İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » 40 mövzu 40 həqiqət

    40 mövzu 40 həqiqət
    2012-01-13, 6:09 AM
    29. NAMAZIN FƏZİLƏTLƏRİ
    1-Allah-taala buyurmuşdur: "Səbir etmək və namaz qılmaqla kömək diləyin! Həqiqətən, bu, Allaha itaət edənlərdən başqası üçün ağırdır.”("Bəqərə” surəsi, 45-ci ayə. )
    2-İmam Baqir (ə) buyurmuşdur: "Qiyamət günü bəndədən soruşulacaq ilk əməl namazdır; əgər namaz qəbul olunsa, sair əməllər də qəbul olunacaqdır, əks halda sair əməllər ona heç bir fayda verməyəcəkdir.”(Biharul-ənvar”, 7-ci cild, səh. 267. )
    3-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Namaz dinin sütunudur, onu bilə-bilə tərk edən şəxs dinini xarab etmişdir.”(Yenə orada.)
    4-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Hər kəs namazını zay etsə, Allah-taala onu (qiyamətdə) Qarun, Firon və Hamanla məhşur edər. Vay olsun namazı tərk edən şəxsə!”(Yenə orada.)
    5-Allah-taala buyurmuşdur: "(Möminlər) tövbə, ibadət və şükr-səna edənlər, oruc tutanlar (və ya cihad yolunda, elm öyrənmək üçün yurdundan ayrılıb başqa yerlərə gedənlər), rüku və səcdə edənlər (namaz qılanlar), yaxşı işlər görməyi əmr edib pis işlərdən çəkindirənlərdir. (Ya Mühəmməd!) Belə möminlərə müjdə ver.”(Tövbə” surəsi, 112-ci ayə. )
    6-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Allah mənim gözümün nurunu namazda qərar vermişdir; yemək ac olan şəxs, su isə susuz şəxs üçün sevimli olduğu kimi, onu mənim nəzərimdə sevimli etmişdir. Ac olan şəxs yemək yeyərək doyur, susuz olan şəxs də su içərək sirab olur, lakin mən namazdan heç vaxt doymuram.”(Biharul-ənvar”, 82-ci cild, 1-ci bölüm. )
    7-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Namaz qılan şəxs namaza durub niyyət edəndə, "Həmd” və surəni oxuyanda, rüku və səcdəyə gedəndə, təşəhhüd və salam deyəndə bu namazla qabaqkı namazlar arasında gördüyü bütün günahları bağışlanar.”(Yenə orada. )
    8-Allah-taala buyurmuşdur: "(Günahlardan, küfrdən) təmizlənən kimsə nicat tapacaqdır. O kimsə ki, Rəbbinin adını zikr edib namaz qılar!”("Əla” surəsi, 14-15-ci ayələr. )
    9-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Hər namaz vaxtı bir mələk nida edib deyər: Ey Adəm övladları, namaza qalxın və (namaz vasitəsilə) öz əleyhinizə hazırladığınızı (cəhənnəm odunu) söndürün!”("Mizanul-hikmə”, 2275-ci bölüm.)
