İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » 2011 » September » 13 » Siddiqeyi-Tahirə (ə) 2
    5:48 AM
    Siddiqeyi-Tahirə (ə) 2
    Allahın Rəsulunun (s) dünyadan köçməsindən sonra
    Allah-təala elə ki, peyğəmbərlərin əbədi evini – Öz seçilmişlərinin daimi məskənini sonuncu peyğəmbərin (s) ixtiyarına verdi, sizin gizli düşmənçilik və nifaqınız aşkara çıxdı, yolunu azmışların içindəki qəzəb dilə gəldi. Heç bir adı-sanı olmayan adamlar dahilik iddiasına düşdülər. Azğın və günahkar adamlar səslərini başlarına ataraq küçələrdə meydan suladılar...
    Bəli, şeytan başını deşikdən çıxarıb sizi özünə tərəf səslədi. Şeytan gördü ki, onun dəvətini canla-başla qəbul edir, sözünü eşidir və ona hörmət-izzətlə baxırsınız. Odur ki, sizdən ayağa durmağı xahiş etdi və gördü ki, nə tez ayağa qalxırsınız. Sizi dağlayıb gördü ki, necə də atəşsevərsiniz. Siz də qəzəblənib başqalarına daha yandırıcı dağlar vurdunuz. Allahın Peyğəmbəri (s) ilə əhd-peyman bağlamışdınız, lakin onu çox tez unutdunuz. Həmin əhdin mürəkkəbi quruyan kimi, hələ Allahın Rəsulunun (s) pak cismi torpağa tapşırılmamış özünüzü qabağa verib bəhanə etdiniz ki, bir fitnə olmasın deyə, qorxudan belə iş tutmusunuz (nəzərə alın ki, özünüz fitnə içindəsiniz və cəhənnəm hər tərəfdən kafirləri qoynuna almaqda davam edir).
    Bəs necə oldu ki, bu cür iş tutdunuz? Bu cür hara gedib çıxacaqsınız? Halbuki, Allahın kitabı – Quran qarşınızdadır. Onun mətləblərini aşkar, hökmləri aydın, göstərişləri nurani, çatdırdıqları göz qabağında, əmrləri bəllidir. Bunlara baxmayaraq, Ona məhəl qoymadınız? Yoxsa, Ondan üz çevirmək istədiniz? Bəlkə Quran əvəzində başqa şey tapıb, onun hökmlərinə əməl edirsiniz? Bilin ki, Quranın əksinə olan hökm zülmkarlar üçün yaxşılıq əvəzi deyil. Hər kəs İslam dinindən başqasını axtarsa, əsla onu bağışlamayacaqlar və o, axirətdə ziyankarlardan olacaq.”
    Sonrakı dövrün hadisələri
    Sonra o qədər sakit durmadınız ki, bu nabələd minik heyvanı ram olsun, cilovunu ələ versin və sizə tabe olsun. Siz atəş kürələrini alovlandıraraq şeytanın sözlərinə qulaq asdınız, dinin parlaq nurlarını söndürdünüz və pak Peyğəmbərin (s) qayda-qanunlarını tapdaladınız.
    Siz südün köpüyünü götürmək bəhanəsilə gizlicə südü içdiniz və Allahın Rəsulunun (s) ailəsini, övladlarını aradan götürmək üçün pusquda durdunuz. Biz də (bu zülmlər qarşısında) bədəninə xəncər saplanmış, ürəyinə nizə batmış bir adam kimi dözür, səbr edirik.
    Məgər bizim irsimiz yoxdur?
    İndi yəqin ki, belə güman edirsiniz ki, bizə Allahın Rəsulundan (s) bir irs qalmayıbdır? "Olmaya, cahiliyyə dövrünün hökmlərinə tabe olursunuz? Kimdir o kəs ki, onun hökmü iman və etiqadı olanlar üçün Allahın hökmündən daha üstün və alidir?
