İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » Files » Etiqat » 14 sual-14 cavab

    14 sual-14 cavab
    2012-01-03, 9:29 AM
    10-Şiələrin Quranın təhrif olunub, olunmaması haqqında əqidələri necədir?
    Şiələrə atılan böhtanlardan biri də budur ki, guya şiələr Quranın təhrif olunduğunu qəbul edirlər. Şiələrin fikrincə bu həmin Qurani-Şərifdir ki, onda nə bir nöqtə azalıb, nə də bir nöqtə çoxalıb. Allah təala Hicr surəsi 9-cu ayədə buyurur: ''Şübhəsiz ki, Quranı biz nazil etdik və sözsüz ki, Biz də onu qoruyub saxlayacağıq.'' Məşhur şiə alimi Şeyx Zeynud-din Amili bu ayənin təfsirini belə buyurur: ''Yəni biz Quranı bütün dəyişikliklərdən qoruyub saxlayacağıq. (''İzharul Həqq'' c. 2, səh.130) Yenə məşhur şiə alimi olan ''Şeyxut-taifə'' ləqəbli Əbu Cəfər Məhəmməd ibn Həsən Tusi on əsr (min il) bundan əvvəl Quranın təhrif olunub-olunmaması barədə belə buyurub:''Nöqsanlı olma və yaxud sonradan artırma Qurana yaraşmayan bir xüsusiyyətdir. Qurana artırılma və ya azaldılma fikri bizim məzhəbə yaddır.'' (''Tibyan'' təfsiri c. 1, səh.3) Daha bir hörmətli şiə alimi Qazi Seyyid Nurəddin Tüstəri 410-420 il bundan qabaq buyurub: ''Bəzi adamlar şiələrin Quranın təhrif olunması fikrini qəbul etdiklərini bildirirlər. Şiələr arasında həmin əqidəyə etina olunmur.'' (''Alaur-Rəhman'' səh.25) ''Bəhaud-din Amili'' ləqəbli məşhur şiə alimi Məhəmməd ibn Hüseyn dörd əsr bundan qabaq belə buyurmuşdur:''Düzgün söz budur ki, Quran hər bir artırmadan və naqislikdən amandadır.'' (''Alaur-Rəhman'' səh.25) Gördüyünüz kimi şiə məzhəbi Quranın təhrif olunmasını qəbul etmir.
    11-Matəm mərasimlərinin və İmam Hüseynə əzadarlığın səbəbi nədir?
    Yüz illərdir ki, hər Məhərrəm ayında bütün dünyada bir çox müsəlmanlar, Peyğəmbər(s) və Əhli-beytini sevənlər qəmli göz yaşları ilə Aşura mərasimi qeyd edirlər. Aşura günü bildiyimiz kimi İslam Peyğəmbəri(s)-in nəvəsi, Cənnət gənclərinin ağası, İmam Hüseyn(ə) qəddar Yezidlə mübarizədə Yezid və onun köməkçiləri tərəfindən vəhşicəsinə qətlə yetirilmiş və İmam ailəsi dəhşətli günlər yaşamışdır. Həmin gün Yezid və onun qəddar ordusu Peyğəmbər(s)-in nəvələrini, körpə uşaqları qətlə yetirmiş, İmamın başını kəsib, şəhər-şəhər gəzdirib o mübarək başı nümayiş etdirmişdilər. Onlar bu hərəkətləri ilə İmama qalib gəldiklərini nümayiş etdirmək istəyiblər, lakin dərk etməyiblər ki, onlar artıq uduzublar və bu hərəkətləri onlara qarşı ancaq nifrəti artırır və buna sübut 13 əsr ərzində əksər müsəlmanların onlara lənət yağdırmasıdır. İmam Hüseyn(ə) hərəkatı bütün müsəlmanlara böyük bir dərs oldu ki, onun da uğurlu nəticələri oldu. Ən əsası isə İslam dini qorunub saxlandı, məlun Yezid qətlə yetirildi, müsəlmanlar münafiqləri tanıdı və İmam Hüseyn məktəbi yaradıldı. Hüseyn məktəbi tək müsəlmanlara deyil, qeyri müsəlman olan xalqlara da nümunə olmuşdur. Məsələn, Hindistanın azadlıq hərəkatının lideri Maxatma Qandi öz diskusiyalarından birində ''Biz öz azadlıq hərəkatımızda müsəlman Hüseyndən nümunə götürdük'' deyə qeyd etmişdir. Göründüyü kimi Aşura mərasimini keçirmək qeyrət, şücaət, vətənpərvərlik, ədalət dərslərini yaymaqdır. Xüsusən də bu dərslərin bizə erməni yezidləri ilə mübarizədə, torpaqlarımızı azad etmək üçün çox təsiri var və zəruridir. Lakin bəzi ağzıgöyçəklər, bu mərasimlər təşkil olunub keçiriləndə ağzını büzür və məntiqə uyğun gəlməyən sözlərlə ürəkləri bulandırırlar. Elələri də var ki, efir vasitəsi ilə müqəddəs Qurani-Şərifdən ayə oxumaqla, ''Haram