İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » 40 mövzu 40 həqiqət

    40 mövzu 40 həqiqət
    2012-01-13, 6:09 AM

    32. PEYĞƏMBƏRLƏR VƏ İMAMLARDAN QIRX MÖCÜZƏ VƏ KƏRAMƏT
    Həzrət İbrahim (ə)-ın möcüzəsi:
    1-Allahın iznilə quşları diriltməsi.
    2-Atəşin ona soyuq olması.
    3-İti bıçağın həzrət İsmail (ə)-ın başını kəsməməsi və onun əvəzinə asimandan göndərilən bir qoyunun qurbanlıq edilməsi.
    Həzrət Nuh (ə)-ın möcüzəsi:
    4-Möminlərə nicat verən, kafirləri isə qərq edən gəmi.
    Həzrət Hud (ə)-ın möcüzəsi:
    5-Güclü külək nəticəsində Hud qövmünün həlak olması.
    Həzrət Saleh (ə)-ın möcüzəsi:
    6-Dağın içindən diri dəvənin çıxarılması.
    Həzrət Lut (ə)-ın möcüzəsi:
    7-Səmadan Lut qövmünün üstünə kiçik daşların tökülməsi.
    Həzrət Musa (ə)-ın möcüzəsi:
    8-Əsanın əjdəhaya çevrilməsi.
    9-Əlini qoltuğundan çıxartdıqda, onun işıq saçması.
    10-Fironçuların quraqlığa düçar olub, həlak olmaları.
    11-Firon qövmünün əkin sahələrinin bəlaya tutulması.
    12-Fironçuların Nil çayında qərq olması.
    13-Fironçuların başlarında bitlərin əmələ gəlməsi.
    14-Fironçuların qurbağa və ağcaqanadların bəlasına düçar olması.
    15-Fironçuların qana düçar olması.
    Həzrət Şüeyb (ə)-ın möcüzəsi:
    16-Allah tərəfindən asimani bir səsin göndərilib, həzrət Şüeyb (ə)-ın qövmünü həlak etməsi.
    Həzrət Yəqub (ə) və həzrət Yusif (ə)-ın möcüzəsi:
    17-Canavarın dil açıb danışması. Belə ki, o, Allahın iznilə demişdi: "Peyğəmbərləri yemək (bizə) haramdır.”
    18-Həzrət Yəqub (ə)-ın gözlərinin – oğlu həzrət Yusif (ə)-ın köynəyini gözlərinə sürtməklə – açılması.
    19-Körpənin beşikdə danışması; o, dil açıb demişdi: "Əgər köynək qabaq tərəfdən cırılıbsa, Züleyxa; yox əgər arxa tərəfdən cırılıbsa, Yusif (ə) düz deyir.”
    20-Kor qadının (Züleyxanın) gözlərinin Allahın iznilə açılıb, cavan olması.
    Həzrət Süleyman (ə)-ın möcüzəsi:
    21-Heyvanların və quşların dilini başa düşmək.
    22-Quşların ona tabe olması.
    23-cinin bir göz qırpımından da tez bir zamanda Bilqeysin taxtını gətirməsi.
    24-Qızmış misi maye hala salması.
    25-cinlərin ona tabe olması.
    Həzrət İsa (ə)-ın möcüzəsi:
    26-O həzrətin ata olmadan dünyaya gəlməsi.
    27-Beşikdə ikən dil açıb danışması.
    28-Palçıqdan bir quş surəti düzəldib, ona öz nəfəsini üfürməklə quşa çevirməsi.
    29-Allahın izni ilə anadangəlmə kor və xora xəstəliyinə tutulanlara şəfa vermək.
    30-Allahın iznilə ölüləri diriltmək.
    31-Camaatın evlərində yedikləri şeylərdən xəbər vermək.
    32-Öz qövmü üçün səmavi süfrə gətirmək.
    Həzrət Peyğəmbəri-Əkrəm (s)-in möcüzəsi:
    33-Qurani-kərim.
    34-İmam Əli (ə)-ın əsr namazını qılması üçün günəşi geri qaytarması.
    35-Ayı iki yerə bölmək (Şəqqül-qəmər).
    İmam Əli (ə)-ın kəraməti:
    36-Canavar və qazlarla söhbət etməsi və günəşin o həzrətə salam verməsi.
    37-cinlərdən beyət alması.
    38-Fərat çayındakı balıqların o həzrətə salam verməsi.
