İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 1820
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Jafidlop
  • ElvinAliyev1986
  • ZauriceGar
  • Zartysot
  • Gunahsiz1gun
  • Ceyhun630
  • kami
  • artpak2012
  • zeyneb_a_va
  • Famesbar
  • Main » 2011 » September » 25 » Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri)
    2:25 PM
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri)
    ON BİRİNCİ DƏRS
    HÜZN VƏ QORXUNUN ƏHƏMİYYƏTİ VƏ ROLU (1)
    1. Hüznlə qorxu və günahdan uzaqlaşmaq;
    2. Qorxunun insanın mənəvi yüksəlişindəki rolu;
    3. Hüzn və qorxunun fərqləri;
    4. Dünya möminin zindanı, kafirin cənnətidir;
    5. Cəhənnəm barədə düşünmək möminin pərişanlığının nişanəsidir.
    HÜZN VƏ QORXUNUN ƏHƏMİYYƏT VƏ ROLU (1)
    Peyğəmbərin (s) nəsihətinin bu bölümü, qorxu və hüznlə əlaqədardır. Bu bölümün əvvəlki bəhslərlə əlaqəsində nəzərəçarpacaq cəhət ondadır ki, insan ömrünü həqiqi təkamül olan Allaha bəndəçilik yolunda sərf etməyi qərara alandan sonra bu yolda müvəffəqiyyətli hərəkəti üçün bir sıra vasitə və təcrübələrə ehtiyac duyur.
    İnsanda iradə və qətiyyətin yaranması üçün xüsusi şəraitin və başlanğıcın mövcudluğu zəruridir (Emosiya və məhəbbət kimi, insan nəfsində təsəvvür, təsdiq və nəfsani halların mövcudluğu, onda iradəyə zəminə yaradır). Deməli, əgər həmin müqəddimələr hazır olarsa və ya hazır olmamışdan öncə onlardan düzgün istifadə olunarsa, insanın təkamülü yolundakı hərəkəti üçün münasib zəmin hazırlanmış hesab olunur.
    Çox vaxt insan bir şeyi istəyir, lakin yalnız bu istəmək onda iradə hasil etmir. Lakin hərdən onda yaranmış bəzi hallar, onu qətiyyətli addım atmağa, hərəkətə vadar edir. Həqiqətdə, həmin hallar insan üçün dəyərli fürsətlər vücuda gətirir.
    HÜZNLƏ QORXU VƏ GÜNAHDAN UZAQLAŞMAQ
    İnsanı hərəkətə vadar edən və günahdan uzaqlaşmasına güclü təkan verən nəfsani hallardan biri də, qorxu və hüzndür. Bu iki hal insanın özünə gəlməsi, vaxtı qənimət bilməsi, mənasız və bihudə işlərdən çəkinməsinə layiqincə kömək göstərir. Əlbəttə, hər bir qorxu və hüzn bəyənilən deyil və insanda canlanmaya, hərəkətə səbəb olmur. İnsanın qəm-qüssəyə mübtəla olması və tərkidünyalığına səbəb olan hüzn qəbuledilməzdir. Belə hüzn nə ibadət və nə də iş üçün hal yaradır. Həmçinin, insanı ümidsizliyə gətirib çıxaran hüzn də rədd edilir. Hüzn və xofun bəzi halları nəinki insanı Allah yoluna vadar etmir, üstəlik onun yolunda maneəyə çevrilir. Misal üçün, dünya ilə bağlı yaranan hüznlər kimi. Bir miqdar pulunu itirir, ondan sonra elə hey deyinir, qüssələnir və daim narahatçılıq hissi keçirir ki, niyə o pul itdi; hətta namazda da itirdiyi pulu fikirləşir. Və ya dünyadakı vəzifəsini, maşınını itirə biləcəyi, onu işdən çıxaracaqları qorxusu vücudunu başdan ayağa bürüyür. Bu cür xof və hüznlər insanın Allaha tərəf hərəkət etməsinə maneçilik törədir.
    Əlbəttə, bəzən dünya üçün yaranmış hüzn Allahla bağlı olur. Məsələn, insan ona üz vermiş dünyəvi bəlanı İlahi tərəfindən nazil olmuş bəla kimi qiymətləndirir. Təbiidir ki, bu cür xof və hüzn onun hərəkəti üçün başlanğıc olur. Ya da əlindən çıxmış nemətə görə qəmgin olduqdan sonra ayılaraq, dünyaya bel bağlamamağın zəruriliyini dərk edir.
