İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Quran » Nurul-Quran (Ənam surəsinin təfsiri)

    Nurul-Quran (Ənam surəsinin təfsiri)
     AYƏ 20:

    ﴿ الَّذِينَ آتَيْنَاهُمُ الْكِتَابَ يَعْرِفُونَهُ كَمَا يَعْرِفُونَ أَبْنَاءهُمُ الَّذِينَ خَسِرُواْ أَنفُسَهُمْ فَهُمْ لاَ يُؤْمِنُونَ ﴾
    TƏRCÜMƏ:

    «(Səmavi) kitab verdiyimiz kəslər onu (Peyğəmbəri, kitablarında yazılanlar əsasında) öz oğullarını tanıdıqları kimi tanıyırlar. Lakin özlərini uduzmuş və ziyana uğratmış kəslər iman gətirməyəcəklər.»
    TƏFSİR:

    Bu ayənin oxşarı eynilə «Bəqərə» surəsinin 146-cı ayəsində də gəlmişdir. Həm Peyğəmbərin (s) adı və əlamətləri Tövratda və İncildə var idi, həm kitab əhlinin alimləri onu «vədəsi verilən Peyğəmbər» adı ilə camaata xəbər vermişdilər, həm də o Həzrətin (s) özünün və onun tərəfdarlarının gözəl əxlaqa malik olacağı onların kitabında qeyd olunmuşdu.

    Bu ayə kitab əhlinin Peyğəmbəri-Əkrəm (s) barəsində heç bir şahidlik vermədiyini iddia edənlərə aşkar şəkildə cavab verərək buyurur: «Asimani kitablar nazil etdiyimiz şəxslər Peyğəmbəri (s) öz övladlarını tanıdıqları kimi, çox yaxşı tanıyırdılar!» Ayənin axırında yekun bir nəticə kimi buyurulur: «Bu Peyğəmbərə yalnız o kəslər iman gətirməzlər ki, bu qədər açıq-aydın dəlillər və nişanələrlə yanaşı, həyatın ticarət bazarında hər şeyini əldən verib öz vücud sərmayələrini uduzmuş olsunlar.»
    AYƏ 21:

    ﴿ وَمَنْ أَظْلَمُ مِمَّنِ افْتَرَى عَلَى اللّهِ كَذِبًا أَوْ كَذَّبَ بِآيَاتِهِ إِنَّهُ لاَ يُفْلِحُ الظَّالِمُونَ ﴾
    TƏRCÜMƏ:

    «Kim Allaha qarşı yalan uydurmuş və ya Onun ayələrini təkzib etmiş kəsdən daha zalımdır?! Şübhəsiz, zalımlar nicat tapmayacaqlar.»
    TƏFSİR:

    Quranda «və mən əzləmu» (-dan da zalım kimdir) təbiri təqribən on beş dəfə gəlmişdir ki, bunlar da Allaha iftira yaxmaq, camaatın məscidə getməsinin qarşısını almaq, şəhadəti və haqqı gizlətməklə əlaqədardır. Bu da göstərir ki, insanların maddi və mənəvi inkişafının qarşısını almaq cəmiyyətə rəva görülən ən böyük zülm sayılır. Daş və taxta parçalarını Allahla eyni səviyyədə qərar vermək Ona zülmdür. Onlara pərəstiş etmək insaniyyətə edilən zülmdür və zalım şəxs də heç vaxt nicat tapmaz.

    Zülmə məruz qalan şəxs nə qədər əziz və müqəddəs olsa zülmün də təhlükəsi bir o qədər çox olar. Buna görə də Allaha, Onun evinə zülm etmək, Onun müqəddəs zatına iftira yaxmaq zülmlərin ən pisidir. Həmçinin, insanların mədəniyyət və təfəkkürünə zülm etmək zülmlərin ən pisidir. Şirk, Allaha iftira yaxmaq, yalandan peyğəmbərlik iddiası etmək, bidət çıxarmaq, şəxsi rəylə təfsir etmək, haqqı gizlətmək və s. - bütün bunlar zülmün nümunələridir.
    AYƏ 22:

    ﴿ وَيَوْمَ نَحْشُرُهُمْ جَمِيعًا ثُمَّ نَقُولُ لِلَّذِينَ أَشْرَكُواْ أَيْنَ شُرَكَآؤُكُمُ الَّذِينَ كُنتُمْ تَزْعُمُونَ ﴾
    TƏRCÜMƏ:

    «(Yada salsınlar) o gün(ü) ki, onların hamısını (Qiyamət səhnəsində) bir yerə toplayacaq, sonra Allaha şərik qoşmuş kəslərə "haradadır sizin (Bizim şəriklərimiz olmalarını) güman etdiyiniz şərikləriniz?! (Nə üçün sizin dadınıza çatmırlar?!)” deyəcəyik.»
    TƏFSİR:

    Əvvəlki ayədə qeyd olunurdu ki, haqqa iftira yaxmaq, onu təkzib edib gizlətmək əsasında zülm edərək müəyyən məqamlara çatan zalımlar heç vaxt nicat tapmazlar. Nicat tapanlar yalnız Qiyamət üçün qaneedici cavabları olacaq şəxslərdir. Qiyamətdə müşrikcəsinə olan yanlış xəyalların hamısı məhv olaraq aradan gedəcəkdir.

    «Cəmiən» kəlməsindən məqsəd ya insanların hamısıdır, yaxud da müşriklərlə bütlərdir.

