25-İmam Baqir (ə) buyurmuşdur: "Bizi yad etmək Allahı yad etmək və düşmənlərimizi yad etmək Şeytanı yad etməkdir.”
    26-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Məclislərinizi Əhli-beyti yad edib onların fəzilətlərini danışmaqla zinətləndirin; çünki bu işdə Peyğəmbərin qırx xisləti vardır.”
    27-İmam Sadiq (ə) buyurmuşdur: "Qəlb Allahın hərəmidir, Allahın hərəminə Allahdan qeyrisinə yol verməyin.”
    28-İmam Sadiq (ə) buyurmuşdur: "Hər kəs "La hovlə və la quvvətə illa billah” deyərsə, Allah-taala mələklərə buyurar: "Bəndəm mənə təslim olmuşdur, onun hacətini rəva edin.”("Məhasini-Bərqi”, səh. 42.)
    29-Hədislərdə buyurulur ki: "Bizim şiələrimiz xəlvətdə olarkən Allahı çox zikr edərlər.”("Üsuli-kafi”, 2-ci cild, səh. 499, hədis: 2. )
    30-İmam Əli (ə)-ın imam Hüseyn (ə)-a etdiyi vəsiyyətdə buyurulur: "Hər bir halda Allahı yad et.”
    31-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Allaha itaət edən şəxs Allahı yad etmişdir.”
    32-Rəbbinin adını həmişə yad et, üzünü yalnız Ona tərəf tut!
    33-Agah olun, qəlblər yalnız Allahı yad etməklə aramlaşar.
    34-Allahdan üz çevirən şəxsin dünyada yaşayışı sıxıntılı olar.
    35-Allahı həmişə yad etmək ruhun qüvvətlənməsinə səbəb olar.
    36-Şeytan pərhizkarları vəsvəsə etmək istədikdə, onlar dərhal Allahı yad edir və bununla da nicat tapırlar.
    37-İmam Səccad (ə) dua edərək demişdir: "İlahi! Səni yad etmək ləzzətindən başqa hər bir ləzzətdən tövbə edirəm!”
    38-Allah-taala buyurur: "Məni yad edin, Mən də sizi yad edim.”
    39-Hər kəs Allahı çox yad etsə, Allaha qarşı məhəbbəti artar.
    40-Zikr etməyin ən yüksək mərhələsi günahlardan çəkinməkdir və onun təsiri də günahları tərk etməyə bağlıdır.
    26. NƏZAFƏT VƏ TƏMİZLİK
    1-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Həqiqətən Allah pakdır və pak olanları da sevir.”
    2-İmam Rza (ə) buyurmuşdur: "Peyğəmbərlərin əxlaqından biri də paklıqdır.”("Töhəful-üqul”, səh. 330. )
    3-İmam Əli (ə) buyurur: "Peyğəmbər (s) saçını darayır, çox vaxtlar onu su ilə düzəldir və buyururdu: Su mömini ətirli etmək üçün kifayətdir.”
    4-İmam Sadiq (ə) buyurmuşdur: "Saçı daramaq ruzini artırır, hacətin qəbul olunmasına səbəb olur və bəlğəmi aradan aparır.”
    5-İmam Sadiq (ə) buyurmuşdur: "Peyğəmbər (s) saqqalını aşağıdan yuxarı qırx dəfə, yuxarıdan aşağı isə yeddi dəfə darayır və buyururdu: Saçı daramaq insanın ağlını artırır.”
    6-İmam Sadiq (ə) buyurur: "Peyğəmbər (s) buyurmuşdur: Dodaqlar aşkar olunana qədər bığın artıqlarını qırxmaq sünnədir.”
    7-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Atəşpərəstlər və zərdüştilər saqqalını qırxır, bığını uzadırlar, biz isə bığımızı qırxıb, saqqalımızı saxlayırıq.”
    8-İmam Sadiq (ə) buyurmuşdur: "Dırnaqları tutmaq mənim sünnəmdir.”