    Siz doğrudanmı, bu məsələdən xəbərsizsiniz, yoxsa əsl həqiqətə biganəsiniz? Yox, əsla belə deyil. Əksinə, sizin üçün bu həqiqət günorta çağı buludsuz səmada görünən parlaq günəş kimi aydın və aşkardır. Sizin hamınız yaxşı bilirsiniz ki, mən – Fatimə Allahın Rəsulunun (s) – bütün bəşəriyyət və aləmin sonuncu Peyğəmbəri Məhəmmədin (s) qızıyam, İslam peyğəmbərinin (s) qızıyam və bu məsələdə heç kimin şəkk-şübhəsi yoxdur. Ey müsəlmanlar, axırıncı Peyğəmbərin (s) davamçıları! Siz doğrudanmı, urəkdən razılıq verirsiniz ki, mən atamın irsindən məhrum qalım, öz qanuni haqqımı əldə etmək uğrunda apardığım mübarizədə məğlub olum və bu mübarizədə atamın irsini tapdalamaq niyyətində olanların zülmünə dözüm?..
    Bax, ey Əbu Qihafənin oğlu! İndi mən cavab ver görüm, Allahın kitabında yazılıb ki, sənə atandan irs qazanmalısan, mən isə öz atamın irsindən məhrum qalmalıyam?”
    Quran nə deyir?
    Quran və İslam hökmlərinin tapdalanmasından bədəni tir-tir əsən pakların pakı Zəhra (ə) xütbəsinin bu yerində həyəcanlı və titrək bir səslə, ürəkləri riqqətə gətirən bir tərzdə sözlərini belə davam etdirdi:
    "Heyhat, əgər düşünürsən ki, Allahın Kitabının hökmlərinə görə sənin atandan qalma irsin var, mənə isə atamdan heç bir irs nəsib olmayıbdır, çox yanılırsan. Əgər belə güman edirsənsə, Allaha qarşı rəva bilinməyən bir işə qol qoymuşsan. Siz qəsdənmi, bilərəkdənmi Allahın Kitabına məhəl qoymur və Ondan əl çəkirsiniz? Məgər bilmirsiniz ki, Allah-təala Quranda buyurmuşdur: "Süleyman Davuddan irs aldı.”
    Məgər başqa bir yerdə buyurmamışdır: "Allah övladlarınız haqqında belə hökm verir ki, hər bir oğlana iki qıza bərabər irs payı düşür.” Başqa bir yerdə də məgər Allah buyurmurmu: "Göstəriş verilmişdir ki, sizlərdən birinizin ölümü çatarsa və əgər özünüzdən sonra malınız qalarsa, valideynləriniz və qohumlarınız üçün yaxşılıqla vəsiyyət edin. Sizin bu işiniz möminlərə yaraşan işdir.”
    Sonra Fatimə (ə) ürəyinin dərinliklərindən qopan bir fəryadla ucadan dedi:
    "Bəli, Allah kəlamının hər şeyi bu cür aydınlıqla açıb göstərməsinə və sizin də bundan xəbəriniz olmasına baxmayaraq, indi nə oldu ki, məni atamın (s) irsindən məhrum etmək fikrinə düşdünüz? Yoxsa Allah sizi Quranın ayəsinə aid edib və öz Rəsulu olan mənim atamı bu ayənin hökmündən xaric edibdir? Ona aid etməyiblər?! Bir də siz deyirsiniz ki, iki məzhəbdən olanlar biri o birindən irs almırlar. Məgər mən və atam (s) bir məzhəbdən deyilik? Eyni bir din və ayindən deyilik?.. Yoxsa siz elə bilirsiniz ki, Quranın hökmlərinə atam Məhəmməddən (s), əmim oğlu Əlidən (ə) daha çox bələdsiniz?”
