HƏZRƏT MƏSUMƏ ƏLEYHA SƏLAMDAN NƏQL OLUNAN HƏDİS 1. Həzrət Məsumə əleyha-salam İmam Sadiq (əleyhis-salam)-ın qızı Fatimədən, o da İmam Baqir (əleyhis-salam)-ın qızı Fatimədən, o da İmam Səccad (əleyhis-salam)-ın qızı Fatimədən, o da İmam Hüseyn (əleyhis-salam)-ın qızı Fatimə və Səkinədən, onlar da Fatimeyi Zəhranın (salamullahi əleyha) qızı Ümmü-Külsumdan, o da anası Fatimədən (salamullahi əleyha) belə nəql etmişdir: "Siz Qədir-Xumda Rəsulullahın buyurduğu "Mən hər kimin mövlasıyamsa (mövla–rəhbər, ixtiyar sahibi), Əli də onun mövlasıdır” hədisini, habelə, o Həzrətin Əliyə xitabən buyurduğu "Sənin mənimlə münasibətin Harunun Musa ilə olan münasibəti kimidir” sözlərini yaddan çıxartdınızmı?” 2. Həzrət Məsumə əleyha-salam İmam Sadiq (əleyhis-salam)-ın qızı Fatimədən, o da İmam Baqir (əleyhis-salam)-ın qızı Fatimədən, o da İmam Səccadın qızı Fatimədən, o da İmam Hüseyn (əleyhis-salam)-ın qızı Fatimədən, o da Həzrət Əli (əleyhis-salam)-ın qızı Zeynəbdən (salamullahi əleyha), o da Fatimeyi Zəhradan (əleyha-salam) belə nəql etmişdir: "Həqiqətən hər kəs Ali Mühəmmədin (Peyğəmbər övladlarının) məhəbbəti ilə dünyadan getsə, şəhid kimi dünyadan getmişdir.” 3. Həzrət Məsumə əleyha-salam İmam Sadiq (əleyhis-salam)-ın qızı Fatimədən, o da İmam Baqir (əleyhis-salam)-ın qızı Fatimədən, o da İmam Səccad (əleyhis-salam)-ın qızı Fatimədən, o da İmam Hüseyn (əleyhis-salam)-ın qızı Fatimədən, o da Həzrət Əli (əleyhis-salam)-ın qızı Zeynəbdən (salamullahi əleyha), o da Fatimeyi Zəhra (salamullahi əleyha)dan, o da Peyğəmbərdən (səlləllahu əleyhi və alihi və səlləm) belə nəql etmişdir: "Məni asimanlara doğru apardıqları vaxt behiştə daxil oldum və orada ağ və həlqə şəkilli dürlərdən qurulmuş bir qəsr gördüm, qapısı dür və yaqutla zinətləndirilmiş, qapısından bir pərdə asılmışdı. Başımı qaldıranda gördüm ki, belə yazılıb: "La ilahə illəllah, Muhəmmədun rəsulullah, Əliyyun vəliyyul-qövm”, yəni "Allahdan başqa heç bir məbud yoxdur, Mühəmməd Onun rəsuludur, Əli xalqın ixtiyar sahibi (və rəhbəri)dir.” Pərdədə isə belə yazılmışdı: "Bəh-bəh! Kim Əlinin şiələri kimi ola bilər?!” Daxil oldum, içəridə qırmızı və həlqə şəkilli əqiqlərdən düzəldilmiş bir başqa qəsr vardı, gümüş qapısı yaşıl zümrüdlərlə zinətləndirilmişdi. Onun da qapısından pərdə asılmışdı. Başımı qaldırdım, gördüm ki, qapıda belə yazılıb: "Mühəmməd Allahın rəsuludur, Əli Müstəfanın canişinidir”. Pərdədə isə belə yazılmışdı: "Əli şiələrinə, onların halalzadə olduqlarını müjdə ver.” İçəri daxil oldum, həlqə şəkilli zümrüdlə tikilmiş daha bir qəsr vardı, belə ki, ondan yaxşısını görməmişdim, qapısı qırmızı yaqutdan idi, lö”lö ilə zinətlənmişdi. O qapıdan da pərdə asılmışdı. Başımı qaldıranda gördüm ki, pərdədə belə yazılıb: "Əlinin şiələri nicat tapanlardır.” Cəbrəildən soruşdum: –Bu qəsr kimə məxsusdur? Dedi ki, sənin əmioğlun və canişinin