İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Articles » Quran » Quran və Qiyamət “Tur” surəsinin təfsiri

    Quran və Qiyamət “Tur” surəsinin təfsiri
    "TUR” SURƏSİNİN TƏFSİRİ
    "TUR” SURƏSİNİN AXİRƏT VƏ DÜNYA HAQQINDAKI XÜSUSİYYƏTLƏRİ
    Peyğəmbəri Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm)-dən "Tur” surəsi barədə belə rəvayət olunur: "Hər kəs bu surəni oxusa Allah-Taala onu Cəhənnəm odundan qoruyar və Cənnəti ona qismət edər.” İmam Baqir əleyhis-salamdan da aşağıdakı hədis nəql olunur: "Hər kəs "Tur” surəsini oxusa Allah-Taala ona dünya və axirət xeyrini nəsib edər. Dünya xeyri sağlamlıq, axirət xeyri isə bağışlanmaqdan ibarətdir.”
    "Ey Rəbbimiz! Dünya və axirətdə bizə yaxşılıq əta et və bizi Cəhənnəm odunun əzabından qoru!”
    Bu surənin xüsusiyyətlərindən biri də budur ki, əgər həbsdə olan bir kəs bu surəni lazımı mərifətlə oxusa, zindandan xilas olar. Həmçinin bu surəni oxumaq insanı səfərdəki bəlalardan qurtarar. Əlbəttə sadalanan bu xüsusiyyətlər insanın zahiri üçündür. Amma bu surənin həqiqi təsiri qəlbin cəhalət, qəflət və s. kimi ruhi xəstəliklərdən şəfa tapması, sağalmasıdır. Elə bil ki, əkinçi buğda əkir, amma buğdanın arasında arpa da bitir. Bu ayənin dünyəvi faydası həmin arpaya bənzəyir, lakin buğda onun axirət faydasıdır. Müasir xalqların əksəriyyətinin bədbəxtçiliyi Qurandan uzaq düşmələridir. İmam Riza əleyhis-salam buyurur: Mən üç gün ərzində bir dəfə Quranı xətm edirəm. Üç gündən də tez xətm edə bilərəm, amma onun ayələrində təfəkkür etdiyimə görə bu cür oxuyuram. Quran oxuyanlar Qiyamət günündə Quranı sağ əllərində tutarlar; necə ki, şərab içənlər Qiyamət günündə şərab şüşəsini əllərində tutarlar, tənbur (musiqi aləti) çalanlar da bu cür olarlar. Əfsuslar olsun ki, insan faydasız sözləri dilinə gətirir.
    Bu müqəddimədən sonra "Tur” surəsinin təfsirinə başlayırıq.
    Quranın ən əzəmətli ayələrindən biri də "bismillahir-rəhmanir-rəhim”dir və bu ayə Qurani-Məcidin "Tövbə surəsi istisna olmaqla bütün surələrinin tərkibinə daxildir. Xüsusilə namazda bunu nəzərə almaq vacibdir. Bədbəxtçilikdən bəziləri "bismillah” ayəsini surənin tərkib hissəsindən saymır, namazda da onu demirlər. Şeytan onların qəlblərinə elə nüfuz edibdir ki, onsuz da puç olan əməllərini daha da puç edirlər. Amma həqiqi Mömin bütün hallarda, hər vaxtda, hər yerdə, işə gedəndə, evə qayıdanda və hətta cinsi əlaqəyə başlayanda belə "bismillah” deyir. Məhz buna görə də şeytan onun işlərinə nüfuz edə bilmir.
    º kəlməsindəki "vav” and içmək üçündür.
    Yəni and olsun "Tur” dağına. Fəsahət və bəlağət elminə aid olan qaydalardan biri odur ki, danışan şəxs dinləyicilərin onun sözünü eşidib qəbul etməsi üçün ürəkdən and içsin. And içmək hər hansı məsələnin əhəmiyyətini daha da təkidləndirir. Məsələn, ata övladını tərbiyə etmək üçün əvvəl onunla mülayim danışır, sonra ciddi və təkidlə, daha sonra isə and içərək deyir: "Vallah, bu iş pis işdir!”
    "Tur” surəsində də Allah-Taala bir neçə dəfə and içir, təkid edərək and içdiyi şeyin böyük əhəmiyyətə malik olduğunu başa salmaq istəyir. Burada and həmin şeyin əzəmətli olması üçündür ki, insan mövcudatın Xaliqinin əzəmətini tanıyıb dərk etsin.
