İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » 2011 » September » 12 » İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri
    6:36 AM
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri
    Suyun faydaları və onun çox olmasının səbəbləri
    Allahın hikmətlərindən biri də yerin şimal tərəfinin cənub tərəfindən hündür olmasıdır. Bu suyun yer üzərində hərkət etməsinə görədir.
    Necə ki, evin üstünün bir tərəfini alçaq düzəldirlər ki, su onun üstündə dayanmasın. Əgər belə olmasa, su yerin üzərində pərakəndə qalardı və insanlar ondan istifadə edə bilməzdilər.
    Həmçinin əgər su bol olmasa, insanlar ona olan təlabətini ödəyə bilməzdilər. Məsələn: içmək, heyvanları sulamaq, tarlaları və bağları suvarmaq, vəhşiləri, quşları və yırtıcıları suvarmaq və s.
    Bundan əlavə su canlıların həyat mənbəyidir. Su ilə bədənləri və malları bulaşıqlardan və çirkinlikdən təmizləyirlər. Torpağı onunla suvarırlar. Onunla insanın malını və canını təhlükəyə atan atəşi söndürürlər.
    Əgər suyun çox olmasının faydası haqda soruşsan bil ki, o balıqların və su heyvanlarının məskənidir.
    Gövhər xəzinələri, yaqut və ənbər sudan xaric olur.
    Onun sahillərində ətirli otlar, ətirlər, faydalı dərmanlar bitir.
    Su insanlar üçün bir minik vasitəsidir. Tacirlər gəmiyə minib öz mallarını rahatlıqla uzaq yerlərə aparırlar. Onun vasitəsi ilə Çindən İraqa və iraqdan çinə mal aparırlar.
    Şübhəsiz ki, əgər su mal aparmaq vasitəsi olmasaydı, bütün mallar sahiblərinin əlində qalardı. Nəticədə iki hadisə baş verərdi:
    1. çox faydalı və ehtiyac olan şeylər onlara möhtac olanlara yetişməzdi.
    2. insanların çoxu ticarətlə ruzu qazana bilməzdi.
    Atəşin faydaları və onun cisimlərdə gizlənməsi
    Əgər atəş də su və külək kimi pərakəndə olsaydı, dünyanı və canlıları yandırardı. Amma bəzən ona çox ehtiyac olanda, ələ gəlir. Lazım olana qədər atəş piltə, yağ və odun vasitəsi ilə əmələ gəlir. Əgər məsləhət olsaydı ki, atəşi həmşəlik yağ piltəsi və odunla saxlasınlar, bu iş insanlar üçün çox baha başa gələrdi. O, su və hava kimi deyil ki, hər yeri yandırsın. Bəlkə atəş, insanlara xeyir verməyən bir ölçüdədir.
    Atəşdə başqa xüsusiyyətlər də gizlənmişdir. Və o budur ki, atəş təkcə insanın ixtiyarındadır. Çünki o yalnız insana xeyir verir. Əgər atəş onun ixtiyarında olmasaydı insan həyatında çoxlu zərərə məruz qalardı. Amma heyvanalr atəşdən istifadə etmirlər.
    Ilahi təqdirə görə heyvana atəşdən istifadə etmək üçün münasib əllər və barmaqlar əta edilməmişdir. Ancaq buna baxmayaraq ona çətinliyə və soyuğa dözmək üçün böyük səbr verilmişdir.
    Indi isə səni zahirdə kiçin ancaq həqiqətdə böyük olan atəşin faydalarından xəbərdar edim. Biri həmin çıraqdır ki, insanlar onunla öz ehtiyaclarını ödəyir. Əgər bu şey olmasaydı, insan öz ömrünü qaranlıq qəbirdə keçirərdi. Bu zaman kim oxuyub, yaza bilər? Ya kim gecənin qaranlığında nəisə toxuya bilər? Əgər gecə biri bərk xəstələnsə onun üçün kim dərman hazırlaya bilər?
    Həm də bişirmək, isinmək və şeyləri qurutmaq və s..kimi işləri görmək olmazdı. Şübhəsiz ki, atəşin faydalarını saymaqla qurtaran deyil.