    10-İmam Sadiq (ə) buyurmuşdur: "Namazı tərk edən şəxs İslamdan heç bir bəhrə görməz.”(Yenə orada. )
    11-İmam Sadiq (ə) buyurmuşdur: "Bil ki, namaz Allahın yer üzündə olan səddidir. Hər kəs namazından nə qədər bəhrələndiyini bilmək istəsə, baxıb görsün ki, namazı onu çirkin və pis işlərdən nə qədər saxlayır.”(Yenə orada. )
    12-Allah-taala buyurmuşdur: "Namazınızı qıldıqdan sonra ayaq üstə olanda da, uzananda da Allahı zikr edin, arxayınlığa çıxdıqda isə, namazı qılın. Çünki namaz möminlərə müəyyən vaxtlarda vacib edilmişdir.”("Nisa” surəsi, 103-cü ayə. )
    13-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Namazlarınızda (son dərəcə) diqqətli olun, çünki dini qəbul etdikdən sonra, İslamın əsası namazdır.”(Müstədrəkül-vəsail”, 3-cü cild, səh. 102. )
    14-İmam Əli (ə) buyurmuşdur: "Əgər namaz qılan şəxs Rəbbinin sonsuz rəhmətinin onun halına necə şamil olduğunu bilsəydi, heç vaxt başını səcdədən götürməzdi.”(Biharul-ənvar”, 82-ci cild, səh. 227. )
    15-İmam Baqir (ə) buyurmuşdur: "Namaz qılan şəxs üzünü qibləyə tutanda tayı-bərabəri olmayan mərhəmətli Allah ona tərəf üz gətirər.”(Yenə orada. )
    16-İmam Sadiq (ə) buyurmuşdur: "Hər bir şeyin çöhrəsi vardır, dinin çöhrəsi də namazdır.”(Yenə orada. )
    17-Allah-taala buyurmuşdur: "İman gətirən, xeyirli işlər görən, namaz qılan və zəkat verən şəxslərin Rəbbi yanında mükafatları vardır. Onların heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər.”(Bəqərə” surəsi, 277-ci ayə. )
    18-İmam Sadiq (ə) buyurmuşdur: "Allaha itaət etmək yer üzündə Ona xidmət etməkdir və Allaha olunan heç bir xidmət namazla bərabər ola bilməz.”(Biharul-ənvar”, 82-ci cild, səh. 227. )
    19-İmam Sadiq (ə) buyurmuşdur: "Əgər sizlərdən birinin qapısından bir çay axsa və o şəxs hər gün orada beş dəfə yuyunsa, onun bədənində çirk qalarmı? Həqiqətən namaz belə bir çaya bənzər. Namaz qılan şəxsin namazı onun günahlarının kəffarəsidir. Amma şəxsin imandan çıxıb kafir olmasına səbəb olan günahlar heç vaxt yuyulmaz və belə şəxs həmin günahda qalar.”(Yenə orada, 82-ci cild, səh. 236. )
    20-Qurani-kərimdə həzrət İbrahim (ə)-ın belə dediyi buyurulmuşdur: "Ey Rəbbim! Məni də, nəslimdən olanları da namaz qılan et. Ey Rəbbim! Duamı qəbul et.”("İbrahim” surəsi, 40-cı ayə. )
    21-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Namazı yüngül sayanlar məndən deyil. Allaha and olsun ki, belə bir şəxs mənim yanıma (Kövsər hovuzuna) gələ bilməz.”(Biharul-ənvar”, 82-ci cild, 1-ci bölüm. )
    22-İmam Sadiq (ə) buyurmuşdur: "Həqiqətən bizim şəfaətimiz namazı yüngül sayanlara çatmaz. (Onlar şəfaətimizdən məhrum olarlar.)”(Yenə orada, 83-cü cild, 1-ci bölüm. )
    23-İmam Əli (ə) vəsiyyət etdi ki, üç əməl hacətlərin qəbul olunmasına səbəb olar: Soyuq havada kamil dəstəmaz almaq, gecə və gündüz namaz qılandan sonra intizar çəkmək və camaat namazı qılmaq üçün qədəm götürmək.
    24-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Öz namazlarınızda (son dərəcə) diqqətli olun, çünki Allah-taala qiyamət bərqərar olarkən bəndəni gətirər və ondan soruşduğu ilk şey namaz olar, əgər onu tamam-kamal yerinə yetirmiş olarsa, (bağışlanmış insanlardan olar), əks halda cəhənnəmə atılar.”(Yenə orada, 82-ci cild, səh. 202. )
    25-Həzrət Fatimeyi-Zəhra (ə) buyurmuşdur: "Allah namazı təkəbbür və qürurdan paklanmağınız, zəkatı nəfsinizin saflaşması və ruzinizin artması, orucu ixlasınızın möhkəmlənməsi üçün vacib etdi.”
