İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » 40 mövzu 40 həqiqət

    40 mövzu 40 həqiqət
    2012-01-12, 11:07 PM
    35. BİRİNCİLƏR HAQQINDA QIRX İNCƏLİK
    1-Kişilər içərisində həzrət Mühəmməd (s)-ə iman gətirən birinci şəxs imam Əli (ə)-dır.
    2-Qadınlar içərisində həzrət Mühəmməd (s)-ə iman gətirən birinci şəxs həzrət Xədicə (ə. s)-dır.
    3-Həzrət Peyğəmbəri-Əkrəm (s) Əmirəl-möminin Əli (ə)-a buyurdu: "Allah hər şeydən əvvəl əqli yaratdı (və ona buyurdu: Hər şeyi sənin vasitənlə alacağam, sənin vasitənlə əta edəcəyəm və sənin vasitənlə savab və cəza verəcəyəm).”
    4-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Bu ümmətdən götürülən birinci şey həyadır.”
    5-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Din işlərində əldən gedən ilk şey əmanətdir.”
    6-İnsanın yer üzündə mürtəkib olduğu ilk günah həsəddir. (Qabilin Habilə qarşı həsəd etməsi.)
    7-Hər (qəməri) ayın əvvəlində qusl vermək müstəhəbdir.
    8-Hər günün əvvəlində ruzi qazanmaq üçün getmək müstəhəbdir.
    9-Yemək yeyəndə birinci Allahın adını çəkmək lazımdır.
    10-Miqdad Peyğəmbər (s)-dən sonra "Əli (ə) şiəsi” adı ilə məşhur olan birinci şəxsdir.
    11-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "(Qiyamət günündə) əməl tərəzisində ölçüləcək birinci əməl yaxşı əxlaqdır.”
    12-İslam yolunda şəhid olan birinci qadın Əmmarın anası Süməyyə idi.
    13-Küfrə səbəb olan birinci əməl namazı tərk etməkdir.
    14-Ağızdan çıxan birinci söz mütəal Allahın adı olmalıdır.
    15-Allah-taalanın bağışladığı birinci şəxs başqalarını bağışlayandır.
    16-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Sizi dəvət edən birinci (mömin) şəxsin dəvətini qəbul edin.”
    17-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Behiştə daxil olan ilk şəxslər şəhidlər olacaqlar.”("Mizanul-hikmə”, 2635-ci hədis. )
    18-Təqvanın birinci yeri ariflərin qəlbidir.
    19-İmam Sadiq (ə) buyurmuşdur: "Salamı birinci verən şəxs Allahın və Onun Rəsulunun yanında ən əziz şəxsdir.”(Vəsailuş-şiə”, 12-ci cild, səh. 55. )
    20-Hər ayın birinci günü bacardığınız qədər sədəqə verin.
    21-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Behiştə daxil olan birinci şəxs Əlidir.”
    22-Kəbənin üstündə azan deyən birinci şəxs Əli (ə) olmuşdur.
    23-Allahın evi Kəbədə dünyaya gələn birinci şəxs Əli (ə)-dır.
    24-İbadət mehrabında şəhid olan birinci şəxs Əli (ə)-dır.
    25-Peyğəmbər (s)-lə namaz qılan (İslamda camaat namazı qılan) birinci şəxs Əli (ə) olmuşdur.
    26-İlin birinci günündə (Novruz bayramında) oruc tutmaq müstəhəbdir.
    27-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Allahın yeganəliyinə, mənim peyğəmbərliyimə və Əlinin imamətinə şəhadət verən birinci daş qırmızı əqiq idi.”
    28-İmam Sadiq (ə) buyurmuşdur: "Günahların əvvəli altı şeydən ibarətdir: 1-Dünya malına məftun olmaq. 2-Vəzifəpərəstlik. 3-Yeməyi sevmək. 4-Qadınları sevmək. 5-Rahatlığı sevmək (tənbəllik). 6-Yatmağı sevmək.”
