İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » 2011 » September » 11 » İslamda ailə 1
    2:19 PM
    İslamda ailə 1
    BEŞİNCİ FƏSİL
    İSLAMDA QADIN VƏ KİŞİ AZADLIĞI
    İNSANIN AZADLIĞI
    İnsanın yaranışı onun həyati məsələlərdə müstəqilliyi və seçimdə ixtiyarı əsasındadır. Heç bir şəxsin digərini qul şəklinə salıb, ondan öz məqsədləri üçün istifadə etməyə haqqı yoxdur. Hər bir insanın azadlığını, hürriyyətini, müstəqilliyini və ixtiyarını əlindən almaq çox böyük bir günah, qatı cinayət və insanlığa xəyanətdir.
    Azadlıq, hürriyyət, müstəqillik, ixtiyar və bu kimi məfhumlar insan vücudunun varlıq xəmiri ilə yoğrulmuş, onun təbiəti bu həqiqətlərlə yaradılmışdır. Azadlıq və müstəqilik Allahın insana bəxş etdiyi ən gözəl nemətlərdən biri, daxili və zahiri tərəqqi mənbəyidir. Azadlıq fəzası insan üçün ən gözəl fəza, hürriyyət əhval-ruhiyyəsi ən yaxşı əhval-ruhiyyədir. İslamın zülmlə apardığı mübarizələrin ən mühüm məqamı budur. İslam istismarla, azad yaradılmış insanların azadlığını əlindən alıb qula çevirmək istəyənlərlə tam şəkildə mübarizəyə qalxır. İslamın cihad məsələsindəki təkidi də zülmü və zülmkarları, müstəqilliyə hücum edənləri əzmək məqsədi daşıyır.
    Tarix boyunca insan həyatına vurulan bütün ziyanlar azadlığın əldən alınması, hürriyyət və müstəqilliyə olunan hücumların nəticəsidir.
    Zülmü qəbul edib özünü ona təslim etmək, azadlığını satmaq ən böyük günahlardan biri kimi Haqqın rəhmətindən uzaq düşüb, maddi və mənəvi mənafeyini itirməyə səbəb olur.
    Allah-təalanın insan istedadının çiçəklənməsi, tərəqqisi üçün bəxş etdiyi iradə və seçim azadlığını qorumaq zəruri və vacibdir. Ona hücum olunduqda, həyatının bahasına olmuş olsa belə, onu qorumalısan.
    AZADLIQ HAQQINDA MARAQLI BİR HEKAYƏ
    Tarixdə qeyd olunur ki, Yezid və ya onun məmuru həcc səfəri zamanı Mədinəyə daxil olur. Qüreyş tayfasına mənsub bir kişini hüzuruna çağırtdırır və həmin kişi o zülmkarın məclisinə daxil olur. Zalım ona deyir: «Mənim bəndə və qulum olduğunu etiraf et. İstəsəm səni zəncirləyib qul adı ilə satar, istəsəm qul kimi saxlayaram». Qüreyşli kişi cavab verir: «And olsun Allaha, nə əsil-nəsəb baxımından məndən üstün deyilsən, nə atan cahiliyyət və ondan sonrakı İslam dövründə mənim atamdan üstün deyildi. Nə özün din və iman, nə də fəzilət baxımından məndən üstün deyilsən. Belə olan halda mən sənin qulun olduğumu etiraf edə bilmərəm!» Zalım deyir: «Əgər dediyimi etməsən, ölüm hökmünü sadir edəcəyəm». Kişi cavab verir: «Mənim qətlim həzrət imam Hüseynin (ə) qətlindən mühüm deyil». İş bu yerə çatdıqda, Qüreyşli kişinin qətl fərmanı verilir və o öz hürriyyət, azadlıq, iradə və ixtiyarını qorumaq yolunda əzəmətli şəhadət feyzinə yetişir.(Rövzeyi-kafi, səh.313)
    Əmirəl-möminin (ə) buyurur: «Ey camaat! İnsan övladı qul və ya kəniz olaraq doğulmamışdır. Həqiqətən, bütün kişi və qadınlar azaddırlar».("Mizanül-hikmə" c.1, səh.351)
    Digər bir hədisdə isə buyurur: «Allah səni azad yaratdığı bir halda, heç bir şəxsin qulu olma».("Bihar" c.77, səh.214)
    Diqqət yetirməliyik ki, azadlıqdan məqsəd insanın özü kimi insan olan digərlərinin qulu olmaqdan, şəhvani istəklərin və əxlaqi aludəçiliklərin boyunduruğundan azad olmaqdır.
