İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » 2011 » September » 25 » Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri)
    2:26 PM
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri)
    ONUNCU DƏRS
    BEHİŞTİN QABAQCILLARI VƏ ONUN BƏZİ TƏKLİFLƏRİNİN MƏQAM VƏ DƏRƏCƏLƏRİ
    1. Behiştin qabaqcılları;
    2. Fitrət və kamal axtarmaq:
    a) Namazın məqam və dərəcələri;
    b) Orucun məqam və dərəcələri;
    v) Cihadın məqam və dərəcələri;
    3. Möminlərin fərqi.
    BEHİŞTİN QABAQCILLARI
    Cənnət öncülləri barədə Peyğəmbər (s) buyurur:
    «Ey Əbuzər! Xoş o kəslərin halına ki, məhşər günü bayraqdardırlar. Bayrağı camaatın önündə tutaraq, cənnətə daxil olmaqda onlardan qabaqda gedərlər. Bunlar həmin o adamlardır ki, səhərlər və sair vaxtlarda məscidə getməkdə başqalarından qabağa düşərdilər».
    Bütün insanlar yaş fərqindən asılı olmayaraq çalışırlar ki, hər bir işdə həmişə başqalarından qabağa düşsünlər. Əlbəttə, bu yarışma və rəqabət əgər sırf dünya işləri üçün olarsa, pislənilir. Lakin başqalarından qabağa düşmək axirətlə əlaqədar olarsa, nəinki pis deyil, əksinə inkişaf və səadətə can atmasına bir nişanədir. Çünki insanın səadəti onun Allaha yaxınlaşması və əməl dəftərinin pak olmasındadır. Möminlərin bu məsələdə bir-birindən qabağa düşməsi, özünü göstərmək üçün deyil, səadətə qovuşmaq xatirinədir.
    Quranın bir yerində bu məsələyə təkid edilərək deyilir:
    «Allahınızın məğfirətinə və təqvalılar üçün hazırlanmış genişliyi yeri və göyləri əhatə etmiş cənnətə doğru tələsin».
    Həqiqətdə, bu ayə insan fitrətinin nidasına bir işarədir. Çünki onun fitrəti kamal axtarır, başqalarından daha kamil olmaq istəyir.
    FİTRƏT VƏ KAMAL AXTARMAQ
    Şübhəsiz ki, insan, kamalın son nöqtəsinə varmaq istəyir və bu, Allaha yaxınlaşmaqla mümkündür. Bu səbəbdən də, bütün vasitə və amillərdən bəhrələnməyə çalışır. Lakin məhdud kamillik insanın son hədəfi deyildir. Çünki birincisi, daha yüksək kamal qarşısında solğun görsənir. İkincisi də, insan öz istəyinə çatdıqdan sonra doymuş olur. Bu səbəbdən də deyirlər: «Vüsal eşqin qəbridir». Yəni insan məhdudun hüsn və kamalına aşiq ola bilməz. Həqiqətdə, insan fitri olaraq mütləq kamal aşiqidir və Allahın sorağındadır. İnsanın dərdi ilahi dərddir və əgər qəflət pərdələri gözünün önündən götürülsə, öz məşuqunu tapacaq və ibadətləri Əli (ə) kimi aşiqanə olacaqdır.
    Bu cəhətdən də Allah-təala Quranda buyurur:
    «Qəlblərə təskinlik verən Allahın zikridir»(«Rəd» surəsi, ayə 28.).
    Ərəbcə mətndə «Allahın zikri» kəlməsinin öndə gətirilməsi inhisar əlamətidir; yəni yalnız Allahı yad etməklə qəlblər təskinlik tapır və insan iztirabdan, nigarançılıqdan qurtulur. Əgər bir nəfər malın, pulun, vəzifənin insana rahatlıq bəxş etdiyini düşünürsə, çox yanılır. Əlbəttə, Quran onların olmasını qadağan etmir, lakin deyir:
    «Onlar insana asayiş və rahatlıq gətirmir»(«Kamil insan», Şəhid Mürtəza Mütəhhəri, səh. 94-96.).