    29-Həzrət Peyğəmbəri-Əkrəm (s)-ə nazil olan birinci surə "Ələq” surəsi idi.
    30-Həzrət Peyğəmbəri-Əkrəm (s) ümməti üçün gətirdiyi birinci vacibi əməl namaz idi.
    31-Müsəlman şəxs öləndən sonra ondan soruşulan birinci əməl namazdır.
    32-İşlərin ən yaxşısı namazı əvvəl vaxtında qılmaqdır.
    33-Birinci məqtul (öldürülən şəxs) həzrət Adəm (ə)-ın oğlu Habildir.
    34-Allahın torpaqdan yaratdığı birinci peyğəmbər (və yaxud birinci insan) həzrət Adəm (ə)-dır.
    35-İnsanın həyatına səbəb olan birinci şey sudur.
    36-İslamda birinci tabut həzrət Fatimeyi-Zəhra (ə) üçün düzəldi.
    37-Həzrət Peyğəmbər (s)-in birinci müharibəsi "Bədr” müharibəsi idi.
    38-Həzrət Məhdi (ə) zühur edəndə, o həzrətə beyət edən birinci şəxs həzrət Cəbraildir.
    39-Həzrət Nuh (ə)-a iman gətirən birinci qadın zövcəsi Amurə idi.
    40-Məkkədən Mədinəyə ayaq yalın hicrət edən birinci qadın imam Əli (ə)-ın anası Fatimə binti Əsəd olmuşdur.
    36. TÖVBƏ VƏ İSTİĞFAR
    1-İnsan qəflət və nadanlıq, habelə heyvani və nəfsani qüvvələrin coşması nəticəsində günaha batarsa, dərhal Allahın mərhəmətinə sığınıb, Ondan bağışlanmağını diləməli, tövbə və istiğfar suyu ilə qəlbini və ruhunu yuyub saflaşdırmalıdır.
    2-Allah-taala Qurani-kərimdə buyurur: "Tövbə edib Rəbbinizə tərəf qayıdın. Əzab sizə gəlməmişdən əvvəl Ona təslim olun. Sonra sizə heç bir kömək olunmaz.”("Zumər” surəsi, 54-cü ayə. )
    3-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Günahdan peşmanlıq tövbədir.”
    4-Allah-taala Qurani-kərimdə buyurmuşdur: "Hər kəs tövbə edib yaxşı işlər görsə, şübhəsiz ki, o, yaxşı bir dönüşlə Allaha tərəf dönər.”("Furqan”, surəsi, 71-ci ayə. )
    5-Nəql olunmuşdur ki, həzrət Musa (ə)-ın dövründə bir cavan o qədər günah işlər görür ki, şəhərdən çıxarılmasına əmr olunur. Bu cavan məcbur olub şəhərdən çıxır. Əcəli yaxınlaşdıqca günahları yadına düşüb Allahdan xəcalət çəkir və tövbə edərək deyir: "Ey dünya və axirətin sahibi! Nə dünyası, nə də axirəti olmayan kəsə rəhm et!” Onun bu sözlərindən sonra Allah-taala onun tövbəsini qəbul edir, mələkləri ata-anası və qonşuları surətində onun başı üstünə göndərir. Vəfat etdikdən sonra həzrət Musa (ə)-a xitab olunur ki, yaxşı bəndələrdən biri dünyasını dəyişib, get onu dəfn et. Həzrət Musa (ə) gedib, şəhərdən qovulmuş cavanın öldüyünü görür və təəccüblə deyir: "İlahi, bu, həmin qovulmuş və günahkar cavandır, neçə oldu ki, Sənin yaxşı bəndən oldu?!” Xitab oldu: "Ey Musa! Bizim dərgahımız ümidsizlik dərgahı deyil. Nə qədər ki, günaha batırdı, pis idi, lakin günahlarını tövbə suyunda yuduqdan sonra, onu bağışladım və behişt əhli oldu.”
