İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2051
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » 2011 » September » 12 » İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri
    6:35 AM
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri
    Dördüncü fəsil
    Müfəzzəl deyir: Sabah sübh çağı İmamın (ə) xidmətinə yetişdim. Sonra İmam (ə) buyurdu: Bizdən həmd, səna, təzim və təqdis olsun o ada ki, hamıdan qədim və o nura ki, hamıdan böyükdür. O kəsə ki, uca məqam və kəramət sahibidir. Onun salavatı və bərəkəti vəhyi və risaləti çatdırana olsun. O kəs ki, bəşir və nəzir, Allah tərəfindən dəvət edən və aydınlıq çırağı bəxş edən seçilmişdir. O kəs ki, ölür dəlil onunladır və o kəs ki, sağdır dəlil onunladır "Ənfal 42”. Allah tərəfindən ona və ailəsinə pakizə səlavat olsun. Həmişə keçmişdə və indi ona və onlara allahın salamı, rəhməti və bərəkəti olsun. Çünki onlar ona laiq və müstəhəqdirlər.
    Ey Müfəzzəl! Yaradılışın dəlillərin, insanın yaradılışında olan hikmət və tədbir nişanələrin, heyvan, bitki, ağac və.s.sənin üçün şərh etdim ki, ibrət əhli ondan ibrət götürsünlər.
    Indi də bəlaların şərhinə başlayırıq ki, bəzən cahillər onlardan bəhanə gətirirlər, xilqəti, yaradanı, hədəfi, hikmət və tədbiri inkar edirlər. Həm də "Müəttilə” qurupunun və "Maninin” səhabələrinin əqidələrini bəyan edirik. Onlar çətinliklərin, müsibətlərin, ölümün və şəfanın hikmətini inkar edirlər. Həmçinin təbiətə etiqadı olanlar və hər şeyin təsadüfi olmasını fikirləşənlərin əqidələrini rədd edəcəyik. Allah, onları öldürər. Onlar haqqdan hara qaçarlar? "Tövbə 30”
    Bəlalar, cahillərin əqidəsi və onların şübhəsinə cavab
    Bəzi nadanlar vəba, yarğan və çəyirtkə kimi bəlaları bəhanə gətirərək yaradanı, hikməti və xilqəti inkar edirlər.
    Onların cavabında deyilməlidir. Əgər yaradan yoxdursa, bəs niyə bundan şiddətli bəla gəlmir?
    Niyə səma yerə enmir? Niyə yer batmır və parçalanmır? Niyə heç vaxt günəş çıxmağından qalmır çaylar və bulaqlar qurumur?
    Niyə külək dayanmır ki, hər şey məhv olsun?
    Niyə su Həddən artıq çoxalmır ki, yer qərq olsun?
    Niyə vəba və çəyirtkələrin hücumu və digər bəlalar daimi olmur ki, bütün aləm məhv olsun?
    Görürsən ki, varlıq aləmi böyük bəlalardan amandadır. Yalnız hərdən bu asan dərd və bəlalara giriftar olurlar. Bu insanların ədəblənməsi və istiqamətlənməsi üçündür. Bu bəlalar həmişə davam etmir. Onların baş verməsi insanlar üçün bir ibrət dərsidir. Onların gedib qayıtması isə ilahinin lütf və mərhəmətidir.
    Kafirlər və Maninin səhabələri çətinliklərin və bəlaların hikmətin inkar edirlər. Onlar deyirlər: Əgər dünyanın mehriban və rəhimli yaradanı vardırsa, bəs niyə bu bəlalar və müsibətlər əmələ gəlir? Onlar fikirləşirlər ki, insanlar dünyada heç bir çətinlik və bəla görməməlidirlər. Halbuki əgər insan belə olsa, lovğalıq, sərxoşluq və rahatlıq onu fəsada tərəf çəkər. O kəslər ki, rifah və əmniyyət istəyirlər, həmişə süqut edirlər. Onlar bəzən insan olmağın və pərvərdigarın da yaddan çıxarırlar. Ziyan onları mütləq haqlayacaq. Gərək onlar zəiflərə, fəqirlərə və giriftar olanlara rəhm etsinlər. Amma insan çətinliklə və giriftarçılıqla rastlaşanda onun acısın dadır, moizə olunur qəflətdən ayılır və öz vəzifələrini bilir, bunların hamısını dərk edir.
