İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2075
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Main » Files » Dini yaradıcılıq » “Allahın elçisi” (Poema)

    “Allahın elçisi” (Poema)
    2012-09-27, 0:28 AM
    İSLAMİYYƏTDƏN ƏVVƏL MƏKKƏ VƏ KƏBƏDƏ ƏRƏBLƏRİN VƏZİYYƏTİ
    Qədim zamanlardan Məkkə şəhəri
    Olmuş ərəblərin müqəddəs yeri.
    Kəbəyi–mükərrəm(Mükərrəm – möhtərəm, hörmətli.) orada idi
    İbadət evitək əzizlənirdi.
    Həzrəti İbrahim mübarək olan
    Evi İsmaillə tikir bir zaman
    Binanın inşası çatanda sona
    Beytullah(Beytullah – Allahın evi.) adını verdilər ona.
    Həcc məqsədiylə gələn ərəblər
    Tovhid(Tovhid – Allahın birliyinə inanmaq.) əsasında ziyarət edər.
    O zamanlar Kəbə tər–təmiz idi
    İçində heç bir büt görünməz idi.
    Axıb ziyarətə gələn zəvvarlar
    Kəbəyə ürəkdən bağlı olarlar.
    Kəbədə səcdəyə gəlib baş qoyar
    Tək olan Allaha inanardılar.
    Ərəblər haqq dindən sonra döndülər
    Bütə qurban verəntək göründülər.
    Tanrının varlığın tam unutdular
    Küfrün ədalətsiz yolun tutdular.
    Kəbə bütpərəstlik mərkəzi oldu
    Onun qüdsiyyətin(Qüdsiyyət – müqəddəslik) azaltmadı bu.
    Yaxından uzaqdan yenə gələnlər
    Kəbəni ziyarət, həm təvaf(Təvaf – Kəbənin ətrafında dövrə vurmaq.) edər.
    Yardım istəyərlər daş taxta bütdən.
    Qəlbləri qaranlıq içində ikən
    Ruhsuz bütə "allah” deyib ad qoyar
    Cəhalət(Cəhalət – islamiyyətdən əvvəlki nadanlıq dövrü.) dövründə yaşayardılar.
    Nə qanun var idi nə də ədalət
    Baş alıb gedirdi qorxunc zəlalət.
    Qanlar tökülürdü səbəbsiz yerə
    Ərəblər bölünmüş qəbilələrə.
    Sərvətin övladın çoxluğu ilə
    Durub öyünərdi hər bir qəbilə.
    Tayfa davaları hey davam edir
    Qumar içki zina müntəzəm gedir.
    Onlarda yox idi əsla mərhəmət
    Qan güdmə var idi bir də ədavət.
    Qardaş qardaşını vurub öldürür
    Əlində olanı götürüb sürür.
    Haqlarından məhrum qadınlar aşkar
    Bazarda mal kimi satılardılar.
    Sevgi məhəbbətdən sevincdən uzaq
    Bir şəhvət əşyası sayılır ancaq.
    Kişi istədikdə talaq pozulmuş
    Qadın sahibinin əsiri olmuş.
    Qızı doğulanda hər ərəb ata
    Zülm edərdi incə bu məxluqata.
    Hər qız doğulanda olardı təkrar
    Diri–diri qəbrə basdırardılar.
    Cahiliyyət dövrü edirdi davam
    Bütün dünya zülmət içində müdam.
    Misirdə Bizansda Yəmən İranda
    Çində Hindistanda Həbəşistanda
    Dini münaqişə gəzib dolanır
    Hər yerdə ölkələr od tutub yanır.
    Qurtarmaq bilməyir müharibələr
    İnsanlar qırılır desək müxtəsər
    Cahan çox qarışıq bir halda idi
    Sonuncu Peyğəmbər gözlənilirdi.
    Ona möhtac idi bütün ümüdlər
    Gəlişin səbirsiz gözləyirdilər.
    Tövrat da İncil də müjdələyirdi
    Neçə əsr əvvəl xəbər verirdi
    Müqəddəs Məkkədə anadan olan
    Peyğəmbər gələcək–Axirəzzəman.
    Mühəmməd əbdullah oğlu gələcək
    Kəbəni bütlərdən təmizləyəcək.
    Xilaskar Mühəmməd əleyhissəlam
    Gələcək dilində Allahdan kəlam.