    Deməli, dünyəvi nemətin əldən çıxması və ya hansısa bəlaya düçar olmaq, bilavasitə insanı mənəvi təkamül səmtinə tərəf hərəkətə vadar edə bilər. Allah-təala Qur´ani-kərimdə buyurur:
    «Biz xalqa peyğəmbərlər göndərəndə, onları çətinliklərə və sıxıntılara mübtəla edirik. Biz heç bir şəhərə, həmin şəhərin xalqını çətinliklərə mə´ruz qoymadan peyğəmbər göndərmədik, o vaxta qədər ki, tövbə edib Allah dərgahından bağışlanmaq dilədilər»(«Əraf« surəsi, ayə 94.).
    Başqa bir ayədə belə buyurur: «Və biz səndən əvvəl də camaata peyğəmbərlər göndərdik (Allahın rəhmətinə layiq olmaları üçün). Allah dərgahında ağlayıb sızlasınlar deyə, onları bəla və müsibətlərə giriftar etdik»(«Ənam» surəsi, ayə 42.).
    Allahın öz bəndələrini çətinliklərə mübtəla etməsi, onlara olan lütfü ilə əlaqədardır. Bununla Allah öz bəndələrini qəflət yuxusundan ayıldıb, haqqı qəbul etmək üçün daha artıq hazırlıqlı olmalarına kömək edir. Çünki nə qədər ki, insan dünya ləzzətlərindən sərxoş olub keyf sürməkdədir, haqqı və axirətlə bağlı şeyləri qəbul etməyə hazır olmur.
    QORXU VƏ XOFUN İNSANIN MƏNƏVİ YÜKSƏLİŞİNDƏKİ ROLU
    Deyildiyi kimi, axirətlə bağlı insanda yaranmış qorxular, onun mənəvi yüksəlişinə səbəb olur. Allah-təala bu barədə buyurur:
    «Allah dərgahında hazır olduğu zaman qorxub allahpərəst olan və nəfsani istəklərindən uzaqlaşan kəs bilsin ki, onun mənzili cənnət olacaqdır»(«Naziat» surəsi, ayə 40-41.).
    Həzrət Əli (ə) təqvanın insanı günahdan saxlaması və Allahdan qorxmaq barəsində belə buyurur: «(Ey) Allah bəndələri! Təqva və Allah xofu, Allah dostlarını harama düşməkdən saxlayır və ürəklərində əzaba düçar olmaq qorxusu yaradır. Bu xof və təqva onlara gecələr namaz və münacat üçün oyaq qalmağa, şiddətli istidə oruc tutub susuzluğa dözməyə yardım edir»(«Nəhcül-bəlağə», Feyzül-islam, xütbə 113, səh. 353.).
    Başqa bir yerdə Allahdan qorxunu, Ona hüsnü-zənnin nişanəsi olaraq göstərir: «Allaha ən nikbin baxışlı insan, Ondan ən çox qorxandır»(Həmən mənbə, səh. 887.)
    HÜZN VƏ XOFUN FƏRQİ
    Hüzn o vaxt yaranır ki, insan bir neməti əldən vermiş və ya ona bir ziyan dəymiş və bu hadisə onun pərişanlığına səbəb olmuş olsun. İnsanın bu halı onda baş vermiş keçmiş bir hadisə ilə bağlı olur. Məsələn, insan gördüyü nalayiq bir işin nəticələri ilə üzləşir; hardasa danışdığı pis bir söz onun rüsvayçılığına səbəb olur və nəticədə, qəmgin və pərişan olur. Və ya əlində olan sərmayədən qazanc götürə biləcəyi halda, pulu əldən verir. Hər halda, hüzn və qəmginlik insanda o vaxt baş verir ki, münasib fürsətləri əldən vermiş olsun və ya bir neməti itirsin, yaxud da hansısa müsibətlə üzləşsin.
    Qorxu və xof, gələcəkdə baş verə biləcək hadisələrə görə yaranır; insan birdən başına bir iş gələcəyi, ya bəlaya, müsibətə düçar olacağı və ya da əlindən bir nemətin çığacağından qorxur. Həqiqətdə, hüzn və xof iki oxşar nəfsani xüsusiyyətlər olub, ancaq aid olduqları şeylər baxımından fərqlidir. Biri keçmişə aiddir, digəri gələcəyə. Bu aləmdə daimi təhlükə ehtimalı olduğu üçün insanda da qorxu hissi təbiidir. Çünki insan ziyana uğrayan və daimi olaraq təhlükələrlə üzləşə biləcək bir mövcuddur. Hər zaman sağlamlığının, həyat və təhlükəsizliyinin xətərə düşməyindən qorxur.
