İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 1941
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamran
  • Seref
  • Foilimnuy
  • Karasevstist
  • Xalid11
  • semi_84
  • farid777
  • Allah___dogru
  • Alishka1111
  • narmin93
  • Main » Files » Etiqat » 40 mövzu 40 həqiqət

    40 mövzu 40 həqiqət
    2012-01-13, 6:11 AM

    27. HARAMLARDAN VƏ GÜNAHDAN ÇƏKİNMƏK
    1-İmam Əli (ə) buyurmuşdur: "Ən pis günah onu kiçik saymaqdır.”
    2-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Xata və günahın kiçikliyinə deyil, kimin qarşısında etdiyinə bax!”(Biharul-ənvar”, 77-ci cild, səh. 79. )
    3-İmam Əli (ə) buyurmuşdur: "Əgər günahını böyük sayırsansa, demək Allahı əzəmətli tanıyırsan; günahını kiçik və əhəmiyyətsiz saydığın zaman, Allahı da kiçik bilmiş olursan.”
    4-İmam Sadiq (ə) Müfəzzəl ibn Ömərə buyurdu: "Həqiqətən, təqva ilə olan az əməl, təqvasız olan çox əməldən daha yaxşıdır.”
    5-İmam Əli (ə) Osman ibn Hənifə yazıb bildirdi: "...Sənə halal olması məlum olmayanları dilinə vurma!...”
    6-İmam Baqir (ə) Əbu Bəsirə buyurdu: "Qarnı və daməni (cinsiyyət üzvünü) haramlardan qoruyub saxlamaqdan da üstün bir əməl varmı?!” Başqa bir hədisdə isə belə buyurmuşdur: "Allah-taalanın yanında qarnı və daməni (cinsiyyət üzvünü) haramlardan qoruyub saxlamaqdan da fəzilətli bir ibadət yoxdur.”
    7-İmam Sadiq (ə) buyurmuşdur: "Təqva ilə birgə olmayan heç bir çalışmanın faydası yoxdur.”
    8-İmam Baqir (ə) buyurmuşdur: "İbadətlərin ən çətini pərhizkarlıqdır.”
    9-İmam Sadiq (ə) şiələrinin birinə belə məktub yazdı: "Əgər aqibətinin yaxşılıqla sona yetməsini istəyirsənsə, ən yaxşı əmələ məşğul olduğun halda, bu dünyadan üz döndər və böyük Allahın haqqını əda et! Məbada, Allahın nemətlərinə qarşı tüğyançılıq və əmri ilə müxalifət edəsən, Onun helm və səbrinə qürurlanasan!”
    10-İmam Baqir (ə) buyurur: Əli (ə)-ın kitabında yazılmışdır ki, Peyğəmbəri-Əkrəm (s) buyurur: "Zina əməli çoxalan zaman qəfil ölümlər artar, tərəzidə əskik çəkilərsə, Allah onları qəhətlik və bahaçılığa düçar edər. Əgər zəkat verməkdən imtina etsələr yer öz bərəkitini, əkin, meyvə və mədənlərini çəkər. İlahi hökmlərdə ədalətsizlik etsələr zülmə və düşmənçiliyə kömək etmiş olarlar. Əgər əhd-peymanlarını pozsalar, Allah onlara öz düşmənlərini hakim edər. Qohumluq əlaqələrini kəssələr, mal-dövlətləri şər adamlara qismət olar. Yaxşılığa əmr edib pisliklərdən çəkindirməsələr və mənim Əhli-beytimdən olan şərəfli insanlara (imamlara) tabe olmasalar, Allah onlara ən pis adamı hakim edər. Belə bir zamanda o ümmətin yaxşı insanlarının duası da qəbul olunmaz.”("Səfinətul-bihar”, 2-ci cild, səh. 630. )
    11-İmam Əli (ə) buyurmuşdur: "Bədgüman (sui-zənn) etməkdən uzaq olun; çünki (başqaları barəsində) bədgüman etmək ibadətin (müsbət) təsirini aradan aparır.”