    Yağışın yağması, havanın saflığı və havanın müxtəlifliyinin faydası
    Ey Müfəzzəl! Səmanın bəzən saf və bəzən yağışlı olması haqda yaxşı fikirləş. Əgər bu iki şeydən biri havada çox qalsa, şübhəsiz xətərli olar. Görmürsənmi ki, yağış çox yağanda otlar və bitkilər qaralır? Heyvanlar süst olur. Hava soyuyur, xəstəliklər çoxalır. Və yollar keçiləsi olmur. Həmçinin hava həmişə saf və günəşli olsa yer quruyar. Otlar quruyar və yanar. Bulaqların və çayların suyu quruyar. Bu hadisələr insanlara çox ziyan vurar, cürbəcür xəstəliklər əmələ gələr.
    Amma bunlar bir-birinin ardınca olsa, hava mülayim olar. Bunların hərəsi bir ziyanı dəf edər.
    Əgər bir kəs desə məgər olmazdı ki, bunalrın heç biri ziyan verməsin? Gərək cavabında deyilsin. Ona görə ki, insan dünyada bir az əzab-əziyyət düşünsün və günahdan uzaqlaşsın. Necə ki, xəstənin sağalması üçün acı və xoşagəlməz dərmanlara ehtiyacı var. O vaxt ki, üsyan edir, bir dərdə və bəlaya möhtacdır ki, düz yola gəlsin.
    Əgər bir padşah öz ölkəsinin insanları arasında çoxlu gümüş paylasa, onların yanında hörməti olmazmı? Amma yağışın bir dəfə yağması dənli bitkiləri o qədər çoxaldır ki, onun dəyəri qızıldan və gümüşdən də qiymətli olur.
    Görmürsənmi ki, yağışın bir damlası nə qədər qiymətlidir və nə böyük nemətdir. Amma insanlar bundan xəbərsizdirlər. Bəzən bunların hacəti gec yerinə yetəndə, bu qədər böyük nemətə diqqət etmədən qəzəblənir və nəlaiq sözlər deyirlər.
    Yağış yağmasının faydalrı və onda olan hikmətlər
    Yağışın yağmasının hikməti haqda təfəkkür et. Məsləhət belə olmuşdur ki, yağış hündürlükdən yerə tökülsün. Ki, uca və hündür nöqtələr lazımı qədər suvarsın. Əgər yağış aşağıdan yağsaydı, bəzi hündür yerlərə yetişməzdi. Nəhayət tarlaların sayı azalardı.
    Yağışın yağmağı ilə torpaq dirilir, geniş çöllər və dağların ətəyi çəmənliyə çevrilir. Həm də bu yolla su daşımaq insanların boynundan götürülür.
    Həmçinin.belə məsləhət görülmüşdür ki, yağış damla-damla və yavaş-yavaş yağsın və bu yolla torpağı suvarsın. Əgər yağış surətlə yağsaydı, tarlalar məhv olardı. Bəs onun tədriclə yağmağı torpaqda olan toxmaların göyərməsi və onların canlanmas üçün əlverişlidir.
    Yağışın başqa faydaları da vardır. O cümlədən:
    Yağış torpağı yumşaldır.
    Havanı saf və təmiz edir və vəbanı aradan aparır. Ağacların və bitkilərin bəlası adlanan "Yarğanı” məhv edir.
    Əgər bir kəs desə: Bəzi illərdə yağışın şiddətli yağması məgər çoxlu zərərlər əmələ gətirmir? Dolu dənli bitkiləri məhv etmir və ondan əmələ gələn buxar çoxlu xəstəliklər və bəlalar əmələ gətirmir?
    Onun cavabında deyilməlidir ki,: Bəzən yağış hədsiz şəkildə yağır. Buda insanın xeyrinədir. Bu işlə o günaha bulaşmaqdan və onda israr etməkdən pəhriz edir. Bu vaxt onun dini və uxrəvi məsləhəti malına dəyən ziyandan çox mühümdür.