    Möminlə qeyri-möminin fərqi bundadır ki, mömin baş vermiş hadisələrə müstəqil nəzərlə yanaşmır, hər şeyi Allahdan bilir və bu cəhətinə görə də, Allahdan qorxur. Amma qeyri-mömin Allahı – yəni o kəsi ki, səbəblər onun ixtiyarındadır – görmür və onun adi səbəblərə baxışı müstəqildir. Əlbəttə, mömin Allahdan qorxduğu kimi də - çünki bütün səbəbləri onun ixtiyarında görür – ancaq Ona ümid bağlayır. Çünki Allahdan qeyrisinə vasitəçi kimi baxır. Hədislərin birində deyilir: «Bir kəs Allahdan qorxsa, Allah digərlərini onun qarşısında məğlub edər (digərlərinin qorxusunu onun canından çıxardar). Lakin insan Allahdan qorxmasa, Allah onu hər şeydən qorxudar»(Biharul-ənvar», cild 69, səh. 406.).
    Mömin anlayanda ki, bütün səbəblər Allahın əlindədir, artıq başqalarından qorxmağa səbəb görmür, çünki başqalarını müstəqil hesab etmir. Onun qorxusu ancaq Allahdandır. Çünki o, ancaq Allaha güvənir və Ondan qorxur. Günbəgün imanı artıb güclənir və nəticədə, Allah ona elə qüdrət bəxş edir ki, Allahdan başqa heç bir şeydən qorxmur və başqaları ondan qorxur, özlərini onun yanında zəif görürlər. O batil qarşısında əyilməzdir, öz vəzifəsini müəyyənləşdirdiyi zaman yerinə yetirir. Lakin Allahdan qorxmayan kəsdən heç kim qorxmur. O öz mövqeyini əldə saxlaya bilmək üçün qorxub barışıq edər və başqalarını özündən razı salmağa çalışar.
    İnsan təbiəti belədir ki, başı eyş-işrətə qarışıb dünya nemətlərindən keyf çəkdikdə nə Allah yadına düşür, nə də mənəvi işlər. Bu cəhətinə görə də, Quranda məstanə şadlıq məzəmmət olunmuşdur:
    «Əgər bir adama (uzun) sıxıntıdan, çətinlikdən sonra nemət əta etsək, məğrur və qafil olub deyər: «Çəkdiyim əziyyətlərin və zəhmətlərin bəhrəsi gəlib çatıb». Sonra kef çəkib şadlıq keçirməkdən, lovğalanmaqdan başı ayılmaz»(«Hud» surəsi, ayə 10.).
    Əli (ə) dünya nemətlərindən məstanə dərəcədə şadlanmağın məzəmməti barədə buyurur: «Sizə nə oldu ki, əlinizə bir balaca dünya malı çatanda şad olursunuz, lakin axirətdə çox şeydən məhrum olmağınız sizi qəmgin etmir?»(«Nəhcül-bəlağə», xütbə 111, səh. 350.).
    Bu şadlıq və məstliyin qarşısında insanı Allaha bəndəliyə, itaətə hazırlayan hüzn və xof durur. Bu cəhətinə görə də, bu iki psixoloji və nəfsani hiss mədh edilmişdir.
    Bəzi rəvayətlərin məzmunundan belə anlaşılır ki, bir dəstə insanın arasında bir nəfər hüzünlü adam olarsa, Allah həmin dəstəni o bir nəfərə görə öz rəhmət dairəsinə salır. Peyğəmbər (s) və övliyaların dəvətini əsas o adamlar qəbul edir ki, ürəklərində Allah qorxusu var:
    «Ey peyğəmbərimiz! Sən ancaq o adamları (qiyamət gününün ağır əzabları ilə) qorxuda bilərsən ki, Allahı görməmiş, Ondan qorxurlar və namaz qılandırlar»(«Fatir» surəsi, ayə 18.).