    Xütbəsinin bu yerində Fatimə (ə) coşqun halda sözünə davam etdi:
    "Heyhat, ey qəflət vadisinin yolazmışları, madam ki, vəziyyət belədir və belə düşünürsünüz, onda onu (mənim atalıq irsimi) götürün, minik heyvanı kimi cilovlayın, üstünə şey-mey yığın və öz malınız edin... Mənim bu zülmdən qorxum yoxdur. Amma sən də bil ki, doğrudan da Məhşər günü də var və o gün axırda gələcək və səninlə üz-üzə duracaq. Həmin gün özün başa düşəcəksən ki, Allah-təala nə gözəl hakim və Məhəmməd (s) nə yaxşı iddiaçı və haqqını istəyəndir. Qiyamət günü də nə yaxşı bir vaxtdır. "O zaman cinayətkarlar daha çox cinayət edəcəklər. Lakin artıq peşmançılığın xeyri olmayacaq. Hər bir xəbərin yayıldığı yer var və tezliklə biləcəksiniz ki, rüsvayedici əzabla əbədi və daimi işkəncə ilə əlləşən o kəs kimdir.”
    Bu an Fatimə (ə) gözünün ucu ilə məclisdə olan ənsara baxıb sözünə belə davam etdi:
    "Ay cavanlar, ay millətin güclü qolları, ay İslam tərbiyəsini öz öhdəsinə götürənlər! Mənim açıq-aşkar haqqıma sizin məhəl qoymamağınızı, heç bir əhəmiyyət verməməyinizi nə ilə izah etmək olar? Niyə ağzınıza su alıb durmusunuz? Allahın Rəsulu atam (s) sizə və hamıya dəfələrlə buyurmayıbmı ki: "Hər bir kəsin öz övladı barəsindəki haqqına riayət etməsini nəzərə alın.” Bəs yaxşı, nə tez Peyğəmbərin (s) kəlamını unudub doğru yoldan çıxdınız və Rəsulun övladından bu cür tələsik halda əl çəkərək onu bu əzab-əziyyət içində özbaşına buraxdınız? Halbuki, siz bu işdə mənə kömək edə və qanuni haqqımın əldə edilməsində yardımçı ola bilərsiniz.
    Bəlkə fikirləşirsiniz ki, artıq Məhəmməd (s) ölübdür və bu fani dünyada olmadığı üçün də Əhli-beytinin (ə), övladının hüququnun qorunmasına da heç bir ehtiyac yoxdur və bu barədə heç bir ölçü götürülməyəcək. Əgər belə düşünürsünüzsə, vay sizlərin halına. Bəli, atamın bu rəzil dünyadan köçməsi (əslində atamın ona heç bir vurğunluğu və bağlılığı yox idi) doğrudan da, ən ağır bir faciə idi. Elə bir faciə ki, hər yerdə iz qoymalı, sizin üzünüzə qəm tozu qondurmalı idi. Onun yoxluğunu heç nə ilə əvəz etmək olmaz. Onun yoxa çıxması ilə yer üzü qaranlığa büründü, bu müsibətdə səmadakı ulduzlar da gizlinliklərə çəkildi. Ümidlər qırıldı, dağlar yerindən qopdu. Müqəddəs yerlər (hərimlər) aradan getdi, hörmət-izzət yoxa çıxdı.
    Bəli, onun yoxluğu bizim üstünüzü bürüyən böyük bəla, ağır müsibət idi. Heç bir faciəni onunla müqayisə etmək olmaz. Lakin bu hadisədən öncə Uca Tanrının Quranı onu açıq-aşkar xatırlamış və qabaqcadan görmüşdü. Siz də bununla bağlı ayələri Qurani-Məcidin başqa ayələri kimi evinizdə gecə və gündüzlər müxtəlif tərzdə və dəfələrlə oxumusunuz. Qabaqlar başqa peyğəmbərlər də bu hadisə ilə (ölümlə) üzləşmiş və onun qabağında təslim olmuşlar. Çünki ölüm aydın həqiqət, qaçılmaz gerçəklik və tale, qəti bir hökmdür. Məhəmməd (s) də özündən qabaq gələn və vəfat edən peyğəmbərlər kimidir. Deməli, əgər ölsə, ya öldürülsə, məgər yenə (Allahın yolundan, İlahinin dinindən və qayda-qanunundan) dönməlisiniz? Və əgər kim bu yoldan dönsə, Allaha bir zərər verməyəcək (Onun sizə ehtiyacı yoxdur, o sizsiniz ki, hamınız Ona möhtacsınız).