    6-Tövbə edən şəxsin günahları bağışlanar və o, behiştə daxil olar. Allah-taala buyurur: "Ey iman gətirənlər! Allaha xaliscəsinə (səmimi-qəlbdən, bir daha günaha qayıtmamaq şərti ilə) tövbə edin. Ümid var ki, (bu əməlinizə görə) Rəbbiniz günahlarınızı bağışlayıb, sizi ağaclarının altından arxlar axan behişt bağlarına daxil etsin.”("Təhrim” surəsi, 8-ci ayə)
    7-Əbu Səbban Kinani adlı bir şəxs deyir: İmam Sadiq (ə)-dan "Ey iman gətirənlər! Xaliscəsinə tövbə edin, Allah dərgahına qayıdın!”("Təhrim” surəsi, 8-ci ayə. ) – ayəsinin təfsirini soruşdum. O həzrət buyurdu: "Yəni bəndə günahdan tövbə edib, bir daha günaha batmasın.”(Üsuli-kafi”, 2-ci cild, səh. 432. )
    8-Məaz ibn Cəbəl həzrət Peyğəmbər (s)-dən soruşdu ki, ixlasla və səmimi qəlbdən tövbə etmək nədir? Həzrət buyurdu: "Səmimi qəlbdən olan tövbə, sağılmış südün bir daha öz (əvvəlki) yerinə qayıtmayacağı kimi, tövbə edən şəxsin də bir daha günaha tərəf dönməməsidir.”("Məcməül-bəyan”, 10-cu cild, səh. 318. )
    9-İmam Əli (ə) "əstəğfirullah” (Allahdan bağışlanmaq diləyirəm) deyən şəxsə buyurdu: "Anan halına ağlasın! "Bilirsənmi "istiğfar” nədir? İstiğfar yüksək məqamlara malik olanların dərəcəsidir. O, bir kəlmədən ibarətdir, lakin altı şərti vardır:
    a) Ötən əməllərdən peşman olmaq və təəssüflənmək.
    b) Bir daha keçmiş günahlara qayıtmamaq barədə ciddi qərara gəlmək.
    v) Allah-taalanın müqəddəs dərgahına qayıdarkən boynunda heç kəsin haqqı olmasın deyə, camaatın haqqını özlərinə qaytarmaq.
    q) Yerinə yetirmədiyin vacib əməllərin qəzasını yerinə yetirmək.
    d) Haramdan yaranmış ətləri qəm-qüssə (və peşmançılıqla) əritmək və (nəticədə) dəri sümüklərə yapışdıqdan sonra onların yenidən ətə gəlməsi.
    s) Bədənə günahların ləzzətini dadızdırdığın kimi, ibadət və itaətin də çətinliyini dadızdırmaq. Bu mərhələləri yerinə yetirdikdən sonra "əstəğfirullah” de (və Allahdan bağışlanmağını istə).”(Nəhcül-bəlağə”, "qısa sözlər”: 409. )
    10-Tövbə insanın nicat tapmasına səbəb olur. Allah-taala buyurur: "Ey möminlər! Hamınız tövbə edin, Allah dərgahına qayıdın ki, bəlkə, nicat tapasınız.”("Nur” surəsi, 31-ci ayə. )
    11-Tövbə nsanın Allah yanında sevimli olmasına səbəb olur. Belə ki, Allah-taala buyurur: "Doğrudan da, Allah çox tövbə edənləri dost tutur.”("Bəqərə” surəsi. )
    12-İmam Baqir (ə) buyurmuşdur: "Allah-taala Öz bəndəsinin tövbə etməsinə, gecə ikən səhrada miniyini azuqəsi ilə birgə itirib sonradan tapan adamdan artıq sevinir. Deməli, Allah-taala bəndəsinin tövbəsində itirdiyini yenidən tapan şəxsdən daha artıq şaddır.”("Üsuli-kafi”, 2-ci cild, səh. 435. )
    13-Tövbə insanın günahlarını savaba çevirir. Allah-taala buyurur: "Onlar Allahla yanaşı başqa bir məbuda ibadət etməz, Allahın haram buyurduğu (toxunulmaz) cana nahaq yerə qəsd etməz, zina etməzlər. Hər kəs bunu (bu işləri) etsə, cəzasını çəkər. Qiyamət günü onun əzabı qat-qat olar və o, əzab içində zəlil olub daim qalar. Ancaq tövbə edib iman gətirən və yaxşı işlər görənlərdən başqa! Allah onların pis əməllərini yaxşı əməllərə çevirər. Allah bağışlayan və mehribandır.” ("Furqan” surəsi, 68-69-70-ci ayələr. )
    14-İmam Sadiq (ə) buyurmuşdur: "Allahın Rəsulu (s) hər gün yüz dəfə tövbə edər və Allahdan bağışlanmaq istəyərdi, hansı ki, heç bir günaha sahib deyildi.”