Əliyyibni Əbitalibindir. Əli şiələrindən başqa insanların hamısı qiyamət günü çılpaq və ayaqyalın məhşərə gələcəklər və hamını analarının adı ilə, Əli şiələrini isə atalarının adı ilə çağıracaqlar. Dedim: –Ya Cəbrəil, nə üçün belə olacaqdır? Dedi: –Çünki onlar Əlini sevirlər, buna görə də halalzadədirlər.” Çoxlu rəvayət və Quran ayələri də Əli (əleyhis-salam)-ın rəhbər və vilayətinə dəlalət edir, o cümlədən: "Şəksiz sizin rəhbər və mövlanız yalnız Allah, Onun Rəsulu və iman gətirib rüku halında zəkat verənlərdir.” (Bu ayə Əli (əleyhis-salam) namaz qılıb rüku halında öz üzüyünü sailə verəndə nazil olmuşdur.)[204]
HƏZRƏT ƏMİRƏL-MÖMİNİN ƏLİNİN (əleyhis-salam) ŞƏHADƏTİ Verilər bu xəbəri nisbət Ümmü-Gülsumə Mənə qonaq idi Şiri-Xuda, Şəhi-əbrar[205] Dürüst etdim[206] iki qursu co,[207] bir az da nəmək[208] Əlavə bir kasa süd gətirdim eyləsin iftar Atan Əlini, dedi, görmüsən qızım ta hal[209] İki xüruşt[210] yeyə bir yerdə ey həmidə şüar[211] Birin götür buların! İstədim duzu götürəm Dedi bu kaseyi-şiri[212] götür qızım, zinhar[213]! Əli ləziz təamı[214] nə növ[215] meyl eləsin? Hesabını çəkəcək Kirdigar[216] yövmi-şümar![217] Qərəz, İmam iki lüqmə təam meyl elədi Namaz başladı rüknü-səlati-Maliki-Barr[218] Qılıb namaz gəhi səhni xaliyə[219] çıxdı Nücumə[220] eylədi gəh çeşmi həsrətilə nəzar[221] Baxıb göyə dedi: Səddəqtə[222] ya RəsulAllah! Nişan verir ölüm asarı[223] sabitü-səyyar[224] Dedim: baba, niyə vəhşətdəsən, nə var bu gecə? Çox iztirabdasan, qıl qəmin mənə iş”ar[225] Buyurdu: Bu gecəni Müstəfa veribdi xəbər, Tülui-sübhidə[226] var çox mühüm bir xəbər Deyib bunu yenə ibadətə oldu məşğul O qədər ibadət edib sübhə qaldı bir miqdar Durub ayağa eylədi atam vüzui-təcdid[227] Xiyal edibdi[228] gedə məscidə şəhi-əbrar O dəm kəmər qapı qüllabəsində bənd oldu Açıldı bəndi-kəmər, çəkdi ahi-atəşbar[229] Kəmali-vəhşət[230] ilə şahi-din kəmərbəndi Götürdü, bağladı, la hövl[231] eylədi təkrar Buyurdu: bağla Əli, ölməyə belin möhkəm Fəraq başa yetibdi, yaxındı vəsli-nigar[232] *** Var idi bir neçə mürğabi[233] səhni-xanədə Onlar da daməni-mövlayə[234] vəsl edib minqar[235] Zəbani-hal ilə guya deyirdilər: getmə Olubdu qətlivə amadə[236] düşməni xunxar[237] Əlini Kufədə qoy, Kərbəladə oğluna bax Vidayi-şahi-şəhidanın əcəb şadimani[238] var Çıxıb vəliyyi-Xuda xanidani-izzətdən[239] Olubdu məscidə miri-ənar,[240] rəhsipar[241] O gecə məscidi Kufənin qəribə aləmi var O yerdə cəm idi yeksər mühacirü-ənsar Biri dua, biri Quran tilavət eyləyirdi Demə haman gecə yatmışdı bir nəfər dəyyar[242] Namazi-şəb[243] qılan, Allaha kəşfi-raz eləyən[244] Nə haldaydı? Ona yoxdu taqəti-qoftar[245] Çadır qurulmuşdu, etikaf[246] edən vardı İbadət etməyə məşğul idi təmami-əhrar[247] Yazırlar qurmuş idi bir çadır da Quttamə Özünü mötəkifə[248] eyləmişdi ol qəddar Bunlar bu yanda, Əli qətlinə edib iqdam