    Onlar ki, bəlaları və müsibətləri faydasız və hikmətsiz hesab edirlər, acı və şəfalı dərmanları boş sayan uşaqlara bənzəyirlər. O uşaqlara ki, zərərli yeməklərdən uzaqlaşdırılanda qəzəblənir, ədəblənməkdən və işdən qaçır.və bekarçılığı və oynamağı sevirlər. Mümkündür soruşalar: Niyə insan səvhdən və günahdan məsum yaradılmamışdır? Əgər məsum olsaydı, onun çətinliklərlə və nalaiq işlərlə oyadılmasına ehtiyac olmazdı.
    Cavabında dilməlidir: Əgər belə olsaydı, onların yaxşı və xeyir işlərinə əcr və savab verilməzdi. Əgər desələr: O vaxt ki, onun aqibəti yaxşı oldu və ən üstün dərəcəyə yetişdi, daha onun nə nəzəri vardır! Ki, xeyir işlərə əməl edib, savab qazansız?
    Ona belə cavab verilməlidir. Əgər siz ağıllı və sağlam insana təklif etsəniz ki, işləmədən bütün ehtiyacları hazır olacaq, həmin şəxs buna razı olarmı? Şübhəsiz ki, o razı olacaqdır. Axirət nemətləri də belədir. Hikmət və təqdir səy və təlaş etməklə bu savabı ələ gətirməkdədir. Bu vaxt insanın neməti ikiqat olar. Əgər bu dünyada etdiklərinin müqabilində onlara savab verilsə, bu dünyada da qazanc yolu onlar üçün açılar və çox xoşhal olarlar.
    Əgər desələr: Bəzən insan çalışmadan bir nemətə sahib olur və şad olur. Bəs niyə bu işdə axirət əcri olmur, və bu iş insana rahatlıq bəxş etmir?
    Onu cavabında deyilməlidir. Bu bir qapıdır ki, insanın uzünə açılsa, böyük bir it kimi olarar. Ən pis fəsadlara və haramlara mürtəkib olarlar. O kəs ki özünü bir pis əməldən saxlayır ya yaxşı işlərin çətinliyinə dözür, bilir ki, nəhayət behiştə gedir. Əgər insanlar hesab-kitabdan və qiyamət günün əzabından qorxmasalar, kimin malı, canı və namusu amanda qalar? Bu işin ziyanını insanlar axirətdən qabaq bu dünyada görərlər. Bu vaxt həm də ədalətin və hikmətin heç bir faydası və mənası olmazdı. Bu vaxt yaradılışın hikmət və tədbiri sual altına düşərdi və ona tənə vurardılar. Və hər şey öz yerində qərar tutardı.
    Niyə bəlalar həm facırlər (- Pis əməl sahibi.)və həm salehlər üçün gəlir?
    Bəzən insanlar bir bəlaya düçar olurlar ki, həm pislər və həm yaxşılar ziyan çəkir. Bəzən də yaxşı insanlar bəlaya düçar olur. Amma pis insanlara bəla yetişmir. Onlar deyirlər: Bu iş tədbir və hikmətlə uyğunlaşmır. Bəs bunun dəlili nədir? Onların cavabında deyilməlidir: Bu bəlalara salehlərin və fasidlərin düçar olmasına baxmayaraq Allah taala bu işdə onalrın hər ikisi üçün mənfəət qoymuşdur. Çünki salehlər giriftar olanda allahın keçmiş nemətlərini yada salır və ona həmd səna edirlər. Öz işlərində səbirli olurlar. Fasidlər də bəlaya giriftar olanda, bir az əziyyətə düşürlər və günahdan və fəsaddan pəhriz edirlər.
    Həm də nemət və salamatçılıq da onların xeyrinədir. Salehlər yaxşı əməl sahibi olduqlarına görə şad olurlar. Bu nemətlərlə onların yaxşı işlərinə rəğbəti daha da artır. Facirlər və fasidlər də Allah-taalanın mehr və məhəbbətini dərk edir və anlayırlar ki, Allah-Taalalayiq olmamasına bamayaraq, onlara nemət və sağlamlıq əta etmişdir. Sonra Allahın bu məhəbbət və güzəşti səbəb olur ki, bu insanlar da insanlara məhəbbət bəsləsinlər və güzəşt etsinlər.
