İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Articles » Quran » Quran və Qiyamət “Tur” surəsinin təfsiri

    Quran və Qiyamət “Tur” surəsinin təfsiri
    İSA ƏLEYHIS-SALAM VƏ XAİFİNİN SÖZLƏRİ
    Həzrəti İsa ibni Məryəm əleyhis-salam üç nəfəri qəmgin halda gördü. Bədənləri zəif və üzləri saralmışdı. İsa əleyhis-salam buyurdu: Hansı səbəb sizi bu günə salıbdır? Dedilər: Allahın qorxusu. İsa əleyhis-salam başqa üç nəfəri gördü ki, onlardan çox bu üç nəfər qəmgindir. Qəmginliyinin səbəbini onlardan soruşdu. Dedilər: Allahın rəhmətinin şövqü bizi bu hala salıbdır. İsa əleyhis-salam daha başqa üç nəfəri gördü. Onlardan soruşdu: siz nə üçün qəmginsiniz? Dedilər: Allahı istəməkdən və Onun fəraqına görə bu cür olmuşuq. İsa əleyhis-salam üç dəfə təkrar edərək onlara buyurdu:
    Allahın dərgahına yaxın olanlar, sizsiniz.
    ŞÜEYB VƏ MÜNACATIN ŞÖVQÜ
    Şüeyb Peyğəmbər o qədər ağladı ki, axırda gözləri tutuldu. Allah-Taala onun gözlərinə şəfa verdi. Yenə də o ağlamağın nəticəsində kor oldu. Allah-Taala buyurdu:–Şüeyb, biz ki, səni savaba çatdırırıq, bəs niyə belə edirsən? Şüeyb ərz etdi:–Münacatı çox istəyirəm.
    Allah-Taala da dünyada Musanı onun üçün xidmətçi seçdi.Allah-Taala hər insanı xəlq etdiyi gündən bəri, gör nə qədər onunla mehribancasına rəftar edir. Ona nə qədər ləzzətli xörəklər, nə qədər paltarlar qismət edir, nə qədər onun eyblərini örtür, nə qədər onu bağışlayır!
    İnnə əzabə rəbbikə lə vaqiun
    Yəni, həqiqətən sənin Allahının əzabı hökmən vaqe olacaq. Yəni, Quranda yazılmış bütün əzablar baş verəcək.
    Ma ləhu min dafiin
    Yəni o əzabın qarşısını alan yoxdur. Heç kəs Allahın əzabının qarşısını ala bilməz.
    Orada rüşvətə yer yoxdur. Yaltaqlıq fayda verməz.
    HANSI ŞƏRAİTDƏ ALLAHIN ƏZABI BAŞ VERİR
    Yəvmə təmurus-səmau məvrən.
    Bütün təlatüm şeylərə məvr deyirlər. Yəni, bir gün olar ki, bütün kürələr və başqa yaranmışlar bir-birinə dəyərlər. Göylərin zahiri forması dəhşətli olar, Qiyamət səhrasının ətrafından vəhşət yağar.
    Ulduzlar öz nəzmlərini itirməklə bir-birinə dəyərlər. Yer titrəyər, xarabaya dönər, dağlar bütün möhkəmliyi ilə, əzəməti ilə hərəkətə gələr. Bütün dağlar zəlzələnin nəticəsində dağılıb yumşalar, parçalanıb tikə-tikə olar. Qiyamət Allah-Taalanın mütləq səltənət və hakimiyyətinin nişanəsidir. Sinəsini döyüb mənəm-mənəm deyən insan öz səhvini başa düşəcək ki, qüdrət yalnız Allaha məxsusdur. Qüdrətli Odur, qadir Odur, vəssalam.
    Bir dəstə iman əhli bu dünyada başa düşürlər ki: la məlikə illa huvə” yəni,
    mülk yalnız Allah üçündür. "La əzizə illa huvə”, yəni qüdrətli yalnız Allahdır. Bunlar öz elmləri ilə başa düşürlər, başqalarının başa salmasına ehtiyacları yoxdur. Lakin insanların çoxu bunu Qiyamət günü başa düşürlər. Amma Qiyamətdə başa düşməyin artıq faydası yoxdur.