O yan tərəfdə Əli dilşikəstə hüzzar[249] Kəmali-şövq ilə mehrabi-taətə[250] keçdi Üzün qibləyə döndərdi qiblətül-əxyar[251] İmam nafileyi-sübhə eyləyəndə şüru[252] Açıldı babi-səma,[253] götürdü pərdəni Səttar[254] Göyün mələklərinə əmr edib: yer üstə baxın, Görün vəliyyim edir can, nə rəğbət ilə nisar![255] Əlini cəzbeyi-eşqi-Xuda[256] edibdi məczub[257] Şikəstə qəlbi olub hübbi-Həqq[258] ilə sərşar[259] Veribdi xatəmə üç rüknə, rüknü-əsli-salat[260] Qoyubdu səcdəyə baş, qütbü-nöqteyi-pərgar[261] Qılıc əlində Muradi[262] kəmin edib nagah,[263] Xudadan etmədi şərmü-həya, ol kani-nigar Əbu Turab başını səcdədən götürdü vəli, Qalaydı səcdədə ey kaş, İmami-əşki-vüqar O endirir qılıcı, Mürtəza başın götürür Təsadüf eylədi[264] fərq ilə tiği-kin,[265] naçar Bölüb əmmaməni, baş parçalandı, qan axdı Edib başından axan qan mühasinin[266] gülnar[267] Həvadə başın açıb Cəbrəil səsləndi, Dedi: hidayətin ərkanı münhədim oldu[268] Boyandı qanə namaz üstə Heydəri Kərrar Əflakidən[269] gəlir səs: Şahi-vilayət öldü! İslamə yetdi sədmə, elmü-ədalət öldü Yer-göy gəlib nəvayə, ağlarlar Mürtəzayə İslama yetdi sədmə,[270] dinü-şəriət öldü *** Bir kimsə ki, var idi şəxsiyyəti-cəhani[271] Hər kəlmə həqq sözündə min hikmətü-məani[272] Mehrabidə töküldü dəsti-sitəmlə[273] qani Haqqü-həqiqət öldü, ruhi-səadət öldü *** Nəhcül-bəlağəsindən məfhum olan həqayiq[274] Dünya boyu cahanda nahəqqü-həqqi fariq[275] Fövqi-kəlami-məxluq, duni-kəlami-Xaliq[276] Din öldü, daniş[277] öldü, nami-fəzilət[278] öldü *** Gizlətdi əbri-xunin,[279] simayi-aftabi[280] Zülmət cahanı tutdu, bağlandı elm babı Çəkdi turabi-tirə,[281] ağuşə Bu Turabı Babi-məcaz[282] açıldı, ruhi-həqiqət öldü *** An radmərdi-tarix, an rəhbəri-səadət[283] Bəs ki[284] qəzavətində göstərdi çox ədalət Ta şiddəti-ədalət tövlid edib[285] ədavət Öldürdülər Əlini, billah, ədalət öldü *** Şəxsiyyətin olsaydı gər[286] xarici vücudi Şəkli-Əlidə mütləq məri[287] olardı budi[288] Ərzi-qəriyyə olsun, Rəbbüs-səma dürudi[289] Orda yatan, ölən gün, cudü-səxavət[290] öldü *** Xak ilə zər[291] Əlinin yeksan idi gözündə Xəlq olmadı nəziri, manəndi[292] yer üzündə Hər xeyrə əmr edibdi mövcud idi özündə Tapdı Əli şəhadət, cudü-səxavət öldü *** Müstəcmiü-sifati-ziddeyn[293] idi o mövla Mehrabidə duranda mir”ati-zöhdü-isar[294] Meydani-rəzmigəhdə[295] şiri-süfufi-iycar Şir öldü, sövlət[296] öldü, nami-şücaət[297] öldü *** Başdan qılıclananda ol radmərdi-aləm Oldu bu şeş cihatın[298] nəzmü-nizamı bərhəm[299] Baş verdi sübhü-sadiq, kəşf oldu razi-mübhəm[300] Azadəgi,[301] fütüvvət,[302] zöhdü-ibadət öldü *** Yerdən ucaldı ərşə fəryadi-va-Əliyya! Bu səsləri eşitdi, Zeynəbi-Sitri-Ülya Qaldı nə halə bilməm tövzihə yoxdu yara[303] Səsləndi od üzündə mehrü-ütufət[304] öldü *** Ağlar göz ilə gəldi, ərz etdi Müctəbayə Övza[305] da münqəlibdir,[306] yer-göy gəlib nəvayə