İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 1821
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Jafidlop
  • ElvinAliyev1986
  • ZauriceGar
  • Zartysot
  • Gunahsiz1gun
  • Ceyhun630
  • kami
  • artpak2012
  • zeyneb_a_va
  • Famesbar
  • Main » Articles » Quran » Quran təhrif olunmayıb

    Quran təhrif olunmayıb
    ÖN SÖZ
    Sonuncu Peyğəmbərin (s) əbədi möcüzəsini, əzəli və əbədi həqiqətlər dolu geniş süfrəni, yaradılışın ən böyük əmanətini, yəni Quranı (böyük bir məsuliyyət olaraq) öhdəsinə götürmək ləyaqətini verdiyi üçün uca Tanrıya minnətdaram. Həqiqətən, insan kəraməti, onun mütləq kəramət sahibi tərəfindən nazil olması ilə reallaşmışdır. Bu sonsuz ümman öz alçaq-hündür dalğalarında ən böyük hidayət sirlərini və ən doğru səadət yollarını gizləmişdir. Bu, daim bəşər yoluna işıq saçan hidayət çırağıdır. Bu, əbədi nur, bütün hallarda rəhbər və hər an zikrdir. Bu, elə bir kitabdır ki, Allah onun əbədi qorunacağını vəd etmişdir və o, öz vədinə daim vəfadardır.
    أَلاَ إِنَّ وَعْدَ اللّهِ حَقٌّ
    "Xəbəriniz olsun ki, Allahın vədi haqdır”. (Yunus, 55.)
    Bu kiçik topluda diqqətinizə çatdırılanlar Quranın təhrif olunmadığı haqqında ən mühüm məqamlardır. Bu mövzu Quran elmlərində əsaslı məsələlərdən biridir. Təhrif mövzusunun əhatəli və ətraflı araşdırılması bu kitab üzərində araşdırmalar aparan tədqiqatçıların üzərinə düşür. Əslinə qalsa, təhrif nəzəriyyəsini islam məzhəblərinə aid etməkdə ifrata varılmışdır. Belə ki, etiqadlarının özülünü təhrif nəzəriyyəsinin inkarı təşkil edən bir məzhəbin təhrifə əqidə bəsləməsini söyləmişlər. Biz bu məsələnin müxtəlif cəhətlərini araşdırmaqla yanaşı sübuta yetirəcəyik ki, Şiə məzhəbi nəinki təhrif nəzəriyyəsini qəbul etmir, prinsipcə qəbul edə də bilməz. Çünki bu müddəa qəbul edildiyi təqdirdə, Şiə əqidəsinin əsasları aradan gedəcəkdir.
    Gəlin, böyük elm adamlarının, görkəmli şəxsiyyətlərin iştirakı ilə keçirilən bu konfransda(Bu elmi əsər ilk dəfə böyük bir konfransa verilmək məqsədi ilə qələmə alınmışdır. ) birgə bəyanat verək və bununla bütün dinlərə, məzhəblərə və millətlərə Quranın Peyğəmbər (s) dönəmindən bu günədək təhrif olunmadığını və qiyamətə qədər də olunmayacağını elan edək.
    Biz bu məsələni, Quranin bu günə qədər təhrif olunmadığı şəklində qoymuruq. Əksinə, biz iddia edirik ki, bu müqəddəs kitabın təhrif olunmayacağı Allahın qəti iradəsidir. Belə ki, heç bir şəxs və ya qrup bu kitabı təhrif etmək iqtidarında deyil. Bu əbədi möcüzə əsrlər boyu ona düşmən kəsilmiş yağıları mübarizəyə çağıraraq özünü təhrifdən qorumuşdur.
    Biz bu yazımızda təhriflə bağlı bütün məsələləri təfərrüatı ilə, geniş şəkildə araşdırmaq əzmində deyilik. Çünki bu tədqiq yalnız cildlərlə kitaba sığa bilər. Burada qarşıya qoyduğumuz məqsəd, təhrif məsələsini aydınlaşdırmaq üçün bir neçə mühüm məqamı qısa şəkildə araşdırmaqdır.

