İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Quran » Quranın elmi ecazkarlığl

    Quranın elmi ecazkarlığl

    TƏKAMÜL VƏ NÖVLƏRİN DƏYİŞMƏZLİYİ KONSEPSİYALARININ İZAHI
    Öncə də qeyd olunduğu kimi təbiətşünaslıq elmləri ilə məşğul olan alimlər arasında həyatın və insanın (canlı təbiətin) mənşəyi haqqında iki nəzəriyyə mövcuddur.
    1. Növlərin təkamülü və ya transformizm nəzəriyyəsi. Bu nəzəriyyəyə görə üzvi aləmdə mövcud olan növlər sabit deyil. İndi yaşayan növlər əvvəl yaşayan növlərdən təbii yolla əmələ gəlmişdir. Deməli, indiki bütün üzvi aləm, bitkilər, heyvanlar və insan özü də milyon illər davam edən inkişaf prosesinin məhsuludur. Başlanğıcda ibtidai formalar, birhüceyrəlilər okeanlarda xüsusi şəraitdə (cansız varlıqdan) törəmişdir. Bu mikroskopik varlıqlar ibtidai həyati formalardan ali formalara doğru qradasiya istiqamətində dəyişməyə başladılar. Okeanlardan sahilə, sahildən havaya keçdilər. Təkamül prosesinin ən kamil nümunəsi bugünkü insanlardır. Onlar insanabənzər meymunların təkamülü nəticəsində meydana gəlmişlər.
    2. Növlərin dəyişməzliyi nəzəriyyəsi. Bu nəzəriyyəyə görə üzvi aləmi təşkil edən növlər indiki şəkildə yaradılmış və dəyişməzdir. Heç bir növ digər növə çevrilməmişdir. İnsan da ayrıca yaradılmış və dəyişməmişdir.
    Hər iki nəzəriyyənin tərəfdarları öz fikirlərini qətiyyətlə müdafiə etmiş və elmi dairələrdə dərin çəkişmələr müşahidə olunmuşdur. Lamark və Darvin Təkamül nəzəriyyəsini yeni dəlillərlə elmi ictimaiyyətə təqdim etdikdən sonra mövcud çəkişmələr daha da şiddətləndi(Doktor Paknijad insan və meymun orqanizmlərinin oxşar və fərqli tərəfləri haqqında geniş söhbət açmışdır. Misal üçün, onların qanı 4 qrupa – AB, O, B, A,- bölünür. Şimpanze meymunlarının qanını insana vurmaq olar. Lakin meymunların südünü uşağa içirmək olmaz (halbuki digər heyvanların südünü - inək və s. - uşağa içirmək olar). Bir kişinin beyni erkək meymun beynindən üç dəfə böyükdür. Meymunların boğazlıq dövrü insanda olduğu kimi 270 gündür ("İlk universitet, son peyğəmbər”, c. 1, səh. 171-174). ). Şübhəsiz, təbiətşünaslıq elmi dairələrində Təkamül təlimini müdafiə edən elm adamları çoxluq təşkil edir.
    TRANSFORMİSTLƏRİN DƏLİLLƏRİ
    Təkamül nəzəriyyəsini müdafiə edənlərin qarşıya qoyduğu dəlilləri aşağıdakı şəkildə qruplaşdırmaq olar.
    Birinci dəlil: Təkamül nəzəriyyəsinin başlıca dəlili paleontoloji nailiyyətlər, qazıntı qalıqları üzərində aparılan tədqiqatlardır. Canlı varlıqların daşlaşmış skeletləri üzərində aparılan müqayisəli tədqiqatlar göstərir ki, canlılar (növlər) ibtidai formalardan ali formalara doğru qradasiya istiqamətində dəyişilmişdir. Qalıqların bu fərqliliyini yalnız Təkamül nəzəriyyəsi ilə izah etmək olar.
    İkinci dəlil: Burada müqayisəli müşahidələr əsas götürülür. Müxtəlif heyvan skeletlərinin müqayisəli tədqiqatı nəticəsində növ əlamətlərində çox geniş dəyişkənlik olduğu üzə çıxmış və bəlli olmuşdur ki, heyvanların mənşəyi birdir.
    Üçüncü dəlil: Burada embrioloji tədqiqatlar əsas götürülür. Hələ təkmilləşməmiş heyvan rüşeymlərini (embrionları) müqayisə etsək, onlarda böyük bənzərlik olduğunun şahidi olarıq. Bu, onların mənşəyinin ümumi olduğunun göstəricisidir.
