İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2075
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Main » Files » Dini yaradıcılıq » “Allahın elçisi” (Poema)

    “Allahın elçisi” (Poema)
    2012-09-27, 0:27 AM
    İLK VƏHYİN GƏLİŞİ
    Otuz beş yaşını keçmişdi Həzrət
    Qəlbində Allaha artır məhəbbət.
    Gündüzlər Kəbəni ziyarət edər
    Gecələr çox zaman ibadət edər.
    Allahdan olardı sözü–söhbəti
    Cahil adətləri sevməzdi qəti.
    Kəbəyə bütləri yığır ərəblər
    Ondan ilham alıb coşardı təblər.
    Kəbəni lüt–üryan hərlənərdilər
    Allahın evində əylənərdilər.
    Qumar oynayan kim şərab içən kim
    Qarşısın almağa olmazdı hakim.
    Ölkədə nə qanun nə qayda vardı
    Qəbilə davası tez–tez olardı.
    Qolları güclülər gücsüzü soyur
    Onları qanun yox tayfa qoruyur.
    Ölümə ölümlə təhqirə təhqir
    İntiqam alınır qan axıb gedir.
    Həzrət ətrafında öz şəhərində
    Görür dilənçilər cındır içində.
    Mal ölçən mal satan tacir adamlar
    Qiymətdə çəkidə alanı xamlar.
    Onlarda insafdan olmazdı əsər
    Hər dəqiqə günah işlədərdilər.
    Yaşı otuz səkkiz olanda Həzrət
    Bu iyrənc işlərə dedi qabahət(Qəbahət – pis hərəkət, murdarçılıq.).
    Xalqdan üz döndərib uzaqlaşaraq
    Tənha yaşamağı üstün tutaraq
    Məkkədən yuxarı Hira dağında
    Gəlib oturardı mağarasında.
    Daim ibadətlə məşğul olardı
    Tək–tənha sübhədək oyaq qalardı.
    Ramazan ayını orda keçirdər
    İbadət eyləyər səhərə qədər.
    Sakit məbədində fikrə dalardı
    Gördüyü röyalar gerçək olardı.
    Həzrət qırx yaşına çatdığı zaman
    Qulağına səslər gəldi durmadan.
    Qeybdən gəlirdi bu səs bu səda;
    – Allahın elçisi sənsən dünyada.
    Bacılar qardaşa məhrəm olanda(Ögey bacılar nəzərdə tutulur.)
    Qızlar diri–diri basdırılanda,
    Pozğunluq baş alıb getdiyi zaman
    Ona peyğəmbərlik verdi Yaradan.
    Ramazan ayının on səkkizində
    Gördü mağarasın o nur içində.
    Təkrarən adını çəkirdi kimsə
    Diqqət ilə qulaq asdı bu səsə.
    Adını eşitcək əsdi qorxudan
    Yıxılıb huşunu itirdi bir an.
    Haçandan–haçana özünə gəlcək
    Başının üstündə gördü bir mələk.
    Cənabi Cəbrail gəldi yaxına
    İpəkdən bir namə uzatdı ona.
    Dedi: – Mən oxumaq bilmirəm axı
    Allahın əmridir! dedi: – Al oxu!
    Üç dəfə Həzrəti sıxdı bağrına
    Cəbrail təkrarən buyurdu ona:
    – "Bütün məxluqatı yoxdan yaradan
    Rəbbinin ismilə oxu ucadan”.
    "ələq”(Ələq – (laxtalanmış qan))surəsindən oxutdu ona
    Allahın sevimli son Rəsuluna.
    Bu gəliş Həzrətdə təşviş oyatdı
    Səhər məbədindən evinə çatdı.
    Üzündən ətrafa yayılırdı nur
    Xədicə maraqla sordu: – Nə nurdur?
    Peyğəmbər buyurdu: – Üstümü örtün.
    Dərin bir yuxuya getdi həmin gün.
    Yuxudan oyanıb danışdı bir–bir
    Olan hadisəni eylədi təsvir.
    Xədicə bunları eşidən kimi
    Ərinə söylədi sevinən kimi:
    – Sən mənə xoş xəbər gətirmisən ki.
    Qanadım çatmayır uçmağa sanki.
    Təsəlli verərək dedi: – "Döz bir az
    Allah öz qulunu yalqız buraxmaz.
