Meracın mənasın bilmək üçün sən İsranın mənasın gərək biləsən. Merac göyə çıxmaq yüksəlmək demək İsra gecə vaxtı seyr eyləmək. Meraca getməzdən əvvəl Peyğəmbər İsra eyləmişdir Qüdsiyə qədər. Bu böyük hadisə gecə edilmiş Odur ki Quranda "İsra” deyilmiş. Hicrətdən təxminən altı ay qabaq Hərəmi–şərifdə Həzrət yataraq Bu zaman Cəbrail o böyük mələk Rəsuli–əkrəmə yaxın gələrək Onunla bir kəlmə söz danışmadan Qolundan astaca tutur mehriban Səfa təpəsinə tərəf apardı Burada əcaib bir heyvan vardı. İsra eləməyə Buraqa(Buraq – qanadları olan at.) minir Beytülmüqəddəsə(Beytülmüqəddəs – "müqəddəs ev” (Yerusəlim və yaxud Quds)) tərəf yol gedir. Yol üstü Sinada(Sina – dağ adıdır. Allah–təaladan Musa peyğəmbərə vəhy bu dağda nazil olmuşdur) Beytülləhmdə(Beytülləhm – Davud və İsa peyğəmbərlərin anadan olduğu yer) Düşüb namaz qıldı həmin yerlərdə. Yenə də yolların davam etdilər Bir göz qırpımında Qüdsə getdilər. Buraqın gedişi şimşək sürəti Bəlkə də şimşəkdən gedirdi iti. Məscidüləqsaya(Məscidüləqsa – ən uzaq məscid yəni beytülmüqəddəs.) girdiyi zaman Başladı müəzzin verməyə əzan. Adamlar cərgədə durmuşdu səf–səf Cəbrail dedi: – Keç qabağa tərəf. Namaz qılanlara olaraq imam Onlarla namazın eylədi tamam. Cəbrail soruşdu: – Ya Mühəmməd sən Bu namaz qılanlar kimdir bilirsən? Dedi: – Tanımıram görməmişəm yox. – Allahın yanında məhəbbətin çox. Səndən əvvəl gələn nəbilər yeksər Yığılıb arxanda səcdə etdilər. Sonra da Cəbrail gətirdi üç qab Biri süd biri su birində şərab. Cəbrail buyurdu: – Ya Mühəmməd sən Hansını istəsən içə bilərsən. Südə əl uzadıb götürdü Həzrət. Cəbrail bəyənib söylədi: – əlbət Suyu götürsəydin ümmətin sənin Suda qərq olardı bunu bil yəqin. Şərabı alsaydın yolun azardı Əzaba zillətə düçar olardı. Sonra da növbəsi çatdı o yerə Meracı başladı onun göylərə. Həzrəti Peyğəmbər Cəbrail ilə Yuxarı qalxırdı pilləbəpillə. Birinci səmaya çatdığı zaman Cəbrail: – Aç dedi qapıda duran: – Sən kimsən? O dedi: – Cəbrailəm mən! – Sənin yanındakı o kimdir gələn? Gələn Mühəmməddir–Cəbrail dedi. – Ona peyğəmbərlik verilibdimi? – Bəli verilibdir! açıldı qapı. Yayıldı: – Xoş gəlib buyur sədası Daxil olunmağa izin verdilər Birinci səmaya onlar girdilər. Sağında solunda xeyli adamlar Bir kişi gördülər üzündə nur var. Sağına baxanda gülümsər olur Soluna baxanda gözləri dolur. Peyğəmbəri görcək səlam söylədi: – Xoş gəldin ey Saleh(Saleh – dinin əmrlərinə uyğun hərəkət edən.) övladım! –dedi. Həzrət Cəbraildən sordu: – Bu kimdir? Ağlamağı nədir? Gülməyi nədir? Cəbrail dedi: – Ey Rəsuli–əkrəm Bu ilk peyğəmbərdir–Həzrəti Adəm! Sağında Cənnətə gedəndi bunlar Solunda Cəhənnəm əhli günahkar. Odur ki sağına baxanda gülür Soluna gözünün yaşı tökülür. Sonra da yolların davam etdilər İkinci səmaya tərəf getdilər. Yeddi təbəqəni keçdikcə onlar Qapılar ağzında eyni sual var... Adını soruşub edirlər dəvət Hansı peyğəmbəri görəndə Həzrət "Səlam Saleh oğlum Saleh Peyğəmbər” Deyərək