aylarda özünüzə zülm etməyin'' ayəsini bu keçirilən mərasimə aid edirlər və camaat arasında çaşqınlıq yaradırlar. Qeyd edirlər ki, Məhərrəm ayı haram ay olduğundan insan gərək özünə zülm etməsin. Belə şəxslər dərk etmirlər ki, zülm etmək Aşura mərasimini qeyd edib İmama ağlamaq deyildir, zülm bu mərasimi yaddan çıxardıb min cür günahlar etməkdir. Əgər Məhərrəm ayında bu mərasimi qeyd etmək zülm hesab olunsaydı, deməli Zilhiccə ayı da haram ay olduğundan bu ayda da heç kəs əziyyət çəkib Həcc qanunlarına uyğun şəkildə Məkkə şəhərinə ziyarətə getməməlidir. Qeyd edək ki, bu ziyarətin əziyyəti Aşura mərasiminin əziyyətindən qat-qat artıqdır. Aşura mərasimi bizlərə Hüseyn məktəbini öyrədir. Hüseyn məktəbi isə bütün bu göstərilənlərlə mübarizə deməkdir. Hər kəs bu mübarizəyə qoşulsa, Aşura günü və ümumiyyətlə haram ay sayılan məhərrəm ayında əzadarlıq edib İmam Hüseyn məktəbinin yaşanmasında iştirak etsə özünə zülm etməz əksinə böyük savab qazanar və Hüseyn tərəfdarlarından sayılar. Cənnət cavanlarının tərəfdarları olmaq, onun məktəbinin yaşanmasında iştirak etmək, Qiyamət günü İmam Hüseyn şəfaətini qazanmaq deməkdir. Peyğəmbər(s) buyurur: ''Ya Fatimə, Qiyamət günü Hüseynə ağlayan gözlərdən başqa qalan bütün gözlər ağlayar.'' Əhli-Beyti sevənlər Peyğəmbər(s)-ə olan etiqad və imanları səbəbindən Peyğəmbər nəslində üz vermiş faciə günlərinin ildönümündə bir çox yığıncaqlar təşkil edərək şəhidləri yad edirlər və Qurani-Kərim oxuyurlar. Peyğəmbər(s)-in vəfat edib Cənnət aləminə təşrif apardığı gün səfər ayının 28-də şiələr məclislər təşkil edirlər,əzadarlıq keçirirlər və məscidlərdə İslam Peyğəmbərinin şəxsiyyəti haqqında söhbətlər edirlər. Cəfərilərin ən duyğulu və təsirli matəm mərasimi Məhərrəm və Səfər aylarında keçirilən əzadarlıq günləri içərisində Aşura, yəni Məhərrəm ayının 10-cu gününün mərasimidir. Həmin gün İmam Hüseyn(ə)-ın şəhid olduğu gündür. Bu matəm mərasimində minlərcə böyük dini şəxslər iştirak edir. Çünki, İmam Hüseynin başına gələn fəlakət, bəla və müsibət başqa faciələrə nisbətən daha dəhşətlidir. Belə bir faciə heç bir məmləkətdə görünməyib. Bu məclisdə haqq yolunda şəhid olan imamımızdan ibrət almaq məqsədilə xütbələr oxunur, haqq yolunda necə şəhid olmaq, zülmkarlığa və münafiqliyə qarşı mübarizə aparmaq dərsi verilir. Bu məclis İslam dininə dəvət etməyin ən yaxşı yoludur. Bu məclis bir daha göstərir ki, insanın ölümü ilə heç nə unudulmur. Edilən qəhrəmanlıq, şəhidlik ən uca zirvə kimi qəlblərə həkk olunur. İmam Hüseyn(ə) bütün İslam dünyasının fəxridir, Peyğəmbərimizin balası və əzizidir. Hüseyn adı ona Allah tərəfindən qoyulmuşdur. Peyğəmbər(s) buyurur: ''Hüseyni sevən məni sevir, məni sevən Allahı sevir!'' Bu hədisdən belə aydın olur ki, Hüseyni sevməyən Peyğəmbəri sevməz, Peyğəmbəri sevməyən isə Allahı, Allahı sevməyən isə dinsizdir. İmam Hüseyn(ə) münafiqlərlə mübarizədə sübut etmişdir ki, İslama qalib gəlmək mümkün deyil. İslam dini yenilməz və məğlubedilməz bir dindir. İmam Hüseyn(ə)-ın əzadarlığının böyük savabı var. Ona görə ki, bununla müsəlmanlar qəflətdən oyanır, münafiqlərin və zülmkarların at oynatmasına imkan vermir. İmam Hüseyn(ə)-ın şücaətini onların yadına salır. Bildirilir ki, Hüseyn aşiqləri, Əhli-Beyt şiələri İmam Hüseyn əleyhis-səlamı heç vaxt unutmurlar. Bu əzadarlıq münafiq və zülmkarlara sərf eləmir. Ona görə də onun əleyhinədirlər. Müsəlmanlar isə zülmkarlığı və ədalətsizliyi aradan qaldıran Kərbəla faciəsini yaddan çıxarmamalıdırlar.
