İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • Main » Articles » Quran » Quran və Qiyamət “Tur” surəsinin təfsiri

    Quran və Qiyamət “Tur” surəsinin təfsiri
    KƏHANƏT NƏDİR VƏ KAHİN KİMDİR?
    Kəhanət–cinləri təsxir etməkdir. Bu yolla bəzi qeybi işlərdən agahlıq tapmaq olur. Cinin vasitəsilə oğurlanmış bir malı tapmaq olar.
    İslamdan əvvəl kəhanət çox rəvac tapmışdır və bu peşənin çoxlu rəvayətləri vardır. Bəzi şəxslər olurdu ki, bu şeytani rizayətlərə dözür və ruhları xəbisləşirdi. Nəticədə cin onların qabağında ram olurdu. Cinin vasitəsilə keçmişdən və gələcəkdəki hadisələr barəsində agahlıq əldə edirdilər.
    İslamda təsxirin bütün növləri, istər cin təsxiri olsun, istərsə də ruh təsxiri, hamısı haramdır və mənfur işlərdən sayılır.
    Kəhanət işində hər hansı bir xəbərin doğru və yalan olması bir-birinə qarışmışdır və bu iş insanları çox alçaq dərəcələrə aparıb çıxarır. Məsələn, riyazətlərdən biri budur ki, qırx gecə-gündüz öz sidiyi ilə dəstəmaz alsın və qırx gün Quranı ayağı altına qoysun və bu işlərindən sonra cinin kahinə verdiyi xəbərlər çox az və əhəmiyyətsizdir.
    İbni Məhbubun səhih hədisində Leysəndən belə rəvayət etmişdir ki, İmam Sadiq əleyhis-salamın hüzuruna gedib ərz etdi ki, orada bir kahin vardır, itmiş və oğurlanmış şeyləri tapır. Camaatdan bir şey oğurlandıqda həmin kahindən soruşaqmı,-deyə sual etdilər. Həzrət buyurdu: "Hər kəs kahinin, sehrkarın yanına getsə və onu təsdiq eləsə, Allahın kitabına, yəni Qurani-Məcidə qarşı kafir olmuşdur.”
    Kəhanət, kahinlik kəbirə günahlardandır. Müşriklərdən bir qrupu Peyğəmbəri Əkrəmə kahinlik töhməti vurdular. Bu insafsızlar bilmirdilər ki, Peyğəmbərin işi heç də kahinliyə oxşamır. Nübüvvət məqamı bu kimi dəyərsiz sözlərdən çox-çox yüksəkdədir. Peyğəmbər Allahdan və məaddan söhbət edir. Bunun kahinliyə və onun kimi işlərə heç bir dəxli yoxdur. Buna görə də Xudavənd bu ayədə Peyğəmbərə xitabən buyurur: "Bu töhmətlər səni öz işindən saxlamasın (yəni hər nə istəyirlər desinlər). Sən Allahın verdiyi nemət səbəbilə sehrkar, kahin və divanə deyilsən.”
    Ola bilsin ki, "bi niəməti Rəbbikə” kəlməsindəki "ba” hərfi and içmək kimi olsun. Yəni, mənası "and olsun sənin Rəbbinə ki, sən kahin və divanə deyilsən” ola bilər.
    İslam Peyğəmbəri mütləq əqlə malik idi. İslamın gətirdiyi şər”i vəzifələrdən boyun qaçırmaq istəyən şəxslər, Peyğəmbərə hər gün töhmət vururdular. Bəzisi onu divanə, bəzisi şair və bəzisi də kahin adlandırırdılar. Hətta iş o yerə gəlib çatmışdı kı, Peyğəmbərimiz buyururdu: "Heç bir Peyğəmbər mənim kimi xalqın əlindən əziyyət görməyib.”
    Bu qədər əzab-əziyyətlərlə belə qarğış etmirdi, əksinə buyururdu: "İlahi, mənim ümmətimə rəhm elə, həqiqətən onlar nadandırlar.”