    Şükr edənlərə (möminlərə, haqq yolunu davam etdirənlərə) isə Allah-təala mükafat verəcək.”
    Mühacirlərdən və ənsardan yardım istəmə
    Ey Qilənin(Qilə - Mədinədəki "Əvs” və "Xəzrəc” adlı iki tayfanın iftixar sahibi, ulu anasının adıdır.) xoşbəxt oğulları! Doğrudanmı, atamın (s) irsini tələb etdiyim üçün mənim döyülüb-əzilməyimə və bu qanuni hüququmdan məhrum olmağıma razısınız? Axı siz mənim qarşımdasınız. Mənim gözlərimə baxır, səsimi eşidirsiniz. Bir yerə toplaşır, cəmiyyətlər təşkil edir, mənim haqq səsimi eşidir və vəziyyətimin nə yerdə olduğunu bilirsiniz. Mənə kömək etmək üçün sizin kifayət qədər gücünüz də var, nüfuzunuz da. Haqq-ədalət yolunda mübarizə üçün silah və təchizatınız da kifayət qədərdir. Belə bir şəraitdə mənim öz haqqım uğrundakı fəryadım, xahişim qulağınıza çatır, lakin mənə bir cavab vermirsiniz. Yalvarışlı naləmi eşidirsiniz, lakin dadıma-fəryadıma yetmirsiniz...
    Ey döyüşdə igidlikləri ilə ad çıxaranlar, xeyirxahlıqda, yaxşı işlərdə məşhur olanlar! Siz həmin seçilmiş qəhrəman adamlarsınız ki, yollarını azmış ərəb qəbilələri ilə, vəhşi təbiətli yaramaz insanlarla mübarizə aparıb döyüş meydanından qələbə ilə, başıuca geri döndünüz. Həmin o şərəfli günlərdə bizim hamımız eyni yolun yolçusu idik. Siz bir işə başlayan kimi, biz də ona qol qoyurduq. Siz də elə idiniz, həmişə dediklərimizlə oturub-dururdunuz. Buna görə də, o fərəhli çağlarda işlərimiz şərəflə davam edirdi. İçimizdə tam bir İslam ab-havası var idi. Bütün ruhumuzla İslamı müdafiə edirdik. Dinsizlərin səsi boğuldu, günah və fitnə-fəsad azaldı, küfr alovu püskürdüldü, hərc-mərcliyə dəvət nidaları kəsildi. Bir sözlə, o vaxt İlahi dini və ayini nizam-intizama düşdü...
    Ey eşidənlər! Bir gözünüzü açın, özünüzə gəlin. İndi sizə nə olub ki, elə bir vəziyyətdən sonra yenə də avaralıq yoluna düşmüş və o cür açıq-aşkarlıqdan gizli işlərə üz tutmusunuz? Axı sizə nə olub ki, bir o qədər səmərəli, faydalı səy və təlaşdan sonra indi yenə geri çəkilirsiniz? Nəhayət, o cür iman və əqidə sahibi ola-ola, indi nəyə görə bir daha dinsizliyə qoşulursunuz? "Niyə öz əhd-peymanlarına əməl etməyənlərə - Peyğəmbəri (s) öz yurd-yuvasından didərgin salanlara qarşı mübarizə aparmırsınız? Axı onlar əvvəlcə sizin özünüzdən başlamışdılar. Yoxsa onlardan qorxursunuz? Yaxşı olar ki, Qadir və Uca Allahdan çəkinəsiniz! Əlbəttə, əgər həqiqətən (səmimi qəlbdən) Ona iman gətirmişsinizsə.” (Quran ayəsi).