    12-İmam Sadiq (ə) buyurmuşdur: "Günah insanı Allahla ibadətdən, Onunla raz-niyaz və münacat etmək ləzzətindən saxlayır. İnsanda günahın təsiri iti bıçaqdan da sürətlidir.”
    13-İmam Baqir (ə) buyurmuşdur: "Hər kəs Allaha itaət etsə (müti olsa), bizim dostumuzdur. Hər kəs Allaha asi (üsyankar) olsa, bizim düşmənimizdir.”("Kafi”, 2-ci cild, səh. 75. )
    14-İmam Sadiq (ə) buyurmuşdur: " Günahkar şəxs öz günahına izhar etsə, ona ehtiram etmək vacib deyil və qeybəti caizdir.”
    15-İmam Əli (ə) buyurmuşdur: " Göz yaşının quruması yalnız qəlbin qəsavət bağlaması səbəbi ilədir. Qəlblər də yalnız günahın çoxluğu ilə bərkiyib, qəsavət bağlayar.”
    16-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Öz günahından tövbə edən şəxs, (ümumiyyətlə) günah etməyənlər kimidir.”
    17-İmam Əli (ə) buyurmuşdur: "Sizlərdən hər kəs Allah yanında hansı məqamda olduğunu bilmək istəsə, baxıb görsün: günah edərkən Allahın məqamı onun nəzərində neçədirsə, onun da məqamı Allah yanında elədir.”("Biharul-ənvar”, 70-ci cild, səh. 17. )
    18-İmam Baqir (ə) buyurmuşdur: "Behişt camaat arasında fəsad törətmək üçün çalışan şəxsə haramdır.”
    19-İmam Sadiq (ə) buyurur: "Atam dəfələrlə buyurardı: "Qəlb üçün günahdan da zərərli bir şey yoxdur; çünki qəlb günaha batıb, ona israr edir, bu da günahın qəlbə hakim olması və onu (əksinə) dəyişdirməsi ilə nəticələnir.”
    20-İmam Əli (ə) buyurmuşdur: "Əfv edib bağışlamağın az olması ən qəbahətli eyb, intiqam almağa tələsmək isə günahların ən böyüyüdür.”(Qürərul-hikəm”, səh. 235. )
    21-İmam Sadiq (ə) buyurmuşdur: "...Allah çoxlu günah edən bəndələrinin çoxlu tövbə etməsini sevir.”
    22-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Asimana çatana qədər günah edib, sonra tövbə etsəniz də, Allah sizin tövbənizi qəbul edər.”
    23-İmam Sadiq (ə) buyurmuşdur: "Bəzən insan bir günah edir, lakin Allah-taala həmin günaha görə onu behiştə aparır.” Ərz etdilər: Allah insanı günah etməsinə görə behiştə apararmı? Buyurdu: "Bəli, o, bir günah etdiyinə görə, həmişə o günahdan peşman olub özünü danlayır, Allah da onu bağışlayıb behiştə aparır.”
    24-Allah-taala Davud (ə)-a buyurdu: "Ey Davud, günahkarlara sonsuz rəhmətimin hər şeyi əhatə etdiyini müjdə ver ki, Mənim rəhmətimdən məyus olmasınlar. Yaxşı əməl sahiblərini də qəzəbimlə qorxut ki, öz itaətlərilə qürur hissi keçirməsinlər. Çünki qürur, özündən razı olmağa səbəb olur ki, o da ən ağır günahdır.”("İsna əşəriyyə”, səh. 59. )
    25-İmam Sadiq (ə) buyurmuşdur: "Günaha israr etmək heç vaxt kiçik (günah) və günahdan tövbə etmək heç vaxt böyük (günah) sayılmır.”
    26-İmam Kazim (ə) buyurmuşdur: "Heç vaxt xeyir əməli çox, günahı isə az saymayın!”