    NÖVLƏRİN DƏYİŞMƏZLİYİ TƏLİMİNİN TƏRƏFDARLARININ CAVABLARI
    Növlərin dəyişməzliyi nəzəriyyəsini müdafiə edənlər bütün bu dəlillərə bir ümumi cavab verirlər. Onlara görə, bu dəlillər qənaətbəxş deyil. Qeyd olunan hər üç dəlil insanda təkamül haqqında ilkin təsəvvür (ehtimal, zənn) yaratsa da onu qəti şəkildə sübut etmir. Daha dəqiq desək, Təkamül nəzəriyyəsinin isbatı, onun bir hipotez (fərziyyə) şəklindən qəti elmi qanun şəklinə keçməsi konkret əqli (rasional) arqument və ya təcrübi, sensual fakt tələb edir. Lakin rasional biliklər, fəsəfə bu kimi mövcudlar haqqında fikir yürüdə bilmir. Təcrübələr isə kökü milyon illər öncəyə gedib çıxan məsələlər haqqında dəqiq nəticə əldə etməkdən acizdir. Bizim müşahidə etdiklərimiz zaman keçdikcə bitki və heyvanlarda baş verən qəfil dəyişkənlikdir (mutasiya(Yenə orada, c. 1, səh. 166-178. )). Misal üçün, adi qoyun cinsindən qəflətən yeni qoyun tipi törəyir ki, yunu adi qoyunlarla fərqlənir. Yəni adi qoyun cinsinə nisbətdə daha zərif olur. Bu yeni törəyən qoyun tipindən merinos adlanan yeni qoyun cinsi formalaşır. Həmin mütasiyalar gözün, dırnağın rəngində, dərinin formasında da özünü göstərir. Lakin hələ başlıca bədən üzvlərində baş verən mühüm dəyişiklik və ya növdən növə keçid (çevrilmə) müşahidə olunmamışdır. Deməli, biz qəfil sıçrayışlar nəticəsində növ dəyişmələrinin, misal üçün, sürünən heyvanların uçuş qabiliyyətinə malik quşa çevrilməsini zənn etsək də bu, ehtimaldan başqa bir şey deyil. Çünki biz bunu təcrübi olaraq müşahidə etməmişik. Bütün bunlar göstərir ki, transformistlərin qarşıya qoyduğu dəlillər Təkamül təliminin yalnız bir hipotez (fərziyyə) olduğunu sübuta yetirə bilər. Buna görə də təkamül bir nəzəriyyə deyil, hipotez (fərziyyə) adlandırılmalıdır.
    TƏKAMÜL TƏLİMİ VƏ TEOLOGİYA
    Bir çoxları Təkamül hipotezi ilə teologiya (və ya metafizika) arasında böyük bir uçurum olduğunu göstərməyə çalışırlar. Çünki darvinizmin meydana gəldiyi dönəmdə kilsə ruhaniləri ilə bu təlimin tərəfdarları arasında şiddətli çəkişmələr baş verdi. Dövrün siyasi-ictimai şəraitinin təsiri altında elə təsəvvür yarandı ki, guya darvinizm teologiyaya qarşıdır. Lakin bu gün artıq məlum olmuşdur ki, darvinizm və teologiya heç də qarşı-qarşıya deyillər. Yəni biz darvinizmi qəbul və ya rədd etməyimizdən asılı olmayaraq teoloji inanc sahibi ola bilərik. Əgər Təkamül təlimi hipotez olmaqdan çıxıb bir elmi nəzəriyyə (qanun) kimi qəbul olunsa, səbəbiyyət qanununu isbat etmiş olacaq. Üzvi aləmdə mövcud olan səbəbiyyət qanunu qeyri-üzvi təbiətə hakim olan səbəbiyyət qanunundan heç də fərqlənmir. Təbiət hadisələrinin (yağış, zəlzələ və s.) səbəblərini dəqiqləşdirmək teoloji baxışların qarşısına sədmi çəkir? Təbii ki, yox. Buna görə də növlər arasında dəyişkənlik və ya təkamül əlaqələrinin kəşfi də teoloji baxışlara zidd ola bilməz. Bütün bunlar nəinki teoloji baxışlara qarşı deyil, əksinə bu növ baxışların isbatı üçün yeni dəlillər ortaya çıxarır("Quranda təkamül”, səh. 23-24. ).
    TƏKAMÜL HİPOTEZİ VƏ İNSANIN MƏNŞƏYİ
    Antik dövrlərlə bağlı tədqiqat aparan bəzi arxioloqların fikrincə Yerdə həyat 500 mln. İl bundan öncə başlamışdır. Məməlilər 80 mln. İl, insan isə 3 mln. İl öncə meydana gəlmişdir. Onların qənaətinə görə, bu (insanın yaradılışı) qədim Daş dövrünə (Paleolit) təsadüf edir.
    Doktor Paknijad yazır:
    "Məməlilərin nə zaman yaranması haqqında dəqiq məlumat əldə olunmamışdır. Bu gün onların tarixinin sürünənlər qədər qədim olduğu söylənilir. Onlardan bəziləri ağaclarda yaşayırdılar. Aralarında qəribə yaradılışa malik (baş barmaqlı) pişiyəbənzər, iri gözlü Samur adlanan heyvan cinsi var idi. Bunları meymuna qədərki canlılar adlandırırlar. Zaman keçdikcə onların burnu qısaldı və ilkin meymunlar şəklinə düşdü. Sonradan meymunlar bugünki dörd əsas tipdə formalaşdılar (qorilla, oranqutan, hibban, şimpanze - sonuncu, təkmilləşmə baxımından hamısından öndədir). Növbəti mərhələdə bir neçə meymun insanabənzər şəkilə düşməyə başladı. 1962-ci ildə Keniyada tapılan insan qalığının (kəllə və ətraf sümükləri) 14 mln. öncəyə aid olduğu müəyyən edilmişdir. Şərqi Afrikada (Tanzaniyada) tapılan digər insan qalığının (kəllə) 1,7 mln. İl yaşı olduğu müəyyən edilmişdir. Digər qədim hominid isə Efiopiyada aşkar edilmişdir. Təyin edilmişdir ki, onların nitq ünsiyyəti ibtidai inkişaf mərhələsini keçirdi. Ehtimallara görə bir neçə yüz sözdən ibarət dildə danışırmışlar. Qəbilə şəklində yaşayır və 40 il ömür sürürmüşlər (alim və arexoloqlar digər insan növləri də aşkar etmişlər ki, bu haqda davamlı olaraq dövri mətbuatda oxuyuruq).
