Hicrətin beşinci ilində artıq Müsəlmanlar tapdı azca rahatlıq. Bəzi qəbilələr baş qaldıran tək Onlara qəfildən hücum edərək. Yerlərində sakit otuzdururlar Mədinədə rahat həyat qururlar. İslamın ən qəddar düşməni olan Nəzir oğulları qovulan zaman Bir qismi birbaşa getmiş Xeybərə Bəziləri köçmüş başqa bir yerə. Odur Mədinədə qaynayır həyat Nəzir oğulları oldu narahat. Yanıb qovrulurkən paxıllığından Sakit yaşamağa vermədi imkan. Qureyşlə görüşüb bir neçə nəfər "Su yatar düşmənsə yatmaz demişlər”. Qureyş başçıların tutaraq dilə Deyir birləşsəniz əgər bizimlə Birlikdə qırarıq müsəlmanları. İnandırmaq üçün hətta onları Cürbəcür dəlillər gətirmişdilər Yalan iftiralar şişirtmişdilər. Əbu Süfyan əvvəl tərəddüd etdi O öz aləmində xəyala getdi Mühəmməd hər yerdə yayır dinini İslamın gün–gündən yüksəldiyini Apaşgar görüb bu qərara gəlir Mühəmmədin tale üzünə gülür. Əvvəllər ağlına gəlməyən bu iş İndi ona möhkəm təsir eyləmiş. Yəhudilər "əhli–kitab” idilər Tovhid nə olduğun bilirlər əzbər. Əbu Süfyan sordu sual edərək: – Hansı din yaxşıdır deyiniz görək? Mühəmmədin dini yoxsa bizimki? Cavabı bu oldu: – əlbət sizinki Onların dinindən sizin dininiz Daha xeyirlidir bilməlisiniz. Deyərək Allaha qarşı çıxırlar Qureyşililəri qızışdırırlar. Bunu eşidən tək tez əbu Süfyan Yəhudilərə o aldandığından Qəbilə–qəbilə gəzdi hər yeri Ayağa qaldırdı bütpərəstləri. Tezliklə yaratdı böyük bir ordu Özü də ordunun başında durdu. Mədinəyə doğru hərəkət etdi Necə ki Peyğəmbər bunu eşitdi O üç minə qədər qoşun edir cəm Sonra hərbi şura çağırır bu dəm. Şurada iştirak edən adamlar Durub məsləhətin söylədi aşkar. Ühüd döyüşünü xatırlayaraq Səlman Farsi fikrin dedi bu sayaq: – Bu orduya qarşı bizdə qüvvə az Onlarla üz–üzə vuruşmaq olmaz. Şəhər içəridən qorunsun gərək Bir az da fikrini açıq deyərək Dedi: – Başqa yola əl atmasaq biz Bir nəticə verməz müdafiəmiz. Şəhərin girəcək giriş yolunda Düzənlik sahənin bütün qolunda Dərin enli xəndək qazılsa əgər Atlılar girməyə eyləməz hünər. Təklif Peyğəmbərin xoşuna gəldi Səlmanın bu fikri qəbul edildi. Hamısı əlinə külüng–bel aldı Gecəni–gündüzü çalışdı qaldı. Peyğəmbər özü də kömək edərək Altı gün ərzində qazıldı xəndək. Evlərin damına daş–kəsək yığar Lazım olan zaman atacaqdılar. Qureyşin ordusu gəlirdi seltək Heyrətə gəldilər xəndəyi görcək. Hələ döyüşlərdə indiyə qədər Belə müdafiə görməmişdilər. Bir az aralıda xəndəkdən kənar Döyüşə gələnlər qurdu çadırlar. Mədinə saxlandı mühasirədə Müsəlmanlar oldu mühafizədə. Qureyş əsgərləri bezdilər artıq İçlərinə düşdü bir narahatlıq. Müharibə vaxtı çünki ərəblər Tez çapıb talayıb qaçmağı güdər. Onlar görürdülər uzanır dava Digər bir tərəfdən soyuyur hava. Nəzir başçıları qorxuya düşdü Qüreyzə başçısı Kəblə görüşdü. Bu iki tayfalar baş–başa verdi Nəzir oğlu əxtab Kəbə deyirdi: – Dəniztək bir ordu gətirmişəm mən Bu yaxşı fürsəti vermə əlindən. Bizimlə birləşib kömək eyləsən İslamı silərik biz yer üzündən. Qureyş Qətəfanla birləşib demək