    27-İmam Baqir (ə) buyurmuşdur: "Səbir iki qismə bölünür: Bəla və müsibət müqabilində səbir etmək. Bu, yaxşı və üstün əməl sayılır. Bundan da üstünü haramlardan qorunmaqda səbir etməkdir.”
    28-İmam Əli (ə) buyurmuşdur: "Pis rəftar ən pis yoldaş, həyatın acılığı və canın əzabıdır.”
    29-İmam Əli (ə) buyurmuşdur: "Ən pis adam səhvi bağışlamayan və çirkinlikləri gizlətməyəndir.”
    30-İmam Əli (ə) buyurmuşdur: "Yaxşı güman (hüsnü-zənn) nigarançılıqları azaldır və insanı günaha batmaqdan uzaq edir.”
    31-İmam Əli (ə) buyurmuşdur: "Qəzəb səni günaha batırmasın; çünki axırda qəzəbin sönəcək, lakin dinin əlindən çıxacaqdır.”
    32-İmam Baqir (ə) buyurmuşdur: "Qəzəbdən böyük bir şey (günah) yoxdur, çünki insan qəzəblənməklə Allah taalanın haram etdiyi qətlə mürtəkib olar və yaxud iffətli bir qadını ittiham edər.”
    33-İmam Sadiq (ə) buyurmuşdur: "Küfrün səbəbi üç şeydir: Tamah, qürur və həsəd.”
    34-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Mömini xar və zəlil edən şəxsi, Allah xar və zəlil edər.”
    35-İmam Sadiq (ə) buyurmuşdur: "Dörd tayfa behiştdən məhrum olar: 1-Kahin. 2-Münafiq. 3-Həmişə şərab içən şəxs. 4-Söz gəzdirən.”
    36-İmam Əli (ə) buyurmuşdur: "İnsanların ən pisi söz gəzdirən, dostların arasını vuranlar və iffətli şəxslərin eyblərini axtaranlardır.”
    37-İmam Sadiq (ə) buyurmuşdur: "Bir şəxsin xatalarını yadda saxlayıb, nə vaxtsa onu rüsvay etmək məqsədilə onunla dostluq edən şəxs Allahdan uzaq düşmüşdür.”
    38-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Allah mömin kişi və qadına böhtan atan, onlarda olmayan (pis) xüsusiyyəti onlara nisbət verən şəxsi qiyamət günündə dediyi sözün məsuliyyətindən çıxana qədər oddan olan bir təpənin üstündə qərar verər”
    39-İmam Baqir (ə) buyurmuşdur: "Tövbə etdikdən sonra günahı yenə davam etdirən şəxs (Allaha) istehza edən şəxs kimidir.”
    40-İmam Sadiq (ə) buyurmuşdur: "Məgər bilmirsiniz ki, əməl dəftərləriniz ona (Rəsuli-Əkrəmə) göstərilir?! Həzrət onda günah əməl görərsə, narahat olur. Belə isə, Rsuli-Əkrəmi narahat etməyin və onu (gözəl əməllərlə) sevindirib şad edin.”("Kafi”, 1-ci cild, səh. 219. )
    28. EVLƏNMƏK VƏ AİLƏ QURMAQ
    1-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Hər kəs (qadın və ya kişi) evlənsə, öz dininin yarısını qorumuşdur. Qalan yarısında da gərək təqvalı olsun.”("Kafi”, 5-ci cild, səh. 328.)