    ƏBRƏHƏNİN KƏBƏYƏ HÜCUMU
    Məkkə dini mərkəz olduğu kimi
    Ticarət mərkəzi olmuş həm də ki
    Ticarətə gedib–gəlir karvanlar
    Həcc vaxtı orada qurulur bazar.
    Ancaq ərəbləri ora cəlb edən
    Uzaq ölkələrdən çəkib gətirən
    Kəbənin müqəddəs olması idi.
    Bütün ərəbistan axır sel kimi.
    "Həm ziyarət edir həm də ticarət”
    Məkkənin bu qaynar vaxtı nəhayət
    Həbəşlər Yəməni aldılar ələ
    Bir məhşur hadisə baş verdi belə.
    Əbrəhə Yəmənin valisi olur
    Sənada bir kilsə tikib qurdurur
    Oraya xərc çəkib vurdu bər–bəzək
    Ziyarətgah adın ora verərək
    Bu fikirdə idi o ərəblərin
    Kəbədən Sənaya üzün çevirsin.
    Kəbəni ziyarət edən ərəblər
    Sənanı məbədtək imtina edər.
    Bundan qəzəblənib coşan əbrəhə
    Başqa çarəyə baş vurdu bu dəfə
    Kəbəni dağıtsın deyə büsbütün
    Məkkəyə qoşunun gətirdi bir gün.
    Məkkə ətrafında qurdurur çadır
    Xalqın mal–qarasın sürüb aparır.
    Soyulmuş malların içərsində
    Əbdül Müttəlibin(Əbdül Müttəlib – Həzrəti Mühəmmədin ata babası.)yüz dəvəsin də
    Sürüb əbrəhəyə gətirmişdilər.
    Əbdül Müttəlib də tutanda xəbər
    Gəlmiş əbrəhənin ordugahına.
    Əbrəhə mətləbi biləndə ona:
    –Mən elə zənn etdim ki Kəbəni sən
    Uçurmayım deyə xahiş edərsən.
    Sənsə əl çəkmirsən dəvələrindən.
    Əbdül Müttəlibsə cavab verdi:– "Mən
    Öz dəvələrimin bir sahibi tək
    Borcumdur malımı gəlib istəmək.
    Yəqin Kəbənin də öz sahibi var
    Lazım gəlsə onu özü qoruyar.”
    Onun dəvələrin dərhal verdirir
    Məkkəyə də "Hücum” əmrini verir
    Qabağa buraxdı böyük bir fili
    Həmin il tarixdə qaldı "Fil ili”.
    Məkkəlilər bundan tutanda xəbər
    Hər yerdən yığılıb gəldi ərəblər.
    Döyüşdə irəli gedəndə düşmən
    Möcüzə baş verdi haqq tərəfindən.
    Əbabil adlanan dağdakı quşlar
    Qoşunun başına yağdırdı daşlar.
    Asi olduğuçün Pərvərdigara
    Kimə daş dəyirdi basırdı yara.
    Həbəş əsgərləri qorxub üzülür
    Əksəri yıxılıb yerində ölür.
    Ölməyənlər canın zorla qurtardı
    Çünki bunu edən bir qüvvə vardı.
    Ordunun üstünə quşları saldı
    Kəbəyi–müəzzəm(Müəzzəm – böyük)salamat qaldı.
    Əbrəhə pərişan Yəmənə döndü
    Az müddət keçməmiş həyatı söndü.
    Qısaca bu haqda buyurur Quran
    "əhsabi–filə” nə etdi Yaradan.
    Həmin hadisədən az vaxt keçirdi
    Mühəmməd dünyaya təşrif gətirdi.
    HƏZRƏTİ PEYĞƏMBƏRİN DÜNYAYA GƏLMƏSİ VƏ UŞAQLIQ İLLƏRİ
    Mühəmməd dünyaya gəlməmiş hələ
    Tarixi kitablar köstərir belə
    Onun mövludundan iki ay qabaq
    Atası əbdullah hazırlaşaraq
    Ticarətlə bağlı gedir səfərə
    Şam adında məşhur qədim şəhərə.
    Yükünü tutaraq qayıdan zaman
    Yəsrib(Yəsrib – indiki Mədinə şəhəri.) şəhərində köçür dünyadan.
    Nə əbdullah gördü əziz körpəsin
    Nə də oğlu duydu ata nəfəsin.
    Onun mövlud günü sübh vaxta düşdü
    Sanki bir anlığa aləm dəyişdi.
    Cahan birdən–birə nura bələndi
    Bütlər parçalanıb yerə ələndi
    Küfrün yer üzündə laxladı adı
    Kəsranın(Kəsra – fars padşahı) eyvanı çat–çat çatladı.