    Allahdan qorxmayan adamlara peyğəmbərlərin sözü də təsir etmir və belə adamlar çətin tərbiyə olunurlar. Necə ki, Allah buyurur:
    «Ey peyğəmbərimiz! İstəyirsən kafirləri Allah qorxusu ilə qorxut, istəyirsən qorxutma fərq etməz. Onlar iman gətirən deyildirlər»(«Bəqərə» surəsi, ayə 6.).
    Allah qorxusunun məfhumu budur ki, insan, ona xətər, ziyan verə biləcək şeydən qorxur. Bəs bəndələrinə zərər vermək istəməyən Rəhman Allahdan qorxu nə üçündür? Qısa olaraq deyə bilərik ki, insanın qorxusu, həqiqətdə, ona yönəlmiş təhlükə və zərərə görədir; o, bundan əlavə həmin təhlükəni yarada biləcək kəsdən də qorxur. İnsanın öz düşmənindən qorxması onun verə biləcəyi işgəncəyə, əziyyətə görədir və düşməndən də, bu təhlükənin daşıyıcısı olduğu üçün qorxur.
    Maddi tərəfdən insan inananda ki, aləmin ixtiyari, səbəblər zənciri Allahın əlindədir, onun Allahdan qorxusu, dünyəvi bəlalardan qorxması mənasında başa düşülür. Çünki o bilir ki, Allahın qəzəbinə gələcəyi təqdirdə, təbiət və maddi amillər də öz qəzəblərini ona qarşı yönəldəcəklər və nəticədə zəlzələ, sel və s. yerin və göyün bəlaları ilə üzləşəcəkdir; çünki təbiətin qəzəbi Allahın qəzəbindən doğur.
    Hədisin bu bölümündə Peyğəmbərin (s) sözlərindən belə başa düşülür ki, nəzərdə tutulan hüzn və qorxu zəminəsi insanda ixtiyari müqəddimə və ya təfəkkürlə yaranan hüzn və qorxu olub, sonrakı mərhələdə insanı Allah yoluna və öz kamalına doğru hərəkətə vadar edir. Bundan başqa hüzn və qorxunu Peyğəmbər (s) rədd edir.
    İnsanı özünə qərq edib iş-gücündən avara qoyan hüzn və qorxu bəyənilən deyil. Mütaliə etmək istəyəndə fikrini özünə məşğul edir, namaz qılanda da dünyəvi narahatçılıqlar fikrini Allahdan yayındırıb, özünə cəlb edir. Bu cür hüzn və qəm nəinki bəyənilmir, üstəlik insanın kamal yolunda durmuş maneə kimi pislənilir.
    Bəziləri qorxaqdırlar; elə ki, dünyada onları balaca bir təhlükə gözləyir, qərarlarını, rahatlıqlarını o dəqiqə itirirlər. Bu cür qorxu hissi dəyərsiz və yersizdir. İnsanın mənəvi təkamülü ilə əlaqədar olan hüzn və xof dəyərlidir. Bu mətləblərlə, hüzn və xofun Allaha bəndəçiliklə əlaqəsi aydınlaşdırıldı.
    DÜNYA MÖMİNİN ZİNDANI, KAFİRİN CƏNNƏTİDİR
    Peyğəmbər (s) hüzn və xofun zəminəsini yaratmaq və bu iki nəfsani hissin bəyənilən sifətlərini göstərmək üçün buyurur:
    «Ey Əbuzər! Dünya möminin zindanı, kafirin cənnətidir. Heç bir mömin axşamı qəmsiz (başa vurub) sübhə çıxmır».
    Mömin dünyanın ona zindan olduğunu anlayanda, dünya ləzzətləri ilə başını qatmaq fikrinə düşmür və dünya nemətlərindən umacağı, Allah yolunda addımlamağa gücü yetəcək qədərdir. Hər nemətdən istifadə etdikdən və hər ləzzətə çatdıqdan sonra Allaha şükrünü bildirir.
    Bunun müqabilində dünya kafirin cənnətidir. Çünki o dünyada olduğu təqdirdə, öz ləzzətlərinin təmini üçün çalışa bilər. Onun üçün olan rahatlıq və kef də bu dünyadadır və etdiyi çirkin əməllərə görə, qiyamətdə ilahi əzabla üzləşəcəkdir. Allahın əzab və qəzəbi o qədər şiddətlidir ki, dünya özünün bütün problemləri və əzabları ilə onun üçün cənnətdir.
