İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » 2011 » September » 13 » Şəhadət yatağında Mövlanın (ə) öyüdü
    4:59 AM
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü
    ALTINCI MƏCLİS:
    YETİMLƏRİN VƏ QONŞULARIN HAQQI
    «Yetimlərə münasibətdə Allahı…Allahı unutmayın; ağızları üçün növbə saxlamayın və yanınızda sıxıntı keçirməsinlər; qonşulara münasibətdə Allahı…Allahı unutmayın, çünki onları peyğəmbəriniz tapşırıb; o həzrət qonşular haqqında daim elə tövsiyə edirdi ki, tezliklə onlara miras düşəcəyini düşünürdük.»
    İCTİMAİ RABİTƏLƏRİN MÖHKƏMLƏNDİRİLMƏSİ TAPŞIRIĞI
    Əmirəl-möminin (ə) dəyərli ömrünün son saatlarındakı vəsiyyətlərində buyurur: «Yetimlərə münasibətdə Allahı…Allahı unutmayın.» Əlbəttə ki, uyğun tövsiyəni ərəbcədən dilimizə olduğu kimi tərcümə edə bilmirik. Ərəblər arasında, xüsusi ilə imanlı şəxslər danışarkən bir məsələnin əhəmiyyətini və ona əməl olunmamasının təhlükəsini göstərmək üçün bu sayaq təbirlərdən istifadə olunur. «Əllahə, Əllahə» təbirləri sanki bu tövsiyəyə əməl etməyəndə Allahın hesab çəkəcəyini göstərir. Quranda da oxşar təbirlər var: «Və yuhəzzirukumullahu nəfsəh» - «Allah sizi özündən (cəzalarından) qorxudur.»("Ali-İmran", 28-30.)«Əllahə, Əllahə» təbiri ədəbi baxımdan həsəd qılmaq mənasını da bildirir. «İyyakə» kəlməsi də uyğun mənada işlədilir. Rəvayətdə oxuyuruq: «İyyakum vəl-həva fəinnəl-həva yumi və yusimm»- «Həvəsdən çəkinin, həvəs insanı kor və kar edir.»("Nəhcül-fəsahə", rəvayət 1001.)
    Hər halda ədəbi baxımdan «Əllah» kəlməsi vasitəsi ilə qarşı tərəf Allahla qorxudulur. Yəni əgər deyilənə riayət etməsəniz, sizinlə Allah hesab çəkəcək. Bu təbir məsələnin ciddiliyinə işarədir. Bizim dilimizdə uyğun mənanı ifadə edən təbir yoxdur.
    Əmirəl-mömininin (ə) uyğun tapşırığı yetimlərlə bağlıdır. Bu cümlə və bundan öncəki cümlələr təsdiqləyir ki, İslam ictimai həyata böyük əhəmiyyət verir. Ötən məclisdə ictimai həyatın İslam maarifində əks olunmuş əhəmiyyəti haqqında qismən ətraflı danışdıq. İşarə edildi ki, İslam ictimai həyatın heç bir yönümünü nəzərdən qaçırmamışdır. İnsanı Allah-təala yaratmışdır, onun dünya və axirət şənlərindən, istək və meyillərindən, xoşbəxt və bədbəxtlik amillərindən hamıdan çox xəbərdardır. İslam göstərişləri Allah tərəfindən insan fitrətində qərar verilmiş meyillər əsasında tənzimlənmişdir. İnsan öz dünya həyatında həm maddi, həm də mənəvi ehtiyaclarının ödənməsi üçün başqalarına möhtacdır. Bu məsələni ötən məclisdə imkan həddində araşdırdıq. Bəli, nəzərə çatdırılan prinsiplər əsasında insan maddi və mənəvi təkamülü üçün başqalarına ehtiyac duyur. İslam təlimlərində əsas prinsiplərdən biri budur ki, ictimai rabitələr gücləndirilməlidir. Bu rabitələrin gücləndirilməsi ilk növbədə bir-birindən faydalana biləsi insanlara aiddir. İkinci növbədə, insanın faydalana biləcəyi kəslər nəzərdə tutulur. Bu zümrədən olanlar bir-birləri ilə rabitələri gücləndirməlidirlər. Qardaşlar arasındakı yaxınlığa heç vəchlə zərbə vurulmamalıdır. İman qardaşları arasında kin-küdurətin yaranmaması üçün tapşırıqlardan biri rabitələrin möhkəmləndirilməsi idi. Bu barədə ötən məclisdə danışıldı. Növbəti hissədə uyğun rabitələri yetimlərə və qonşulara münasibətdə möhkəmləndirmək tapşırılır. Hazırkı məclisdə bu barədə danışılacaq.
