İMAM HÜSEYN (əleyhis-salam) KUFƏLİLƏRƏ HÖCCƏTİ TAMAM EDİR. İmam Hüseyn (əleyhis-salam) müdam çalışırdı ki, müharibə odu mümkün olduqca gec qızışsın və kufəlilərə höccəti tamam etsin. Məhz bu səbəbə görə də özü Şam qoşununa tərəf getdi, onların qarşısında dayanıb bu böyük cəmiyyətə və ibni Sədə bir nəzər saldı. O, Kufənin böyük adamlarının içində idi. İmam (əleyhis-salam) buyurdu:–Dünyanı yaradan, onu məhv olmaq yeri qərar verən Allaha şükür olsun. Aldananlar məhz dünyaya aldananlardır, bədbəxtlər də dünya tələsində giriftar olanlardır. Ey camaat! Dünya sizi aldatmasın. Dünya, ona ümid bağlayan hər kəsi məyus edər; ona tamah salan hər kəsin arzusunu ürəyində qoyar. Bu gün mən görürəm ki, siz bir iş görmək üçün yığışmısınız. Allah doğrudan da bizim nə mehriban Allahımız var və siz də necə nankor insanlarsınız! Siz özünüz mənə itaət etməyinizi, Rəsulullaha iman gətirməyinizi iqrar etdiniz. Amma indi o Həzrətin ailəsi ilə müharibə etmək üçün qollarınızı çırmalayıb onu öldürmək istəyirsiniz.
HƏMDƏN LƏKƏ YA ALLAH Həmdən ləkə ya Allah, Şükrən ləkə ya Allah İğfir ləna ya Allah, Allah, Allah, Allah ya Allah Allah ya Allah, Ya Allahü-ya Rəhman Ya Allahü-ya.Rəhim, Ya Allahü-ya Məlik *** Hüseyn mövlayi məzluman-2, Hüseyn ləb teşneyi Quran Hüseynim vay Hüseynim vay *** Əntə məbudi ilahi, Ya ğiyasəl müstəğisin Hüseyn cəmalinə qurban, Hüseyn hər bir dərdə dərman *** Ya Allahu ya Məlik, Ya Allahu ya Qüddus Ya Allahu ya Səlam, Ya Allahu ya Mömin Ya Allahu ya Əzim, Ya Allahu ya Mənnan *** Ey dərd! Dərdə mübtəlayəm, Dər hüzurət ru siyahəm Dərgəhət ümidgahəm, Şükrən ləkə ya Allah Həmdən ləkə ya Allah *** Hüseyn məhbubi aləmdi, Hüseyn sərdarin əzəmdi Hüseynə hər gün Aşura, Hər il hər ay mühərrəmdi Hüseyn mövlayi məzluman
HARA GEDİRSƏN AY BABA Hara gedirsən ay baba (2), Dalınca ağlıyan gəlir (2) Başında yarə var dayan, Yaravu bağlıyan gəlir *** Dedi qızım niyə məni, Belə qaçıb qabaqladın Müsafirəm gözəl balam, Məni yol üstə saxladın *** Evim yıxıldı vay ana, Batıbdır əllərim qana Gəlib dalınca gör necə, Bir əldə qarə məcərin *** Vəfasız aşiqəm əgər, Sənin qəmindən yanmasam Gəlincə qətligahidən, Yol üstə mən dayanmasam *** Ata gedib bala qalıb, Gəlibdi öz xiyaminə Nə parə məşgə baxmadı, Nə batmadı su qəminə Qoyun qılım namazımı (2), Sora kəsin boğazımı (1) Qonağızam vəfalıyam (2), Yaralıyam, yaralıyam (2) *** Su yoxdu dəstəmaz alam, Üz üstə səcdədə qalam Ölüb əzan deyən balam, Cigər yanır əzalıyam *** Bəla çölün duman tutub, Bu gülşəni xəzan tutub İki gözümü qan tutub, Görürsüz ibtilalıyam *** Çü dadü-kinə əkmiyin, Cinayətə tələsmiyin Başımı teşnə kəsmiyin, Ki başı macəralıyam *** Məni qoşun nədən vurar, Ərazili zəman[658] vurar Gələn vurar gedən vurar, Solan gülün misalıyam *** Çıxıb kamani kinədən, Dəyibdi ox bu sinədən Əl üzmüşəm Mədinədən, Həmişə Kərbəlalıyam *** Mən aşiqi şəhadətəm, Əmiri-mülkü-vəhdətəm Fədayi-rahi-izzətəm, Bir aşiqin cəlalıyam *** Köməklərim batıb qana, Düşüb hərəsi bir yana Sızıldaram yana-yana, Ki ney kimi nəvalıyam *** Gəlib qan ağlıyan bacım, O sinə dağlayan bacım Gözümü bağlayan bacım, Deyir başı bəlalıyam *** Kimim qalıb ki yar ola, Dönəmmirəm sağa-sola Balalarım baxır yola, Ruqəyyədən aralıyam *** Hüma kimi qəfəsdəyəm, Soraği dadi-rəsdəyəm[659] Ki axərin nəfəsdəyəm, Fəna olub bəqalıyam