    Dağların faydası
    Ey Müfəzzəl! Daşdan və torpaqdan əmələ gələn dağlara nəzər sal. Qafillər fikirləşirlər ki, onlar artıq və faydasızdırlar. Halbuki, onların çox faydası vardır. Qar dağların başında qalır. Ta onlar ki, ona möhtacdılar ondan faydalanırlar. O vaxt ki, onlar əriyir bulaqlar, çaylar və arxlar su ilə dolur. Nəticədə dağlarda, çöllərdə və səhralarda bitməyən dərman bitkiləri əmələ gəlir.
    Həm də dağlarda mağaralar və dərələr olduğuna görə vəhşi heyvanlar və yırtıcılar orda yaşayırlar.
    Insanlar dağdan düşmənlərinin müqabilində möhkəm qalalar düzəldirlər.
    Onun daşlarından ev tikmək və dəyirman daşı hazırlamaq üçün istifadə edirlər. Həmçinin dağlarda növbənöv mədənlər və cəvahirlər gizlənmişdir.
    Dağlarda başqa faydalar və mənfəətlər də vardır ki, onun müdəbbiri (- Allahın adlarından biri.) daha yaxşı bilir.
    Mədənlər və insanın onlardan istifadə etməsi
    Ey Müfəzzəl! Mədənlər və onlardan xaric olan təbaşir, əhəng, sürmə, alminum, mis, qızıl, gümüş, yaqut, zümrüd, və s.daşlara nəzər sal.
    Həmcinin qır, mumya, kükürd, neft və digər əşyalar da xaric olur ki, insanlar öz ehtiyaclarını ödəmək üçün ondan istifadə edirlər.
    Insanlar tamahlarına uyğun olaraq, həddən artıq çalışsalar da cəvahir düzəldə bilmədilər. Çünki əgər belə olsaydı, şübhəsiz onların ixracı və istehsalı çoxalardı və hər yerdə bol olardı. Qızıl və gümüş o qədər çoxalardı ki, onların qiyməti insanların yanında çox aşağı düşərdi. Bu yolla alverdə və başqa müamillərdə onlardan güdülən əsas məqsəd aradan gedərdi.
    Bununla belə ona bürüncdən, gümüşdən qızıldan və torpaqdan şüşə düzəltmək elmi verildi. Bu iş onun ziyanına deyildi.
    Indi bu işdə olan hikmət və tədbirə diqqət et. Allah-Taalaistəyir ki, bəndələri onun geniş xəzinəsini və qüdrətini tapsınlar və bilsinlər ki, əgər Allah istəsə onlara gümüşdən dağlar verə bilər. Lakin bu məsləhət deyil. Çünki işarə olunduğu kimi əgər bu cür olsa cəvahirin qiyməti aradan gedər.
    Bunu bil ki, insanların düzəltdiyi bir şey o vaxt qiymətli olar ki, həmin şey az və tapılmayan ola. Ancaq o vaxt ki, çox oldu və hər yerdə tapıldı, onun qədr-qiyməti olmaz. Xülasə bir şeyin qədr-qiyməti onun olmaması və tapılmamasındadır.
    Bitkilərin faydaları
    Ey Müfəzzəl! Ağac və onun insanın ehtiyaclarını ödəməsi və faydaları haqda fikirləş. Onun meyvələri qidalanmaq üçün, şaxələri yandırmaq üçün, budaqları və onun şirəsi müxtəlif sahələrdə istifadə olunur.
    Heç bilirsənmi ki, əgər meyvələr yerin üstündə olsa, bizə nə qədər ziyan dəyər? Bu vaxt qidanın olmasına baxmayaraq, insan odunun, çubuğun və samanın faydalarından məhrum olardı.
    Dənli bitkilərin sirri
    Ey Müfəzzəl! Tarlaların, dənli bitkilərn çoxluğu haqda təfəkkür et. Bir dən yüz dənə olur. Nə olardı əgər hərdən bir dən verərdi? Bu əkinçilərin ruzusunu təmin etmək və gələn il üçün toxumun olmasına görədir.
    Xurma ağacının da meyvəsi bol olur. Ona görə də onun budağından, yarpağından və həmdə özündən faydalanırlar. Niyə belədir? Bu insanların öz ehtiyaclarını ödəmək üçündür.
