İMAM HÜSEYNİN (əleyhis-salam) ŞƏHADƏTİ Saldı Hüseyn cəhanə, qovğayi inqilabi (2) Qaniylə etdi rəngin, simayi inqilabi (2) *** Tərk etdi həsrət ilə, Peyğəmbərin məzarin Həm qəbri Müctəbanı, həm Fatimə kənarın Üz qoydu Kərbəlayə, tərk etdi öz diyarın Ta gəldi məskən etdi, səhrayi inqilabi *** Gördü Yezidi tutmur, Allahı heç nəzərdə Ehsas edibdi Quran, var mərəzi xətərdə[327] Musayi dəhri[328] getdi, Firon ilə nəbərdə[329] Doldurdi cilvəsindən simayi iinqilabi *** Səhrayi Kərbəladə, bərpa edib xəyamın[330] Yetmiş nəfər mücahid, dövrün alıb İmamın Bir-bir dedi o qövmə, bərnameyi qiyamın[331] İçirtdi Əhli-Beytə şəhdayi inqilabi *** Ərz eylədi İlahi, tövfiqi ver Hüseynə Yetmiş iki fədani, qurban verim bu dinə Üz Kəbədən çevirdim, gəldim bu sərzəminə[332] Ta bildirəm cəhanə, mənayi inqilabi *** Mən etmişəm iradə, səhrayi Kərbələdə Quranü-din yolunda, başım gəzə cidadə Ya səbri ver Hüseynə, hər möhnətü-bəladə Ya tez çıxart başımdan sövdayi inqilabi *** Mülkü-əyalü-malım, yeksər Sənindir ya Rəb Əbbasü-Ovnü-Fəzlü, Cəfər Sənindir ya Rəb Qasim, Əliyyi Əkbər, Əsğər Sənindir ya Rəb Cəm etmişəm bu dəştə şurayi inqilabı *** Bilməz Bəni-üməyyə, Quran nədir İlahi Quran müqabilində baş-can nədir İlahi Cananə candan artıq, Quran nədir İlahi Qandan yazar mücahid suğrayi inqilabi *** Əl vermərəm Yezidə, düşə əlim biləkdən Mümkün deyil İlahi, eşqin çıxa ürəkdən Sancılsa ox ürəkdən, rədd eylərəm[333]kürəkdən Balinimə[334] gətirrəm, Zəhrayi inqilabi *** Mən varisi Xəliləm, bu Kərbəla Minadi Zinət verən bu dəştə yetmiş iki fədadi Bu sərzəmin Hüseynə, çoxdandı aşinadi Gözlərdi xəlq olandan mövlayi inqilabi *** Ağlar "Kərimi” daim, saxlar əza Hüseynə Növhə deyər sızıldar sübhü-məsa[335] Hüseynə Hətmən keçər günahın yeksər Xuda Hüseynə Var təbi atəşini şivayi inqilabı[336]
QURAN OXU SƏN Quran oxu sən, natiqi Quransan Hüseynim Bilsin hamı Quranivə qurbansan Hüseynim *** Aramımı aldı sitəmi əhli nifaqın Amma bu keçən şəblərə sər saldı fəraqın Çox başüvə müştaq idim dil əfsus saraldın Tutsun dedilər Xuliyə mehmansan Hüseynim *** Gəl nizədə Quran oxu sən, surəbəsurə Gah döndərirsən mətbəxi Musa kimi nurə Gahi qoyursan gül üzivi künci tənurə Gah nuki cidadə məhi tabansan Hüseynim *** Qol bağlı çəkərlər məni hər şəhrü-diyarə Hər yerdə vurarlar yaralı başivə yarə Çarəm kəsilib eylə Hüseyn, dərdimə çarə Biçarələrin dərdinə dərmansan Hüseynim *** Allah Özü rüsva eləsin ibni Ziyadı Övladi Rəsulə qoyub o xarici adi Başun qabağıyca çöküri qari Minadı Quran oxu bilsinlər müsəlmansan Hüseynim *** Gər versələr başın öpərəm bir də üzündən Silləm o tənurun külünü qanlı gözündən Xuli eliyən zülmü xəbər allam özündən Ehsas edərəm hali pərişansan Hüseynim *** Ol dad edirəm var bacuvin bəndi tənabı Ya