Kərbəla çölündən sizə nişan (2) Pərlərimdə mən qan gətirmişəm Su kimi olub göz yaşım rəvan Haləti pərişan gətirmişəm (2) *** Qasidəm özüm bir quşam vəli Təkbətək gəlin halimə baxın Qonmuşam bu divarın üstə mən Rəngi ruhi əhvalıma baxın Qan mürəkkəbi ox qələm yazın Şərhi nameyi balimə baxın Təşnə ləblərin halini bəyan Etməyə çox ünvan gətirmişəm *** Bağladı suyun yolların ədüv Ali Heydərin ruyinə təmam Əldə tiği kin, dildəu "uqtulu"(.Ayıq, huşyar ) Qətligahə üz qoydu əhli Şam Oldu qızların zikri əl ətəş Yandı ləbləri əllərində cam Oldu südəmər oxlara nişan Axdı su kimi qan gətirmişəm *** Süd əmər bala, yəni Əsğərin Halını görən düşmən ağladı Verdi əlləri üstə can Hüseyn Çəkdi ahi dil, dildən ağladı Su yanında doğrandı no cəvan Verdi Əkbəri can gətirmişəm *** Batmışam Hüseyn qanına özüm Ətrilən dolub pərlərim mənim Qırmızı gülə bənzərəm açıb Qönçəli gülü-peykərim mənim Yəsrib əhli siz bir qulaq asın Dərk edin hamı sözlərim mənim Tez edin o Suğraya siz bəyan Rəngi sorxi əlvan gətirmişəm *** Dəstə quş idik dəstə cəm ilən Kərbəladə biz hazır olmuşuq Xeymələr yanan vəqtə qızların Hali zarinə nazir olmuşuq Xeyməgəhdə gah qətligahidə Va Hüseyn deyib zahir olmuşuq Ox tamam bədənlərdə ləxtə qan Su kimi rəvan qan gətirmişəm *** Od vuruldu odlandı xeymələr Qaçdı çöllərə Ali Müstəfa Ahü-zar ilən səslənirdilər Rəhm elə Xuda yandıq odlara Bəzi səslənir əmmə hardasan Bəzi "ya əxa”, bəzi "ya” əba Xırda qızların halını əyan Surətimdə əl”an gətirmişəm *** Şamü-Kufənin qan tökənləri Qurdular o səhradə bir əsas Qarə badilər əsdi aləmə Tutdu vahimə vəhşəti həras Məşkini salıb çənginə gedib Su gətirməyə tacidari nam Qolları qələm verdi teşnə can Tutdu gözlərin qan gətirmişəm *** Sədri zinidən düşdü torpağa Qətligahidə şahi insi can Əldə hərbələr firqeyi cəfa Aldı dövrəsin nizə ox vuran Hər gələn vurub hər gedən vurub Gəldi nagəhan Şimr ilə Sənan Dildə qalmayıb taqətü-təvan Ya Rəhimi, Rəhman gətirmişəm *** Qəmkeşəm sənə ya Hüseyn özün Həşridə başöım üstə sayə sal Qoyma hali məhşərdə əl”əman Qəlbimi tuta möhnətü-məlal Dəftəri qələm əldə hazıram Ömrümü şəbü-ruzü-mahü-sal Va Hüseyn deyib etmişəm fəğan Rusiyahəm ünvan gətirmişəm |