    12-On ikinci imam qeybdədir yoxsa hələ bundan sonra dünyaya gələcək?
    Əhli-Beyt şiələrinin inancına görə, Peyğəmbər(s)-in biliklərinin varisi və ümmətə vəli olanların sayı on ikidir ki, bunlar da Peyğəmbər övladları olan 12 imamdır. İslam Peyğəmbəri də məhz onları tanıtmış və adlarını bəyan etmişdir: 1-İmam Əli(ə), 2-İmam Həsən(ə), 3-İmam Hüseyn(ə), 4-İmam Zeynəl-Abidin(ə), 5-İmam Məhəmməd Baqir(ə), 6-İmam Cəfəri Sadiq(ə), 7-İmam Museyi- Kazim(ə), 8-İmam Rza(ə), 9-İmam Məhəmməd-Təqi(ə), 10-İmam Əliyyən-Nəqi(ə), 11-İmam Həsən Əsgəri(ə), 12-İmam Mehdi (əc.) Hamı onun zühurunu gözləməkdədir.
    Hələ on iki imam dünyaya gəlməmişdən öncə ülamə və səhabə bu əqidədə idi ki, Peyğəmbərimizdən sonra ümmətə on iki şəxs rəhbər olacaq. Məşhur sünnü alimi Buxari ''Səhihi Buxari'' c. 9, səh.101-də yazır: ''Həzrət Peyğəmbər buyurmuşdur ki, sizin on iki əmiriniz olacaq və onların hamısı Qüreyşdəndir.'' Tirmizi ''Səhih''ində (c. 2) və Əhməd ibni Hənbəl ''Müsnəd''ində (c. 1 səh.9, c. 2 səh.101, c. 5 səh.92) Cabirdən nəqlən yazırlar: ''Peyğəmbər buyurdu ki, İslam dini, hamısı Qüreyş qəbiləsindən olan və sizə xəlifəlik edəcək on iki şəxsiyyətlə sabit və daimi qalacaqdır.'' Şiə məzhəbi Qüreyş qəbiləsindən ümmətə rəhbər olan on iki şəxsi məhz Peyğəmbərin öz nəslindən, qüreyşlilərdən olan on iki imamı qəbul edir. On ikinci imamın qeybdə olması haqqında da şiələrin əlində dəlillər və sübutlar vardır. Peyğəmbəri Əkrəmdən bütün zamanlar üçün bir hədis nəql olunub:''Hər kəs ölə və öz zamanının imamını tanımaya, cahiliyyət dövrünün insanları kimi ölmüşdür.'' Bu hədisi görkəmli Əhli-sünnə alimləri öz kitablarında yazmışlar, belə ki, 1-''Səhihi Müslüm'' c. 12, səh.440, 2-''Səhihi Buxari'' c. 5, səh.13, 3-''Kənzül Ümmal'' c. 1, səh.103, 4-''Müsnədi Əhməd'' c. 4, səh.96 buna sübutdur. Bu hədisdən aydın olur ki, hər zamanın öz imamı var. Belə bir sual meydana çıxır ki, bəs bu zamanın imamı kimdir? Cavab isə budur ki, bu zamanın imamı 12-ci imam Həzrəti Mehdi(əc.)-dir. Onu görmək isə mümkün deyil, çünki o, sünni və şiənin qəbul etdiyi tarixi sənədlərə əsasən dünyaya gəldikdən sonra Allahın iznilə qeybə çəkildi və hal-hazırda qeybdədir. Sünnü alimlərinin ən görkəmlisi Təbəri 12-ci imamın qeybi zamanında yaşamışdır və həmin dövrdə o, ''Tarixur-rəsul-vəl-mülük'' kitabında bu tarixi hadisə barədə yazmışdır. Kitab ''Təbəri tarixi'' adı ilə məşhurdur. ''Tənbihul əşraf'' və ''Murucus-zəhəb'' kitablarında da, bu barədə məlumatlar var. Əhli-sünnə məzhəbində İmam Məhdi(ə)-ın qeybə çəkilməsi barədə 500-dən artıq hədis vardır.