    Dənlərin örtülməsinin sirri
    Paxla, mərci və vələmir kolunun forması haqda fikirləş. Onların dənləri kisələrə və qablara qoyulmuşdur ki, möhkəmlənsin və bəlalardan amanda olsun.
    Buğda və onun kimi bitkilər də salxım şəklində möhkəm qabıqların arasında qərar verilmişdir. Dənlərin başına nizə kimi bir şey də qoyulmuşdur ki, quşların onları yeməsinin qarşısını alsın. Və əkinçilərə ziyan dəyməsin. Əgər bir kəs deyə: Məgər quşlar buğdadan yemirlər? Cavabında deyilməlidirki, bəli. Təqdir belədir. Bu bitkilər belə yaradılmışdır ki, quşlar onu viran edə bilməsinlər. Əgər quşlar dənləri açıq-aşkar görsələr, onların ona hücum etməsini mənasız olardı. Quşlar özlərinə lazım olan ruzunu onlardan götürür və onun çoxu insan üçün qalır. Çünki insan quşlardan mühümdür, həm də bu işin zəhmətin və əziyyətin insan çəkmişdir.
    Ağac və bitkilərin yaranışının hikməti
    Ağacların və bitkilərin yaranışına nəzər sal. Ağac da heyvan kimi həmişə qidaya möhtacdır. Amma onun yeməyi götürməsi üçün ağzı və hərkəti yoxdur. Ağacın kökləri yerin dərinliklərinə gedir və qidanı ordan götürüb budaqlarına, yarpaqlarına və meyvələrinə verir. Bəs "yer” bir ana kimi onu bəsləyən və "köklər” qidanı götürmək üçün ona lazım olan ağızdır. Heyvanalrın öz uşaqlarına süd verdiyi kimi köklər də ağacın qidalanmasında böyük rol oynayır. Xeymənin möhkəm dayanması üçün iplərlə yerə bağlandığı kimi ağacın kökləri də yerin altında bir neçə tərəfə paylanmışdır.
    Yaradanın hikmətinə diqqət et. Insanlar da xeymələrin möhkəm olması üçün ondan bəhrələnirlər.
    Ağacın yarpağının yaranışı və vəsfi.
    Indi də ey Müfəzzəl! Yarpağın Yaranışı haqda təfəkkür et. Yarpağın səthi damar kimi şeylərlə örtülmüşdür. Onların bəzisi böyük və uzun, bəzisi isə nazik və zəifdir.
    Əgər belə bir işi qurmaq istəsə, bir ilə də ona nail ola bilməz. Həm də bunun üçün bir çox şeyə ehtiyacı olar. Bir halda ki, bahardan bir neçə gün keçməsi kifayətdir ki, hər yer yarpaqla dolu olsun.
    Bununla belə zəif, dəqiq və nazik yarpaqların sirrini bilməyin yaxşı olar.
    Bu damarlar suyun yarpaqlara yetişməsi üçündür. Necə ki, damarlar qidanı bədənin hər yerinə yetirir. Bu damarlar bundan əlavə yarpağın süst olmasının qarşısını alır. Buna görə də insan parçadan yarpaq düzəldəndə onun hər tərəfinə taxta qoyur ki, süst olmasın. Bil ki, insan təbiətdə gizlənmiş hikmətlərin həqiqətinə yetişə bilməsə də, onun işi bir növ təbiətin bəyan edicisidir.
    Ağacların və bitkilərin tumu və çəyirdəyi.
    "Çəyirdək”, "tum” və onlarda olan sirrlər haqda fikirləş. Çəyirdək meyvənin içində olur. Əgər ağacın özünün əkilməsi üçün bir mane qabağa gəlsə, tum onun yerini doldurur. Necə ki, bəzən bir qiymətli şeyə ehtiyac çox olanda, onu başqa yerdə saxlayırlar. Ta ona xətər dəyməsin.
    Həmçinin möhkəm tum yumşaq və lətif meyvəni qoruyur. Əgər belə olmasaydı, meyvə tez məhv olardı. Bəzi çəyirdəkləri sındırırlar və yeyirlər. Bəzisindən yağ alırlar və müxtəlif sahələrdə istifadə edirlər.