    Mümkündür bir kəs soruşa: Bu dedikləriniz bəlanın insanın malına gəldiyi zamandır, amma bəla insanın, canına gələndə? Məsələn: Yanmaq, suda batmaq, sel və zəlzələ.
    Onların cavabı budur. Allah-Taalabu işdə də hər iki qurup üçün xeyir qoymuşdur. Çünki salehlər bu qarışıq saraydan bəlalar və çətinliklər vasitəsi ilə rahatlığa çatırlar. (nemət və rahatlıq mənzilinə yetişirlər) Facirlər və fasidlər də bu bəlalardan ölürlər. Bir tərəfdən onların axirət əzabının azalmasına səbəb olur. Həm də onların fisq və fəsaddan uzaqlaşmasına səbəb olur.
    Sözün qısası uca məqamlı yaradan öz hikmət və qüdrəti ilə hər şeyi insanların xeyrinə yaratmışdır.
    Əgər desə: Niyə bu hadısələr baş verir?
    Cavabında deyilməlidir: Ona görə ki, fasidlər və fasiqlər rahatlıqdan günaha mürtəkib olmasınlar. Əksərən bu hadisələr insanlar rahatlıqda və nemət içində olanda baş verir. Və bu bəlalar da onları süqut etməkdən saxlayır. Əgər bu bəlalardan amanda qalsalar tüğyan və günah edərlər. Necə ki, insanlar qabaq belə idilər. günaha və fəsada qərq olduqları üçün bəlaya və tüğyana giriftar oldular ki, yer onların çirkinliyindən təmizlənsin.
    Ölüm, yoxluq cahillərin fikirləri və onlara cavab
    Münkirlərin inkar etdiyi şeylərdən biri də ölüm və yoxluqdur. Onların əqidəsi budur ki, insan ölməməlidir və həmişə yaşamalıdır. Və gərək bütün bu bəlalar ona yetişməsinlər.
    Əgər bu işin nəticəsinə diqqət olunsa, onun fəsadı açıq aşkardır. Əgər məxluqat ölməsə, yer sıxlıq olmazmı? Əgər belə olsa, onlar arasında məskən və torpaq üstündə müharibələr baş verər. Bu vaxt tamah, hərislik və qəlb qəsavəti onlara hakim olardı. Əgər insan ölməyəcəyindən xatircəm olsa, heç kəs sahib olduğu şeyə qane olmaz. Çətinlikləri və bəlaları unutmazdı. Həmçinin həyatdan və dünya işlərindən bezərdi.
    Əgər desələr: yaxşı olardı ki: çətinliklər və bəlalar olmazdı ki, onlar ölümü tələb etməzdilər?
    Biz də cavabında bu şübhəyə işarə edirik ki, bu iş onların fasid və lovğa olmaqlarına səbəb olardı.
    Əgər onlar desələr: yaxşı olardı ki, insanların sayı artmazdı və yaşayış yeri dar olmazdı. Cavabında deyilməlidir: Əgər insan nəsli artmasa, onların çoxu yaranışın böyük nemətindən, dünya və axirət nemətlərindən məhrum olardılar.
    Əgər onlar desələr: Gərək dünyanın əvvəlindən axırına qədər yaradılacaq insanlar bir zamanda yaradılardı?
    Onlara belə cavab veririk: Yenə də qeyd etdiyimiz çətinliklər qarşıya çıxardı. Bu vaxt onların yeri dar və ruzusu kifayət etməzdi.
    Yaranışda olan tədbirə edilən başqa bir irad və ona verilən cavab
    Bəlkə bir şəxs dünyanın hikmətinə və tədbirinə başqa bir irad edə bilər: Bu necə tədbirdir ki, güclülər, gücsüzlərə zülm edir və onların malını qəsb edirlər. Salehlər və mömin bəndələr fəqir və giriftar, fasidlər və facirlər isə nemət işində yaşayırlar. Və onlar ki, böyük günahlara mürtəkib olurlar, tez cəzalanmırlar. Əgər dünyada tədbir və hesab-kitab olsaydı, salehlər nemət və ruzu içində yaşayar və fasidlər ondan məhrum olardılar. Həmçinin əgər tədbir olsa, gərək günahkar tez cəzalanardı və əzaba giriftar olardı.