    Əllamə Məclisi (r.ə) "Həyatul-qulub” kitabında belə bir rəvayət nəql etmişdir: "Allah Peyğəmbərə buyurdu ki, Qüreyş tayfasının içində aşkar dəvət etsin, Həcc mövsümündə, camaatın Məkkənin ətrafında və Məkkəni dolandıqları yerdə Səfa dağının üstünə çıxsın və uca səslə nida etsin. Nida etdi: "Əyyühənnas! Mən aləmlərə, Pərvərdigarın göndərdiyi Rəsulam” Bütün camaat təəccüblə o Həzrətin üzünə baxırdılar. Sonra Həzrət Mərva dağının üstünə gedib üç dəfə həmin sözü təkrar etdi. Əbu Cəhl bunu eşidəndə, Peyğəmbərin mübarək alnına bir daş vurdu və alnını yaraladı. Sair müşriklər də əllərinə daş alıb Həzrətin dalınca qaçdılar. Həzrət Əbu Qübeys dağına çıxıb hal-hazırda Müttəka adlanan yerdə dayandı. Müşriklər o Həzrəti axtarırdılar. Bir nəfər Əmirəl-Möminin əleyhis-salamı gördü və dedi ki, Mühəmməd öldürülüb. Həzrət Əli əleyhis-salam ağlaya-ağlaya Xədicənin evinə gəldi və buyurdu: "Müşriklər Rəsuli Əkrəmi daşa basmışlar. Bəziləri deyirlər Peyğəmbər öldürülüb. Bir qabda mənə su ver və özün də yemək götür. Birlikdə Həzrətin yanına gedib onu tapaq və bu yeməkləri ona çatdıraq.
    Sonra hər ikisi Əbu Qübeys dağının yanına gəldi. Əmirəl Möminin Əli əleyhis-salam Xədicəyə buyurdu: "Sən düzənlik tərəfdən get, mən isə dağın başından gedirəm. Əmirəl-Möminin Əli əleyhis-salam ağlaya-ağlaya fəryad edib deyirdi: "Ya Rəsuləllah! Canım Sənə fəda olsun! Hansı vadidə teşnə və acsan və məni özünlə aparmamısan.” Xədicə də fəryad edib deyirdi: "Allahın seçdiyi, Allah yolunda əzab-əziyyət görən Peyğəmbəri mənə göstərin.” Bu vaxt Cəbrail Peyğəmbərə nazil oldu, o Həzrəti qaldırıb Cənnətdən gətirdiyi bir kürsüdə əyləşdirdi. Sonra, asimanların, yerin, dəryaların, dağların məmuru olan mələklərin hər biri O Həzrətin hüzuruna gəlib ərz etdilər ki, biz hamımız Haqq-Taala tərəfindən məmur olunmuşuq ki, sənə itaət edək. Əgər izn versən səninlə bu cür rəftar edən qövmü həlak edək. Həzrət buyurdu: "Mən rəhmət Peyğəmbəriyəm. Mənim qövmümü boşlayın, çünki onlar nadandırlar.”
    Sonra Cəbrail dedi: "Ya Rəsuləllah, Xədicəyə nəzər sal, o sənin dalınca gəlir. Onun ağlamaq səsi məlaikələri ağlatmışdır. Allahın və mənim salamımı ona çatdır. Ona Cənnətə getməklə müqdə ver.”
    Sonra o Həzrət Xədicəni və Əmirəl Möminin Əli əleyhis-salamı çağırdı. Onun mübarək üzündən qan axırdı.
    Axşam olduqda Xədicə və Əli Peyğəmbəri Xədicənin evinə gətirdilər. Müşriklər bu işdən agah olduqda gəlib Xədicənin evini hər tərəfdən daşa basdılar. Xədicə və Əli Peyğəmbərin qarşısında dayanıb özlərini Ona sipər qərar verdilər ki, atılan daşlar Peyğəmbərə dəyməsin. Xədicə ucadan fəryad etdi: "Ey Qüreyş tayfası! Xəcalət çəkmirsiniz ki, sizin içərinizdə ən nəcabətli olan bir nəfərin evini daşa basırsınız?! Məgər Allahdan qorxmursunuz, ağlınıza başınıza yığın.”
