İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2075
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Main » Files » Dini yaradıcılıq » “Allahın elçisi” (Poema)

    “Allahın elçisi” (Poema)
    2012-09-27, 0:27 AM
    HƏZRƏTİ PEYĞƏMBƏRİN MÖCÜZƏSİ
    Həzrətdə ilahi bir qüvvə vardı
    Müqəddəs sözləri qəlbə yatardı.
    Fikri danışığı aydın işıqlı
    Geyimi tər–təmiz çox yaraşıqlı
    Üzü günəş kimi şəfəqli nurlu
    Heç nə görünməyir onda qüsurlu.
    Təmizliyi oldu dillərdə əzbər
    "əmin” ləqəbini ona verdilər.
    Əxlaqının yüksək əmalı ilə
    Fitri istedadı kəmalı ilə
    İslamiyyətə o gətirdi şərəf
    Hamını çəkərdi özünə tərəf.
    "Həzrəti Adəmin dürüst əxlaqı
    Həzrəti Davudun xeyirxahlığı
    Nuhun ağlasığmaz mərd cəsarəti
    İbrahimin hikmət həm mərhəməti
    Həzrəti İsanın dönməz inadı
    Yusifin misilsiz gözəl siması
    Yəqubun dərk etmə məharəti də
    Musanın sarsılmaz dəyanəti də
    İsmailin aydın söz danışığı
    Lutun heyrətamiz göz açıqlığı”
    Bu əlamətlər ki Həzrətdə vardı
    Onu dinləyənlər məftun olardı.
    Bir neçə məkkəli Rəsulüllahdan
    Bir möcüzə tələb edir bu zaman:
    – Peyğəmbər olmağın doğrudur əgər
    Musa İsa kimi möcüzə göstər.
    Ucalt qarşımızda qızıl saraylar
    Ölüləri dirilt ya buna oxşar
    Korlara şəfa ver gözlərin aç sən
    İnanaq Allahın Peyğəmbərisən.
    Həzrət başa saldı o adamlara
    Hər zaman möcüzə gəlməyir kara
    Görülən möcüzə daim qalarmı?!
    Qurandan da böyük möcüzə varmı?!
    Bu kitab elə bir dildə yazılmış
    Allahın nurundan mayasın almış.
    Gətirilən bütün dəlillər elə
    Şəksiz şübhəsizdir cinlər də belə
    Bunun oxşarını yarada bilməz
    Belə bir möcüzə görməyib heç kəs.
    Böyük möcüzədir Quranı–kərim.
    Allah kəlamıdır qədimdən qədim.
    Əbu Ləhəb əbu Cəhl kimilər
    Başqa möcüzələr tələb etdilər.
    Həzrət barmağını uzatdı Aya
    Gördülər bölünüb iki parçaya.
    "əl–Qəmər”(Əl Qəmər – (ay)) surəsi sübutkən buna
    Bu ki "sehrbazdır” – dedilər ona.
    Bunu görə–görə kafirlər yenə
    Son qoymadı alçaq əməllərinə.
    Əbu Ləhəb əsla çəkinməyirdi
    Çirkin niyyətini davam edirdi.
    MÜSƏLMANLARIN HƏBƏŞİSTANA HİCRƏTİ
    (Hicrət – başqa yerə getmə, köçmə.)
    Peyğəmbərə qəddar düşmən olanlar
    Bütpərəstlər bir gün çıxartdı qərar
    Bütün müsəlmanlar təqib edilsin
    Onlara ən ağır cəza verilsin.
    Əbu Bəkr Osman kimi şəxslərə
    Bir söz demirdilər bu dinə görə.
    Kimsəsiz arxası olmayanlara
    "Allah təkdir” deyən müsəlmanlara
    Ən ağır cəzalar verirdi onlar.
    İsti qum üstündə uzadan anlar
    Sinəsi üstünə isti daş qoyar
    Günəşin altında döyüb saxlayar.
    Dözülməz əziyyət zülm verərdilər
    Ac susuz saxlayıb incidərdilər.
    Yanar od üstünə uzadıb birin
    Nizəyə keçirib başqa birisin
    Döyərək al qana bürüyərdilər
    Dəvəyə bağlayıb sürüyərdilər.
    Hər cürə əzaba oldular düçar
    Müsəlman olana mal satmazdılar.