    Qədim insanlar 500 min il tarixə malikdirlər. Lakin müasir insanın tarixi yalnız 50 min ildir. Ondan öncəki dövr haqqında isə hər hansı bir məlumat yoxdur. Ən məşhur qədim insanlar avstralopiteklər, titekantroplar, neoantroplar, və kromanyonlardır ki, ardıcıl olaraq 35, 150, 300, 550 min il öncəyə təsadüf edirlər. Onlar insan idilər və insan həyatı sürürdülər. İtiuclu, dəstəli kəsici alətlər düzəldir, oddan istifadə edirdilər. Neoantroplar öz ölülərini dəfn edirdilər. Onların arasında dini inanclar mövcud olmuşdur. Onlar 600 il öncə mağarada yaşadıqları, ölümdən sonrakı həyata etiqad bəslədikləri aşkar olunmuşdur.
    Kamil insanlar 50 min il öncə geniş artımla müşayiət olunmuşlar. Lakin onların primatlardan, yoxsa digər insanabənzər meymunlardan əmələ gəlməsi məlum deyil("Fi zilal əl-Quran”, c. 6, səh. 111. ). Bu insanların düzəltdiyi bəzi alətlər hələ də istifadə olunmaqdadır (tilov, ox, yay və s.). Onlar proqramlı dini ayinlər icra edirdilər. Lakin buna baxmayaraq hələ də mağarada yaşayırdılar. Təqribən 10 min il öncə mağaradan çıxaraq çıraq və geyimdən istifadəyə başladılar. Biologiyaya görə bu (mağaradan uzaqlaşmaq) bəşər sivlizasiyasının başlanğıcı olmuşdur(Əbd əl-Qəni əl-Xətib, "Quran və müasir elm”, səh. 129-130. ).
    TƏKAMÜL HİPOTEZİ VƏ QURAN
    Təkamül təliminin isbatı üçün istinad olunan ayələr.
    Bu ayələri aşağıdakı şəkildə qruplaşdırmaq olar:
    1. Hər bir şeyin sudan başlanğıc aldığını bildirən ayələr.
    وَجَعَلْنَا مِنَ الْمَاءِ كُلَّ شَيْءٍ حَيٍّ
    "Hər bir canlını sudan yaratdıq” (Ənbiya, 30).
    Ayətullah Meşkini yuxarıdakı ayəni qeyd edərək yazır:
    "Məlum ayə canlı təbiətin (nəbatat, heyvanat və s.) sudan yaradıldığına aydınlıq gətirir. Belə olduqda Təkamül təliminin bəzi müddəaları sübuta yetmiş olur”(Dünyanın gələcəyi və keçmişi”, səh. 39-42. ).
    Seyid Qütb də məlum ayənin suyun həyatın başlanğıcı olmasına işarə vurduğunu qəbul edir və bildirir ki, müasir elm üzvi aləmin sudan başlanğıc aldığını dəstəkləyir. Həyatın mənşəyi dəniz suyu olmuşdur. Sonradan bütün cins və növlər ondan törəmişdir. Deməli, Darvinə şöhrət qazandıran nəzəriyyə əsrlər öncə Quranda öz əksini tapmışdır("İlk universitet və son Peyğəmbər (s)”, c. 1, səh. 150-154. ).
    Bəzi yazıçılar Yerdə həyatın mənşəyi haqqında yazır:
    "Yerin ömründən 1500 il keçdikdən sonra tədricən soyumağa başladı. Yer təkində reaksiyalar getdi, təkanlar, zəlzələlər baş verdi. Nəticədə Yerdəki buxarlanma buludlara çevrildi. Yağış yağdı. Yer səthini su basdı və dənizlər əmələ gəldi. Təqribən 500 mln. İl dənizlərdə ibtidai həyat formaları mövcud idi. Sonra birhüceyrəli varlıqlar, müxtəlif bitki və heyvanlar meydana gəldi. Bu, təqribən 175 mln. İl öncəyə təsadüf edir”("Təfsiri-nümunə”, c. 14, səh. 508-509.).
    Ötən bəhslərdə hər şeyin sudan başlanğıc aldığı haqqında elm adamlarının baxışlarını diqqətinizə çatdırdıq (Yerdə həyatın mənşəyi).
    YEKUN
    Məlum ayə haqqında növbəti fəsildə geniş söhbət açacağıq. Lakin diqqətinizə çatdıraq ki, bu ayə haqqında dörd ehtimal mövcuddur (İnsanın nütfədən yaranması, ibtidai varlıqların sudan başlanğıc alması, canlı varlıqların əsasən, sudan təşkil olunmaları və dünyanın ilkin maddəsinin suyabənzər maye olması). Yalnız birinci ehtimal ayəyə nəzərən məqsədəuyğundur. Buna görə də ehtimal olaraq ayənin üzvi aləmin mənşəyinin sudan (dəniz və okeanlardan) başlanmasına işarə vurduğunu qəbul etmək olar. Lakin bu, ayənin yeganə izahı deyil.