    Bu sözlərdən sonra müşriklər qayıtdılar.
    Xülasə, Allah öz Peyğəmbərini düşmənlərin vurduğu ittihamlar qarşısında müdafiə edir.
    Həzrəti İsa əleyhis-salamın zamanında şeytanlar dördüncü asimana qədər gedirdilər. İslam Peyğəmbərinin təvəllüdündən sonra daha cinlər və şeytanların asimanlara getmələrinə icazə verilmirdi. Bundan da əlavə cinlərin arasında doğru və yalan danışanlar var idi. Digər tərəfdən cinin verdiyi xəbərlər naqisdir. Onların İslam dini barəsində verdiyi xəbərlər naqis və ya yalan ola bilər.
    İslam dinində qeybdən xəbər vermək, sehr və kəhanət hamısı haram işlərdəndir. Məsələn, bir kəs rəmmala müraciət etsə və öz gələcəyini ondan soruşsa bu iş haram, İslama qarşı kafir olmaqdır. Məgər qeyd edilən belə işləri haram və ya batil hesab edən bir şəxsə–Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm-ə aid etmək olarmı?
    Peyğəmbəri Əkrəm səlləllahu əleyhi və alihi və səlləm-ə vurulan töhmətlərdən biri də şairlik töhmətidir ki, tərəbbəs və intizar mənasındadır. "Rəybəl-mənun” müsibət və ağır, acınacaqlı hadisələr və ya ölüm, fəlakət mənasındadır. Müşriklərin gücü Peyğəmbərə çatmayanda (çünki Onu hifz edən Allah idi) deyirlər ki, ruzigarın ağır və müsibətləri onu öldürəcək, Onun sözləri də onunla birgə məhv olub aradan gedəcək. Atası cavanlıqda dünyadan getdi, o da cavanlıq vaxtında öləcək. Biz Onun əlindən rahat olacağıq.
    Allah öz Peyğəmbərinə buyurur:
    "De, siz mənim ölümümün intizarında olun! Mən də sizin ölümünüzün intizarındayam.”
    Peyğəmbərə töhmət vuranların əksəriyyəti ondan əvvəlcə öldülər və yaxud islamı qəbul etdilər. Amma görəsən, şairlik ittihamını Peyğəmbərə vurmağın nə kimi mənası var idi. Hamı bilirdi ki, Peyğəmbər dərs oxumurdu. Ühüd qəzvəsində buyurduğu: "Ənən-nəbiyyü la əkzibu, ənəbnu Əbidil-Mütəllib” kəlməsindən başqa bir şer deməmişdir. Quran da nəzm deyil, nəsr formasında gəlmişdir. İndi görək Peyğəmbərə şair demələrinin əsas səbəbi nə idi.
    Şerin iki mənası var:
    1) İki və ya daha artıq beytdən təşkil olunmuş mətn;
    2) Həqiqəti olmayan bəzədilmiş kəlamlar; Buna görə də demişlər ki, şerin ən yalanı, ən gözəl olanıdır. Yəni, şerdə nə qədər yalan və həqiqətlərin əksi daha çox olarsa, o şer daha gözəldir.