    13-''Siğə'' nədir?
    ''Siğə'' İslam aləmində müvəqqəti evlənmək deməkdir. İnsanlar öz tələbatlarını siğə etməklə ödəyə bilərlər. Əlbəttə ki, siğə etmək şəriətdə müəyyən olunmuş qaydalara və qanunlara əsasən olmalıdır. Biz sizə siğə qaydaları haqqında yox, sadəcə onun icazəsi barədə məlumat verəcəyik, daha dəqiq desək siğənin dini əsasları haqqında bilgilər söyləyəcəyik. (Siğə qaydaları ilə maraqlananlar isə şiə alimlərinin risalələrinə müraciət edə bilərlər.)
    Siğə barədə olan Quran ayəsi və hədislərdən aydın olur ki, siğənin şəriətə uyğun olmasında heç bir şübhə yeri yoxdur. Qurani-Şərifdə, ''Nisa'' surəsinin 24-cü ayəsində siğənin düzgün olmasını sübut edən dəlil vardır. ''İstifadə (yaxınlıq) etdiyiniz qadınların haqlarını lazımi qaydada verin.'' Bu ayənin müvəqqəti evlənmə (siğə) haqqında nazil olması barədə məşhur sünnü alimləri öz təfsir kitablarında yazmışlar.
    Əbu Cəfər Məhəmməd ibni Cərir Təbəri öz təfsirində Sədi, Mücahid və ibni Abbasdan nəql edir ki, ''Nisa'' surəsi 24-cü ayə müvəqqəti evlənmə barəsində nazil olmuşdur. Həmçinin məşhur Əhli-sünnə alimi Süyuti ''Əd-durrul-mənsur'' (c. 2, səh.140) kitabında bu haqda qeyd etmişdir. Müvəqqəti evlənmə barədə nazil olan ayə haqqında və Peyğəmbər(s)-in dövründə müvəqqəti evlənmənin olması haqqında başqa Əhli-sünnə alimlərinin kitablarına da müraciət edə bilərsiniz, ''Səhihi Buxari'', ''Müsnədi Əhməd'', ''Sünnəni Beyhəqi'' c. 7, səh.306, ''Təfsiri Təbəri'' c. 5, səh.9, ''Səhihi Müslüm'' c. 1, səh.395, ''Təfsiri Fəxri Razi'' c. 3, səh.201.
    Müslüm ibni Həccac Cabir ibni Abdullahın və Səlamət ibni Əkunun belə buyurduqlarını nəql edir: ''Allahın Peyğəmbəri sizə istimtanın (müvəqqəti evlənməyin) icazəsini verdi, yəni müvəqqəti evlənməni inayət etdi.'' Peyğəmbərin carçısı bizim yanımıza gəlib dedi: ''Allahın Peyğəmbəri sizə istimtanın yəni müvəqqəti evlənməyin icazəsini verdi.'' (''Səhihi Müslüm'' c. 4, səh.130, Misir çapı) Bu ayə və hədislər Peyğəmbərin(s) vaxtında siğənin olmasını sübut edir və bizə aydın olur ki, həqiqətən də Peyğəmbər(s)-in zamanında müvəqqəti evlənmə var idi. Görəsən sonradan nə baş verdi ki, müvəqqəti evlənmə ixtilaflı məsələyə çevrildi və bir çox məzhəblər indi də bunu qəbul etmirlər. Gəlin yenə də Əhli-sünnə alimlərinin kitablarına müraciət edək. Müslüm ibni Həccac yazır ki, İbni Abbas və İbni Zübeyr, qadınları siğə etmək və həcc mütəsi (Həccidə Ömrə və Həcc əməlləri arasında insanın öz halalı ilə (istər müvəqqti, istərsədə daimi kəbindən olan əhli-əyalı ilə) yaxınlıq etməsi) barədə ixtilaf etdilər. Cabir ibni Abdullah bunları görüb dedi: ''Biz Peyğəmbəri Əkrəmin sağlığında onların hər ikisinə əməl edirdik. Amma sonra Ömər bizə o iki şeyi qadağan etdi və ondan sonra daha biz ona əməl etmədik.'' (''Səhihi Müslüm'' c. 1, səh.395, Misir çapı) (''Sünnəni Beyhəqi'' c. 7 səh.206) ''Əgər Ömər müvəqqəti evlənməyi qadağan etməsəydi, bədbəxt və yaramaz insanlardan başqa heç kəs zina etməzdi.'' (''Əd-dürrul-mənsur'' c. 2 səh.140)