    Həqiqət yolunu tutdun hər zaman
    Qonşulara qarşı çox xeyirxahsan.
    Fəqirə kasıba hörmət edənsən
    Yolunu azana yol göstərənsən.
    Ya Mühəmməd səndə gördüyüm bu nur
    Peyğəmbərliyinə açıq subutdur.
    Böyük Yaradana əmin ol ki sən
    Artıq bu ümmətin peyğəmbərisən.
    Xədicənin doğma əmisi vardı
    Onların evində tez–tez olardı.
    İncili Tövratı bilirdi əzbər
    Bütün elmlərdən verərdi xəbər.
    Belə bir rəvayət edirlər o gün
    Xədicə həyəcan içində bütün
    Tələsik tez gedir onun yanına
    Eşitdiklərini danışır ona.
    Sonra sual edir: – Deyilsə bu sirr
    Mənə izah eylə Cəbrail kimdir?
    Vərqə Xədicəyə: – Müjdələr olsun.
    Nəhayət Peyğəmbər zövcəsi oldun.
    Mühəmmədin sözün təsdiq edərək
    Musaya gələndir dedi: – O mələk
    Namusi–əkbərdir(Namusu–Əkbər – böyük paklıq.) adı Cəbrail.
    Peyğəmbərlərə o vəhy edir nazil.
    Ey Xədicə röyan axır oldu çin
    Zövci–Kəriminə(Zövci–kərim – hörmətli ər.) baxaraq sevin.
    Xədicə bunları eşidən zaman
    Tələsik evinə dönür durmadan.
    Onun dediklərin Həzrətə deyir
    İman gətirərək şəhadət edir.
    Dedi: – Yox Allahdan qeyri bir Allah!
    Mühəmməd həm quldur həm Rəsulüllah!
    Birinci vəhydən keçdi tam üç il.
    Daha başqa bir vəhy olmadı nazil.
    Həzrət məbədinə bir gün gedərkən
    Göydən gələn səsi eşitdi birdən.
    Yenə də bədəni lərzəyə düşdü
    Geriyə qayıdıb evə yetişdi.
    Yuxusun almaqa yerinə girdi.
    Xədicə libasın üstünə verdi.
    Cəbrail gəldigcə yaxınlıqına
    Həzrəti səsləyib deyirdi ona:
    – "Ey yataq libasın üstünə çəkən
    Qalx! Oyan! Xalqına nəsihət et sən!
    Rəbbini uca tut! Bütləri tərk et!
    Sənə üz verəcək əzaba səbr et!”
    Bu surənin adı "əl–Müddəssir”(Əl–Müddəssir – (libasına bürünmüş))
    İslamı yaymağa eylədi təsir.
    İLK MÜSƏLMAN OLANLAR
    Məkkədə başladı qıtlıq bir zaman
    Əbu Talib üçün olmadı asan.
    Həzrət onun yükün azaltmaq üçün
    Əmisi Abbasa söylədi bir gün:
    – Görürsən qardaşın əziyyətdədir
    Günü–güzəranı çox ağır gedir.
    Onun oğlanların birin götür sən
    Birini də alım övladlığa mən.
    Abbas razı olub Cəfəri aldı
    Həzrət də əliyə meylini saldı.
    Beş yaşında idi əli o zaman
    Ona övladıtək baxdı mehriban.
    Tərbiyəsinə çox diqqət verərdi
    Əli də öyüdün qəbul edərdi.
    Ona öyrətdilər yazıb–oxumaq
    Əli on yaşına çatdı bu sayaq.
    Həzrət nübüvvətə(Nübüvvət – peyğəmbərlik.)çatdığı zaman
    İlk kişi o idi gətirdi iman.
    Kiçik yaşlarından qılardı namaz
    Böyük Yaradana edərdi niyaz.
    İslama ürəkdən bağlandığından
    Hədislər öyrənər oxuyar Quran.
    Dini söhbətlərə qulaq asardı
    Diqqətlə dinləyib heyran olardı.
    İslam Peyğəmbəri namaz qılarkən
    Üç nəfərdi ona iqtida(İqtida – təqlid etmə, bənzətmə.) edən.
    Həzrət Xədicədən bir az irəli
    Sağında dayanır Həzrəti əli.
    Əbu–Talib oğlu Cəfəri Təyyar
    Sol tərəfdə durub namaza başlar.
    Həzrətin Zeyd adlı bir azad qulu
    Görüb bəyənmişdi bu haqq yolunu.