    Bu iradın cavabı belədir: Heç kəs savaba və əcrə xatir və ilahi vədəyə itimad edərək saleh əməllər etməzdi. Həm də bu vaxt insanlar heyvana bənzəyərdi ki, öz ixtiyarlarında olmazdılar. Nəhayət gərək saatbasaat əsa ilə təhdid oluna, otla qidalana və işləyərdi. Bu vaxt heç kəs savaba yəqin etməklə və cəzadan qorxmaqla iş görməzdi. Insanlar qeybdən xəbərsiz olardı və yalnız dünya nemətlərinə xatir işləyərdilər.
    Həmçinin əgər bu cür olsa, yaxşı insan yalnız dünya işlərinə və ruzusuna görə yaxşı işlər görərdi. Və zülmkarlar ani əzaba görə zülm etməzdilər. Xülasə insanların bütün əməlləri dünyaya görə olardı. Amma həmişə irad edən şəxsin fikirləşdiyi kimi deyil. Salehlərin də çoxu varlıdır.
    Həmçinin fasiqlərin də tüğyani çoxalanda elə bu dünyada cəzalanırlar. Necə ki, Firon qərq oldu, "buxt nəsr” həlak oldu və bəlbis öldü.
    Bəzi fasidlərə möhlət verilməsi ya salehlərin savabının bu dünyada verilməsi, allahın bir məsləhətidir ki, bəndələr ondan xəbərsizdirlər. Hətta padşahlar da bəzən bu üsuldan istifadə edirlər. Onlar bəzən bir işi təxirə salır, başqasın qabağa salırlar. Bu onların ağıllı və tədbirli olmasına bir dəlildir.
    Xaliq və yaradan yalnız üç halda öz məxluqunu öz halına buraxır: ya aciz və qüvvəsizdir, ya xəbərsizdir ya da pislik onun fitrətindədir. Bütün bu işlər Allah-Taalaüçün mahaldır. Çünki əgər aciz olsaydı bu cür ecazkar məxluqatı yarada bilməzdi. Əgər bu cür cahil olsaydı, yaranışda bu qədər hikmət və tədbir olmazdı. Əgər bədxah və şərur olsaydı, mövcudatı xəlq etməzdi. Indi ki, belədir, bəs gərək bu varlığın xaliqi həkim və müdəbbir olsun.
    Əgər bir dərman sənin üçün mübhəm (Mübhəm – gizlin, müəyyən olunmayan bir şey) ya onun haqda şübhədə qalsan, iki ya üç dəfə təcrübədən sonra onun haqqında rahat hökm verəcəksən. Bəs niyə nadanlar və münkirlər bu qədər saysız dəlillərlə varlıqda olan hikməti inkar edirlər? Əgər aləmin hikmətinin yarısı bizə məlum deyilsə bu aqilanə deyil ki, bütün dünyadı öz-özünə və təsadüfi hesab edək. Çünki onun qalan hissəsini görürük ki, dünyada nə qədər hikmət və tədbir vardır. Əgər bütün hadisələri təftiş və təhqiq etsək, onda olan ecazkar hikməti və tədbiri dərk edərik.
    Yunanlıların bu dünyaya verdiyi ad
    Ey Müfəzzəl! Bil ki yunanlılar bu dünyanı "kosmos” adlandırırlar. Bu kəlmə gözəllik mənasındadır. Bu adı ona fəlsəfə və hikməta iddiaçıları verilmişlər. Onlar dünyada olan nizam-intizamla razılaşmadığından ona gözəllik və zinət adı vermişlər. Yunanlar bununla demək istəyirlər ki, dünyada hikmətlə yanaşı "hüsn” və "qiymət” və "gözəllik” də vardır.
