İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 1820
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Jafidlop
  • ElvinAliyev1986
  • ZauriceGar
  • Zartysot
  • Gunahsiz1gun
  • Ceyhun630
  • kami
  • artpak2012
  • zeyneb_a_va
  • Famesbar
  • Main » 2011 » September » 28 » Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik)
    10:39 AM
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik)
    ƏLLİ SӘKKİZİNCİ DӘRS
    DUA VӘ ZİYARӘTİN QAYDALARI
    1. DUA
    ALLAHI TANIMA
    Dua edən hər bir şəxs Aləmlərin Rəbbi və hər şeyə qadir olan Allaha iman gətirməlidir.
    Peyğəmbər (s) bu haqda buyurur:
    «Allah-taala buyurur: Kim Məndən bir şey istəsə, xeyir və zərərin Mənim əlimdə olduğunu bilsə, duasını qəbul edərəm».(Yənabiul-hikmət, 3377-ci hədis. )
    İmam Kazim (ə) buyurur:
    «Səhabələr imam Sadiq (ə)-dan soruşdu: Nə üçün etdiyimiz dualar qəbul olunmur?
    İmam (ə) buyurdu: Çünki tanımadığınız şəxsi çağırırsınız!?»(Həmən mənbə, 3376-cı hədis.)
    2. ALLAHA ÜMİD BӘSLӘMӘLİ
    Bir qədər əvvəl «Allaha həm qorxu, həm də istəklə [ümidlə] dua edin» ayəsinə işarə etdik.
    Yəni, əgər Allaha ümid bəsləyirsinizsə bilin ki, O, istəklərinizi həyata keçirəcəkdir.
    Peyğəmbər (s) buyurur:
    «Dualarınızın qəbul olunacağını yəqin etdiyiniz bir halda Allahı çağırın».(Yənabiul-hikmət, 3379-cu hədis.)
    İmam Cəfər Sadiq (ə) buyurur:
    «Dua etdiyiniz zaman belə güman edin ki, hacətiniz evinizin kənarında hazırdır». (Yəni qəbul olunacağını yəqin bilin).(Üsuli-kafi, 2-ci cild. )
    3. DİGӘR VASİTӘLӘRӘ ÜMİD BӘSLӘMӘMӘLİ
    Dua edən şəxs öz hacətini Allahdan dilədiyi zaman yalnız və yalnız Ona ümidvar olmalı və digər vasitələrə ümid bəsləməməlidir. İmam Cəfər Sadiq (ə) buyurur: «Dualarınızın Allah dərgahında qəbul olunmasını istəyirsinizsə, yalnız Ona ümidvar olun və camaata əsla ümid bəsləməyin».(Həmin mənbəə)
    4. QӘLBİN HÜZURU
    Dua edən hər bir şəxs Allah dərgahına saf niyyətlə üz tutmalı və öz istəklərini səmimi qəlb ilə çatdırmalıdır. İmam Cəfər Sadiq (ə) buyurur: «Allah, qəflət içində olan qəlblərdən duaları qəbul etməz. Elə isə Allah dərgahına dua etdiyiniz zaman qəbul olunacağını yəqin bilin».(Həmin mənbəə)
    5. AH-NALӘ
    Dua edərkən insanın Allah qorxusundan ağlayıb ah-nalə etməsi, onun aləmlərin Rəbbinə möhtac olduğuna dəlalət edir. İnsan belə etməklə, tam ciddiliklə istək və arzularını büruzə verə bilər. Demək, dua edən hər bir şəxs öz ehtiyacını Allah dərgahında kiçilərək ürək yanğısı ilə büruzə verməlidir. İmam Cəfər Sadiq (ə) buyurur: Qəlbiniz yumşaldığı zaman dua edin, çünki qəlb saflaşmadan yumşalmır».(Üsuli-kafi, 2-ci cild.)