    Deyildi ki, insan mütləq kamalın sorağındadır və bu yolda bütün vasitə və amillərdən bəhrələnməyə çalışır; mütləq kamala çatmağın amillərindən biri də, Allahla münacat və məscidlərin canlandırılmasıdır. Peyğəmbər (s) buyurur: «Xoş o kəslərin halına ki, qiyamət günündə qabaqcıl və bayraqdar olarlar. Onlar camaatın cənnətə girməsinə bələdçilik edər və başqaları cənnətə daxil olmaq üçün arxalarınca yollanarlar. Bu insanlar səhərin ilk vaxtında və digər vaxtlarda başqalarından daha tez məscidə yollanardılar. («Səhərin» öndə gətirilməsi buna görədir ki, ibadət üçün ən yaxşı vaxt səhər və axşam çağıdır.)
    Diqqət edilməlidir ki, insan ruhunun xüsusiyyətlərindən biri, başqalarının xeyir işdə qədəm götürdüyünü gördüyü zaman onun da həmin işə təşviq olunmasıdır. Həqiqətdə, psixologiya elmində «nümunə seçmə» məsələsi köklü şəkildə tərbiyənin ən yaxşı üsulu olaraq tanınmışdır. Həqiqətdə, insanın rəftarına ən çox təsir edən xarici amil ülgü və nümunə qəbul etməkdir. Bir nəfər əgər xeyir bir işdə qabağa düşüb ilk addımı atarsa, həmin işə başqalarının diqqətini də cəlb edəcəkdir və nəticədə, başqaları da həmin işə üz tutacaqlar. Bu işdə yeniyetmələr daha çox diqqətlidirlər.
    İnsan kamilləşdikcə başqalarına daha çox örnək olmaq istəyir və bu hisslərini xeyir işlər görməklə biruzə verir; nəticədə başqaları da təşviq olunurlar.
    Təbiidir ki, bir nəfər camaat arasında bir işə başlayanda, başqaları çox rahat onun ardınca gedirlər. Məsələn, bir məktəbdə zöhr namazı vaxtı bir neçə nəfər tələsik məscidə yollananda, onların əməli başqalarını da məscidə getməyə təşviq edir. Lakin bu işdə qabağa düşən olmasa, namaz vaxtı məsciddə olmaları gərəkdiyi halda, camaat bu məsələyə diqqətsizlik edir və ya diqqət etsə də, çox da səy göstərmir. Bu məsələ «nümunə seçmə» kimi tanınan həmin ruhi, psixoloji həqiqətin göstəricisidir.
    Əgər insan riyaya mürtəkib olmamaq üçün hər hansı bir işi gizli görürsə, onun bu əməli bəyənilən və yaxşı iş hesab olunur. Lakin bir nəfər savab bir işi başqalarının təşviq olunması niyyəti ilə aşkarda görərsə, onun bu işi nəinki pis sayılmaz, əksinə çox yerində görülmüş və dəyərli iş hesab olunar. Çünki onun bu işi görməkdə məqsədi, özünü göstərmək deyil, başqalarını da həmin işə cəlb etmək qəsdi ilədir. Bu barədə Allah-təala buyurur:
    «Onlara nəsib etdiyimiz hər şeydən, gizlində və aşkarda fəqirlərə bağışlayardılar»(«Rəd» surəsi, ayə 22.).
    Bəziləri deyiblər: «Sirli və gizli verilən sədəqə, riyadan uzaq olmaq, lakin aşkar verilən sədəqə, digərlərinin təşviqi üçündür». Beləliklə, hər ikisinin öz hüsnü vardır. Riyadan uzaq olmaq üçün namazını xəlvətdə qılanın da əməli yaxşıdır, başqalarını təşviq etmək üçün namazını məsciddə aşkar qılanın da. Əlavə olaraq, xalis niyyətlə məscidə getməkdə başqalarından qabağa düşüb onların təşviqinə səbəb olan kəsin savabı iki qatdır və qiyamət günündə də başqalarının bayraqdarı olar. Çünki başqalarının ayağını məscidə açan, onun əməli oldu.