HÜSEYN VAY Ey şiə bu gün söyləyin ətşan, Hüseyn vay Ləb təşnə olan ümmətə qurban, Hüseyn vay *** Meydanda qalan bikəsü-biyar, Hüseyn vay Ətrafın alan ləşgəri əşrar, Hüseyn vay Hər yanə baxıb görməyən ənsar, Hüseyn vay Bir ahi çəkib eyləyən əfqan, Hüseyn vay *** Bir yanda görüb Əkbəri öz qanına qəltan Bir yanda ələmdari olan xak ilə yeksan Qasim bədəni lalətək ağuşdə qızıl qan Bir yanda olan xeyməsi talan, Hüseyn vay *** Bu Kufəvü-Şam əhli, bu birəhmi sitəmkər Əldə hərə bir tirü-kaman, nəzəvü-xəncər Həmlə eləyüb ol şahə ol firqeyi kafər Atdan yıxılıb mənbəyi iman, Hüseyn vay *** Xəncər əlinə aldı o dəm Şümr cəfacu Ta yetdi Hüseynin başının üstə o bədxu[660] Su istədi, Şümr vermədi bir cür”ə ona su Əmma ki, deyib, təşnə verən can Hüseyn vay *** Üz qoydu o dəm, xeymələrə ləşgəri üdvan Bu hali görüb Ali-Rəsul, oldu hərasan Zeynəb dedi bimarə: əya, Abidi nalan Yoxsa ki, olub qanına qəltan, Hüseyn vay? *** Əl açdı o dəm, qarət üçün ali-şəyatin[661] Hər nə var idi xeymədə əsbabi-səlatin[662] Qarət eləyib, bərhəm eliyüb bəzmü-büsatin Ey şiə deyin xeyməsi talan, Hüseyn vay *** Bir od vurub afaqidə bu zadeyi Süfyan Ta məhşər olunca yanacaq aləmi-imkan Nazim, bu qəmi zikr elə ta var nə qədər can Vur başa söylə qüslü olan qan, Hüseyn vay
DÜNYA MÖMİN ÜÇÜN ZİNDANDIR İbni Babəveyh İmam Baqir (əleyhis-salam)-dan rəvayət etmişdir ki, İmam Zeynəl-Abidin (əleyhis-salam) buyurub: Aşura günü düşmən qoşunundakılar çox qorxurdu, halbuki sayları qat-qat çox idi. və İmam Hüseyn (əleyhis-salam)-ın əshabını mühasirədə saxlamışdılar. Amma qəlbləri çox qorxaq, rəngləri qaçmış, ayaqları lərzəyə düşmüşdü. Lakin İmam Hüseyn (əleyhis-salam) və onun səhabələrinin üzləri sevinclə dolu idi, rəngləri qparlamış, qəlblərində xatircəmlik sakitlik daha çoxalmışdı. Səhabələrdən bəziləri deyirdilər ki, İmam Hüseynə (əleyhis-salam) baxın, ölümdən qorxusu yoxdur və şəhadəti arzulayır. İmam Hüseyn (əleyhis-salam) onların sözlərini eşitdi, onlara xitabən buyurdu: –Səbr edin ey əziz övladlarım. Ölüm sizin üçün bir körpü köimidir, ondan keçib pis vəziyyətdən əbədi nemətlərə, əbədi behiştə yollanacaqsınız, Sizlərdən kimdir ki zindandan qəsrlərə köçmək istəməsin? Ölüm sizin düşmənləriniz üçün isə qəsrlərdən zindana, əzaba getmək kimidir. Atam mənə xəbər vermişdir ki, Rəsulullah (səlləllahu əleyhi və alihi və səlləm) belə buyurmuşdur: "Dünya möminin zindanı, kafirlərin cənnətidir. Ölüm isə möminlərin öz behiştlərinə, kafirlərin isə öz əzablarına doğru bir körpüsüdür. Ata-babalarımdan da yalan eşitməmişəm.