    15-Hədislərdə deyilir ki, Peyğəmbər (s) bir məclisdə (bir oturumda) iyirmi beş dəfə "əstəğfirullah” deyərdi.("Cameu-əhadisuş-şiə”, 14-cü cild, səh. 363.)
    16-Tövbə edən şəxs üçün mələklər də dua edir. Allah-taala bu barədə buyurur: "Ərşi daşıyan mələklər öz Rəbbini həmd-səna ilə təsdiq edir, Ona inanır və möminlərin bağışlanmasını diləyərək deyirlər: "Ey Rəbbimiz! Sənin rəhmət və elmin hər şeyi əhatə etmişdir. Tövbə edib Sənin yolunu tutanları bağışla və onları cəhənnəm əzabından qoru. Ey Rəbbimiz! Həm onları, həm də atalarından, zövcələrindən və nəsillərindən əməlisaleh olanları vəd etdiyin "Ədn” cənnətlərinə daxil et. Şübhəsiz ki, Sən yenilməz qüvvət və hikmət sahibisən. Onları pisliklərdən uzaq saxla. O gün (qiyamət günü) hər kimi pisliklərdən qorusan, şübhəsiz ki, ona rəhm etmiş olursan. Ən böyük uğur və qurtuluş budur!” (Mömin” surəsi, 7-9-cu ayələr. )
    17-İmam Sadiq (ə) buyurmuşdur: "Əgər bir bəndə günaha batdıqdan sonra tövbə etsə, əməlləri yazan mələklərə əmr olunar ki, qiyamət günü onun günahlarına şahidlik etməsinlər. Üzərində günah etdiyi torpağa əmr olunar ki, bir daha onun günahına şəhadət verməsin. Şahidlər də İlahi əmrə görə şahidlik etməzlər.”
    18-Tövbə insanın rifahda yaşamasına səbəb olur. Qurani-kərimdə buyurulur: "Rəbbinizdən bağışlanmağınızı diləyin, sonra tövbə edin ki, müəyyən bir müddət (ömrünüzün sonunadək) sizi yaxşı şeylərlə faydalandırar.” ("Hud” surəsi, 3-cü ayə. )
    19-Allah-taala tövbə edənlərin tövbəsini qəbul edər, belə ki, buyurur: "Bəndələrinin tövbəsini qəbul edən, günahlarını bağışlayan və sizin nə etdiyinizi bilən Odur!” ("Şura” surəsi, 25-ci ayə. )
    20-İmam Sadiq (ə) buyurmuşdur: "Allah-taala Davud (ə)-a buyurdu: "Ey Davud! Günahkarları müjdələ, pak insanları isə qorxut!” Soruşdu ki, günahkarları neçə müjdələyim və pak insanları neçə qorxudum? Buyurdu: "Günahkarları müjdələ ki, tövbələrini qəbul edib, günahlarından keçərəm. Pak insanları da qorxut ki, məbada öz işlərinə qürurlanıb, özlərini bəyənsinlər. Çünki hər kəsi hesaba çəksəm, həlak olar.”