    Aləmlərin Allahına layiq olan sifətləri Qiyamətdə başa düşməyin əsla xeyri yoxdur. Bu zəif bəşər bəzi vaxt öz ailəsində, əhli-əyalı üçün Allahlıq edir, başqası şagirdi üçün, Firon isə Misir diyarına görə Allahçılıq iddiası edir. Hamı məxluqdur, hamı bir olan Allahın xəlq etdikləridir. Hamı bir olan Allahın ruzisini yeyir. Bir damcı nütfədən yaranmış və axırı iylənmiş leşə dönən insan hansı üzlə, hansı əsasla mənəm-mənəm deyə bilər? "Mən etdim”, "mən edəcəyəm” və s. Əgər bəşər düz deyirsə, onda tükünü ağarmağa, qulağını ağır eşitməyə, gözünü kor olmağa, dişlərin tökülməyə qoymasın. Qurban olsun o ağıllı adama ki, Allahın əzəmətinin nişanələri zahir olmamışdan qabaq (Qiyamət gününə işarədir) başa düşə və bilə ki, mənim kimi zəif bəndənin əlindən heç bir iş gəlmir: bilə ki, hər şey Allah tərəfindəndir. Bir damcı suyu heykəl şəklinə salan məhz Allahdır. O, cansız maddə olan çörəyi insanın bədəninə bədəninə daxil edərək orqanizmə döndərir. Kim insana can verir? Bəşəriyyətin çoxu cəhl və nadanlıq qaranlıqlarında qərq olubdur, qeyb aləminə diqqət etməyə ləyaqətləri yoxdur.
    Elə buna görə də Qiyamət günündə bəşərə həqiqətlər başa salınar və Allahın əzəməti məlum olar.
    Allah-Taalanın əzəmətini bu dünyada başa düşənlərin və bütün qüdrətlərin Allah üçün olduğunu başa düşənlərin xoş halına! Xoş onların halına ki, Allah-Taalanın qüdrətinin möcudların arasında paylaşdırmasını bilirlər. Xülasə, Qiyamət ilahi qüdrət və əzəmətin zahir olduğu bir gündür.
    QİYAMƏT ƏCAİBLƏRİ QORXU DOĞURUR
    Qiyamətdə qorxu və vəhşətin səbəblərindən biri, onun misilsiz mənzərələridir. Yəni bəşər yenidən dirilib torpaqdan baş qaldırdığı zaman elə şeylər görür ki, onu heç vaxt dünyada görməyibdir. Dünyada baş verən zəlzələlər nə qədər şiddətli olsa da Qiyamətdəki zəlzələ ilə müqayisə olunası deyil. Qiyamət zəlzələsi elə bir zəlzələdir ki, dağları xarabaya çevirir.
    Hamı həyəcanlanar, yalnız öz haylarında olar və özlərini fikirləşərlər.
    Hədisdə nəql olunur ki, Rəsuli Əkrəm buyurdu:
    "Camaat Qiyamətdə ayaqyalın, başı açıq məhşur olacaq.”
    Ümmü Sələmə Həzrətdən soruşdu: "Qadınlar nə halda olacaqlar?”
    Rəsuli Əkrəm buyurdu: "O gündə, hər kəsin başı öz nameyi-əməlinə elə qarışacaq ki, başqasına diqqət edə bilməyəcək.” (Başqası ilə maraqlana bilməyəcək.)
    GƏMİNİN QƏRQ OLMASI QİYAMƏTİN KİÇİK BİR NÜMUNƏSİDİR
    Yelkənli gəmilərdə dəryaya səfərə çıxanlar bilirlər ki, dəryada tufan olanda, bəzən dəryanın dibindəki çirkab da suyun üzünə qalxır, dəryadan elə bir dalğa gəlir ki, hətta gəminin içini su basır. Belə olan halda gəmidəki sərnişinlərin yadına heç kəs və heç nə düşmür, elə öz haylarında elə olurlar ki, heç nəyə diqqət yetirə bilmirlər. Qiyamətdə də qadın və kişilər yalnız öz haylarında olarlar.
