İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 1820
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Jafidlop
  • ElvinAliyev1986
  • ZauriceGar
  • Zartysot
  • Gunahsiz1gun
  • Ceyhun630
  • kami
  • artpak2012
  • zeyneb_a_va
  • Famesbar
  • Main » 2011 » September » 30 » Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik)
    8:21 AM
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik)
    ON YEDDİNCİ DӘRS
    XӘSTӘLӘRLӘ GÖRÜŞ
    Xəstələrin görüşünə gedib onların qəlblərinə sevinc bəxş etmək islam dininin müsəlmanlara tövsiyə etdiyi digər əxlaqi xüsusiyyətlərdən biri hesab olunur.
    Bu dərsimizdə xəstələrin görüşünə getməyin zəruriliyi və onların qəlblərinə sevinc bəxş etmək haqda söhbət açacağıq.
    Haqqında söhbət açacağımız şey ilk növbədə islam dininin bu məsələyə olan baxışı, müsəlmanların bu xeyirxah işə necə sövq olunmaları və bütün bunlarla yanaşı görüşə gedərkən hansı şərtlərə riayət olunmasıdır.
    XӘSTӘLӘRLӘ GÖRÜŞ
    İslam nöqteyi-nəzərindən xəstələrlə görüşə getmək hər bir müsəlmanın üzərinə düşən və olduqca əhəmiyyət kəsb edən məsələlərdən biridir.
    Әvvəlki dərsimizdə qeyd etdik ki, başqalarının haqqı hesab etdiyimiz hər hansı bir məslədə onun [yəni haqqın] öz sahibinə çatdırılması hər bir müsəlmanın bir növ üzərinə düşən vəzifəsidir. Başqa sözlə desək, hər bir şəxs üzərinə düşən vəzifənin öhdəsindən gəlməklə əmanəti öz sahibinə çatdırmış və əhdə vəfa etmiş olur. Bunu da qeyd etdik ki, bu kimi məsələlərdə yardım etmiş şəxs, kimsənin boynuna minnət qoymamalı və onlardan təşəkkür etmələrini gözləməməlidir. Bu məzmunda nəql olunmuş bir neçə rəvayətə diqqət yetirin. Peyğəmbər (s) buyurur:
    Hər bir müsəlmanın başqa bir müsəlmanın üzərində olan haqqı bundan ibarətdir ki, görüşdüyü zaman onlarla salamlaşsın, xəstə olduğu zaman görüşünə getsin və dünyasını dəyişdikdə dəfn mərasimində iştirak etsin.
    Әli (ə) Peyğəmbərdən (s) nəql edərək buyurur:
    Hər bir müsəlmanın müsəlman qardaşının üzərində otuz haqqı vardır. O, üzərinə düşən vəzifəni yerinə yetirməyincə və ya müsəlman qardaşı onu bağışlamayınca (haqqını halal etməyincə) böyük məsuliyyət daşıyır. (Müsəlmanın üzərinə düşən otuz vəzifədən biri də) müsəlman qardaşı xəstələndiyi zaman onun görüşünə getməsidir.(Biharul-ənvar, 74-cü cild, 15-ci fəsil, 36-cı hədis. )
    İmam Sadiq (ə)-ın səhabələrindən olan Məəlla ibni Xənisə deyir: İmam Baqir (ə)-dan müsəlmanın öz müsəlman qardaşının üzərində nə kimi haqqı olduğu haqda soruşdum. Buyurdu: Hər bir müsəlmanın öz müsəlman qardaşının üzərində yeddi haqqı vardır. Onların hər birini yerinə yetirmək onun üçün vacib və zəruridir. O, öz müsəlman qardaşının hər hansı bir haqqını tapdadıqda (yəni üzərinə düşən vəzifənin öhdəsindən gəlmədikdə) Allahın bəndəliyindən xaric olur və Allah-taala onun bəndəliyindən heç bir bəhrə əldə etmir (yəni sanki o, Allaha bəndəlik etməmişdir). Sonra mən imam Sadiq (ə)-dan o yeddi haqqın nədən ibarət olduğunu soruşdum.