    Əvvəli bilinmir kimdir nəçidir
    Cəhalət dövründə düşmüşdü əsir.
    Onu qul aldılar Xədicə üçün
    O da Peyğəmbərə bəxş etdi bir gün.
    Zeydin atası da eşitcək bunu
    Gəldi azad etsin əsir oğlunu.
    Ona təklif etdi Rəsuli–əkrəm:
    – Qayıt evinizə! Dedi: – Getmərəm!
    Kəbəyə aparmış Zeydi nəhayət
    Onu oğulluğa götürmüş Həzrət.
    İtaət edərək öz sahibinə
    O da daxil oldu islam dininə.
    Bu anlar hələlik yalnız dörd nəfər
    Həzrətə qoşulub ibadət edər.
    Həzrət xalqı dinə çağıran zaman
    Əbu Bəkr Osman gətirdi iman.
    Çoxu Peyğəmbərə inandığından
    Tərəddüd etmədən oldu müsəlman.
    Bunlara da yaxın qohum olanlar
    Müsəlman olmağa verdilər qərar.
    AÇIQ DƏVƏT VƏ QUREYŞİN ŞİKAYƏTİ
    Müsəlman olanlar olsalar da az
    Gizli şəraitdə qılırlar namaz.
    Üç il davam etdi gizli vəziyyət
    Tanrıdan vəhy gəldi–açıqca dəvət.
    "Şüəra”(Şüəra – (şairlər) ayə 214–215.) surəsi əmr edir bunu:
    "Qorxut sən ən yaxın qohum dostunu.
    Sənə tabe olan möminləri al
    Qanadın altına nəzakətlə sal”.
    Vəhyin bu əmrinə əməl edərək
    Evində ziyafət o düzəldərək
    Əbu Talib Abbas Həmzə(Həzrəti Mühəmmədin əmiləri.) nəhayət
    Əbu Ləhəbi2 də etmişdi dəvət.
    Yeməkdən az keçmiş söhbət edirlər.
    Onlara haqq dindən deyən Peyğəmbər
    Sonra da Allahın əmrini deyir
    Hamını islama dəvət eyləyir.
    Əbu Ləhəb bunu eşidən zaman
    Sözünü deməyə vermədi imkan.
    Məclis əhli durub dağıldı tamam.
    Bir neçə gün keçdi qırx–qırx beş adam
    Əksəri ağsaqqal haşimilərdən
    Yenidən evinə dəvət edərkən
    Peyğəmbər onlara edir ehtiram
    Süfrələr çəkilir yeyilir təam.
    Sonra söhbət gedir dindən–imandan.
    Rəsuli–əkrəm də elə bu zaman
    "Şüəra”dan ayə edəndə təkrar
    Ardıycan buyurdu: – Siz ey qohumlar!
    Tanrı tərəfindən mən bir elçiyəm
    Xəbərdar etməyə börcumdur deyəm.
    Haqq–hesab günündə inanın mənə
    Ölənlər dirilib duracaq yenə.
    Edilən hər hansı əməllərin siz
    Nəticəsini də görəcəksiniz.
    Ərəblərdən heç kim indiyə qədər
    Qövminə verməmiş xeyirli xəbər.
    Sizi bu dünyada axirətdə həm
    Xilas edən dini mən gətirmişəm.
    Allah buyurubdur–söylədi Həzrət:
    – Bu haqq dinə sizi mən edim dəvət.
    Kim mənə bu işdə edərsə kömək
    O mənə canişin vəlidir demək.
    İndi müraciət edirəm sizə
    Üz tutub deyirəm hər birinizə
    Kim mənə bu işdə köməkçi olar?
    Elə bil quyuya bir daş atdılar.
    Heç kimdən gəlmədi nə səs nə səmir.
    Məclisdə ağır bir sükut hökm edir.
    Bu dərin sükutu pozaraq birdən
    Həzrəti əli cəld cavab verdi: – Mən!
    Peyğəmbər buyurdu: – Sən otur hələ.
    Üç dəfə onlardan soruşdu belə:
    – Kim mənə qohumtək edəcək kömək?
    Yenə də birinci məclisdəki tək
    Qonaqlar getməyə hazırlaşarkən
    Üçüncü dəfə də əli dedi: – Mən!
    Yerindən quş kimi qalxıb ayağa:
    – Yolunda hazıram mən vuruşmağa.