    XƏDİCƏ QİYAMƏTİN ÇILPAQ VƏZİYYƏTİNDƏN QORXURDU
    Rəsuli Əkrəm bir neçə qadına zamin durdu ki, məhşərə çılpaq vəziyyətdə gəlməyəcəklər. Onlardan biri Fatimeyi-Zəhra əleyha salam, o birisi isə Möminlərin anası olan Xədiceyi Kübra idi. Həmin Xədicə idi ki, Allah-Taala Cəbrailin vasitəsilə ona salam göndərdi. Xədicə o qədər Qiyamətdən qorxurdu ki, Fatimədən xahiş etdi, Allahın Rəsuluna desin, Xədicə öləndə Peyğəmbərin köynəyini onun üçün kəfən etsin. Həmin qadınlardan biri də Əli ibni Əbitalibin anası Fatimə binti Əsəd idi.
    CÜBEYRİ ÖZ BAŞINA ÇARƏ QILMAĞA VADAR EDİR
    Cübeyr Peyğəmbərin əshablarından biridir. O, "Bədr” müharibəsindən sonra əsir olmuş müşriklər haqqında Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm ilə söhbət etmək üçün Məkkədən Mədinəyə səfər etdi. Cübeyr həmin vaxt kafir idi. Cübeyr əsirləri azad etdirmək istəyirdi. Buna görə də Mədinə şəhərinə, Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləmin hüzuruna gəldi. O, sübh azanı vaxtı Peyğəmbər məscidinin qapısının ağzına yetişdi. Həmin vaxt Xatəmül-Ənbiya səlləllahu əleyhi və alihi və səlləm sübh namazını qılırdı. Birinci rəkətdə "Həmd” surəsindən sonra mübarək "Tur” surəsini oxudu. Cübeyr deyir ki, müşriklərə məscidə daxil olmaq üçün icazə verilmədiyinə görə bu surəyə bayrdan qulaq asırdım. Həzrəti Mühəmməd səlləllahu əleyhi və alihi və səlləm Ï; ayəsini qiraətinə çatan zaman
    bədənimə titrətmə düşdü. Ayəni eşidən kimi oturdum. özümə əlac qılmaq üçün fikirləşdim. Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm namazı qurtarandan sonra, Allahın əzabından canımı qurtarmaq üçün icazə alaraq məscidə girdim və müsəlman oldum.
    Bu cür hadisələr Allahın, bəndəsinə olan mehribançılığından irəli gəlir. Nəhayət, Cübeyr müsəlman oldu.
    QURAN AYƏSİNİN PAK FİTRƏTDƏ QOYDUĞU TƏSİR
    Mərhum Hacı Şeyx Əliəkbər Nəhavəndi yazır:
    "Bir kişi öz oğlunu dərs oxumaq üçün məktəbə göndərmişdi. Məktəbdə həm fars dili, həm də Quran dərsi tədris olunurdu. Bir gün günorta çağı uşaq məktəbdən evə qayıtdı. Atası gördü ki, oğlunun rəngi saralıb, deyəsən qızdırması var. Ona dedi: Oğul sənə nə olubdur! Uşaq ağlaya-ağlaya cavab verdi ki, müəllim bu gün bizə aşağıdakı ayəni öyrətdi:
    "Vəttəqu yövmən yəc"əlül vildanə şəybən” Yəni qorxun o gündən ki, uşaqları qocaldır.
    Ata fikrə getdi. Xülasə, uşağın qızdırması çoxaldı və dünya ilə vidalaşdı. Həddi buluğa çatmamışdan qabaq onun cənazəsini dəfn etdilər. Atası oğlunun qəbri üstə gəlib, deyərdi: "Kaş ki, sən günahsızın yerinə mən öz napaklığımdan öləydim!”