    Dırnaqları cümə axşamı, yaxud cümə günü tutmaq, eləcə də onları tutanda sol əlin kiçik barmağından başlayıb, sağ əlin kiçik barmağında qurtarmaq müsətəhəbdir.
    9-İmam Sadiq (ə) buyurmuşdur: "Hər on beş gündən bir bədəndəkin artıq tükləri qırxmaq sünnədir.”
    10-İmam Sadiq (ə) buyurmuşdur: "Üç əməl peyğəmbərlərin əxlaqından sayılır: Ətir vurmaq, başın tükünü ülgüclə qırxmaq, bədənin tüklərini nurə ilə təmizləmək.”
    11-İmam Sadiq (ə) buyurmuşdur: "Peyğəmbər (s)-in ətirə verdiyi pul yeməyə (meyvəyə) xərclədiyi puldan çox idi.” (O həzrətin istifadə etdiyi ətir müşk idi.)
    12-İmam Əli (ə) buyurmuşdur: "Peyğəmbər (s) (hədiyyə olunan) ətir və halvanı geri qaytarmırdı.”
    13-Peyğəmbər (s) saçlarına yağ sürtməyi sevir və buyururdu: "Saça yağ sürtmək qəm-qüssəni aradan aparır.”
    14-Peyğəmbər (s)-in başı ağrıyanda qaşlarına və bığına yağ sürtərdi.
    15-Peyğəmbər (s) yeddi şeyi torpağa basdırmağı göstəriş vermişdir: "1-Tükü. 2-Dırnağı. 3-Heyz qanına bulaşmış parcanı. 4-cifti. 5-Dişi. 6-Qanı. 7-Ələqəni (rüşeymin siqt olduğu zaman qadından gələn qanı).”(Xisal”, 2-ci cild, səh. 4, hədis: 1. )
    16-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurur: Cəbrail mənə dedi: "Bir gündən bir özünə ətir vur, cümə günü isə ətir vurmağı tərk etmə.”
    17-İmam Kazım (ə) buyurmuşdur: "Bədənin on yerində təmizlik etmək lazımdır: Onun beşi başa, beşi də bədənə aiddir:
    a) Baş hissəyə aid olan təmizlik: 1-Dişləri fırça ilə yumaq. 2-Bığın uclarını qısaltmaq. 3-Saçı yumaq. 4-Məzməzə (ağıza su alıb qar-qara) etmək. 5-İstinşaq etmək (buruna su alıb silmək).
    b) Bədənə aid olan təmizlik: 1-Sünnət etmək. 2-Qarının aşağıdakı tükləri qırxmaq. 3-Qolutuqda bitən tükləri qırxmaq. 4-Dırnaqları tutmaq. 5-İstibra etmək.”
    18-İmam Sadiq (ə) buyurmuşdur: "Dişləri fırça ilə yumaq sünnədir və onun on bir xüsusiyyəti vardır:
    a) Ağzı təmizləyir.
    b) Gözü işıqlandırır və ona nur verir.
    v) Allahın razılığına səbəb olur.
    q) Dişləri ağardır.
    d) Ağızın pis qoxusunu aparır.
    s) Dişlərin ətini möhkəmlədir.
    h) İştahanı artırır.
    x) Bəlğəmi aradan aparır.
    ç) Zehni gücləndirir.
    p) Savabları ikiqat artırır.
    r) Mələklərin xoşhal olmasına səbəb olur.”
    19-Peyğəmbər (s) səfərə gedəndə, həmişə beş şeyi özü ilə aparardı: 1-Güzgü. 2-Sürmə. 3-Misvak. 4-Daraq. 5-(Namaz qılmaq üçün) Səccadə.
    20-Peyğəmbər (s)-in paltarlarının çoxu ağrəngli idi. O həzrət belə buyururdu: "Ağ paltar geyinin, ölən şəxslərə də ağ kəfən geyindirin.”
