İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » 2011 » September » 11 » İslamda ailə 1
    2:20 PM
    İslamda ailə 1
    ÜÇÜNCÜ FƏSİL
    İSLAMDA AİLƏ QURMAĞIN ÜLVİ MƏQSƏDLƏRİ
    PAK AİLƏ
    Ailə qurmamış bir gəncin - istər oğlan, istərsə də qız, istər kişi və istərsə də qadın - pak, günahsız qalması, fəsaddan uzaq düşməsi qeyri-mümkün nəzərə tapır.
    Milyonlarla insan arasında ailə qurmamış pak, saf, iffətli, özünü günahdan uzaq tutan bir gənc kişi və ya qadın tapmaq olduqca çətindir. Əgər ailə qurmadığı halda pak, günaha mürtəkib olmayan bir gənc tapsaq, onun Allah övliyalarından olduğunu etiraf etməliyik.
    Ailə qurmadan özünü günahdan qorumaq Yusifə yaraşan bir işdir.
    Ailə qurmamış kişi və qadın yaşayan ev fəsad və günahdan uzaq deyil. Ərsiz qadın, yaxud arvadsız kişi qərizə və şəhvətlərinin canlandığı bir vaxtda fəsad və günahdan, hətta çox az olsa belə, uzaq olmayacaq.
    İzdivac ‒ bu ilahi və təbii proses bir çox problemləri asanlaşdıran, cavanların paklığını davam etdirən, ilahi təqvanı və iffəti qoruyan başlıca amildir.
    Cəmiyyətdə hər hansısa bir ailənin təməl daşı sağlamlıq və aramlıq üzərində qurularsa, qadın və kişi ailə qurmaqla, bir-birinin hüquqlarını pozmayaraq yaşayarlar.
    Müsəlmanın evinin hansı ölkədə, hansı şəhərdə olmasından asılı olmayaraq, ora Tanrı vəhyinin nuru, əzəmət və ucalıq rəmzi, gecə və gündüz edilən Allah ibadətinin məhsuludur: «(Həmin taxça və çıraq) Allahın tikilib ucaldılmasına və öz adının zikr edilməsinə izn verdiyi o evlərdədir ki, orada səhər-axşam Onu təqdis edib, şəninə təriflər deyərlər»("Nur" 36).
    Belə bir ev, bu xüsusiyyətlərə malik olan ailə, Allaha ibadət olunan, Onun hökmü ilə ailə qurulan, bütün ilahi əmrlərə itaət edilən ev mömin evidir.
    Bəli, Quran ailə qurmağı əmr edir ki, bu yolla qadın və kişinin problemləri yüngülləşsin. Hər ikisi günah və fəsaddan çəkinsinlər və əl-ələ verib, öz evlərini Allahın zikr və ibadət məhəllinə çevirsinlər.
    Belə bir ailə şəraitində qadın və kişi Haqqın bəndəsi, övladları fəzilət səmərəsi, bütün əməlləri ilahi göstərişlərin göstəricisi və əziz peyğəmbərlərin üslubudur.
    Mömin qadın digər mömin bir kişi ilə ailə qurduqda hər biri özünü ilahi əmrlərin icrasına borclu bilir. Onlar iki dost, həmkar, həmdəm, sirdaş, iman mənbəyi, iki eşq, məhəbbət sütunu kimi öz həyatlarını hər hansısa bir problemin daxil olmasından qoruyurlar. Hər hansısa bir problem yarandıqda, özlərini itirmədən sadə və asan yol ilə onu həll edirlər. Səbir, dözüm, helm və hövsələ silahı ilə hər bir dərdə əlac tapırlar.
    CAMAATIN ƏN PİSİ
    Tənhalıq və tənha yaşamaq, adama yovuşmazlıq və küncə qapılmaq bir çox problemlərə, ruhi, əxlaqi və əsəbi xəstəliklərə gətirib çıxarır. Tənhalıq və özünə qapılmaq insanı xəyallar, qeyri-məntiqi fikirlər və bir çox problemlər dəryasına qərq edir.