    Buyurdu: Ey Məəlla! Mən sənin üçün çox nigaranam. Qorxuram onları sənə deyim və sən də onları bilə-bilə əməl etməyib başqalarının haqqını tapdalamış olasan.
    Məəlla deyir: Heyrətə gəldiyimdən nə edəcəyimi bilməyib dedim: (La hövla vəla quvvətə illa billah) — Allahdan böyük qüdrət sahibi yoxdur.
    Sonra imam Sadiq (ə) üzünü mənə tutub buyurdu: Onlardan ən sadəsi bundan ibarətdir ki, özün üçün istədiyin hər bir şeyi öz müsəlman qardaşın üçün də istəyəsən və özünə rəva bilmədiyin şeyləri onlara da rəva bilməysən... Sonuncu yeddinci haqqı isə and içdiyi zaman [inanıb] andını, evinə çağırdığın zaman isə dəvətini qəbul edəsən. Xəstə olduğu zaman görüşünə, vəfat etdiyi zaman isə dəfn mərasiminə gedəsən. Həmçinin bir şeyə ehtiyacı olduğunu bildikdə onun üçün əlindən gələni edəsən və öz ehtiyacını sənə deməsinə vadar etməyəsən..(Biharul-ənvar, 74-cü cild, 15-ci fəsil, 40-cı hədis. )
    İmam Sadiq (ə)-ın səhabələrindən olan Muaviyə ibni Vəhəb deyir: İmam Sadiq (ə)-dan bizimlə dostlar, qohum-əqrəba və gediş-gəliş etdiyimiz qonşular arasında mövcud olan əlaqələrin necə olmasını soruşdum. Buyurdu: Әmanətlərini onların özlərinə qaytarın və onların yolunda şəhid olmağa hazır olun. İstər onların xeyirinə olsun, istərsə də zərərlərinə, xəstələrinin görüşünə gedin və vəfat etdikləri zaman dəfn mərasimlərində iştirak edin.
    Yuxarıda qeyd olunan rəvayətlərdən belə məlum olur ki, möminlər öz xəstə müsəlman qardaşının görüşünə getməklə sözün əsl mənasında üzərlərinə düşən ilahi vəzifənin öhdəsindən layiqincə gəlmiş olurlar. Onlar belə bir xeyirxah işləri ilə həm müsəlman qardaşlarının qəlbinə sevinc bəxş etmiş olur, həm də özlərində rahatlıq hiss edirlər. Çünki onlar üzərlərinə düşən vəzifəni yerinə yetirməklə Allahın razılığını qazanmış olurlar. Allahın razılığını qazanan şəxslər isə böyük savab və mükafata [əbədi cənnətə] nail olarlar. Bu haqda isə bir qədər sonra söhbət açacağıq.
    MÜSӘLMANLARIN XӘSTӘLӘRİN GÖRÜŞÜNӘ GETMӘLӘRİNӘ SÖVQ OLUNMALARI
    Bunun hər bir müsəlmanın üzərinə düşən ilahi və dini vəzifə olduğunu bəyan etdikdən sonra, nəql olunmuş hədis və rəvayətlərdə müxtəlif üsullarlar bu xeyirxah işə sövq olunduqlarına toxunulur. Peyğəmbər (s) bu haqda buyurur:
    Müsəlman bir şəxs öz xəstə müsəlman qardaşının görüşünə getdiyi zaman Allah-taala tərəfindən ona belə bir xitab olunar: Cənnətin uca məqamlarından birinə nail oldun. [Bu xeyirxah işinlə] həm özünü, həm də müsəlman qardaşını pak və rahat etdin (yəni günahlarını yudun].
    Başqa bir rəvayətdə deyilir:
    Səhər çağı xəstə müsəlman qardaşının görüşünə gedən möminləri yetmiş min mələk müşayiət edər. O, xəstənin yanında bir qədər oturarsa Allahın rəhməti onun üçün nazil olar və mələklər axşamadək Allahdan onun bağışlanmasını diləyərlər. Әgər axşam çağı xəstənin görüşünə gedərsə mələklər səhərədək Allahdan onun bağışlanmasını diləyərlər.(Üsuli-kafi, 3-cü cild, 120-ci səh, 6-cı hədis.)