    21-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Həqiqətən Allah-taala hər gecənin son üçdə bir hissəsində, cümə gecəsi isə gecənin əvvəlində dünya asimanına bir mələk nazil edib əmr edir ki, nida edib belə desin: "Bir şey istəyən varmı ki, istədiyi şeyi əta edəm?! Bir tövbə edən varmı ki, Mən onun tövbəsini qəbul edəm?! Günahlarının bağışlanmasını istəyən bir şəxs varmı ki, Mən onun günahlarını bağışlayam?!”(Biharul-ənvar”, 3-cü cild, səh. 314. )
    22-Həqiqi tövbə etməklə bütün günahlar bağışlanır. Allah-taala buyurur: "(Ey Peyğəmbər!) De: "Ey Mənim (günah törətməklə) özlərinə zülm etməkdə həddi aşmış bəndələrim! Allahın rəhmindən ümidsiz olmayın. Allah (tövbə etdikdə) bütün günahları bağışlayar. Həqiqətən O, bağışlayan və rəhm edəndir.” ("Zumər” surəsi, 53-cü ayələr. )
    23-İmam Sadiq (ə) buyurmuşdur: "Hər kim gündə yüz dəfə "Əstəğfirullah” deyərsə, Allah o gün onun yeddi yüz günahını bağışlayar.”("Vəsailuş-şiə”, 2-ci cild, səh. 483.)
    24-İmam Sadiq (ə) buyurmuşdur: "Hər kim gün ərzində yüz dəfə "əstəğfirullah” deyib yatarsa, günahları ağacın yarpaqları kimi tökülər və günahsız bir insan tək sübhə çıxar.”(Səvabul-əmal”, səh. 90. )
    25-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Tövbə edən şəxs günahı olmayan şəxs kimidir.”(Biharul-ənvar”, 6-cı cild, səh. 21, hədis: 16. )
    26-İmam Baqir (ə) buyurmuşdur: "Etdiyi günahdan tövbə edən şəxs günahı olmayan şəxs kimidir.”("Vəsailuş-şiə”, 16-cı cild, səh. 74. )
    27-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Hər bir dərdin dərmanı vardır, günahların da dərmanı tövbə etməkdir.”("Üsuli-kafi”, 2-ci cild, səh. 439. )
    28-Allah-taala buyurur: "Rəbbiniz Özü-Özünə rəhmli olmağı yazmışdır (bəndələrinə qarşı rəhmli olmağı əzəldən Özü-Özü üçün müəyyən etmişdir) ki, sizlərdən hər kəs pis iş görsə, sonra da tövbə edib düzəlsə, (Allah onun günahından keçər). Şübhəsiz ki, Allah bağışlayan və rəhm edəndir.” ("Ənam” surəsi, 54-cü ayə. )
    29-İmam Baqir (ə) buyurmuşdur: "İstiğfar etdiyi halda, (yenidən) günaha batan şəxs, özünü istehza edən şəxs kimidir.”(Üsuli-Kafi”, 2-ci cild, səh. 435, hədis: 10. )
    30-İmam Əli (ə) buyurmuşdur: "Tövbənin dörd əsası vardır: 1-Qəlbən peşmançılıq. 2-Dil ilə istiğfar etmək. 3-Bədən üzvləri ilə saleh əməl yerinə yetirmək. 4-Bir daha günaha qayıtmamaq barədə (ciddi) qərara gəlmək.”(Mizanul-hikmə”, 1-ci cild, səh. 342, hədis: 2160. )
    31-Allah-taala buyurur: "Şübhəsiz ki, Mən həm tövbə edib iman gətirəni, həm də yaxşı işlər görüb, sonra da doğru yol tutanı çox bağışlayanam.” (Taha” surəsi, 82-ci ayə. )
    32-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Həqiqətən, cəhənnəm əhlinin əksəriyyətinin nalələri tövbəni təxirə salmaqlarına görədir.”(Məhəccətul-beyza”. )