Dur gör nədir bu səslər, nə gəldi Mürtəzayə? Biz səs gəlir deyirlər: Şahi-vilayət öldü! Behişt ki, eşidibsən, Əli vilayətidir[307] Əli ədavəti duzəxdi,[308] besə darül-qərar[309] Xuda cəhənnəmi xəlq eyləməzdi əhli-zəmin[310] Göy əhli tək eləsəydi vilayətə iqrar *** Xəlaiqin[311] əməlini vəzn edərlər[312] məhşərdə Əli əməllərə mizandı, faili-muxtar[313] Biri əgər səqəleynin[314] ibadətin gətirsə Gedər cəhənnəmə–Əli həqqin eyləsə inkar! *** Peyğəmbər ilə müvəhhid[315] qəbul edər tövhidi Əli məhəbbəti möminlərə olub meyar Əli əlaməti-imandır, miri-əhli-yəqin[316] Əlidir ayineyi-Həyyü-Qadirü-Ğəffar *** Əli adına zebəs[317] ruhumun əlaqəsi var Başına dolannam, nə qədər ki ömrüm var Fəna cahanda Əli 63 il ömr elədi Bu 63 ili gördü çox əziyyətü-azar *** Nə zəhmət ilə əziz ömrünü başa vurdu Dilimdə yoxdu təvan, edəm təmami-izhar[318] Keçəndə hicrəti-Tahadən ərbəinə sənə[319] Əcəl piyaləsini etdi nuş Heydəri Kərrar Allaha and olsun ki, hidayət sütunları dağıldı; Təqva nişanələri məhv oldu, Allahla insanlar arasında olan möhkəm ip–”ürvətül-vüsqa” nazikləşdi
204.Bax: "Təfsirü Fəratil-Kufi”, səh.40-41; "əmali” (Şeyx Səduq), səh.107; "Təfsiri-tibyan” (Şeyx Tusi), 3-cü cild, səh.559; "əl-ehticac” (Təbərsi), 2-ci cild, səh.489; "Təfsiri-Təbəri”, 6-cı cild, səh.186; "əsbabün-nüzul” (Vahidi), səh.113; "əl-mənaqib” (İbni Məğazili), səh.312, 313; "əl-mənaqib” (Xarəzmi), səh. 264; "Təzkirətül-xəvass”, səh.24; "Təfsiri-Razi”, 12-ci cild, səh.26; "Kifayətüt-talib”, səh.250; "Zəxairül-üqba”, səh.88; və s. 205.Yaxşı insanların şahı 206.Hazırladım 207.İki arpa çörəyi 208.Duz 209.Bu vaxta qədər 210.İki növ xörək 211.Ey bəyənilən insan 212.Süd kasasını 213.Amandı 214.Ləzzətli yemək 215.Necə 216.Allah 217.Qiyamət günü 218.Maliki-Barrın (Allah) namaz rüknünü 219.Boş həyətə 220.Ulduzlara 221.Baxış 222."Doğru buyurmusan” 223.əsər-əlaməti 224.Sabit və hərəkətdə olan ulduzlar 225.Elan 226.Sübhün açılışında 227.Dəstəmazı təzələmək 228.İstəyibdi 229.Yanıqlı ah 230.Tam həyəcanla 231."La hövlə və la qüvvətə illa billah” dedi 232.Allahla vüsal 233.Qaz 234.Mövlanın ətəyindən 235.Dimdik 236.Hazır 237.Qaniçən düşmən 238.Şadlığı 239.İzzət və şərafət sülaləsi 240.Həzrət Əmir (əleyhis-salam) 241.Yola düşən 242.Alçaq, məlun 243.Gecə namazı 244.Allahla raz-niyaz edən 245.Deməyə taqət 246.Məsciddə qalıb ibadətlə məşğul olmaq 247.Bütün azad insanlar 248.Məsciddə müəyyən ibadət növüdür 249.Qəlbi sınıq, hazır 250.İbadət mehrabına 251.Gözəl insanların qibləsi 252.Sübhün nafiləsinə başlayanda 253.Asimanın qapıları 254.Allahın adıdır 255.Can nisar etmək–canını Allaha təslim etmək 256.Allahın eşq cazibəsi 257.Cəzb etmişdir 258.Allah məhəbbəti ilə 259.Dolu 260.Namazın əsl rüknləri 261.Pərgarın qütb nöqtəsi, yəni imkan aləminin, kainatın qütb nöqtəsi 262.