    İCTİMAİ RABİTƏLƏRİN TƏBİİ YOLLARLA MÖHKƏMLƏNDİRİLMƏSİ
    Qeyd olunduğu kimi, ictimi həyat insan, onun maddi və mənəvi təkamülü üçün çox əhəmiyyət daşıyır. Bu istiqamətdə insanın özündə amillər mövcuddur. Həmin amillər birbaşa ictimai həyatın hifzinə, qarşılıqlı rabitələrə doğru aparır. Yəni Allah-təala insanı elə xəlq etmişdir ki, insan təbii şəkildə başqalarına meyl göstərir. Bu sahədə müxtəlif amilləri sadalamaq olar. Uyğun amillərdən biri məhəbbətdir. İnsanlar təbii olaraq bir-birlərini sevirlər. Məsələn ata-ananın övlada məhəbbəti bu qəbildəndir. Bəşəriyyətin Allah tərəfindən müəyyənləşdirilmiş daxili hisləri onda övlad arzusu yaradır. Övlad sahibi olduqdan sonra insanda övladla ünsiyyətə meyl fəallaşır. Valideyn övladını qucağına alır, ona məhəbbət göstərir, onun ehtiyaclarını təmin edir. İctimai həyatın hifzi və davamı üçün bu təbii meyllər mühüm amildir.
    Digər bir tərəfdən övladın ata-anaya məhəbbəti uyğun rabitələri daha da möhkəmləndirir, ailə üzvlərini bir-birinə yaxınlaşdırır, onlar arasında dərin bir bağlılıq vücuda gəlir.
    Bu daxili istəklərdən bir növü də ərlə arvad arasında vücuda gəlir. Qadın və kişi təbii amillərlə bir-birinə doğru cəzb olunur. Ailə qurduqdan sonra ailə cütlüyünün hər biri hiss edir ki, o birinin yanında rahatlıq tapır. Bu rahatlıq heç bir başqa yolla vücuda gəlmir. Qurani-kərim bu barədə buyurur: «Onun nişanələrindən biri budur ki, sizin üçün özünüzdən aramlıq tapacağınız zövcələr qərar verdi, aranızda dostluq və mehribanlıq yaratdı.»("Rum", 21.)
    Allah-taala bəşəri elə xəlq edib ki, o yalnız öz cütlüyü sayəsində rahatlıq tapır. Qadın və kişinin bu sayaq bağlılığı insanları bir-birinə yaxınlaşdıran digər amildir. Bu amil onlar arasında rabitələri gücləndirir.
    Bu iki amildən başqa amillər də mövcuddur. Bütün bu amillər insanlar arasındakı rabitələri gücləndirir. Əlbəttə ki, uyğun amillərin qarşısını alan səbəblər də ola bilər. Belə məqamlarda uyğun maneələri aradan qaldırmaq lazımdır. Əks təqdirdə, insanların rabitələri arzu olunmayan amillər üzərində qurula bilər. Təbii cazibə amilləri o qədər güclüdür ki, hətta bir-birinin dilini bilməyən iki insan yaxınlaşmağa meyl göstərir. Təsəvvür edin ki, bir şəxs yolu itirib, həyatının bir neçə gününü ucqar bir nöqtədə keçirməyə məcbur olub. Onun düşdüyü məkan səfalı, bağ-baxçalı, gül-çiçəkli, çeşidli meyvələrlə zəngin olsa da, həmin şəxsin gözü daim insan axtarışında olasıdır. O uzaqdan kiminsə gəldiyini görən kimi dərhal ayağa qalxıb heç bir tanışlığı olmayan bu şəxslə ünsiyyətə qatılasıdır. Bəli, bu təbii bir istəkdir. Həmin təbii istək insanları bir-birinə doğru sövq edir, onları tənhalıq meylindən uzaqlaşdırır. Eyni təsirə malik başqa amillər də var. İnsan fitrətindəki bu amillər onu başqaları ilə rabitəyə, mövcud rabitələri möhkəmləndirməyə sövq edir.