İMAM HÜSEYNİN (əleyhis-salam) SƏHABƏLƏRİ BEHİŞTDƏ ÖZ YERLƏRİNİ GÖRMÜŞDÜLƏR İbni Babəveyh yazır: "Bir nəfər İmam Sadiq (əleyhis-salam)-dan soruşdu: –Yəbnə Rəsullah, İmam Hüseyn (əleyhis-salam)-ın səhabələri öləcəklərini bildikləri halda ni üçün cihada iqdam etdilər və qorxusuz olaraq özlərini döyüş dəryasına vururdular? İmam Sadiq (əleyhis-salam) buyurdu:–Çünki, onların gözlərindən pərdə götürülmüş, behiştdəki mənzillərini görmüşdülər, buna görə də döyüşə getməkdə bir-birindən qabağa keçirdilər ki, ölüb öz mənzillərənə çatsınlar, öz hurilərini bağrılarına bassınlar. Qütb Ravəndi Əbu Həmzə Somalidan nəql etmişdir ki, İmam Səccad (əleyhis-salam) belə buyurub: "O gecə (ki, onun sabahı atam şəhid oldu) atamın yanında idim. İmam o gecədə səhabələrinə buyurdu: –Gecə düşmüş, qaçmaq yolu sizin üçün açılmışdır bu gecəni qənimət sayıb qaçın. Bu zalımlar məni tələb edirlər, başqa heç kimlə işləri yoxdur. Əgər məni öldürsələr, sizin dalınızca gəlməyəcəklər. Mən öz beyətimi sizin boynunuzdan götürdüm. İmam Hüseynin (əleyhis-salam) səhabələri dedilər: –Allaha and olsun ki, bu heç vaxt olası bir iş deyildir. İmam (əleyhis-salam) buyurdu: –Sabah hamınız öldürüləcəksiniz və heç biriniz canını qurtara bilməyəcəkdir. Hamılıqla dedilər: –Allaha şükr edirik ki, bizə səninilə şəhid olmaq kimi kəramət etmişdir! İmam (əleyhis-salam) onlara dua etdi, buyurdu: –Başınızı göyə qaldırıb yuxarı baxın. Elə ki, başlarını qaldırdılar, öz dərəcə və mənzillərini görüb tanıdılar, onlara məxsus olan huriləri, qəsrləri, nemətləri gördülər. Elə bu səbəbə görə də onlar Aşura günü nizə-şəmşirlərə doğru gedirdilər ki, öz mənzillərinə daha tez çatsınlar və əbədi nemətlərdən bəhrələnsinlər. Əbu Həmzə Somali deyir ki, İmam Səccad (əleyhis-salam) buyurdu: "İmam Hüseyn (əleyhis-salam)-ın o günü bir daha gəlməz: bu ümmətdən olduqlarını iddia edən otuz min namərd o məzlum İmamı araya aldılar, hər biri onun qanını axıtmaqla Allaha yaxınlaşmaq istəyirdilər (yəni qürbətən iləllah niyyəti ilə öldürmək istəyirdilər). İmam Hüseyn (əleyhis-salam) onlara movizə etdi və Allahı onların yadına saldı, lakin onlar nəsihətləri qəbul etmədilər, ondan əl çəkmədilər, nəhayət onu zülm ilə öldürdülər.
İMAM HÜSEYNİN (əleyhis-salam) VİDALAŞMASI İmam Hüseyn (əleyhis-salam) axırıncı vidalaşmada hərəmdəki xanımlara buyurdu: –Qəm paltarı geyib bəlalara hazırlaşın. Bilin ki Allah sizin hamınızın mühafizəçinizdir. O, sizə düşmənlərin şərrindən nicat verəcək, işlərinizin aqibətini xeyir, gözəl edəcək, düşmənlərinizi cürbəcür əzablara mübtəla edəcək. Bunların müqabilində sizə cürbəcür nemətlər, kəramətlər əta edəcəkdir. Belə isə şikayətlənməyib qədir-qiymətinizi azaldacaq sözləri dilinizə gətirməyin.[663] Düşmənlərin yırtıcılıq xislətindən tam agah olan İmam Hüseyn (əleyhis-salam) mübarizənin son dəqiqələrində xeymələrə qayıtdı, buyurdu: –Mənə nimdaş və köhnə bir paltar verin, paltarlarımın altından geyinim. Mən öləndən sonra heç kim ona tamah gözü dikməsin. İmam (əleyhis-salam) meydana yola düşdü, düşmənlə qəhrəmancasına döyüşdü, onlardan o qədər qırdı ki, hamısı qaçmağa məcbur oldular.