    Yövmə təmurus-səma”u məvrən.
    "Məvr” iztirab və yerindən qopmaq deməkdir. Təfsirçilərin bəzisi buyurubdur ki, məvr, dövri hərəkətdir. Yer o cür möhkəmliyi ilə parça-parça olacağı halda, görəsən zərif insan nə hala düşəcək? Qiyamətin vəziyyəti o qədər qəribə və təəccüblüdür ki, insanın gözü, heyrətdə qaldığı üçün 40 il hərəkətsiz olar. İnsan ölüm vaxtı gözünü bir yerə dikdiyi kimi Qiyamətdə də o cür olar.
    "Və təsirül cibalu səyrən”
    Yəni dağlar Qiyamətdə bir-birinə dəyib darmadağın olacaq, toza dönəcəklər.
    Onda Qiyamətdə nə olacaq?!
    "Fə vəylün yəvməizin lil-
    mükəzzibinə” "Vəyl” sözünün mənası şiddətli əzab və ya Cəhənnəmdə olan quyu deməkdir. "Lil mükəzzibin, yəni Qiyaməti inkar edənlər üçün şiddətli əzab vardır, o adamlar üçün ki, bu gün "axı kim o dünyadan gəlibdir ki, xəbər də gətirə?” deyirlər.
    Həzrəti Loğman buyurur: "Bəzi insanlara təəccüb edirəm ki hər gecə-gündüz ölür, yenə də dirilir və bununla belə, Qiyaməti danır. Burada ölməkdən məqsəd yatmaqdır. İnsan yatdığı vaxt ruhun rabitəsi onun cismi ilə bir az azalır, amma yenə də ruh cisimlə əlaqədə olur. Lakin, bəzi vaxt ruh tamamilə cisimdən ayrılır, əlaqəsi kəsilir, yəni insan yatdığı yerdə də ölür. Belə isə, Mömin yatarkən vəsiyyətnamə və kəfənini öz yanında qoymalıdır.
    Əgər ölməsə yuxudan ayılsa gərək desin:
    "Həmd olsun O Allaha ki, məni öldürdükdən sonra diriltdi. Yalnız ona tərəfdir dirilib qalxmaq.”
    QİYAMƏT ƏQLİN HÖKMÜ İLƏ
    Əql və təhqiq əhlinin nəzərində, Qiyamətdən açıq-aydın nə ola bilər? Əgər peyğəmbərlər də Qiyamətdən xəbər verməsəydilər, ağıllı adam başa düşərdi ki, bu dünyadan sonra başqa bir dünya da vardır. Əgər yalnız bu dünya olsaydı yaşayış əbəs və mənasız olardı. Həkim olan Allah da əbəs iş görmür. Bu dünya oyuncaqdır. Bu dünyanın büsatı yığışdırılacaq, hökmən bundan yaxşı büsat qurulacaq. Allah-Taala elə bir ev hazırlayıbdır ki, onun içindən çıxmaq mümkün deyil. Bu dünyanın paltarları istər istəməz köhnəlir amma o dünyanın paltarları dəyişilməz qalır.
    GÜNAHKAR MÖMINİN ƏZABI AZDIR
    Müfəssirlərdən bəzisi deyirlər ki, mükəzzibin mənası Qiyaməti inkar edən deməkdir. Amma iman əhlinin içində günah edənlər necə? Bunlar mükəzzib deyil, günahkardırlar. "Vəyl”, yəni şiddətli əzab Qiyaməti inkar edən şəxs üçündür. Amma günahkar Möminin əzabı yüngül olacaq. Rəvayətdə vardır ki, Cəhənnəm yeddi mərtəbədir. Onun əzabı az olan birinci mərtəbəsi, günahkar Möminlər üçündür, iman nuru öz sahibini çox da alçalmağa qoymur üstəlik onu hər iki dünyada paklaşdırır.