    Məşhur bir əhvalatda deyilir: «İmam Həsən (ə) əynində gözəl paltar və ata süvar ikən, bir nəfər kasıb və xəstə yəhudi ona yaxınlaşıb deyir: «Baban buyurub ki, dünya möminin zindanı, kafirin cənnətidir. İndi necə bilirsiniz, bu əzəmət və şövkətlə ata mindiyiniz halda, dünya sizin üçün cənnətdir, yoxsa mənim kimi xəstə və kasıb adam üçün? Bu kasıblıq və xəstəliklə dünya mənim üçün cənnət yox, cəhənnəmdir!». Həzrət (ə) buyurur: «Allahın sizlər üçün necə əzablar nəzərdə tutuduğunu bilsəydin, onda anlayardın ki, dünya özünün bütün çətinlikləri ilə sənin üçün cənnətdir. Həmçinin, Allahın cənnətdə bizim üçün hansı məqamları nəzərdə tutduğunu görsəydin, onda anlayardın ki, bütün dünyanı bizə versələr belə, həmin məqamlarla müqayisədə dünya özünün bütün nemətləri ilə zindandan başqa bir şey deyil».
    Dünya möminə zindan olandan sonra təbiidir ki, o, dünyada məhzun və qəmgin olacaqdır. Çünki zindan kef sürmək yeri deyil.
    Bir məsələni də xatırladaq ki, bu rəvayətdə hüznün mədh edilməsi o demək deyil ki, hər bir hüzn tərifəlayiqdir və insan həmişə məhzun olması üçün səy etməlidir. Bu cür ümumi nəticə çıxarmaq düzgün deyil. Aydındır ki, bu kimi nəsihətlərdə zikr olunan nöqtələr, müəyyən şərtlərlə bağlıdır və dairəsi də məhduddur. Buna görə də tədqiqat aparıb, Allahın və məsumların söylədikləri haqda dərindən düşünməli, ümumi və əhatəli hökm dairəsinin hansı yerlərdə məhdudlaşdığını anlamaq lazımdır.
    CƏHƏNNƏM BARƏDƏ DÜŞÜNMƏK MÖMİNİN PƏRİŞANLIQ AMİLİDİR
    Peyğəmbər (s) möminin məhzun olmasının səbəbi barədə buyurur:
    «Düzdür ki, Allah insanın cəhənnəmə daxil olacağını xəbər vermişdir, lakin onun oradan hökmən çıxacağı barədə vədə verməyibdir. Belə olan halda mömin niyə də qəmgin olmasın?!».
    İnsanın, xüsusilə də möminin məhzun olmasına səbəb olan amillərdən biri də, Allahın bütün insanları cəhənnəmə daxil edəcəyi barəsindəki qəti vədəsi barədə düşünməsidir. Bu cəhəti nəzərə alaraq Rəsuləllah (s) bu nöqtəni xatırlatmaqla, hüznün yaranmasına zəmin hazırlayır. Allah-təala bu barədə buyurur:
    «Sizlərdən hər biriniz (istisnasız olaraq) cəhənnəmə daxil olacaqsınız və bu Allahın qəti hökmüdür»(«Məryəm» surəsi, ayə 71.).
    Mömin, Allahın buyuruğuna və Quranın qəti hökmünə əsaslanaraq yəqin edir ki, cəhənnəmə daxil olacaqdır və bir kəs onun cəhənnəmdən çıxmasına zəmanət verməmişdir. Bəli, Allahın xüsusi lütf və inayətində olanlar və ilahi buyuruqlara əməl edənlər cəhənnəmdən xaric olacaqlar, lakin özünün o bu dəstədən olub-olmadığını bilmir. Bu düşüncə onun məhzun olmasına kifayət edir. O öz taleyinin necə olacağını bilmir. Bu cəhətinə görə də əylənib, fərəhlənməyin onun üçün elə bir mənası yoxdur. Bu düşüncə və qəm onu qəflətdən oyadır.
    Bu şəkk və iztirab mömini özünə qaytarır və onu, aqibəti barəsində düşünməyə vadar edir. Bu düşüncələr onu məstlik və yersiz əyləncələrdən çəkindirir. Əlbəttə, dünyada insanın hüznlü olmasına səbəb olacaq digər amillər də mövcuddur. Məsələn, xəstəlik və müsibətlərə düçar olmaq kimi. Yaxud da insana zülm ediləndə, haqqı əlindən alınanda məhzun olur. Bu barədə Peyğəmbər (s) buyurur:
    «İmanlı insan həyatın çətinlikləri, xəstəlikləri və xoşagəlməz halları ilə üzləşir, çətinliklər görür, lakin kimsə ona kömək etmir. Buna görə də Allahdan bağışlanmaq və savab diləyir»(Həmin mənbə.).