YARALANDIM BACI ZEYNƏB Ələ dəsmal alıb ağla, Yaralandım bacı Zeynəb Özün gəl yaramı bağla, Yaralandım bacı Zeynəb *** Keçər ahum oxu daşdan, Üzüldüm qohum-qardaşdan Atam Heydər kimi başdan, Yaralandım bacı Zeynəb *** Əgər ki sinə dağlarsan, Yaralı görsən ağlarsan Gəlib sən yaxşı bağlarsan, Yaralandım bacı Zeynəb *** Peyğəmbərin gülü soldu, Əmmaəməm qan ilə doldu Mənə ölmək yəqin oldu, Yaralandım bacı Zeynəb *** Oğul yox səsləyəm dadə, Bu gündə yetsin imdadə Xəbər tutub gələ dadə, Yaralandım bacı Zeynəb *** Ölüb ənsar, ələmdarım, Düşüb qaolsuz ələmdarım Sən ol mənim pənahdarım, Yaralandım bacı Zeynəb *** Fələk aramımı aldı, Məni dərdə. qəmə saldı Səkinə atasız qaldı, Yaralandım bacı Zeynəb
İMAM HÜSEYNİN (əleyhis-salam) ŞƏHADƏTİ Nəhayət Şimrin əmri ilə qoşun kütləvi şəkildə İmam Hüseynə (əleyhis-salam) hücum edib onu mühasirəyə saldılar, oxçular hər tərəfdən o Həzrətə ox yağdırmağa başladılar. O qədər ox vurdular ki, İmamın müqəddəs cismi oxların çoxluğundan görünmürdü. Şimr öz qoşunu ilə İmamı (əleyhis-salam) xeymələrdən ayırdı, amma o Həzrətin azadlıqsevər ruhu heç də icazə vermirdi ki, öz sağlığında övladlarına, xanımlara və xeymədəkilərə bir zərər yetişsin. Buna görə də uca səslə fəryad etdi: "Vay olsun sizə, ey Əbu Süfyan övladlarına tabe olanlar! Əgər dininiz yoxdursa və qiyamat günündən qoxmursunuzsa, heç olmasa bu dünyada azad insan olun, öz milli keçmişinizə hörmət qoyun necə ki özünüzü ərəb tayfasından hesab edirsiniz.” Bu kəskin fəryad çəkic kimi düşmənlərin başına oturdu, Şimr əmr etdi ki, geri qayıtsınlar. Yaralar bir-birinin ardınca İmamın mübarək cisminə endirilirdi, qan o Həzrətin bədənindən fəvvarə kimi axırdı, Həzrətin son nəfəsləri idi. Bu dəmdə Saleh ibni Vəhəb nizə ilə İmam (əleyhis-salam)-a həmlə etdi, o Həzrətin bel sümüyünü sındırdı. İmam (əleyhis-salam) atdan yerə yıxıldı. Bu hadisəni görən Həzrət Zeynəb (əleyha-salam) özünü Ömər Sədə yetirib dedi: –Ey Ömər, sənə yaraşarmı ki, Əbu Əbdillahı öldürsünlər, sən də durub baxasan? Ömər Səd heç nə demədi. Bu halda Həzrət Zeynəb fəryad edib dedi: –Sizin aranızda bir müsəlman tapılmazmı? İmam Hüseyn (əleyhis-salam) piyada döyüşü davam etdirir, özünü nizələrdən, oxlardan kənara çəkir yenidən düşmənə həmlə edirdi. Sonra Kufə qoşununa xitab edərək son sözlərini buyurdu: –Məni öldürmək üçün yığışmısınızmı? Allaha and olsun, məndən sonra Allah bəndələrindən heç birini öldürməyəcəksiniz. Allah məni öldürdüyünüzə görə sizə qzəblənəcəkdir. Aləmlərin Allahına and olsun, mən ümidvaram ki sizin namərdliklərinizin qarşısında Allah məni əziz edəcək, mənim intiqamımı sizdən elə alacaqdır ki, heç özünüz də dərk etməyəcəksiniz. Agah olun, mənim öldürülməyim səbəbi ilə içərinizdə qan axıdılması çoxalacaq, mütəal Allah Öz qəzəbini sizə artıracaq, nəhayət