    Bilalın boynuna ip keçirdərək
    Yerlə sürümüşlər onu ilantək.
    Ömər də müsəlman olmadan öncə
    Müsəlman kənizin döymüş ölüncə.
    Həzrət də bu yolda çox əzab çəkir
    Bəzən küçələrdə edilir təhqir.
    Əbu Ləhəb ilə onun arvadı
    Həzrəti görən tək çəkər fəryadı.
    Başına kül atıb daşa basardı
    Əlinə nə düşsə ona atardı.
    Keçdiyi yoluna tikanlar yığar
    Həzrətə əziyyət verərdi onlar.
    Axırda ədavət o qədər artdı
    Həzrətin qızların evdən çıxartdı.
    Get–gedə təqibə məruz qalanlar
    Bəzisin ibadət etdiyi anlar
    Gizlində–aşkarda düşəndə fürsət
    Qətiyyən heç kimə etməz mərhəmət
    Müsəlman olanı öldürərdilər.
    Bu ağır həyatı görür Peyğəmbər.
    Məkkədə ibadət deyildi mümkün
    Yaşamaq qorxulu olduğu üçün
    Müsəlmanlar çəkir çox əziyyəti.
    Götür qoy edərkən bu vəziyyəti
    Özünün haqqında heç düşünmədən
    Belə bir qərara o gəldi həmən.
    Nə qədər bu çətin olsa da ona
    Həzrət izin verdi Həbəşistana.
    Odur ki yığılıb bir on beş nəfər
    Həbəş ölkəsinə tərəf getdilər.
    Yaxşı qarşılandı orada onlar
    Tezliklə qurdular sakin ruzigar.
    Həmin qafilənin başçısı Osman(Mazun oğlu Osman.)
    Məkkəyə razılıq göndərdi ordan.
    "Rəbbimiz Allahdır” dedikləriçin
    Doğma yurdlarından düşüb didərgin
    İbadət edəcək yer gəzirdilər
    Həbəş ölkəsində oldu müyəssər.
    Odur ki təxminən bir il keçərkən
    İkinci qafilə yenə gedərkən
    Əbu Talib oğlu Cəfəri–Təyyar
    Başda olmaq ilə yola çıxdılar.
    Gedənlərin sayı səksəni ötdü
    Qureyş vəziyyətdən çox təşviş etdi.
    İslamın ətrafa yayılmasından
    Qorxaraq hiyləyə əl atdı bu an.
    İki nəfər dildən dilavər olan
    Çox bilmiş həm də ki hiyləgər olan
    Onları geriyə alsınlar deyə
    Elçitək gəldilər həmin ölkəyə.
    Həbəşdə hökmdar Nəcaşi idi
    İnsaf–ədalətdə çox yaxşı idi.
    Onun hüzuruna girən elçilər
    Hədiyyəsin verib belə dedilər:
    – Bizim ölkəmizdən bir neçə avam
    Başına yığaraq bir dəstə adam
    Dinlərin buraxıb eyləmiş hicrət
    Onlarda ağıldan yoxdur əlamət.
    Nə bizə nə sizə məlum olmayan
    Bir din uydurublar hamısı yalan.
    Bəzisi cavandır ağlı kəsməyir
    Ata–babaları geri istəyir.
    Biz də hüzuruna gəldik elçitək
    Mümkünsə onları ver bizə gedək.
    Nəcaşi ağıllı bir hökmdardı
    Haqqı ədaləti o axtarardı
    Odur ki onlara tez aldanmadan
    Bir səmimi qəlblə bir az mehriban
    Müsəlmanlara o sual edərək:
    – Dininiz haqqında danışın görək.
    Cəfər hökmdara təzim eylədi
    Sonra nəzakətlə belə söylədi:
    – Sən ey ədalətli böyük hökmdar
    Mənim sözlərimi dinlə ver qərar.
    Cəhalət içində yaşamışıq biz
    Haqdan ədalətdən olduq xəbərsiz.
    Bütlərə inanıb səcdə edərdik
    Zina eləyərdik haram yeyərdik
    Qüvvətli zəifi tapdayıb əzir
    Gücsüzlər güclüyə olmuşdu əsir.
    Qonşuluq hüququ bilməzdik nədir
    Qohum–qardaşımız hansı gündədir.
    Üzlərdən silinib getmişdi həya
    Çox zaman səbəbsiz edərdik dava.