    Bu ayə camaatın özü, həyat yoldaşları və məbudlarının dirildilməsi ilə əlaqədardır. Bu ayənin şirkə nəzər yetirdiyinə baxmayaraq, Allah vəlilərindən başqalarının rəhbərliyini qəbul edənlər, Allah övliyaları ilə müxalifətçilik edənlər də bir növ müşrik sayılır. «Camiə» ziyarətində deyilir: «(Ey Əhli-beyt!) Sizinlə müxalifət edən müşrikdir.» Əhli-beyt (ə) hədislərində belə qeyd olunur: «Bizim kəlamımızı və yolumuzu rədd edənlər, Allahın kəlamını qəbul etməyənlər kimidir. Belə şəxslər də müşriklərlə bərabərdir.»
    AYƏ 23-24:

    ﴿ ثُمَّ لَمْ تَكُن فِتْنَتُهُمْ إِلاَّ أَن قَالُواْ وَاللّهِ رَبِّنَا مَا كُنَّا مُشْرِكِينَ. انظُرْ كَيْفَ كَذَبُواْ عَلَى أَنفُسِهِمْ وَضَلَّ عَنْهُم مَّا كَانُواْ يَفْتَرُونَ ﴾
    TƏRCÜMƏ:

    «Sonra onların (axirətdə) «Rəbbimiz Allaha and olsun ki, biz əsla müşrik deyildik» deməkdən başqa bir bəhanələri olmayacaqdır. Gör özlərinə qarşı necə yalan deyirlər. Və uydurduqları şey onların nəzərlərindən yox oldu (bütlər barəsində güman etdikləri işlər və əzəmət puça çıxdı)!»
    TƏFSİR:

    Ayədəki «fitnə» sözü ya bütlərə və şirkə məftun olmaq, ya da üzrxahlıq etmək mənasınadır. Yalançılar öz təbiətlərinin tələbinə əsasən Qiyamətdə də yalan danışacaqlar.

    Həzrət Əli (ə) bu ayə ilə əlaqədar bir hədisdə buyurur: «Bu yalandan sonra onların dodaqlarına möhür vurular və onların digər əzaları haqqı aşkar edər.» Deməli, ilahi ədalət məhkəməsində nə and içməyin, nə də yalan danışmağın faydası vardır. Buna görə də Qiyamətdə müşriklər öz fikir və əqidələrinə nifrət edərlər (halbuki bu bezarlıqların heç bir faydası olmayacaqdır).
    AYƏ 25:

    ﴿وَمِنْهُم مَّن يَسْتَمِعُ إِلَيْكَ وَجَعَلْنَا عَلَى قُلُوبِهِمْ أَكِنَّةً أَن يَفْقَهُوهُ وَفِي آذَانِهِمْ وَقْرًا وَإِن يَرَوْاْ كُلَّ آيَةٍ لاَّ يُؤْمِنُواْ بِهَا حَتَّى إِذَا جَآؤُوكَ يُجَادِلُونَكَ يَقُولُ الَّذِينَ كَفَرُواْ إِنْ هَذَآ إِلاَّ أَسَاطِيرُ الأَوَّلِينَ﴾
    TƏRCÜMƏ:

    «Onların bəzisi sənə qulaq asırlar. Biz (onların küfrlərinin cəzası olaraq eşitdiklərini) başa düşməmələri üçün qəlblərini pərdələrlə örtmüş və (haqq sözü eşitməsinlər deyə) qulaqlarında ağırlıq yaratmışıq. Əgər bütün ayə və nişanələri görsələr belə, yenə də iman gətirməyəcəklər. Hətta sənin yanına gəldikdə səninlə mübahisə edəcək və kafirlər "bu, (Quran) keçmişlərin əfsanələrindən başqa bir şey deyildir” deyəcəklər.»
    TƏFSİR:

    Bu ayədə bəzi müşriklərin psixoloji vəziyyətinə işarə edilir və buyurulur ki, onlar haqqı-həqiqəti eşitmək müqabilində özlərindən azacıq belə reaksiya göstərməməkdən əlavə, onunla düşmənçiliyə qalxır və töhmət vurmaqla, ittiham yağdırmaqla həm özlərini, həm də başqalarını ondan uzaq saxlayırlar. Belələri haqqında buyurulur: Onlardan bəziləri sənə qulaq asır, amma qəlblərinə pərdələr salmışıq ki, onları dərk etməsinlər. Qulaqlarında ağırlıq icad etmişik ki, eşitməsinlər.

    Bu kimi məsələlərin Allaha nisbət verilməsi ilə həqiqətdə səbəb-nəticə qanununa və əməlin təsirlərinə işarə edilir. Bəzilərinin əyri yollarını və inadkarlıqlarında davam etmələrinin nəticəsi bu olur ki, ruhlarını da özlərinin yaramaz formalarına salırlar.

    Təcrübələr vasitəsilə sübut olunmuşdur ki, bəd əməl sahibləri və günahkarlar işin əvvəlində bu işlərinə görə müəyyən qədər də olsa narahatlıq hissi keçirirlər. Lakin tədricən onunla ünsiyyətdə olur və elə bir həddə çatırlar ki, öz çirkin əməllərini belə vacib hesab edirlər. Buna görə də ayədə deyilir ki, Allahın bütün ayə və nişanələrini görsələr də iman gətirməzlər.