    İnsan dünyaya gəldikdə pak-pakizə, qiymətli gövhər, ülvi varlıq, digərinin qulu olmaqdan tam azad, izzəti-nəfsə malik, bir sözlə, əxlaqi rəzilə və çirkinlikdən azad, iradə və ixtiyar sahibi olur.
    Allahın hidayəti, ağıl, fitrət, peyğəmbərlərin peyğəmbərliyi, imamların imaməti və Quran bu azadlıq, iradə və ixtiyardan yararlanmaq üçün onu müşayiət edir. Bununla da o, Pərvərdigarın lütf və rəhməti sayəsində öz azadlığından istifadə etməli, yaxşı işlər görməyə çalışmalı və bu yolla dünya və axirət səadətinə qovuşmalıdır.
    İnsan bu mənaya diqqət yetirməzsə, ilahi hidayətdən uzaq düşər və şübhəsiz ki, öz azadlıq, iradə və ixtiyarını zamanın fironlarının, eləcə də hərislik, təkəbbür, həsəd və digər şəhvani meyllərin qarşısında əldən verər. Dünya quluna, digərlərinin bəndəsinə, şəhvani istəklərin köləsinə, hərislik və tamah əsirinə çevrilərək, dünya və axirət səadətindən heç bir şey əldə edə bilməz.
    Hər bir pis əmələ əl atanlar, özlərini şəhvani istək və günaha bulaşdıranlar, digərlərinə tabe olub onların nökərlərinə çevrilərək, bu köləliyin adını azadlıq qoyanlar cahil nökər, səviyyəsiz qul, zəlil və çarəsiz bir kölədirlər.
    Əmirəl-möminin (ə) buyurur: «Qeyri-şəri meyllərdən uzaq duran şəxs azaddır».
    Digər bir hədisdə buyurur: «Dünya keçiddir və orada camaat iki dəstədir: özünü şəhvət, maddiyyat və aludəçiliklərə sataraq fəlakətə yuvarlananlar və özünü bütün bunlardan azad edərək, dünya və axirətdə də hər bir əzabdan azad olanlar».
    İmam Sadiq (ə) buyurur: «Bu beş xislətdən hən hansı biri bir şəxsdə olmazsa, ondan bəhrələnmək mümkün deyil. Birincisi vəfa, ikincisi aqibəti düşünmək, üçüncüsü həya, dördüncüsü xoş əxlaq, beşincisi isə bütün bu xislətləri insanda cəm edən hürriyyət və azadlıqdır».(Əl-Məvaziül əbədiyyə" səh.268)
    Əli (ə) buyurur: «Tamah səni özünə kölə etməsin. Çünki Allah səni azad yaratmışdır»;("Mizanül-hikmə" c.2, səh.351-352) «Halal yolla pul qazanmaq azad insanın ilahi uğurlarındandır».
    MÜHÜM BİR MƏSƏLƏ
    Azadlığın mənasına və həqiqətinə, iradə və ixtiyarın dəyərinə və insanın Haqqın hidayəti sayəsində azadlıq, hürriyyət, iradə və ixtiyarından bəhrələnib yüksək məqamlara yetməsinin danılmaz bir həqiqət olduğunu nəzərə alaraq çalışmalıyıq ki, ömrümüz boyunca öz azadlığımızı bütün hadisə və bəlalardan qoruyub, Allahın razılığını cəlb edək.
    Bildiyiniz kimi, atomun tərkibi iki orta nüvədən, bir və ya bir neçə elektrondan ibarətdir. Elektronlar Haqq-təalanın iradəsinə əsasən, xüsusi qayda və müəyyən sürətlə öz orta nüvəsinə cəzb oluna-oluna, onun oxu ətrafında fırlanırlar. Bu fırlanma və sürət xüsusi qayda və cəzbolunma ilə olduğundan, atom harada olursa və nə iş görürsə, yalnız fayda və mənfəət verəcəkdir. Lakin bu cəzbolunma götürülsə, elektronlar xüsusi qaydadan xaric olsalar və onlarla orta nüvə arasında ayrılıq düşsə, zərər və ziyan yetirəcəklər.