Şümri vuran qəmçilərin çoxdu əzabı Amma deyirəm Zeynəbivin çoxdu əzabı Sən peykəri, ya qeyrəti Yəzdansan[337]Hüseynim *** Mən şahi vilayət qızıyam duxti Əliyəm İsmətdə nümayəndeyi Zəhrayi Bətuləm Bu zülmi cəfadəndən Hüseyn cani məluləm Mən naqədə, sən nizədə nalansan Hüseynim *** Ey kaş, anam Fatimə gəlsin bu diyarə Etsin özü öz bəslədiyi barə nəzarə Başüvə rəvadır vuralar bir belə yarə Gülşəndə solan gül kimi xəndansan Hüseynim *** Bax gör necə bir halı pərişandı Ruqəyyə Zəcri sitəmi cövridə odlandı Ruqəyyə Həm xəstədi, həm acdı, həm ətşandı Ruqəyyə Al könlünü, qəmxari yetimansan Hüseynim *** Qardaş bu həmən şəhridi Zeynəb sənə qurban Hər övrətin halını soruşdum məni nalan Bir ömri oleydi mənə fəxriyyə sənə xan İndi mənim əhvalimə giryansan Hüseyim *** Asi "Kərimi”nin əli boşdur üzü qarə İstər gələ bir ol şeş guşə məzarə Bəlkə gələ qəbrindən ala dərdinə çarə Məhşər günü sən şafei üsyansan Hüseynim
Qurani Kərim buyurur: "Hər kəs məzlumcasına qətlə yetirilsə, Biz onun üçün vəli (intiqamçı, qisasçı) qərar verərik və o da qisas hökmündə israfçılıq etməsin, həddi aşmasın. Həqiqətən o, (qətlə yetirilən) nüstətə yetmişdir.” Bəni üməyyə İmam Hüseyni zülm ilə qətlə yetirdi, amma hələ də onun qisası alınmayıb. Hədislərdə var ki, onun, həmçinin Xanım Fatimənin intiqamını İmam Zaman (əleyhis-salam) zühur edib kafirlərdən alacaqdır.
HƏZRƏT İMAM HÜSEYNİN (əleyhis-salam) ŞƏHADƏTİ Dəftəri imtəhanidə[338] kəlmeyi-ibtida[339] Hüseyn Pirəhəni-bəla[340] geyib zinəti-övliya[341] Hüseyn Məş”əli-səbri[342] yandırıb fövci-bəlanı[343] sındırıb Gəldi dilə bəla özü söylədi: mərhəba Hüseyn! *** Ərseyi-Kərbəladə[344] çün açdı bəla büsatini Böldü ayırdı nurilən zülmətin ixtilatini[345] Pozdu, dağıtdı zalimin süfreyi-inbisatini[346] Məsdəri-hökmə[347] müstəqim[348] artırıb irtibatini[349] Ta ki vəfayi-əhdinə Həqdən ala riza[350] Hüseyn *** Ləməbələmə[351] nur enir Musiye-əsr-Turinə[352] Mülhəq olur[353] o nurilər yerdə Hüseyn nurinə Əhli-səma nüzul edər[354] zibhi-əzim[355] hüzurinə Dəvət edərlər Həzrət Həzrətin öz qüsulinə Mənsəbi-iftixar edər hər birinə əta Hüseyn *** Saxlayıb əldə kufiyan[356] deşnələri[357], bıçaqları Ruyi-həvadə[358] səf çəkib göydən enən qonaqları Xeymə səradə müntəzir[359] Fatimənin uşaqları Tayifeyi-əcinnənin[360] qeybidə ağlamaqları Doldurub hər tərəfdən ol dəşti sədayi "ya Hüseyn!” *** Mahi-məhərrəmin[361] onu yovmi əzayi aşiqan[362] Gün tutulub həva dönüb qara yel əsdi yağdı qan Dağ-daşa düşdü zəlzələ, gəldi təlatümə cahan Verdi yer əhlinə xəbər hatifi-qeybi[363] nagəhan[364] Sübbiğə biddima Hüseyn qütilə bi Kərbəla Hüseyn[365] *** Nəşi İmam idi gərək həml olunaydı[366] göylərə Ta ki yetəydi ərşidə rö”yəti-Həyyi-Davərə[367] Sadir olaydı izni-Həqq dəfnə o pak