Peyğəmbərin (s) qızı Fatimənin (ə) sadə cehiz əşyaları ilə tanışlıqdan sonra şiələrin birinci imamı Əlinin (ə) də evinə baş çəkmək və o həzrətin evində hansı əşyaların olduğunu bilmək yerinə düşər. Həmin müqəddəs evlə tanışlıq birincisi, şiələrin birinci imamının necə bir sadə evdə yaşadığını göstərir. İkincisi isə, Peyğəmbərin (s) qızının bir gəlin kimi necə bir evə qədəm qoyduğunu bizə məlum edir. Bundan əlavə, Peyğəmbərin (s) kürəkəninin maddi vəziyyəti ilə t
... Read more »
7. Fatimənin (ə) ürəyiyumşaqlığı, əxlaqı və biliyi
Fatimə (ə) möhtərəm atasının ən ali əxlaq və davranış qaydalarını, ən yüksək tərbiyə və İlahi həyat qanunlarını öyrənsə də, yeni elm və bilik qazanmağa, müxtəlif məlumatlarla bilik dairəsini genişləndirməyə böyük həvəs göstərirdi. Əxlaq və tərbiyədə çatdığı ən yüksək mərhələ ilə əsla kifayətlənmir və Allaha daha yaxın olmaq, bəndəlik qaydalarını daha yaxşı yerinə yetirmək üçün həmişə oxumağa, biliyini artırmağa çalışırdı.
İslamın başlanğıcında ən həssas və tarixi bir anda nazil olmuş və çox mühüm hadisələrin birindən xəbər verən bu şərif ayədə Uca Tanrı belə buyurur:
"Səninlə düşmənlik edən hər bir kəsə de ki, gəlin hamılıqla oğullarımızı, qadınlarımızı və qohumlarımızı çağıraq, sonra bir-birimizi lənətləyək. Və Allahın lənətini yalançılara
... Read more »
Allah-təala Qurani-Kərimin bir ayəsində buyurur: "O möminlər və xeyirxahlar elə kəslərdir ki, verdikləri sözü (etdikləri nəzri) yerinə yetirərlər.”(İnsan surəsi (76-cı surə), 7-ci ayə)
Hədisçilər yekdil fikirdədirlər ki, bu şərif ayə Peyğəmbərin (s) nəvələri Həsən və Hüseynə (ə) aiddir. Mötəbər sənədlərdə deyilir: Həsən (ə) və Hüseyn (ə
... Read more »
İslam fiqhində Fatimeyi-Zəhranın (ə) şəxsiyyətinə böyük ehtiram
Hər bir mömin müsəlman üçün sonsuz hörmət və dəyərə malik olan, paklıq və ülvilik nümunəsi sayılan Fatimeyi-Zəhra (ə) bərəkətli İslam fiqhində də özünəməxsus yüksək yer tutur, heç bir qədr-qiymət və ehtiramın, eləcə də hər hansı bir qadağa və yasağın əsassız olmadığı fiqh elmində Fatimeyi-Zəhra (ə) üçün olduqca böyük ehtiram və təzim qaydaları nəzərdə tutulmuşdur. Həmin qaydalara əməl etmək hər bir müsəlmanın birinci dərəcəli
... Read more »
5. Xətib Bağdadi (463/1071-ci ildə vəfat etmişdir)
V (XI) əsrin görkəmli tarixçisi, alimi Xətib Bağdadi özünün məşhur tarix kitabında Həsən bin Məazın tərcümeyi-halına aid hissəsində Ayişənin İslam peyğəmbərindən (s) eşitdiyi aşağıdakı xəbəri oxucuların nəzərinə çatdırır:
"Məhşər günü qopanda göydən belə bir nida gələcək: "Ey camaat, başınızı aşağı salın ki, İsla
... Read more »
İndi isə vəd etdiyimiz kimi, o məşhur və tarixi xütbənin tərcüməsini verir və Peyğəmbər (s) nəslinə, ismət və şərəf ailəsinə vurğun olanları həmin xütbədəki dərin mənalarla tanış edirik. Onlar aşağıdakılardan ibarətdir:
Allah-təala elə ki, peyğəmbərlərin əbədi evini – Öz seçilmişlərinin daimi məskənini sonuncu peyğəmbərin (s) ixtiyarına verdi, sizin gizli düşmənçilik və nifaqınız aşkara çıxdı, yolunu azmışların içindəki qəzəb dilə gəldi. Heç bir adı-sanı olmayan adamlar dahilik iddiasına düşdülər. Azğın və günahkar adamlar səslərini başlarına ataraq küçələrdə meydan suladılar...