    İmam Səccad (ə)-ın kəraməti:
    39-Həcərül-əsvədin (qara daşın) o həzrətin imamətinə şəhadət və daşın, ağacın ona salam verməsi, onun əmrilə ağacın hərəkətə gəlməsi.
    40-Ağacın qılınca çevrilməsi və kiçik daşların təsbih deməsi.
    33. PEYĞƏMBƏRİN (S) NƏHY ETDİYİ VƏ MƏKRUH SAYDIĞI (BƏYƏNMƏDİYİ) QIRX ƏMƏL
    Allah-taala "Həşr” surəsinin 7-ci ayəsində buyurur: "Rəsulumuzun sizin üçün gətirdiyi hər bir şeyi qəbul edin və qadağan etdiyi bütün şeylərdən uzaq olun.”
    1-Qızıl və gümüş qabda xörək yemək..
    2-Heyvanı yandırmaq.
    3-cinsi əlaqə zamanı üzü qibləyə olmaq.
    4-Kişilərin ipək paltar geyinməsi..
    5-Kişilərin qızıl üzük taxması..
    6-Cadugərlərə müraciət etmək.
    7-Nərd oynamaq, tar və tənbur(Simli şərq musiqi alətlərindən biridir. )çalmaq.
    8-Qeybət etmək və ona qulaq asmaq.
    9-Xəbərçilik etmək və xəbərçi edənə qulaq asmaq.
    10-Günaha sövq edən məsələlər haqqında danışmaq.
    11-Sələm almaq və yalandan şəhadət vermək.
    12-Tualetdə üzü qibləyə oturmaq.
    13-Yuxunu nəql edərkən yalan danışmaq.
    14-Cənabətli halda məsciddə oturmaq.
    15-Qəzəblənmək və başqaları ilə əlaqəni kəsmək.
    16-Təkəbbürlə yol getmək.
    17-Qadının mehriyyəsi barəsində zülm etmək.
    18-Şəhadəti gizləmək.
    19-Qonşuya əzab-əziyyət vermək.
    20-Yoxsul bir müsəlmanı təhqir etmək.
    21-Naməhrəmə baxmaq.
    22-Əza məclislərində qadının növhə deməsi və ona qulaq asmaq.
    23-Fırıldaqçılıqla məşğul olmaq və insanları aldatmaq.
    24-Həyat yoldaşına əzab-əziyyət vermək.
    25-Pis işləri kiçik saymaq, nəzərə kiçik gəlsə də belə.
    26-Heyvanın ayaqlarını (çubuqla) vurmaq.
    27-Ev əşyalarını qonşudan əsirgəmək.
    28-Meyvəni yetişməmişdən qabaq satmaq.
    29-Cənabət halında yemək.
    30-Hamamda misvak vurmaq.
    31-Ağız və ya burun suyunu məscidə atmaq.
    32-Məscidi keçid yolu qərar vermək.
    33-Yola və barlı ağacın altına bövl etmək.
    34-Suya bövl etmək.
    35-Bal arısını öldürmək.
    36-Allahdan qeyrisinə and içmək.
    37-İmam cümənin xütbə oxuduğu vaxt söhbət etmək.
    38-Misdən, yaxud dəmirdən düzəldilmiş üzük taxmaq.
    39-Heyvanlar kimi su içmək.
    40-Yeyməyi isti-isti yemək.
    34. QEYBƏT VƏ EYB AXTARMAQ
    1-Şübhəsiz ki, qeybət böyük günahlardan biridir və böyük günahlara batmış şəxslərin yeri də cəhənnəmdir. İmam Sadiq (ə) bu barədə buyurmuşdur: "Böyük günahlar onlardır ki, Allah-taala cəhənnəm odunu onlar üçün vacib etmişdir.”(Üsuli-kafi”, 2-ci cild, səh. 276, hədis: 1. )
    2-Allah-taala Qurani-kərimdə buyurmuşdur: "Vay olsun, qeybət edib (üzdə) tənə vuran hər kəsin halına!”("Hüməzə” surəsi, 1-ci ayə. )
    3-Allah-taala başqa bir ayədə belə buyurmuşdur: "(Bir-birinizin eybini, sirrini) arayıb axtarmayın, bir-birinizin qeybətini etməyin! Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı?! (Yəqin ki,) hamınız bu işdən ikrah edirsiniz.”("Hücərat”, surəsi, 12-ci ayə. ) (Deməli, bilin ki, qeybət etmək ölmüş din qardaşının ətini yemək kimidir. Ondan çəkinin!)