    26-Allah-taala buyurmuşdur: "(İsa Məsih (ə) dedi: Allah) mənə diri olana qədər namaz qılıb zəkat verməyi tövsiyə buyurdu.”("Məryəm” surəsi, 31-ci ayə. )
    27-İmam Sadiq (ə) buyurmuşdur: "Allah beş namazı (günün) ən gözəl saatlarında vacib etmişdir. Belə isə, vacibi namazlardan sonra dua edin!”("Biharul-ənvar”, 82-ci cild, səh. 202. )
    28-İmam Əli (ə) buyurmuşdur: "Allahın Rəsulu (s) nə şam yeməyini, nə də başqa bir əməli namazdan üstün tutmurdu; namaz vaxtı çatanda, artıq nə ailə-uşaq tanıyırdı, nə də dost.”(Sünənün-Nəbi”, səh. 14. )
    29-Allah-taala buyurmuşdur: "Namaz qıl, həqiqətən, namaz (insanı) çirkin və pis əməllərdən çəkindirər. Allahı zikr etmək, şübhəsiz ki, daha böyükdür.”("Ənkəbut” surəsi, 45-ci ayə)
    30-Aşura günü günorta çağı, Əbu Sümamə Seydavi namazın vaxtının çatmasını imam Hüseyn (ə)-a xatırlatdıqda, o həzrət onun barəsində ən gözəl dua edib buyurdu: "Allah səni namazı yad edənlərdən qərar versin!”("Məqtəli Hüseyn”, Müqərrəm. )
    31-İmam Sadiq (ə) buyurmuşdur: "Bizim şiələrimizi namaz vaxtında imtahan edin: görün ki, vaxtında namaz qılmağa necə riayət edirlər.”("Səfinətul-bihar”, 72-ci cild.)
    32-Allah-taala Qurani-kərimdə həzrət Loğman (ə)-ın öz oğluna nəsihətini belə bəyan edir: "Oğlum! Namaz qıl, (insanlara) yaxşı işlər görməyi əmr et, pis işlərdən çəkindir. (Bu yolda) sənə üz verəcək müsibətlərə döz. Həqiqətən bu, vacibi əməllərdəndir.”(Loğman” surəsi, 17-ci ayə. )
    33-İmam Sadiq (ə) buyurmuşdur: "Namazın vaxtı çatanda, imam Səccad (ə)-ın bədəninin tükləri biz-biz olur, rəngi saralır və bədəni xurma ağacının quru budaqları kimi əsirdi.”(Biharul-ənvar”, 84-cü cild, səh. 247. )
    34-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Üç əməli təxirə salmayın: Namazı, cənazəni götürməyi və dul qadını ərə verməyi.”(Nəhcül-fəsahə”, səh. 262.)
    35-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Ya Əli! Namazı əvvəl vaxtından təxirə salma; çünki bu iş, Allahı qəzəbləndirir.”("Səfinətul-bihar”, 2-ci cild, səh. 43. )
    36-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Namazı elə halda qıl ki, sanki ömrünün axırıncı namazını qılırsan.”("Biharul-ənvar”, 69-cu cild, səh. 408. )
    37-Allah-taala buyurmuşdur: "Sən isə Rəbbini tərifləyib şükr et, səcdə edənlərlə (namaz qılanlarla) birlikdə ol və ölənə qədər Rəbbinə ibadət et.”("Hicr” surəsi, 98-99-cu ayələr.)
    38-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Ya Əli! Namazı kamil dəstəmaz almaqla əvvəl vaxtında qıl.”(Səfinətul-bihar”, 2-ci cild, səh. 43)
    39-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "(Gündəlik) beş namazı riayət edən (vaxtında lazımınca qılan) şəxslərə, bu namazlar qiyamət günündə onun üçün nur və nicat vasitəsi olacaqdır.”(Kənzül-ümmal”, 7-ci cild. )
    40-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Asimanın rəhmət qapıları dörd yerdə açılır və dualar qəbul olunur: 1-Allah yolunda cihad edənlərin görüşünə gedib onları görəndə. 2-Yağış yağanda. 3-Kəbəni görəndə. 4-Namaz vaxtı.”
