"Əqəbə” beyəti müsəlmanların Önündə bir üfüq açdı onların. Yəsribə köç etmə işində Həzrət Çox ehtiyat ilə edir hərəkət. Yeni müsəlmanlar iki bir üç bir Gizlində yığışıb Yəsribə gedir. Yəsrib əhalisi açmışdı qucaq Onları xoş üzlə qarşılayaraq Yaşamaqdan ötrü yer verirdilər Hər cürə köməklik göstərirdilər. Fürsət tapan kimi qüreyşililər Hicrət edənlərə əziyyət verər. Ər ilə arvadın qarşısın tutar Birlikdə getməyə qoymayırdılar. Müşriklər nə qədər çalışırdılar Daxildən od tutub alışırdılar Gördüyü işlərdən olmadı fayda. Hicrət edənləri qorxutsalar da Onlar özləri də qorxu çəkirlər. Müsəlmanlar getsə Yəsribə əgər Oranı mərkəzə çevirsə onlar İslamın hər yerdə şöhrəti artar. Əbu Cəhl yığdı bütpərəstləri İmkanlı nüfuzlu şəxsiyyətləri. Gizlində düşündü bir neçə nəfər Mühəmmədi necə yox eyləsinlər. Nə qədər qaçmamış əlimizdəkən İslam cərəyanın kəsək kökündən. Bir qismi fikrini dedi bu sayaq: – Onu zəncirləyib zindana ataq. Ya da ömürlük göz dustağı edək Uzaq bir ölkəyə sürgün eyləyək. Əbu Cəhl bunun heç biri ilə Razılaşmayaraq söylədi belə: – Biz onu sürgünə göndərsək əgər Yəsriblilər tapıb kömək edərlər. Onu bir dəfəlik öldürmək gərək Ancaq kim öldürsün bunu düşünmək. İçimizdən biri öldürsə onu Manaf oğulları bilsələr bunu Qana–qan davası olacaq onda Yaxşısı budur ki eyni zamanda Hər bir qəbilədən igid bir nəfər Üstünə birlikdə qılınc çəksinlər. Bilməsələr kimin vurduğun əgər Qan davasına da girməyəcəklər. Bununla məsələ bitəcək tamam. Həzrətin evinə həmin gün axşam Cənabı Cəbrail vəhy ilə gəldi Hicrət etməsinə izin verildi. Həzrət hicrətindən iki gün qabaq Əbu Bəkrgilə yolun salaraq Onu da xəbərdar elədi dərhal Yol üçün tədarük gördülər fəal. Bütpərəstlər çirkin öz əməllərin İcra etmək üçün Həzrətin evin Dövrəyə almışlar səhərə qədər Bayırda qətl etmək istəyirdilər. Vaxtdan istifadə edərək Həzrət Həzrəti əliyə söylədi xəlvət: – Düşmənlər pusquda durub gizlicə Mənim yatağımda yatarsan gecə Mən hicrət edirəm Yəsribəsarı Səhərə qədər sən saxla onları. Al məndə saxlanan əmanətləri Sahiblərin tapıb verərsən geri. Vacib sözlərini çatdırdı ona Sonra da uzadıb öz yatağına Yaşıl xilqəsini üstünə çəkdi Tez gedib səslədi o əbu–Bəkri. Gecənin qaranlıq zülmət çağında Məkkədən aralı Sovr dağında Gizli mağarada məskən saldılar Burada üç gecə–gündüz qaldılar. Onlar mağaraya daxil olantək Əmri–ilahiylə dərhal hörümçək Mağara ağzında torunu hördü Az müddət ərzində işini gördü. Həzrətin evini güdən qəsdçilər Durub gözlədilər səhərə qədər Onu gözləməkdən artıq bezdilər Evinə girməyə etdilər hünər. Evin qapısını birdən açantək Hamısı pərt olar əlini görcək. Onu izləyərkən bu qədər millət Necə getdiyinə etdilər heyrət. Evindən dişarı qoyanda qədəm "Yasin” surəsindən Rəsuli–əkrəm Sədd ayəsini tam oxuyarkən Bir ovuc torpağı götürdü yerdən Duran müşriklərin üzünə atmış Odur ki onlar da kor kimi yatmış. Səhər açılanda qureyşililər Məkkəyə car çəkib verdilər xəbər: – Mühəmmədi tapıb gətirən adam Haqqını yüz dəvə alacaq ənam. Bundan həvəslənib adlı–sanlılar Əlləri xəncərli dəli qanlılar Onların izinə düşüb bir qədər Həmin mağaraya tərəf gəldilər. Biri mağaraya girmək istədi Bir başqası ona: – Ağlın yox dedi: – Mağara ağzında görmürsən məgər Hörümçəklər necə torun çəkiblər. Bir bax göyərçinlər yuva da qurmuş Yuvanı yumurta ilə doldurmuş. Bəlkə heç Mühəmməd doğulmamışdan Əvvəl də burada olmamış insan. İçəridə heç kim olmaz gəl gedək. Başqa yerdə onu axtarıb gəzək. Ayrılıb o yerdən getdilər kənar Allahın əmrilə kor olmuşdular. Bir az baxsaydılar aşağı əgər Hər bir ikisini görəcəkdilər. Əbu Bəkr bunu hiss eləmişdi Qorxaraq Həzrətə belə demişdi: – Deyəsən düşmənlər olubdur agah Bizi görəcəklər ya Rəsulüllah! Onların sayı çox bu iki nəfər Bu qədər adamla neyləyə bilər? – Biz iki yox üçük! –demiş Peyğəmbər: "Allah bizimlədir etmə qəm kədər.(Ət–Tovbə (tovbə)–40.)” Axtaranlar gedib uzaqlaşdılar Hər yerdə hər kimdən soraqlaşdılar Axtarmadıqları bir yer qalmadı Onu gördüm deyən adam olmadı. Axtarış heç kimə vermədi səmər Hamısı kor–peşman geri döndülər. Əbu Bəkr ilə Rəsuli–əkrəm Üç gün mağarada qaldılar bahəm. Qorudu onların Allah hər birin Bu üç gün ərzində həm əbu Bəkrin Oğlu əbdüllahla köləsi Amir Gecələr onlara yemək gətirir. Dördüncü günündə çatdırdı xəbər Axtaranlar bir az seyrəkləşiblər. Odur ki əbdüllah həmin gün gecə İki dəvə ilə gəldi gizlicə. Bu hicrət dostları iki yarı–ğar(Yarı–ğar:–mağara yoldaşı.) Dəvələrə minib uzaqlaşdılar. Allahın yolunda hicrət etdilər Qırmızı dənizə doğru getdilər. Bütpərəstlər yenə bağırdı bar–bar Çünki mükafatı artırmışdılar: – ölüsün dirisin tapıb gətirən İki yüz dəvəni alacaq birdən. Deyərək təzədən car çəkirdilər Məkkə əhli hamı eşidirdilər. Malik oğlu Sorəq adında biri Dərhal eşidəntək belə xəbəri Hicrət edənlərin izinə düşdü Arxadan onlara gəlib yetişdi. Atı var gücüylə məhmizləyərkən Atın ayaqları büdrədi birdən. Qumun üzərində at sürüşərək Heyvan çapalayıb batdı dizədək Təzədən özünü ələ alaraq Hərəkətin yenə təkrarlayaraq Atın ayaqları yerə çökürdü Gizli qüvvə onu geri çəkirdi. Atlı əməlindən pərişan oldu Həzrətə yalvarıb müsəlman oldu. Yolçular yolların davam etdilər İsti səhraları aşıb getdilər. Göydən yerə qızmar alov yağırdı Qumlardan qığılcım dalğalanırdı. Səhra gəmisində onlar üzdülər Ancaq görmədilər sudan bir əsər. Axşam hava bir az sərinləyirdi Ulduzlar yoluna nur ələyirdi. Nə qədər əzablı olsa bu səfər Yeddi günə yolu qət eylədilər. |