İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » 2011 » September » 11 » İslamda ailə 1
    2:17 PM
    İslamda ailə 1
    YEDDİNCİ FƏSİL
    İZDİVAC YOLUNUN PROBLEM VƏ MANEƏLƏRİ
    İZDİVAC MƏSƏLƏSİNİ ÇƏTİNLƏŞDİRMƏK
    Oğlan və qızın izdivaca olan ehtiyacı təbii və zati bir ehtiyacdır. Şəhvət qərizəsinin hücumundan özünü uzun müddət qorumaq oğlan və qız üçün olduqca çətindir.
    Bəzən müddətin çoxluğu izdivaca ehtiyacı olanın məhv olmasına gətirib çıxarır. Bəzən qərizələrin çılğınlığı insanların günah və fəsad girdabına sürüklənmələrinə bais olur. Bəzən qız və oğlanın izdivacına mane olmaq onlar üçün baş ağrısı yaradır və onları müxtəlif xəstəliklərə salır. Bəzən izdivacın qarşısını almaq eşq üçün maneələr törətmiş, pak insanları aludə etmiş və hər bir ölkənin sərmayəsi olan gəncləri intihar həddinə qədər gətirib çıxarmışdır.
    Bəzi valideynlər izdivac yaşına yetən övladının ailə həyatı qurmaq istədiklərini eşitdikdə onu uşaq hesab edir, bu istəyini həyasızlıq, üzlülük adlandıraraq ona hücum edirlər. Bu tip davranışlar nəticəsində övlad ümidsizliyə sürükləyirlər. Belə ki, güclü imana malik olmayanlar bu hərəkətlərin nəticəsində yollarını azmağa məcbur olduqlarını güman edirlər.
    Bəzi valideynlər gəlinin və ya kürəkənin ailəsinə elə ağır təkliflər irəli sürürlər ki, müqabil tərəf üçün onu həyata keçirmək qeyri-mümkün olur. Bəzən öz təkliflərinin üstündə elə möhkəm dayanırlar ki, övladlarının izdivac vaxtı keçir.
    Bəzən oğlan elçilik üçün bir qızın evinə gedir. Lakin qızın ailəsinin pis rəftarı ilə qarşılaşır və onunla ailə qurmaq istədiyinə peşman olur. Nəticədə, qızın yaşı ötür və evdə qalır. Əlbəttə, bu növ davranış oğlanın ailəsində də ola bilər.
    Bəzən oğlanlar və qızlar öz iradələrinin məhdudluğu ucbatından valideynlərinin iradəsinə tabe olduqlarına görə izdivaca boyun qoymur və bununla da böyük bir ziyana düşürlər. Bəzən cavanlar özləri ağır təkliflərlə qarşı tərəfin izdivacı həyata keçirməsinə mane olurlar.
    Müqəddəs İslam dini bu növ davranışları insaniyyətə və mürüvvətə zidd, insani əxlaqa uyuşmayan qeyri-ilahi və qeyri-şəri bir iş hesab edir. İslam izdivacı çətinləşdirənlərə xəbərdarlıq edərək, onların bu hərəkətlərin acı nəticəsini dünya və axirətdə görəcəklərini bildirir. İslam deyir: Allah-təala digərləri ilə asanlıqla davrananlarla asan, çətinliklə davrananlarla çətin davranacaq. Bu məsələni çətinləşdirmək oğlan və qızların insani, təbii meyl, arzu və amalları ilə döyüşmək deməkdir. Allah-təala onları çətinliyə salar və öz məhəbbətindən məhrum edər.
    Himad ibn Osman deyir: «Bir şəxs imam Sadiqə (ə) digəri haqqında şikayət etdi. Çox keçmədi ki, haqqında şikayət olunan şəxs gəlib çıxdı. İmam (ə) buyurdu: «Filan şəxs səndən nə üçün şikayət edir?» Ərz etdi: «O, mənə borcludur. Özümə söz vermişəm ki, son dinarına qədər borcumu ondan alam. Həzrət (ə) oturuşunu dəyişdi və əsəbiləşərək buyurdu: «Borcunu son dinarına qədər ondan almağının pis iş olmadığını düşünürsən?! Allah-təalanın Quranda nə buyurduğunu eşitməmisənmi?»
    «(Rəbbindən) və (qiyamət günü çəkiləcək) pis haqq-hesabdan qorxurlar»("Rəd"21).