    HAQQ VƏ BATİL ŞAİRLƏRİ
    Batil şairlər o şairlərdir ki, pul üçün əxlaqsızları, facirləri mədh edir, bir kəsdən istəklərinin xilafına bir şey gördükdə, hətta məzəmmətə layiq olmadığı təqdirdə belə, o kəsi məzəmmət edirdilər. Bu özü də kəbirə günahlardan biridir. Həmçinin onların şerlərinin bir qismi eşqbazlıqda şəhvətləri, iffətə zidd olan şeyləri həyəcana gətirmək barəsində idi. Şer və şairliyin mənasını bildikdən sonra görəsən Qurani Məcidə, habelə hər bir çirkin sifətlərdən uzaq, gözəl fəzilətlərə malik olan Mühəmməd dəvətinə meylinin mənasını aid etmək, yaxud o Həzrətə şair demək olarmı? Görəsən rəbbani, ruhani və ilahi bir Peyğəmbərin müqəddəs vücudu öz ardıcıllarını mal-dövlətə, cah-cəlala pərəstişdən, şəhvətin ardınca düşməkdən çəkindirən bir şəxsə belə bir töhmət vurmaq olarmı? Ar olsun o kəslərə ki, bu töhmətləri o Həzrətə vururdular. Bəli düşmənin ən böyük zərbəsi töhmət və iftiradır. Şəkk yoxdur ki, onların özləri də dediklərinin yalan olmasını bilirdilər. Bu şərif hədisə diqqət edək. "Həyatul-qülub” kitabının 2-ci cildinin 23-cü babında mərhum Məclisi nəql edir ki, Məkkə müşrikləri camaatın çoxunun Həzrət Mühəmmədin dininə iman gətirməklərini gördükdə Əbu Talibin yanına gəlib dedilər ki, sənin qardaşın oğlu bizim bütləri söyür, bizi səfeh hesab edir, cavanlarımızı fəsada çəkir, camaatımızın arasına təfriqə salır. Əgər pərişanlıq və yoxsulluq onu bu yola çəkmişdirsə, o da mal-dövlət istəyirsə, onda biz ona mal-dövlət verərik ki, Qüreyş tayfası içərisində hamıdan varlı olar. Qüreyş tayfasının hər qadınını istəsə, ona ərə verər, onu özümüzün əmiri, Məkkənin sultanı seçərik. Bu şərtlə ki, bizim allahlarımızdan əl çəksin. Əbu Talib Qüreyş başçılarının təklifini Peyğəmbərə çatdırdı. Həzrət buyurdu: "Əgər günəşi sağ əlimə, ayı sol əlimə versələr yer üzərində olan hər şeyi mənim ixtiyarımda qoysalar da, öz Pərvərdigarıma qarşı müxalifət etməyəcək, ilahi risaləti yerinə yetirəcəyəm və öz yolumdan qayıtmayacağam.”
    Şer və şairliyin mənasında deyilənlərdən gözəl şəkildə məlum olur ki, əgər hər hansı bir kəlam mübaliğə, yalan, həqiqətin xilafı və yersiz məzəmmətə səbəb olmazsa, əksinə, həqiqəti çatdırıb öyüd-nəsihətə nüsrət etmək olarsa, hətta şer halında olsa belə, bəyənilmiş, üstəlik bir növ cihad da sayılır.
    Bu qrupdan olan şerlər Rəsuli Əkrəm səlləllahu əleyhi və alihi və səlləm-in tərəfindən hörmətə layiq görülmüşlər. Məsələn, Qeys ibni Ədi, Kə”b ibni Malik Ənsari, Kə”b ibni Züheyr, Əbdillah ibni Rəvayi Ənsari (Rəsuli Əkrəm ona "şairlərin ağası” ləqəbini vermişdi), Vəlid ibni Rəbiyyə, Amiri, Həssani ibni Sabit Ənsari.
    Amma Həssan Peyğəmbəri Əkrəmin zamanında tutduğu yolda sabit qalmadığı və o Həzrətin vəfatından sonra mal-dövlət, dünya məhəbbəti onun Müaviyəyə tərəfdar olmasına vadar etdiyindən, Əmirəl-Möminin əleyhis-salam ilə müxalifət etdiyindən, Rəsuli Əkrəm ümumi şəkildə onu mədh etməmiş, əksinə buyurmuşdu:
    "Ey Həssan, nə qədər ki, öz dilinlə bizə kömək etmisən həmişə Ruhul-qüdüsün səbəbi ilə qüvvətləndiriləcəksən.”
    Rəvayət olunmuşdur ki, Rəsuli Əkrəmin məscidində bu Həzrətin əmri ilə mənbərə oturdu və İslam və müsəlmanlaın nüsrətinə, Rəsuli Əkrəmin mədhinə şirk və müşriklərin məzəmmətinə dair yazdığı şerləri oxuyurdu. Həmçinin Qədir-xum günündəki qəsidəsi məşhurdur.