    "TUR”-DAĞ MƏNASINI DAŞIYIR
    Bu surədə Allah-Taalanın and içdiyi şeylərdən biri "tur”dur. "Tur” nə deməkdir? Bu haqda bir neçə ehtimal vardır ki, biri də dağ mənasındadır. Bu məna şerlərdə də işlənibdir. Allah-Taalanın dağa and içməsinin səbəbi, onun zahiri əzəmətidir. Bəşər dərindən fikirləşsə, dağın necə də əzəmətli məxluq olmasını başa düşər. Məsələn, bu möhkəm daşların arasında müxtəlif otların, bitkilərin bitməsi, meyvələrin yetişməsi bu qəbil işlərdəndir. Müşahidə etdiyimiz saysız-hesabsız dağ meyvələrinin toxumunu daşın arasında kim əkib, kim onu cücərdibdir? Bahar fəslində bəzi dağlarda necə də gözəl güllər bitir və bəşər onun ətrindən bəhrələnir. Həmçinin başqa faydalı qazıntılar dağdan hasil olur. Dağların başqa əzəməti onun ətəyindən axan sulardır, bəzi dağlardan göz yaşı kimi ayna bulaqlar axır.
    DAĞLAR MİSMAR KİMİ YER KÜRƏSİNİ SAXLAYIR
    Mövla Əliyyibni Əbu Talib əleyhis-salam buyurur: "Dağlar mıx kimi yer kürəsini saxlayır. Əgər dağlar olmasaydı yer kürəsi parça-parça olardı.”
    Yer kürəsi günəş ətrafında olan hərəkətində hər saniyədə dörd fərsəx (30 km) yol gedir. Əgər dağlar olmasaydı belə bir sürətlə hərəkət edən yer kürəsi parça-parça olar, torpağı fəzaya dağılar və məhv olardı.
    Yer kürəsinin öz ətrafında fırlanması da çox təəccüblüdür. Bunların hamısını, yer kürəsinin müxtəlif hərəkətləri ilə yanaşı nəzərə alsaq görərik ki, dağlar olmasaydı yer kürəsində heç bir əmin-amanlıq, aramlıq olmazdı.
    "Dağ”, "Tur” kəlməsinin mənalarından biridir və biz bunu eşidəndə bütün dağları nəzərdə tuta bilərik. Tur kəlməsinin başqa bir mənası yalnız Həzrəti Musa əleyhis-salamın ibadət üçün getdiyi "Tur” dağına aiddir. Bu dağ Şamla (indiki Suriya) Mədyən arasında yerləşir. Bəzi müfəssirlər buyururlar ki, "Tur” kəlməsi böyük dağ deməkdir. Bəziləri isə buyurur ki, "Tur” "tarə” kəlməsindən alınıbdır.
    HƏQİQİ TUR İMAM ƏLEYHİS-SALAMDIR
    "Tur” kəlməsinin batini mənası hər zamanın İmamı deməkdir. Bizim zamanımızda onun həqiqi və batini mənası on ikinci imamımız Həzrət Höccət ibnil Əsgəri Sahibəz-zəman əleyhis-salamdır (11-ci İmamımız İmam Həsən Əsgəri əleyhis-salamın oğlu və on ikinci imamımız İmam Məhdi zəmanəmizin sahibidir.) Yəni necə ki, dağ olmasaydı yer kürəsi parça-parça olardı, eləcə də əgər bir anlıq imam olmasa bütün aləm bir-birinə dəyər. "Nüdbə duasında Allahdan əsrimizin imamının tezliklə zühur etməsini diləyir, ona xitabən deyirik: "Yəbnə Yasinə vəz-Zariyat, yəbnət-Turi vəl-Adiyat” yəni "ey Əliyyibni Əbi Talibin oğlu! Sən elə bir mövcudsan ki, dağ olmasa yer məhv olduğu kimi, sən də olmasan dünya dağılıb məhv olar.” Allah-Taala burada əzəmətli və böyük bir mövcuda and içir.