    Bundan əlavə, ayədə buyurulur ki, onlar Peyğəmbərin (s) yanına gəldikləri zaman onunla mübahisə aparmaq, kobud danışıb irad tutmaqdan başqa bir məqsədləri yoxdur. Onun sözlərinə cani-dildən qulaq asıb heç olmazsa, həqiqəti tapmaq ehtimalı verərək ətrafında düşünmək əvəzinə, onun müqabilində mənfi fikirlə, çirkin niyyətlə zahir olurlar. Onlar vəhy mənbəyindən qaynaqlanan və Peyğəmbərin (s) haqq deyən dilindən sözlər eşitdikdə töhmət vurmağa başlayır və deyirlər: «Bunlar keçmiş insanların quraşdırdıqları dastan və əfsanədən başqa bir şey deyildir!»
    AYƏ 26:

    ﴿ وَهُمْ يَنْهَوْنَ عَنْهُ وَيَنْأَوْنَ عَنْهُ وَإِن يُهْلِكُونَ إِلاَّ أَنفُسَهُمْ وَمَا يَشْعُرُونَ ﴾
    TƏRCÜMƏ:

    «Onlar (başqalarını) ondan çəkindirir və özləri ondan uzaqlaşırlar. Onlar özlərindən başqa heç kəsi həlak etmirlər və (bunu) bilmirlər (də).»
    TƏFSİR:

    «Yənəvnə» uzaqlaşmaq mənasınadır.

    Sünni «alim»lərindən bəziləri öz təfsirlərində bu ayənin Əbu Talib (ə) barəsində nazil olduğunu iddia edir və deyirlər ki, o, camaatın Peyğəmbərə (s) əzab-əziyyət verməsinin qarşısını alır, lakin özü iman gətirmir və müsəlman olmaqdan uzaqlaşırdı.

    Lakin şiələrin nəzərinə görə, Həzrət Əbu Talib (ə) ən yaxşı müsəlman olmuşdur və onun İslamı qəbul etməsi öz şerlərindən görünür. Bundan əlavə, Fatimə binti Əsəd kimi müsəlman bir qadının ömrünün axırına qədər onunla yaşaması, ərinin mömin olmasına canlı bir dəlildir. (Çünki əgər Əbu Təlib kafir olsaydı, möminə bir qadın onun əqdində qala bilməzdi).[Əlavə mə’lumat almaq üçün «Əl-Qədir»in 7-8-ci cildlərinə baxa bilərsiniz.]

    Ümumiyyətlə, müşriklərin və kafirlərin insanların haqqa yönəlməsinin qarşısını almaq və onlara maneçilik törətməkdə göstərdiyi səylər və özlərinin də haqqı qəbul etməkdən uzaq qalmaları insanın özünü həlakətə atması deməkdir.

    Həqiqi şüur haqq yolunu tapmaqdır. Haqq yolunu itirmək, haqq rəhbərdən məhrum olmaq hər kəsdən olsa belə, şüursuzluq əlamətidir.
    AYƏ 27:

    ﴿ وَلَوْ تَرَىَ إِذْ وُقِفُواْ عَلَى النَّارِ فَقَالُواْ يَا لَيْتَنَا نُرَدُّ وَلاَ نُكَذِّبَ بِآيَاتِ رَبِّنَا وَنَكُونَ مِنَ الْمُؤْمِنِينَ ﴾
    TƏRCÜMƏ:

    «Əgər onların odun üzərində saxlanıldıqları zamanı görsən (qəribə bir mənzərə müşahidə edəcəksən)! (Onlar həmin vaxt) "kaş ki, (dünyaya) qaytarılaydıq, bir daha Rəbbimizin ayələrini təkzib etməyəydik və möminlərdən olaydıq!” deyərlər.»
    TƏFSİR:

    Quran ayələrində kafirlərin və müşriklərin həm ölüm anlarında, həm qəbirdə, həm də Qiyamətdə dünyaya qayıtmağı arzu etdikləri bəyan olunur.[«Mu’minun» surəsi, 101-107.]

    Nə qədər ki, dünyada fürsətiniz vardır, iman gətirin. Çünki axirətdə bu işə heç bir macal və imkan olmayacaqdır. Həkimlərin və filosofların sözü ilə desək, dünya hərəkət aləmi, axirət isə seyr aləmidir. Alma ağacın başında yetişincəyə qədər hərəkətdədir. Lakin dərildikdən sonra onun hərəkət aləmi artıq tamamlanır. Əlavə bir inkişafı gözləmək yersizdir. Buna əsasən, insan behişt əhli olmaq istəyirsə, gərək hərəkət aləmi olan bu dünyada özü üçün lazım olan vasitələri tədarük görsün, əks halda, ilahi əzaba düçar olacaqdır.

    Qeyd etmək lazımdır ki, ilahi ayələrin təkzib olunmasının nəticəsi axirətdə əbədi peşmançılıq və cəhənnəm oduna düçar olmaqdır.
    AYƏ 28:

    ﴿ بَلْ بَدَا لَهُم مَّا كَانُواْ يُخْفُونَ مِن قَبْلُ وَلَوْ رُدُّواْ لَعَادُواْ لِمَا نُهُواْ عَنْهُ وَإِنَّهُمْ لَكَاذِبُونَ ﴾
    TƏRCÜMƏ:

    «(Onlar dünyaya qaytarılmaq arzusunda səmimi deyildirlər,) əksinə, qabaqcadan gizlətdikləri şey onlara aşkar olub. Əgər (dünyaya) qaytarılsalar, mütləq (yenə də) çəkindirildikləri şeyə qayıdarlar. Şübhəsiz, onlar yalançıdırlar.»
    TƏFSİR:

    Qiyamət insanların gizli sirlərinin aşkar olacağı bir gündür və Quran bu həqiqəti dəfələrlə bəyan etmişdir. O cümlədən «Casiyə» surəsinin 32-ci, «Zümər» surəsinin 28-ci ayələri buna misaldır. Qiyamətdə bütün sirlər aşkar olacaqdır və axirətdən dünyaya bir daha qayıdış qeyri-mümkündür.