    İmamlarımızın zamanlarında ölən və Əhli-Beytin haqqını müdafiə etməkdə həqiqətən dilləri ilə cihad edən və bu yolla da İmamlarımızın lütf və ikramına layiq görülən şairlər: Kumeyt, Seyyid İsmail Himyəri (Həzrət Sadiq əleyhis-salammın tərəfindən mərhəmətə layiq görülmüşdür), Fərəzdəq İmam Səccad əleyhis-salamın tərəfindən mərhəmətə layiq görülmüşdür. Dəbbəl Xəzal İmam Riza əleyhis-salamın tərəfindən ikrama layiq görülmüşdür. O öz qəsidəsini imam Riza əleyhis-salam üçün oxuyanda əvvəli aşağıdakı beytdən olan şeri oxudu:
    Həzrət buyurdu: "Allah səni Qiyamətin böyük qorxusundan amanda saxlasın.”
    Sonra o bu şeri oxuyanda,
    İmamın əleyhinə çıxan, şübhəsiz Allahın adına və bərəkətlərə qarşı qiyam etmişdir.
    Həzrət buyurdu:
    "Ey Xuzai! Ruhul-qudus bu iki şeri sənin dilində cari etdi. Bilirsənmi ki, bu İmam kimdir və hansı zamanda qiyam edəcək?”
    Dedi: "Yox, ey mənim mövlam, Amma eşitmişəm ki, siz Əhli-beytdən olan İmam qiyam edəcək yer üzünü fəsaddan təmizləyəcək, ədaləti bərqərar edəcək.”
    Buyurdu: "Ey Dəbəl, məndən sonrakı imam oğlum Mühəmməd və ondan sonra onun oğlu Əli və ondan sonra da Höccət əleyhis-salamdır ki, uzun müddət nəzərlərdən qaib olacaq, və Allah özü məsləhət bildiyi vaxtda onu aşkar edəcək. O, yer üzünü ədalətlə dolduracaq. Onun zühurunun vaxtı Qiyamətə kimi hamıya gizlidir.”
    Sonra o Həzrət özü iki beyt inşa etdi. Dəbələ buyurdu ki, bunları öz qəsidənə artır. Və buyurdu:
    "Bu qəbir mənim qəbrimdir ki, Tusda yerləşcək, hər kəs məni ziyarət etsə, mənimlədir. Qiyamətdə də günahları bağışlanmış olacaq.”
    Sonra Həzrət onun öz adına kəsilmiş yüz sikkə dinarı Dəbələyə mərhəmət etdi. Dəbələ ərz etdi: "Allaha and olsun ki, bunun üçün gəlməmişdim və bu qəsidəni dünya tamahı niyyətinə deməmişdim.” Sonra pulları geri qaytardı, Həzrətin paltarlarından birini təbərrük üçün istədi. Həzrət öz paltarını həmin kisədəki pullarla birlikdə Dəbələyə göndərdi. Xadimlərinə buyurdu ki, ona desinlər ki, bu kisəni götürsün çünki, çox keçməz ona ehtiyac duyarsan. Dəbələ kisəni və paltarını götürüb qayıtdı. Vətəninə çatanda gördü ki, oğrular evində olan var-yoxunu aparıblar. Sonra Həzrət Riza əleyhis-salamın verdiyi paltarları on min dirhəmə onun şiələrinə satıb ev ləvazimatlarını aldı. Sonra Həzrətin "çox keçməz ki, yüz dinara ehdiyaclı olarsan” kəlamını xatırladı. Onun bir kənizi var idi ki, onu çox istəyirdi. O da göz ağrısına tutlmuşdu. Təbiblər demişdilər ki, sağ gözü kor olub, sol gözünü isə müalicə edəcəyik. Ola bilsin ki, sağalsın.