    «Sən pis haqq-hesabın Allah tərəfindən bəndəsinə olunan zülm olduğunu hesab edirsən! Yox, and olsun Allaha (belə deyil). Onlar yalnız ondan qorxurlar ki, əməllərin ən axırıncı zərrəsinə qədər onlardan hesab çəkilsin. Ey kişi, bunu bil ki, kim hesabı belə çətin çəksə, pis bir iş görmüşdür.»
    Valideynlər, oğlan və qızlar, məxsusən də izdivac məsələsini çətinləşdirməkdən çəkinməlidirlər. Bu qeyri-insani işdən özlərini qoruyaraq, izdivac yolunu açmalıdırlar. Bu ilahi işin şəraitini asanlaşdırmalı və bununla da günah süfrəsinin açılmasının qarşısını almalıdırlar.
    ÖZÜNÜZÜ ONLARIN YERİNƏ QOYUN
    Valideynlər bilməlidirlər ki, bir gün onlar da gənc olmuş, ərə getmək, yaxud evlənmək eşqi ilə alovlanmışlar. Onlar da arzu edirdilər ki, valideynləri onların izdivac məsələsini çox tez həll etsinlər. Bu məsələni çətinləşdirməsinlər, cavanların eşqinə hörmətlə yanaşsınlar. Valideynlərinin onların izdivac məsələsini çətinləşdirdiklərini, gecikdirdiklərini hiss etdikdə çox narahat olurdular. Daxili vəziyyətləri qarışır, onlarda valideynlərinə qarşı kin yaranırdı.
    Bu gün qızlarını ərə vermək, yaxud oğlanlarını evləndirmək istəyərkən, özlərini bir anlığa onların yerində hiss etsinlər. Onların arzu və amallarını, eşq atəşi ilə alovlandıqlarını başa düşsünlər. Çox güman ki, özlərini onların yerində hiss etsələr, bu məsələni asanlaşdıracaq və övladlarının evlənməsi, yaxud ərə getməsi üçün istənilən şəraiti yaradacaqlar.
    Həzrət Əli (ə) bu mühüm məsələyə aşağıdakı şəkildə toxunaraq buyurur: «Özünü digərlərinin yerində hiss et. Özün üçün sevdiklərini, digərləri üçün də sev. Özün üçün bəyənmədiklərini digəri üçün də bəyənmə. Digərlərinə azacıq olsa belə, zülm etmə; necə ki, özünə zülm olmamasını istəyirsən. Özünə yaxşılıq olunmasını istədiyin kimi, digərlərinə də yaxşılıq et. Digərləri üçün pis hesab etdiyini özün üçün də pis hesab et. Camaatın səndən razı olmalarını istədiyin məsələdə sən də onlardan razı ol».("Bihar"c77, səh.203)
    Həzrət Müctəba (ə) buyurur: «Camaatla, səninlə davranmalarını istədiyin şəkildə davran».("Mizanül-hikmə" c.6, səh.316)
    İslamın haqq istəyi, dinin səmərəli göstərişləri, digərləri ilə yaşamağı asanlaşdıran üslub, günahın insan həyatına hücumunun qarşısını alan amil budur. Həyatı eşqlə, səmimiyyətlə, vəfa ilə dolduraraq, onu şirinləşdirən proqram bundan ibarətdir.
    Valideynlər gənc yaşlarında öz izdivac məsələlərində daha çox istədikləri, özlərinə uyğun ailə ilə qohum olmaq, hər iki ailənin bel sındıran tələblərdən çəkinmələri, bu məsələni tez həll etmək, sözdən, danışmaqdan çox əməl mərhələsinə keçmək və s. kimi məsələləri bu gün öz övladları üçün də istəməlidirlər.
    İzdivac üçün vasitəçilik etmək Allah yanında özünəməxsus savaba malikdir. Əziz valideynlər bu vasitəçiliyi öz üzərlərinə götürməli və sona qədər davam etdirməlidirlər.
    Həzrət Peyğəmbər (s) buyurmuşdur: «İmanlı oğlan və qızların izdivacında Allahın onları bir-birinə yetirməsi üçün zəhmət çəkən şəxsin mükafatı min behişt hurisidir. Bu iş üçün atdığı hər addımın, danışdığı hər sözün savabı bir il ibadətin savabına bərabərdir».
    İzdivac məsələsini asanlaşdıra bildikləri halda onu çətinləşdirənlər, özlərini çox böyük bir savabdan məhrum edirlər.