    İnsan da bir atom kimidir. Onun vücudunun orta nüvəsi fitrət, tövhid və Allaharama hissidir. Onun varlığı bütün xarici orqanları və daxili hallarının Haqqa cəzb olunması, rəbbinin fərman və istəkləri qarşısında hərəkət etməsi və iş və əməllərində Allaha eşqdən və Ona itaətdən ayrılmamasındadır. Çünki Haqqdan ayrılmaq, dostun eşq və mərifət cazibəsindən çıxmaq və Allahdan uzaqlaşmaq, fəsad törətmək insanın bədən üzvlərini, daxil və xaricini zay etmək deməkdir.
    Haqqa kafir olub özləri ilə Allah arasında pərdə yaradanlar, özlərini Rəbbin mərifət və məhəbbətindən bəhrələnə bilmədilər. Allahçılıqdan çıxıb, Haqqa qarşı böyük qəflətə düçar oldular. Buna görə də onlar fəsad mənbəyinə çevrilib, tağut və şəhvətlərin əsiri, əxlaqi çirkinliklərin qulu oldular. Qur´anda bu barədə oxuyuruq: «Kafirlərə gəlincə isə, onlara dünyada və axirətdə ağır əzab verəcəyəm. Onların heç bir köməkçisi olmayacaqdır»("Ali-İmran" 56).
    İnsanı bir çox fəsadlardan qoruyub, kontrol edən amillərdən biri də izdivacdır.
    İnsan lazımınca ləyaqət sahibi, yəni imanlı, əxlaqlı, saleh əməl sahibi olar və özünə tay bir həyat yoldaşı taparsa, bu zaman zahiri və batini baxımdan müəyyən dərəcədə kontrol olunar, öz azadlıq və hürriyyətini qoruyar, haram, şəhvani istəklərin, aludəçiliyin və uyğunsuz dostların köləsinə çevrilməkdən amanda qalar.
    Tarixdə iman, əxlaq və kəraməti vasitəsilə öz həyat yoldaşlarını ilahi və insani keyfiyyət baxımından yüksək məqamlara yetirən kişilər və həmçinin, ayıq-sayıqlıq, bəsirət nəticəsində öz ərini yüksək ilahi və insani məqamlara yetirən qadınlar az olmamışdır.
    LƏYAQƏTLİ VƏ KƏRAMƏTLİ HƏYAT YOLDAŞI
    Hicrətin 60-cı ilində Züheyr ibn Qin Bəcəli öz tərəfdarlarından bir neçəsi ilə birgə həcc səfərinə gedir və Həcc əməllərini yerinə yetirir. Züheyrin başçılıq etdiyi bu kiçik karvan öz evindən Allah evinə gəlmiş, indi də Allah evindən öz evinə qayıdırdı. Züheyr də beləcə öz evinə qayıtdığını düşünürdü. Lakin qəzavü-qədər (tale) belə deyildi. O, Allah tərəfindən Allaha tərəf qayıdırdı. Amma özünün bu həqiqətdən xəbəri yox idi.
    Züheyrin kiçik karvanı həccdən qayıtdıqda, onun imam Hüseynin (ə) böyük karvanına qatılmaq meyli yox idi. Əgər imam Hüseynin (ə) karvanı bir yerdə düşərgə salırdısa, Züheyrin karvanı oradan keçərək digər bir mənzilə gedib, orada düşərgə salırdı. Əgər Hüseyn (ə) bir yerdən keçirdisə, Züheyr orada düşərgə salırdı. O, bütün imkanlarından istifadə edərək çalışırdı ki, imam Hüseynlə (ə) qarşılaşıb üz-üzə gəlməsin. Görəsən, niyə? Çünki özünün ictimai mövqeyi onu belə bir rəftara vadar edirdi. O, Əli (ə) və onun övladlarının tərəfdarlarından sayılmırdı. Bu sülalə ilə heç bir əlaqəsi yox idi və o, Osmanın tərəfdarlarından idi. Sonralar da Yəzid hökumətinin ‒ hakim qüvvənin yaxınlarından oldu.
    Bir tərəfdən Hüseyni (ə) yaxşı tanıyırdı. Əli (ə) ailəsinə böyük hörmət bəsləyir və o həzrətin (ə) oğlunun qətlinə şərik olmaq istəmirdi. Bitərəf qalaraq Əməvilərlə dostluğunu qorumaq istəyirdi. Buna görə imam Hüseynlə (ə) qarşılaşmaq onun bu fikirlərini alt-üst edəcəkdi. «Züheyr Hüseynlə (ə) görüşdü»-deyə, Yezidə məruzə olunacaqdı. Əgər imam Hüseyn (ə) ondan kömək istəsə necə? Ona kömək etsə dostları əlindən çıxacaq, kömək etməsə Hüseynin (ə) sözündən necə çıxsın? Hüseyn (ə) Əlinin (ə) və Fatimənin (s) oğlu, Peyğəmbərin (s) yeganə yadigarıdır. Onun əmrinə itaət etməmək olarmı? Sabah Allaha nə cavab verər? Cəhənnəm atəşi ilə nə edər?