    Əli ibni Quşçi isə yazır ki, Ömər ibni Xəttab minbərə çıxıb belə dedi: ''Ey camaat, üç şey vardır ki, Peyğəmbər(s) zamanında var idi, mən onları qadağan edirəm. Onlar qadınlarla müvəqqəti evlənmə, həcc mütəsi və azanda ''həyya əla xəyril-əməl''dən ibarətdir.'' Belə hədislər həddindən artıq çoxdur. Maraqlanmaq istəyənlər Əhli-sünnə kitabları olan ''Müsnədi Əhməd'' (c. 3 səh. 356 və 363), ''Zadul-məad'' (c. 1 səh.444), ''Səhihi Müslüm'' (c. 1 səh.395) və ''Sünəni Beyhəqi'' kitablarına müraciət edə bilərlər.
    14-Ölüyə Quranın ''Yasin'' surəsini oxumaq olarmı?
    Biz bu suala yenə məşhur əhli-sünnə alimlərinin topladığı hədislərlə cavab verəcəyik. Məhəmməd Həqqi həzrətləri ''Sirlər Xəzinəsi'' kitabında (''Hazinətül-Esrar'' tərcüməsi Türk dilində səh.578) Tirmiz Mekat ibn Yaşardan nəql edir ki, (1038-ci hədis) Peyğəmbər(s) buyurub: ''Yasin'' surəsi Quranın qəlbidir. Axirət yurdunu diləyərək bunu oxuyan insan mütləq bağışlanar. O halda bu surəni ölüləriniz üzərində də oxuyun.'' ''İslami həqiqətlər'' kitabında Əhməd Salman (360-cı səhifə, türk dilində) Buxari ibni Ömərdən, Təbəri Əbu Hüreyradan nəql edir ki, (1040-cı hədis) Peyğəmbər(s) buyurub: ''Gecə sırf Allah rizası üçün ''Yasin'' surəsini oxuyan kimsənin günahları bağışlanar. O halda bu surəni ölülərinizə də oxuyun.''
    Bunlardan əlavə Əbu Bəkirdən və ibni Abbasdan rəvayət edilmişdir ki, (''Ruhil-bəyan'' təfsiri ''Dörd səhih hədis'' kitabı Əbu Hüreyradan, 1044-1066-cı hədis) Peyğəmbəri Əkrəm buyurub: ''Qəbristanlığa girib ''Yasin'' surəsini kim oxuyarsa, mütləq o gün üçün o qəbirdəkilər həfiflənmiş olarlar. Oxuyana da oradakı ölülər sayısınca savab verilər.'' Əhli-sünnə alimlərinin topladığı hədislərdən aydın olur ki, ölüyə ''Yasin'' surəsini oxuyarkən həm ölünün ruhu şad olur, həm də oxuyan kimsəyə savab yazılır.
    Hörmətli oxucu! Əlinizdə olan bu kitabça əsasən özlərini ''əhli sünnə vəl-cəmaət'' ya ''müslim'' və ya ''sələf'' adlandıran vəhhabilərin Peyğəmbərimiz və onun pak Əhli-beytinin yoluyla gedən İslamın Cəfəri məzhəbindən olan şiə müsəlmanlara etdikləri yersiz iradlara cavablardan ibarətdir. Bu sualları cavablandıran sadə bir Azərbaycan vətəndaşı və vətənpərvər bir gənc Məmmədov Elşad İslam oğludur. Gördüyünüz kimi vəhhabilərin iradlarına cavab vermək üçün İlahiyyatçı və ya Ruhani olmaq lazım deyil, adi və sadə müsəlmanlar da onların səhv fikir və yolda olduqlarını sübuta yetirə bilər, çünki, həqiqət Gün kimi aydındır. Onu da qeyd etmək zəruridir ki, kitabçaya ilahiyyatçılar Vaqif Quliyev və Namiq Babaxan müsbət rəy vermişlər.
    Category: 14 sual-14 cavab | Added by: Islam_Kitabxanasi
    Views: 1062 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024