peykərə[368] Gördü müqəttəat[369] olub cismi-Hüseyn düşüb yerə Hökm yetişdi olmaram gəlməyivə riza Hüseyn *** Nuri-cəmali-Kibriya,[370] açdı niqabi-təl”əti[371] Qıldı əhatə-məqtəli[372] Kəbeyi-mənəviyyəti Ruhi-müqəddəsi-Hüseyn tapdı liqayi-vəhdəti[373] Zati-Rəhimidən ələ aldı çiraği-rəhməti Sahəti-rəhmətiyyədən[374] dərk elədi nida Hüseyn SƏS GƏLDİ: Mən bilirəm ki, şadisən, qərqi-bəliyyəsən[375] Hüseyn Xətmi-Rəsulidən mənə töhfə hədiyyəsən Hüseyn Nəfsi-zəkiyyəsən[376] Hüseyn, əbdi-rəziyyəsən[377]Hüseyn Layiqi-təxtü-pərçəmü, taci-əliyyəsən[378] Hüseyn Ruzi-cəza[379] başında var əfzəli-xunbəha[380] Hüseyn *** Gərçi bu mərdümi-şəqi[381] sındırıb ehtiramuvi Müntəqimi-həqiqiyəm[382] hifz edərəm məqamuvi Allam özüm bu qövmidən həşridə intiqamuvi Bəxş edərəm mühibbivi xadimivi qulamuvi Yazdığın əhdnamənin həqqi olar əda Hüseyn *** Canını bəzli-yar[383] edib çıxdı Hüseyn fəraqətə Qanını tutdu Cəbrəil, şişeyi-səbzi-Cənnətə[384] Ərşidə verdi şişəni xazini-gənci-rəhmətə[385] Rəhməti-Həqq o şişədən tabiş edər[386] qiyamətə Möhrü-münəvvəri[387] onun "şafeü-mən bəka-Hüseyn”[388] *** Xeymeyi-Ümmü-Məbədə[389] Xətmi-rüsul edib güzər[390] Aldı namaza dəstəmaz HƏZRƏT-Seyyidül-bəşər Orda dirəxti-ovsəcə[391] var idi xüşkü-bi səmər[392] Abi-vüzu[393] ilən onun rişəsini edibdi tər[394] Batini bir nəzər salıb cəddi-kərəm nəma Hüseyn[395] *** Gördülər ol dirəxti çün mənəvi bağiban əkib Rişə atıb qəvilənib[396] qəddi sipehrə baş töküb Yarpaq açıb budaqların bərgi-zümürrüdə[397] büküb Şaxələrində gül açıb miyveyi-sorxqun[398] töküb Bərgilərində nəqş olub: "ya mətərəssəfa Hüseyn”[399] *** Ay keçib, il keçib neçə müddəti, ruzigar olub Əhli-qəbilə meyvəvü-sayədə kamkar olub[400] Bir günü gördülər ağac, yeksərə tar-mar olub Şaxələrində qan damar, yarpağı ləkkədar[401] olub Meyvələri solub düşər, səslənir yerdə va Hüseyn! *** Tünd yel əsdi, sındırıb rişəvü-qol-budağını Parçalıyıb səpib çölə kəlləsini, ayağını Gəldi sədayi səhngin[402], titrədib ərşi taqini: "Fatimənin əzizinin pozdular ittifaqini Oldu həmin dirəxti tək xeymələri fəna Hüseyn” *** Əhli qəbilə hər gecə sübhə kimi həzin-həzin Orda eşitdilər neçə möhtərəm övrətin səsin Zəccə[403] çəkib deyərdilər: vay bala vay Hüseyn Hüseyn! Cinnü-pəri o məclisin cəm”ən oxurdu növhəsin Koşteyi-əşqiya[404] Hüseyn, vay gülü-Müstəfa Hüseyn *** Ravi[405] deyir o gün Hüseyn, qətlə yetən zəman idi Beyti-Müqəddəsin çölü tirə qara[406] duman idi Hər ağacın kolun dibi, rişəsi ləxtə qan idi Hər daşın altda çeşmə tək qırmızı qan rəvan idi Qətrələri yazıb yerə "qüslühü-biddima”[407] Hüseyn *** Dəfni Hüseynə gəldilər qövmi Əsəd qəbilədən Ərz elədilər Seyyidi Sacidə: ey şəhi zəman: İsti su hazır etmişik, sidrü-hənutü-ağ kəfən Qüslün edək icazə ver, dəfn ola nəhr olan[408] bədən Gün qabağında qalmasın bundan əlavə ta Hüseyn *** Əhli qəbiləyə dedi, varisi-Seyyidül-bəşər:[409] Axı evdə vəfat edib məgər, bu yaralı cənazələr? Qüsl olunub kəfən geyə, tibqi-rüsumi sərbəsər?