    Mani kordur və hikmətin dəlillərin görmür
    Ey Müfəzzəl! Təəccüb edirəm, o kəslərə ki, tibdə eyib görmürlər, amma təbibdə səhv axtarırlar. Bu qurup dünyanın hər şeyin öz başına və hikmətsiz görməməklərinə baxmayaraq onu təsadüfi hesab edirlər. Qəribədir o kəslər ki, hikmət iddia edirlər ancaq yaranışın hikmətin inkar edirlər və Allah-Taalahaqda nəlayiq sözlər deyirlər. Təəccüblü o, bədbəxtin (mani) işidir ki, yaranışın hikmətin görmür. Yaradılışda səhv və xəta olduğunu hesab edir. Və Allah-taalaya cəhl nisbət verir.
    Müəttilənin fikrincə niyə ağıl dərk etməyəni hiss etmək olmaz
    Müəttiləyə təəccüb edirəm. Onlar istəyirlər elə bir şeyi hiss etsinlər ki, ağıl da onunla müvafiq olsun. Onlar o şeyi ki, dərk edə bilmirlər, onu inkar və təkzib etməyə cəhd göstərirlər və deyirlər: Niyə ağıl da onu dərk etmir?
    Onlara belə cavab verilir. Çünki O ağıldan və düşüncədən üstündür. Necə ki, göz hər şeyi görə bilmir. Əgər havada bir daş görürsən, dərk edirsən ki, kimsə onu havaya atıbdır. Bu etiqadı, gözün deyil, bəlkə ağıl ona hökm edir. Çünki ağıl hökm edir ki, daş öz-özünə uca bilməz. Deməli ağıl da allahı tanımaqda acizdir və öz həddini aşmır. Amma insan onu ağılla iqrar edir və bilir ki, bir şey mövcuddur, amma görülən deyil və heş bir hiss onu dərk etmir.
    Ağıl allahı iqrar etməklə dərk edir, nəinki əhatə ilə
    Buna əsasən deyirik: ağıl yaradanı onu iqrar etməklə tanıyır, nəinki onu əhatə etməklə.
    Əgər onlar desə: O zəif bəndəni necə az bir ağılla onu tanımağa mükəlləf etmişdir? Bir halda ki, insanın ağlı onu əhatə edə bilmir. Cavab: İnsanlar bir həddə qədər mükəlləfdirlər. Yəni onlar gərək bir həddə qədər çalışıb ona yəqin olsunlan. Onun əmr və nəhyinə əməl etsinlər. Onlar onu hiss etməyə mükəlləf deyillər. Necə ki, padşah xalqına onun hündür ya alçaqboy, ağ ya sarışın olmasını əmr etmir. Bəlkə o, insanlardan onun əməllərinə itaət etməyi tələb edir. Görürsən ki, bir kəs padşahın hüzuruna gələndə şah ona deyir: "Özünü mənə yaxşı tanıt, yaxsa sənin sözlərini eşitmərəm”. Allahı hiss etməyi iqrar edən də özünü ilahi qəzəbinə məruz qoyur.
    Əgər onlar desələr: Niyə onu vəsf edərək əziz, həkim, cavad və kərim Allah deyirik? Onlara belə cavab veririk: Bütün bu sifətlər iqrar etmək üçündür, nəinki hiss. Bilirik ki, o həkimdir. Amma onun həqiqətin dərk etmirik. "Qədir”, "cavad” və başqa sifətlər də belədir. Necə ki, biz səmanı görürük, ancaq onun həqiqətini dərk etmirik. Dənizə nəzər salırıq amma onun dərinliyindəkilərdən agah deyilik. Ancaq Allah-Taalabunlardan da üstündür. Bu misallar onu bəyan etmək üçün çox kiçikdir. Amma ağıl onu tanıtdıran və hidayətçidir.
    Əgər onlar desələr: Niyə onun haqqında olan əqidələr müxtəlifdir? Cavab: Çünki ağıl onun əzəmətinin və böyüklüyünün qarşısında aciz qalır.
    Günəşin yaranış və filosofların onun forması və miqdarı barəsində ixtilafları
    Bu işlərdən biri də günəşin yer üzünə saçması və onun həqiqətinin öyrənilməsidir. Ona görə də alimlər onun haqqında müxtəlif fikirlər söyləmişlər. Bəziləri deyir: Günəş ulduzdur Və onun daxili atəşlə doludur. Onun ağzı var və şöləsi bu cür paylayır.