    Onlar öz övladlarının cavabını - günaha düşdükləri, onlara hər hansısa zərbə dəydiyi, fikir pozuntusuna sürükləndikləri təqdirdə - Allahın ədalət məhkəməsində verməli olacaqlar.
    Musa ibn Cəfər (ə) məktub vasitəsi ilə malik olduğu malı Məhəmməd ibn Cəfərin əyalının mehriyyəsinə kömək etmək üçün öz möhtərəm bibisindən istədi. O kəramətli qadın məktubu alan kimi istənilən malı göndərdi. Məktubda deyilirdi: «Allahın qiyamətdə bir kölgəsi olacaqdır. Bu kölgədən yalnız Peyğəmbər, onun vəsisi, mömin qulu azad edən, möminin borcunu ödəyən və subay mömini evləndirən şəxs faydalanacaq».
    Həzrət Əli (ə) buyurmuşdur: «Ən böyük günah möminin malına təcavüzdür. Ən böyük vasitəçilik isə izdivac məsələsində vasitəçilik etməkdir».
    İmam Sadiq (ə) buyurmuşdur: «Subayı evləndirən şəxs Allahın qiyamət günü rəhmət gözü ilə baxacağı şəxslərdəndir».
    Digər bir hədisdə isə buyurur: «Allah qiyamətdə dörd nəfərə rəhmət gözü ilə baxar: Geri qaytarılmış malı qəbul edən dükançıya, digərinin qəmini aradan qaldırana, qul azad edənə, subayı evləndirənə».
    Rəsulullah (ə) buyurmuşdur: «Ailə qurmaq qərarına gəlmiş qadın və kişinin qərarını pozub onları bir-birindən ayıran şəxs, Allahın qəzəb və lənətinə gələr. Allah onun başına min odlu daş yağdırar. Bu iş üçün çalışan, lakin müvəffəq olmayan şəxs də Allahın qəzəb və lənətinə gələr və Allahın rəhmətinə qovuşmaq ona haram olar».
    Kaş bütün ata-analar bundan xəbərdar olaydılar! Bu həqiqətlərə əməl etməklə böyük bir ilahi savabdan bəhrələnəydilər! Kaş bu məsələlərdən xəbərdar olanlar təkəbbürdən, bu qadağalardan çəkinməklə qiyamətdə Allahın əbədi qəzəb və lənətinə gəlməyəydilər!
    TƏKƏBBÜR İBLİS SİFƏTİDİR
    Bu gün gənclərin həddi-buluğa tez yetməsi camaatın problemini daha da artırmış, yad mədəniyyətlərin hücumu onların dərdini daha da dərinləşdirmiş, küfr dünyasının informasiya mərkəzləri xüsusilə cavanların fikrini, ruhunu işğal etmiş, biabırçı kinofilmlər bütün dünyanı tutmuşdur. Bütün bunların nəticəsi isə şəhvani meyllərin təhrik olunması və qərizələrin alovlanmasıdır. Valideynlərin, qohumların, imkanlıların, bir sözlə, millət və dövlətin bütün qüvvəsi gənclərin izdivacını asanlaşdırmağa, yanlış adət-ənənələri kənara qoymağa və bu kimi digər məsələləri həyata keçirməyə sərf olunmalıdır. Bu, şəri və əxlaqi baxımdan vacib və zəruridir. Bu yolla cavanların insani keyfiyyətlərini, əxlaq və imanlarını qorumaları lazımdır.
    Valideynlər ilahi göstərişləri, Peyğəmbər (s) və məsum imamların buyruqlarını həyata keçirərkən təkəbbürlük etməməlidirlər. Çox təəssüflər olsun ki, bəzən müşahidə olunduğu kimi, bəzi valideynlər sanki padşah, övladları isə şahzadəymiş kimi davranırlar. Əqd və toy mərasimlərinin padşahlara layiq keçirilməsi tələbini irəli sürürlər. Onların ağır təklif və istəkləri qohum olacaqları ailəni çətin, çıxılmaz vəziyyətdə qoyur, övladları isə ailə qurmaq istəmələrinə peşman edir. Bununla da, naümid olan övladlar öz cinsi qərizələrini doyurmaq üçün qeyri-qanuni yollara əl atır və özlərini müxtəlif cinsi günahlara aludə edirlər.