Müsəlmanları da yox eyləyəcək. Qüreyzə başçısı oyuna girdi Vəziyyət doğrudan çətinləşirdi. Qüreyş yəhudilər birləşir belə Məqsədi şəhəri alsınlar ələ. Gözləyirlər kömək gəlsin bir qədər Mədinəyə hücum edəcəkdilər. Mühasirə davam edirdi hələ İyirmi günədək dözdülər belə. Zəfər ümidini görmürdü onlar Laqeydlik göstərdi qətəfanlılar. Yəhudilərdən də gəlmədi kömək Əsgərlər də bundan artıq bezərək Çox böyük cəngavər olan əbdivəd Əbu Cəhlin oğlu İkramə namərd Nofələ qoşulub bir neçə nəfər Xəndəyi atlanıb keçə bildilər. Əbdivəd qüvvətdə yırtıcı bir şir Özüylə döyüşən adam istəyir. Əli hazırlaşır meydana girsin Həzrəti Peyğəmbər verməyir izin. Qarşısın alaraq ona söyləyir: – Sən otur ya əli gələn əmrdir. Əbdivəd təkrarən yenə bağırdı Döyüşmək istəyən igid çağırdı. Bir göz qırpımında sıçradı yerdən Əli o məluna cavab verdi: – Mən Onlar üzləşəndə sanki bu zaman Küfrün qabağını kəsmişdi iman. Əli bir şahintək döyüşə girdi Əvvəlcə fürsəti düşmənə verdi. O kafir elə bir zərbə vurdu ki Əlinin qalxanı bölündü iki. Başı yaralanıb axanda qanı Əbdivəd üstünə aldı qalxanı. Əli qaldıraraq Zülfüqarını Bir yerə cəm edib öz vüqarını Bir zərbə endirdi "Allahu əkbər” Onu iki yerə bölmüş gördülər. Nofəl bu döyüşdən qoyub qaçarkən Xəndəyin içinə düşür qəflətən. Həzrəti əli tez görərkən bunu Xəndəyin içində öldürür onu. Öz içindən gəldi adın mənası Tarixdə ad aldı "Xəndək davası”. Yerdə qalanları qaçır bu zaman İkramə nizəsin salır qorxudan. Xəndək davasında Həzrəti əli Ağır zərbəsilə kəsdi batili. Həm iman həm inam qüvvəsi ilə Küfrün təməlini dağıtdı belə. Əlinin zərbəsin Peyğəmbər o gün Bütün ibadətdən tutmuşdu üstün – Ya əli əmiri öldürməklə sən Küfrdən islamı xilas etmisən. Ertəsi gün hücum edilir yenə Atlanmaq heç kimin gəlmir fikrinə. Bir neçə gün belə eylədi davam Hamının dözümü tükəndi tamam. Xəndəyi atlanmaq mümkün deyildi Qureyş başçıları səhvini bildi. Bir çarə axtarmaq istərkən buna O gecə bayırda qopdu fırtına. Gözləri kor edən qasırğa artdı Ağacları yerdən alıb qopartdı. Zil qaranlıqları yardıqca şimşək Çadırları söküb yıxırdı külək. Öz vaxtından əvvəl sanki gəlib qış Göydən fasiləsiz tökülür yağış. Allahın nə qədər "ordusu” vardı Bir anda hamısın yuyub apardı. O gecə düşmənlər qərara gəldi Təlaşlı bir halda yola düzəldi. Əbu Süfyan qorxub tapmamış imkan Dəvəsinə minmiş dizin açmadan. Səhər fırtınadan qalmadı əsər Müsəlmanlar da həmd–səna etdilər. Peyğəmbər: – Bizimdir növbə buyurdu Görə bilməz artıq Qureyş bu yurdu. Allahın yardımı bizə bəs edər Bu o demək idi çalındı zəfər. Qüreyzə tayfası çətin bir anda Fəlakət qapını kəsən zamanda Əvvəl bağladığı əhdi pozaraq Dar gündə düşmənə oldular dayaq. Onların haqqında hökm kəsildi Hərbə qoşulanlar edam edildi. Qadınlar uşaqlar əsir oldular Malların qənimət kimi aldılar. Tövrata da bunu uyğun bilirlər Yəhudilər sözsüz qəbul edirlər. Bu ildən təyəmmüm qanun qılındı Qorxu namazı da əmr olundu. Mühüm hökmlərdən biri qadınlar Üzlərinə örtük salmalı onlar. |