[410] Siz görürsüz ki doğranıb qanə olublar qutəvər[411] Bu dağılan bədənləri Həqqə verib fəda Hüseyn *** Ağ kəfən istəməz, bu yer Kərbübəla diyarıdır Sərvəri-əhli-cənnətin, cənnətinin bəharıdır Sinələr üstə yarələr gülşəni-ətr-baridir[412] Qüslləri, kəfənləri qandı, çölün qübarıdır Qırmızı ləxtədən geyib, peykərinə[413] qəba[414] Hüseyn *** Qışda ki qar yağar yerə, torpaq olar sefid qar[415] Meyyitə bənzəyər hamı, dərrəvü-dəştü-kuhsar[416] Yeksərə ağ kəfən geyər, bağü-derəxtü-nəxlizar[417] Sakitü-bi səda qalar, müntəzirani-nobahar[418] Misli həmin bəhari ki orda edib bina Hüseyn[419] *** Əhli qəbilə bu gecə, getməyin istirahətə Diqqət ilə baxın görün, kimdi gələn ziyarətə Qəbriləri təvaf edib növhə deyən cəmaətə? –Cəddi, atası, qardaşı su səpəcək bu türbətə Səslənəcəkdi madəri Fatimə, vay balam Hüseyn! *** Yandı bəhari Müstəfa, düşdü oda bəharələr[420] Gün batıb, asimanidə oldu əyan sitarələr[421] Parə çadırda gizlənib yatdılar mahi-parələr Qarə qəfəsdə həbs olub qarə geyən qənarilər[422] Nəğmələri ürəkdə var: koştiye-əşqiya Hüseyn![423] *** Yatdı qoşun, kəsildi səs, sayə çəkildi dövrədən Çıxdı Ruqəyyə xaricə, nisfi şikəstə[424] xeymədən Başı açıq, ayaq yalın, caməsi[425] köhnə pirəhən[426] Qətligəhə tərəf qaçır, yel kimi titrəyir bədən Hər qədəm ağlıyır deyir: hardasan ay baba Hüseyn? *** Guşeyi-qətligahidən nagəh eşitdi bir səda: Gəzmə bu qanlı ərsəni[427], sinəmin üstə gəl bala Cəzb edib aşinasını ləhni-sədayi-aşina[428] Xaneyi-eşqidən işıq sate olurdu bərməla[429] Oldu çıraği-nur ilən ol qıza rahnəma[430] Hüseyn? *** Tapdı nişani-nur ilən məqtəl ara[431] babasını Gördü çuxur məkanidə qan bürüyüb yarasını Açdı yaralı şəh iki bazuyi-həqnəmasını[432] Sinəsinə yapışdırıb doxtəri-binəvasını[433] Nisgil ilə dedi o qız: canüvə mən fəda Hüseyn! *** Harda idin qoşun gəlib xeyməni yandıran zaman At qabağında qızları çöldə dolandıran zaman Məcərü-guşivarədən[434] ötrü qovub yoran zaman Rəxtimizi[435] soyan zaman, qəmçi ilə vuran zaman Vermədin, eylərəm giley, naləmizə səda Hüseyn *** Bir də məriz[436] qardaşım od tutub odlanan zaman Vurdu bibim özün oda, xeymə alovlanan zaman Damənin od tutub mənim şö”lə çəkib yanan zaman Əmmələrim, anam, bacım qol-qola bağlanan zaman Səs niyə vermədin hamı səslədi onda "ya Hüseyn!” *** Etmə Ruqəyyə can giley, mən niyə dadə gəlmədim Qərq idi xakü-xunidə[437] nəşim aradə gəlmədim Köynəyimi apardılar, sinə qoşadə[438] gəlmədim Nazir idim o halizə nuki-cidadə[439] gəlmədim Fikr eləmə Dəməşqəcən sizdən ola cüda[440] Hüseyn *** Qovzanıb istədim gələm, atlar ayağı qoymadı Tutdu məni çuxur yerin qanlı qucağı qoymadı Qəlbidə növcavanımın suzişi-dağı[441] qoymadı Nizə, qılıc sınıqları, kəsdi qabağı qoymadı Oldu bu seyri-rahidə[442] manei-mübtəla[443] Hüseyn *** İndi öpüm icazə ver surəti-şəms-təl”əti[444] Sən də müqabilində qoy, surətimə o surəti Çək o mübarək əllərin başıma qıl məhəbbəti Pak elə zülfümün tozun, sən bil anamın hörməti Ta bu yetimə doxtərin xatiri xoş ola Hüseyn *** Yoxdu başım Ruqəyyə can, ta öpəsən cəmalimi Ya ki qoyam o surətə surəti por məlalimi[445] Yoxdu bədəndə əllərim gör bu şikəstə halimi Başuvə əl çəkib siləm, zülfü-çəmən misalini[446] Yoxsa edərdi xahişin, şövqilə cabeca[447] Hüseyn *** Yatma bu qanlı sinədə, dur, bala get, Ruqəyyə can Əmmələrin gəzir çölü, sinə xəraşü[448] bağrı qan Ərsədə rəddi-payuvi[449] dərk edib axtarır nişan Gör necə səs gəlir, deyir: nazlı Ruqəyyəm hardasan? Bir də deyirlər qıl kömək, bizlərə ya əxa Hüseyn! *** Ey yaralı Hüseynimə doxtəri-nazidanə[450] gəl Başı bəlalı bülbülüm, boş qalıb aşiyanə[451] gəl Bu gecə aləmi səni saldı çölə zəmanə gəl Ləl kimi boyanmısan başdan-ayağə qanə gəl Zülfüvə xuni-sorx[452] ilə vermiş əcəb cəla[453] Hüseyn *** Gəldiyi yoldan ol xanım istədi ric”ət eyliyə[454] Əmmələrin gəzib tapa, ya gedə parə xeymiyə Qorxdu, itirdi düz yolu, düşdü vücudi lərzəyə Bir Nəcəfə tərəf baxıb bir də səvadi[455] Kufəyə Gəl yolumu itirmişəm, ol mənə rahnəma[456] Hüseyn *** Zülməti-şəb[457] hərasnak[458], əmmələri gəzir çölü Bir qız uşağı nabələd, ərsə tikanilən dolu Oxdu, qılıcdı, nizədi, qanlı cənazə sağ-solu Əmmələrin gəlir səsi, leyk tapammayır yolu Nazir idi o qəmfəza aləmə bərməla Hüseyn *** Əhli əza kim elədi bəs o qıza dəlaləti[459]? Getdi mənim əqidəmə, şəmsi-həyavü-möhnəti[460] Yəni anası Fatimə tapdı o mürği-möhnəti[461] Əmmələrinə əlbəəl verdi həmin əmanəti Hifz edələr ki Şamidə salim onu ala Hüseyn *** Kərbübəla çün güzər eylədi Şahi-la fəta[462] Baxdı o sərzəminə[463] bir diqqətilən edib nəva Ərz elədi səhabələr, canuvə canımız fəda Sən niyə ağladın belə, illətini[464] buyur ağa Ey pedəri-müəzzəmi-gövhəri-ətqiya[465] Hüseyn *** Verdi cavab o kəslərə Həzrət Şahi-övliya Bu yerin adı Kərbəla, bir adı ərzi-Neynəva Burda mənim Hüseynimin xeymələri olur bina Qətlə yetər köməkləri, qardaşı, oğlu bərməla Xəncəri-Şimrilən olur zibhi-minəl-qəfa[466] Hüseyn *** Bəs ki mənə xəbər verib bu sözü Sadiqi-Xəbir[467] Xeymələrinə od vurub yandırır ləşgəri-şərir[468] Zülm ilə Əhli-Beytimi eyləyir əşqiya[469] əsir Qarət olur xiyamidən[470] məsnədü-cameyi-hərir[471] Girdü-qübari-dəştidən[472] puşiş edər[473] qəba Hüseyn *** "Yəhyəvi”nin ki, no cavan oğlu gedib cəhanidən Əhli-nəcibi-Ərdəbil təziyə tutdu mərdü-zən Nokəri-pirə ehtiram oldu ziyadə həddidən Həqqin o hörmətin əda eyliyə bilmərəm ki mən Gərdəni-Yəhyəvidən[474] et həqlərini əda Hüseyn