Zəhranın (ə) xütbəsində söhbətin gerçəkliyi və səmimiliyi
İndi belə bir məsələdən danışmaq lazım gəlir: hamımız bilirik ki, Fatimənin (ə) sözlərinin səmimiliyi və doğruluğunda heç bir şəkk-şübhə yoxdur. Artıq incəliyi ilə sübuta yetirilmişdir ki, xütbədə bəhs olunan mövzunun hüquqi baxımdan doğruluğunu hamı etiraf edir. Bəs belə olan surətdə nəyə görə o həzrətin haqlı tələblərinə əhəmiyyət verilmədi? Necə oldu ki, bu həyəcanlı və təkanverici xütbədə qaldırılan məsələləri müvafiq şəxslər və
... Read more »
Fatimeyi-Zəhra (ə) İslamın ilk çağlarında dünyaya göz açmışdı. Onun mübarək miladı elə bir zamanda dünyanı öz müqəddəs nurları ilə işıqlandırdı ki, əziz atası peyğəmbərliyə seçilmiş, pak canına, vücuduna peyğəmbərlik məhəbbəti hopmuş, üzərinə vəhy mələyi qonmuş və Quranın səma ayələri mübarək qəlbinə nazil olmuşdu. Bəli, Fatimə (ə) belə bir xoşbəxt dövrdə doğuldu. Bu zaman əziz atası Allahın sonuncu elçisi (s) kimi dünyaya rəhbərlik məşəlini əlinə gö
... Read more »
İkinci imam, şiələrin məsum rəhbəri, Fatimənin (ə) ilk övladı həzrət imam Həsənin (ə) əziz anasına dərin məhəbbət və əlaqəsi var idi. Bu məhəbbət və əlaqənin əlamət və izlərini o həzrətin həyatına aid müxtəlif sənədlərdə görmək olar. Həmin sənədlərin ən mühümləri o həzrətlə Müaviyə və onun hökumətinin valiləri, hakimləri və nümayəndələri arasında olan məktublar, yazışmalardır.
Səkkizinci rəhbər imam Rza (ə) da pakların pakı Zəhranın (ə) və Peyğəmbərin (s) pak nəslinin başqa övladları kimi, əziz anasının şəxsiyyətinə böyük hörmət bəsləyir, onun parlaq xatirəsini əziz tuturdu. Həmişə, hər dəfə fürsət düşdükcə behişt xanımlarının xanımını hörmətlə yad edir, onun adını böyük iftixarla dilinə gətirirdi.
Hicrətin 10-cu ilinin səfər ayının iyirmi səkkizinci (miladi tarixlə 631-ci ilin mayı) İslam tarixində ən çətin və dərdli gün idi. Həmin gün Fatimənin (ə) həyatında da ən dərdli gün idi. Bu ağır gündə bəşəriyyətin böyük rəhbəri və xilaskarı, rəhmət və mərhəmət Peyğəmbəri, Allahın sonuncu elçisi, peyğəmbərlik silsiləsini başa vuran, İlahi vəhyin Əmini, dinsizlik və bütpərəstliyin kökünü kəsən – həzrət Məhəmməd bin Abdullah (s) dünyasını dəyişdi...