    33-İmam Əli (ə) buyurmuşdur: "Nə çox (tövbə) və yaxşı əməlləri təxirə salanlar olub ki, qəflətən əcəl onları haqlayıb.”("Qürərul-hikəm”, səh. 240)
    34-Günahından peşman olmayıb, tövbə etməyi təxirə salanları qarşıda açınacaqlı bir aqibət gözləyir. İmam Sadiq (ə)-dan belə bir hədis nəql olunmuşdur: "Atam (imam Baqir (ə)) dəfələrlə buyurardı: "Qəlb üçün günahdan da pis bir şey yoxdur; çünki qəlb günaha batıb, günahı təkrar etdikcə, günah qəlbə hakim kəsilər və onu xarabaya çevirər.”("Üsuli-kafi”, 2-ci cild, səh. 268. ) (Yəni təbii olaraq, əvvəldə üzü Allaha tərəf olan qəlbin qiyafəsi dəyişilir və qaralır, bir daha haqq sözü və nəsihəti eşitmir.)
    35-Allah-taala buyurur: "Məgər onlar Allahın dərjahında tövbə edib Ondan bağışlanmalarını istəməyəcəklər?! Axı, Allah bağışlayan və rəhm edəndir!”(Maidə” surəsi, 74-cü ayə.)
    36-İmam Sadiq (ə) buyurmuşdur: "(Tövbə edib) çox-çox bağışlanmaq istəyən bəndənin əməl dəftəri parlaq halda yuxarı yüksələr.”
    37-İmam Rza (ə) buyurmuşdur: "(Günahlardan) tövbə edib bağışlanmaq diləmək ağacın titrədikcə ardıcıl yerə tökülən yarpağına bənzəyir. Günahdan tövbə edib ondan əl çəkməyən və günaha batan şəxs öz Allahını məsxərə etmiş kimidir.”
    38-Allah-taala bir hədisi-qüdsidə buyurur: "Mənim üçün tövbə edənlərin naləsi təsbih edənlərin təsbihindən əzizdir.”
    39-Allah-taala buyurur: "Günah işlər görməkdə davam edərək ölüm yetişən anda: "Mən indi tövbə etdim” – deyənlərin və kafir olaraq ölənlərin tövbəsi qəbul olunmaz. Biz onlar üçün şiddətli bir əzab hazırlamışıq.”("Nisa” surəsi, 18-ci ayə.)
    40-Qurani-kərimdən aydın olduğu kimi, tövbə iki şərtlə qəbul olunur: İnsan günaha küfr üzündən deyil, özünün cəhalət və nadanlığı səbəbindən batmış olarsa və günaha batandan sonra dərhal peşman olub tövbə edərsə. Belə ki, Allah-taala buyurur: "Allah yanında yalnız o kəslərin tövbəsi qəbul olunar ki, onlar nadanlıq ucbatından pis bir iş görər və dərhal tövbə edərlər. Allah belə şəxslərin tövbəsini qəbul edər! Həqiqətən Allah hər bir şeyi bilən və hikmət sahibidir.”(Nisa” surəsi, 17-ci ayə. )
    37. RUZİNİN ARTMASINA SƏBƏB OLAN ƏMƏLLƏR
    1-Təqvalı olmaq və günahlardan çəkinmək:
    Allah-taala buyurmuşdur: "Əgər o məmləkətlərin əhalisi iman gətirib (pis əməllərdən) çəkinsəydilər, sözsüz ki, onların başlarına göydən bərəkət yağdırardıq. Lakin onlar (öz peyğəmbərlərini) yalançı hesab etdilər. Biz də onların qazandıqlarına görə məhv etdik.” ("Əraf” surəsi, 96-cı ayə. )
    2-Tövbə etmək və Allahdan bağışlanmaq diləmək:
    İmam Əli (ə) buyurmuşdur: "Allah-taala bir vasitə kimi ruzinin və mərhəmətin artmasında tövbə və Allahdan bağışlanmaq diləməyi insanlar üçün təyin etmişdir.”