    Quran Haqqa qarşı təkəbbürlük etməyi İblisin xüsusiyyətlərindən hesab edərək buyurur:
    «Buna görə də mələklərin hamısı birlikdə (Adəmə) səcdə etdi. Yalnız İblisdən başqa! O, (səcdə etməyə) təkəbbürlük göstərdi və kafirlərdən oldu»("Sad" 73-74).
    «Allah buyurdu: «Oradan (cənnətdən) aşağı en. Orada sənə (Allahın əmrinə) təkəbbürlük göstərmək yaramaz. Oradan çıx ki, sən alçalanlardan oldun!» ("Əraf" 13).
    Həzrət Əli (ə) buyurmuşdur: «Təkəbbürdən qəti surətdə çəkin. Həqiqətən təkəbbür günahların ən böyüyü, eyiblərin ən pisi və İblis xislətidir»;("Mizanül-hikmə" c.8, səh.298)«Təkəbbürdən çəkin. Çünki o Allah-təalaya qarşı asi olub, Ondan üz çevirməyin qaynağıdır»;(Həmin mənbəə, səh.300-302) «Təkəbbür ən çirkin xüsusiyyətdir».(Həmin mənbəə)
    Həzrət Peyğəmbər (s) buyurmuşdur: «Təkəbbürdən çəkinin. Allah-təala təkəbbürlə yaşamağa davam edənlər haqqında əməl yazıçılarına buyurur: «Ey əməl yazıçıları! Bu bəndəmin adını tarix zalımlarından biri kimi qeyd edin».(Həmin mənbəə)
    O həzrət (s) Əbuzərə buyurur: «Ey Əbuzər! Qəlbində zərrə qədər təkəbbür olan halda ölən şəxs, behişt iyini dadmayacaq. Onun çıxış yolu yalnız ölməzdən öncə tövbə edib, təkəbbür libasını çıxarmaqdır».(Həmin mənbəə)
    Doğrusu, nütfədən yaranmış, dünyada yaşayarkən olduqca zəif, gücsüz olan varlığın Haqqa və ya xalqa qarşı təkəbbür etməyə nə haqqı var?
    İmam Sadiq (ə) atalarından nəql edir: «Salmanla bir kişi arasında dava düşdü. O kişi təkəbbürlü bir görkəm alaraq Salmana dedi: «Sən kimsən ki, mən səninlə qarşı-qarşıya gələm?» Salman cavab verdi: «Sənin də, mənim də əvvəlimiz nəcis nütfə idi. Axırımız isə qəbirdə pis qoxulu bir murdardır. Qiyamət günü mizan qurulduqda kimin əməli ağır gələcəksə üstün, yüngül gələcəksə alçaq olacaq».("Bihar" c.73, səh.231)
    Əllamə Məclisi bu təhlükəli xəstəliyin müalicə olunması haqqında buyurur: «Təkəbbürün müalicəsi və təvazö əldə olunması iki yolla mümkündür: elmi və əməli yolla. Elmi yolu budur ki, özünü və yaradanını tanısın. Bu tanıma təkəbbürün qəlbindən silinməsi üçün kifayətdir. Çünki özünü tanıdıqda nə qədər zəlil, dəyərsiz olduğunu anlayacaq və biləcək ki, onun haqqı yalnız təvazö etməkdir. Elə ki, öz daxili aləminə, xarici aləmə, Quran ayələrinə diqqət yetirərək Allahı tanıdıqda təkəbbürün, böyüklüyün yalnız Ona məxsus olduğunu anlayacaq.
    Əməli yolu isə budur ki, bütün hərəkətlərində, davranışlarında təvazökar olmağa çalışsın. Saleh insanları özünə örnək hesab etsin. Böyük İslam peyğəmbərinin (s) həyatından dərs alsın. Məxluqatın əşrəfi olan o həzrət (s) əyləşib yemək yeyərkən buyururdu: «Bir bəndə digər bəndələr kimi yemək yeyir».("Bihar" c.73, səh.201-205) (Burada Peyğəmbər (s) bəndə dedikdə özünü nəzərdə tutmuşdur).
    Bütün bunları nəzərə alaraq, valideynlər izdivac məsələsində öz övladlarına qarşı təvazökar olmalıdırlar. Bu məsələdə onların təvazöləri yalnız amal və arzuların, təbii meyllərin yüksəkliklərində pərvazlanan övladlarını nəzərə almaqları və yersiz adət-ənənələr və s. kimi izdivacı çətinləşdirən məsələlərdən uzaq durmalarıdır. Onlar övladlarının izdivacdan sonra da rahat yaşamaları üçün bu məsələləri olduqca asanlaşdırmalı və qarşı tərəfin öhdəsinə gücləri çatmayan öhdəliklər qoymamalıdırlar.