    21-Ayaq yoluna gedəndə başı örtmək və istibra etmək müstəhəbdir.
    22-İmam Kazim (ə) buyurmuşdur: "Cümə günündə başı sidrlə qarışmış su ilə yumaq sünnədir; bu, ruzini artırır, bədənin tükünü və dərisini gözəlləşdirir və baş ağrısının qarşısını alır.”
    23-İmam Sadiq (ə) buyurmuşdur: "Həcamət etmək (bədəndən qan almaq), bədənin tüklərini nurə ilə təmizləmək, (asqırmaq məqsədilə) burunotu iyləmək peyğəmbərlərin dərmanı idi.”
    24-İmam Əli (ə) buyurmuşdur: "Dişləri fırça ilə yumaq sünnədir, bu, Allahın razılığına səbəb olur və ağzı xoş iyli edir.”
    25-Həzrət Peyğəmbər (s) hər namaz üçün dəstəmaz alıb buyururdu: "Dəstəmaz nurdur, dəstəmazın üstündən dəstəmaz almaq nur üstündən əlavə nurdur.”
    26-İmam Əli (ə) bayramlarda qusl etməyi Peyğəmbər (s)-in sünnəsinə əməl etmək və hacətlərin qəbul olunması üçün paklıq vəsiləsi hesab edirdi.
    27-Həzrət Peyğəmbər (s) mübarək Ramazan ayının axırlarında etikaf saxladığı günlərdə hər gecə şam və işa namazları arasında qusl verirdi.
    28-İmam Əli (ə) həzrət Peyğəmbər (s)-in belə buyurduğunu nəql etmişdir: "Qusl verəndə Cəbrail mənə barmağımda olan üzüyü hərəkət etdirməyi və göbəyimin içini yumağı göstəriş verdi.”
    29-İmam Əli (ə) buyurmuşdur: "Evlərin ən yaxşısı hamamdır; çünki orada cəhənnəm odu insanın yadına düşür və bədəni pak-pakizə olur.”
    30-Hər kəs bədəni örtülü halda hamama daxil olsa, Allah-taala onu öz örtüyü ilə örtər.
    31-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Ey Aişə! Paltarları yu; çünki paltar Allaha zikr deyir və çirkli olduqda, artıq zikr demir.”
    32-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Paltarlarınızı yuyun, bədənizdəki artıq tükləri təmizləyin, dişlərinizi fırça ilə yuyun, paklıq və nəzafətə riayət edin. Çünki Bəni İsrail qövmünün kişiləri çirkli qiyafədə yaşayırdılar. Bu səbəbdən də onların arvadları ismət paltarlarını yırtıb zina edirdilər.”(Nəhcül-fəsahə”, səh. 72. )
    33-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Dişləri fırça ilə yumaq dəstəmazın bir hissəsi, dəstəmaz da imanın bir hissəsidir.”
    34-İmam Sadiq (ə) buyurmuşdur: "Ətirə nə qədər pul xərcləsəniz də, israf sayılmır.”
    35-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Həqiqətən, Allah-taala ibadət edən pak insanı çox sevir.”
    36-İmam Əli (ə) buyurmuşdur: "Başqalarının əziyyətə düşməsinə səbəb olan bədən qoxusunu su ilə yuyub pak edin.”
    37-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Allahın ən pis bəndəsi çirkli şəxsdir.”
    38-İmam Əli (ə) buyurmuşdur: "Təmiz paltar qəm-qüssəni aradan aparır və namazın pak halda qılınmasına səbəb olur.”
    39-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Cəbrail mənə misvak vurmaq haqqında o qədər tövsiyə etdi ki, onun vacib olmasını güman etdim.”
    40-İmam Sadiq (ə) dua edərək demişdir: "İlahi! Çirkinlikləri və aludəlikləri məndən uzaq et, bədənimi və qəlbimi pak-pakizə qərar ver.”
    Category: 40 mövzu 40 həqiqət | Added by: Islam_Kitabxanasi
    Views: 753 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024