    İCTİMAİ RABİTƏLƏRİN MÖHKƏMLƏNDİRİLMƏSİNDƏ BAŞQA BİR AMİL AĞILDIR.
    İctimai rabitələri möhkəmləndirən amillər təkcə təbii amillərdən ibarət deyil. Ağıl da bu rabitələrin möhkəmləndirilməsini hökm edir. Ağılın hökmünə əsasən insan öz problemlərini aradan qaldırmaq üçün başqaları ilə münasibət qurmalıdır. Rəislə fəhlə, müəllimlə şagird, həkimlə xəstə arasındakı rabitələri nümunə göstərmək olar. Uyğun rabitələr ərlə arvad, ata-ana ilə övlad arasındakı rabitələrdən fərqlənir. Məhəbbət duyğuları üzərində qurulmuş rabitələrdə ağıl bir o qədər də rol oynamır. Adətən atalar düşünmürlər ki, öz nəsillərinin kəsilməməsi üçün övlad sahibi olmalıdırlar. Övlada meyl onların fitrətində mövcuddur. Övlad sahibi olduqdan sonra təbii şəkildə ona nəvaziş göstərir, qayğısını çəkirlər. Ata bütün bu işlərdən fitri bir ləzzət alır. Təsadüfi hallarda insan bu işlərə ağılın hökmü ilə qatılır.
    Amma bir sıra ictimai rabitələr adətən ağılın hökmü ilə qurulur. Belə rabitələri qurarkən insan seçim aparır, kiminlə rabitə qurulmasının daha faydalı ola biləcəyi haqqında düşünür. İqtisadi rabitələrin qurulmasında daha çox mənfəət amili böyük rol oynayır. İnsan bu yönümdə seçim apararkən əqli hesablamalara istinad edir. Amma unutmamalıyıq ki, uyğun rabitələrdə hər iki tərəf məsələyə eyni münasibətlə yanaşır. Bu qəbil rabitələrin qorunmasında mühüm şərtlərdən biri odur ki, hər iki tərəf fayda götürə bilsin. Əgər tərəflərdən biri ümumi mənfəət üçün, digəri yalnız özü üçün çalışarsa uyğun rabitələr davam etməz. Uyğun rabitələrdə insan özü üçün xeyir intizarında olduğu kimi, qarşı tərəf üçün də mənfəət nəzərdə tutmalıdır.
    İCTİMAİ RABİTƏLƏRDƏ ƏDALƏT PRİNSİPİNİN ROLU
    Haqqında danışdığımız ictimai rabitələrdə qarşılıqlı mənfəətin təmini prinsipi hakimdir. Uyğun rabitələr yalnız bu prinsip əsasında davam edə bilər. Bu qəbil rabitələrdə insan qarşı tərəf üçün mənfəət nəzərdə tutmağa məcburdur. Qarşı tərəf üçün mənfəət nəzərdə tutulmaması əslində şəxsi mənfəəti itirməkdir. Bəli, uyğun rabitələrdə mənafelərin qarşılıqlı şəkildə qorunması zəruridir. Tərəflər arasında mənafelərin hifzi üçün ədalət əsas götürülür. Yalnız ədalət üzərində qurulmuş rabitələr davamlı ola bilər. Prinsipcə, ictimai həyatın əsasını ədalət təşkil edir. Ədalət varsa ictimai rabitələr yaranası və möhkəmlənəsidir. Ədalət üzərində qurulmuş rabitələri hamı qorumağa çalışır. Çünki şəxsi mənafe bu rabitələrin möhkəmlənməsindən asılıdır.