Böyük bir insan şəhadət yatağında! Onun uca ruhu torpaq tənindən ayrılmaqda, ərşi-əlaya pərvaz etməkdədir. Bəsirəti kor cahillər onun başına bir zərbə endirib nurani simasını al qanına boyadılar. Bu böyük insan Əli ibn Əbi Talib Əmirəl-möminin (ə), bütün insanlıq fəzilətlərinin, o cümlədən təqva, ədalət, zöhd, şücaət, isar, kəramət, azadlıq səciyyələrinin nümunəsi idi. Şiə və sünni məzhəblərinin mötəbər mənbələrinə əsasən həzrət Peyğəmbər (s) onun haqqında buyurur: «Əl
... Read more »
«(Lənətə gəlmiş İbn Mülcəm həzrət Əlini (ə) qılınc zərbəsi ilə vurduğu vaxt Əmirəl mömininin (ə) övladları imam Həsən (ə) və imam Hüseynə (ə) vəsiyyətlərindən)» «Rəhman və Rəhim Allahın adı ilə. Sizə Allah qarşısında təqvalı olmağı tapşırıram. Dünya sizin ard
... Read more »
Sual yaranır ki, bu iki qrup rəvayətlərdən hansı ümumi qənaətə gəlmək olar? Fiqhi yolla gedib deyə bilərik ki, hansı rəvayətlərin mənbəsi mötəbərdirsə həmin rəvayətləri də əsas götürək. Yaxud, ümumiyyətlə bu seçimin ağlımızın fövqündə olduğunu düşünə bilərik. İcazə verin bu barədə mütəxəssislər danışsın!
Amma ən düzgün yol rəvayətlərdə də işar
... Read more »
İbn-Mülcəmin zərbəsi ilə yaralandıqdan sonra Əmirəl-mömininin (ə) imam Həsən (ə) və imam Hüseynə (ə) vəsiyyətlərindən: «Sizi ilahi təqvaya çağırıram; dünya arxanızca gəlsə də, dünyanın sorağına getməyin; əlinizdən alınan dünya matahına görə qəm
... Read more »
Əmirəl-mömininin (ə) dəyərli vəsiyyətinin növbəti hissəsində buyurulur ki, zalıma düşmən, məzluma yardımçı olun. Bu cümlə İslamın, ümumiyyətlə səmavi dinlərin çox vaxt diqqətdən kənarda qalan bir yönümünü bəyan edir. Bu diqqətsizlik əvvəlki peyğəmbərlərin dövründə, onların ardıcılları arasında da vardı və çox təəssüf ki, İslamdan sonra bəzi müsəlman tayfaları arasında da müşahidə olunur. İlkin İslam dövründən hazırkı günümüzədək bəzi müsəlmanlar günahla
... Read more »
NİZAM İSLAM CƏMİYYƏTİNİN HƏYATİ VƏ MÜHÜM ÜNSÜRÜDÜR.
«Siz və yazımın çatacağı hər kəsə təqvalı, işinizdə nizamlı olmağı, iman qardaşları arasında rabitələrin islahını tövsiyə edirəm; həqiqətən, cəddiniz rəsulullahdan (s) belə buyurduğunu eşitdim: «İman qardaşları arasında rabi
... Read more »
Maraqlıdır ki, Əmirəl-möminin (ə) nə üçün təqva kimi mühüm bir məsələnin ardınca nizam məsələsinə toxunur? Nə üçün bu mövzuya bir bu qədər əhəmiyyət verilir və necə olur ki, biz nizam məsələsindən qəflətdə qaldığımızı qeyd edirik?
Məsələni aydınlaşdırmaq üçün öncə belə bir nöqtəni qeyd etməliyik ki, bizlər adətən əməliyyə risalələ
... Read more »
İMAN QARDAŞLARI ARASINDA RABİTƏLƏRİ MÖHKƏMLƏNDİRMƏK NAMAZ VƏ ORUCDAN ÜSTÜNDÜR.
«Siz və yazımın çatacağı hər kəsə təqvalı, işinizdə nizamlı olmağı, iman qardaşları arasında rabitələrin islahını tövsiyə edirəm; həqiqətən, cəddiniz rəsulullahdan (s) belə buyurduğunu eşitdim: «İma
... Read more »
Vəsiyyətnamədə möminlər və iman əhli nəzərdə tutulmuşdur. İslam təlimlərinə əsasən biz öz iman qardaşlarımızla sıx rabitədə olmalı, kin-küdurətə yol verməməliyik. Qurani-kərimdə buyurulur: «Həqiqətən möminlər qardaşdırlar; qardaşlarınızın rabitələrini möhkəmləndirin.»("Hucurat", 10.)