    2. وَمِنْهُم مَّن يَمْشِي عَلَى رِجْلَيْنِ وَمِنْهُم مَّن يَمْشِي عَلَى أَرْبَعٍ وَاللَّهُ خَلَقَ كُلَّ دَابَّةٍ مِن مَّاءٍ فَمِنْهُم مَّن يَمْشِي عَلَى بَطْنِهِ
    "Allah hər bir canlını sudan yaratmışdır. Onların bəzisi qarnı üstə sürünür, bəzisi iki, bəzisi isə dörd ayaq üstündə gəzir” (Nur, 45).
    Ayətullah Meşkini sözügedən ayə haqqında yazır:
    "Ayədə sözü keçən "ماء” [ma`] ifadəsinin nütfə (sperma) kimi izah olunması ayənin ilkin mənasına ziddir. Deməli, ayə canlıların sulu gildən yaranması haqqında rəyə uyğundur). Ayədə sürünənlərin (reptililər) əvvəl qeyd olunmasına səbəb çox güman ki, bu növ canlıların ən bariz nümunəsi olan balıqların zaman baxımından daha əvvəl yaradılmasıdır. Quruda yaşayan bu növ heyvanlar isə daha sonra yaradılmışlar. İkiayaqlılardan məqsəd insan, quşlar və bəzi meymun növləridir. "İki ayaq üzərində” ümumi ifadəsi bəzilərinin insan və digər canlıların ayrı növə aid olduqlarını iddia edən baxışının yanlışlığını üzə çıxarır.
    Doktor Biazar Şirazi Nur surəsinin 45-ci ayəsini paleontologiyada göstərilən heyvanların mərhələli yaradılışına tətbiq edərək yazır:
    "Birinci mərhələ (dövr): Bu mərhələdə müxtəlif növ mərcan polipləri, axçalı (pulcuqlu) balıqlar, kərtənkələlər, ilanlar, bağalar, timsahlar və digər sürünənlər meydana gəldi.
    فَمِنْهُم مَّن يَمْشِي عَلَى بَطْنِهِ
    İkinci mərhələ (dövr): Bu dövrdə quşlar meydana gəldi. Onların ən qədim nümunəsi göyərçin balasına oxşayan at olmuşdur. Lakin uçmaq qabiliyyətini itirmişdir. Bu heyvanlar ayədə sözü gedən وَمِنْهُم مَّن يَمْشِي عَلَى رِجْلَيْنِ qisminə daxildirlər.
    Üçüncü mərhələ (dövr): İlkin məməlilərin izləri ikinci dövrün sonlarından başlayaraq görünməkdə idi. Bu dönəmdə at, inək, dəvə, fil, müxtəlif meymun növləri və s. məməlilər meydana gəldi(Bu, müasir elmi nailiyyətlərə də müvafiq deyil. Bioloji elmlərə görə meymun üçüncü mərhələdə yaranmışdır. Təkamül nəzəriyyəsinə görə isə insan məlum meymun nəslindən törəmişdir. Halbuki ayədə (insan daxil olmaqla) iki ayaqlılar ikinci mərhələyə aid edilir. ) وَمِنْهُم مَّن يَمْشِي عَلَى أَرْبَعٍ ”.
    Doktor Paknijad birhüceyrəli canlıların yaranması haqqında ətraflı söhbət açır və növbəti üç mərhələ arasındakı fasilə haqqında yazır:
    "Birinci: Suda yaşayanlarla quruya çıxanlar arasında fasilə yarandı. Bu əsasən, qan dövranı, tənəffüs orqanı inkişaf etmiş balıq və sürünənlərə aid idi فَمِنْهُم مَّن يَمْشِي عَلَى بَطْنِهِ .
    İkinci: Quşların təkmilləşərək havada uçması وَمِنْهُم مَّن يَمْشِي عَلَى رِجْلَيْنِ .
    Üçüncü: Məməlilər. Heyvanlar təkamül nəticəsində yumurtamaqla çoxalmadan diridoğmaqla çoxalmaya keçdilər. Bunlar daha çox dördayaqlılar idi وَمِنْهُم مَّن يَمْشِي عَلَى أَرْبَعٍ ”.
    O, Quranın tədricən təkmilləşən heyvanlar haqqında verdiyi ecazkar xəbərlərə toxunaraq Nur surəsinin 45-ci ayəsini sözügedən mərhələlərə tətbiq edir. Onun fikrincə təkamül nəzəriyyəsi dinlə heç də ziddiyyət təşkil etmir(Əraf, 11. Hicr, 28-29 və Səcdə 8-9 ayələri də eyni məzmundadır. ).