    Bu ümumi qayda (ədalət əsasında mənafelərin qarşılıqlı təmini) düşüncəli və ya təbii şəkildə bütün insanların zehnində mövcuddur. Uyğun prinsip ictimai rabitələrə ciddi təsir göstərir. İslamın əksər ictimai qanunlarında da ədalət prinsipi nəzərə alınmışdır. Nə üçün bütün qanunlarında yox, əksər qanunlarında deyirik? Bu nöqtəni söhbətimizin gedişində aydınlaşdıracağıq.
    Əgər fəhlə öz zəhməti müqabilində maaş alırsa demək ədalətə əməl olunur. Amma zəhməti müqabilində maaş almayan fəhləyə sitəm qılınır və bu rabitə davamlı ola bilməz. Əgər ev sahibi ilə icarəçi arasında rabitələrin möhkəm olmasını istəsək, icarəçi mülkün dəyərinə uyğun icarə ödəməlidir. Əgər ictimai rabitədə hər iki tərəfin faydası nəzərə alınırsa, bu rabitə ədalətlidir. Tərəflər ədalətli münasibətlərin hər iki tərəfə fayda verdiyini anladıqda ədalət əsasında rəftar etməyə çalışacaqlar. Ədalət hökm edir ki, cəmiyyətə fayda verənlərə fayda verilsin. Faydalar bir-birinə münasib olmalıdır. Bu ağılın hökmüdür. Dövlət bir zümrəyə yardım əli uzatdıqda həmin zümrənin cəmiyyətə faydasını nəzərə almalıdır. Ədalətə riayət olunması üçün uyğun tənasüb gözlənilməlidir. Belə olduqda xalq ictimai rabitələrin qorunmasına maraq göstərir. Fərdlər ictimai rabitələrdən zərər gördükdə bu rabitələri qırmağa, bac verməyəcəkləri rabitələrin qurulmasına çalışırlar. Uyğun prinsipi fəlsəfi baxımdan hamı anlamasa da, ümumi şəkildə dərk edir. Hər bir insan anlayır ki, o aldığı muzda uyğun yük çəkməlidir. Bəli, xidmət müqabilində haqq ödəmək lazımdır. Bütün insanlar fitri olaraq bu həqiqəti anlayır.
    Şübhəsiz, ictimai həyatın hifzi üçün ən böyük amil ədalətdir. Bu həqiqətin isbatı üçün ayə və rəvayətlərə müraciət etmək olar. Amma bu araşdırma söhbətimizin mövzusundan xaricdir.
    İCTİMAİ RABİTƏLƏRİN MÖHKƏMLƏNDİRİLMƏSİNDƏ İKİNCİ ƏSAS EHSANDIR.
    Soruşula bilər ki, yetərli ictimai həyatın qurulmasında təkcə ədalətə əsaslanmaq bəs edirmi? Nəzərə almalıyıq ki, cəmiyyətdə kiməsə fayda vermək imkanından məhrum insanlar da var. Əgər bir şəxs anadan kor, iflic, şikəst doğulmuşsa, qayğısız qalmalıdırmı? Əlbəttə ki, bu zümrədən olanlar kiməsə xidmət etmək imkanına malik deyil, əksinə ömür boyu xidmətə möhtacdır. Qarşılıqlı haqlar yaradan ədalət prinsipinə əsasən bu şəxsə necə münasibət göstərilməlidir? Axı ədalətə əsasən, insan zəhməti müqabilində muzd almalıdır. Əgər cəmiyyətdə yalnız ədalət əsas götürülərsə (ədalətin haqqında danışdığımız nümunəsi), kimsə özünü imkansızlara xidmət göstərməyə borclu saymayacaq. Bu əsasla cəmiyyətin qayğısına möhtac insanlar ölümə məhkumdur! Bir ömür fəaliyyət göstərib fiziki iş imkanını itirən qocalar da bu qəbildəndir. Çünki onlar elə bir yaşa çatmışlar ki, cəmiyyətdən yalnız bəhrələnirlər və xidmət göstərmək gücündə deyillər. Məsələyə materialist baxışı ilə yanaşdıqda cəmiyyət üçün faydasız insanları yaşamaq haqqından məhrum etməliyik.