    Söndü ibadətgah olan ocaqlar
    Sava gölü batdı məhv oldu nə var.
    Ağıllı kahinlər(Kahin – bütpərəstlərdə din xadimi, qeybdən xəbər verən) xəbər verdilər:
    – Haşimi nəslindən gəldi Peyğəmbər.
    Allahın hökmünə boyun əyəcək
    "La–ilahə–İlləllah” o deyəcək.
    Münəccimlərdən də deyənlər oldu:
    "Bu gecə əhmədin ulduzu doğdu”.
    Bilmirəm o günü vəsf edim necə
    Tarix görməmişdi belə bir gecə.
    Buludlar çəkilib açdı göyləri
    Ay da öz nuruyla bəzədi yeri.
    O gecə islamın parladı taxtı
    Məkkənin qütbündən ulduzlar axdı.
    Əbdül Müttəlib də nəvəsi üçün
    Ziyafət elədi düz yeddinci gün.
    Qohumlar–yaxınlar sordular: – Nədən
    Mühəmməd ismini verdin ona sən?
    Bu adı nəslində yoxdur daşıyan:
    – Röyada bunları gördüm bir zaman.
    Belimdən bir böyük ağac göyərdi
    Budaqları qərbə şərqə dəyirdi.
    Bütün ölkələrə kölgəsi düşür
    Get–gedə bu ağac daha böyüyür.
    Hər yerdən axışıb insanlar gəlir
    Ağaca sitayiş səcdə edilir.
    Ayılıb özümü alanda ələ
    Yuxumu yozanlar söylədi belə:
    – Rəbbinə həmd–səna eyləsən əgər
    Nəslindən dünyaya bir uşaq gələr
    Allahın ən yaxın bəndəsi olar
    Onun ətrafına hamı yığılar.
    Odur ki adını qoydum Mühəmməd
    Bu ad "bəyənilmiş” deməkdir əlbət.
    Özüm görməsəm də edirəm güman
    Bu əziz nəvəmi gələcək zaman
    Göydə Haqq yerdə xalq çox sevəcəkdir
    Onunla çoxları fəxr edəcəkdir.
    Məkkə şəhərində bir qayda vardı
    Çox zaman havası ağır olardı.
    Körpə uşaqları şəhərdən kənar
    Səfalı yerlərdə saxlayardılar.
    Ərəb adətincə Mühəmməd üçün
    Süd anası tapdı babası bir gün.
    Həlimə adında qadına verdi
    O da obasına aldı gətirdi.
    Mühəmməd onlara gələndən bəri
    Kasıb ailənin güldü üzləri
    O evə qədəmin qoyandan Həzrət
    Özüylə gətirdi xeyir bərəkət.
    Uşaq da meylini saldı qadına
    "Mənim anacığım” deyərdi ona.
    Mühəmməd beş yaşda olduğu zaman
    Yaşıdları ilə oynadığından
    Badiyədən(Badiyə – həzrətin süd anası Həlimənin yaşadığı kənd)kənar çıxırlar düzə
    Qəfildən baş verdi belə möcüzə.
    Cəbrail yanında bir neçə mələk
    Həmin uşaqlara yaxın gələrək
    Birincisi sordu: – Gör o hansıdır?
    İkinci göstərib dedi:– Bax odur!
    Cəbrail ahəstə: – Gətirin dedi.
    Tarixdə olmayan hadisə idi.
    Uşaqlardan kənar etsinlər deyə
    Tədricən aldılar onu dövrəyə.
    Cəbrail işarə verdiyi zaman
    Mələklərin biri hiss olunmadan
    Allahın əmriylə qəlbinə girir
    Köksünü açaraq genişləndirir.(Əl-İnşirah "açma” və ya "genişlətmə” ayə-1)
    Kindən vəsvəsədən qəlbini yuyur
    Elm hikmət iman nuru doldurur
    Sonra kürəyinin tən ortasından
    Möhür irilikdə vurdular nişan.
    Onun süd qardaşı bunu görərək
    Bir baş evə qaçdı divanələrtək.
    Ata–anasına çatdırdı xəbər
    Onlar da bu işdən heyrətləndilər.
    Eşitdiklərindən qorxuya düşən
    Həlimə həyəcan içində ikən.
    Onda görünəndə qeyri–adi hal
    Uşağı Məkkəyə gətirdi dərhal.
    Baba nəvəsini alıb sevindi.