    İZDİVACI ASANLAŞDIRMAQ HAQQINDA MARAQLI BİR HADİSƏ
    Dahi alim Mərhum Molla Məhəmməd Təqi Məclisi üç alim oğul və dörd fəzilətli qız atası idi.
    Onun böyük qızı Amənə Bəyimdir. Amənənin öz alim həyat yoldaşı ‒ «Üsuli-kafi» kitabının şərhçisi Molla Saleh Mazandarani ilə maraqlı və ilahi izdivac hekayəsi belədir: Molla Saleh Mazandarani tanınmış şiə alimlərindən olmuşdur. Onun macəra ilə dolu həyat tarixinin icmalı belədir: Atası olduqca yoxsul bir kişi idi. Belə ki, öz oğlunun xərclərini təmin etməyə belə qadir deyildi. Bu səbəbdən o, oğluna deyir: «Mən sənin xərclərini təmin edə bilmirəm. Bu işlə özün məşğul ol».
    Çox gənc olan Molla Saleh İsfahana gəlir və bu şəhərdəki elm mərkəzlərindən birində təhsil almağa başlayır. Burada hər bir tələbəyə, elmi səthinə uyğun olaraq, müəyyən məbləğdə pul verilirdi. Təhsilə yeni başlayan Molla Salehin aylığı olduqca az idi. Belə ki, öz adi məişət xərclərini belə ödəmirdi.
    O çox sıxıntı və çətin günlər keçirir, hətta gecələr mütaliə edərkən belə, bu iş mərkəzinin həyətində yandırılan çıraqdan istifadə edirdi.
    Lakin o böyük ciddiyyət və möhkəm iradəsi nəticəsində məhrumiyyətlərə qələbə çalaraq, yüksək elmi məqama yetişdi. Belə ki, Əllamə Məclisi - Molla Məhəmməd Təqinin dərslərində iştirak etmək şərəfinə nail oldu. Çox keçmədi ki, Əllamənin xüsusi diqqətini cəlb edərək, bütün tələbələrdən önə keçdi.
    «Miratül-əhval» kitabının müəllifi bu barədə yazır: «Bu zaman Molla Saleh cavan bir alim idi. Ailə qurmaq, özünə həyat yoldaşı seçmək haqqında düşünürdü. Əllamə Məclisi bu haqda məlumat əldə etmişdi. Bu səbəbdən bir gün ona dedi: «İcazə verirsənmi sənin üçün həyat yoldaşı seçim?» Molla Saleh başını aşağı saldı. Bir neçə andan sonra öz razılığını bildirdi. Əllamə Məclisi yerindən qalxıb evə daxil oldu. Bir çox elmlərə dərindən yiyələnən alim qızı Amənə Bəyimi yanına çağırıb dedi: «Qızım, səni bir nəfərə ərə vermək istəyirəm. Lakin olduqca yoxsul və son dərəcə fəzilət sahibi bir şəxsdir. Bu iş sənin razılığına bağlıdır». O fəzilətli xanım çox böyük bir həya ilə dedi: «Atacan, yoxsulluq kişilərin eybi deyil». O bu sözü ilə izdivaca razılığını bildirdi. Bundan sonra Əllamə onların əqdini oxudu və toy üçün bütün müqəddimələri hazırladı.
    Molla Saleh toy gecəsi gəlinin bənzərsiz olmasını müşahidə etdikdən sonra qadir Allaha şükür edərək bir küncə çəkilib mütaliəyə məşğul oldu. O qarşıya çıxan böyük bir elmi məsələni həll edə bilmirdi. Amənə Bəyim bunu başa düşdü. Molla Saleh səhəri gün tədris üçün evdən çıxanda, Amənə bu elmi məsələnin geniş şərhini yazıb, onun yerinə qoydu. Növbəti axşam Molla Saleh onun yazısına baxdı və qarşıya çıxan həllolunmaz məsələni həll etdiyini gördü. Elə buna görə də alnını torpağa qoyaraq şükür səcdəsi etdi və sübhə qədər ibadətlə məşğul oldu. Bu minvalla o gəlinlə üç günə qədər kəlmə belə kəsmədi.