    30. NAMAZ HAQQINDA QIRX İNCƏLİK
    1-Namaz behiştə gedənlərin tacıdır.
    2-Namaz qeyb aləminə açılmış bir pəncərədir.
    3-Namaz yerdən göy aləminə pərvaz etməkdir.
    4-Namaz insanın Allahın rəhmət süfrəsində oturmasına səbəb olur.
    5-Namaz dini abadlaşdırır.
    6-Namaz xoşbəxtlik iksiridir.
    7-Namaz insanı xilqətlə eyni ahəngdə edir.
    8-Namaz yerlə göy arasında bir körpüdür.
    9-Namaz Allahla dostluğu davam etdirməkdir.
    10-Namaz möminin simasındakı iman cilvəsidir.
    11-Namaz sonsuz ruzi verənə əl açmaqdır.
    12-Namaz bütləri sındırmaq və İlahi eşq odunda yanmaqdır.
    13-Namaz səma qapılarının yer üzündə yaşayanların üzünə açılmasıdır.
    14-Namaz ən pak iman aynasıdır.
    15-Namaz qəlbləri dirildən ətirdir (müşkdür).
    16-Namaz günah müqabilində bir qalxandır.
    17-Namaz günahlar zülmətində qəlbin işıqlanmasıdır.
    18-Namaz nur okeanında üzməkdir.
    19-Namaz canı duru və sərin bulaqdan sirab etməkdir.
    20-Namaz bütün yaxşılıqlar xəzinəsi və eşq fəryadıdır.
    21-Namaz çirkinliklərlə mübarizədir.
    22-Namaz imanı təkmilləşdirən və insanın meracıdır.
    23-Namaz Allaha eşqi izhar etməkdir.
    24-Namaz pərhizkarların və ariflərin yoldaşıdır.
    25-Namaz özünü yaddan çıxarıb, İlahi eşqə qovuşmaqdır.
    26-Namaz doğruluğun başlanğıcıdır.
    27-Namaz behiştin ətirli nəsimidir.
    28-Namaz günahlardan tövbə edib, İlahi fitrətə qayıtmaqdır.
    29-Namaz bəndəlik nurunun həyatın şərqindən və übudiyyətin Sina dağından saçmasıdır.
    30-Namaz Allahla danışmaqdır.
    31-Allah-taala "Nisa” surəsinin 103-cü ayəsində buyurur: "Namaz qılın, çünki namaz möminlərə müəyyən vaxtlarda vacib edilmişdir.”
    32-Namaz qılanda qünutu və səcdələri uzatmaq insanı cəhənnəm əzabından saxlayır.
    33-Namaz İlahinin məhrəm yeri və varlıq kəbəsində qəlbin təvafıdır.
    34-Namaz müsəlmanların əməli əhdləridir.
    35-Namaz azadlığın yaşıl paltarı və Allaha doğru hicrət etməkdir.
    36-Namaz Allahı yad etməyi qəlbdə dirildir.
    37-Namaz qəlb əhlinin istəyi və Peyğəmbərin dostudur.
    38-Namaz Şeytanla mübarizə edib, Allahla əhd-peyman bağlamaqdır.
    39-Namaz məbudla ünsiyyətdə olmaq və ruhi yüksəlişdir.
    40-Namaz dini abad edib, şeytanları zəlil etməkdir.