    Həlimə bəxşişlə evinə döndü.
    Həzrət altı yaşa çatdığı zaman
    Anası Aminə köçdü dünyadan
    İki il babası saxladı onu
    Bilmədi yetimlik nə olduğunu.
    Babasının ömrü çatmışdı sona
    Vəsiyyət eylədi oğlanlarına:
    – Mən daha gedirəm bu nəvəmi siz
    İncidib qəlbini üzməyəsiniz.
    Abbasın külfəti böyükdür –dedi
    Əbu Ləhəbəsə belə söylədi:
    – Zənginsən ancaq çox daş ürəklisən
    Bunu hiss edirəm hərəkətindən.
    Bu yetimi sənə etsəm etibar
    Səndə nə məhəbbət nə mərhəmət var.
    Zalımsan qorxuram məndən sonra sən
    Uşağın qəlbini qıra bilərsən.
    Kobud hərəkətin könlünə dəyər
    Nadan rəftarından bezib inciyər.
    Bu müdrik qocanın sözləri haqmış
    Sanki ilahidən qəlbinə axmış
    Əbu Ləhəb ilə həm əbu Cəhl
    Ömrü boyu ona düşmən oldu bil.
    O necə də bilmiş keçəcək zaman
    Nəvəsinə nazil olanda Quran
    "əbu–Ləhəb”(Əbu–Ləhəb – (alov atası)) adlı surə enəcək
    Onun ayələri belə deyəcək:
    "əlləri qurusun əbu Ləhəbin.
    Qurudu da” onun əlləri lakin
    "Alovlu atəşə o girəcəkdir
    Var–dövləti fayda verməyəcəkdir
    Cəhənnəm odunda yandığı zaman
    Övrəti olacaq odun daşıyan”.
    Babası uşağı vermədi ona
    Üzünü çevirdi başqa oğluna.
    Əbu Talib(Əbu–Talib – Həzrəti Mühəmmədin əmisi həzrəti Əlinin atası) dedi: – And olsun sənə
    Göz üstə saxlaram onu ver mənə.
    Mənim az olsa da varım sərvətim
    Qardaşım oğluna var məhəbbətim.
    Atası oğlundan razılıq etdi
    Uşaq əmisinin evinə getdi.
    Əbu Talib ona oldu mehriban
    Ayırmadı onu övladlarından.
    On iki yaşında olanda uşaq
    Əsla xoşlamazdı oyun oyuncaq.
    Şərəfli işlərə həvəsi vardı
    Bir işi görəndə çox zövq alardı.
    Əmisinə kömək məqsədi ilə
    Qoyun otarmağa gedərdi çölə.
    Bir dəfə əmisi səfərə getdi
    Onu da özünə yardımçı etdi.
    Gəlmişdilər Busra adlı şəhərə
    Gördülər burada başqa mənzərə.
    Bahira adında bir rahib keşiş
    Mühəmmədi görüb belə söyləmiş:
    – "Lat və Üzza”(Lat və Üzza – islamiyyətdən qabaq ərəblərin ibadət etdikləri bütlər) haqqı bir sualım var
    Cavabını düzgün de mənə aşkar.
    Uşaq dedi: – Bütə mən and içmirəm
    Bütpərəstliyə də nifrət edirəm.
    Buheyra Allaha and verdi ona
    Sual cavabını çatdırdı sona.
    Dedi: – Kitablarda var belə xəbər
    Gələcək axirəzzəman Peyğəmbər.
    Kürəyində gərək nişanən də var
    Mübarək kürəyin açıb baxdılar
    Rahib görən kimi baş əydi ona
    Allahın sevimli son Rəsuluna.
    Əmisinə dedi: – Şama getmə sən
    Getsən bu uşağı itirəcəksən.
    Şamda yəhudilər duyuq düşərlər
    Çünki onlarda da var belə xəbər.
    Gəlibdir islamın son Peyğəmbəri
    Xətaya düşərsən qayıdın geri
    Əbu Talib elə o gün o axşam
    Alış–verişini eylədi tamam.
    İnandı rahibin buyurduğuna
    Qorxudan etiraz etmədi ona.
    Gördü ki ağıllı məsləhət verir
    Karvanı Məkkəyə tərəf döndərir.
    Category: “Allahın elçisi” (Poema) | Added by: Islam_Kitabxanasi
    Views: 937 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    “Allahın elçisi” (Poema) [22]
    Əhli-Beytin (Əleyhimüs-salam) matəmində mərsiyələr, şerlər, xütbələr [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024