    O, «Bitərəf qalmaq ən yaxşı yoldur»-deyə düşünürdü. Deməli, imam Hüseynlə (ə) qarşılaşmamaq ehtimalı olan yerlərlə hərəkət etməli idi. Züheyr başqa şey istəyirdi, tale başqa şey.
    Ərəbistanın isti və quru çölləri sonu görünməyən səhralardır. Karvanlar istəsələr də, istəməsələr də düşərgə salmağa məcbur olurlar. Tale Züheyrin karvanını bir diyarda düşərgə salıb, imam Hüseynin (ə) karvanı ilə qarşılaşmağa məcbur etdi. Belə ki, bu diyar Osman tərəfdarından Əli (ə) tərəfdarı yaratdı, Yezid tərəfdarını Hüseyn tərəfdarına çevirdi.
    Bir tərəfdə Züheyr mənsublarının, digər bir tərəfdə isə imam Hüseyn (ə) mənsublarının çadırları ucalmışdı. İmam Hüseyn (ə) Züheyrin şücaətli, igid, mərd, bilici və bacarıqlı olduğunu bilirdi. Elə bu səbəbdən belə bir şəxsin Bəni-Üməyyə kimi bir qurdun təsiri altına düşməsini istəmirdi.
    Burada da Züheyr ehtiyatı əldə verməyərək, imam Hüseynin (ə) gözündən yayınmağa çalışırdı. Çünki imam Hüseyn (ə) hakimiyyətə qarşı çıxmışdı. Züheyr isə hakimiyyət tərəfdarlarından idi. Dövrün hakimiyyəti öz tərəfdarlarından düşmənləri ilə düşmən olmağı, ona qarşı çıxanlarla döyüşməyi, müxalifləri məhv etməyi umurdu. Onlarla yaxın münasibətdə olmağı cinayət hesab edirdi.
    Züheyr öz çadrasında oturub, qohumları ilə yemək yeyirdi. Bu zaman imam Hüseynin (ə) elçisinin gözəl qaməti göründü. O salam verərək dedi: «Züheyr, Əba Əbdillah Hüseyn ibn Əli (ə) səni çağırır!».
    Züheyr qorxduğu vəziyyətlə üzbəüz qaldı. Qorxusundan bir söz deyə bilmədi. Düşünmək yolu onun üzünə bağlanmışdı. O belə bir vəziyyət yaranacağını nəzərdə tutmamışdı. İndi nə etməli olduğu mövzusunda tərəddüddə idi: İmam Hüseynin (ə) buyuruğundan boyunmu qaçırsın, yoxsa Yezidə arxa çevirib imam Hüseynəmi qoşulsun? Hər iki iş onun məqsədi olan bitərəfliklə ziddir. Lakin indi bitərəf qalmaq planı da icra olunası deyildi.
    Hamını dərin bir sükut bürüdü. Tikələr ağızlardan düşdü. Yemək, danışmaq unuduldu. Hüseynin (ə) elçisi yaranmış vəziyyəti süzərək təəccüb edir və özündən, «Bu nə sükutdur»-deyə soruşurdu. «Züheyr niyə gəlmir və ya niyə görə «gəlmirəm» demir? İmam Hüseyn (ə) ki, ona təzyiq göstərmir. O, cavab verməkdə azaddır.»
    Bu minvalla bir neçə dəqiqə keçdi. Züheyr qəti qərara gələ bilmədi. Nə «bəli» deyə bildi, nə də «xeyr». Onu heyrət və tərəddüddən xilas edəcək bir nur şüası saçmalı idi.
    Züheyrin ömrünün ən həssas saatı idi. Belə ki, iki yol ayrıcında ‒ ölüm və həyat arasında qalmışdı. Züheyr hakimiyyətin qüvvəsindən hali idi. İmam Hüseynin (ə) tərəfdarlarını tanıyır və onların öldürüləcəyini də bilirdi. Bilirdi ki, imam Hüseynin (ə) ailəsi əsir olacaq. Bilirdi ki, imam Hüseyn (ə) onu nə üçün çağırır. Bilirdi ki, imam Hüseynin (ə) yolu behişt, Yezid yolu isə cəhənnəm yoludur. Biri səadət, digəri isə bədbəxtlik yoludur.