    Bəzilərinin yaxşılaşıb özünü islah etməsinə əsla ümid yoxdur və ona fürsət verilsə də elə əvvəldə olduğu kimi qalacaqlar (halbuki onların özü bunu istəyir). İnsan dəfələrlə acı və müsibətli hadisələrə düşüb özünü islah etmək, pis işlərdən əl çəkmək barədə qəti qərara gəlir, lakin asayişə, firavanlığa çatan kimi hər şeyi unudur.

    Əgər yalançılıq insanın zati bir xislətinə çevrilsə, Qiyamətdə də yalan danışacaq və yalan-yalan iddialar edəcəkdir.
    AYƏ 29-30:

    ﴿ وَقَالُواْ إِنْ هِيَ إِلاَّ حَيَاتُنَا الدُّنْيَا وَمَا نَحْنُ بِمَبْعُوثِينَ. وَلَوْ تَرَى إِذْ وُقِفُواْ عَلَى رَبِّهِمْ قَالَ أَلَيْسَ هَذَا بِالْحَقِّ قَالُواْ بَلَى وَرَبِّنَا قَالَ فَذُوقُواْ العَذَابَ بِمَا كُنتُمْ تَكْفُرُونَ ﴾
    TƏRCÜMƏ:

    «Və (elə onlar) "bizim bu dünyadakı həyatımızdan savayı başqa bir həyat yoxdur və biz (öləndən sonra) əsla dirildilən deyilik” dedilər. Əgər onları Rəbblərinin hüzurunda (hesab vermək üçün) saxlanılan zaman görsən! (Allah) buyuracaq: "Bu, (ölümdən sonra dirilmək) haqq deyilmi?” Deyəcəklər: "Bəli, Rəbbimizə and olsun (ki, haqdır).” Buyuracaq: "Elə isə, etdiyiniz küfrün cəzası olaraq dadın bu əzabı!”»
    TƏFSİR:

    Bu ayədə inadkar kafir və müşriklərin Qiyamət səhnəsini müşahidə edərkən deyəcəkləri sözlərin davamı bəyan olunur. Onlar bir daha dünyaya qayıdıb öz əməllərini islah etməyi arzu edərlər. Quran buyurur ki, əgər onlar dünyaya qaytarılsalar, nəinki öz əməllərini islah etmək fikrinə düşməyəcəklər, üstəlik öz yaramaz işlərini yenidən davam etdirəcək, Qiyaməti də inkar edərək tam təəccüblə deyəcəklər: «Dünya həyatı yalnız bundan ibarətdir və biz heç vaxt dirildilməyəcəyik!»

    Bu ayədə onların Qiyamətdəki sərgüzəştlərinə işarə edilir və buyurulur: Bunları müşahidə edərsən ki, Pərvərdigarının hüzurunda dayandıqları zaman onlara deyilər: «Bu haqq deyildirmi?» Onlar cavablarında deyərlər:«And olsun öz Pərvərdigarımıza ki, bu haqdır!»

    Bir daha onlara deyilər: «Onu inkar və küfr etdiyiniz üçün öz cəzalarınızı dadın!»

    Şübhəsiz, «Pərvərdigarın hüzurunda dayanmaq» dedikdə məqsəd Allahın məkanda olması deyildir, əksinə, burada Allahın yaratdığı cəza səhnələri müqabilində dayanmaq nəzərdə tutulur. Məsələn, insan namaz vaxtı «mən Allahın hüzurunda dayanmışam» – deyir.
    AYƏ 31:

    ﴿قَدْ خَسِرَ الَّذِينَ كَذَّبُواْ بِلِقَاء اللّهِ حَتَّى إِذَا جَاءتْهُمُ السَّاعَةُ بَغْتَةً قَالُواْ يَا حَسْرَتَنَا عَلَى مَا فَرَّطْنَا فِيهَا وَهُمْ يَحْمِلُونَ أَوْزَارَهُمْ عَلَى ظُهُورِهِمْ أَلاَ سَاء مَا يَزِرُونَ﴾
    TƏRCÜMƏ:

    «Allahla görüş(əcəkləri Qiyamət günün)ü təkzib etmiş kəslər doğrudan da ziyana uğradılar. (Onların bu inkarları) o vaxta kimi (davam edəcək) ki, Qiyamət qəflətən onlara yetişən zaman, «barəsində səhlənkarlıq etdiyimiz şeyə görə vay olsun bizə!» deyəcəklər. Onlar (həmin gün) öz günahlarının ağır yükünü dallarında daşıyacaqlar. Bilin! Onların dallarında daşıyacaqları yük necə də pisdir!»
    TƏFSİR:

    «Liqaullah» (Allahın görüşü) dedikdə məqsəd Qiyamətdə mənəvi və şühudi görüşdür. Çünki Qiyamətdə mal, mənsəb, məqam və qohum-əqrəbaya olan bağlılıqların hamısı kəsiləcək, insan ilahi cəza və ya mükafatla qarşılaşan zaman Allahın mütləq hakimiyyətini dərk edəcəkdir.