    Əhli-beytin (ə) haqqını tapdalayanlara xəbərdarlıq
    Sonra pakların pakı Zəhra (ə) cavanları təlatümə gətirən, ürəklərə od salan kəlamı ilə üzünü yolunu azmışlara tutaraq onları bu yoldan döndərmək üçün xəbərdarlıqla dedi:
    "İndi isə bilin ki, haqdan üz döndərib əyriliyə doğru gedirsiniz. Görürəm ki, bu yolda durmadan irəli gedir və uçuruma yuvarlanırsınız. Siz cəmiyyətin öz işlərini öz öhdənizə götürməyə, bütün işləri və məsələləri Allahın qoyduğu qayda-qanunla yerinə yetirməyə açıq-aşkar haqqı olan bir kəsi hakimiyyətdən, rəhbərlikdən uzaqlaşdırdınız. Görürəm ki, tam rahatlıq və arxayınçılıqla bir qırağa çəkilib sakitcə durmusunuz. Həyatınızda olan o sıxıntılardan sonra indi rahatlığa çıxmısınız. Yalnız öz rahatlığınız haqqında düşünürsünüz. Ancaq görürəm ki, içinizi də ehtiyat üçün boşaltmısınız, iştaha ilə yediyinizi qurtarmısınız. "Əgər siz yer üzündə və yer üzündə yaşayan hər bir kəs əgər hamılıqla kafir olub Allahdan və haqq yolundan üz döndərsəniz, bunun nə qorxusu?! Axı Allah ehtiyacsız və tərifəlayiqdir” (Quran ayəsi). Nəzərə alın ki, mənim dediklərim vücudunuzu bürümüş süstlüyə və rüsvaylığa, qəlbinizdə hiss etdiyiniz kələk və hiylələrə görədir. Bu dediklərim qəlbimdə gizlin saxladığım sirlər idi. Yaralı qəlbimin dərdləri üzərindəki zəhər idi ki, bayıra tökdüm. Dəlil-sübutlar idi ki, söylədim.
    Amma indi ki, bu qədər sirr açıb-tökməklə, dəlil-sübut gətirməklə yenə də işlər düzəlmir, onda bu qəzəbli dəvədən yapışın və onun ardınca atlı aparın. Amma bilin ki, bu minik heyvanının beli yağır və ayağı yoğundur. Ona həmişəlik sizin ətəyinizdə oturmaq eyibdir. O, Yaradanın qəzəbinə düçar olmuşdur. O öz ardınca elə bir od qoymuşdur ki, ürəkləri yandıracaq. Allahın gözü qabağında əlinizi belə bir işə necə bulamışsınız? Ancaq bilin ki, "tezliklə zülmkarlar başa düşəcəklər ki (hamısı bir yerdə alt-üst olublar)” (Quran ayəsi).
    Və mən, Fatimə həmin o kəsin qızıyam ki, sizi gözləyən təhlükə haqqında xəbərdarlıq etmiş və əzabla qorxutmuşdu. Mən də sizinlə üz-üzə durmuşkən sizi gözləyən ağır əzabı hiss edirəm. İndi nə istəyirsinizsə, edin. Biz də nə etməliyiksə, edəcəyik. Odur ki, gözləyin, biz də haqq-ədalətin üzə çıxmasının intizarındayıq.”
    Xütbənin mənbələri və sənədləri
    Fatimənin (ə) bu dəyərli və parlaq xütbəsinin İslam tarixində, xüsusilə də şiə əhlinin zəngin tarix və mədəniyyətində olduqca böyük əhəmiyyətini nəzərə alaraq xütbəni qeydə almış, ya onu köçürmüş və istinad etmiş mənbələri və tarixi sənədləri Əhli-beyt (ə) aşiqlərinin diqqətinə çatdırırıq.
    Həzrət Fatimeyi-Zəhranın (ə) xütbəsi ilk dəfə Abbasilər dövrünün alimlərindən Əhməd bin Əbu Tahirin (vəfat tarixi – 280/893-cü il) "Bəlağat-ən-nisa” adlı dəyərli əsərində qeydə alınmışdır.