    "Əlləzinə hum fi xəvzin yələbunə” "Xəvz”, batmaq, qərq olmaq mənasındadır, batilin içində batmaq deməkdir, həmişə bu mənada işlənir. Və hətta batil kəlməsindən ayrı da işlənsə həmin mənanı itirmir. Batil kəlməsini işlətməyə də ehtiyac yoxdur. "Xaiz”, yəni hər kəs ki, batilin içinə batar, batildə qərq olur. "Əlləzinə hum fi xəvzin yələbunə”, yəni o kəslər ki, batilin içində qərq olublar.
    Əxlaq elmində zikr olduğu kimi, batildə qərq olmaq üç hissəyə bölünür.
    BATİLDƏ QƏRQ OLMAĞIN ÜÇ QİSMİ
    Batildə qərq olmağın birinci qismi kafir və mürtəd olmaq, ikinci qismi haram, üçüncü qismi isə məkruhdur (xoşa gəlməz işlər).
    Birinci qisim, küfr və mürtədlik üsulid-dinə aiddir. Məsələn Qiyaməti ələ salıb onu danmaq, məada, İslamın əziz Peyğəmbərinə, on iki İmam əleyhis-salamın imamətinə aid olan məsələləri inkar etmək birinci qismə misal ola bilər. Bir sözlə batildə qərq olmaq (birinci qismə əsasən) yəni tovhidi, nübüvvəti, imaməti və məadı inkar etmək deməkdir.
    Yuxarıdakı ayə də birinci qisim barəsindədir. İkinci qisim haramdır. Bu da günah əhlinin əməlini təkrarlamaq və danışmaqdır. Məsələn, iki nəfər bir-birinin yanında oturan kimi günah əhlinin əməlini, günah məclislərini, o cümlədən rəqs, qeyri-şər”i kino, üzdəniraq teatr və s. kimi məclislər haqqında söhbət etməyə, başlayırlar ki, bu iş haramdır.
    İkinci qism məkruhdur. Məkruh odur ki, bir yerdə otururlar və varlıların eyş-işrəti haqqında söhbət edirlər, əlbəttə bu şərtlə ki, içində qeybət olmasın.
    "Yövmə yuddəunə ila nari Cəhənnəmə də”ən.”
    "Yəvm” yəni gün, "yud”əvnə”, hər hansı bir şeyin şiddətlə bir yerə atılmağına deyirlər.
    O kəslər ki, batilin içində qərq olublar, onları şiddətlə Cəhənnəmə atacaqlar.
    Rəvayət olunur ki, əvvəl Cəhənnəm əhlinin əllərini boyunlarına bağlayar, sonra onların tüklərini ayaqlarına dolayıb üzü üstə Cəhənnəmə atan zaman Cəhənnəm məmurları onlara deyəcəklər: "Bu həmin Cəhənnəmdir ki, dünyada onu inkar edirdiniz!”
    Doğrudan da bəşər necə iddialara, necə inkarlara əl atır! Bəşər hansı cür”ətlə məadı danır? Heç olmasa gərək Cəhənnəmin və Cənnətin haqq olmasını ehtimal versin! Məgər Cəhənnəm və Cənnətin yoxluğuna yəqinliyi vardır? Rəvayətdə vardır ki, Cəhənnəm əhlinin əl- ayaqlarını bağlayan zaman nə”rə çəkirlər. Mələk onlara deyir ki, bu hələ əzab deyil, Cəhənnəmə gedəndən sonra əzabı görəcəksən!
    "Hazihin-narul-ləti kuntum biha tukəzzibun”
    Bu həmin oddur ki, siz bunu inkar edirdiniz.
    CƏHƏNNƏM DƏ SEHRDİR?
    Kafirlər və müşriklər peyğəmbərlərin qarşısında iki söz deyirdilər; deyirdilər ki, o ya sehrkardır, ya da şair. O cümlədən müşriklərdən biri olan Ütbə başqa müşriklərin təzyiqi ilə Peyğəmbərin yanına getdi və dedi: Ey Mühəmməd! Şerlərindən bir az mənim üçün oxu! Peyğəmbər buyurdu: Quran şer deyil. Həzrət onun üçün bir ayəni tilavət etdi. Ütbənin canına lərzə düşdü, öz-özünə əsməyə başladı və dedi: Ey Mühəmməd! Daha bəsdir, oxuma!