    Əllamə Məclisi bu hadisədən xəbərdar olduqda ona dedi: «Əgər bu qadın sənə münasib deyilsə, sənin üçün digərini tapım». Molla Saleh dedi: «Yox, düşündüyünüz kimi deyil. Bütün bunların səbəbi Allahın şükrünü əda etməkdir. Allaha şükür edirəm ki, mənə belə bir nemət bəxş edib. Lakin bu nemətin şükrünü edib qurtara bilmirəm». Əllamə Məclisi bu sözü eşitdikdə buyurdu: «Allahın şükrünü etməyi bacarmamağı etiraf etmək bəndələrin şükrünün son həddini göstərir».
    Diqqət yetirirsinizmi? Əllamə Məclisi öncə bütün elmləri mənimsəmək şəraitini öz qızı üçün yaradır. Bununla da o, elmin fətholunmaz qüllələrinə yetişir. Sonra onu ismət, həya, iffət mədəni, İslam əxlaqı, təvazö simvolu kimi yetişdirir. Daha sonra isə onun izdivac məsələsində ən asan yolu seçir və sorğu-sualsız onu iman, əxlaq, əməl baxımından özünə münasib olan birinə ərə verir. Ən başlıcası isə budur ki, onu Molla Salehə ərə getməyə məcbur etmir. Bu məsələdə təkəbbürlük göstərmir. Əksinə, ilahi maarifin tələbinə uyğun olaraq özünə həyat yoldaşı seçməyin qızının razılığına bağlı olduğunu bildirir. Digər mühüm bir məsələ isə budur ki, o, şükür etməyə başı qarışıb gəlindən ayrı düşən Molla Salehə «Bəyənmirsənsə, sənin üçün digər bir qadın seçim»-deyə təklif edir.
    Haqq övliyalarının, həqiqət aşiqlərinin, saleh və ləyaqətli şəxslərin, imanlı və iffətli qadınların, pak və pakizə ailələrin əxlaqı, getdiyi yol budur! Allahın bərəkəti bu növ izdivaclara şamil olur və Onun rəhməti bu tip ailələrə hakimdir.
    Molla Saleh o müqəddəs qadın vasitəsi ilə altı alim, ədib, fəqih və şair oğul, iki fəzilət sahibi qız atası oldu. Onun qızlarından biri Əbul Məalinin həyat yoldaşı, Mir Əbu Talibin isə anası olmuşdur. Bu ata və oğul hər ikisi görkəmli alim olmuşlar.
    Ayətullahul-üzma Brucerdinin beşinci babası, I Məclisinin qız nəvəsi seyyid Məhəmməd Mir Əbu Talibin kürəkəni olmuşdur. Bununla da onun övladları Məclisi ailəsinə bağlanır. Onun ikinci qızı Ayətullah Brucerdinin altıncı babası seyyid Əbdülkərim Təbatəbainin həyat yoldaşı, seyyid Məhəmməd Təbatəbainin isə anası olmuşdur.
    Məsum imamlardan bizə gəlib çatan rəvayətlərin birində deyilir: «Allah-təala bəşərin ehtiyacı olan hər bir şeyi öz elçisinə təlim etmişdir. Aşağıdakı hadisəni onların bir nümunəsi kimi qeyd etmək lazımdır: Bir gün Peyğəmbər (s) mənbərə qalxıb, Allaha həmd və səna etdikdən sonra buyurdu:« Ey camaat! Vəhy mələyi Allah tərəfindən mənə nazil olub dedi: «Gənc qızlar ağacların nazik budaqlarında yetişən meyvəyə bənzəyirlər. Onları yetişən kimi dərmək lazımdır. Əks təqdirdə, günəşin hərarəti, küləklərin əsməsi onları məhv edəcək. Gənc qızlar həddi-büluğa yetişdikdə, onların qərizələrinin tüğyanının ərdən qeyri dərmanı yoxdur. Əks təqdirdə, onlar aludə və məhv ola bilərlər. Çünki onlar da insandırlar». ("Müstədrəkül-vəsail" Nigahın müqəddiməsi bölümləri, 23-cü bölüm)
    Valideynlər bu məqama olduqca diqqət yetirməlidirlər. Qızlar lazımi inkişaf həddinə çatdıqda, olduqca asan və sadə yolla onların izdivac məsələsini həll etməlidirlər. Onlar bu hərəkətləri ilə Haqqın buyruğuna əməl etmiş və böyük bir savab qazanmış olacaqlar.