    BAŞQA BİR BÖYÜK MÖVCUD
    "Kitabun məsturun”un mənası
    əvvəldən axıra qədər səliqə ilə tənzimlənmiş, sətir-sətir tərtibə salınmış, yazılmış kitabdır. Yəni, and olsun tərtiblə yazılmış kitaba! Buradakı kitab müxtəlif kitablara işarə ola bilər. O cümlədən Tövrat, Qurani-Məcid və dünyanın əvvəlindən Qiyamətə qədər bütün hadisələrin toplusu olan Lövhi-məhfuzdur. Lövhi-məhfuzdan söz düşdüyünə görə yaxşı olardı ki, bu lövhdə yazılmış cümləni qeyd edək. Orada Allah tərəfindən yazılıb: "Qüdrətli qələmlə yazılmış bu lövh dəyişilməzdir. Hər kəs "La ilahə illəllah, Mühəmmədun Rəsulullah” şəhadətini desə, onu Cənnət əhlindən etməyi özümə vacib bilirəm.”
    Hafizə qüvvəsi də "kitabi məsturdur.” "Kitabi məstur”un başqa mənası insanın nəfsinin lövhüdür. Bu lövh ilahi bir "kitabi məstur”dur (yazılmış kitab). İnsanın bütün eşitdikləri, öyrəndikləri və əməllərinin hamısı həmin lövhdə qeydə alınır. Hətta keçmişdə baş verib unudulan hadisələr də lövhi-məhfuzda qeydə alınıbdır. Mən bilmirəm bu lövh nə qədər böyükdür ki, hər şey orada yazılır, qeydə alınır.
    ƏN MÜHÜM KİTAB–NAMEYİ-ƏMALDIR (ƏMƏLLƏRİN YAZILDIĞI KİTAB)
    "Kitabi məstur”un mənalarından biri də nameyi-əməldir. Bədəninin hər hansı bir üzvü ilə yerinə yetirdiyin iş, gördüklərinin və eşitdiklərinin hamısı, hətta haqqında fikirləşdiyin şeylərin hamısı nameyi-əməldə yazılır. Nameyi-əməl böyük əhəmiyyətə malikdir. Çünki, "kitabi məstur”un ən yaxın mənası Qurani-Kərimdən sonra nameyi-əməldir. Bu lövhə (nameyi-əməl) necə lövhdür?! Hansı qüdrətli əllə yazılır?! Təəccüblüdür ki, namənin sahibi öləndən sonra ona baxan kimi gördüyü işlərin hamısı yadına düşür. Ora başqa bir aləmdir, maddi dünyanı tərk edəndən sonra yaxşı başa düşərsən. Nameyi-əməldə əvvəldən axıra qədər nə iş görübsənsə qeyd olunubdur. Hər adamın naməsini öz əlinə verərək, deyərlər: "İqrə” kitabəkə”, yəni, "indi oxu öz kitabını!” Elə buna görə də İmam Əli əleyhis-salam buyurur: "Elə iş gör ki, sabah Qiyamət günü nameyi-əməlində onu oxuya biləsən.” Yəni gördüyün işin cavabını verə biləsən.
    Amma Mömin adamın əlinə nameyi-əməlini verəndə çox sevinir. Uşaqlar uzun müddət məktəbə gedirlər, bu müddət ərzində onlar hətta qorxu hissi də keçirirlər. Amma elə ki, qəbul kağızını alırlar, hər kəsə çatsalar, deyirlər: "Bax! Bu mənim qəbul kağızımdır, mən imtahanlardan qəbul olmuşam.” Mömin adam da bu cürdür. Həmişə qorxu içində özündən soruşur ki, görəsən mən də əshabi-yəmindənəm, yoxsa yox? Nameyi-əməlimi sağ əlimə verəcəklər, ya sol əlimə? ölüm saatında birinci ona müqdə verirlər. Qiyamət günündə də nameyi-əməlini sağ əlinə verirlər. Amma vay olsun o adamların halına ki, imtahanda onlara "siz qəbul olmamısınız” deyələr. ölümün ilk anlarında əzabın əlamətlərini də sol əllərinə verərlər.
    Üstündə yazı yazmaq mümkün olan hər bir şeyə "rəqq” deyilir. Rəqqdən məqsəd ümumiyyətlə səhifədir. Yəni, hər hansı bir şeyə yazı yazmaq mümkün olarsa, istər kağız, istərsə də insanın sinəsi, qəlbi olsun (ey insan, bütün hadisələr orada yazılır)–ona rəqq deyirlər.