    Qiyamət günü Allah-taala Öz bəndələrindən birini danlayıb deyər:
    Ey bəndəm! Nə üçün xəstələndiyim zaman məni yoluxmağa gəlmədin?
    O, deyər: İlahi! Sən aləmlərin Rəbbi, pak və münəzzəhsən. Eyb və nöqsandan uzaq olduğun bir halda ağrı və xəstəliyə tutularsanmı? Allah-taala buyurur:
    Filan mömin qardaşın xəstələndiyi zaman onun görüşünə getmədin. And olsun izzəti cəlalıma, əgər onun görüşünə getsəydin Məni orada görərdin. Bəndəmin xətiri əziz olduğu üçün Mən sənin istək və hacətini yerinə yetirərdim. Mən bağışlayan və rəhm edən Allaham.(Biharul-ənvar, 7-ci cild, 15-ci fəsil, 75-ci hədis. )
    İmam Məhəmməd Baqir (ə) buyurur: Həzrət Musa (ə) öz münacatlarının birində Allah-taaladan soruşdu:
    İlahi! Xəstə bir şəxsin görüşünə gedən bəndələrini necə mükafatlandırırsan?
    Allah-taala belə buyurdu:
    Bir mələk ayıraram ki, qəbirdən məhşərə qədər ona baş çəkib halını soruşar.(Biharul-ənvar, 81-ci cild, 4-cü fəsil, 11-ci hədis. )
    İmam Sadiq (ə) buyurur: Hər kəs Allaha xatir (Onun razılığını əldə etmək üçün) xəstələrin görüşünə gedərsə, Allah-taala xəstənin onun üçün etdiyi bütün duaları qəbul edər.(Biharul-ənvar, 81-ci cild, 4-cü fəsil, 10-cu hədis. )
    Nəql olunmuş rəvayətlərdən belə bir qənaətə gəlmək olur ki, vaxtaşırı xəstələrin görüşünə gedib onların qəlblərinə sevinc bəxş etmək Allahın razılığına, mələklərin Allahdan həmin şəxsin bağışlanmasını diləməklərinə, bu xeyirxah insanların əbədi cənnətə daxil olmalarına və nəhayət xəstələrin mənəvi rahatlıqlarına səbəb olur.
    GÖRÜŞ ZAMANI RİAYӘT OLUNMASI LAZIM OLAN ŞӘRTLӘR
    Bütün ictimai münasibətlərdə olduğu kimi xəstələrin görüşünə getdikdə müəyyən şərtlərə riayət etmək lazımdır:
    1. Hədiyyə;
    Xəstələrin görüşünə gedilən zaman tövsiyə olunan şərtlərdən biri də hədiyyələrin aparılmasıdır.
    Peyğəmbər (s) bu haqda buyurur:
    Hər bir şəxs özünün sevdiyi yeməklərdən xəstələrə də verərsə, Allah-taala cənnətin [tükənməz] meyvələrini onun ixtiyarına qoyar.(Biharul-ənvar, 81-ci cild, 4-cü fəsil, 32-ci hədis. )
    İmam Sadiq (ə)-ın səhabələrindən biri deyir: Dostlarımızdan biri xəstələnmişdi. Onu yoluxmağa gedərkən yolda imam Sadiq (ə) ilə qarşılaşdıq. Bizi gördükdə hara getdiyimizi soruşdu. Dedik: Xəstə dostumuzu görməyə gedirik.
    Buyurdu: Onun üçün alma, heyva, üzüm və ya ətir almısınızmı? Dedik: Xeyr.
    Buyurdu: Məgər bilmirsinizmi ki, xəstənin qəlbi onun yanına gətirilən hədiyyələrlə təskinlik tapır?
    2. Xəstənin yanında mümkün qədər az oturulmalı və onun rahatlığı pozulmamalıdır;
    Xəstələr ağrı və narahatçılıq keçirdikləri üçün istirahət və təkliyə çox ehtiyac duyurlar. Yanlarında çox oturub vaxtlarını almaq isə təbii ki, onların narahatçılıqlarına səbəb olur. Bu səbəbdən də Peyğəmbər (s) bu məsələyə tövsiyə edərək buyurur:
    Әn gözəl görüş, qısa və az müddətli olan görüşlərdir.