    Qəfildən ildırım çaxdı və bir qadın sükutu pozub, qərara gəlmək qüdrətini Züheyrə qaytardı. Bu qadın onun sirdaşı, həyat yoldaşı idi: «Züheyr, Allah rəsulunun (s) oğlu səni çağırır, getmirsən? Sübhanəllah!! Get, gör nə deyir. Sözünü eşit və qayıt» (Yaxşı həyat yoldaşı, necə də gözəl nemətdir).
    Züheyr dərhal yerindən sıçrayıb, imam Hüseynin (ə) yanına yollandı. Çox keçmədi ki, geri döndü. Dodaqlarında təbəssüm yaranmışdı. Çöhrəsinin qəmi, qüssəsi çəkilmişdi. Yanaqlarında şadlıq, sevinc yaranmışdı. Zülmət getmiş, yerinə nur gəlmişdi. «Bitərəf» gedib, «lehinə» qayıtmış idi.
    Bu qısa bir zamanda Hüseynin (ə) Züheyrlə nə danışdığını heç kəs bilmədi.
    Züheyr öz çadrasının yanına gəlib dedi: «Mənim çadırımı Hüseynin (ə) çadırının yanında qurun». Kiçik bir çay dəryaya qovuşdu. Yezid tərəfdarı Hüseyn (ə) tərəfdarına çevrildi.
    Züheyr öz tərəfdarlarına xitab edərək dedi: «Mənə tabe olanlar mənimlə qalacaqlar. Əks təqdirdə, vidalaşmaq anı çatmışdır».
    Salman Bəcəli - Züheyrin əmisi oğlu - ona qoşuldu və Hüseyn (ə) tərəfdarlarından olaraq «şəhadət günü» zöhr namazını imam Hüseynlə (ə) qıldıqdan sonra şəhid oldu. Züheyr dünya və dünya malına göz yumaraq, Hüseynə (ə) qoşuldu, imamla (ə) birgə oldu, birgə can verdi. Hal-hazırda da axirət dünyasında Hüseynlədir (ə).
    O öz əziz həyat yoldaşı ilə vidalaşaraq dedi: «Qohumlarının yanına getməlisən. Qoy, mənim ucbatımdan sənə bir ziyan dəyməsin». Onun bütün var-dövlətini özünə verib, əmisi oğlu ilə öz qəbiləsinin yanına göndərdi.
    Həyat yoldaşı alicənab əri ilə vidalaşarkən ağladı və dedi: «Allah sənə yar olsun. Bu son anda səndən bir xahişim var. Qiyamət günü həzrət Peyğəmbərin (s) hüzurunda olarkən məni yaddan çıxartma».
    Bəli, Züheyrin azadlığı, iradəsi, seçimi Əməvilər tərəfindən qarət olunmuşdu. Lakin ləyaqətli həyat yoldaşı onda dönüş yaranmasına səbəb oldu. Beləliklə, Züheyr tağutun köləliyindən azad olmaq sayəsində əbədi səadətə qovuşdu.
    Bu səbəbdən də, «izdivac hürriyyət və ixtiyarın qarantı və ya azadlığın qayıdış amilidir» desək, yanılmarıq.
    İzdivacla özümüzdə ilahi ruhu qorumalı, Haqq tərəfindən verilmiş xəlifəlik məqamını şəhvani istəklərin hücumundan amanda saxlamalıyıq. Öz iman və saleh əməllərimizi günü-gündən artırmalıyıq. Bu yolla dinimizin yarısını əldə edib, qalan yarısını da təqva və haramlardan çəkinməklə qorumalıyıq.
    Kişi izdivac vasitəsi ilə qadının, qadın da kişinin istedadının çiçəklənməsində şərikdir.
    Qadın ləyaqətli varlıqdır. Belə ki, dahilər onun haqqında demişlər: «O, kişinin vücudundakı həqiqətləri aşkara çıxarır». Kişi şərafətli və kəramətli varlıqdır. Belə ki, dahilər onun haqqında demişlər: «O, qadının yüksək dərəcələrə yetişməsinə bais olur».
    Əli (ə) buyurur: «Dünya qadınlarından behiştə ilk qədəm qoyan Xədicə olacaq».
    Bu hədis qadının ilahi ruhuna, Haqq tərəfindən əta olunmuş yüksək məqamına, insani və əxlaqi keyfiyyətlərə malik olmasına sübutdur.
