On yeddi yaşında ikinci kərə Əmisi Abbasla getmiş səfərə. O zaman Yəməni səyahət etmiş Görkəmli yerlərin ziyarət etmiş. Yaşı iyirmi üç olanda Həzrət Müstəqil həyata keçdi nəhayət Ticarət işində oldu çarvadar Çoxları edərdi ona etibar. Alqı–satqısında olmazdı qüsur Əxlaqı dillərdə olmuşdu məşhur. Düzlükdə paklıqda çıxarmışdı ad İstərdi hamını görsün qəlbi şad. Kindən yamanlıqdan riyadan uzaq İyirmi beş yaşa çatdı bu sayaq. Xədicə adında bir qadın vardı İki ərdən sonra tənha yaşardı. Əlində var idi hər cürə imkan Karvanları gedib–gəlirdi Şamdan. Varlı olmağının mənbəyi əsas Əvvəlki ərlərdən qalmışdı miras. Böyük bir sərvətə malik bu qadın Çox uca tutardı Qureyşin adın. Əsl–nəcabətin bilsək dərindən Peyğəmbərə qohum sayılır əslən. Məkkənin ən varlı sanlılarından Onu almaq üçün gəlir çox zaman. Bilir dövlətinə görədir bu iş Odur ki hamını rədd eləyərmiş. Köləsi Meysərin vasitəsilə Ticarət işlərin aparır belə. Bəzi adamlara sərmayə verir Qazanca özü də ortaqlıq edir. Evlənmə yaşına çatanda Həzrət Əbu Talib ona bir gün nəhayət Evlənmə təklifin saldı yadına Sonra da məsləhət verərək ona Xədicədən gedib sərmayə alsın Növbəti səfərə özünü salsın. Səfərdən əlinə mənfəət gələr Onun hesabına evlənə bilər. Əmi–qardaşoğlu razılaşdılar Düşünüb verdilər belə bir qərar. Xədicəni görüb danışmaq üçün Əbu Talib durub getsin həmin gün. Əbu Talib gedir Xədicəgilə Həzrətin təklifin deyəndə belə Çağırıb evinə dəvət eylədi Sərmayə verərək belə söylədi: – Şöhrətin dillərdə olubdu dastan. Deyirlər əməlisaleh adamsan. Sən kimi bir şəxsə ehtiyacım var. Mənim mallarımı Şama sən apar. Köləsi Meysəri qoşaraq ona Həzrət də başçılıq edib karvana Səhəri Məkkədən çıxdılar erkən. Yolları Busradan yenə keçərkən Həzrət Bahiranı sordu–aradı Sağlığından soraq verən olmadı. Yerində Nəstura adında keşiş Onun yaxınlarda ölməyin demiş. Həzrət kədərlənir bundan bir qədər Sonra rahib ilə söhbət edirlər. Rahib sual edir ona bu zaman Dinləri haqqında soruşur ondan. Bütlərə nifrətin deyəndə Həzrət Rahibi bir anlıq bürüdü dəhşət. Dedi: – Oxuduğum dini kitablar Əlamətlərini köstərir aşkar. Allah dərgahında ucalacaqsan Sonuncu Peyğəmbər sən olacaqsan. Ölməyib görəydim o günü mən də Səni ümmətinə xütbə deyəndə. O da Bahiranın dediyin dedi, Şama getməklərin rəva bilmədi. Rahibin sözünə qulaq asdılar Malların burada satdılar nə var. Malların satışı qazanclı oldu Yerinə başqa mal alıb vuruldu. Döndülər geriyə–Məkkəyə sarı Gələndə uğurlu oldu yolları. Məkkə şəhərinə çatanda karvan Xədicə Həzrəti gördü uzaqdan, Hər çiyni üstündə məlaikə var Onu qorumağa hazır durublar. Öz–özünə dedi: – Bu nə sirridir Yoxsa, bu Allahın sevimlisidir?! Mallar tez satıldı qazanc bu qədər Heç bir ticarətdə görməmişdilər. Xədicə Həzrətdən çox razı qaldı Ülvi məhəbbətin qəlbinə saldı. İnanmışdı onun pak olduğuna Ticarət işlərin tapşırdı ona. Yolda gördüklərin nökəri Meysər Söylədi: – ömrümdə indiyə qədər, Belə bir düz adam görməmişəm mən. Sonra da danışdı kəramətindən: – Başının üstündə bulud olardı Karvan üzərinə kölgə salardı. Üç aya yaxın biz səfərdə olduq Nə susuzluq gördük nə də yorulduq. Rahiblə görüşün deyəndə ona Gördüyü bir röya düşdü yadına. Yuxusun yozanlar demiş: – Bir zaman Peyğəmbər zövcəsi sən olacaqsan. Odur Mühəmmədə göndərdi xəbər Məşhur adamlardan gəldi elçilər. Əsil–nəcabətdən getdi danışıq Sonra razılığa gəldilər artıq. Əbu Talib xeyir–dua söylədi Axırda "oğullu olsunlar!” –dedi. Vərqa(Vərqa – Həzrəti Xədicənin əmisi burada vəkili.)da fikrini eylədi agah Sonra da onlara bağladı nigah. Dəvələr kəsilir tələm–tələsik Çalıb oynadılar başlandı şənlik. Hamı ziyafətdən çox razı qaldı Həzrət Xədicəyi–Kübranı aldı. Onlar bir–birinə edir etibar Səadət içində yaşayırdılar. Həzrət ailəyə başçılıq edir Onlar da dünyaya övlad gətirir. Dörd qız iki oğlan oldu anadan Oğlanlar körpəkən köçdü dünyadan. Qızlar tərbiyəli gözəl mehriban Ərlik yaşlarına çatdığı zaman Əbu Ləhəb Həzrət oldular quda Həzrətə dərd oldu sonralar bu da. Ümm Külsüm qızın aldı Üteybə Ütbəyə getmişdi qızı Ruqiyyə. |