    Bir başqası deyir: O da, bir buluddur.
    Bir neçəsi deyir: O bir şüşəyə ya aynaya bənzəyir. O, atəşi alır və əks etdirir. Bəzisi deyir: O, atəş hissələridir ki, bir yerə cəm olmuşdur. Başqaları deyir: O, yerdən kiçikdir. Başqa bir hissəsi deyir: günəş yerdən çox böyükdür.
    Həndəsəçilər deyirlər: Günəş yerdən 170-dəfə böyükdür. Onun haqda olan müxtəlif nəzərlər alimlərin hələ günəşin həqiqətinə yetişmədiklərini göstərir.
    Günəşin gözlə görülməsinə baxmayaraq aqillər onun həqiqətinə yetişməkdə acizdirlər. Necə ondan da lətif bir mövcudu hiss və dərk etmək olar?
    Əgər onlar desələr: Niyə o gizlidir?
    Onların cavabı budur: Bizim məqsədimiz bu deyil ki, o insanlar kimi gizlənmişdir. Bəlkə məqsəd budur ki, o, o qədər lətifdir ki, məxluqat onu dərk edə bilmir. Necə ki, "nəfəsi” insan müşahidə edə bilmir.
    Əgər onlar desələr: O, ki bu deyilənlərdən daha üstündür, bəs niyə lətifdir? Bu düz söz deyil. Çünki o kəs ki, hər şeyin xaliqidir, gərək onların hamısından fərqli və üstün olsun. Həqiqətən o təfəkkürlərin fikirləşdiyindən mühəzzər və ucadır.
    Onu dörd yolla tanımaq
    Əgər desələr: Allah-Taalabu qədər fərqlərlə necə hər şeydən üstün ola bilər? Cavab verilməlidir ki; Haqqı dörd yolla tanımaq olar:
    1- Öyrənilməlidir ki, o mövxuddur ya yox.
    2- Onun zatı və cövhəri tanınmalıdır.
    3- Onun keyfiyyəti və sifəti tanınmalıdır.
    4- Bilmək lazımdır ki, o niyə belədir? Bütün bunların arasında insan onun yalnız mövcud olduğunu öyrənə bilər. Əgər soruşsaq: O, necədir və nədir? Cavab tapa bilmərik. Çünki onun həqiqətini tapmaq qadağandır. Əgər onun dəlili və səbəbi barədə soruşsaq, həqiqətdə biz onu xaliqiyyatdan uzaqlaşdırmışıq. Çünki Allah-Taalahər şeyin səbəbidir və heç nə onun səbəbi ola bilməz. Insanın onun mövcud olduğunu bilməsi kifayətdir. Daha onun mahiyyətin və keyfiyyətin öyrənməsi lazım deyil. Necə ki, insan öz nəfəsini tanıyır. Hətmən vacib deyil ki, onun mahiyyətini və keyfiyyətini də tanısın. Ruhani və lətif işləri də belədir.
    Əgər desələr: Bəs indi biz onu necə vəsf edək. Elə onda deyin ki, o naməlumdur.
    Onların cavabı budur: Allah, onun həqiqətini dərk etmək cəhətindən belədir. Ancaq digər cəhətdən əgər o düz və kifayət qədər dəlillə isbat olunsa, Allah-Taalahər şeydən bizə yaxın olar. O, bir tərəfdən açıq-aşkar və vazeh başqa bir tərəfdən isə məxfi və dərk edilməzdir. Ağıl da belədir. Dəlillər və sübutlarla açıq-aşkar və zahir, ancaq öz-özlüyündə gözlərdən gizlidir.

    Təbiət əhli və onların münaqişəli sözləri
    Təbiət əhli deyirlər: Təbiət faydasız iş görmür və onda olan hər şey tam və kamildir. Onlar hikməti bu əqidənin dəlili hesab edir. Əgər onlara deyilsə: Bu hikməti təbiətə kim vermişdir. Heç nə öz həddindən xaric olmur. O şey ki, aqıllar bu qədər təcrübələrlə yenə də onun müqabilində acizdir.