    Başqa bir yerdə buyurur:
    Xəstənin yanında dəvə yerə çökən qədər (yəni çox az müddətdə) oturun.
    Әli (ə) buyurur:
    Xəstə yanına gedən şəxslərin ən çox savaba nail olanı o kəslərdir ki, onun yanında çox az oturmuş olsun. Xəstə özü çox oturmağını istədikdə xahişini qəbul edib bir qədər də onunla həmsöhbət və həmdərd olmaq lazımdır.(Biharul-ənvar, 81-ci cild, 4-cü fəsil, 1-ci hədis. )
    3. Xəstələrin halını soruşub onlar üçün dua etmək;
    Peyğəmbər (s) bu haqda buyurur:
    Xəstlərin görüşünə getdiyiniz zaman əlinizi onların üzərinə qoyub səhhətini və gecəni sübhədək necə yatdıqlarını xəbər alın. İstər gəldikdə, istərsə də ayrılıb getdikdə əl-ələ verib onlarla salamlaşın.(Biharul-ənvar, 81-ci cild, 4-cü fəsil, 37-ci hədis.)
    Xəstələrinizi vaxtaşırı yoluxub onlar üçün dua edib, deyin: İlahi! Onu dərd və bəladan uzaq et və Özün ona şəfa, sağlamlıq bəxş et».(Biharul-ənvar, 81-ci cild, 4-cü fəsil, 32-ci hədis. )
    4. Xəstələrə ürək-dirək verib onların ruhiyyələrinin qaldırılması;
    Peyğəmbər (s) bu haqda buyurur:
    Xəstələrin görüşünə getdiyiniz zaman onlara ürək-dirək verib sağalmağına ümidvar idin. Bu heç nəyi dəyişməsə də onlarda ruhi arxayınçılığa səbəb olur.(Biharul-ənvar, 81-ci cild, 4-cü fəsil, 33-cü hədis. )
    5. Ev sahibindən təm-təraqlı süfrə açmasını gözləməməli, əksinə onları imkan daxilində bu işdən çəkindirməyə çalışmaq lazımıdır.
    Nəql olunmuş rəvayətlərdən birində deyilir:
    Peyğəmbər (s) möminləri xəstələrin yanında yeyib-içməyi qadağan edər və bunu onları savabdan məhrum etdiyini bildirərdi.(Biharul-ənvar, 81-ci cild, 4-cü fəsil, 32-ci hədis. )
    DӘRSİN XÜLASӘSİ
    Xəstələrin görüşünə gedib onların qəlblərinə sevinc bəxş etmək islam dininin müsəlmanlara tövsiyə etdiyi ictimai məsələlərdən biridir. Belə ki, bu ilahi vəzifə müsəlmanların üzərlərinə qoyulmaqla yanaşı, bu xeyirxah işə sövq edilərək əbədi cənnət və oranın tükənməz nemətlərinə nail olacaqlarına vədə verilmişdir. Xəstələrin görüşünə gedərkən bir neçə mühüm şərtə riayət etmək lazımdır. Әn başlıca şərtlərdən biri xəstə üçün xeyirli olan qida məhsulları tədarük görmək, xəstənin yanında çox yubanmamaq, səhhətini soruşmaq, onun üçün dua edib toxtaqlıq vermək və nəhayət ev sahibindən qonaqlıq gözləməməkdir.
    SUALLAR VӘ TAPŞIRIQLAR
    1. Xəstələrin görüşünə getmək nə üçün onların qəlblərinə sevinc bəxş etmək hesab olunur?
    2. Müsəlmanların üzərinə düşən bu ağır və ilahi vəzifə nə kimi müsbət nəticələr verir?
    3. «Allahın görüşünə getmək» deyildikdə nə nəzərdə tutulur?
    4. Görüş zamanı riayət olunması lazım olan şərtləri ixtisarla izah edin.
    Category: Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) | Views: 448 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2019