dərdli axirət əzabına düçar olcaqsınız. Yazırlar ki, İmam (əleyhis-salam)-ın bədəninə 72 yara vurmuşdular. Zəiflik o Həzrətə qələbə çalırdı. O, bir anlığa dincini almaq üçün dayandı. Bu anda uzaqdan ona tərəf bir daş atdılar. Daş mübarək alnını yardı, qan üzünə axdı, İmam (əleyhis-salam) köynəyini qaldırıb alnının qanını silmək istədi, Bu vaxt üç şö”bəli bir ox o Həzrətin qəlbinə sancıldı. Həzrət üzünü göyə qaldırıb dedi: "İlahi, Sən bilirsən ki, bunlar elə bir şəxsi öldürürlər ki, yer üzündə ondan başqa Peyğəmbərin heç bir oğlu yoxdur.” İmam (əleyhis-salam) oxu qəlbindən çıxartdı, qan fəvvarə kimi axmağa başladı. Heç kim o Həzrətə yaxınlaşmağa cürət etmirdi. Çünki "İmam Hüseyn (əleyhis-salam)-ın qatili” kimi Allah dərgahında sorğu-suala tutulmaqdan qaorxurdu. Şimr nərə çəkdi: –Vay olsun sizə, nə üçün durmusunuz? Analarınız matəminizdə otursun. İrəli gedin işi birdəfəlik qurtarın! Atlılar, piyadalar hər tərəfdən o Həzrətə hücüm etdi. İrəli gələn ilk şəxs İmam (əleyhis-salam)-ın zərbəsi ilə həlak oldu. İkinci şəxs İmam (əleyhis-salam)-ın çənəsini yaraladı. Sinan ibni Ənəs həyasızcasına irəli gəldi, nizəsi ilə İmam (əleyhis-salam)-ın sinəsini yardı, sonra bir ox atıb o Həzrətin mübarək boğazını yaraladı. İmam Hüseyn (əleyhis-salam) yerə oturdu, ölləri ilə qanını üzünə yaxdı, buyurdu: "Bu halda Pərvərdigarımın körüşünə gedəcəyəm, halbuki, bunlar mənim haqqımı qəsb etmişlər!” Hilal ibni Nafe deyir: "Mən Ömər Sədin ləşkərində idim ki, birdən belə bir səs eşitdim: "Ey əmir, muştuluğumu ver, Şimr Hüseyni qətlə yetirdi!” O əzizlər qan içində çabalayırdılar, Kufə yırtıcıları onların bədənlərinnin bəndlərini bir-birindən ayırırdılar Seyyidüş-şühədanın vücud günəşini (kainatın yaranış səbəbini, mövcudatın hərəkət mərkəzini) görərdin ki, ox qılınc zərbəsindən bədəndə sağ yeri qalmamışdı, qanlı Kərbəla elə bir şəhidlər oylağı idi ki, heç bir peyğəmbərə, heç bir peyğəmər canişininə nəsib olmadı və ilahi təqdirdə (qəzadü-qədərdə) yalnız şəhidlər sərvəri (İmam Hüseyn (əleyhis-salam) bu şəhidlər oylağında olan ləyaqətinə nail oldu. Bu Kərbəla elə bir yer idi ki, yer sakinləri ki heç, üstəlik səma əhlini, mələkləri də heyrətdə qoymuşdu. İmam Riza (əleyhis-salam)-ın buyurduğu kimi, bu gün (Aşura) elə bir gün idi ki, İmam əbədi olaraq gözləri yaralı, ağlar qəlbləri qanlı etmişdir[664]" Rəsuli Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm) də bu barədə buyurmuşdur: "Həqiqətən İmam Hüseyn (əleyhis-salam)-ın qətlindən möminlərin qəlbində hərarət (iman odu) vardır ki, heç vaxt sönməyəcəkdir.”[665] İmam Hüseyn (əleyhis-salam)-ın qızı Səkinə deyir: Elə ki düşmən şəhidlərin arvad-uşaqlarını cənnazələrin arasından çəkirdi, özümü atamın cənazəsinin üstünə atdım, onu bağrıma basdım. Bu vaxt müqəddəs hülqumundan bu səsi eşitdim: "Şiələrim! Hər vaxt sərin su içsəniz, məni yad edin: bir qərib, yaxud şəhid barəsində eşitsəniz mənə ağlayın.”