əbdürrəhman ibni Mülcəm 263.Pusquda durub 264.Qarşılaşdı, toqquşdu 265.O Həzrətin mübarək başına kinə qılıncı dəydi 266.Saqqalını 267.Qırmızı 268.Dağıldı 269.Fələklərdən (kainatdan) 270.Zərbə dəydi 271.Dünyəvi şəxsiyyəti 272.Hikmətlər, mənalar 273.Zülm əli ilə 274.Həqiqətlər 275.Nahaqla haqqı ayıran 276.Məxluqun kəlamından yüksəkdə, Allah kəlamından aşağıda 277.Elm, bilik 278.Fəzilətin adı 279.Qanlı bulud 280.Günəşin simasını 281.Qara torpaq 282.Haqqı-həqiqəti görməməzliyə vurub məcazi mənalara istinad etdilər 283.Tarixin o alicənab şəxsiyyəti, o səadət rəhbəri 284.O qədər 285.Yaradıb, əmələ gətirib Corc Cordaq məsihi olmasına baxmayaraq, Həzrət Əli əleyhissalamın aşiqlərindəndir və Həzrətin ədaləti barədə "Sövtül-ədalətil-insaniyyə (insani ədalət səsi) adlı dəyərli bir kitab yazmışdır. O, bu kitabda yazır ki, əlini öz ədaləti qətlə yetirdi, həddindən artıq ədalətli olduğuna görə, münafiqlər buna dözə bilmədilər. 286.Əgər 287.Görünən 288.Vücudu 289.Salamı 290.Səxavət və ehsan 291.Qızıl ilə torpaq 292.Misli, tayı-bərabəri 293.Bir-birinə zidd olan gözəl sifətlərə malik; yəni ehsan, bəxşiş, mehribanlıq, ibadət, səxavət və s. kimi Allah bəyənən sifətlərdə hamıdan qabaqda idi, həmçinin, Allahın bəyənmədiyi sifətlərdə, günahlarda özünü ən yaxşı qoruyan, beytül-malın məsrəfində ən çox diqqət yetirən, zalımlardan ən güclü surətdə intiqam alan, haqsızlıqla barışmaz vəs. 294.Zöhd və fədakarlıq rəmzi 295.Döyüş meydanında 296.Heybət 297.Şücaətin adı 298.Yəni kainatın 299.Pozulmuş 300.Gizli sirrlər 301.Azadlıq 302.Comərdlik 303.İzahata taqət yoxdur 304.Mehr-məhəbbət 305.Vəziyyət 306.Pərişan 307."Vilayət” möminlərin dini və siyasi rəhbərliyi deməkdir, bu da islam dininin əsas sütunlarından biridir. Hər kəs "Bəqərə surəsinin 124-cü ayəsində azacıq təfəkkür etsə, başa düşər ki, imamət məsələsi adi bir iş olmayıb əksinə, nübüvvətdən də yüksək bir məqamdır, çünki, HƏZRƏT İbrahim bütün imtahanlardan başıuca çıxıb Allahın yanında üzüağ olduqdan sonra Allah buyurdu ki, Mən səni imam təyin edirəm. əgər ümmətə rəhbərlik camaat tərəfindən seçilməklə olsaydı, onda Allah buyurardı ki, qoy camaat səni imam və rəhbər seçsin, halbuki, Allah buyurur ki, "Mən səni camaata imam seçdim.” İbrahim (əleyhis-salam) soruşanda ki, mənim övladlarımdan da imam olacaqmı, Allah buyurdu ki, Mənim əhdim (imamət) zalımlara əsla yetişməz. Zalım isə "Loğman” surəsində buyurulduğu kimi, Allaha şərik qoşan şəxslərdir. əbubəkr, Ömər və Osman besətdən əvvəl şirk bataqlığında üzürdülər və müşriklərin başçıları idilər, halbuki, Həzrət Əlinin (əleyhis-salam) özündən əlavə, əcdadlarından da heç biri, bir an da olsun belə, müşrik olmamışlar. 308.Cəhənnəm 309."Nə pis yerdir ora!” 310.Yer əhli 311.Məxluqatın 312.Tərəzidə ölçərlər 313.İxtiyar sahibi 314.İnsanların və cinnlərin 315.Allahpərəst 316.Yəqin əhlinin şahı 317.O qədər 318.İzharı tamam edim 319.Peyğəmbərin vəfatından 40 il keçəndə
|