    Həsrət mənafelərin əldən verilməsi üçün, peşmançılıq isə zərərlərin irəli gəlməsi üçündür.[Peyğəmbər (s)-dən nəql olunan bir hədisdə buyurulur: «Cəhənnəm əhli öz mənzillərini behiştdə görərək «va həsrəta!» deyərlər.» «Nurus-səqəleyn» təfsiri, həmin ayənin təfsirində] Lakin Qiyamətdəki həsrətlərin heç bir faydası yoxdur. Çünki günahlar, xüsusilə, ilahi əzab səhnəsini müşahidə etdikləri zaman öz sahiblərinə yük olar və onların çiyinlərinə ağırlıq edər. Deməli, günahlar insanın özü üçün topladığı ağır yük ehtiyatıdır.
    AYƏ 32:

    ﴿ وَمَا الْحَيَاةُ الدُّنْيَا إِلاَّ لَعِبٌ وَلَهْوٌ وَلَلدَّارُ الآخِرَةُ خَيْرٌ لِّلَّذِينَ يَتَّقُونَ أَفَلاَ تَعْقِلُونَ ﴾
    TƏRCÜMƏ:

    «Dünya həyatı oyun və əyləncədən başqa bir şey deyildir və şübhəsiz, axirət evi təqvalılar üçün daha yaxşıdır. Heç düşünmürsünüz?»
    TƏFSİR:

    Əgər dünya axirət üçün «əkin sahəsi» qərar verilməzsə, bu həyat oyun-oyuncağa, insanlar isə uşağa bənzəyər; belə olan halda onlar mal, məqam və sair kimi oyun-oyuncaqlara məşğul olarlar. Bu da teatr səhnəsində birinin şah, digərinin nökər paltarı geyməsinə, üçüncüsünün özünü vəzirə oxşatmasına bənzəyir. Lakin bir saatdan sonra bütün rollar və paltarlar kənara qoyulduqda xəyaldan başqa bir şey olmayan film olduğu başa düşülür.

    Bü dünyanın mataha, oyun-oyuncağa oxşarlığının bir neçə səbəbi var:

    1. Dünyanın ömrü oyunun müddəti kimi çox qısadır.

    2. Dünya həyatı yorğunluq kimi acılıqlar və əyləncə kimi şirinliklərlə qarışıqdır.

    3. Hədəfsiz qafillər oyunu özlərinə məşğuliyyət növü qərar verirlər.

    Ümumiyyətlə, Allah-təala axirətdən qafil olmağı və dünyaya məşğul olmağı oyun-oyuncaq hesab edir. Axirətlə yanaşı olmayan dünya çox təhlükəlidir. Axirət əkin məhsullarını əldə etmək, ona bir yol və müqəddimə sayılan dünya isə inkişaf meydanıdır.

    Bunu bilməliyik ki, təqva insanların inkişaf etməsi və axirət nemətlərinə çatması amilidir.
    AYƏ 33:

    ﴿ قَدْ نَعْلَمُ إِنَّهُ لَيَحْزُنُكَ الَّذِي يَقُولُونَ فَإِنَّهُمْ لاَ يُكَذِّبُونَكَ وَلَكِنَّ الظَّالِمِينَ بِآيَاتِ اللّهِ يَجْحَدُونَ ﴾
    TƏRCÜMƏ:

    «Şübhəsiz, Biz onların dediklərinin (səni sehrbaz, şair və dəli adlandırmalarının) səni kədərləndirməsini bilirik. Əlbəttə onlar səni təkzib etmirlər, lakin zalımlar Allahın ayə və nişanələrini inkar edirlər.»
    TƏFSİR:

    Bu ayənin şəni-nüzulunda qeyd olunur ki, Peyğəmbərin (s) düşmənləri onu əmanətdar və sədaqətli hesab edir, amma deyirdilər ki, əgər biz onu təsdiq etsək, qəbilə arasındakı ictimai məqam və mövqeyimiz təhqir olunar. Yaxud deyirdilər ki, o, doğruçudur. Amma ona vəhy olunduğunu təsəvvür edir. Beləliklə də, ilahi ayələri təkzib edirdilər.

    Peyğəmbərin (s) təkzib olunması Allahın təkzib olunması, eləcə də ona beyət etmək Allahla beyət etməkdir. Peyğəmbərin (s) müxalifləri həqiqətdə Allahla qarşılaşdıqları üçün Peyğəmbərə (s) buyurulur ki, heç vaxt qəmgin olmasın.

    Onlar ilahi ayələrin və Allah övliyalarının təkzib edilməsinin acınacaqlı nəticələrinə iman gətirmədiklərinə görə bu əməllər həm onların özlərinə olan zülmdür, həm də Peyğəmbəri (s) qəmli etdiklərinə görə ona edilən zülmdür; həm məktəbə, həm də bütün insan nəsillərinə olan zülmdür.
    AYƏ 34:

    ﴿ وَلَقَدْ كُذِّبَتْ رُسُلٌ مِّن قَبْلِكَ فَصَبَرُواْ عَلَى مَا كُذِّبُواْ وَأُوذُواْ حَتَّى أَتَاهُمْ نَصْرُنَا وَلاَ مُبَدِّلَ لِكَلِمَاتِ اللّهِ وَلَقدْ جَاءكَ مِن نَّبَإِ الْمُرْسَلِينَ ﴾
    TƏRCÜMƏ:

    «Şübhəsiz, səndən qabaq (da bir sıra) peyğəmbərlər təkzib olundular. Beləliklə onlar edilən təkzib və əziyyət müqabilində səbr etdilər (və) nəhayət, Bizim köməyimiz onlara yetişdi. Allahın kəlmələrini (peyğəmbərlərə verdiyi kömək və qələbə vədəsini) dəyişdirə biləcək bir kəs yoxdur. Şübhəsiz, peyğəmbərlərin (səbr və dözümlülük) xəbərindən (bəziləri) sənə çatmışdır.»
    TƏFSİR:

    Keçmiş peyğəmbərlər və onların səbrli olmaları bizim üçün nümunə olmalıdır. Hud, Saleh, Nuh və başqa peyğəmbərlərin qövmləri ilahi ayələri təkzib etdiklərinə görə məhv olmuşlar, biz də bu kimi hadisələrdən ibrət almalıyıq. Allahın əbədi və dəyişilməz qanunu insanlara rəsullar göndərməkdir. İnsanlar bunu azad surətdə, tam ixtiyar üzündən seçməlidirlər. Allah kafirləri öz əməllərinin cəzasına çatdırır və rəsullarına haqqa dəvət yolunda kömək edir.