    Meyvənin çəyirdək və tumunun faydalarından agah olandan sonra, fikirləş ki, niyə çəyirdəkdən xurma, tumundan üzüm əmələ gəlir? Xurmanın və üzümün yerinə əgər sərv və çinar ağacları əmələ gəlsəydi, necə olardı? Bu insanın onlardan xeyir və ləzzət alması üçündür.
    Ağacların ölməsində və onların yenidən canlanmasında gizlənmiş hikmətlər
    Ağacın yaradılışında gizlənmiş hikmətlər və tədbirlər haqda fikirləş. Onlar hər il ölür. Ancaq onun qərizəvi hərəkəti qalır və ondan meyvənin maddələri əmələ gəlir. Sonra hər yerə yayılır. Və sonra ləziz bir yemək şəklində sənə verilir. Sənə müxtəlif və xoşdadlı meyvələr təqdim olunur. Onun budaqları əl kimi sənə təqdim olunur və gözəl meyvələri sənin ixtiyarına verilir. Bu dəqiq hesab-kitab və əzəmətli hikmət fəqət böyük yaradanın işidir. Bu insanların meyvələrin ləzzətindən bəhrələnməsinə görədir.
    Təəccüblüdür ki, bəşər nemətin şükrünü etmək əvəzinə, Munimi (nemət verən) inkar edirlər.
    Narın ecazkarlığı və xilqətin hədəfinin nişanələri
    Narın hikmətli yaranışından ibrət dərsi al. Əgər ona diqqətlə fikir versən, onun dənələrinin necə düzüldüyünü görərsən. Dənələrin arası zərif və nazık parçalarla toxulmuş və hamı birlikdə möhkəm qabığın arasında qərar tutmuşdur.
    Əgər narın arası birbaşa dənə olsaydı, dənələrə gedən qidanın yolu bağlanardı. Nar dənələrinin kökləri onun daxilində olan hündürlüyə birləşmişdir və bu yolla onlar qidalanırlar. Nar dənələri bu hündürlüyün üzərinə əkilmişdir və pərdəyə bükülmüşdür. Həm də onların üstü möhkəm qabıqla örtülmüşdür ki, dənləri xətərdən qorusun. Bunlar yalnız narın ecazkarlığının bir hissəsidir. Əgər bir kəs mütaliə etsə çox şeylər öyrənə bilər. Amma ibrət almaq üçün bu qədər bəsdir.
    Zəif kollar və böyük meyvələr
    Ey Müfəzzəl! Küdu, yemiş, qarpız və xiyar kimi zəif kolların necə böyük və ağır meyvələr verməsi haqqında fikirləş. Əgər bu zəif kollar ağaclar kimi olsaydı, bu cür ağır meyvələri saxlaya bilməzdi.
    Görürsən ki, necə onun yarpaqları və yer kolun əvəzinə bu ağır meyvələri öz çiynində daşıyır. Sən bir küdu vəya yemiş koluna nəzər sal. Gör necə onlar bir-birinə oxşayır. Ancaq onun ətrafını neçə dənə meyvə tutmuşdur. Elə bil yerdə uzanmış pişikdir və balaları ondan süd içir.
    Meyvələr yetişəndə bizim onlara ehtiyacımız olur
    Meyvələr o vaxt istifadə olunur ki, onlara ehtiyac duyulur. Məsələn: Bəzi meyvələr yayın qızmar istisində yetişir. Çünki, həmin vaxt istifadə olunur. Əgər yay meyvələri qışda yeyilsəydi, insana ziyan verməkdən əlavə insan onları yeməkdən imtina edərdi.
    Görürsən bəzən xiyar qışda yetişir. Onu öz xeyrin və ziyanın bilməyən insanlardan başqa heç kim yemir.
    Xurma ağacında olan hikmətlər və onun budaqları və çubuqlar
    Ey Müfəzzəl! Xurma barəsində fikirləş. Onun budaqlarına nəzər sal. Elə bil onları əllə düzəltmisən. Və onların bərk və möhkəm saplağı vardır ki, ağır xurma salxımlarını saxlaya bilsin. Onlar bu cür möhkəm yaradılmışdır ki, evlərin və körpülərin tikilməsində istifadə edilə bilsin.