    Hüznü yaradacaq amillər və səbəblər çoxdur. Lakin hər hüzn də möminin kamal yolunda müsbət rol oynamır. Çünki belə pərişanlığa başqaları da mübtəla olur. Lakin mömini kamal yolunda müsbət yönə istiqamətləndirə bilən hüzn bəyəniləndir və onun mənəvi təkamülündə rol oynayır.
    Hədisin davamında Peyğəmbər (s) buyurur:
    «Mömin dünyadan qəmgin gedir, lakin elə ki, dünyadan qurtuldu, rahatlıqla mehriban Allahın kəramətinə sarı yollanır».
    Deyildiyi kimi, mömin dünyada olduğu təqdirdə çətinlik və narahatçılıqlarla üzbəüzdür və nəticədə, qəmgindir və ya öz aqibətini düşündükcə, keçmişdəki bəzi naqis işlərini yada saldıqca məhzun olur. Elə ki, çətinlik və qəmlə dolu olan bu dünyadan əbədi dünyaya köçür, sıxıntılar və üzüntülər də başa çatır və önündə vəsfə gəlməyən qəmsiz, ağrı-acısız bir dünya açılır.
    Rəsuləllah (s) nəsihətinin davamında buyurur:
    «Ey Əbuzər! Allah-təalaya heç vaxt qəm-qüssə və kədər qədər ibadət edilməmişdir».
    Canında hər zaman Allah qorxusu olan bəndənin, zəmanənin acıları və Allah xatirinə səbr edən bir kəsin Allaha bəndəçiliyi daha artıq olur.
    Təbiidir ki, insan öz aqibəti və əməlləri üçün məhzun olanda, Allah dərgahında daha çox ağlayıb-sızlayır və nəticədə, qəlbini günahın qubar və pasından yuyub pak edir. Həmçinin, o əldə etdiyi ayıqlıqla, Allaha daha ləyaqətli ibadət edir və ibadətin qəbulolma şərtlərindən biri olan xalislik, onun üçün daha yaxşı hasil olur. Buna görə də, hüzn və qəmin özü ibadətdir. Çünki hüzn bəndənin diqqətini bəndəçilik məqamı və Allahın əzəmətinə yönəldir. Eləcə də, Allaha ibadətdə daha xalis olmağa vadar edir.
    İndi ki, söhbət gəlib bu yerə yetişdi, ölüm ayağı və Rəhman Allahla görüş anında möminin keçirdiyi hal haqqında bir neçə rəvayət zikr etmək yerinə düşərdi. Rəvayətlərin birində deyilir: «Mömin ölüm anında olarkən iki mələk ona belə deyir: «Ey Allahın vəlisi! Qəm yemə və qorxma, (gözlərin aydın!) səni cənnətlə müjdələyirəm, sevin və şadlan! Nə qəm, nə qorxu sənə yetər və nə də sən ona layiqsən! Allah belə istəmişdir ki, səni hər cür əzab və əziyyətdən xilas etsin, bağışlanma və əfv şərbətini sənə içirtsin. (Bil ki,) cəhənnəmin qapıları sənin üzünə bağlanmışdır və sən heç vaxt ora daxil olmayacaqsan»(«Biharul-ənvar», cild 8, səh. 21, hədis 205.).
    Əli (ə) buyurur: «Dostum və qardaşım Rəsuləllah (s) mənə buyurdu: «Allahın onu qəbul etməsi və onunla görüşməsindən şadlanmaq istəyən hər kəs bilsin ki, səni özünə dost və yar bilməlidir və Allahın ondan razı qalmasını, onunla görüşməsini istəyən hər kəs bilsin ki, oğlun Həsəni (ə) özünə dost və yar bilməlidir. Allahla görüşmək və hər cür qorxudan uzaq olmaq istəyən kəs bilsin ki, oğlun Hüseyni (ə) özünə dost və yar bilməlidir»(«Biharul-ənvar», cild 72, səh. 107, hədis 81.).
    Category: Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) | Views: 509 | Added by: Islam_Kitabxanasi | Rating: 2.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2019