    3-Gündə yetmiş dəfə "Ya ğəniyyu, ya kafi, ya fəttahu, ya raziq” demək.
    4-Hər gün yüz dəfə "Əllahummə səlli əla Muhəmmədin və Ali-Muhəmməd və əccil fərəcəhum vəhşurna məəhum vələn ədaəhum” demək.
    5-Gündə otuz dəfə "Subhanəllahu və bihəmdihi, subhanəllahul-əzimu və bihəmdih” demək.
    6-Hər gün sədəqə vermək. Əlbəttə, sübh və işa namazından sonra sədəqə vermək daha yaxşıdır.
    7-Sübh namazından sonra "Yasin”, "Taha” və "Mülk” surələrini oxumaq.
    8-Gündə qırx dəfə "Əl-əziz” demək.
    9-Oruc tutmaq (xüsusilə "Şəban” ayında).
    10-"Ma şaəllahu la hovlə və la quvvətə illa billah” zikrini çoxlu demək.
    11-Hər gecə işa namazından sonra "Vaqiə” surəsini oxumaq.
    12-Süfrədəki yemək qalıqlarını yemək.
    13-Hər gün yüz otuz dörd dəfə "Əs-səməd” demək.
    14-Namazların (xüsusilə sübh və əsr namazlarının) təqibatını (namazdan sonrakı duaları) oxumaq.
    15-Allaha təvəkkül edib, Onun lütf və mərhəmətinə and vermək.
    16-Müstəhəbbi namazlar (xüsusilə sübh namazının nafilələrini və gecə namazını) qılmaq.
    17-Ata-ana və başqaları üçün dua etmək (xüsusilə süfrə başında əyləşəndə).
    18-Dəstəmaz alıb üzü qibləyə oturan halda, (arada fasilə vermədən) üç dəfə "Təlaq” surəsini oxumaq.
    19-Dünya malına həris olmamaq, xums və zəkat vermək. Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Allahın sənin mal-dövlətini artırmasını istəyirsənsə, malının zəkatını ver.”
    20-Mömin qardaşının istəyini yerinə yetirmək.
    21-Gündə on dörd, yaxud yüz dəfə "Əl-vəhhab” demək.
    22-Azan verən şəxs azan verəndə, onu zümzümə etmək (astadan təkrarlamaq).
    23-Hər gün "Qədr” surəsini oxumaq.
    24-Gecə namazı qılmaq.
    25-Həmişə dəstəmazlı olmaq.
    26-Gündə otuz dəfə "Subhanəllah” demək.
    27-Qonaqlıq vermək.
    28-Gündə yüz dəfə "La ilahə illəllahul-məlikul-həqqul-mubin” demək.
    29-Az danışmaq və yalanı tərk etmək.
    30-Qohumluq əlaqələrini kəsməmək.
    31-Əmanətə vəfalı olmaq.
    32-Bığı və dırnaqları qısaltmaq.
    33-"Hər gün yüz yetmiş üç dəfə "Əl-lətif” demək.
    34-Ayaq yolunda danışmamaq.
    35-Yeməkdən qabaq dəstəmaz almaq.
    36-Namazı xüzu halında qılmaq.
    37-Camaat namazında iştirak etmək.
    38-Azandan qabaq məscidə getmək.
    39-Yersiz və boş sözlər danışmamaq.
    40-Allahın verdiyi nemətlərə şükr etmək.
    Category: 40 mövzu 40 həqiqət | Added by: Islam_Kitabxanasi
    Views: 864 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024