    Rəhmətlik Ayətullahül-üzma Mərəşi Nəcəfi hər səhər azandan qabaq Hərəmə (Qum şəhərində yerləşən xanım həzrəti Məsumənin (s.ə) ziyarətgahı) getməyi özünə adət etmişdi. Hövzədə oxuduğum illərin əvvəlində, mədrəsədə sakin olduğumuz vaxtlardan hərdən səhərlər tələbə dostlarımla Hərəmə getmək bizlərə də nəsib olardı. Bəzən qar da yağardı və təəccüb içində görərdik ki, Ayətullah Mərəşi Nəcəfi Hərəmin qapıları açılmamışdan, əbasını başına çəkmiş və qapı arxasında oturub, qapının açılmasını gözləyir. Bu onun özünəməxsus bariz xüsusiyyətlərindən biri idi. Belə bir rəftar nə dərəcədə başqalarının təşviqinə səbəb olur? Tələbələr görəndə ki, bir nəfər mərceyi-təqlid Hərəmin qapıları açılmamış gəlib qapı arxasında oturur, bu iş onları da səhərin ilk vaxtı Hərəmə gəlməyə təşviq edirdi. İndi ki, məscidə getməkdə öndə olmağın əhəmiyyətinə işarə edildi, məsciddə hazır olmağın əhəmiyyətinə dair iki rəvayət xatırlatmaq yerinə düşər:
    Rəsuləllah (s) buyurur: «(Bilin ki,) məscidlərin öz munisləri var ki, mələklər onlarla oturub-durarlar. Əgər (üzürlü səbəbə görə) məscidə gələ bilməsələr, onlara baş çəkərlər və bir şeyə ehtiyacları olsa, kömək edərlər»(«Müstədrəkül-vəsail», cild 1, səh. 358.).
    Başqa bir rəvayətdə buyurur: «Namazın vaxtını gözləmək xatirinə məsciddə oturmaq ibadətdir» və həmçinin buyurur: «Allah-təala sözü Quran, evi məscid olan kəsə cənnətdə iki ev tikər»(Həmən mənbə.).
    BƏZİ TƏKLİFLƏRİN MƏQAM VƏ DƏRƏCƏLƏRİ
    Hədisin davamında Peyğəmbər (s) buyurur:
    «Ey Əbuzər! Namaz dinin sütunudur və dildə Allah üçün yad edilən hər bir şey daha böyükdür. Sədəqə vermək günahları yuyub aparır və xalqa faydası olan danışıq sədəqədən böyükdür. Oruc atəşin qarşısında qoruyucu zireh kimidir və dili qorumaq ondan daha böyükdür. Cihad şərafət və izzətdir və dillə edilən cihad şərafət baxımından daha böyükdür».
    1. NAMAZIN MƏQAMI VƏ DƏRƏCƏLƏRİ
    Peyğəmbər (s) buyurur: «Namaz dinin sütunudur və onsuz din yerə çökər. Lakin onu xatırladıb deyilən hər bir şey, namazın başqa əməllərindən daha mühüm və böyükdür. Çünki namazın zikrləri mömin bəndənin Allah qarşısında bəndəçiliyi və itaətinin cilvəsidir və həmçinin, Allahın məqamı və nəhayətsiz rəhməti həmin zikrlərlə tanıtdırılır.
    Namazın dinin sütunu olaraq tanıtdırılmasının əsas səbəbi, onun insan şəxsiyyətinin mənəvi cəhətdən formalaşmasında oynadığı mühüm roludur. Həqiqətdə, namaz insanın imanına təcəssüm və mənəvi varlığına kamal bəxş edir. Bu cəhətinə görə də dini maarifdə, Quran ayələrində, məsumların rəvayətlərində bu məsələyə xüsusi əhəmiyyət verilmişdir.
    Rəvayətlərin birində Peyğəmbər (s) buyurur: «Allahı tanıdıqdan sonra vaciblər arasında ən üstün əhəmiyyətə malik olanı namazdır. Qiyamət günü insandan soruşulacaq ilk sual namaz barəsindədir, əgər bu (namaz) qəbul olarsa, (insanın) digər əməlləri də qəbul olunacaqdır, əgər rədd edilərsə, digər əməlləri də qəbul olunmayacaqdır»(«Təfsiri Əbul Futuh», cild 1, səh. 103.).
    Səcdə edənin məqamı ilə əlaqədar Əli (ə) buyurur: «Namaz qılan şəxs onu əhatə etmiş ilahi rəhməti dərk edə bilsəydi, heç vaxt səcdədən baş qaldırmazdı»(«Ğürərül-hikəm», səh. 605.).