    Xurmanın çubuqları da budaqları kimi möhkəmdir. Əgər onlar daş kimi möhkəm olmasaydı, bu çubuqlardan taxta yeşik, pəncərə və kürsülər hazırlamaq olmazdı. Bu çubuqların böyük xüsusiyyətlərindən biridə budur ki, onlar suyun üzərində qalır və batmır. Bütün insanlar onun bu xüsusiyyətindən agahdır, ancaq bu işin böyük əhəmiyyətindən bixəbərdirlər. Əgər onda bu xüsusiyyət olmasaydı, böyük gəmilər və qayıqlar özlərinin dağ kimi ağır yükünü daşıya bilməzdilər. Əgər bu iş olmasaydı insanlar çox çətinliyə düşərdi və bəzi şey tapılmazdı.
    Dərman bitkilərinin xüsusiyyətləri
    Dərman bitkiləri və onların hər birindən xüsusi bir dərman hazırlanması barədə fikirləş. Məsələn: şahtərə bitkisi insanın daxilində olan artıq və ağır maddələri ondan dəf edir. Səkbinə (-İngiliscə "sagapenum” adlanır. Ondan bitki şirəsi hazirlanir. Şirənin xarici görünüşü qırmızı ya sarı rəngə çalır. Amma onun daxili tamamilə ağ rəngdə və tünd iylidir. Dadı bir az turş və bir azda acıdır.) vərəm və onun kimi xəstəlikləri aradan aparır.
    Bütün bunları kim yaratmışdır? Kim canlıları onlardan agah etmişdir?
    Heyvanlar necə bu bitkilərin xüsusiyyətlərindən xəbərdardır. Yırtıcıların bəzisi öz yaralarını bunlarla sağaldırlar.
    Səhralarda və çöllərdə çoxlu bitkilər bitir. Deyə bilərsən ki, axı bu yerlərdə insan yaşamır. Bəs bu bitkilər nəyə yarayır. Amma belə deyil. Onun budağı və yarpaqları heyvanların qidası, dənləri quşların yeməyi, çubuqları isə insan üçün xəlq olunmuşdur. Həm də, insanlar onların çoxundan dərman üçün istifadə edir.
    Həmçinin onların bəzisindən əşyaları rəngləmək və dəri hazırlamaq üçün istifadə edirlər. "Qamış” ən kiçin bitki olmasına baxmayayraq, onda çoxlu faydalar gizlənmişdir. Ondan kağızlar düzəldirlər, həsir hazırlayırlar, qabalar üçün örtüklər düzəldirlər və.. bir məxluqun böyük və kiçik, qiymətli ya qiymətsiz olmasına baxma, sən onda gizlənmiş hikmətlərdən ibrət dərsi al. Onların ən pisi heyvanın peyinidir. Ancaq o tarlalar və bitkilər üçün elə qiymətlidir ki, heç nə onun yerini verə bilmir.
    Bil ki, bir şeyin məqam və mənziləti onun qiymət ilə ölçüür. Bəlkə bu iki müxtəlif qiymətdir ki, iki bazar da istifadə edilir. Ola bilər bir şey alıcı bazarında qiymətsiz və faydasız olsun. Amma bilik meydanında çox qiymətli və dəyərli olsun.
    Bəs bir şeyi ucuz olduğuna görə, etibarsız sayma. Əgər kimyaçı alimlər nəcisin xüsusiyyətini dərk etsəydilər, onu çox baha qiymətə alardılar.
    Müfəzzəl deyir: bu vaxt günorta namazının vaxtı yetişdi: Mövlam (ə) namaz qılmağ üçün ayağa qalxdı və buyurdu: Allah-taalanın istəyi ilə sabah sübhdən yenə də yanıma gəl. Mən də İmamdan bunları öyrəndiyimə görə çox şad oldum və allahın nemətlərinin müqabilində şükr etdim. Sonra evə getdim. Həmin gecəni rahat və şad istirahət etdim.
    Category: İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri | Views: 1043 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024