    4-Cabir ibn Abdullah və Əbu Səid Xudri həzrət Peyğəmbər (s)-in belə buyurduğunu nəql etmişlər: "Qeybətdən çəkinin, qeybət zinadan daha pisdir; çünki zinakarın tövbə edib günahının bağışlanması mümkündür, qeybət sahibindən halallıq alınmamış günahın bağışlanması isə qeyri-mümkündür.”(Vəsailuş-şiə”, 8-ci cild, səh. 601. )
    5-İmam Sadiq (ə) buyurmuşdur: "Qeybət etmək hər bir müsəlmana haramdır. Alov odunu yandırıb kül etdiyi kimi, qeybət də insanın yaxşı əməllərini yandırıb kül edir.”("Məhəccətul-beyza”, 5-ci cild, səh. 255.)
    6-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Qiyamət günü sizdən birinin əməllərinə baxmaq üçün məhşər səhnəsinə gətirib əməl dəftərini ona verərlər. O, özünün əməl dəftərinə baxanda yerinə yetirmiş olduğu xeyir əməllərdən heç birini orada görməyib deyər: "İlahi, bu mənim əməl dəftərim deyildir. Çünki yerinə yetirdiyim saleh əməllərdən və ibadətlərdən heç biri onda yazılmamışdır.” Ona deyilər: "Sənin Allahın səhvə düçar olmaz, heç bir şeyi unutmaz. Bu elə sənin əməl dəftərindir; lakin qeybət etdiyinə görə sənin yaxşı əməllərin pisliyinə danışıb qeybətini etdiyin şəxsin əməllərinə əlavə olunmuşdur.” Sonra başqa bir adamı gətirib əməl dəftərini ona verərlər. O, öz əməl dəftərinə baxarkən orada çoxlu yaxşı əməllərin və ibadətlərin yazıldığını görüb təəccüblə deyər: "İlahi, bu mənim əməl dəftərim deyildir! Mən burada yazılmış xeyir işləri və ibadətləri dünyada yerinə yetirməmişəm.” Ona deyilər: "Filankəs sənin qeybətini etdiyinə görə, onun xeyir əməlləri sənin əməl dəftərinə yazılmışdır.”(Biharul-ənvar”, (Beyrut çapı), 72-ci cild, səh. 258. )
    7-İmam Əli (ə) buyurmuşdur: "Ən pis adam odur ki, başqalarının eybini axtarsın, amma öz eybini görməsin.”("Qürərül-hikəm”, səh. 287, hədis: 5739.)
    8-İmam Sadiq (ə) buyurmuşdur: "Hər kim bir möminin abır-həyasını aparmaq və eybini axtarmaq, onu xalqın gözündən salmaq üçün onun əleyhinə danışarsa, Allah-taala belə bir şəxsi Öz himayəsindən çıxarıb Şeytanın himayəsinə atar, heç Şeytan da onu qəbul etməz.”(Vəsailuş-şiə”, 8-ci, səh. 508. )
    9-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Qeybətin müsəlmanın dininə qoyduğu təsir, bədənindəki yaranın təsirindən (yaranın daha dərinə işləməsindən) daha güclüdür.”("Cameus-səadət”, 2-ci cild, səh. 304.)
    10-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Xoş olsun o şəxsin halına ki, öz eybi onu başqalarının eybini axtarmaqdan saxlasın!”
    11-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "İnsandan bir hadisə baş verməyincəyə qədər məsciddə oturub, namazının vaxtını gözləmək ibadətdir.” Soruşdular: "O nə hadisədir?” Həzrət buyurdu: "Qeybət!”("Üsuli-kafi”, 2-ci cild, səh. 387. )
    12-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Əməllərinin qoruqçusu olan məmurlar (mələklər) insanın günəş kimi nur sacan əməlini yuxarı apardıqda, əməlləri qəbul edib ən yüksək dərəcəyə çatdıran mələk deyər: "Bu əməli sahibinin başına çırpın, çünki Allah-taala tərəfindən mənə tapşırıq verilib ki, qeybət edənlərin yaxşı əməllərini geri qaytarıb Allah dərgahına aparılmasına mane olum.”(Vəsailuş-şiə”, 8-ci cild, səh. 599. )
    13-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Behişt üç nəfərə haramdır: Sözgəzdirənə, qeybət edənə və həmişə şərab içənə.”("Kəşfür-rəybə”, səh. 6.)