    Rəsulullah (s) ailə qurmağın fəziləti və izdivacdan qaçmağın zəlaləti haqqında belə buyurur: «Qiyamətdə cəhənnəm əhlinin əksəriyyəti izdivac və ailə qurmaqdan imtina edənlər olacaq»;(İzdivac dər İslam-26) «Sizin ölülərinizin ən alçaq səviyyəlisi subay qalanlardır»;("Bihar" c.103, səh.220-221) «Sizin ən şər adamınız subay qalanlardır və onlar şeytanın qardaşıdırlar»;("Bihar" c.103, səh.220-221)«Mənim ümmətimin ən yaxşıları ailəlilər, ən pisi isə subay qalanlardır»;(Həminmənbəə) «Əgər subay qalanlar öldükdən sonra dirildilsələr, mütləq ailə qurarlar»;(İzdivac dər İslam, 27)«Allah ailə qurmaqdan boyun qaçıran adama lənət etmişdir».(Həmin mənbəə)
    Peyğəmbərin (s) izdivacdan yayınanları «atəş əhli», «səviyyəsiz insanlar», «şeytanın qardaşları», «şər insanlar» və «lənət olunmuşlar» xüsusiyyətləri ilə vurğulamasının başlıca səbəbi budur ki, izdivacdan boyun qaçıranlar çarəsizlikdən günah və haram girdabına yuvarlanacaqlar. Cəmiyyət və ailə üçün problemə çevriləcək və həyatın bütün sahələrində bir çox problemlərə yol açacaqlar.
    Quran ayələrinə, rəvayətlərə, həyat təcrübələrinə müraciət etdikdə görürük ki, izdivac insana şərəf və ləyaqət verir, onu Haqqın əzabından xilas edir, səviyyəsizlik və şəxsiyyətsizlikdən qoruyur, şeytanın toruna düşməkdən hifz edir. İnsanı şər mənbəyi olub Haqqın lənətinə gəlməkdən amanda saxlayır və bütün bunlar rahatlığın, asudəliyin, rifahın, əmniyyətin, təqvanın, həyat yükünün yüngülləşməsinin başlıca səbəbidirlər. Elə buna görə də Quran izdivacın ilahi qanuna çevrilməsinin səbəbini belə açıqlayır:
    «Allah, üzərinizdə olan ağırlığı (həyat proqramını) yüngülləşdirmək istəyir».("Nisa" 28)
    İSTEDADIN ÇİÇƏKLƏNMƏSİ
    Fitrət və təbiətə uyğun olaraq ilahi qanunlar, Haqq peyğəmbərlərinin üslubu əsasında ailə quran iki gənc ilahi əzab uçurumundan, daxili xəbislikdən, şeytanın təhlükəli hiyləsindən, Allahın lənətinə gəlməkdən, bütünlüklə subay qadın və kişini əhatə edən bu bəlalardan xilas olmuş olacaqdır. İzdivac sayəsində fikri rahatlığa, daxili əmniyyətə nail olacaq, subaylıqdan irəli gələn problemlərə qələbə çalacaq, tənha yaşamaq başağrısından şəfa tapacaq və ilahi bir mühitə ayaq basacaqdır. Düzgün fikir və gələcəyə ümidlə baxmaq üçün zəmin yaranacaq, şəhvət və qərizələrin tüğyanı sönəcəkdir. Şübhəsiz ki, onların daxilindəki gizli istedadlar çiçəklənəcək və həyat ağacı barlı, bəhrəli məhsullar verəcəkdir.
    Tarix səhifələri, ailə qurduqdan sonra yüz ilə gediləsi yolu bir gecədə gedən İslam alimləri və dahi şəxsiyyətlərlə doludur. Onlar daxili əmniyyət və aramlıq yaradan izdivac sayəsində yüksək elmi məqamlar kəsb etmişlər. Belə ki, hamı ağızdolusu onların elm, təqva, şərəf və ibadətlərindən, eləcə də cəmiyyətə və İslama olan xidmətlərindən danışır.