    Namazın nəfsin təharətində, qəlbin və ruhun paklaşmasında oynadığı rolu barədə Rəsuləllah (s) buyurur: «Əgər hər birinizin evindən çay axsaydı və sizlər gündə beş dəfə o çayda yuyunsaydınız, bədəninizdə çirk qalardımı?» Səhabə deyir: «Yox». Peyğəmbər (s) buyurur: «Namazın da məsəli, axar çayın məsəli kimidir. Bir adam namaz qılarsa, onun günahları iki namaz arasındakı vaxt ərzində bağışlanmış olar»(«Vəsailüş-şiə», cild 3, səh. 7.).
    2. ORUCUN MƏQAM VƏ DƏRƏCƏLƏRİ
    Peyğəmbər (s) orucu, atəşdən qorunan zirehə bənzədir. Çünki oruc insanın tərəqqi etməsi üçün bir vəsilə və şeytanın qarşısına çəkilmiş bir hasardır. İnsan daim onun mənəvi və ruhani şəxsiyyətinə təhlükə törədən nəfsi-əmmarəyə sahibdir. Buna görə də, Əli (ə) buyurur: «Mən sizə görə ən çox iki şeydən qorxuram: «Nəfsani istəklərinizin qulu olmanız və uzun-uzadı arzulara qapılmağınızdan; çünki həvəsinizə uymanız sizi haqdan saxlayır, uzun arzularınız isə axirəti unutmağınıza səbəb olur»(«Biharul-ənvar», cild 77, səh. 419.).
    Allah öz bəndələrini sevdiyindən, özlərinə etdiyi zülmü və Allahdan uzaqlaşmalarına səbəb olan səhvlərini düzəltmələri üçün onların ixtiyarında bir sıra imkanlar qoymuşdur. Belə imkanlardan biri də, oruc tutmaqdır. Oruc tutmaqla insan nəfsini çirkin əməllərin təsirindən yaranmış zülmətdən təmizləyir və müsibətlər qarşısında səbirli, çətinliklər qarşısında dözümlü olur.
    Orucun insan mənəviyyatına olan müsbət təsirindən əlavə, bəzi aylarda və günlərdə oruc tutmağın xüsusi savabı rəvayətlərdə qeyd edilmişdir. O cümlədən, övliyaullahlar və böyük alimlər Şə`ban və Rəcəb aylarında oruc tutmağın əhəmiyyətini xüsusi vurğulayırlar.
    3. CİHADIN MƏQAM VƏ DƏRƏCƏLƏRİ
    Allah yolunda edilən cihad və mübarizə insana izzət və başıucalıq gətirir. Cihad xalqın və dinin mühafizəsi üçün həyati rola malikdir. Cihad və mübarizə yolu olmasaydı, din və məzhəbi inanclar çoxdan məhv olardı. Çünki dünyaya ağalıq etmək istəyən mənfəət sahibləri, öz tamahkar arzularına çatmaq üçün məkirli fikir və mübarizələrindən əl çəkən deyillər. Allah dostlarının cihadı, dinin düşmənlərin xətərlərindən amanda qalmasına səbəb oldu və biz bu gün həmin mübarizələrin səmərəsini dadmaqdayıq. Bu cəhətinə görə də, haqq yolu mücahidlərinin siması parlamaqdadır və onlar öz canfəşanlıq və fədakarlıqlarına görə, həmişə Allahın lütf və inayəti ilə üzləşirlər.
    Allah-təala onlar barəsində buyurur:
    «Korluq, xəstəlik, kasıblıq kimi üzürlü səbəb olmadan cihaddan yayınan şəxslərlə, malları və canları ilə cihad edən şəxslər heç vaxt bir ola bilməzlər. Özlərini kənara çəkənlərdən fərqli olaraq Allah, malları və canları ilə cihad edən mücahidlərə üstünlük bəxş etmişdir»(«Nisa» surəsi, ayə 95.).