    YEKUN
    1. Ayənin ilk وَاللَّهُ خَلَقَ كُلَّ دَابَّةٍ مِن مَّاء hissəsi haqqında üç versiya mövcuddur (Nütfədən yaranma, ibtidai varlıqların sudan başlanğıc alması və canlı varlıqların əsasən, sudan təşkil olunması)("Quranda təkamül”, səh. 30-32. )
    2. Fikrimizcə, bitki və heyvanların yaradılışının ayənin üç hissəsinə tətbiq olunması doğru deyil(Hicr surəsinin məlum 28-29-cu ayəsindən dərhal sonra 30, 31-ci ayələrdə mələklərin səcdə etməsindən söhbət açılması (İblisdən başqa hamısı – bütün mələklər – səcdə etdi) göstərir ki, insan və ya bəşərdən məqsəd həzrət Adəmdir (ə). Ayələrdəki ümumi vəziyyət göstərir ki, Adəmin torpaqdan yaradılması ilə indiki insan surətinə düşməsi arasında digər növlər mövcud olmamışdır”. O, "Təkamül nəzəriyyəsi”nin tərəfdarlarına cavab olaraq yazır: "Əraf surəsinin 11-ci ayəsində sözügedən "ثم” [summə] bağlayıcısı ərəb dilində tərtib və fasilə mənasını ifadə edir. Lakin bu heç də fasilənin milyon illər olduğu demək deyil. اünki "ثم” [summə] bağlayıcısı ən qısa fasilələri belə ifadə edir” ("Təfsiri-nümunə”, c. 11, səh. 88-89). ). Ayə hazırki canlı varlıqların bölgüsü kimi izah edilsə daha məqsədəuyğun olar. Maraqlıdır ki, ayənin ikinci və üçüncü hissəsini "və” bağlayıcısı ayırır. Bu, ayənin mərhələli yaradılışa aid olmadığını göstərir. Yəni hər üç qismin sudan (nütfədən) yaradılması istisna edilmir.
    Digər diqqət çəkən məqam isə ayədəki bölgünün bütün heyvanları əhatə etməməsidir. Sadəcə olaraq bir neçə nümunə qeyd olunmuşdur. Buna sübut ayədə dörddən çox ayağı olan və ya üzən heyvanlara heç bir işarə vurulmamışdır.
    3. Məlum ayənin yaradılışın mərhələli inkişafı ilə bağlı elmi nailiyyətlərə tətbiq olunmasının Quranın əzəmətini göstərməsinə baxmayaraq, Quranın ecazkarlığını isbat etməsi doğru deyil.
    2. Yaradılışın üç mərhələsinə işarə vuran ayələr.
    Təkamül nəzəriyyəsinin müdafiəçiələrinin istinad etdiyi digər ayələr aşağıdakılardır.
    وَلَقَدْ خَلَقْنَاكُمْ ثُمَّ صَوَّرْنَاكُمْ ثُمَّ قُلْنَا لِلْمَلآئِكَةِ اسْجُدُواْ لآدَم
    "Sizi (babanız Adəmi) yaratdıq, sonra sizə surət verdik və mələklərə: "Adəmə səcdə edin!" – dedik”(Sad, 71; Səcdə, 8 və Muminun, 12 ayələri də həmin məzmundadır. ).
    Ayətullah Meşkini Əraf surəsinin 11-ci ayəsini izah edərək yazır:
    "Sözügedən ayə Təkamül nəzəriyyəsini isbat etmək üçün ən uyğun ayədir. Çünki ayəyə görə Allah öncə insanı yaratmış, naməlum müddətdən sonra ( ثم[summə] bağlayıcısı buna sübutdur) onu bugünkü insan şəklinə salmışdır. Uzun müddət sonra isə mələklərə insan növünün bir fərdinin önündə səcdə etməyə əmr etmişdir”.
    O, ayəni insanın üç mərhələdə yaradılışı istiqamətində izah edərək yazır:
    "Birinci mərhələ: Yaradılışdan sonra və insan şəklinə salınmazdan öncəki mərhələ.
    İkinci mərhələ: İnsan surəti verildikdən sonra və həzrət Adəmin (ə) insan növünün bir fərdi olaraq seçilməsindən öncəki mərhələ.
    Üçüncü mərhələ: Adəmin seçilməsi və mələklərə ona səcdə etmələrinin əmr olunması mərhələsi”.
    O, Hicr surəsinin 28-29-cu ayələrini və eləcə də Sad surəsinin 71-ci ayəsini izah edərək bildirir ki, ayədə sözü keçən "بشر” [bəşər] ifadəsindən məqsəd ümumilikdə insan növüdür. Yəni "Adəm” və ya hər hansı bir seçilmiş fərd deyil. "تسویه” (سویته) ifadəsi isə insanın təkamül yolunu keçərək insan şəklini alması və ruhun üfürülməsi üçün hazır vəziyyətə düşməsinə işarədir(Quranda təkamül”, səh. 26-27. )
    Maraqlı burasıdır ki, müasir təfsir alimlərindən Ayətullah Məkarim Şirazi Hicr surəsinin 26, 28 və 29-cu ayələrini "Növlərin dəyişməzliyi” nəzəriyyəsinin ən tutarlı dəlili kimi dəyərləndirmişdir(Doktor Mustafa Mahmud, "Quran, muhavələtun li-fəhmi əsri”, səh. 53-55. ).
    YEKUN
    1. Ayətullah Meşkininin məlum ayəni (Əraf, 11) insanın yaradılışının üç mərhələsi ilə əlaqələndirməsi qəribədir. Çünki ayədə üçüncü mərhələyə hər hansı bir işarə yoxdur.