    «Ayətullah Brucerdinin keçdiyi həyat yolu» kitabının 95-ci səhifəsində qeyd olunur:
    1314-cü ildə ömründən 22 il keçirdi ki, atası ona bir məktub yazıb Brucerdə çağırdı. O, güman edirdi ki, atası onu təhsilini davam etdirmək üçün Nəcəfi-əşrəfə ‒ şiə aləminin ən böyük elm mərkəzinə göndərəcək. Lakin Brucerdə gəlib atası və digər qohumları ilə görüşdükdən sonra ‒ fikirlərinin əksinə olaraq ‒ ailə qurmaq üçün hər şeyin hazır olduğunu gördü.
    Belə bir vəziyyətin yarandığını görüb narahat olur. Atası narahatlığının səbəbini soruşduqda isə deyir: «Mən rahat, tam asudəliklə təhsil almaq istəyirəm. Amma indi qorxuram ki, izdivac mənimlə məqsədim arasında bir əngələ çevrilsin». Atası ona deyir: «Oğlum, bunu bil ki, əgər atanın əmrinə əməl etsən, Allah mühüm elmi tərəqqilərə nail olmaqda səni müvəffəq edər. Lakin bunu da bil ki, əgər atanın bu arzusunu həyata keçirməsən, bütün ciddiyyətinə baxmayaraq, bir yerə çıxmayacaqsan».
    Atasının sözləri ona çox təsir edir. Onun bütün tərəddüdlərini aradan qaldırır. Nəhayət, ailə qurduqdan bir az sonra yenidən İsfahana qayıdıb, beş ildə müxtəlif fənn və elmlərə yiyələnir.
    Onun vəfalı həyat yoldaşı İsfahanda bu böyük insana lazım olan bütün şəraiti yaradır. O, mehriban bir dost, mətanətli bir xidmətçi kimi onun tərəqqisi üçün əlindən gələni edir. Həyat yodaşı ilə İsfahanda yaşadıqları beş il ərzində müxtəlif elmlərə dərindən yiyələnərək, olduqca rahat, ciddiyyət və arxayınlıqla, hətta bəzən gecələri sübhə qədər elmi araşdırmalar və mütaliə ilə məşğul olur. Belə ki, o dahi insan özü dəfələrlə buyurmuşdur ki, boş vaxtlarında Quran əzbərləyirdi. Nəticədə, İsfahanda olduğu müddətdə «Bəraət» surəsini əzbərləmişdi. O, ömrünün axırına qədər bu surəni əzbər bilir və daim təkrarlayırdı.
    «Təfsiri-mizan» kitabının müəllifi Əllamə Təbatəbai özünün bir çox elmi və mənəvi tərəqqilərini həyat yoldaşına borclu olduğunu bildirmişdir.
    Bəli, izdivac əmniyyət və aramlığın, istedadın çiçəklənməsinin başlıca nişanələrindəndir.
    EV VƏ AİLƏ ÜÇÜN ÇALIŞMAQ İBADƏTDİR
    İzdivac, ailəli olmaq, övlad tərbiyəsi müsbət dünyəvi nəticələrdən başqa, bir çox mənəvi mənfəətlərə də yol açır.
    Həyat yoldaşının və övladlarının ehtiyacını təmin etmək üçün işləyib çalışmaq pak İslam mədəniyyətində böyük ibadət, hətta Allah yolunda cihad etməyə bərabər bir ibadət sayılır. Belə ki, məsumlardan bizə gəlib çatmış bir rəvayətdə buyurulur: «Allah halalı ilə ailəsinin ehtiyaclarını ödəməyə çalışanlar Onun yolunda cihad edənlərə bərabərdirlər».("Bihar" c.101, səh.72)
    Həyat yoldaşının və övladların hüquqlarını qorumaq, onların mənəvi həyatına diqqət yetirmək, həmçinin qadının da ərinin və uşaqlarının hüquqlarına riayət etməsi çox çətin bir iş və Allah əmrinin icrası olduğundan, onların maddi ehtiyaclarını təmin etmək kimi böyük savab və əcrə malikdir.
    Sağlam nəsil, layiqli övladlar tərbiyə edib cəmiyyətə təhvil vermək, Allah razılığı olan ailəni və ailə üzvlərini günah və fəsaddan uzaq saxlamaq, onların təkamül və tərəqqisi üçün zəmin yaratmaq isə çox mühüm bir iş və Allaha ibadətdir.