    BƏHSLƏŞMƏK ŞEYTANİ BİR MƏSƏLƏDİR
    Bəzi fərdlərin ən pis adətlərindən biri də bəhsləşməkdir. Belə ki, hər hansısa bir fərd və ya ailə öz qohumlarının, qonşularının yaxşı maddi vəziyyətini görüb əl-ayağa düşür və nəyin bahasına olursa olsun, onlarla ayaqlaşmağa çalışır. Qız öz qohum qızlarının maddi vəziyyətinə göz dikir və gələcək həyat yoldaşının, nikah və toy mərasimlərinin filan qızın nikah və toy mərasimləri kimi olması arzusuna düşür. Buna görə də münasib elçilərə «maddi durumları yaxşı deyil» -deyə, rədd cavabı verir. İzdivac təkliflərini qəbul etməyərək vaxtı o qədər uzadır ki, artıq yaşı keçir. Bu zaman çıxılmaz vəziyyətdə qalaraq, yaşlı və ya həyat yoldaşı olmuş kişi ilə ailə qurmağa məcbur olur. Bəzən də evdə qalıb, ömrünün sona yetməsini gözləyir. Belələri izdivac etsələr də, gənclik əhval-ruhiyyəsindən məhrum olurlar. Nə ərlərinə qulluq göstərməyə, nə də övlad tərbiyə etməyə hövsələləri çatmır. Ümumiyyətlə, bəhsləşmə izdivac yolunun maneələrindən, şeytani sifət və pis adətlərdəndir.
    Quranın «Hicr» surəsinin 88-ci və «Taha» surəsinin 131-ci ayələrində dünya əhlinin dünyasına, var-dövlətlilərin var-dövlətinə göz dikməyə qadağa qoyulmuşdur. İmamların rəvayətlərində qeyd olunur: «Daim digərlərinin dünyasına göz dikən və onlarla ayaqlaşmaq arzusunda olan şəxslər sonsuz qəm-qüssə və həsrətə düçar olurlar».
    İzdivac Allaha görə, xalis niyyətlə olmalıdır. Ondan məqsəd, Peyğəmbərin (s) sünnəsini həyata keçirmək, saleh övlad yetişdirmək və Haqqın rəhməti sayəsində pak bir həyat sürmək olmalıdır.
    İzdivacın təməli bu məqsədlərlə qurularsa, olduqca möhkəm və sarsılmaz olar və Allahın bərəkəti bu izdivacda özünü göstərər.
    İzdivacın müqəddiməsi hazırlandıqda, bu məsələ ilə əlaqəli şəxslər onun sona qədər davam edib həyata keçməsinə çalışmalı, yersiz dəxalətlərdən çəkinməlidirlər. Onlar bu ilahi əmrin icrasında qeyri-adilanə qəzavət, öz yerini şirin etmək və s. kimi məsələlərdən qəti şəkildə uzaq olmalıdırlar.
    AĞIR MEHRİYYƏLƏR
    Mehriyyə məsələsi İslamda ən mühüm, dəqiq və incə məsələlərdəndir. İslam mehriyyənin az olmasını təkid edir və ağır, çox mehriyyəyə nifrətlə yanaşır.
    Qiymətə, dəyərə malik olan hər hansısa bir mal və ya əməl, məsələn bağ, mağaza, torpaq sahəsi, tikili, nağd pul, elm öyrətmək və s. kimi şeylər qadının mehriyyəsi ola bilər.
    Quran ayələrindən əlavə, mötəbər kitablarda Peyğəmbərdən (s) və məsum imamlardan (ə) çox mühüm rəvayətlər qeyd olunmuşdur. Bu rəvayətlər bütünlüklə yüngül mehriyyələr üzərində dayanır və ağır mehriyyələrdən çəkinməyi tapşırır. Çünki ağır mehriyyələr gənclərin izdivacdan üz döndərmələrinə və qızların evdə qalmalarına səbəb olur.
    Həzrət Peyğəmbər (s) buyurmuşdur: «Ümmətimin ən üstün qadını özü gözəl, mehriyyəsi az olanlardır».("Bihar" c.103, səh.347)
    Əli (ə) buyurmuşdur: «Mehriyyələri çoxaltmayın. Çünki bu, düşmənçiliyə səbəb olur».(Həmin mənbəə)
    Bəli, hər hansısa bir gənc qohumlarından, qonşularından və ya digər ailələrdən olan bir qıza elçi göndərdikdə ağır mehriyyə ilə qarşılaşarsa, özünü izdivac məsələsində uduzmuş hesab edir. Bununla da onda qızın özünə və ailəsinə qarşı kin yaranır. Bu ümidsizlik onu fəsada sürükləyir, ömrünü hədər edir, gəncliyinə, əhval-ruhiyyəsinə əvəzolunmaz ziyan vurur.