    2-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Allah yanında yatmış evli şəxs, gündüzləri oruc tutub gecələri oyaq qalan subay adamdan üstündür.”("Biharul-ənvar”, 103-cü cild, səh. 221. )
    3-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Hər kəs dünyadan pak-pakizə getmək istəsə, gərək ailə qursun və subay halda ölməsin.”("Mən la yəhzuruhul-fəqih”, 3-cü cild, səh. 385. )
    4-İmam Sadiq (ə) buyurmuşdur: Bir kişi atamın hüzuruna gəldi. Həzrət ondan soruşdu: "Evlisənmi?” Cavab verdi: "Xeyr!” Buyurdu: "Bütün dünya və onda olanları, tək halda gecələyim (subay qalım) deyə, mənə versələr, qəbul etmərəm.” (Sonra buyurdu:) "Evli adamın qıldığı iki rükət namaz, subay adamın gecələr oyaq qalıb gündüzlər oruc tutmasından fəzilətlidir.” Sonra atam on yeddi dinar pul verib buyurdu: "Bu pul ilə evlən.”(Biharul-ənvar”, 103-cü cild, səh. 217. )
    5-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Evli şəxsin qıldığı iki rükət namaz, gecələri oyaq qalıb ibadət edən, gündüzləri isə oruc tutmaqla keçirən subay adamın əməlindən fəzilətlidir.”("Mən la yəhzuruhul-fəqih”, 3-cü cild, səh. 380. )
    6-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Hər kəs maddi məsələlərdən və həyat xərclərindən qorxub evlənməsə, deməli, Allah və Onun vədəsi barədə sui-zənn (pis güman) etmişdir.”
    7-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Ən pis ölülər o kəslərdir ki, ailə qurmaqdan boyun qaçırmışlar.”("Təhzib”, 7-ci cild, səh. 239.)
    8-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Ümmətimin yaxşıları evlilər, pisləri isə subaylardır.”(Biharul-ənvar”, 103-cü cild, səh. 221. )
    9-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Ailə qur, yoxsa məsihi rahiblərindən, yaxud Şeytanın qardaşlarından olarsan.”(Yenə orada, 13-cü cild, səh 221.)
    10-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Asimanın rəhmət qapıları dörd yerdə açılır: Yağış yağdıqda, övlad ata-ananın üzünə (məhəbbətlə) baxdıqda, Kəbənin qapısı açıldıqda və nikah baş verdikdə.”("Biharul-ənvar”, 103-cü cild, səh. 221. )
    11-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Ey cavanlar! Sizdən hər kəsin qüdrəti (imkanı) varsa, ailə qursun. Çünki bu işlə gözləriniz qadınlardan çəkilər və namusunuz qorunar.”("Vəsailuş-şiə”, 14-cü cild, səh. 153. )
    12-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Ailə qurun, qızları ərə verin, subay kişiləri evləndirin. Hər bir müsəlmanın şərəf və səadəti odur ki, qızlar ərsəyə çatdıqda, onu ərə versin.”
    13-Həzrət Peyğəmbəri-Əkrəm (s) tərki-dünyalıqla məşğul olmağın, ailə qurmağı tərk etməyin qarşısını almış və qadının ərə getməkdən imtina etməsini qadağan etmişdir.(Yenə orada, 14-cü cild, səh. 248. )
    14-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Hər kəs cavan ikən ailə qursa, Şeytan nalə çəkib deyər ki, vay olsun mənə, vay olsun mənə, bu gənc dininin üçdə ikisini mənim şərrimdən qorudu.”("Biharul-ənvar”, 103-cü cild, səh. 221)
    15-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Subay oğlan və qızlarınızı evləndirin. Həqiqətən, mütəal Allah onların əxlaqlarını yaxşılaşdırar, ruzilərini bol edər və abır-şərəflərini artırar.”(Yenə orada, 103-cü cild, səh. 222. )
    16-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Allah dərgahında İslamda nikahla abad olmunuş evdən sevimli, təlaqla viran olmuş evdən pis və qəzəbli bir şey yoxdur.”("Kafi”, 5-ci cild, səh. 328.)