    2. Hər iki tərəfin dəlillərinə nəzərən demək olar ki, məlum ayələrin "Təkamül nəzəriyyə”sinə heç bir aidiyyətı yoxdur.
    3. İnsanın yaradılışının ilkin mərhələsindən (ilkin maddədən) söhbət açan ayələr.
    a) İnsanın torpaqdan yaradılması;
    هُوَ الَّذِي خَلَقَكُمْ مِنْ طِينٍ ثُمَّ قَضَى أَجَلاً وَأَجَلٌ مُسَمّىً عِنْدَهُ
    "Sizi palçıqdan yaradan, sonra da (sizin üçün) bir müəyyən əcəl təyin edən Odur. Müəyyən əcəl onun yanındadır” (Ənam, 2)(Əl-Kəvn vəl-insan bəynəl-elmi vəl-Quran”, səh. 152. )
    إِنَّا خَلَقْنَاهُم مِّن طِينٍ لَّازِبٍ "Axı Biz onları (insanların babası Adəmi) yapışqan (kimi) bir palçıqdan yaratdıq” (Saffat, 11).
    إِنِّي خَالِقٌ بَشَرًا مِّن صَلْصَالٍ مِّنْ حَمَإٍ مَّسْنُونٍ "Mən quru və qoxumuş (dəyişib başqa şəklə düşmüş) qara palçıqdan insan yaradacağam!” (Hicr, 28).
    Ayətullah Meşkini məlum ayələr haqqında yazır:
    "Bütün bu ayələr insanın indiki şəkilə düşməzdən öncəki vəziyyətini açıqlayır. Burada məqsəd bütün fərdlər deyil. Çünki bütün fərdlər torpaqdan yaranmır. "Bir vaxt (əcəl) təyin etdik” cümləsindən məqsəd budur ki, Allah insanın yaradılışını müəyyən müddət ərzində tamamladı. Bu müddət yalnız onun özünə məlumdur. Bu zamandan məqsəd insanın yaradılışı ilə indiki şəklə düşməsi arasındakı fasilə də ola bilər”(Yenə orada. ).
    Bəzi yazıçılar Muminun surəsinin 12-ci ayəsi وَلَقَدْ خَلَقْنَا الْإِنسَانَ مِن سُلَالَةٍ مِّن طِينٍ "Biz, həqiqətən, insanı tərtəmiz (süzülmüş) palçıqdan yaratdıq” haqqında yazırlar:
    "Məlum ayə insanın birbaşa torpaqdan yaranmadığını açıqca bəyan edir”("Əl-İ؛arat əl-elmiyyə fil-ayat əl-kəvniyyə”, səh. 11. )
    Sözügedən ayə haqqında digər maraqlı fikirlər də irəli sürülmüşdür. Bəziləri ayənin darvinizmi rədd etdiyini(Təfsiri-nümunə”, c. 14, səh. 23; c. 17, səh. 125; c. 20, səh. 165. ), bəziləri insanın su və torpaqdan yarandığına bir işarə olduğunu("Maarif əl-Quran”, səh. 330. ), bəziləri isə hər halda Quranın elmi möcüzəsi olduğunu bildirmişlər(Furqan, 54. ).
    YEKUN
    1. "İnsanın mərhələli yaradılışı” haqqında söhbət açarkən onun torpaqdan yaradılması ilə bağlı ətraflı söhbət açacağıq və diqqətinizə çatdıracağıq ki, məlum ayə haqqında iki əsaslı şərh mövcuddur.
    Birinci: Bütün insanlar nütfədən yaradılmışdır. Nütfə qida maddələrindən yaranmış, qida maddələri isə torpaqdan əmələ gəlmişdi(Səcdə, 7-8.).
    İkinci: Yalnız həzrət Adəm (ə) torpaqdan yranmış, digər insanlar isə nütfədən yaranmışlar. Deməli, insanların kökü həzrət Adəmin vasitəsi ilə torpağa gedib çıxır("Quranda təkamül”, səh. 27. ).
    Bütün bunlara nəzərən ayənin qəti olaraq təkamül nəzəriyyəsinə aid olduğunu söyləmək doğru deyil. Çünki birinci şərhi (nütfənin torpaqla əlaqəsi) qəbul etsək, növlərin təkamülü ilə heç bir əlaqəsi olmadığı anlaşılacaq. İkinci şərhi (Adəmin torpaqdan yaranması) qəbul etsək, növlərin dəyişməzliyi haqqındakı fikirləri dəstəkləmiş olacağıq.
    Əgər vəziyyətdən çıxış üçün "اجل” [əcəl] ifadəsinin insanın torpaqdan yaranması ilə indiki insan surətinə düşməsi arasındakı zaman fasiləsi kimi izah etsək, o zaman tamamilə yeni bir mövzu açılmış olacaq.
    2. "سلالۃ” [sulalə] ifadəsi seçilmiş (süzülmüş), bir şeyin yığcam forması mənalarını ifadə edir. Bəzilərinin fikrincə Muminun surəsinin 12-ci ayəsində məqsəd nütfədir. Hər halda bu ayə zaman fasiləsinə heç bir işarə vurmur.
    3. Ayə haqqında irəli sürülən şərh və ehtimallar çox və fərqli olduğu üçün burada elmi ecazkarlıqdan söhbət gedə bilməz (Növbəti bəhslərdə bu haqda ətraflı söhbət açacağıq).
    b) İnsanın sudan yaradılması;
    "İnsanları sudan (nütfədən) yaradan, onları (bir-biri ilə) əsl qohum (qan qohumu) və sonradan qohum edən Odur”(Quran maarifi”, səh. 320-320. ).