    Əgər desələr: təbiətin özündə bu qüdrət və hikmət vardır həqiqətdə onlar inkar etdiklərini iqrar edirlər. Çünki bu sifətlərin hamısı allahda vardır. Keçmiş insanlar hikməti, tədbiri və hədəfi inkar edir və fikirləşirdilər ki, hər şey təsadüfi yaranmışdır. Onlar bu əqidələrini isbat etmək üçün bir neçə şeyə istinad edirlər. Məsələn: İnsanın naqis dünyaya gəlməsi ya onun bir barmağının artıq olması. Onlar bu dəlillərə görə deyirlər ki, dünya təsadüfi meydana gəlmişdir. Aristotel onlara belə cavab verir: Bəzən təsadüfi işlər bir sıra dəlillərə görə meydana gəlir və öz təbii halından çıxır. Bu təsadüflər nadirdir və daimi deyildir.
    Ey Müfəzzəl! Çox vaxt sən heyvanları bir halda görürsən. Məsələn: İnsan dünyaya gələndən, onun iki əli iki ayağı və beş barmağı olur. Amma bəzilərinin bu dediklərimizin əksinə dünyaya gəlməsi, ana bətnindəki qadınlığa görədir. Necə ki, insan bəzən işin hikmətlə və tədbirlə, bəzən isə vəsaitin naqis olduğuna görə bunun əksini iş görür. Bu qeyd etdiklərimiz təbiətdə də meydana gəlir. Ona görə də biz təbiəti nizamsız, hikmətsiz, tədbirsiz və təsadüfi adlarında bilmərik.
    Bəs döğru deyil ki, bir kəs təbiətdə bəzi səbələrə görə meydana gələn işləri əsas götürərək, ümumən bütün təbiəti hikmətsiz hesab etsin.
    Əgər onlar desələr. Niyə belə hadisələr baş verir?
    Onların cavabı budur: Bütün işlərin zəruri olaraq təbiət tərəfindən baş verməsinin hesab olunması, bəlkə yaradılışın təqdirlə və hikmətlə həkim olan yaradan tərəfindən baş verməsi dərk olunması üçündür. Çünki təbiət elə yaradılmışdır ki, çox vaxt bir xətt üzərində olur. Bəzən xüsusi səbəblərə görə özü həmşəki yolundan çıxır. Ya bu yolla təbiətin başqa bir kəs tərəfindən idarə olunması sübut olunsun. Biz hədəfə yetişmək üçün allah-taalanın qüdrətinə möhtacıq. Həqiqətən o əhsənul-xaliqindir. (xəlq edənlərin ən gözəlidir).
    Ey Müfəzzəl! Sənə dediklərimi öyrən və hifz et. Allah taaladan sənə verdiyi neymətlər müqabilində şükr et və onun böyük övliyalarına itaət et. Yaranışın dəlillərinin bir hissəsinin və dünyanın hikmət və tədbirini sənin üçün şərh etdim. Dediklərin haqqında yaxşı fikirləş və onlardan ibrət dərsi al.
    Ərz etdim, mənim ağam! Sizin köməyinizlə inşaalah belə edərəm. Bu sözü dedim və huşdan getdim. Özümə gələndə İmam (ə) buyurdu: Ey Müfəzzəl özünü necə görürsən? Dedim, Mövlamın (ə) köməyi və dəstəyi ilə yazdıqlarımdan ehtiyacsız oldum və məndə olan maarifi oxuyuram. Mövlama (ə) layiqincə şükr edirəm.
    Sonra İmam (ə) buyurdu. Ey Müfəzzəl zehnini, fikrini və rahatlığını qoru ki, gələcəkdə səmaların mələkut elmi, yer və onda olan ecazkarlıqlar, mələklər, sidrətilmüntəhaya qədər olan təbəqələr, 7-ci yerdə olan insanlar və cinlərin yaranışı və onun altında olanlar haqda sənin üçün şərh edəcəyəm. Indi bildikləriniz yalnız onların bir hissəsidir. Istədiyin vaxt get, gəl ki, səninlə müsahibə edim. Sənin bizim yanımızdakı məqamın çox ucadır. Sənin möminlərin qəlbindəki yerin susuz üçün su kimidir.
    Müfəzzəl deyir:
    Çox şad bir halda İmamın (ə) məhzərindən mürəxxəs oldum.
    Category: İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri | Views: 966 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024