    Dördüncü imam (ə) öz həkimanə bir kəlamında buyurmuşdur: «Maddiyyat və mənəviyyat süfrəsini öz qadını və övladlarının üzünə açan hər bir şəxs Haqqın razılığına digərlərindən daha yaxındır».(Həmin mənbəə)
    Hər halda, cəmiyyət ailənin məhsuludur. Hər hansı bir millətin prezidenti, naziri və digər məsul işçiləri ailədə formalaşmışlar. Onların tərbiyəsi və şəxsiyyətlərinin formalaşmasının əsas mənbəyi ailə və ailə başçıları olmuşdur.
    Ailə bir torpağa bənzəyir. Əgər torpaq lazımi qayğıdan uzaq olsa, duzlu bir çöl olaraq qalacaq. Nə gül bitirəcək, nə də sünbül. Lakin ona lazımi qayğı göstərilərsə, bu zaman ondan gül, sünbül və ya hər hansısa bir məhsul gözləmək məntiqə uyğun olar.
    Xoşbəxtlik və bədbəxtlik insana ilk növbədə valideynlərindən keçir. Əgər valideynlər öz övladlarının səadəti yolunda çalışsalar, böyük ibadət etmiş və izdivacın əbədi mənfəətlərindən bəhrələnmiş olarlar. Lakin onların bədbəxtlik amilinə çevrilsələr, müqəddəs izdivac prosesindən faydalanmamış və öz əlləri ilə özləri üçün ziyan süfrəsi açmış olarlar. Bu səbəbdən İslamın yüksək maarif dolu rəvayətlərindən birində həzrət Peyğəmbərdən (s) nəql olunur: «Hər bir bədbəxtin bədbəxtliyinin amili anasının bətnində, hər bir xoşbəxtin də xoşbəxtliyinin amili anasının bətnindədir».("Bihar" c.5, səh. 157)
    Böyük şair Kəlim Kaşaninin dili ilə desək:
    Əz kuze həman brun təravəd ke dər ust.
    Mənası:
    Bir səhəngdən yalnız onun içindəkilər bayıra tökülə bilər.
    Deməli, valideynlər övladlarının varlıq səhənginə nə töksələr, onun beynini, qəlbini hansı şəkildə formalaşdırsalar, onu hansı proqramlara qarşı sövq etdirsələr, gələcəkdə övladları cəmiyyət üçün həmin miqdarda da faydalı olacaqlar.
    ÜLVİ MƏQSƏDLƏR ÜÇÜN AİLƏ QURUN
    İnsanın ailə qurmaqdan məqsədi müqəddəs və mənəvi amal olmalıdır. İzdivac Haqqın əmrlərinə itaət, peyğəmbərlərin üslubuna tabeçilik, həyat yoldaşının səadətini təmin etmək və gözəl övladlar tərbiyə etmək məqsədi ilə həyata keçirilməlidir.
    Qadın və kişi ailə qurarkən özlərini böyük bir ibadəti həyata keçirmək üçün hazırlamalıdırlar. Haqqın razılığını nəzərdə tutmalı və bilməlidirlər ki, onların hər ikisi «sülb» və «bətn» baxımından cənab Haqqın əmanətdarıdırlar. Onlar bilməlidirlər ki, Haqqın əmanəti olan övladları az bir müddətdə atanın sülbündə, altı aydan doqquz aya qədər də ana bətnində qonaqdırlar. Bu iki müddətdə Allahın övlada verdiyi dəqiq təsirlənmə qabiliyyəti ilə onlar ana və atanın bütün xüsusiyyətlərini qeyri-iradi olaraq qəbul edirlər.
    Nəql edirlər ki, həzrət Peyğəmbər (s) hamilə qadınlara batil əleyhinə haqq cəbhələrinə tamaşa etməyə icazə verirmiş. Bu yolla qadınlar cihadın, haqq yolunda savaşın gözəl mənzərələrinə tamaşa edərək, döyüşçülərin ilahi şüarlarına qulaq asır və bu görmək və eşitmək yolu ilə bətndəki uşağı qidalandırırdılar. Beləliklə də, uşaq ana bətnində şücaətli, ciddiyyətli bir varlıq kimi inkişaf edirdi.