    17-İmam Sadiq (ə) buyurmuşdur: "Subaylarını evləndirənlər qiyamət günündə Allahın rəhmət nəzəri ilə baxdığı şəxslərdəndir.”("Təhzib”, 1-ci cild, səh. 404. )
    18-İmam Əli (ə) buyurmuşdur: "Ən üstün vasitəçilik iki nəfərin ailə qurmasında, mütəal Allah onların arasında şəri nikah qərar versin deyə, vasitəçi olmaqdır.”(Yenə orada, 7-ci cild, səh. 215; "Kafi”, 5-ci cild, səh. 331. )
    19-İmam Kazim (ə) buyurmuşdur: "Üç dəstə qiyamət günündə heç bir kölgə olmayan zaman Allahın rəhmət kölgəsində qərar tutarlar: Mömin qardaşını evləndirənlər, mömin qardaşına xidmət edib hacətini yerinə yetirənlər və mömin qardaşının sirrini faş etməyib gizli saxlayanlar.”(Biharul-ənvar”, 74-cü cild, səh. 356. )
    20-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Hər kəs halal yolla ailə qurmağa çalışsa, mömin kişini evləndirib mömin qadını ərə versə, Allah-taala bu zəhmət və xərcin əvəzində onu behişt huriləri ilə evləndirər, bu yolda dediyi hər söz və götürdüyü hər qədəm üçün bir illik ibadət savabını yazar.”(Yenə orada, 103-cü cild, səh. 221)
    21-İmam Sadiq (ə) buyurmuşdur: "Günahların ən pisi üçdür: Nahaq qətl, qadının mehriyyəsini verməmək, (yaxud təxirə salmaq) və işçinin haqqını ödəməmək.”
    22-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Hər kəs iki möminin ailə qurmasına çalışaraq onları evləndirsə, Allah-taala əvəzində onu hər biri dürr və yaqutdan tikilmiş qəsrdə olan min Huril-eynlə evləndirər.”(Vəsailuş-şiə”, 21-ci cild, səh. 153. )
    23-İmam Kazim (ə) buyurmuşdur: "Sözsüz, qiyamət günündə Allahın xüsusi lütf və rəhmət kölgəsi vardır ki, onun altında yalnız peyğəmbərlər, onların vəsiləri, mömin qulu azad edən möminlər, başqa möminin borcunu ödəyən mömin bəndə, mömin qadınla kişinin ailə qurmasında zəhmət çəkib, onların haqqını boynuna götürən mömin qərar tapar.”(Yenə orada, 20-ci cild, səh. 46)
    24-İmam Əli (ə) buyurmuşdur: "Qadının mehriyyəsini çox etməyin, çünki (bu iş) düşmənçiliyə səbəb olar.”
    25-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Xeyir-bərəkəti daha çox olan nikah odur ki, xərci az olsun.”(Kənzül-ümmal”, 16-cı cild, səh. 229. )
    26-İmam Sadiq (ə) buyurmuşdur: "Allahın Rəsulu qiyməti otuz dirhəm olan bir zirehi mehriyyə qərar verib, Əli (ə) ilə Fatiməni evləndirdi.”("Vəsailuş-şiə”, 21-ci cild, səh. 251. )
    27-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Qadının mübarək (bərəkətli) olmaması mehriyyəsinin çoxluğu və əxlaqının pis olmasındadır.”("Biharul-ənvar”, 50-ci cild, səh. 321. )
    28-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Hər kəs bir ovuc buğda və ya xurmanı (qarşı tərəfin razılığı ilə) mehriyyə qərar versə, onun nikahı halal və düzdür.”("Kənzül-ümmal”, 16-cı cild, səh. 321.)