Həzrətlə görüşürdülər. İkinci səmada Yəhya və İsa Üçüncüdə Yusif o – gözəl sima. Dördüncüdə İdris əleyhissəlam Beşincidə Harun söylədi səlam. Altıncı səmaya qalxdığı zaman Həzrəti Musanı o gördü bu an. Yeddinci səmada dayanıb durdu Burada İbrahim Xəlil dururdu. Kürəyin söykəmiş Beytülməmura Mələklər namaza gəlirlər bura. İbadət evidir bu Beytülməmur Kəbə də düz onun altında durur O göydə yerləşən ibadətgahdır Kəbəyə bənzəyən ziyarətgahdır. Həzrət namazını qıldı burada Cənnət bağlarını gəzdi arada Bağlar kənarında çayları gördü Bir çay üzərində qəsr üzürdü. Həzrət əlin suya vurduğu zaman Müşk qoxusunu hiss etdi ondan. Cəbraildən sordu: – Bəs bu çay nədir? – Bu çay ən qiymətli Kovsərdir deyir: – Çayı da qəsri də böyük Yaradan Səninçün qoruyub saxlayır hər an. Sonra Cəhənnəmə baxdı uzaqdan Cəza çəkənləri gördü bu zaman. Bir az da yuxarı qalxdı göylərə Sidrətülmüntəha(Sədrətülmüntəha – göyün yeddinci qatında bir yer.) adlı bir yerə. Orada ilahi nurlar yanırdı Hər tərəf rəngbərəng parıldayırdı. Oradan yuxarı olanlar daha Hamısı məlumdur yalnız Allaha. Ondan o tərəfə nə mələk nə də Elə bir peyğəmbər olmayıb gedə. Cəbrail dedi: – Ya Rəsuli–əkrəm Mən daha yuxarı gedə bilmərəm. Sidr(Sidr – ağac adı) ağacından o yana əgər Getsəm qanadlarım yanıb tökülər. Cəbrail bu yerdə onu buraxdı O ərşi əlayə(Ərşi əla – göyün yüksən təbəqəsi) rəfrəflə(Rəfrəf – xalça, örtük.) qalxdı. Tanrı dərgahına əlin uzatdı Tək–tənha sonuncu məqamə çatdı. Çatanda Allahın yaxınlığına İstədiyi vəhyi vermişdi ona. O qədər yaxınlıq vardı orada İki ox məsafə qaldı arada. Nə bir vasitəçi nə də bir mələk Pərdə arxasında onlar təkbətək Sonra nə danışıb nələr dedilər Bir Allahı bilir bir də Peyğəmbər. Ona üç ərmağan verdilər bunu Birinci "Bəqərə” surənin sonu. İkinci Allaha şərik qoşmayan Cənnət müjdəsini alacaq ondan. Üçüncü meracdan hədiyyə olan Beş vaxt namaz qılmaq olundu əyan. "İsra” surəsi də sübutdur buna "Allah ayətlərin göstərdi ona.” Həzrəti Peyğəmbər əleyhissəlam Kəbəyə yerinə qayıdır axşam Olan hadisəni danışır səhər Yox canım belə şey olmaz –dedilər: – Qüdsə bir ayadək gedir karvanlar Bir aya da geri qayıdır onlar. Mühəmməd bu uzaq yolu nə təhər Bir gecəyə gedib qayıda bilər. Möminlər tərəddüd etmədi buna Müşriklərsə sual etdilər ona Əbu Cəhl dedi: – Həqiqətsə bu Qüdsə getmisənsə sübut et bunu. Danış bizə yolda gördüklərindən Beytülmüqəddəsi təsvir eylə sən. Həzrət dedi: – Yolda bir neçə karvan Onları mən gördüm Şamdan qayıdan Çərşənbə axşamı sizin karvanlar Yəqin ki Məkkəyə yetişər onlar. Yüklərin də nədən olduğun dedi Beytülmüqəddəsi təsvir eylədi. Əbu Bəkr: – Bunu Mühəmməd deyir Demək həqiqətdir doğru söyləyir. Şübhəli heç nə yox dediklərində Qüds şəhərini görmüşəm mən də. Gördüklərin aydın eylədi təsvir Təsdiq eləyirəm yalan deyildir. Həzrətin göylərə merac etməsi Bəşər tarixinin bu hadisəsi Ən mürəkkəb olan hadisəsidir. Allahın sirr qalan möcüzəsidir. |