    Bəli, özünü mədəniyyət carçısı sayanlar arasında bu sayaq düşünənlər var.
    İslamın isə baxışı fərqlidir. İslam ictimai həyatda ədalətlə yanaşı ehsan və xeyriyyəçiliyi də bir əsas sayır. Quran buyurur: «Həqiqətən, Allah ədalət və ehsan əmr edir.»("Nəhl", 90.)
    Maddi hesabatlar baxımından uyğun dəyər anlaşılmır. Amma İslam çarəsiz insanlara ehsan edilməsini, onlara büdcə ayrılmasını tapşırır. Göstəriş verilir ki, bu zümrənin sizə heç bir faydası olmasa da, onlara qayğı göstərin və bu iş fərdlər tərəfindən yerinə yetirilməsə, İslam dövləti ümumi büdcədən vəsait ayırmalıdır. Çarəsiz insanlar həyatının son anınadək təmin edilməli, onlara xidmət göstərilməlidir. Onların ömrünü bir dəqiqə azaltmaq haqqımız yoxdur. Əgər bir şəxs xəstəxanaya köçürülməklə bir saat artıq yaşaya bilərsə, bu iş görülməlidir. İnsanın cəmiyyət üçün faydasız olduğunu əsas götürüb onun ömrünü kəsmək olmaz. İslam bu məqamda ehsan göstərişi verir və ədalat arxa plana keçir. Materialist məntiqi baxımından bu dəyəri aydınlaşdırmaq mümkünsüzdür. Uyğun baxışa əsasən, cəmiyyət üçün heç bir faydası olmayana xidmət göstərməyə dəyməz. İlahi məntiq isə başqadır. Ehsan göstərişi belə izah olunur ki, çarəsiz fərd hər şeydən öncə Allahın bəndəsidir və ona xidmət göstərənlər Allahdan mükafat alasıdır. Çarəsiz insanlara xidmət göstərənlərin zəhməti əvəzsiz qalmır. Allah-təala dünya və axirətdə belələrinə əvəz verir. Məad və axirətə inanmayıb, sırf əxlaqi baxımdan başqalarına xidmət göstərənlərə Allah bu dünyadaca mükafat verir. Amma əgər bu şəxs mömin olsa dünya və axirətdə öz xidmətlərindən bəhrə götürür.
    İlahi və dini məntiqə əsasən, birtərəfli qaydada ehsan tövsiyə olunan işdir. Birtərəfli qaydada xidmət göstərən şəxs düşünür ki, Allah bəndəsinə xidmət edir və Allahdan muzd alacaq.
    EHSANIN ƏHATƏ DAİRƏSİ
    Soruşula bilər ki, ehsan hansı dairəni əhatə edir və kimlərə şamil olunur? Əgər bu çərçivəni özümüz müəyyənləşdirmək istəsək, bir çox ümumi ünvanlar qeyd edə bilərik. Ümumi şəkildə demək olar ki, əlindən iş gəlməyənlərə ehsan edilməlidir. Amma İslam maarifinə müraciət etdikdə, ayə və rəvayətlərdən məlum olur ki, ehsan dairəsi daha genişdir, hətta ata-ana da bu çərçivədədir. Ata-ananın iş qabiliyyəti olsa belə övlad onlara xidmət etməyə borcludur. Ata anaya demək olmaz ki, siz nə qədər xidmət etmisinizsə, mən də o qədər xidmət edəcəm. İslam belə bir baxışı rədd edir. Ata-ana övlada heç bir xidmət göstərməmiş olsa da, övlad onlara xidmət etməyə borcludur. Əlbəttə ki, ata-ananın da övlada münasibətdə vəzifələri var.