    Əlbəttə, düşmənlər haqqın əleyhinə səy etməkdə heç bir şeyi, o cümlədən, təkzib etməyi və əzab-əziyyət verməyi əsirgəmirlər. Lakin haqq həmişə qalibdir.[Başqa ayələrdə də buyurulur: «İlahi qanunlarda heç bir dəyişiklik olmaz.»

    «Kəlimat» dedikdə ilahi sünnələr nəzərdə tutulur.]
    AYƏ 35:

    ﴿وَإِن كَانَ كَبُرَ عَلَيْكَ إِعْرَاضُهُمْ فَإِنِ اسْتَطَعْتَ أَن تَبْتَغِيَ نَفَقًا فِي الأَرْضِ أَوْ سُلَّمًا فِي السَّمَاء فَتَأْتِيَهُم بِآيَةٍ وَلَوْ شَاء اللّهُ لَجَمَعَهُمْ عَلَى الْهُدَى فَلاَ تَكُونَنَّ مِنَ الْجَاهِلِينَ﴾
    TƏRCÜMƏ:

    «Əgər onların (sənin dəvətindən) üz döndərmələri sənə çətin və ağırdırsa, yerdə bir dəlik açıb, yaxud göyə (daxil ola bilmək üçün) bir nərdivan axtarıb onlar üçün (yerin və göyün dərinliklərindən başqa) bir nişanə və möcüzə gətirə bilsən (et bunu)! Əgər Allah istəsəydi, onların hamısını (məcbur surətdə, hətta iradə məcburiyyəti ilə olsa belə) hidayət yoluna toplayardı (lakin məcburi hidayətin təsiri yoxdur). Odur ki, əsla nadanlardan olma.»
    TƏFSİR:

    Bu ayənin şəni-nüzulu barəsində qeyd olunur ki, kafirlər Peyğəmbərə (s) deyirdilər: «Biz yalnız o vaxt iman gətirərik ki, yeri deşib oradan bir çeşmə qaynadasan, yaxud asimanlara gedəsən.» Bu sözlər bəlkə də onların yersiz istəklərindən xəbər verir ki, əgər yeri qazsan da, yaxud asimana bir nərdivan qoysan da, bir sözlə, özünü oda-közə vursan da heç bir faydası yoxdur. Sənin dəvətində heç bir nöqsan yoxdur, sadəcə bunlar inadkar adamlardır. Belə isə, onların hidayət olunması üçün bu qədər canfəşanlıq etmə, narahat da olma.

    Lakin heç kəs «Allah onları haqqın qarşısında təslim olmağa vadar edə bilməz və buna qadir deyil!» – deyə yanlış güman etməsin deyə, dərhal buyurulur: Əgər Allah istəsəydi, onların hamısını hidayət əsasında bir yerə yığar, sənin dəvətin müqabilində təslim olmağa, haqqı etiraf edib iman gətirməyə vadar edə bilərdi. Məlum olduğu kimi, icbari olan belə bir imanın faydası yoxdur. İnsan övladı tam ixtiyar və azadlıq əsasında təkamülə çatmaq üçün yaradılmışdır. Yalnız iradə azadlığı sayəsində möminlər və yaxşı əməl sahibləri pis insanlardan seçilə bilər. Sonra buyurulur: Bunları ona görə bəyan edirik ki, cahillərdən olmayasan.

    Yəni bu kimi hallarda səbirsizlik etmə, iradə və müqavimətini əldən vermə, onların şirk və küfrlərinə görə həddindən artıq narahat olma və bil ki, düz yol elə sənin getdiyin yoldur.

    Şəkk yoxdur ki, Peyğəmbər (s) bu həqiqətlərdən agah idi, lakin Allah Öz Peyğəmbərinə təskinlik vermək üçün bunları xatırladır.
    AYƏ 36

    ﴿ إِنَّمَا يَسْتَجِيبُ الَّذِينَ يَسْمَعُونَ وَالْمَوْتَى يَبْعَثُهُمُ اللّهُ ثُمَّ إِلَيْهِ يُرْجَعُونَ ﴾
    TƏRCÜMƏ:

    «Həqiqətən (sənin dəvətinə) yalnız (kəlamı idrak və düşüncə ilə) eşidənlər (müsbət) cavab verərlər. (Bu üz döndərənlər isə ölüdürlər) və ölüləri Allah (Qiyamətdə) dirildəcək, sonra onlar (hesab aparılmaq üçün) Allah(ın hüzurun)a tərəf qaytarılacaqlar.»
    TƏFSİR:

    Quran haqqa inanmayanları dəfələrlə «ölülər» və «karlar» təbiri ilə bəyan edir. O cümlədən «Nəml» surəsinin 80-cı, «Rum» surəsinin 52-ci ayəsində oxuyuruq:

    «Həqiqətən, sən dəvəti ölülərə və karlara eşitdirə bilməzsən!»