    Belə bir vəziyyət olduğu zaman
    Peyğəmbər göndərdi bizə Yaradan.
    Allah içimizdən seçmişdir onu
    Bilirik şərəfli pak oluğunu.
    Əsl–nəcabəti bəllidir bizə
    Nur verdi o bizim gözlərimizə.
    "Bütləri tərk edin!” bizə söyləyir
    "Bir olan Allaha inanın!” –deyir.
    Doğru danışmağı öyrətdi bizə
    Son qoyduq əxlaqsız işlərimizə.
    Haram dediyinə haram demişik
    Halal dediyini halal yemişik.
    Yalan danışmağı etdi qadağan
    Dedi: – "Qadınlara atmayın böhtan!”
    Bizə "qan tökməkdən çəkinin!” deyir
    "Allahın şəriki yoxdur!” əmr edir.
    Biz də razı olub inandıq ona
    İbadət etmişik buyurduğuna.
    Bu yolda hər ağır əzaba dözdük
    Ondan nə incidik nə də əl üzdük.
    Gətirdiyi dinə etdik etiqad
    Xalqımızsa bizi qoymadı azad.
    Çox işgəncələrə sinə açmışıq
    Ata–anamızı qoyub qaçmışıq.
    Sizi başqasından üstün tutaraq
    Bu gözəl ölkəyə gəlmişik qonaq.
    Nəcaşi Cəfərə: – Allah göndərən
    Ayətlərdən mənə birin söylə sən:
    – Qurani–kərimdə yazılıbdı bu
    "Məryəm” surəsindən oxudu bunu:
    "Məryəm uşağına işarə etdi”
    – Onun özü ilə danışın dedi
    Dedilər: – Uşaqla danışaq necə?
    Allahdan möcüzə baş verdi öncə
    Körpə dilə gəlib beşikdə birdən:
    – Allahın quluyam mən həqiqətən.
    O mənə bir kitab–İncili verdi
    Özümü Peyğəmbər etdi deyirdi:
    – Yaratdı O məni həm xeyir verən
    Dini hökmləri deyib öyrədən.
    Harda oluramsa olum söylədi:
    – Namazı zəkatı tövsiyə dedi.
    O məni anama hamıya qarşı
    İtaətkar etdi yaratdı yaxşı.
    Heç kəsə zülmkar dikbaş etmədi
    Mənim üstümdə var xoşbəxtlik dedi.
    Nəcaşi söylədi: – Eyni kəlmələr
    İsaya gələndir həmin ayələr.
    İncilin eynidir bunların çoxu
    Eyni nurdan axan işıqlardı bu.
    Elçilərə dedi: – Daha gedin siz
    Mənə aydın oldu pis məqsədiniz.
    Bunları mən sizə vermərəm qəti
    Tapdaya bilmərəm haqq–ədaləti.
    Elçilərin biri əmr ibni As
    Yoldaşına dedi: – Səbr edək bir az.
    Görərsən onları Nəcaşinin mən
    Bir tədbir tökərək sallam gözündən.
    Başqa hiyləyə əl atdı bu zaman
    Gedib Nəcaşiyə, söylədi yalan:
    – Həzrəti İsanı onlar danırlar
    Haqqında qəribə söz danışırlar.
    Nəcaşi Cəfəri çağırıb sordu:
    – Bu nə olan sözdür? Cəfər buyurdu:
    – Sizə bildiyimi deyirəm qısa
    "Allahın quludur Həzrəti İsa.
    O müqəddəs ruhdur həm də Peyğəmbər
    Məryəmə verdiyi sözüdür” yetər.
    Qurani–kərimdə yazılmış belə
    Mən də cürət edib gətirdim dilə.
    Nəcaşi əlinə çubuq alaraq
    Yerdə bir balaca cizgi cızaraq:
    – Bizim ilə sizin aranızda bu
    Cizgi qədər fərq var daha doğrusu.
    Deyərək onlarla rəftar etdi xoş
    Elçilər geriyə getdi əli boş.
    Category: “Allahın elçisi” (Poema) | Added by: Islam_Kitabxanasi
    Views: 1175 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    “Allahın elçisi” (Poema) [22]
    Əhli-Beytin (Əleyhimüs-salam) matəmində mərsiyələr, şerlər, xütbələr [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024