    Dəbələ çox qəmgin oldu, ah-nalə etdi. Yadına Həzrətin verdiyi köynək düşdü. O köynəyi Qum əhli ondan min dinara aldılar və onun kiçik bir parçasını özünə verdilər. O parçanı kənizin gözünə bağladı. Sübh açılanda gördülər ki, hər iki gözü sağalmışdır. Bu Həzrətin verdiyi paltarın bərəkətinə görə idi.
    "Biharül-ənvar”-ın 11-ci cildində Səhl ibni Zəbyandan rəvayət olunmuşdur ki, bir gün Həzrət Əliyyibni Musa Riza əleyhis-salamı görməyə getdim. Elə ki, hüzuruna çatdım, buyurdu: "Yaxşı oldu ki, gəldin. Sənin ardınca adam göndərmək istəyirdim. Dünən gecə yuxuda gördüm ki, yanımda yüz pilləli bir nərdivan var. Onu mənim üçün qoymuşdular. Mən o pilələrlə yuxarı çıxdım.”
    Səhl dedi: "Sizin ömrünüz çox uzun olacaq və yüz ildən artıq həyat sürəcəksiniz.”
    Həzrət buyurdu: "Allah nə istəyirsə, o da olacaq. Sonra buyurdu: Elə ki, yuxarı çatdım, bir qəsr gördüm ki, Rəsuli Əkrəm orada oturmuşdu. Sağ və sol tərəfində Həsən və Hüseyn əleyhis-salam var idi. Fatimə onun yanında, Əmirəl-Möminin isə Həzrətin müqabilində oturmuşdu. Başqa bir kişini gördüm ki, cəddimin qarşısında dayanaraq, məzmunu aşağıdakılardan ibarət olan qəsidəni oxuyur. "Həzrət Peyğəmbər buyurdu: Salam de atan Əliyə və atan Həsən və Hüseynə sonra anan Fatiməyə və sonra bizi mədh edən şair Seyyid İsmail Himyəriyə. Sonra ona salam verdim və oturdum. Rəsuli Əkrəm səlləllahu əleyhi və alihi və səlləm Seyyidə buyurdu: Qəsidəni oxu! Sonra buyurdu: "Hər kəs bunun oxuduğu bu qəsidəni əzbərləsə və onu təkrar etsə, Cənnət əhlidir.”
    "Biharül-ənvar”da nəql olunmuşdur ki, İmam Sadiq əleyhis-salam Himyəri üçün hənut və kəfən göndərdi, onun vəfat xəbərini eşidəndə dua edib rəhmət göndərdi. Bir nəfər dedi: Ağa, Himyəri şərab içirdi. Həzrət buyurdu: Atamdan eşitmişəm ki, o da Rəsuli Əkrəmdən rəvayət edib ki:
    "Ali-Mühəmməd dostları tövbəsiz bu dünyadan getməzlər”. Himyəri də günah etdi, onun ölüm vaxtı üzü qap-qara qaralmışdı. Belə ki, hamının diqqətini özünə cəlb etdi. Düşmənləri xoşhal oldu. Amma gözlənilmədən üzündə bir ağ nöqtə zahir oldu. Get-gedə nuraniləşib 14 gecəlik ay kimi oldu. Həmin vaxta bu şeri dedi.
    "Həqiqətən Əlinin onu sevənləri cəhənnəmdən xilas etməməsini güman edənlər şübhəsiz yalan demişlər;
    Allaha and olsun ki, elə bu anda mən Ədn cənnətinə daxil oldum və Allah mənim günahlarımı bağışladı.”
    Şəhadət kəlmələrini daim təkrar edirdi. Necə ola bilər ki, Əli əleyhis-salam öz dostunun dadına çatmasın?!
    "Əhlam” hülmün cəmidir və əql deməkdir. Yəni "məgər onların əqlləri əmr edir ki, bu sözləri danışırlar? Çünki Məkkə əhli elə şöhrətpərəst idilər ki, yalnız məkkəliləri ağılı hesab edirdilər. Yazıb-oxumaq da Məkkə əhlinə məxsus idi. Çünki onlar çox sərvətli idilər və övladlarının savadlı olması üçün çoxlu sərmayə qoyurdular.