327.Təhlükədə 328.Dövrün Musası 329.Döyüş 330.Xeymələrin 331.Qiyam proqramını 332.Diyara 333.Çıxararam 334.Başımın üstünə 335.Sübh-axşam 336.İnqilabın atəşin və gözəl təbi 337.Allahın qeyrəti 338.İmtahan dəftərində 339.İlk söz, ilk kəlmə 340.Bəla köynəyi 341.Allah dostlarının zinəti 342.Səbir məş”əlini 343.Bəla dalğasını 344.Kərbəla çölündə 345.Zülmətin qarışıqlığını 346.Açılmış süfrəsini 347.Hökm çıxarılan yer 348.Birbaşa 349.əlaqəsini, rabitəsini 350.Razılıq 351.Dəstə-dəstə 352.əsrin Musasının Tur dağına 353.Qovuşur, birləşir 354.Enər, nazil olar 355.Böyük, əzəmətli bir qurbanlıq 356.Kufəlilər 357.Xəncərləri 358.Havanın səthində, havada 359.Hazır 360.Cin tayasının 361.Məhərrəm ayının 362.Hüseyn aşiqlərinin matəm günü 363.Qeybdən gələn səs 364.Gözlənilmədən 365.Qanına qəltan oldu Hüseyn, Kərbəladə qətlə yetirildi Hüseyn 366.Aparılaydı 367.Allahın görüşünə 368.O pak bədənin dəfninə izn veriləydi 369.Tikə-tikə 370.Allahın cəmalının nuru 371.Parlaq pərdəni 372.Qətlgahı əhatə etdi 373.Allahla görüşdü 374.Rəhmət (Allah) tərəfindən 375.Bəlalara, imtahanlara qərqsən 376.Pak bir nəfs, ruh 377.Rəbbindən razı olan bəndə 378.Taxt-taca layiq, yüksək məqamlı 379.Qiyamətdə 380.ən gözəl qan bahası 381.Alçaq və bədbəxt camaat 382.Həqiqi intiqamçı 383.Canını yara (Allaha) bəxşiş edib 384.Yaşıl Cənnət şüşəsinə 385.Rəhmət xəzinəsinin xəzinədarına 386.Saçar 387.İşıqlı möhürü 388."Hüseynə ağlayana şəfaətçidir” 389.Ümmü-Məbədin xeyməsinə 390.Yolunu saldı 391.Quru bir ağac 392.Quru və səmərəsiz 393.Dəstəmaz suyu ilə 394.Ağacın kökünü yaş etdi 395.Hüseynin kəramətli cəddi 396.Kök atıb güclənib 397.Zümrüd rəngli yarpaqlar 398.Qırmızı meyvələr 399."Ey səfa, rəhmət yağışı, Hüseyn” 400.Bəhrələnib 401.Ləkəli 402.Dəhşətli, qorxunc 403.Nalə, fəğan 404.Qansızların öldürdüyü 405.Rəvayəti nəql edən, rəvayətçi 406.Qaranlıq, qara 407."Qüslü qan ilədir” 408.Doğranan 409.Peyğəmbərin varisi 410.Qayda-qanuna tamamilə uyğun olaraq 411.Qana batıbdır 412.ətirli gülşən 413.Bədəninə 414.Bir növ paltar növüdür 415.Ağ 416.Dərələr, dağlar, səhralar 417.Dərələr, səhralar, dağlar 418.Bağlar, ağaclar, xurmalar 419.Təzə baharın intizarını çəkənlər 420.Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in vəfatından sonra ümmətin qəflətinə işarədir. Həzrət Fatimə əleyha səlamı zülmilə qətlə yetirdilər, səsini çıxaran olmadı, Həzrət Əli əleyhissalamı qətlə yetirdilər, danışan olmadı, üstəlik məlun Müaviyə o Həzrətin əleyhinə o qədər zəhərli təbliğat aparmışdı ki, Şam əhalisi eşidəndə ki, Həzrət Əli əleyhissalamı məsciddə öldürüblər, təəccüblə soruşdular ki, əlinin məsciddə nə işi