İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » 2011 » September » 12 » Şəhadət yatağında Mövlanın (ə) öyüdü
    2:55 PM
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü
    TƏBLİĞAT SAVAŞI HƏRBİ SAVAŞDAN ÜSTÜNDÜR.
    Bir bu qədər təhlükə və təlqin olan yerdə vəzifəmiz nədir? Belə bir məqamda dillə cihad vasitəsilə uyğun təlqinlərlə mübarizə aparmalıyıq. Təbliğat maşınının ortaya qoyduğu şübhələrə yetərli dəlillərlə cavab vermək, xalqın və gənclərin düşüncəsini qorumalıyıq.
    Qeyd etdik ki, Allah eləməmiş, zərərli düşüncə rəvac tapsa, artıq din və imandan, namaz və orucdan bir şey qalmayacaq. Həmin vaxt yalnız cəbhə və savaşın mənası var. Həmin vaxt kim müxalif olsa deməliyik ki, müqabil tərəf İslama zidd və dinə düşməndir. Amma dində hər şeyin dəyişə bilməsi fikri ilə razılaşsaq hansı dini, hansı ilahi hökmü müdafiə edəsiyik?
    Bəli, İslama qarşı təbliğat hücumları və düşüncələrə nüfuz hərbi hücumdan, öldürücü mərmilərdən daha təhlükəlidir. Xalqımız illər uzunu mərmi yağışından keçib şücaət və qəhrəmanlıq göstərərək bu günə çatıb. Onların imanı artıb, çoxları İslam yolunda şəhadət arzusundadır. Amma iman süstləşsə, İslam dəyərləri təsirdən düşsə, şüarlar bayağılaşsa İslam yolunda canından keçənlər məsxərəyə qoyular, hətta onların halına acıyarlar! Bütün dəyərlərin dəyişkən olduğunu qəbul edənlərdən başqa münasibət gözləmək olmaz. Onların nəzərincə, bu gün etibarlı olan sabah etibardan düşə bilər. Qeyri-sabit etibar müqabilində canı təhlükəyə atıb, özünü qurban verməyə dəyərmi?!
    Demək, hələ də cəbhə və savaş yerindədir, döyüşçüyə ehtiyac var. Amma söhbət hərbi savaşdan yox, təbliğat müharibəsindən gedir. Cəbhəyə getmək hamıya vəzifə olduğu kimi, təbliğat müharibəsində də hamı yardım etməyə borcludur. Dini dəyərləri, etiqadları qorumaq hər bir müsəlmanın vəzifəsidir. Xüsusi ilə ruhani libası geyənlər öhdələrinə çox ağır vəzifə götürmüşlər. Əgər biz rəsmən məsuliyyət daşıyırıqsa bir kənara çəkilib dünyadan xəbərsiz qala bilmərik. Düşmən dinimizi hədəfə almışdır və onun kökünü qazmaq istəyir. Bəs bütün bunların qarşısında ön cəbhədə kim dayanmalıdır? Allah bizə o günü göstərməsin ki, xəlvət guşələrimizdən bayıra çıxanda İslam və dindən əsər-əlamət qalmadığına şahid olaq. Uzaq olsun o gün ki, xalqın can qoyduğu dəyərlər əfsanələrə çevrilə. Əlbəttə ki, inşaəllah Allah-təala şəhidlərin qanı hörmətinə belə bir vəziyyətə rüsxət verməz. Hər halda təhlükəni düzgün müəyyənləşdirmək və mübarizə meydanına atılmaq lazımdır.
    Həqiqətən, təbliğat baxımından çox çətin vəziyyətdəyik. Bugünki vəziyyət keçmişdəki vəziyyətlərdən daha həssas və daha təhlükəlidir. Şeytan hər gün yeni təcrübələrlə meydana girir. Onların yeni libaslı, yeni silahlı hiylələrinə yetərli hazırlıqla cavab vermək mümkündür.
    Bu gün təkcə təharət və nəcasət məsələlərindən danışmaq bəs etmir. Başqa addımlar da atılmalı, yeni mövzularda söhbətlər aparılmalıdır.
    Əmirəl-mömininin (ə) hazırkı buyuruğu ilə əlaqədar danışarkən digər bir nöqtə diqqəti cəlb edir: «Varınız, canınız, dilinizlə Allah yolunda cihada münasibətdə Allahı…Allahı unutmayın.» Öncə mal, sonra can, nəhayət dil ilə cihaddan danışılır. Olsun ki, malla cihad aparmaq mümkün olduqda canı təhlükəyə atmaq lazım deyil. Amma əgər malla cihad səmərə vermirsə, silah götürüb meydana çıxmaq lazımdır. Bundan da nəticə hasil olmasa, dil və qələmlə İslamın müdafiəsinə qalxmaq lazımdır. Məsum imamların bir buyuruğu aydın olur: «Alimlərin qələmi şəhidlərin qanından üstündür.»("Biharul-ənvar”, c. 2, s. 14, rəvayət 26, bab 8.)