    Məgər eşitməmisiniz ki, həzrət Fatimənin (s) pak vücudu Rəsulullahın (s) sülbündə yaranmazdan öncə Allah tərəfindən Peyğəmbərə (s) qırx gün oruc tutmaq tapşırıldı. Gecələr iftar edərkən behişt yeməklərindən yeyirdi. Belə bir şəraitdə o pak insanın nütfəsi ana bətninə köçürüldü.
    Sizinlə izdivac arasındakı vasitə gözünüz olmamalıdır. İzdivac dəllalı şəhvət, var-dövlət, yeni qohumların vasitəsilə hər hansısa vəzifəyə təyin olunmaq, aldadıcı gözəl simaya sahib olmaq olmamalıdır. Bu məqsədlərlə qurulan ailələr bu günə qədər heç bir nəticə verməmişdir.
    Çalışıb Allahı, ibadəti, mənəviyyatı, həyat yoldaşının hüquqlarına riayət etməyi, saleh və sağlam övladlar tərbiyələndirməyi, bir sözlə, Allahın razılığını izdivacın əsas məqsədinə çevirməliyik. Yalnız bu yolla izdivacın nəticə və faydası əbədi və daimi olar.
    Halal ləzzətləri bu uca məqsədin davamı hesab edin ki, bu halal ləzzətlə də axirət savabına nail olasınız.
    Əgər izdivac ilahi məqsədlərlə həyata keçirilsə, təlaqla nəticələnməz. İlahi bağlılıq daimi və əbədi olur.
    İlahi məqsədlər üçün ailə quran şəxs öz həyat yoldaşının bütün haqlarına riayət edir. Həyat yoldaşı onun tərəfindən heç bir zülmə məruz qalmır.
    Həyat yoldaşının abrını övladlar və qohumlar qarşısında qorumaq vacib, qadının kişi tərəfindən, kişinin də qadın tərəfindən təhqir olunması İlahi nəzərində haramdır.
    Əli (ə) və Fatimənin (s.ə) izdivacı müsəlman kişi və qadınlara örnək olmalıdır. Hansı ki, bu izdivac ülvi məqsədlərlə həyata keçirilmiş və onun nəticəsi pak, saf, ilahi övladlar olmuşdur.
    Şiə hədislərində aşağıdakı ayə bu pak izdivaca aid edilmişdir:
    «(Suları şirin və acı olan) iki dənizi O qovuşdurdu (bir-birinə qovuşmaq üçün), açıb buraxdı. Amma onların arasında maneə vardır, bir-birinə qatışmazlar (özləri üçün müəyyən edilmiş həddi aşmazlar). O iki dənizdən inci və mərcan çıxar» ("Rəhman" 19-20).
    İki dəryadan məqsəd Əli (ə) və Fatimədir (s.ə). İki mərifət, səbir, helm, iman, bəsirət dəryası. Fasilədən məqsəd həzrət Peyğəmbər (s), «lölö» (inci) və «mərcan» isə həzrət Həsən (ə) və Hüseyndir (ə).("Nuruş-səqəleyn" c.5, səh.191, 19-cu hədis)
    Ailə quruluşu tam islami və ilahi olmalıdır ki, Allah-təalanın razılığını cəlb etsin.
    Ailə qurarkən bəyənilməz, qeyri-ilahi, şeytani adət-ənənələrdən istifadə edilməməlidir. Peyğəmbər (s) onları məhv etməyi tapşırmışdır: «İslama müvafiq olmayan cahiliyyət adət-ənənələrini məhv edin».
    Əks təqdirdə, izdivacın acı nəticələri ilə qarşılaşmalı olacağıq.
    QƏRBDƏ AİLƏ QURULUŞU
    Avropa və Amerikada ailə quruluşu yanlış sütunlar üzərində həyata keçirilir. Qərbin ailə quruluşunu yamsılamaq olduqca yersiz və özünü bədbəxtlik quyusuna atmaq deməkdir. Onların izdivacdan məqsədi pak və müqəddəs deyil. Orada qadın və kişinin izdivacının səbəbi, yalnız və yalnız şəhvətin doydurulmasıdır. Orada ləyaqətli qadın və kişi çox azdır. Elə buna görə də, günah və fəsad Avropa və Amerikanın üzündən bahar yağışı kimi axır.