    Peyğəmbərin (s) xüsusi olaraq vurğuladığı nöqtələrdən biri də budur ki, dilin görə biləcəyi işi, insan bədəninin heç bir üzvü görə bilmir və dilin insanın həyatındakı oynaya biləcəyi rol namaz, oruc və cihaddan daha üstündür; istər dillə bəyan edilən əmr be məruf və nəhy əz münkər surətində olsun(Bildiyimiz kimi, rəvayətlərdə əmr be məruf və nəhy əz münkər cihaddan daha üstün qiymətləndirilmişdir.) – istərsə də digərlərinin təlim-tərbiyəsi qismində olsun((Belə ki, cahilin haqqa hidayəti hər cihaddan üstündür.)) - hər iki halda dilin üstünlüyü cihaddan daha çoxdur. Həmçinin, anlatmağa çalışır ki, müstəhəb əməllər ancaq uzun-uzadı ibadətlərlə bitmir. Dilin də görə biləcəyi bir sıra asan müstəhəb işlər vardır ki, bunun üçün nə artıq pul xərcləmək, nə artıq zəhmət çəkmək, nə də çoxlu vaxt sərf etmək lazımdır.
    Deməli, dilin qədrini bilmək və onu, insanın əməlini hədərə verə biləcək bəlalardan qorumaq lazımdır.
    BEHİŞTDƏKİ DƏRƏCƏLƏR BAXIMINDAN MÖMİNLƏRİN FƏRQİ
    Peyğəmbər (s) behiştin dərəcə fərqləri ilə bağlı belə buyurur:
    «Ey Əbuzər! Behiştin dərəcələri arasındakı fasilə, yerlə göy arasındakı fasilə kimidir. Behiştəki insan yuxarı baxar, bu anda gözləri önündə parlayan nur bərq vurar ki, az qalar onun gözlərini kor etsin. Soruşar: «Bu nə nurdur belə?». Ona deyərlər: «Bu, qardaşın filankəsin nurudur. O, (heyrət içində) deyər: «Biz hamımız dünyada Allah bəyənən işlər görərdik, bəs necə oldu ki, o, bizdən üstün oldu?». Ona deyərlər: «O, yaxşı işlər görməkdə səndən üstün idi». Bu anda onun ürəyinə riza yerləşdirilər ki, öz dərəcəsinə razı olsun».
    Qəribə burasıdır ki, həmin cənnətdəki adama «Onun əməli (səndən) çox idi» demirlər. «Onun əməli daha yaxşı, daha üstün idi» deyirlər, yəni onun əməlinin keyfiyyəti daha üstün, namaz və ibadətdə Allaha olan diqqəti, ixlası daha artıq idi.
    Təbii olaraq, insan öz yoldaşlarının ondan qabaqda olduğunu görəndə həsrət çəkər. İnsan əgər dünyada başqalarından dala qalarsa, onlara gəlib çatmağına imkanı olur, lakin axirətdə belə fürsət və imkan olmur.
    Buna görə də, axirətin həsrəti hər bir əzabdan daha ağırdır. Cənnət əhlində həsrət qəmi yeməyə zəminə olmasına baxmayaraq, Allah-təala onları həsrət dərdinə mübtəla etmir. Bu, bizlərə açılması çətin olan qapalı bir sirrdir.
    Burada belə bir sual qarşıya çıxır ki, cənnət əhli öz dostlarının ondan üstün məqamda yerləşdiklərini görə-görə necə olur ki, həsrət çəkmir? Bununla bağlı «Barnabanın İncil»ində həzrət İsadan (ə) bir təmsili cavab olaraq nəql edirlər ki, buyurur: «Bu dünyada balaca boylu adam heç vaxt öz ölçüsündən uzun paltar geymək həvəsinə düşmür və eləcə də uzunboylu adam heç vaxt qısa paltar geyinmək həvəsinə düşməz». Bu təmsildən belə nəticəyə gəlmək olur ki, cənnətdə hər kəs öz həddinə razı olur. Öz məqamından artığına tamahı olmur. Həqiqətdə, qazandığı məqamı özünə layiq bilir. Görəndə ki, bir sıra adamların, məsələn peyğəmbərlərin məqamı ondan üstündür, həmin məqamı onlara layiq bilir və o məqamı özü üçün əyninə gen duracaq paltar kimi görür.
    Cənnətlik insanlar ölümdən qabaq və bərzəx aləmində çirkinliklərdən nicat tapır və öz hədlərinə layiq kamala çatırlar. Bu cəhətinə görə, hər kəs öz şənində olan libasa bürünür və Allah onu, onda olanla razı salır və bundan sonra qəlbi təskinlik tapır.
    Category: Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) | Views: 879 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024