    BİRİNCİ MƏQAM
    "TƏHRİF” TERMİNİNİN TƏDQİQİ
    "Təhrif” termini ərəb dilində "təfil” modelinin məsdəri olub, etimoloji baxımdan "hərf” sozü ilə əlaqədardır. "Hərf” sözü lüğətdə bu və ya digər əşyanın kənarı, ucu mənasını, təhrif sözü isə bu və ya digər əşyanın kənarlaşdırılması, tərəflərinin dəyişdirilməsi mənalarını ifadə edir.
    Allah-təala Quranda buyurur:
    وَمِنَ النَّاسِ مَن يَعْبُدُ اللَّهَ عَلَى حَرْفٍ
    "İnsanlardan eləsi də vardır ki, Allaha birtərəfli ibadət edirlər”. (Həcc, 11)
    Bu kimi şəxslər imanı zəif olan insanlardır. Belələri döyüş zamanı uzaqda dayanıb tamaşa edən insanlara bənzəyirlər. Hansı ki, qoşun qələbə çaldıqda yaxına gələr, qənimət yığar, əks təqdirdə isə qaçaraq aradan çıxarlar.(Kəşşaf, c. 2, səh. 146.)
    Bu termin hərfi məna etibarı ilə mütləq şəkildə dəyişdirilmək mənasını kəsb edir. Elə buna görə də təhrif termininin ilkin mənasının "Ləfzi təhrif” (sözdə təhrif, sözlərin dəyişdirilməsi yolu ilə baş verən təhrif) olduğunu iddia etmək heç də əsassız deyil. Lakin Quranda müxtəlif dəlillər olduğu üçün ikinci mənada – "Mənəvi təhrif” (mənada təhrif, mənanın dəyişdirilməsi yolu ilə baş verən təhrif) mənasında işlədilmişdir. Belə ki, yəhudi alimlərini məzəmmət edərək buyurur:
    مِنَ الَّذِينَ هَادُواْ يُحَرِّفُونَ الْكَلِمَ عَن مَّوَاضِعِه
    "Yəhudilərin bir qismi (Tövratdakı) sözlərin mənasını dəyişərək ilahi məqsədlərdən yayındırır və ilkin zahiri (ibtidai) mənalarına yozmurdular”. (Nisa, 46.)
    Bu ayədə
    "عَن مَّوَاضِعِهِ”
    (ən məvazihi) qeydinin gətirilməsi təhrifdə məqsədin "mənəvi təhrif” olduğuna aydın sübutdur. Məhz elə buna görə də Rağib İsfahani "təhrifül-kəlam” sözünü izah edərkən yazır:
    "Sözü təhrif etmək, onu ehtimal oluna biləcək iki mənadan birinə yozmaqdır”.(Müfrədat, səh. 112.)
    Təbii ki, Rağib İsfahani bu sözü təhrif termininin hərfi mənasını açıqlamaq məqsədi ilə deməmişdir. Əksinə, o, "təhrifül-kəlam” dedikdə Quranda buyurulan mənəvi təhrifi (mənanın dəyişdirilməsi yolu ilə baş verən təhrifi) nəzərdə tutmuşdur.
    Fəxr Razi məlum ayəni şərh edərkən bir çox versiyaları qeyd etmiş və onların bəzisinin ləfzi təhriflə (sözlərin dəyişdirilməsi yolu ilə baş verən təhriflə) uyğun gəldiyini bildirmiş, lakin sonda nəticə alaraq düzgün versiyanin mənəvi təhrif olması fikri üzərində dayanmışdır. O yazır: "Təhrifdə məqsəd bid`ətçilər kimi yanlış ehtimallar verərək şübhə toxumu səpmək, sözü müxtəlif ləfzi hiylələrlə düzgün mənaya deyil, tamamilə əks mənaya yozmaqdır.(Təfsire-kəbir, c. 10, səh. 117 (Köhnə çap).)
    Category: Quran təhrif olunmayıb | Added by: Islam_Kitabxanasi (2011-09-06)
    Views: 460 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2019