    TƏBLİĞAT CİHADI VƏ ELMİ CİHADIN FƏZİLƏTİ İLƏ BAĞLI RƏVAYƏTLƏR
    Təbliğat cihadının əhəmiyyətini daha da aydınlaşdırmaq üçün bir rəvayəti nəzərdən keçirək:
    Rəvayətlərdə ciddi diqqət yetirilmiş mövzulardan biri İslam məmləkətinin sərhədlərini qorumaqdır. İmam Səccad (ə) öz dualarında məmləkətin sərhədləri üçün dua edir. Əməvi və Abbasi xəlifələri məhz sərhəd məsələlərini bəhanə edərək fatehliyə can atırdılar.
    Onlar Rum, Türk, Deyləm qövmlərinin İslam məmləkətinin sərhədləri üçün təhlükə yaratdığını bəhanə edərək xalqı səfərbər edir, müharibəyə göndərirdilər. Bu xəlifələr öz hakimiyyətləri uğrunda səy göstərsələr də, sərhəddə diqqət zəruri bir məsələdir. Əgər sərhəddi qoruyan yoxdursa, düşmən hər an İslam torpaqlarını zəbt edə bilər.
    İslam sərhədlərinin toxunulmazlığı ilə bağlı həzrətə belə bir sual verilir: «Əgər mən sərhəd xidmətinə gedib orada şəhid olsam savabım çoxdur, yoxsa xalqın etiqadla bağlı şübhələrini aradan qaldırsam?» Həzrət soruşur: «Əgər gəmidə olduğun vaxt sağ tərəfində bir mömin, sol tərəfində bir quş suya qərq olmaqdadırsa hansını xilas etmək üstündür? Mömin insanı, yoxsa həmin quşu?» Bəli, imam suala sualla cavab versə də, cavab tam aydındır: Saleh mömini xilas etmək bir quşu xilas etməkdən çox-çox savablıdır. Bir quş hara, Allah aşiqi olan mömin hara?!
    Sonra həzrət buyurur: «Möminin xilası bir quşu xilas etməkdən daha çox savaba malik olduğu kimi, əqidə baxımından çaşmış insanı doğru yola gətirmək sərhəddə keşik çəkməkdən üstündür! «Həzrətin cavabı sual verən şəxsi heyrətə gətirir. O əvvəlcə elə düşünürdü ki, bu iki iş bərabər savaba malikdir. Hansı ki, imam şübhələrin aradan qaldırılmasını başqa işlərlə müqayisəyə gəlməyəcək dərəcədə savablı saydı.
    Özümüz də azca fikirləşsək, imamın cavabının məntiqini anlayarıq. Sərhədçinin ən böyük işi odur ki, düşmənin ayağı İslam torpağına dəyməsin. Amma məmləkət daxilində şeytan təlqinlərinə düçar olmuş birini xilas etmək, onu əbədi əzabdan qurtarmaq misilsiz işdir. Əgər siz bir müsəlmanı ölümdən xilas etsəniz onun həyatına bir müddət artırmış olursunuz. Amma bir nəfəri doğru yola sövq etmək onu əbədi həyatdan faydalandırmaqdır. Bəli, haqqında danışılan iki iş müqayisəyə gəlmir. Bir neçə günlük həyat hara, əbədi axirət hara?!
    Ötən səkkiz illik müharibədə düşmən bizim torpaqlarımızı ələ keçirmək istədi. Bir dəstə mömin şəhadətə çatdısa da, əksəriyyət düşmən əsarətinə düşmədi. Təbliğat hücumları qarşısında dayanıb əqidə ilə bağlı şübhələri aradan qaldırmaq isə insanların ruhunu əbədi əzabdan qurtarır.
    Düşmən savaş meydanında nə qədər böyük qələbə qazansa da, bu zərər dünyəvi zərərdir. Evlərin xaraba qalması, qətl və qarətlər, əsarət nə qədər uzun çəksə də, məhduddur. Amma ideoloji cəbhədə din evi viran qoyulduqda xalq misilsiz zərərlər çəkir. Bu səbəbdən də din aliminin insanların hidayətindəki işi sərhəd xidmətindən savablıdır.
    Category: Şəhadət yatağında Mövlanın (ə) öyüdü | Views: 754 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024