Uyğun buyuruqlar bir şəhərdə və ya bir kə
... Read more »
«Yetimlərə münasibətdə Allahı…Allahı unutmayın; ağızları üçün növbə saxlamayın və yanınızda sıxıntı keçirməsinlər; qonşulara münasibətdə Allahı…Allahı unutmayın, çünki onları peyğəmbəriniz tapşırıb; o həzrət qonşular haqqında daim elə tövsiyə edi
... Read more »
İslam maarifində ehsan ünvanlarından biri də yetimlərdir. Yetimlərə qayğı göstərərkən əvəz nəzərdə tutulmur. Biz onlara xidmət edərkən onlardan gələcəkdə əvəz almaq məqsədi güdməməliyik. Biz onların gələcək iqtisadi durumunu nəzərə almadan onların ehtiyaclarını aradan qaldırmalıyıq. Maddi ehtiyac yetimin ehtiyaclarından yalnız biridir. Bəzən yetimin mal-mülkü olur, amma yaşı az olduğundan öhdəsindəkilərdən düzgün istifadə edə bilmir. Əgər belə məqamda y
... Read more »
«Qurana münasibətdə Allahı…Allahı unutmayın; bu işdə başqaları sizi ötüb keçməsin; namaza münasibətdə Allahı…Allahı unutmayın; O (namaz) dinin sütunudur.»
Bir bu qədər təhlükə və təlqin olan yerdə vəzifəmiz nədir? Belə bir məqamda dillə cihad vasitəsilə uyğun təlqinlərlə mübarizə aparmalıyıq. Təbliğat maşınının ortaya qoyduğu şübhələrə yetərli dəlillərlə cavab vermək, xalqın və gənclərin düşüncəsini qorumalıyıq.
Qeyd etdik ki, Allah eləməmiş, zərərli düşüncə rəvac tapsa, ar
... Read more »
CƏMİYYƏTİN SƏADƏT VƏ SAĞLAMLIĞININ ZƏMANƏTÇİSİ YAXŞILIĞA ƏMR VƏ PİSLİYƏ QADAĞADIR.
«Bir-birinizlə rabitə və bağlılığı, bir-birinizi bağışlamağı unutmayın; bir-birinizə arxa çevirməkdən və ayrılıqdan çəkinin; yaxşılığa əmr (əmr be məruf) və pisliyə qadağanı (nəhy əz munkər) tərk
... Read more »
Bismillahir Rəhmanir Rəhim. Həmd və səna Aləmlərin rəbbi olan Allaha məxsusdur. Allahın salavatı və salamı məxluqatı düz yola hidayət edənə (Muhəmməd və onun pak əhli beytinə) olsun. Onların düşmənlərinə qiyamət gününə qədər Allahın lənəti olsun.
Əziz oxucu! Bildiyimiz kimi İslam elmi inkişaf etmiş elmlərdən biridir. Əgər tarixə nəzər salsaq,
... Read more »
Muhəmməd ibni Sənan Müfəzzəl ibni Ömərdən nəql edir: Axşamçağı idi. Peyğəmbərin (sə) qəbri ilə minbərinin arasında oturmuşdum. Rəsulullahın şərafəti və fəziləti haqda fikirləşirdim. Bu halda idim ki, İbni Əbul-Oucanın daxil olduğunu gördüm. Sonra Əbiloucanın dostlarından biri onun yanına gəldi. İbnil-Ouca danışmağa başladı və dedi: Şübhəsiz ki, bu qəbrin sahibi kamilliyin axır mərhələsinə yetişmiş və böyük fəzilətə və şərafətə malik idi.
Əgər maneələr olmasa beyinin xətərdən qorunması üçün necə örtüldüyünü görərsən. Baş sümüyü də özü bir papaqdır ki, beyni zərərlərdən və ziyanlardan qoruyur. Insanın başı da tüklərlə örtülmüşdür ki, paltar kimi onu istidən və soyuqdan qorusun. Həqiqətən Ondan başqa kim beyni bu cür yaratmış və onu bütün hislər üçün tənzimləyici qərar vermişdir. Və kim onu bu cür möhkəm bir qalanın içində yaratmışdır.