    İnsan öz yolunu – haqqı və ya batili seçməkdə tam azaddır. Haqqı eşidib qəbul etmək, mənəvi həyatı və qəlbin diri olmasını göstərir. Mənəvi həyata malik olmayan və haqqı qəbul etməyən şəxs ölüdür. Çünki yemək və yatmaq mənasında olan həyat heyvanlarda da vardır.

    ﴿ وَقَالُواْ لَوْلاَ نُزِّلَ عَلَيْهِ آيَةٌ مِّن رَّبِّهِ قُلْ إِنَّ اللّهَ قَادِرٌ عَلَى أَن يُنَزِّلٍ آيَةً وَلَـكِنَّ أَكْثَرَهُمْ لاَ يَعْلَمُونَ ﴾
    TƏRCÜMƏ:

    «(Kafirlər) dedilər: "Nə üçün ona (Musanın əsası və Salehin dəvəsi kimi) bir nişanə və möcüzə nazil olmayıb?” De: "Allah (sizin istədiyiniz qəbildən olan) bir nişanə nazil etməyə qadirdir. Lakin onların çoxu bilmirlər (ki, əgər bu nişanələrdən nazil olsa, Allahın ənənəvi qanunlarına əsasən, kafirlər onu inkar edən kimi əzab nazil olacaqdır).”»
    TƏFSİR:

    Bu ayənin şəni-nüzulunda deyilmişdir ki, Qüreyş başçılarından bəziləri bəhanə üzündən Peyğəmbərə (s) deyirdilər ki, Quran təklikdə bir möcüzə kimi kifayət deyildir. İsa (ə), Musa (ə), Saleh (ə) və başqa peyğəmbərlərin möcüzələri kimi bir möcüzə gətir. («Məcməül-bəyan» təfsiri)

    Əlbəttə, özündən əvvəlki peyğəmbərlərin möcüzələrini xatırladan bir peyğəmbər onların oxşarını hökmən gətirə bilər. Əgər buna qadir olmasaydı, həmin möcüzələri camaata xatırlatmazdı ki, oxşarını ondan istəsinlər. Bundan əlavə, şiə-sünni rəvayətlərinə əsasən, Peyğəmbəri-Əkrəmin (s) Qurandan başqa digər möcüzələri də olmuşdur.

    Möcüzə göstərməkdə əsas məqsəd Peyğəmbərlə (s) Allah arasında xüsusi rabitənin bərqərar olduğunu bildirməkdir ki, Allahın sonsuz qüdrətinin nişanəsidir. Bu da heç vaxt inadkarların sonsuz istəklərinə əsasən gətirilməz. Əlbəttə, bəzi hallarda camaatın istəyinə əsasən olur.

    Ümumiyyətlə, cürbəcür bəhanələrə əhəmiyyət verməməliyik. Quranda buyurulur ki, «Əgər Biz camaata mələk nazil etsəydik, yaxud ölülər onlarla danışsaydı, günah əhli yenə də iman gətirməyəcəkdi.»[Ən’am» surəsi, ayə 111]

    Qeyd etmək lazımdır ki, əgər inadkarlıq üzündən irəli sürülən bu kimi istəklərə reaksiya göstərilsə, lakin sonra iman gətirməsələr hamılıqla ilahi cəzalara düçar olub məhv olarlar. Çünki bu kimi işlər Allaha, Onun göndərdiyinə, eləcə də Allahın ayə və möcüzələrinə qarşı son dərəcə hörmətsizlik sayılır. Buna görə də ayənin axırında buyurulur ki, onların əksəriyyəti bunu bilmir.
    AYƏ 38:

    ﴿ وَمَا مِن دَآبَّةٍ فِي الأَرْضِ وَلاَ طَائِرٍ يَطِيرُ بِجَنَاحَيْهِ إِلاَّ أُمَمٌ أَمْثَالُكُم مَّا فَرَّطْنَا فِي الكِتَابِ مِن شَيْءٍ ثُمَّ إِلَى رَبِّهِمْ يُحْشَرُونَ ﴾
    TƏRCÜMƏ:

    «Yer (üzün)də elə bir hərəkət edən heyvan və iki qanadı ilə uçan elə bir quş yoxdur ki, (yaradılışının hədəfi, ömür müddətinin müəyyənləşdirilməsi, nəslinin artımı və həyat tərzi baxımından) sizin kimi ümmətlər olmasınlar. Biz Öz kitabımızda (bəyan etmək baxımından Lövhi-Məhfuz kitabında və yaratmaq baxımından Təkvin kitabında) heç nəyi nəzərdən qaçırmamışıq. Sonra onlar (Qiyamət günü) hamılıqla (öldükləri yerlərdən) öz Rəbblərinə tərəf toplanılacaqlar.»
    TƏFSİR:

    Bu ayə bütün canlıların, bütün heyvan növlərinin ümumi həşrindən söhbət edərək buyurur: Yer üzündə elə bir canlı, iki qanadı ilə uçan elə bir quş yoxdur ki, sizin kimi ümmətlər olmasınlar.

    Deməli, heyvanların və quşların hər biri, eynilə insanlar kimi özünəməxsus ümmətə malikdir. Yəni onlar da öz aləmlərində elm, şüur və idraka malikdirlər. Onların fikirlərinin insanların düşüncə və fikrindən çox aşağı səviyyədə olmasına baxmayaraq, Allahı tanıyır, öz qüdrət və bacarıqları dairəsində Ona təsbih və təqdis edirlər.