    "İnsanı yaratmağa palçıqdan başladı. Sonra onun nəslini nütfədən - bir qətrə zəif (dəyərsiz) sudan əmələ gətirdi”(Yenə orada, 329-330. )
    Ayətullah Meşkini Furqan surəsinin 54-cü ayəsini şərh edərək yazır:
    "Bu ayə insanın indiki şəklə (kamil insan surətinə) düşmədən öncəki halını bəyan edir”(Dəhr, 2. Əbəsə surəsinin 19-cu ayəsi də həmin mənanı da؛ıyır. )
    YEKUN
    Sonra da söhbət açacağımız kimi yuxarıdakı ayə haqqında iki əsas ehtimal mövcuddur.
    Birinci: İnsanın sudan yaradılmasından məqsəd budur ki, onun bədəninin böyük bir hissəsini (70%) su təşkil edir(Quranda təkamül”, səh. 39. ).
    İkinci: İnsan nütfədən yaradılmışdır(Yenər orada, səh. 42 ).
    Bütün bunlar göstərir ki, məlum ayənin insanın mərhələli təkamülü və darvinizimlə heç bir əlaqəsi yoxdur.
    c) İnsanın nütfədən yaranması.
    إِنَّا خَلَقْنَا الْإِنسَانَ مِن نُّطْفَةٍ أَمْشَاجٍ نَّبْتَلِيهِ
    "Həqiqətən, Biz insanı qarışıq bir nütfədən yaratdıq. Biz onu imtahana çəkəcəyik”(Bu versiyaların ən mühümü a؛ağıdakılardır: 1.Qadın və ki؛i spermasının qatı؛ığı; 2. İrsiyyət və genetik amillər; 3. Nütfənin (spermanın) tərkibi və s. ("əl-Mizan”, c. 20, səh. 209, 210; "Təfsiri-nümunə”, c. 25, səh. 334). ).
    Ayətullah Meşkini Dəhr surəsinin 2-ci ayəsi haqqında yazır:
    "Ayədə "nütfə”dən məqsəd su və onun qarışıq tərkibidir ki, palçıq şəklinə salınmışdır. Bu ilkin həyat maddəsindən öncə hüceyrələr, sonra ibtidai həyati formalar, daha sonra isə ali həyati formalar yaradıldı”(Bəqərə, 213. ).
    Əbəsə surəsinin 19-cu ayəsi haqqında yazır:
    "Əgər "nütfə”dən məqsədin su olduğunu qəbul etsək ayə belə bir məna kəsb edəcək: Allah insanı məxsus sudan yaratdı. Onun bir haldan digər hala düşəcəyini qərara aldı (təkamül). Nəticədə bugünkü insan şəklinə düşdü”.
    O, sonda ayənin ikinci mənası haqqında söhbət açır ki, burada nütfədən məqsəd hər bir insanın mənşəyi olan spermadir("Quranda təkamül”, səh. 27-28.).
    YEKUN
    "İnsanın mərhələli yaradılışı” haqqında söhbət açarkən qeyd edəcəyik ki, nütfə leksik baxımdan zəif axıcılığa malik hər bir şeyə aid edilir. Qatqısız suya, kişi və qadın toxumuna (sperma) da axıcı olduğu üçün nütfə deyilir. Sonra isə Quranda nütfə termininin hansı mənalarda işləndiyini incələyəcək və diqqətinizə çatdıracağıq ki, məlum ayə haqqında on üç baxış mövcuddur("Təfsiri-nümunə”, c. 2, səh. 58. ).
    Lakin təfsirçilər arasında "nütfə” dən məqsəd yalnız "su” olduğu qənaətində olan təfsirçi yoxdur. Ayədə qeyd olunan "امشاج” [əmşac] sözü nütfədən məqsədin su olmadığını göstərən konteksdir. Nütfənin sulu palçıq mənasını isə heç bir leksikoloji qaynaqda tapa bilmədik. Deməli, ayədə "nütfə” dən məqsəd ya kişi nütfəsi (toxumu), ya da qadın və kişi toxumlarının qarışığıdır. Ayətullah Meşkininin izahı isə heç bir hərfi və ya terminoloji məna ilə düz gəlmir.
    4. İnsanın yaradılışının ikinci mərhələsinə işarə vuran ayələr (insan surəti verilməsindən sonra, Adəmin (ə) seçilməsindən öncə).
    "İnsanlar tək bir ümmət idi. Allah onlara müjdə verən və xəbərdarlıq edən (əzabla qorxudan) peyğəmbərlər göndərdi, insanlar arasındakı ixtilafları ayırd etmək üçün O, peyğəmbərlərlə birlikdə haqq olan kitab nazil etdi. Halbuki özlərinə aşkar dəlillər gəldikdən sonra aralarındakı kin (və həsəd) üzündən (dində) ixtilafda bulunanlar kitab əhlindən başqası deyildir”(Yenə orada. ).
    Yunus surəsinin 19-cu ayəsi də bu məzmundadır. Ayətullah Meşkininin fikrincə insana surət verildikdən sonra və Adəm (ə) onların arasından seçilməzdən öncə insanlar uzun müddət vahid bir toplum şəklində həyat sürmüşlər. O, yuxarıda sözügedən iki ayəni bu zaman fasiləsinə (mərhələyə) aid edir(Ali-İmran, 33. "İnsanın yaradılı؛ı”, səh. 108. "Təfsiri-nümunə”, c. 2, səh. 321. "Quran maarifi”, səh. 345.).