    29-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Ailə qur, hətta (mehriyyəsi) dəmir üzük olsa belə.”(Yenə orada, 16-cı cild, səh. 321. )
    30-İmam Sadiq (ə) buyurmuşdur: "Oğrular üç dəstədir: Zəkat verməyənlər, qadınların mehriyyəsini verməyib (özünə) halal sayanlar və borc alıb qaytarmaq fikrində olmayanlar.”("Biharul-ənvar”, 96-cı cild, səh. 12. )
    31-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Əgər dinini və əxlaqını bəyəndiyiniz bir kəs elçiliyə gəlsə, onu qəbul edib qızınızı verin.” O həzrətdən "əgər onun nəsəbi pis olsa, nə edək?” – deyə soruşduqda, Həzrət əvvəlki sözü təkrar edərək əlavə etdi: "Dini və gözəl əxlaqı olduğu halda, əsil-nəsəbinin məşhur olmadığına görə ona qız verməsəniz, yer üzündə böyük fitnə-fəsad baş verəcəkdir.”("Təhzib”, 7-ci cild, səh. 394. )
    32-İmam Cavad (ə) buyurmuşdur: "Hər kəs sizə elçi gəlsə, onun dinindən və düzlüyündən yəqinlik hasil etdikdən sonra ailə qurmağa razı olun.”("Mən la yəhzuruhul-fəqih”, 3-cü cild, səh. 393. )
    33-Bir kişi imam Hüseyn (ə)-ın yanına gəlib dedi: "Mənim bir qızım var, onu neçə adama ərə versəm yaxşı olar?” Həzrət buyurdu: "Onu Allahdan qorxan (təqvalı olan) bir adama ərə ver, çünki həmin şəxs sənin qızını sevsə, əzizləyəcək, amma acığı gəlsə, əzab-əziyyət (zülm) etməyəcəkdir.”("Əl-müstətrəf”, 2-ci cild, səh. 218. )
    34-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Hər kəs qızını imansız və fasiq bir adama ərə versə, sözsüz, onunla qohumluq əlaqəsini kəsmişdir.”("Məhəccətul-beyza”, 3-cü cild, səh. 94. )
    35-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Qadınla təkcə onun gözəlliyinə görə evlənmə; çünki onun gözəlliyi iffətsizliyinə səbəb ola bilər. Həmçinin qadının mal-dövlətinə görə də onunla evlənmə; çünki bu iş onun tüğyan və itaətsizlik etməsinə səbəb ola bilər. Sən qadınla onun dininə görə ailə qur.”(Yenə orada, 3-cü cild, səh. 85)
    36-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Hər kəs qadınla, təkcə onun gözəllik və camalına görə ailə qursa, Allah o qadının gözəlliyini onun üçün əzab-əziyyət səbəbi edər.”("Vəsailuş-şiə”, 20-ci cild, səh. 53. )
    37-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Hər kəs qadının mal-dövlətinə görə onunla ailə qursa, Allah onu həmin mal-dövlətə həvalə edər; hər kəs qadının gözəlliyinə görə onunla evlənsə, o qadında xoşlamadığı və acığı gəldiyi şeyləri görəcəkdir; hər kəs qadınla dininə görə ailə qursa, Allah o yaxşılıqların hamısını onun üçün cəm edəcəkdir.”(Təhzib”, 7-ci cild, səh. 399. )
    38-İmam Sadiq (ə) buyurmuşdur: "Hər kəs qadınla təkcə mal-dövlətinə görə ailə qursa, mütəal Allah onu yalnız həmin mal-dövlətə həvalə edər. (Yəni çətin vaxtlarda Allahın lütf və mərhəmətindən binəsib qalar.)”("Kafi”, 5-ci cild, səh. 333. )
    39-İmam Səccad (ə) buyurmuşdur: "Hər kəs Allah xatirinə və sileyi-rəhimə görə ailə qursa, Allah onun başına izzət tacı qoyar.”("Mən la yəhzuruhul-fəqih”, 3-cü cild, səh. 385.)
    40-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Hər kəs bir qadınla təkcə onun gözəlliyinə görə evlənsə, istədiyinə çatmayacaqdır. Hər kəs qadınla, təkcə onun malına görə evlənsə, mütəal Allah onu təkcə o mala vəkil edər. Sizlərə dindar qadın seçməyi tövsiyə edirəm. (Çünki bütün xeyir və bərəkət onun vücudunda qoyulmuşdur.)”(Təhzib”, 7-ci cild, səh. 399. )
    Category: 40 mövzu 40 həqiqət | Added by: Islam_Kitabxanasi
    Views: 641 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2021