Müfəzzəl deyir: İmamın (ə) göstərişi ilə sabah tezdən onunla görüşdüm. Onun izni ilə daxil oldum və İmamın (ə) müqabilində oturdum. Sonra həzrət buyurdu:
Şükür o allaha ki, o hər zamandan sonra bir zamanı, hər əsrdən sonra bir əsri, hər aləmdən sonra bir aləmi, yaradıb. Allah-Taalaöz ədalətindən pis əməl sahiblərinə əzab və yaxşı əməl sahiblərinə əc
... Read more »
Filin xortumunda olan hikmətlər və sirlər haqda fikirləş. Xortum ot götürməklə və su içməklə əlin işini görür. Əgər onun xortumu olmasaydı, yerdən bir şey götürüb yeyə bilməzdi. Çünki, filin digər heyvanlar kimi uzun boğazı yoxdur ki, istədiyi vaxt onu qidaya tərəf uzatsın. Mehriban və rəhim yaradandan başqa kimi o, üzvün yerinə bir üzv vermişdir ki, onun işini yerinə yetirsin? Bu iş necə yaradılışı hədəfsiz sayan zalımların əqidəsi ilə uyğun gə
... Read more »
Səhər tezdən İmamın (ə) xidmətinə yetişdim. İmam (ə) buyurdu:
Şükür o Allaha ki, bizi öz elmi ilə seçdi və helmi ilə bizi təsdiq etdi. O kəslər ki, bizdən uzaqlaşdı, atəşə düşdü. Və o kəslər ki, hidayət ağacının kölgəsindən bəhrələndilər, behiştin yolun tapdılar.
Allahın hikmətlərindən biri də yerin şimal tərəfinin cənub tərəfindən hündür olmasıdır. Bu suyun yer üzərində hərkət etməsinə görədir.
Necə ki, evin üstünün bir tərəfini alçaq düzəldirlər ki, su onun üstündə dayanmasın. Əgər belə olmasa, su yerin üzərində pərakəndə qalardı və insanlar ondan istifadə edə bilməzdilər
... Read more »
Müfəzzəl deyir: Sabah sübh çağı İmamın (ə) xidmətinə yetişdim. Sonra İmam (ə) buyurdu: Bizdən həmd, səna, təzim və təqdis olsun o ada ki, hamıdan qədim və o nura ki, hamıdan böyükdür. O kəsə ki, uca məqam və kəramət sahibidir. Onun salavatı və bərəkəti vəhyi və risaləti çatdırana olsun. O kəs ki, bəşir və nəzir, Allah tərəfindən dəvət edən və aydınlıq çırağı bəxş edən seçilmişdir. O kəs ki, ölür dəlil onunladır və o kəs ki, sağdır dəlil onunladır "Ənfal 42”. Allah tərəfində
... Read more »
GÖRKƏMLİ TƏDQİQATÇI, "NƏHCÜL-BƏLAĞƏNİN” DAHİ ŞƏRHÇİSİ, İLAHİ MAARİF MÜƏLLİMİ ƏLLAMƏ MƏHƏMMƏDTƏQİ CƏFƏRİNİN ÖN SÖZÜ
ALLAHIN ADI İLƏ
Şübhəsiz ki, müqəddəs İslam dinində ailə qurmaq və onunla bağlı məsələlərin əhəmiyyəti sübuta ehtiyacı olmayacaq qədər aydındır. Məhz bu əhəmiyyət cənab Haqqın Quranda, məsum öndərlərin hədislərində (sünnətdə), görkəmli alim v
... Read more »
1984-ci ildə cəmiyyətdə hiss etdiyim ehtiyacın çağırışı ilə məhərrəm, səfər və mübarək ramazan aylarında Quran ayələrinə, ən mötəbər kitablarda qeyd olunan hədislərə əsaslanaraq "İslamda ailə quruluşu” mövzusunda çıxış etməyə başladım.
Geniş dinləyici kütləsinin, xüsusilə gənc nəslin bu çıxışlara göstərdiyi maraq, öz dediklərinə görə bənzərsiz idi. Təb
... Read more »
Allah-təalanın alim, həkim və adil iradəsi möhkəm varlıq aləmində, xilqət və yaradılışın geniş meydanında hər bir şeyi cüt yaratdı. Hər şeyin cüt olması istisnasız bir həqiqətdir. Bəşər elmi, elmi tədqiqatlar bunu kəşf etməzdən öncə Quran bir çox ayələrd
... Read more »