vardı, məgər o namaz qılırdımı?! İmam Həsən əleyhissalamı zəhərləyib şəhadətə yetirdilər. Müaviyə Quranın buyurduğu "xəbis sülalədən olduğu və Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in bu sülalənin xilafət üçün ləyaqətsiz olduğunu bəyan etdiyi halda, Ömər tərəfindən Şama vali təyin edildi, Osman da onun yerini möhkəmlətdi. Müaviyə kafir olmasına baxmayaraq, zahirdə dini qayda-qanunlara ciddi şəkildə riayət edir, hətta gecə namazını belə, tərk etmirdi. Camaatı da bu kimi təzahürlərlə aldadır, qəflətdən ayılmağa qoymurdu. Amma məlun Yezid atasının yerinə xilafətə gələndə, aşkar surətdə islam qanunlarını tapdalamağa, pozmağa, təhqir etməyə başladı. O, xilafəti dövründə 3 böyük cinayət törətdi ki, onlardan biri İmam Hüseyn əleyhissalamı qətlə yetirməsi idi. Məhz bu cinayətdən sonra qəflət pərdələri yırtıldı, islam ümməti ayıldı. Onlarla il sürən islam ümmətinin qəflətini şair qışa, donuqluğa bənzətmişdir, sanki hamı nəsə böyük bir hadisənin baş verməsini gözləyirdi. İmam Hüseyn əleyhissalamın qızıl qanı donuşluqları açdı, ümmətə hakim olan qışı bahara çevirdi. 421.Ay üzlülər 422.Ulduzlar 423.Bülbül növüdür 424.Bədbəxt millətin öldürdüyü 425.Yarısı dağılmış 426.Paltarı 427.Köynək 428.Çölü 429.Tanış səs 430.Gur işıq saçılırdı 431.Yolgöstərən 432.Qətlgahda 433.Haqqı göstərən biləklər, qollar 434.Binəva qızını 435.Örtük və sırğa 436.Qiymətli paltarlarımızı 437.Xəstə; Kərbəlada Allah təala imamətin ardı kəsilməsin deyə, İmam Səccad əleyhissalamı xəstələndirməklə diri saxladı 438.Torpaq və qan 439.Açıq 440.Nizə ucunda 441.Ayrı 442.Yandırıcı dağı 443.Yol boyunda 444.Mübtəla edən maneələr 445.Günəş kimi parlayan surət, üz 446.əzab-əziyyət görmüş surət 447.Çəmənə bənzər zülf 448.Yerbəyer 449.Sinə dağlı 450.Ayaq izlərini 451.Nazlı qız 452.Yuva 453.Qızıl qan ilə 454.Bəzək 455.Qayıda 456.Kufə tərəfdən görünən qaranlığa 457.Yolgöstərən 458.Gecə zülməti 459.Qorxulu 460.Yol göstərmək, bələdçilik etmək 461.Möhnət və ismət, həya şünəşi 462.Qəmli quş 463."Ühüd” döyüşündə Peyğəmbəri əkrəm (səlləllahu əleyhi və alihi və səlləm)-in canının təhlükəyə düşdüyü ən həssas anlarda əli (əleyhis-salam) onu müdafiə edir, 50-60 nəfərlik dəstələri öz qüdrətli qılınc zərbələri ilə vurub dağıdırdı, bu anda Cəbrəil havada səsləndi ki: "La fəta illa əli və la seyfə illa Zülfüqar” əlidən başqa qəhrəman, Zülfüqardan başqa qılınc yoxdur. Bunu hətta məşhur sünnü tarixçilərindən olan Təbəri və İbni Hişam öz tarix kitablarında nəql etmişlər. 464.Diyara 465.Səbəbini 466.Nəcabətli nəsildən olan Hüseynin əzəmətli atası 467.Başı arxadan kəsilən 468.Allahın adlarındandır 469.Şər, bədnam ləşgər 470.Şəqilər, bədbəxtlər 471.Xeymələrdən 472.İpək parçalar, kürsü 473.Çölün toz-torpağından 474.Geyər |