    14-İmam Baqir (ə) Peyğəmbər (s)-in belə buyurduğunu nəql etmişdir: "Hər kimdə üç xislət və yaxud onlardan biri olarsa, Allahın lütf sayəsindən başqa bir sayənin olmadığı qiyamət günü İlahi ərşin sayəsində (kölgəsində) olar: Özünə rəva biləni başqalarına da rəva bilən, Allahın razılığını və ya qəzəbini bilmədən heç bir işə qol qoymayan və özündə olan eybi tərk etməmiş, başqalarında o eybi axtarmayan. Çünki hər kəs özündən bir eybi uzaqlaşdırarsa, şübhəsiz ki, özündə başqa bir eyb görəcəkdir. Hər kəsin başı özünə (öz eyblərinə) qarışarsa, başqalarında eyb axtarmağa macal tapmaz.”("Xisal”, 1-ci cild, səh. 109, hədis: 3. )
    15-Allah-taala Musa ibn İmrana belə vəhy göndərdi: "Qeybət edən şəxs əgər tövbə edərsə, behiştə daxil olan axırıncı; yox əgər tövbə etməzsə, cəhənnəmə daxil olan birinci şəxs olar.”("Kəşfür-reybə”, səh. 11.)
    16-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Qeybət etməklə xalqın ətini yeyən şəxs halalzadə olduğunu yalandan deyir; çünki qeybət cəhənnəm itlərinin yemidir.”("Biharul-ənvar”, 72-ci cild, səh. 1258. )
    17-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Ey dildə iman gətirib, qəlbi ilə iman gətirməyənlər! Müsəlmanların qeybətini edib gizli eyblərini aramayın. Çünki hər kim öz din qardaşının gizli eyblərini arayarsa, Allah-taala onun gizli sirlərini faş edib onu öz ailəsində rüsvay edər.”("Kəşfür-reybə”, səh. 7. )
    18-Aişə deyir: "Bizim yanımıza bir qadın gəlmişdi, evdən çıxıb gedəndə əlimlə işarə etdim ki, boyu balacadır. Bu zaman Peyğəmbər (s) buyurdu: "Onun qeybətini etdin!”(Əl-müstətrif”, 1-ci cild, səh. 116. )
    19-İmam Sadiq (ə) buyurmuşdur: "Mənim ən sevimli və ən yaxşı dostum o şəxsdir ki, eyblərimi mənə hədiyyə etsin, desin.”("Biharul-ənvar”, 76-cı cild, səh. 282. )
    20-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Qeybətə qulaq asan şəxs qeybət edən iki nəfərdən biridir.”(Yenə orada, 72-ci cild, səh. 226.)(Yəni qeybətə qulaq asan qeybət edən kimidir.)
    21-İmam Əli (ə) buyurmuşdur: "Qeybəti eşidən adam qeybət edən qədər günah qazanır.”("Qürərul-hikəm”, səh. 307.)
    22-İmam Sadiq (ə) buyurmuşdur: "Müsəlmanın qeybətini etmək küfr, ona qulaq asmaq isə şirkdir.”(Müstədrəkül-vəsail”, 2-ci cild, səh. 108. )
    23-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Bir kəsin yanında din qardaşının qeybəti edilərsə və o, imkan daxilində onun köməyinə yetişərsə (onu himayə edərsə), Allah-taala dünya və axirətdə onun köməyinə yetişər.”("Səvabul-əmal”, səh. 178.)