    31. İMAM MƏHDİNİN (Ə) ZÜHURUNUN ƏLAMƏTLƏRİ
    İmam Məhdi (ə)-ın zühurunun iki əlaməti vardır: a) Qəti əlamətlər. b) Qəti olmayan əlamətlər.
    a) Qəti əlamətlər:
    1-Dəccalın meydana çıxması: O məlun Allahlıq iddiası edəcəkdir. Onun gəlişindən sonra dünyada çoxlu qanlar töküləcək, fitnə-fəsad yaranacaqdır. Hədislərdən məlum olduğu kimi, onun gözünün biri silinmişdir və sol gözü alnının ortasındadır. O, çox böyük cüssəli və güclüdür, qəribə və qorxulu qiyafəsi vardır, sehrbazlıqda çox mahirdir. Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Möminlərdən hər kəs Dəccalı görsə, öz ağız suyunu onun üzünə atıb, onun sehrini batil etmək üçün "Həmd” surəsini oxusun.” Nəhayət, Dəccal ilə imam Zaman (ə)-ın qoşunu arasında müharibə baş verər və o, ya imam Zaman (ə), ya da həzrət İsa ibn Məryəm (ə)-ın əli ilə öldürülər.
    2-Süfyaninin qiyamı: Süfyani Məkkə ilə Şam arasında qiyam edəcəkdir. O, çirkin surətlidir, üzündə sızaq var, gözləri göy və Yezid ibn Müaviyənin övladlarındandır. O, beş böyük şəhəri və məntəqəni – Dəməşq, Həms, Fələstin, İordaniya və Qinnəsrini ələ keçirəcək və ətraf nahiyələrə ordu göndərəcəkdir. O, Mədinə və Bağdad şəhərlərində kütləvi qırğın törədəcək, Məkkəyə bir ordu göndərəcək və yol əsnasında imam Məhdi (ə)-ın ordusu onları məğlub və həlak edəcəklər.
    Süfyaninin üç yüz min nəfərdən ibarət olan ordusu Allahın əmrilə Məkkə–Mədinə arasında yerə batacaqdır. Təkcə Bəşir və Nəzir adlı iki qardaş sağ qalacaq və bir mələk gəlib onların üzünü arxaya çevirəcəkdir. Bəşir Məkkəyə gəlib Süfyani ordusunun həlak olmasını İmama, Nəzir də Şama gedib bu xəbəri Süfyaniyə deyəcəkdir. Süfyani Şamda bu xəbəri eşitcək, Kufəyə doğru hərəkət edib, orada qətl və qarətlə məşğul olacaqdır. İmam Məhdi (ə)-ın Kufəyə daxil olması ilə Süfyani qaçacaqdır. O həzrətin ordusu onu təqib edib, Beytül-müqəddəsdəki Səxrə məscidinin yaxınlığında qətlə yetirəcəklər və onun murdar başını kəsib çirkin ruhunu cəhənnəmə göndərəcəklər.
    3-Səmadan gələn bir səs: İmam Məhdi (ə) Məkkədə zühur edərkən səmadan belə bir səs eşidilər: "Ey məxluqlar, agah olun! Bu, Mühəmməd (s)-in övladı Məhdidir.” Dünyanın şərqindən qərbinədək bütün insanlar hər biri öz dilində bu səsi eşidib Məkkəyə üz tutar, o həzrətin hüzuruna gedərlər.
    4-Nəfsi-Zəkiyyənin qətlə yetirilməsi: O, həzrət Peyğəmbər (s)-in nəslindəndir və Rükn ilə Məqam arasında şəhid olacaqdır.
    5-Seyyid Həsəninin qiyamı: O, xoş üzlü bir cavandır ki, Deyləm və Qəzvin tərəfdən qiyam edib deyəcəkdir: "Sizdən kömək istəyən Peyğəmbər (s) övladının dadına çatın!” Çox güman ki, Seyyid Həsəni İmam Həsən (ə)-ın nəslindən və on iki imamçı şiədir O, din və haqq ardıcılı olub, batil bir iddia etməyəcəkdir. Onun danışığı və rəftarı həzrət Peyğəmbəri-Əkrəm (s)-in pak şəriətilə uyğun olacaq. Möminlərdən bir çoxu da zalımların zülmünü dəf etmək üçün ona kömək edəcəklər. O, Qəzvindən Kufəyədək olan əraziləri zülmkarlardan və kafirlərdən təmizləyəcək. Kufəyə daxil olduqda, İmam Məhdi (ə)-ın zühur etdiyini eşidər və ordusu ilə birlikdə Həzrətə beyət edərlər.