    O evə qayıtdı, içəri girib qapını bağladı. Bu hadisədən sonra müşriklər onun ətrafına toplaşıb dedilər:
    Sən bizi rüsvay etdin. Nə isə, onlar sonra da sehr töhmətini peyğəmbərin adına çıxararaq deyirdilər: peyğəmbər bizi sehr edibdir. Cəhənnəmin məmuru Qiyamətdə buyuracaq: Bu sehrdir? Bu ilahi vəhyin Qurandan bariz nümunəsidir.
    Peyğəmbərə və İlahi kitaba bu cür nahaq töhmət vuranlar çox həyasız idilər. Quranın nəyi sehrə oxşayır? Mühəmməd səlləllahu əleyhi və alihi və səlləm-in hansı işi sehrkarların işinə oxşayır? Sehrkar xalqın içində ən alçaq və tamahkar insandır. Sehr əməli də ən çirkin və alçaq işdir. Belə olan halda Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm bütün paklığı və möcüzə olan Quranı ilə sehr edirdi?! Bəşər övladı çoxlu iftira, böhtan atır, töhmət vurur, üstəlik etinasızlıq da edir. Buna görə də Qiyamətdə onlara deyərlər: Bu Cəhənnəm də sehrdir? Ya siz görmürsüz?
    Hazihi Cəhənnəmul-ləti kuntum tuədun”
    Sözün qısası "Məgər bu sehrdir, yoxsa siz görmürsünüz?!”
    Sonra onları daha da çox danlamaq üçün deyirlər:
    Yəni, sizin üçün fərqi yoxdur, istər səbr edin, istərsə də səbr etməyin. Hər iki halda gərək Cəhənnəm odunu dadasınız.
    Siz yalnız etdiyiniz çirkin əməllərin qarşısında cəzalanırsınız. Qışqırsanız da, qışqırmasanız da Cəhənnəmin odunu dadacaqsınız!
    Dözsəniz də, dözməsəniz də Cəhənnəm odunu dadın!
    Səbrin o dünyada yox, bu dünyada qiyməti vardır. Cəhənnəmdə Cəhənnəm əhli səbr etsələr də, etməsələr də, (hər iki halda) əzabları azalmayacaq.
    Dünya ilə Cəhənnəmin fərqi budur ki, əgər Cəhənnəmdə qışqırsalar, səbirsizlik etsələr şeytanın danlağı, məzəmməti ilə üzbəüz olacaqlar.
    Cəhənnəmin hər şeyi əzabdır. O cümlədən, əzaba görə səbirsizlik etsələr də onların fəryadına etina etməyəcəklər. Əgər səbr etsələr də bağışlanmayacaqlar. Amma bu dünyada insan bir an səbr etsə Allah-Taalanın həmişəlik lütfünə nail olması mümkündür. Başqasını vura bilər, amma vurmur, naməhrəm qadına baxa bilər, amma baxmır və ya sübh tezdən, ya gecə yarısı həddindən artıq yuxuya meyli vardır, amma ayağa qalxır namaz qılır, oruc tutur və aclığa dözür. Sözün qısası səbr etmək yaxşıdır. Baş vermiş müsibətdə Allaha xatir səbr edir, dözür, ürəyi yanır, ağlasa da fəryad etmir. Bu cür səbr çox qiymətlidir.
    "İnnəlllahə məəs-sabirinə”.
    Səadətin zəminəsi dünyada səbrdir Bu cür ayələr ki, (səbr haqqında) Quranda zikr olunur, iman və təqva əhli bu ayələri oxuyanda özlərini eybsiz bilmirlər. Həqiqətən, kim bilir ki, imanla dünyadan gedəcək? Mömin gərək həmişə diqqətli olsun, yadında olsun, elə ki, Quranda əzab ayələrinə çatır belə desin:
    Ya Allah, Sən mənə nicat ver! Məni imanla dünyadan apar!