    Qurani-Məcid, yaxud sinə, məsələn Xatəmül-Ənbiya Mühəmməd səlləllahu əleyhi və alihi və səlləmin sinəsi, həmçinin iman əhlinin sinəsi incə bir rəqqdir.
    Möminin qəlbi ağdır, açıqdır, kafirin qəlbi isə qaradır, bağlıdır. Möminin qəlbi mənşur, yəni açıqdır. ömrü qurtarıb əcəli çatanda nameyi-əmalı bağlanar. İnsan öləndən sonra yaxşılıqları artmır, günahları da aradan getmir. Əgər Allah rəhm etsə daha ona sözümüz yoxdur.
    Ola bilər ki, rəqqi mənşur elə nameyi-əməl olsun. Qurani-Məcidin əzəmətlərindən biri də budur ki, onun sözlərini bir neçə cür təfsir etmək olur.
    cümləsi də qabaqkı cümlələr kimi
    çoxlu mənaya malikdir. Beyt sözünün mənası ev, məmur sözünün mənası isə abadlaşmış deməkdir. Kəbə Allah Evidir. Allahın evində əmin-amanlıq, abadlıq olduğuna görə Kəbə Evinə də Beytül-məmur deyilir. Allah-Taala Kəbənin ziyarətini hamıya bütün istəyənlərə qismət etsin. Kəbə Evi də abadlıqdır. İslam dini zühur edəndən sonra "la ilahə illəllah” bayrağı bu evin üstündə dalğalandı, bütlər məhv oldu və bu ev Mömin insanlarla doldu. Elə onun abadlığı da bu mənadadır. Məlum olur ki, hər hansı bir məsciddə namaz qılınarsa, oraya abad məscid demək olar. Yeri gəlmişkən qeyd edək ki, Qiyamət günü xalqdan şikayət edənlərdən biri də dünyada abad olmayan məscidlərdir. Məsciddə nə qədər çox ibadət olunsa, o qədər də abadlaşar. Sözün qısası "Vəl-beytil-məmur” cümləsinin mənası, yəni "And olsun Kəbə Evinə ki, həmişə abaddır” (xüsusilə həcc mövsümündə).
    "BEYTÜL-MƏMUR” MƏLƏKLƏRİN MƏSCİDİDİR
    Beytül-məmurun mənalarından biri də yeddinci göydə olan bir məsciddir.
    Rəvayət olunur ki, Allah-Taala bəşərin atası Adəm Peyğəmbəri xəlq etmək istəyəndə mələklər etiraz edərək dedilər: "Ey Allah, sən orada (yer üzündə) fəsad törədib qan axıdan bir mövcud xəlq etmək istəyirsənmi? Allah-Taala onları inkar edib buyurdu: "Mənim insan haqqında bildiklərimi siz bilmirsiniz”. Yəni siz tikanı görürsünüzsə, gülü də nəzərə alın! Aləmlərin Allahına üz tutmuş cavanları görmürsünüz. Yalnız insanların pis əməllərini görürsünüz. Məlumdur ki, yaxşı və qiymətli şeylər tapılmır, azdır. Qızıl çoxdur, yoxsa daş? Əlbəttə Möminlər həmişə fasiqlərdən sayca az olur. Allah-Taala mələkləri, etiraz etdiklərinə görə yeddi min il məhrum etdi. Sonra isə mələklər Allahdan bağışlanmaq istədilər. Allah-Taala yeddinci göydə bir məscid icad edərək onlara əmr etdi ki, yeddi min il bu məscidin ətrafında təvaf edib istiğfar etsinlər. Rəvayət olunur ki, əgər həmin məscidin yanından bir daş atsan, düz Kəbənin damının üstünə düşər. Yəni, o məscid Kəbə Evi ilə bir ox üzərindədir.
    Əgər insan yeddi dəfə Kəbə Evinin ətrafına fırlansa, onun savabı, mələklərin yeddi min il etdiyi təvafın savabına bərabərdir. Allah-Taalanın hər gün yetmiş min mələk xəlq etməsi Beytül-məmurun başqa əzəmətinə dəlalət edir. Çünki həmin mələklər Beytül-məmura daxil olur, zikr etməklə məşğul olurlar. Onlar beytül-məmurdan çıxandan sonra ikinci dəfə oraya daxil ola bilmirlər. Çünki, Qiyamət gününədək onlara növbə çatmır.