    Sonrakı cümlədə buyurulur: Biz bu kitabda heç nəyi əsirgəməmişik. Ayənin sonunda isə belə buyurulur: Onların hamısı Qiyamət günündə Allaha doğru cəm ediləcəklər.

    Buna görə də müşriklərə xəbərdarlıq edilir və buyurulur: «Necə mümkün ola bilər ki, bütün heyvan siniflərini yaradıb onların ehtiyaclarını təmin edən, onların bütün hərəkət və işlərini nəzarət altına alan və hamı üçün bir Qiyamət qərar verən Allah sizin üçün həşr və Qiyamət qərar verməsin, müşriklərin bəzilərinin iddia etdiyinə görə bu dünya həyatı yaşamaq və ölümdən başqa bir şey olmasın?»

    Heyvanların da Qiyamətdə dirilib-dirilməyəcəklərinə gəldikdə isə, qeyd etməliyik ki, şübhəsiz, hesab-kitab və əməllərə əvəz (savab və ya cəza) verilməsinin ilkin şərti əql və şüura malik olmaqdır ki, bunun da ardınca mükəlləfiyyətlər və məsuliyyətlər gəlir.

    Bu əqidə tərəfdarları deyirlər ki, heyvanlardan çoxunun həyatı insanı heyrətə gətirən bir nizam əsasındadır ki, bu da onların yüksək səviyyəli şüur və idraklarının göstəricisidir. Elə bir adam tapmaq olarmı ki, qarışqa, bal arısı və s. kimi həşəratların özlərinə yuva qurmaları zamanı işlətdikləri çox qəribə sənətkarlıqları, son dərəcə heyrətləndirici mühəndislik işləri barədə bir şey eşitməmiş olsun? Şübhəsiz, bu kimi işlərin onların qərizələrindən qaynaqlandığını çox asanlıqla demək olmaz. Çünki qərizə, adətən, ardıcıl və daim təkrar olunan eyni işlərdən irəli gəlir. Amma irəlicədən ehtimal verilməsi mümkün olmayan şəraitlərdə reaksiya göstərmə ilə, ünvanı ilə yerinə yetirilən əməllər qərizə ilə deyil, idrak və şüur üzündən yerinə yetirilir.

    Məsələn, ömrü boyu canavar görməyən qoyun onu gördüyü ilk dəfədə bu düşmənin təhlükəli olduğunu çox gözəl şəkildə ayırd edir və mümkün olan hər bir vasitə ilə özünü müdafiə etməyə başlayır.

    Bunlardan əlavə, Quranda bəzi heyvanların idrak və şüuruna dair nəzərə çarpacaq dərəcədə dəlil olan ayələr gözə çarpır. Qarışqaların Süleymanın (ə) ordusu qarşısından qaçması, hüdhüdün Səba və Yəmənə gəlməsi və Süleyman (ə) üçün həyəcanlı xəbərlər gətirməsi bu müddəanın şahididir.

    İslam rəvayətlərində də heyvanların həqir olmasını göstərən çoxlu hədislər gözə dəyir. O cümlədən, Əbuzər belə nəql edir: "Biz Peyğəmbərin (s) hüzurunda idik. Qarşımızda iki keçi bir-biri ilə buynuzlaşırdı. Peyğəmbər (s) buyurdu: «Bilirsinizmi, bunlar bir-birini nə üçün buynuzlayır?»

    Orada olanlar: «Xeyr» – deyə cavab verdilər. Peyğəmbər (s) buyurdu: «Lakin Allah nə üçün vuruşduqlarını bilir! Tezliklə onların arasında mühakimə edəcəkdir.»
    AYƏ 39:

    ﴿ وَالَّذِينَ كَذَّبُواْ بِآيَاتِنَا صُمٌّ وَبُكْمٌ فِي الظُّلُمَاتِ مَن يَشَإِ اللّهُ يُضْلِلْهُ وَمَن يَشَأْ يَجْعَلْهُ عَلَى صِرَاطٍ مُّسْتَقِيمٍ ﴾
    TƏRCÜMƏ:

    «Bizim ayə və nişanələrimizi təkzib edənlər (cəhl və küfr) zülmətlər(in)də olan karlar və lallardır. Allah istədiyini (hidayət olunması üçün kifayət edəcək qədər dəlil və nişanələr təqdim olunduqdan sonra) azğınlıqda boşlayar və istədiyini (dəvəti qəbul etdikdən sonra) doğru yola qoyar.»
    TƏFSİR:

    Hidayət və zəlalətin Allahın izninə bağlı olmasına baxmayaraq, insanın iradəsi və onun daxilində mövcud olan şəraitlər də bu işdə təsirlidir. Allahın bütün işləri də hikmət üzündəndir: Allah yolunda cihad etmək Onun yoluna hidayət olunmağa zəmin yaradır, insanlara zülm və haqsızlıq etmək isə azğınlığa səbəb olur. Buna əsasən, küfr və inadkarlıq eynilə insanın əbədi qurtuluşdan məhrum olmasına səbəb olan zülmət və qaranlıqdan ibarətdir. Haqqın gizlədilməsi lallıq, haqqın eşidilməməsi karlıq, haqqı təkzib etməyin nəticəsi yoldan azma və ilahi qəzəbdir. Bir sözlə, düz yolda hərəkət etmək eşidən qulağı, haqqı deyən dili və insanın batinində bir aydınlığın olmasını tələb edir.
    Category: Nurul-Quran (Ənam surəsinin təfsiri) | Added by: Islam_Kitabxanasi (2012-06-25)
    Views: 1042 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024