    6-Ramazan ayının ortancıl günündə günəşin, axırında isə ayın tutulması.
    b) Qəti olmayan əlamətlər:
    7-Kufə məscidinin divarının uçulması.
    8-Fərat çayından bir qol ayrılaraq Kufə şəhərinin kücələrinə axması.
    9-Kufə şəhərinin darmadağın olunmasından sonra yenidən abadlaşması.
    10-Nəcəf gölünün su ilə dolması.
    11-Cüdey ulduzunun yaxınlığında quyruğu olan bir ulduzun görünməsi.
    12-İmam Məhdi (ə)-ın zühurundan öncə qıtlığın baş verməsi.
    13-Əksər şəhərlərdə zəlzələnin baş verməsi və taun xəstəliyinin yayılması.
    14-Məscidlərin boş qalması.
    15-Burasa məscidinin uçması.
    16-Yer kürəsinin şərqindən od püskürərək üç, yaxud yeddi gün yer ilə göy arasında alovlanması.
    17-Xorasandan qara bayraqlıların hərəkəti.
    18-Rəcəb və Cəmadiyus-sani aylarında misli-bərabəri görünməmiş leysan yağışlarının yağması.
    19-Şərqdən ay kimi işıq sacan, iki tərəfi bir-birindən ayrı və parıltısı göz qamaşdıran bir ulduzun çıxması.
    20-Dünyanın fitnə-fəsadla dolması.
    21-İnsanların namaz qılmaması və şəhvətə qurşanması.
    22-cirkin işlərin yaxşı, yaxşı işlərin isə çirkin kimi qələmə verilməsi.
    23-Düz danışanların yalan, yalan danışanların isə düz danışanlar kimi qəbul edilməsi.
    24-Uşaqların (savadsızların) minbər üstündə əyləşməsi.
    25-Fəqirlərin təhqir edilməsi.
    26-Kişilərin kişilərlə və qadınların da qadınlarla cinsi əlaqədə olması.
    27-Kişilərin özlərini qadınlara və qadınların kişilərə oxşatması.
    28-Məscidlərin yəhudi məbədləri kimi qızılla bəzədilməsi.
    29-Quranların zinət sayılması.
    30-Kişilərin özlərini qızıl-gümüşlə bəzəməsi.
    31-Dinə həqarət, dünyaya isə əzəmət gözü ilə baxmaq.
    32-Təlaqın çoxalması.
    33-Kənizlərin xanəndə olması, musiqi alətlərinin və qumar oyunlarının çoxalması.
    34-Ticarət və riya məqsədilə həccə getmək.
    35-Quranın və elmin Allahdan qeyrisinə xatir öyrənilməsi.
    36-Zinadan olan övladların çoxalması.
    37-Bəzi müharibələrin səmada baş verməsi.
    38-Camaatın bir-birlərini körmədikləri halda, çox uzaq yerlərdən bir-birləri ilə söhbət etməsi.
    39-Dünya elminin inkişafının son həddinə çatması və insanların səmalara səfər etməsi.
    40-Uşaqların əzab-əziyyətə məruz qalması və qadınların rəhbərlik etməsi.(Bu fəsil Şeyx Abbas Qumminin "Müntəhəl-amal” kitabının "Sahibəz-Zəman (ə)-ın həyatı” bölümündən iqtibas edilmişdir. )
    Category: 40 mövzu 40 həqiqət | Added by: Islam_Kitabxanasi
    Views: 873 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024