    Seyyid ibni Tavus Beytül-məmurun xüsusiyyətlərindən birini aşağıdakı kimi bəyan edir:
    "Beytül-məmurda çoxlu mələk vardır. Onların bir dəstəsi sağ, başqa bir dəstəsi isə sol tərəfdə olurlar. "Kiramül-katibəyn” insanın sağ və sol çiynindəki iki mələk axşam olan kimi, Möminin nameyi-əməlini asimanda olan bu məscidə aparırlar. Məscidin sağ tərəfindəki mələklər ehtiramla həmin naməni alıb üzünü köçürürlər.”
    Əgər nameyi-əməl pis əməllərlə qaralmış olsa məscidin sol tərəfindəki mələklər onu alıb üzünü köçürürlər. Belə olan halda bütün insanların əməllərinin nüsxəsi həmin məsciddə, Beytül-məmurda vardır. Bu nüsxələrə əsasən Qiyamət günündə heç kəs öz əməllərini inkar edə bilməz.
    BƏDƏN ÜZVLƏRİ VƏ YERİN ŞƏHADƏTİ
    Bundan əlavə bədən üzvləri də görülən işlər haqqında şəhadət verir. Elə buna görə də müstəhəbdir ki, insan müxtəlif məkanlarda namaz qılıb dua etsin. Hədisdə var ki, Möminin əməlləri ölçülər və günahları çox olanda bəzən azacıq təfavütün hesabına onun yaxşılıqları azalır, buna görə əmr olur ki, onu oda tərəf aparsınlar. Elə bu zaman kipriklərindən biri şəhadət verərək deyər: "Ey Rəbbim! Mənim sahibim bir gün Səni yadına salıb ağladı.”
    Bu əməl onun xoşbəxt və nicat tapmasına səbəb olur. Mən bilmirəm bizim taleyimiz necə olacaq?
    OĞUL ÖZ İŞLƏRİNİ ATASINA DANIŞARAQ XƏCALƏT ÇƏKİR
    Böyük şəxsiyyətlərdən birinin bir oğlu var idi. Bir gün öz oğluna buyurdu:–Mənim bir istəyim vardır, əgər onu desəm yerinə yetirərsənmi?
    Oğul dedi:–Bəli, ata yerinə yetirərəm!
    Ata dedi:–Hər axşam evə gələndə gündəlik gördüyün işlər haqqında mənə dəqiq məlumat ver.
    Axşam oldu. Oğlu evə gəldi. O, öz sözünə vəfa etmək üçün etdiyi işlərin bir hissəsini atasına danışdı. Amma bəzilərini deməkdən çəkindi. Elə bu zaman atası ona dedi:–Oğul! Mən Allah bəndələrinin içində zəif bir bəndəyəm. Əgər sən öz əməllərini mənə deyə bilmirsənsə, bəs Qiyamət günündə Allaha necə deyərsən? Məxluqatın qarşısında öz əməllərini necə oxuyarsan?
    And olsun ucalmış (hündür) yüksək tavana, yəni and olsun asimana.
    And olsun dolu olan dəryaya, başqa məna ilə desək, and olsun od tutmuş dəryaya.
    Elə ki, təndirin içində od qalayırlar və onun içindən alov şölələri qalxır, ona məscur deyirlər. Amma bu ayədə bəhri-məscurdan məqsəd Qiyamət günüdür. Onun birinci mənasını nəzərə alsaq aşağıdakı kimi təfsir olunar. Elə ki, Qiyamət olar və zəlzələ başlar, dağlar dəryaya tökülər, dəryalar dolar.
    Əlyyibni Əbu Talib əleyhis-salam "bəhri məscuru” başqa cür təfsir edərək buyurur: yeddinci asimanda ucsuz-bucaqsız bir dərya var ki, dərinliyi yerlə göy arasındakı məsafə qədərdir. Qiyamət günündə qırx gecə-gündüz yağış yağır. Çürümüş bədənlər torpağa dönər, yenidən canlanarlar, cəsədlər dirilər.