    Mal-dövləti və sərvəti olmayanlar isə övladlarına savad öyrətməkdən məhrum olurdular. Allah-Taala istəyir ağıllarının düzgün işləmədiyini onlara anlatsın. Buyurur: Siz ki, ağıllılıq iddiası edirsiniz onda bir kəs həm şair, həm dəli, həm də kahin ola bilərmi? Deyirlər ki, yalançının yaddaşı olmaz və özünü rüsvay edər (çünki, Allah onu, onun özünə tapşırar).
    Sehr və kahinlik ağıl və bacarıq tələb edir, dəli adam ağılsız, gicdir. Əqli-külli və külli-əql olan Həzrəti Mühəmməd səlləllahu əleyhi və alihi və səlləm-in barəsində Allah-Taala buyurur: bunlar öz əqllərini itirmişlər. Hər kəsin əql nuru ondan alınsa danışığında ziddiyyət və artıq sözlər çox olar.
    Üstəlik onlar inadkarlardır. İman və Allaha itaəti qəbul etmək istəmirlər.
    Yoxsa deyirlər ki, Mühəmməd Quranı özündən düzəldib? "Təqəvvuləhu”, yəni öz yanından çıxarmaq. Allah buyurur: İman gətirmək istəmirlər, əks halda belə olmasaydı bu da bir bəhanədir. Allah buyurur:
    Əgər şəkk və şübhədəsinizsə onun kimi bir surə gətirin. Mühəmməd ki, sizin aranızda yaşayır. özü də ömründə bir dəfə, özü də Əbu Taliblə birlikdə karvanla səfərə getmiş, məktəbə getməmiş, müəllim görməmişdir.
    Belə bir Mühəmməd elə bir Quran gətirdi?
    Belə bir Mühəmməd əvvəlkilərin və axırdakıların elmindən artıq olan Quranı gətirdi. Burada belə bir sual qarşıya çıxır ki, yazmaq və oxumaq bəşərin kamal sifətlərindəndir. Belə isə Peyğəmbər bu kamaldan məhrum idi. Bu sualın cavabı budur ki, yazmaq və oxumaq adi camaat üçün kamal sayılır. Amma o kəslər üçün ki, elmi kəsb olunmaqla əldə olunur, elmi kəsb edib alim olsunlar. Buna görə də oxumalı öyrənməlidir ki, kitablarda yazılan elmləri mənimsəsin, yazmağı bacarmalıdır ki, bildiklərini yazsın və unutmasın. Amma elmi ilahi əta və nemət olan bir kəs, həmçinin bəşərdən kəsb olunmayan, Allah yanında əta olunan elmi yazıb-oxumaq onun üçün lazım deyil. Həmçinin bir kəs ki, heç nə onun xatirəsində pozulmur, unutqanlığa, səhvə yol yoxdursa, mətləbləri unutmamaq üçün yazmağa ehtiyac yoxdur.
    O Həzrətin mətləblərə əhatəsi o dərəcədə idi ki, heç nə ondan gizlində qalmırdı; yuxu və oyaqlıq onun üçün bir idi. Həzrətin özü buyururdu: Mən qabaq tərəfdən müşahidə etdiyim kimi arxamda olan camaatın cərgələrini də hiss edirəm. Yuxuya gedirəm, amma görürəm. Heç nəyin xatirəsindən silinib məhv olmadığı bir kəs üçün yazıb-oxumağın nə lüzumu vardır?! Allah Taala o Həzrəti ilk əvvəldən məktəbə getmədən, dərs oxumadan alim etdi ki, peyğəmbərliyə məb”us olanda bir kəs "Quran elmlərini bəşərdən öyrənmişdir”-deyə, irad tuta bilməsin. Qeyd olunmalıdır ki, o Həzrətin məktəbə gedib dərs oxumamasına baxamayaraq, möcüzə ilə hər vaxt istəsəydi, oxuyub-yaza bilərdi.
    Category: Quran və Qiyamət “Tur” surəsinin təfsiri | Added by: Islam_Kitabxanasi (2012-06-08)
    Views: 710 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024