    6. DUALARI ALLAHIN ADI İLӘ BAŞLAMALI
    Peyğəmbər (s) buyurur:
    «Allahın adı ilə başlanan dualar rədd olunmur».(Biharul-ənvar, 93-cü cild, bab-17.)
    Ümumiyyətlə, hər bir müsəlman özünün bütün işlərini Allahın adı ilə başlamalıdır.
    7. MӘDH [TӘRİF] VӘ SӘNA
    İnsan dua etməzdən əvvəl Allahı Ona layiq olan adlarla mədh və tərif etməlidir. İmam Cəfər Sadiq (ə) buyurur:
    «Allahı mədh və tərif etmədən olunan dualar naqis və heç nəticə vermir».(Biharul-ənvar, 93-cü cild, bab-17. )
    8. PEYĞӘMBӘR (S) VӘ ONUN ӘHLİ-BEYTİNӘ SALAVAT VӘ SALAM
    Allahı gözəl adlarla vəsf etdikdən sonra yaxşı olar ki, insan həzrət Məhəmməd (s) və onun Әhli-beytinə salavat və salam göndərsin.
    Peyğəmbər (s) buyurur:
    «Mənə salavat və salam göndərməniz dualarınızın qəbul və əməllərinizin saflaşmasına səbəb olacaqdır.»(Biharul-ənvar, 94-cü cild, bab-29. )
    İmam Cəfər Sadiq (ə) buyurur:
    «Peyğəmbər (s) və onun Әhli-beytinə salam və salavat göndərməyincə dualarınız Allah dərgahına ucalmır».(Biharul-ənvar, 93-cü cild, bab-17. )
    9. PEYĞӘMBӘR (S) VӘ ONUN ӘHLİ-BEYTİNӘ TӘVӘSSÜL
    Peyğəmbər (s) və onun Məsum Әhli-beyti (ə) Allahla insanlar arasında rəhmət və mərhəmət vasitəsi olduqları üçün, onlar Allah dərgahında şəfaət etməyə ən layiqli şəxslərdir. Möminlər Allah dərgahından öz hacətlərini dilədikləri zaman onların böyüklüyünə and verir və onları özləri ilə Allah arasında şəfaətçi qərar verirlər.
    10. GÜNAHA İQRAR
    İnsan öz istək və hacətlərini diləməzdən əvvəl özünün Allah qarşısında aciz, peşiman və günahkar olduğunu iqrar etməlidir. İmam Cəfər Sadiq (ə) buyurur: «And olsun Allaha! Günahını iqrar etməyincə kimsənin günahı bağışlanmır.» (Üsuli-kafi, 2-ci cild.) 
    11. YEMӘK VӘ MӘNӘVİ PAKLIQ
    Allah-taala hədisi-qüdsidə Peyğəmbərə (s) buyurur:
    «Sənin vəzifən dua etmək, Mənim üzərimə düşən isə dualarını qəbul etməkdir. Qazancı haram yolla olanlardan başqa, kimsənin duası Məndən gizli qalmır».(Yənabiul-hikmət, 3326-cı hədis. )
    Peyğəmbər (s) buyurur:
    «Dualarının qəbul olunmasını istəyənlər yemək və qazancını halal yolla əldə etməlidirlər.»(Həmən mənbə, 3397-ci hədis. )
    12. İSRAR
    İnsan dua edərkən öz istək və arzularından tez əl çəkməməli, Allahın rəhmət dərgahından bir an da olsun, ümidini qırmamalıdır. İnsanın bu işdə israr etməsi onun Allaha tam əmin və güvənməsindən xəbər verir. İstək və arzularının qəbul olunmasına ümid bəsləməyənlərin bu soyuq rəftarı, onların Allaha etimad etməmələrinə dəlalət edir. Nəql olunmuş bir çox hədis və rəvayətlərdə müsəlmanlara dualarının qəbul olunmasında mümkün qədər çox israr etmələrinə tövsiyə olunur. Peyğəmbər (s) buyurur:
    «Həqiqətən dualarının qəbul olunmasında israr edənləri Allah-taala çox sevər».(Biharul-ənvar, 93-cü cild, bab-16. )
    13. DUALAR DӘSTӘ HALINDA OLUNMALI
    Yaxşı olar ki, dualar cəm və kütləvi halda olunsun. İmam Cəfər Sadiq (ə) buyurur: «Atam (imam Baqir (ə)) kədərli olduğu zaman qadın və uşaqlarını başına yığıb dua edər, onlar da amin deyərdilər».(Üsuli-kafi, 2-ci cild. )
    14. DUA ӘMӘLLӘ BİRGӘ OLMALIDIR
    Dua etməklə yanaşı, insan daim zəhmətə qatlaşmalı və imkanlarından bacardığı qədər istifadə etməlidir. Әli (ə) bu haqda buyurur:
    «Әməlsiz dua kamansız oxa bənzər».(Nəhcül-bəlağə, 330-cu hikmət. )
    15. GӘLİB ÇATAN DUALAR
    Yaxşı olar ki, insan Allah dərgahına üz tutduqda Məsum imamlardan (ə) bizlərə gəlib çatmış dualardan istifadə etsin. Әn gözəl ifadələr və ən gözəl diləklər məhz onların etdikləri dua və kəlamlarında nəzərə çarpır. Kumeyl, Səbah, Әbu Həmzə Somali, Şəban ayının münacatları və bu kimi dualar hər bir müsəlmanın mənəvi saflığına müsbət təsir göstərir. Bütün bunlarla yanaşı, insan dua edərkən təharətli olmalı, dəstəmaz alıb üzü qibləyə dayanmalı, zaman və məkanının münasib olub-olmamasına diqqət yetirməlidir.
    ZİYARӘTİN QAYDALARI
    1. QÜSL VӘ TӘHARӘT
    Müqəddəs övliyaların qəbrini ziyarət etmək istəyən şəxslər yaxşı olar ki, bədən və paltarlarının təmizliyinə diqqət yetirib qüsl alsınlar.
    2. QİBLӘYӘ TӘRӘF DURMALI
    Ziyarət zamanı yaxşı olar ki, ziyarətçi üzünü qibləyə tərəf tutsun.
    3. ӘDӘB VӘ EHTİRAM
    Müqəddəs şəxslərin özlərini ziyarət edərkən qarşılarında hörmət və ehtiram göstərildiyi kimi, qəbirlərini ziyarət etdikdə də həmin ehtiramı qoruyub saxlamalı və yüksək əxlaq nümunəsi nümayiş etdirmək lazımdır.
    4. ZİYARӘTGAHLAR
    Yalnız salam verməklə olsa belə, yaxşı olar ki, rəvayətlərdə qeyd olunan yerlər ziyarət olunsun.
    5. ZİYARӘT NAMAZI
    Ziyarət etdikdən sonra yaxşı olar ki, ziyarət niyyəti ilə iki rükət ziyarət namazı qılınsın. Bunu da qeyd edək ki, ziyarət namazları yalnız Məsum imamlar (ə) üçün qılınmalıdır.
    6. QURAN TİLAVӘTİ
    Ziyarət etdikdən sonra yaxşı olar ki, Quran oxunub övliyaların ruhuna hədiyyə edilsin.
    SUALLAR VӘ TAPŞIRIQLAR
    1. Edilən dualarda Allahtanıma nə kimi rol oynayır?
    2. Dua edərkən insan hansı hissləri keçirməlidir?
    3. Dua etdikdə insan nə üçün başqalarından ümidini kəsməlidir?
    4. Dua etməzdən əvvəl nə kimi işlər görmək lazımdır?
    5. Dua edərkən nə üçün Peyğəmbər (s) və Məsum imamlara təvəssül edilməlidir?
    6. Nəql olunmuş hədis və rəvayətləri nəzərə alaraq, deyin görək kimlərin duası qəbul olunmur?
    Category: Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) | Views: 475 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2019