    Ayətullah Məkarim Şirazi də Bəqərə surəsinin 213-cü ayəsini bəşər həyatının 4 mərhələsinə aid olduğunu bildirir(Ənam, 98. Nisa, 1; Əraf, 189; Zümər, 6 ayələri də həmin məzmundadır. ).
    Onun fikrincə dinin göndərilməsi insanın yaranması ilə eyni dövrə təsadüf etmir. Dinin göndərilməsi sinifli cəməiyyətə keçid dönəminə təsadüf edir. Deməli, ilk ulul-əzm peyğəmbərin Adəm (ə) deyil, Nuh (ə) olduğunu desək yanılmarıq(Əraf, 27-35; Yasin, 60; İsra, 70. ).
    YEKUN
    Qeyd olunan ayələrdən iki nəticə çıxarmaq olar:
    1. İnsan Yer kürəsində yarandıqda iki mərhələdən keçmişdir. Birinci mərhələdə heç bir din və ya peyğəmbər olmamışdır. Sonradan həzrət Adəm (ə) seçilmiş və insanlar dinli cəmiyyət şəklində yaşamağa başlamışlar. Deməli, həzrət Adəm (ə) ilk yaranan insan deyil (Bu, Darvinin Təkamül nəzəriyyəsi ilə üst-üstə düşür).
    2. Peyğəmbərlərin (ə) göndərilməsi iki cür olmuşdur. Birinci mərhələdə Adəm (ə) yaradıldığından və onun nəsli artdıqdan sonra heç bir şəriət və ya kitab verilməyən peyğəmbərlər göndərilmiş və bəşərə ibtidai fərdi həyatlarında bələdçilik etmişlər. İkinci mərhələdə sinifli cəmiyyət formalaşmış və insanlar qanuna ehtiyac duymuşlar. Bu zaman həzrət Nuh (ə) kimi şəriət və kitab sahibi peyğəmbərlər göndərilmişlər. Deməli, ikinci nəticəyə görə Adəm (ə) Yerdə yaranmış ilk insan olmuşdur (Bu, "Növlərin dəyişməzliyi” nəzəriyyəsi ilə də üst-üstə düşür).
    Ayətullah Meşkini birinci versiyanı əsas götürmüş, Ayəullah Məkarim Şirazi isə ikinci versiyaya üstünlük vermişdir. Qeyd olunan iki versiyaya nəzərən qəti olaraq ayənin hansı nəzəriyyəni (növlərin təkamülü, yoxsa dəyişməzliyi) təsdiq etdiyini demək mümkün deyil.
    5. Üçüncü mərhələyə (Adəmin (ə) insanların arasından seçilməsinə) işarə vuran ayələr.
    "Allah Adəmi, Nuhu, İbrahim övladını və İmran ailəsini aləmlər (məxluqat, insanlar, bəşər övladı) üzərində seçilmiş etdi”("Quranda təkamül”, səh. 48. ).
    Doktor Yədullah Səhabi məlum ayə haqqında yazır:
    "Bu ayələrə (Ali-İmran, 33; Əraf, 11; Səcdə, 7-9) görə Adəm (ə) öncədən birgə yaşadıqları insanların arasından seçildi. Buna görə də insanın Adəmdən törəməsi fikri Qurana görə əsassızdır”("Təfsiri-nümunə”, c. 3, səh. 245. ).
    Ayətullah Məkarim Şirazi Ali-İmran surəsinin 33-cü ayəsini növlərin təkamülünə aid edənlərə cavab olaraq yazır:
    "Ayədə "العالمین” ifadəsindən məqsədin həzrət Adəmin (ə) müasirləri olduğuna heç bir əsas yoxdur. Əksinə bu tarix boyu mövcud olan bütün cəmiyyətlərə aiddir. Buna görə də Adəm dönəmində çoxlu sayda insan olduğunu və həzrət Adəmin (ə) onların arasından seçilməsini əsassız olaraq ayəyə aid etməyə lüzum yoxdur”(Yenə orada, c. 5, səh. 367. ).
    Ayətullah Misbah Yəzdi Ali-İmran surəsinin 33-cü ayəsini izah edərkən "Adəmin (ə) insanların içindən seçilməsi fikri” haqqında yazır:
    "Ayəni belə izah etmək olar ki, bir insan özündən sonra gələcək bütün insanlardan üstün hesab edilmişdir. Əgər bir az mülayim mövqedən çıxış edib Adəm dönəmində cəmiyyətin mövcudluğunu qəbul etsək, bu, onun öz övladlarıdır”(Ali-İmran, 59. ).
    YEKUN
    Ali-İmran surəsinin 33-cü ayəsi haqqında da iki fərqli ehtimal olduğu üçün qəti olaraq müəyyən ehtimal üzərində dayanmaq olmaz. Təbii ki, belə olduqda ayənin iki nəzəriyyədən (növlərin təkamülü, yoxsa dəyişməzliyi) hansının təsdiqi olduğu da qaranlıq olaraq qalır.
    Category: Quranın elmi ecazkarlığl | Added by: Islam_Kitabxanasi (2012-07-16)
    Views: 843 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024