    Sonra sünnə əhlinin alimlərindən Əhməd bin Əbdüləziz Cövhəri 322/934-cü ildə onun özünə oxunmuş bu xütbəni "Əl-Səqifə” adlı kitabında qeyd etmişdir.
    Bu iki alimdən başqa aşağıdakı alimlər də həmin xütbə haqqında öz əsərlərində söz açmışlar: 371(981-982)-ci ildə vəfat etmiş böyük İslam alimlərindən Şeyx Səduq, Şeyx Məfud (413/1022-ci ildə vəfat edib) "Məcalis” kitabında, Seyyid Mürtəza Ələm-ül-Huda (vəfat tarixi – 436/1044-cü il) "Şafi” kitabında, Əhməd bin Məhəmməd Məkki, İbn Tavus (644/1266-cı ildə vəfat edib) "Təraif” kitabında, hədisçi Ərbili (687/1288-ci ildə vəfat edib) "Kəşfül-ğəmmə” kitabında və Məsudi "Məruc-əz-zahib” kitabında.
    İbn Təyfur "Bəlağat-ən-nisa” kitabında və Əbu Cəfər Məhəmməd bin Cərir bin Rüstəm Təbəri "Dəlail-əl-əimmə” adlı kitabında da bu xütbədən bəhs etmişlər.
    Sünnə əhlinin etirafı
    İslam hökumətinə rəhbərlik edənlər və müsəlmanların başçıları həzrət Zəhranın (ə) qanuni atalıq varisini tapdalamaqla İslam tarixinə ən ləkəli bir səhifə yazdılar. Bu məsələdən təkcə şiələr və onların alimləri və tədqiqatçıları deyil, sünnə əhlinin də böyük alimləri bəhs etmişlər. Sonuncuların etirafları şiə aləmində mövcud olan bu gerçəkliyi bir daha təsdiq etdiyi üçün xüsusilə əhəmiyyətlidir.
    Sünni əhlinin qəbul etdiyi həmin etiraflardan biri Buxarinin məşhur "Səhih” kitabında xümsün vacibliyi haqqında olan fəsildə Ayişənin dilindən söylənmiş bir rəvayətdə öz əksini tapmışdır. Həmin rəvayətdə Ayişənin dilindən deyilir:
    "Rəsulullahın (s) qızı Fatimə (ə) atasının vəfatından sonra Əbu Bəkr Siddiqdən xahiş etdi ki, atası tərəfindən məsrəfdən ona çatacaq irsi bölüb versin.
    Əbu Bəkr cavabında dedi: "İslam peyğəmbəri (s) demişdir: "Bizim əsla irsimiz yoxdur. Bizdən nə qalsa sədəqədir.”
    Fatimə (ə) qəzəblənib Əbu Bəkri tərk etdi və vəfat edənədək bir daha onunla əsla danışmadı.”(Buxari, "Səhih”, 7 c., s. 5)
    Fatimeyi-Zəhranın (ə) xütbəsinin təsiri
    Fatimeyi-Zəhra (ə) o tarixi gündə bu həyəcanlı xütbəni bəyan edərkən çoxlu mühacir və ənsar orada idilər, onlar pak və odlu bir qəlbdən qoparaq gələn bu atəşin kəlmələri eşitdilər. Onlardan qəflətdə olanları və ya hədə-qorxu altında mövcud hökumətlə əməkdaşlıq edənlərdən bəziləri əlbəttə, sükut edərək susmuşdular. Amma əsl həqiqətdən hələ o qədər də uzaq düşməyən və ürəklərində Əhli-beytə (ə) məhəbbət bəsləyən bəziləri isə pakların pakı Zəhranın (ə) buyurduqlarının doğru olduğunu hiss edirdi. Lakin əfsuslar ki, onlar həmin zəhərlənmiş mühitdə susmaqdan başqa bir çarə tapmır və yalnız ürəklərinin dərinliyində Fatimənin (ə) haqlı olduğunu dərk edərək içlərində qovrula-qovrula qalırdılar.