    Bəli, həva-həvəsdən, tağut əsarətindən, şəhvani meyllərdən azad olan qadın və azad kişi əzəmətli xilqət meydanında qiymətli gövhər, iki ülvi həqiqətdirlər.
    İmam Hüseyn (ə) Hürr ibn Yəzidin azadlığını onun kəramət sahibi olan anasına aid edir. Əli (ə) Malik Əjdərin əzəmətinin anasının ilahi paklığından qaynaqlandığını söyləyir.
    Ailədə kişi yaxşı xislətlər baxımından qadına örnək, ülgü olmalıdır. Həmçinin, onlar hər ikisi bu baxımdan övladlarına nümunə olmalıdırlar.
    İZDİVACDA QADIN VƏ KİŞİNİN AZADLIĞI
    Valideynlər diqqət yetirməlidirlər ki, həyat yoldaşı seçmək hüququ İslamın göstərdiyi şəkildə övladın özünə aiddir. Valideynlərin, övladını onun bəyənmədiyi bir qızla evləndirməyə haqqı yoxdur. Onlar qızlarını da zorla onun bəyənmədiyi bir şəxsə ərə verə bilməzlər. Çünki övladları izdivac məsələsində Haqq tərəfindən verilmiş bir azadlığa malikdirlər.
    Bir rəvayətdə ailə qurarkən seçim haqqında belə buyurulur: «İbn Əbu Yəfur deyir: «İmam Sadiqə (ə) ərz etdim: «Mən ailə qurmaq üçün bir qız seçmişəm, valideynlərim isə digərini. Belə olan halda mənim vəzifəm nədir?» İmam Sadiq (ə) buyurdu: «Özün sevdiyinlə ailə qur, valideynlərinin seçdiyinə əhəmiyyət vermə».("Bihar" c.103, səh.235)
    Böyük şiə mərcəi-təqlidlərinin risalələrində izdivac fəslində oxuyuruq: Əgər qız üçün şərən və ürfən özünə uyğun bir oğlan tapılar, onunla ailə qurmaq istədiyi bir vəziyyətdə valideynləri mane olar və ya bu işi çətinləşdirərlərsə, belə olan surətdə onların icazəsi lazım deyildir.»
    Buna əsasən, bir qızı özünə uyğun bilən oğlan və ya bir oğlanı özünə uyğun bilən qız, valideynlərinin razılığı olmadan İslamın icazəsi, Haqqın razılığı ilə ailə qura bilərlər.
    Valideynlər həva-həvəslərini kənara qoyaraq, sinfi və tayfa maraq və prinsiplərini öz övladlarının izdivac məsələsində büruzə etdirməməlidirlər. Onlar bilməlidirlər ki, İslam dinində zülm və zülmü qəbul etmək haramdır.
    Do ruyeye zire nişe mar xoftən,
    Do poşteye ruye nişe mur rəftən.
    Təne ruğən zəde ba zəhmətu zur,
    Miyane laneye zənbur rəftən.
    Miyane lərzu təb ba cisme məcruh,
    Zemestan zire abe şur rəftən.
    Be kuhe bisutun bi rəhnmayi,
    Şəbane ba do çəşme kur rəftən.
    Be nəzde mən hezaran bar behtər,
    Ke yek co zire bare zur rəftən.
    Mənası:
    İlanın dili altında üzüqoylu yatmaq,
    Qarışqanın ağzının üstünə getmək,
    Ağır zəhmətlə yağlanmış bədənlə,
    Bal arısının yuvasının arasında gəzmək,
    Yaralı bədənlə qızdırma və titrətmə içində,
    Qışda şor su altına girmək,
    Gecə vaxtı iki kor gözlə
    Bələdçi olmadan Bisutin dağına getmək
    Mənim üçün bir zərrə olsa belə,
    Zülm altına getməkdən min dəfə yaxşıdır.
    Qadın və kişi şəri işlərin seçimində də müstəqil və azaddırlar. Onların işlərinin məhsulu özlərinə məxsusdur. Onlar öz gəlirlərinin tam, qanuni malikidirlər. Kişi qadının icazəsi olmadan onun malına, qadın da kişinin icazəsi olmadan onun malına toxuna bilməz. Qadın və kişinin müstəqilliyi mütləq həyatın bütün sahələrində qorunmalıdır.
    Category: İslamda ailə 1 | Views: 843 | Added by: Islam_Kitabxanasi | Rating: 3.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024