[666] İmam Hüseyn (əleyhis-salam)-ın müqəddəs qiyamının hədəflərindən biri də bu idi ki, əməvilərin İslam Peyğəmbərinin adı altında camaata hökmranlıq edən rüsvayçı işgəncələrə son qoysun, onların müsəlmanlara rəhbərlik üçün ləyaqətsz olduqlarını, bu iş üçün azacıq da olsun insani və ürfi nişanələrə malik olmadıqlarını isbat etsin. Bu hədəflər onların son dərəcədə daşürəkli, qəsavətli olmalarını, onların törətdikləri cinayətləri, faciələrini açıb göstərməklə mümkün olacaqdı. Heç kim hətta adi bir şəxsə belə bu cür faciələri, cinayətləri rəva görməzdi, o ki qala Peyğəmbər camalının aynası, böyük Əhmədi xülqünün nişanəsi! İmam Hüseyn (əleyhis-salam) isbat etdi ki, belə bir faciələrə o əl atmaq ilahi namus məcralarından inhirafa yuvarlanmaqdır, fəzilət mələkələri dairəsindən uzaqdır. Onların hətta heyvanlarda da müşahidə olunmayan bu əməlləri göstərir ki, heç bir dəlillə İslam ümmətinə hakim olmaq ləyaqətləri yoxdur. Həzrət Zeynəb əleyha-salam İmam Hüseyn əleyhis-salama matəm saxlayanda deyirdi: "ey bazar ertəsi günü qətlə yetirilən!” İmam Hüseyn (əleyhis-salam) cümə günü qətlə yetirilib, amma Həzrət Zeynəb (əleyha-salam) bu sözlə demək istəyir ki, bu faciənin əsl səbəbkarı Peyğəmbərin vəfatından sonra, bazar ertəsi günü Əbubəkrin xilafəti qəsb etməsi olmuşdur. Əbubəkr Öməri, Ömər də Osmanı xilafətə təyin etdi. Osman da Quranın "xəbis şəcərə adlandırdığı sülalədən olmaqla, öz nümayəndəsi olan Müaviyənin Şamdakı hökmranlığını möhkəmlətdi, o da Həzrət Əli (əleyhis-salam)-ın əleyhinə qiyam etdi, beyət etmədi, İmam Həsəni hiyə ilə qətlə yetiridi, sonra oğlu Yezidi xəlifə təyin etdi, o məlun da Peyğəmbər övladını məzlumcasına qətlə yetirdi. Olmadı cavab istədi gedə, Gəldi guşinə nagəhan səda: Mən Hüseynivəm qardaşı ölən, Oğlu doğranan getmə Zeynəba *** Ləşgəri ədüv payimal edər, Yerdə cismimi bir dayan bacı Sinəm üstə gör at dolandıran, Qövmi kinəni bir dayan bacı Gərçi xeymələr od tutub yanar, Suzi ahilən bir dayan bacı Atların ayağında peykərim, Səslə: va Hüseyn, va Mühəmməda! *** Xeymələr yanar qoyma Abidi, Xeymədə qala odlara yana Vur özün oda sinən üstə al, Çək bacı o bimarı bir yana Xırda qızlarım odda yanmasın, Başda məcəri damən odlana Su kimi qanım çöllərə axar, Başımın olar məskəni cida *** Şimri dün vuran vəqtə qızları, Ver qabağa sən əllərin bacı Qoyma çox sala sərsəri xəzan, Dadü-naliyə gəlmiyə sənin Dad edən şirin dillərin bacı, Səbr elə müsibətlərə necə Səbr edib anan Xeyrətünnisa *** Gün batar gələr bəcdəli cəfa, Kari fitnəcu peykərim tapar İncidər mənim yara cismimi, Ol şəqiyyü-qəddarü-nabekar[667] Fikri vardı yığmağa qarətə, Barmağımda əngüştərim tapar Xaric