    ƏLİ ƏLEYHİS-SALAM CƏHƏNNƏM ODUNDAN QORXUR!
    Ənbiya və böyük şəxsiyyətlər qorxurdular, əsirdilər. Möminin hər nə qədər yaxşı əməli olsa gərək öz canını əzabdan qurtarmış kimi bilməsin. Gərək özü ilə Cəhənnəmin arasında maneə olan Allahın fəzl pərdəsini görsün. Əli əleyhis-salamdan da yuxarı bir adam tanıyırsanmı? Əli əleyhis-salam özünü əzabdan qorxmağa vadar edir. Bir gün Həzrət bir yetimin evinə girir. Gəlib təndiri qalayır. Elə ki, od şölələnir başını təndirə yaxınlaş-dırıb öz özünə deyir: "Əli! Odun məzəsini dad!”
    Əgər Əli əleyhis-salam bu cür edirsə, biz nə edək? Gərək başımıza vurub "va qəfləta!” deyək.
    QORXU VƏ ÜMİD–İNKİŞAFIN İKİ SÜTUNU
    Əxlaq elmində qeyd olunur ki, nə qədər insan bu dünyadadır, onun kamilləşməyi üçün həm qorxu, həm də ümid lazımdır. Təki təklif yükünü axirət səfərinə qədər öz üstündən götürə bilsin. Əgər taziyanə qorxusu olmasa, ehtiraslara, nəfsani istəklərə tabeçilikdən başqa heç bir iş odan baş verməz. Eləcə də buyurur: Mömin iki nurun arasındadır, onların heç biri o birisinə qalib gəlmir və heç biri təklikdə səfər yükünü mənzilə çatdırmır. Hər iki nur gərək bərabər olsunlar.
    Hədisdə var ki, əgər günahın ilk və sonuncu günah olsa da yenə Allahın əfvindən məyus olma. Çünki, əgər Allahın dərgahına gəlsən, səni bağışlayar. Nə olar ki Allah-Taala səni paklaşdıra? Buyurur, qorxu məqamında da əgər bütün Allahdan qorxan insanların əməli olsa, yenə də Allahdan qorx! Məgər qorxmursan ki, Allah-Taala bir anlığa sənin üstündən öz nəzərini çəkər, səni öz başına buraxar. Əgər Allah-Taala səni öz başına buraxsa çirkin işlərə mürtəkib olarsan.
    NİYƏ BƏLƏM VƏ OVURUN AQİBƏTİ ŞƏR OLDU?
    Bir nəfər Həzrəti Musəbni Cəfər əleyhis-salamdan soruşdu: "Nə üçün Bəl”əm və Ovur o qədər elmləri ilə yanaşı aqibətləri itə döndü?”
    Həzrət buyurdu: "Çünki, Allah-Taala bir anlığa onları öz başına buraxdı.”
    Həmin şəxs ərz etdi: "Nə üçün onları öz başına buraxdı?”
    Həzrət buyurdu: "Çünki, nemətin şükrünü yerinə yetirmədilər.”
    Ağıllı Mömin gərək ənbiyanın çırağa oxşadılmış sifət və xüsusiyyətlərinə malik olsun. Gərək çırağın həm yağı, həm də alışqanı olsun. Əgər yağı olmasa, piltə yanar; əgər alışdırıcısı olmasa, ümumiyyətlə, yanmaz. Möminin qəlbi də çıraq kimidir. Məbadə şeytan onu aldatsın. Mömin bir tərəfdən bilməlidir ki, Allah bağışlayır, digər tərəfdən də qorxu kibriti ilə yanmalıdır (işıqlanmamalıdır), təki öz sifətini başa çatdıra bilsin.
    Category: Quran və Qiyamət “Tur” surəsinin təfsiri | Added by: Islam_Kitabxanasi (2012-06-08)
    Views: 944 | Rating: 5.0/2
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024