    Mən sənə arxayam ya Rəsulüllah!
    Peyğəmbər onlara: – Olun siz agah
    Əlini göstərib dedi: – Bu cavan
    Sizdən çox o mənə inandığından
    Mənim qardaşımdır–Vəsiydir əli!
    Ona tabe olub hörmət etməli!
    Bu gizli dəvəti bitirib fəqət
    Sonra da başladı ümumi dəvət.
    Gün–gündən inkişaf etdigcə islam
    Bir müddətdən sonra böyük izdiham
    Səfa təpəsinə yığdı nəhayət.
    Ey Qureyş tayfası! – buyurdu Həzrət:
    – Sizə bu təpənin arxasında mən
    Xəbər versəm bura yeriyir düşmən
    İnanarsınızmı mənə o sordu.
    Bir neçə ağızdan çoxu buyurdu:
    – Bəli inanarıq indiyədək biz
    Sözlərini qəbul etdik şübhəsiz.
    Odur ki adına "əl–əmin” dedik
    Yalan dediyini eşitməmişik.
    İlk rəvan xutbəsin edərək davam:
    – İndi ki belədir gərək hər adam
    Allah tərəfindən məni eşitsin
    Tək olan Tanrıya ibadət etsin.
    Haqq olan Allahı tanımayanlar
    Əzaba zillətə olacaq düçar.
    Ondan ötrü sizi ayıldıram mən
    Qorxun o Allahın siz qəzəbindən.
    Onun varlığına inanan ancaq
    Bu ağır cəzadan nicat tapacaq.
    Çəkinin bütlərə allah deməkdən
    Bütlərdən mərhəmət görməmişəm mən.
    Öz əllərinizlə düzəltdiyiniz
    Bütlərə ibadət bəsdir etdiniz.
    Yoxdur başqa məbud Allahdan ulu!
    Yaradan Allahdır biz onun qulu!
    Həzrətin sözünü kəsərək yenə
    Əbu Ləhəb dedi: – Ar olsun sənə.
    Bizi bunun üçün yığmısan bura?
    Həmin yığıncaqdan keçdi bir ara
    Qureyşin bütpərəst ağsaqqalları
    Adlı–sanlıları buna oxşarı.
    Əbu Talibgilə bir gün getdilər
    Şikayətlərini təkrar etdilər.
    – Bizim məbədləri təhqir eyləyir
    "Bütdən Allah olmaz çəkinin!” –deyir.
    Əvvəl sözümüzü demişdik sənə
    Son dəfə xəbərdar edirik yenə
    Ya qardaşın oğlun yolundan qaytar
    Ya da himayəndən çıxart dur kənar.
    Sən Mühəmməddən əl çəkməsən əgər
    Səndən əl çəkərik–deyib getdilər.
    Əbu Talib görür çətinləşir iş
    Qardaşı oğlunu çağırıb demiş:
    – Xalqın şikayətə gəlmişdi səndən
    Hiddətə gəliblər dediklərindən.
    İstəyirlər səndən durum aralı.
    Eşitcək Həzrətin dəyişdi halı:
    – Ey atam əvəzi əmim qulaq as
    Mənim sözlərimi onlar anlamaz.
    Allah elçisiyəm özümdən heç nə
    Uydurub demirəm mən özgəsinə.
    Əgər bir əlimə Günəşi qoyar
    O biri əlimə Ayı qoysalar
    Mən bu haqq yolundan dönməyəcəyəm
    Borcumu Tanrıma ödəyəcəyəm.
    Sən məndən əl çəkə bilərsən əmi.
    Mən çəkə bilmərəm Haqdan əlimi.
    Ya Allahım mənə qüvvət verəcək
    Ya da ki bu yolda fəda edəcək!
    Deyərək Həzrətin gözləri doldu...
    Əbu Talibə də təsir etdi bu:
    – Oğlum arxayın ol ölməmişəm mən.
    Onlardan çəkinmə işində ol sən.
    Deyərək Həzrətə verdi təminat
    Bu onun qüvvətin artırdı qat–qat.
    Category: “Allahın elçisi” (Poema) | Added by: Islam_Kitabxanasi
    Views: 1133 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    “Allahın elçisi” (Poema) [22]
    Əhli-Beytin (Əleyhimüs-salam) matəmində mərsiyələr, şerlər, xütbələr [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024