    Amma buna baxmayaraq, Peyğəmbərin (s) alicənab qızının həyəcanlı müraciəti orada olan çoxlu adamlar, eləcə də sonrakı insanlar – (istər pak hisslərlə yaşayan sədaqətli insanlar, istərsə də o zəhərli mühitin qəflət düşüncələri içərisində mat-mat bu təsirli sözləri dinləyən kəslər) tərəfindən diqqətlə qarşılandı, onlara öz təsirini göstərdi və böyük əks-səda doğurdu. Pakların pakı Zəhra (ə) həmin gün ora toplaşmış müxtəlif fikirli adamların qarşısında Rəsulullahın (s) İlahi məktəbində aldığı dərsi çox məharətlə nümayiş etdirdi. O həzrət öz haqqını və nəslinin hüququnu elə güclü məntiqlə müdafiə etdi və sözlərinin doğruluğu üçün elə danılmaz dəlil-sübutlar gətirdi ki, hamını hərəkətə gətirdi və kimsə bu alovlu çıxışa biganə qala bilmədi.
    Bəli, Fatimə (ə) o hərarətli bəyanı ilə bir çox yatmış vicdanları ayıltdı, bir çox düşüncələri dəyişdirdi və camaatın rəyini öz müqəddəs amallarına cəlb edə bildi, Fatimə (ə) həmçinin alicənab atasının (s) doğru yolunun davamı olan həqiqət yolunu camaata göstərə bildi. O öz məqsəd və istəklərini xalq kütlələrinə işıqlandırmağa və aldanmış, ya qorxudulmuş beyinlərə bir çox məsələləri açıb göstərməyə nail oldu. Fatimə (ə) çoxlarına aydınlaşdırdı ki, hazırda İslam bir qrup şəxsi mənafeyini güdən mənsəbpərəstlərin əlində oyuncağa çevrilmişdir. Bu xütbəsilə Zəhra (ə) tarixin ixtiyarına mövcud həqiqətlərin təmsilçisi olan çox mühüm və dəyərli bir sənəd verdi.
    Doğrudan da, pakların pakı Zəhranın (ə) bu alovlu və təsirli çıxışı tarixdə əbədi həkk olunan elə bir möhkəm dəlil-sübutlu sənəddir ki, Peyğəmbər (s) nəslinin – müsəlmanlarının birliyinin və Rəsulullahın (s) İlahi inqilabının nailiyyətlərini qorumaq və İslam ayinlərinə ehtiramı gözləmək xatirinə öz canlarından keçməyə hazır olan o müqəddəs şəxslərin – məzlumluğunu sübuta yetirir. Bu tarixi xütbənin hədəfi təkcə o dövrün siyasətbazları və hökumət harisləri deyildi, o eyni zamanda elə bir xəbərdaredici zərbədir ki, bütün zaman və məkanların ayıq başlarını, vicdanlı qəlbləri və İslam siyasətçilərini haqq və ədalətə səsləyir. Fatimənin (ə) bu çağırışı həm də bütün İslam millətləri üçün həmişə haqq və batilin tanınması üçün bir meyar və məhək daşı, dəlil-sübutlu sənədidir.
    Bütün İslam məfhumlarını əhatə edən bu xütbədə həzrət Fatimə (ə) dinin namaz və orucluq, həcc və zəkat, ədalət və hökumət, imamlıq və cihad kimi əsas məsələlərindən də aydın və anlaşıqlı bir dildə söz açır. Fatimə (ə) bu xütbədə din yolunda səbr və dözüm, dini yasaq və qadağalar, mərhəmət və şəfqət, öhdəlik və məsuliyyət, başqalarının haqqını gözləmək, töhmətdən qaçmaq, mey içməkdən uzaq olmaq, Allahın birliyini qorumaq, ata-ana haqqında yaxşılığın əhəmiyyəti, ədalət və bərabərlik naminə qisasın yerinə yetirilməsi və bu kimi onlarca məsələyə toxunmuş, bu məsələlərdən hər birinin mahiyyət və əhəmiyyətini açıb göstərmişdir. Bütün bunlar o böyük şəxsiyyətin əzəmətli ruhunu göstərən əlamətlərdəndir. Həmin məsələlərdən bəhs olunmasının özü o böyük xanımın İslamın bütün əsas məsələlərinə dərindən bələdliyindən xəbər verir və göstərir ki, bu sözlərin sahibinin etiraz və tənqidləri şəxsi məsələlərlə bağlı deyil, əksinə, ictimai-siyasi və ümumi məsələlərə aid iradlardır. Şəxsi hisslərə əsaslanmayan həmin iradların zəmini, bünövrəsi, İlahi qanunları, Quran hökmləri; yeganə hədəfi isə - İslam mənafeyi, müsəlmanların mənafeyidir.