eyliyə bilməz axırı, Barmağım kəsər ol duni dəğa *** Daşları kənar eylə birbəbir, Peykərimin üstündə ağlama Nizə ox qılıc parəsinə çox, Baxma əşgivi ruyə bağlama Öz sefid olan ruyivə bacı, Qanımı yaxıb sinə dağlama Ta yaran batar qanimə olar, Çarəsiz olan dərdlərə dəva *** İsti qumların üstə bi kəfən, Rəsi nizədə rəsi ənvərin[668] Bir tərəfdə Əbbasü, Əkbərin, Fəzlü-Qasimin, Ovnü, Cəfərin Açdı başını va əxa deyən, Va əba deyən Ali Müstəfa Dəftərü-qələm əldə sailəm, Dərgəhizdə hər sübhü-hər məsa Dolanır Əli qızı məqtəli (2), Qan içində bir bədən axtarır Yolun üstə qafilə ləng olur (2), Bacı qardaşa kəfən axtarır (2) *** Əli başda dörd tərəfə qaçır, Dayanır çuxur yerə baş vurur Gör nə yerdi duxti Əbu Turab[669], Qədəmin turabə yavaş vurur Yadına o səhnə düşübdü ki, Hamı bir yaralıya daş vurur Pozulubdu gülşəni arizu, Gülü-bülbülü-çəmən axtarır *** Deyir Allahım bu əzizlərin, Nədən aşiyanəsi[670] qalmayıb Qolu bağlı quşlarımın evi, Talanıbdı lanəsi[671] qalmayıb Soyulub vücudi Hüseynimin, Başı yox nişanəsi qalmayıb Görürəm hərayə anam gəlib, O da qanlı pirəhən[672] axtarır. *** Yorulub oturdu yerə bibi, Alıb ətrin odlanıram Hüseyn Bu qədər ki daş tökülüb yerə, Keçə bilmirəm yanıram Hüseyn Bədənin nüması[673] pozulsa da, Yenə mən səni tanıram Hüseyn Məni sən çağır yerivi bacın, İtirir dübarədən axtarır *** Hərəkət zamanı qəm əhlinə, Yaranıbdı bu qüssəli mənzərə Özünü çəməndə hər əndəlib[674], Yetiribdi bir gülü-pər-pərə Analar sürudi vida[675] oxur, Biri Qasimə, biri Əkbərə Elə bir Rübab itirib özün, Əli başda süd əmən axtarır *** Üsərayi xəsteyi Neynəva[676], Hamı dildə ahü-nəva gedir Anadır başında qara gedir, Bacıdır ürəkdə yara gedir Düzülüb nizamə kəcavələr, Şühəda qalır, üsəra gedir Doludur ürəkləri dərdilən, Vəli xəlvət əncümən[677] axtarır *** Gediri Səkinə yavaş-yavaş, Üzünün tozun yuya Əlqəmə Deyə şərhi halını mubəmu[678], Su yanında sahibi pərçəmə[679] Əmu can dur əllərüvə fəda, Kömək eylə carəsiz əmməmə Çağırır hərəmdə bibi səni, Gözü yoldadı gələn axtarır *** Olub Əhli-beytə zəmanə tay, Kərəmin sönübdü çıraqları Bala qızlar istiri naqəyə, Minə leyk, titrir ayaqları Kimə mehman gedir ey Xuda, Gözü yaşlı Kufə qonaqları? Görəsən Mədinə hayandadır?, Gözü Zeynəbin vətən axtarır
658.Nəvələr 659.Zəmanənin ən rəzil v əalçaq adamları 660.Köməyə çatan 661.Bədəxlaq 662.Şeytanın övladları 663.Soltanlıq vasitələri, avadanlıqları 664."Cəlaül-üyun” (əllamə Məclisi) 665."əl-İsabə (Şeyx Səduq) səh 76 666."Müstədrəkül-vəsail” c.2 səh 217 667."Misbahü-Kəfəmiv”, səh 376. 668.Alçaq 669.Nizə başında nurlu başın 670.əbu Turabın, yəni Həzrət Əlinin qızı 671.Yuvası, sığınacaq yeri 672.Yuva 673.köynək 674.Görünüşü, forması 675.Bülbül 676.Vida nəğməsi 677.Neynəvanın yorğun əsirləri 678.Gizli məclis 679.Birbəbir |