    DƏRYALAR OD TUTUB YANAR
    Amma dəryaların od tutub yanması haqqında olan başqa bir mənanı hədislərdə görmək olar. Hədislər göstərir ki, Qiyamət günündə şəksiz-şübhəsiz baş verən hadisələrdən biri də dəryaların od tutub yanmasıdır. Hal-hazırda dəryaların altında od vardır. Qiyamətdə bütün dəryalar birləşər, od tutub yanar və şölələnər, elə bu zaman sular oda çevrilər. Xülasə, and olsun Allahın qəhr odundan od tutub yanan dəryalara!
    Misirli müfəssir Təntavi son məlumatlara əsasən deyir: "Bu ayə Qurani-Məcidin möcüzələrindən biridir. Bizim zamanımıza qədər onun haqqında heç kəsin xəbəri yox idi.”
    Müasir elmə əsasən yer kürəsinin iç hissəsini (nüvəsini) kəşf ediblər. Hətta əgər dəmiri onun içinə atsalar əriyib mayeyə dönər. Əgər oradan yer kürəsinin üst qabığına kiçik bir deşik açılsa yüzlərlə metr ətrafı yandırar. Dağlardan çıxan vulkanlar elə buna görədir. Allah Taala bu odun ətrafında qalınlığı orta hesabla 30 km olan qabıq yaradıbdır. Bu qabığın yer kürəsinin içindəki odla müqayisədə qarpızın qabığının onun içinə olan nisbəti kimidir. Başqa sözlə desək, yer kürəsinin dərinliyi həddindən artıqdır. Əgər yer kürəsini əhatə edən qabıq olmasaydı, hər yer külə dönərdi. Yer kürəsinin bəzi hissələrində şiddətli zəlzələlərin nəticəsində onun qabığı parçalanır və od şölələnir. Bəzi yerlərdə dağı yerindən qoparır.
    Bu məsələ müasir elmlə sübuta yetirilibdir ki, Qiyamətdə dəryalar birləşərlər, dəryaların suyu odların üstünə tökülərək şölələnər; bu ona oxşayır ki, bir yer od tutub yananda onun üstünə su tökərkən daha da şölələnir.
    Çünki, yer kürəsində olan maddə dəryaların suyuna çatır, bütün dəryalar şölələnir (od tutub yanır). Çünki, suyun tərkibi iki ədəd hidrogen və bir ədəd oksigen atomundan təşkil olunubdur. Hər ikisi yəni hidrogen və oksigen maddələri alışma qabiliyyətinə malikdirlər. Lakin Allah-Taalanın qüdrəti ilə atəş və odun ziddinə olan su bu iki maddənin tərkibi ilə yaranmışdır. Amma Qiyamət günündə yandırıcı maddələr qələbə çalmaqla su parçalanacaq və ikinci dəfə onun ilkin maddələri olan hidrogen və oksigen (təşkil tapdığı maddələr) ayrı-ayrılıqda malik olduğu həmin yandırıcı xasiyyətini yenidən kəsb edəcəklər. Doğrudan da Qiyamət günü təəccüblüdür!
    BU ANDLAR VƏ MÖMİN
    Mənhəc təfsirində bəzi tədqiqatçılarin etiqadına əsasən bu altı and iman əhlinə aiddir.
    Yəni Möminin qəlbi möhkəm dağ kimidir.
    Möminin qəlbidir ki, onun üstündə Allahın qüdrətli qələmi ilə "la ilahə illəllah” yazılıbdır və heç vaxt silinməz, məhv olmaz. Allahdan istəyirəm insan elə məqama çatsın ki, Allah-Taala onun qəlbində tovhid kəlməsini həkk etsin.
    Rəqq, yəni cild, yəni Möminin qəlbidir. Möminin qəlbi həmişə açıqdır. Onun qəlbi heç vaxt Allahın lütfündən məhrum olmaz.
    İman əhlinin qəlbidir.
    Möminin qəlbi həmişə Rəhman Allahın ərşidir. Allahın zikri ilə və Allahı yad etməklə abaddır, onun qəlbi qəflət yuxusuna getmir.
    And olsun Möminin ruhuna ki, ta-van evə hakim kəsilən kimi, Mömin də öz qəlbinə hakim kəsilir.
    Bu ayə Allahın məhəbbəti ilə alışmış iman əhlinin qəlbinə işarə edərək, ona and içir.
    Category: Quran və Qiyamət “Tur” surəsinin təfsiri | Added by: Islam_Kitabxanasi (2012-06-08)
    Views: 1088 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024