    24-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Bir kəs məclisdə din qardaşının qeybətini eşidib onu inkar etsə və müdafiəsinə qalxarsa, dünya və axirət bəlaları ondan uzaqlaşar.”("Məkasibi-mühərrəmə”, səh. 46. )
    25-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Hər kəs öz müsəlman qardaşının ləyaqətini və abır-həyasını qoruyarsa, behişt ona vacib olar.”("Biharul-ənvar.” )
    26-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Bir kəsin yanında din qardaşının qeybəti olunarsa və o, imkanı olduğu halda onu müdafiə etməzsə, Allah-taala dünya və axirətdə onu özbaşına buraxar (və onu xar edər).”("Məkasibi-mühərrəmə”, səh. 46. )
    27-Mərhum şeyx Səduq, həzrət Peyğəmbər (s)-in buyurduğu bir hədisi (imam Sadiq (ə)-dan) belə nəql etmişdir: "Hər kim imkanı olduğu halda din qardaşının qeybətini inkar etməzsə, onun günahı qeybət edənin günahından yetmiş dəfə çoxdur.”("Mən la yəhzuruhul-fəqih”, 4-cü cild, səh. 9. )
    28-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Üç nəfərin qeybətini etmək haram deyildir: Bihudə və batil fikirlərə malik olanın, açıq-aşkar və qəsdən günah edənin, bir də zülmkar hakimin.”("Ehyau ülumid-din” (Qəzzali), 3-cü cild, səh. 153. )
    29-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Qəsdən və açıq-aşkar günah edənin qeybəti haram deyildir.”(Kənzül-ümmal”, 3-cü cild, səh. 959. )
    30-İmam Sadiq (ə) buyurmuşdur: "Fasiq öz günahını açıq-aşkar göstərmək istəyərsə, onun hörməti yoxdur, qeybəti isə caizdir.”("Vəsailuş-şiə”, 8-ci cild, səh. 606. )
    31-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Hər kəs bir müsəlmanın qeybətini edərsə, qeybəti olunan şəxs onu bağışlamayınca, onun oruc və namazı Allah dərgahında qırx gün qəbul olunmaz.”("Məkasibi-mühərrəmə”, səh. 43. )
    32-İmam Sadiq (ə) buyurmuşdur: "Qeybət etdiyin şəxs (bu işdən) xəbərdar olarsa, onun yanına gedib halallıq al, əgər xəbərdar olmazsa, onun üçün istiğfar et.”("Məhəccətül-beyza”, 5-ci cild, səh. 273. )
    33-İmam Musa ibn Cəfər (ə) buyurmuşdur: "Hər kim bir şəxsin arxasınca onun haqqında hamının bildiyi şeyi danışarsa, bu, qeybət deyildir. Hər kəs bir şəxsin arxasınca onun haqqında camaatın bilmədiyi şeyi danışarsa, bu qeybətdir. Hər kəs bir şəxsin arxasınca onun etmədiyi bir şeyi danışarsa, bu böhtandır.”(Üsuli-kafi”, 2-ci cild, səh. 358, hədis: 6. )
    34-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Qeybət, insanın dinini puç etməkdə, onun bədənində olan xora xəstəliyindən daha güclüdür.”(Kafi”, 2-ci cild, səh. 357.)
    35-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Qeybəti tərk etmək Allah yanında on min rükət müstəhəb namazdan daha əzizdir.”(Biharul-ənvar”, 75-ci cild, səh. 261. )
    36-Əbdül-mömin Ənsari deyir: İmam Musa ibn Cəfər (ə)-ın yanına getdim. Məhəmməd ibn Abdullah Cəfəri də onun yanında idi. Mən ona təbəssüm etdim. O dedi: "Onu sevirsənmi?” Dedim: "Bəli, mən onu yalnız sizin razılığınız üçün sevirəm.” Buyurdu: "O, sənin qardaşındır, mömin möminin ata-anası bir olan doğma qardaşı kimidir, baxmayaraq ki, ayrı-ayrı valideynlərin övladlarıdır. Öz din qardaşını müttəhim edən, mömin qardaşını aldadan, ona nəsihət verməyən və mömin qardaşının qeybətini edən şəxslər məlundur.”(Biharul-ənvar”, 75-ci cild, səh. 262.)
    37-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Çobanın ağacı silkələyib yarpaqları tökdüyü kimi, qeybət də insanın imanını qolsuz-budaqsız edir.”("Ət-tərğib vət-tərhib”, 3-cü cild, səh. 514, hədis: 28. )
    38-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Merac gecəsi bir tayfa gördüm ki, öz sifətlərini dırnaqları ilə didirdilər. Cəbraildən soruşdum ki, bunlar kimdir?” Dedi: "Camaatın ardınca qeybət edib onların abır-həyasını tökənlər!”(Məhəccətül-beyza”, 5-ci cild, səh. 251. )
    39-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Mömini söymək günah, onlarla döyüşmək küfr, ətini yemək (qeybətini etmək) haramdır və onun malının ehtiramı qanına ehtiramı kimidir.”(Vəsailuş-şiə”, 8-ci cild, səh. 601. )
    40-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Sələm yolu ilə qazanılan bir dirhəmin günahı Allah dərgahında otuz altı zinadan da böyükdür. Sələmdən daha böyük günah isə müsəlmanların abır-həyasını tökməkdir.”(Məhəccətül-beyza”, 5-ci cild, səh. 253. )
    Category: 40 mövzu 40 həqiqət | Added by: Islam_Kitabxanasi
    Views: 700 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024