    Amma onların xidmət edib-etməməsi övlad üçün əsas sayılmır. İslam nəzərincə, ata-ananın qəlbini sındırmaq və ağvalideynlik böyük günahlardandır. İslam bildirir ki, ata-ana hətta kafir olarsa, övlad onlara ehsan etməyə borcludur. Yalnız valideynlər övladı küfrə və ya günaha sövq etdiyi halda onlara itaət olunmamalıdır. Allah əmri müqabilində valideyn əmri möhtərəm deyil. Bütün qalan hallarda övlad ata-anaya ehsan etməyə vəzifəlidir. Təəssüf ki, bu gün deyilənlərə əməl olunmur. Müasir dövrün məntiqinə əsasən, ata-ana övlad üçün zəhmət çəkməyə borcludur. İnsanlar arasında belə bir ənənə yaranıb ki, valideyn övladın yaşayış, təhsil xərclərini ödəməli, ona sərmayə verməli, evləndirməli, ev və maşın almalıdır! Maddi məntiqə əsaslanan bu baxış təəssüf doğurur. İlahi məntiqə əsasən hətta kafir valideynin də övlad qarşısında haqları var. Hətta övlad üçün heç bir iş görməyən valideynə də xidmət göstərilməlidir. Ata-anaya münasibət ədalət yox, ehsan prinsipi üzərində tənzimlənmişdir. Onlara xidmətin muzdu Allah tərəfindəndir. Qurani-kərimdə oxuyuruq: «Rəbbin hökm edib ki, Ondan qeyrisinə pərəstişdən çəkinib, ata-anaya ehsan edəsiniz. Əgər onlardan biri və ya hər ikisi sənin yanında qocalıq həddinə çatsalar, onlara «uf» demə, qabalıq göstərmə, gözəl şəkildə danış. Mehribanlıqla onlara təvazö qanadını aç, de ki, Pərvərdigara, onlar məni körpəlikdən böyütdüyü kimi hər ikisinə mərhəmət göstər.»("İsra", 23, 24)
    Gördüyünüz kimi, tövhid tapşırığından dərhal sonra valideynə ehsan tövsiyə olunur. Belə bir şəri göstəriş olmasaydı, valideynə yaxşılığın ehsan olduğunu ağlımızla dərk edə bilməzdik. Əlbəttə, sağlam fitrəti olanlar həmin fitrət vasitəsi ilə dərk edirlər ki, ata-ana ilə mehriban davranmaq, onlar qarşısında təvazökar olmaq lazımdır. Amma xalqın çoxu anlamır ki, ata-anaya ehsan zəruridir. Bu səbəbdən Qurani-kərim bir neçə məqamda uyğun məsələni xatırladır və ciddi göstəriş verir. Allah-təala ata-anaya ehsanı o qədər mühüm sayır ki, bu məsələni ən mühüm nöqtənin ardınca bəyan edir. Oxşar təbir başqa üç məqamda da zikr olunmuşdur: «Bəni-İsraildən əhd aldıq ki, Allahdan qeyrisinə pərəstişdən çəkinib ata-anaya ehsan etsinlər.»("Bəqərə", 83.) ; «Allaha pərəstiş edin, nəyisə ona şərik qoşmayın, ata-anaya yaxşılıq edin.»("Nisa", 36.); «De ki, gəlin Rəbbinizin sizə haram etdiyini deyim: Nəyisə ona şərik qoşmayın, ata-anaya ehsan edin.»("Ən`am", 151.)
    Digər bir ayədə Allaha şükür ata-anaya təşəkkürlə yanaşı qeyd olunur: «İnsana ata-anası haqqında tövsiyə verdik; anası ona hamilə oldu; ağırlıq üstdən ağırlıq; uşağın süddən ayrılması iki il çəkir. (Bəli, ona tapşırdıq ki) Mənə və ata-anana şükür et.»("Loğman", 14.) Göründüyü kimi, ayədə «şükür et» əmri cəmi bir dəfə işlədilir. Eyni bir əmrdə həm Allah, həm də ata-ana nəzərdə tutulur. Bu hal ata-anaya böyük diqqətin və onlara ehsanın əhəmiyyətini göstərir. Bu nöqtəni də qeyd etdik ki, bu məsələ heç bir maddi məntiqə sığmır və yalnız ilahi məntiqlə izah olunur.
    Category: Şəhadət yatağında Mövlanın (ə) öyüdü | Views: 870 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024