    Bəli, bu parlaq və təsirli xütbə belə bir həqiqəti açıb göstərir ki, camaatın ümumi məsələlərində sükut və bir küncə çəkilmək, etinasızlıq və biganəlik nəinki rəva bilinmir, əksinə, etiraz səsini ucaltmaq, aydınlaşdırıcı və tənqidi çıxışlar etmək, camaatı oyatmaq və xəbərdar etmək müsəlmanlar üçün vacib sayılan borclardan, vəzifələrdəndir. Xüsusilə də səlahiyyətli və layiqli şəxslərin bu məsələləri qaldırması onların mühüm vəzifələrindən sayılır.
    Beləliklə, aydındır ki, paklarının pakı Zəhranın (ə) bu parlaq və tarixi xitabı təkcə bir neçə kilometr məsafəlik torpaq parçasını (həmin məşhur və tarixi Fədəki) əldə etmək üçün olmamış və deyildir. Əksinə, Peyğəmbərin (s) qızının əsl hədəfi hər hansı paltar və vəzifədə olursa olsun, bir təcavüzkar şəxsi pisləmək və ümumiyyətlə, təcavüz ruhunu – zülmü ifşa etmək, pisləmək olmuşdur.
    O dövr müsəlmanlarının ən böyük toplantı yerlərindən birində - Mədinə məscidində belə bir misilsiz, təkanverici xütbə oxumağın özü göstərir ki, dövlət və hökumət başçısını sorğu-suala tutmaq, onun zəif cəhətlərini, zülm və zorakılığını açıb göstərmək, eləcə də başqa dövlət orqanlarının siyasi-ictimai fəaliyyətini tənqid etmək millətin hər bir üzvünün vəzifəsidir və müsəlmanlar əsla göz və qulaqları bağlı halda, mətləb və məsələləri öyrənmədən müti və itaətkar bir halda hər hansı bir səlahiyyətsiz hakimin düzgün olmayan qərarlarını (zahirən İslama uyğun olsa belə və ya İslam qanunlarına uyğunlaşdırılsa da) yerinə yetirməyə can atmamalıdırlar. Bəli, İslamda belə üzr və bəhanələr əsla qəbuledilməzdir. Burada yalnız bir məsələni nəzərə almaq lazımdır: Allah yolunda addımlamaq, İslam uğrunda irəliləmək, İslam cəmiyyətinə, bütün müsəlmanlara xidmət etmək.
    Fatimə (ə) belə bir xüsusi yerdə və şəraitdə bu cür təkanverici xütbə oxumaqla bütün gələcək İslam nəsillərinə öyrətdi ki, haqqı, doğru sözü hər yerdə və necə olursa-olsun demək lazımdır. Hətta əmir, ya dövlət başçısı, zülmkar sultan və ya zahirən özünü müsəlman göstərən, Peyğəmbərin (s) xilafət məqamının başçısı, ya da pak imamların (ə) naibi kimi qələmə verən rəhbər qarşısında olsa belə, öz sözünü deməyi bacarmalıdır.
    Bəli, həqiqət çox zaman acı və yandırıcı olsa da, hər bir əziz və şirin şeydən daha əziz və şirindir.
    Category: Siddiqeyi-Tahirə (ə) 2 | Views: 838 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024