    Qərbdə çox vaxt qadın və kişi fəsad dövrünü, qanunsuz əlaqələri keçirdikdən sonra bir-birləri ilə ailə qururlar. Öz südəmər övladlarını doğurduqdan sonra uşaq evinə tapşırır, sonra isə ana məhəbbəti, ata səmimiyyəti dadmadan geri alırlar. Onu hər bir fəsad süfrəsi başında əyləşdirirlər. Zahirən tərbiyə alsın, bir neçə terminlə tanış olsun deyə, məktəbə göndərirlər. 18 yaşında isə onu azad buraxır, cəmiyyətin, mühitin ümidinə qoyurlar.
    Onlar övladlarına tərbiyə verdikdə də yalnız centlmenlik, maddiyyat toplamaq əxlaqı öyrədirlər. Övladın daxili aləmi ilə heç bir işləri yoxdur. Onlar dəyərli, cəmiyyətə lazım olan bir insan tərbiyə etməkdə acizdirlər.
    Məgər görmürsünüz ki, onlar dövlət qurduqda cəmiyyət fəsad və zəifləri istismar etmə mənbəyinə çevrilir.
    Qərbin ev, məktəb və universitetlərinin məzunlarının törətdikləri cinayətlərin əvəzi qiyamət gününə qədər ödəniləsi deyil. Onların bəzən özlərini ədəbli, əxlaqlı, insani keyfiyyətlərə malik insanlar kimi davranmaları hələ yağlı tikə əldə etmədikləri üçündür. Onların bu növ davranışları aşağıdakı hekayəni xatırladır:
    Bir kişi dostuna deyir: «Mən pişikləri tərbiyə edib ədəbləndirmişəm. Belə ki, süfrə başında müxtəlif yeməklər olduğu bir halda, onlar qonaqlar işıqda əyləşib rahat yemək yesinlər deyə, əllərində şam tuturlar». Dostu ona deyir: «Pişiyin bu tərbiyəsinə güvənib, ona bel bağlamaq olmaz. Sən məni evinə dəvət et, bunu sübuta yetirim». Dostu onu evinə dəvət edir. Qonaq pişiyin süfrə başında dayanıb yeməklərə gözünün ucu ilə belə baxmayaraq, evin işıqlanması və qonaqların rahat yeməsi üçün şam tutduğunu müşahidə edir. İşin qızğın yerində özü ilə gətirdiyi siçanı çıxarıb, süfrəyə qoyur. Siçanın qaçmaq istədiyini görən pişik şamı bir tərəfə atıb, onu tutmaq üçün yırtıcı bir şir kimi süfrəyə atılır. Süfrənin gözəl düzümünü, eləcə də qonaqların kefini pozur.
    Bəli, Avropanın, qərbin verdiyi tərbiyə bu tip tərbiyədir. Özlərinə lazım olan yağlı tikəni tapmayınca, çox aram və ədəblidirlər. Lakin gözləri zəif millətlərin neftinə, qızılına və digər mədənlərinə düşdükdə, onların haqqına təcavüz etmək üçün tərbiyə çırağını kənara atıb, yırtıcı heyvan kimi zəif millətlərin bütün mənəvi və maddi heysiyyətlərinə hücum edir və maddi məqsədlər üçün günahsızların qanı üzərindən keçirlər.
    Qərb millətlərində mövcud olan fəsad, haram istəklərin qələbəsi, qətl, qarət və sair bu kimi qeyri-insani keyfiyyətlər yanlış ailə quruluşunun məhsuludur.
    Avropa və Amerika evləri Allah-təalanın ibadət məkanı olsaydı, bu zaman həmin evlər cəmiyyətə ilahi əxlaqla zinətlənmiş, yüksək məramlı, şərəfli insanlar bəxş edərdi. Lakin onların evləri belə xüsusiyyətlərə malik olmadıqları üçün məhsulları da acı və dadsız olur. Belə bir uyğunsuz quruluş heç bir şəxsə örnək ola bilməz. Şübhəsiz ki, onları özünə örnək edən şəxslər onlardan da pis günə düşəcəklər!
    Category: İslamda ailə 1 | Views: 1018 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024