    Həzrət Sadiq (s) buyurur: «Az xərc aparması və doğması (doğulması) asan qadının bərəkətindən, xərclərinin çoxluğu, çətin doğması (doğulması) isə onun nəhsliyindəndir».
    Peyğəmbər (s) buyurmuşdur: «Mehriyyələri ağırlaşdırmayın. Eşqi, məhəbbəti mehriban Tanrı yaratmalıdır. Pul və var-dövlət eşq, məhəbbət yaratmır».(Mucazatul-nəbəviyyə-182)
    Həzrət Peyğəmbər (s) Hövla adlı bir qadına buyurur: «Ey Hövla! And olsun məni peyğəmbərliyə seçən Pərvərdigara! Allah ərinin öhdəsinə ağır mehriyyə qoyan qadının boynuna oddan zəncir salar».
    Ağır mehriyyə cavanların izdivacdan qaçmasına, onların günaha düşməsinə səbəb olur. Bu mehriyyəni istəyənlər isə gənclərin pozğunluğuna şərik olurlar və buna görə də İlahi əzaba layiqdirlər.
    QURAN İZDİVACIN HƏQİQİ MEHRİYYƏSİ OLUR
    Həzrət Baqir (ə) buyurmuşdur: «Bir qadın həzrət Peyğəmbərin yanına gəlib, «Məni ərə verin»-deyə ərz etdi. Həzrət Peyğəmbər (s) üzünü camaata tutub, buyurdu: «Sizin hansınız bu qadını qəbul etməyə hazırdır?» Bir kişi ayağa duraraq dedi: «Mən». Həzrət (s) buyurdu: «Mehriyyə üçün nə verirsən?» Kişi «Bir şeyim yoxdur»-deyə cavab verdi. Həzrət buyurdu: «Mehriyyəsiz olmaz». Rəsulullah yenə təklifini təkrar etdi. Lakin həmin kişidən qeyrisi cavab vermədi. Həzrət (s) üçüncü dəfə də soruşdu. Sonra kişiyə buyurdu: «Qurandan bir şey bilirsənmi?» O, «Bəli»-deyə cavab verdi. Həzrət (s) buyurdu: «Bu qadını - Qurandan bildiyin qədəri öyrətməyin qarşılığında - sənə ərə verirəm».
    İmam Rza (ə) buyurmuşdur: «Hər hansı bir mömin digər mömin qardaşının ailəsinə elçilik etsə və mehriyyə olaraq beş yüz dirhəm ödəsə və «mehriyyə azdır»-deyə qəbul etməsələr, ona zülm ediblər. Onlar Allah tərəfindən Huril-eyndən məhrum olunmağa layiqdirlər.»("Bihar" c.103, səh.348)
    Ümmi-Səlim İslamın ilk dövrlərinin qadınlarından və əsilli-nəsilli ailəyə mənsub idi. Ona elçilik edən gəncin müsəlman olmasını mehriyyə olaraq istədi. Bu həmin qadındır ki, övladı ölərkən ərinə təsəlli verdi və fəryad etməyə qoymadı. Allah-təala bu səbri qarşılığında ona gələcəkdə Əlinin (ə) dostlarından olan bir övlad verdi.
    Kəramətli qızlar bu məsələyə diqqət yetirməlidirlər. Özlərinə uyğun olan bir şəxs onlara elçi göndərdikdə, ailələri izdivac məsələsini, xüsusilə də mehriyyə məsələsini çətinləşdirərlərsə, olduqca ədəb-ərkanlı şəkildə öz ailələri qarşısında dayanmalı, Haqq maarifini onlara çatdırmaqla ailələrini bu əməllərdən çəkindirməlidirlər. Çünki aza qane olmaq ilahi övliya və ənbiyaların əxlaqi sifətlərindəndir.
    Həzrət Peyğəmbər (s) öz qızının həzrət Əliylə (ə) izdivacında çox az mehriyyə təyin etdi ki, bütün ümmətə nümunə olsun. Əziz ailələrin izdivac, xüsusilə də mehriyyə məsələsində öz Peyğəmbərlərinin etdiklərinə tabe olmaları zəruridir.
    Category: İslamda ailə 1 | Views: 1084 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024