İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Quran » Nurul-Quran (Ənam surəsinin təfsiri)

    Nurul-Quran (Ənam surəsinin təfsiri)

    AYƏ 40:

    ﴿ قُلْ أَرَأَيْتُكُم إِنْ أَتَاكُمْ عَذَابُ اللّهِ أَوْ أَتَتْكُمُ السَّاعَةُ أَغَيْرَ اللّهِ تَدْعُونَ إِن كُنتُمْ صَادِقِينَ ﴾
    TƏRCÜMƏ:

    «De: "Əgər doğruçusunuzsa mənə xəbər verin ki, əgər sizə Allahın əzabı gəlsə, yaxud Qiyamət (qəfildən) sizə yetişsə, Allahdan qeyrisinimi çağıracaqsınız?!”»
    TƏFSİR:

    Bu ayədə bir daha müşriklərə xitab edilir və başqa bir yolla tövhid və yeganəpərəstliklə əlaqədar dəlil-sübut gətirilir. Belə ki, həyatda qarşılaşdıqları son dərəcə ağır anları onlara xatırladır, onların ümidlərinin Allahdan başqa bütün şeylərdən kəsildiyi bu kimi ağır anlarda kimdən kömək istəmələri ilə əlaqədar yatmış vicdanlarını oyadır və buyurulur ki, ey Peyğəmbər, onlara de: Əgər Allahın dərdli əzabı sizə doğru gəlsə, yaxud Qiyamət özünün bu qədər həyəcanlı və vəhşətli hadisələri ilə birlikdə bərqərar olsa deyin görək, bu şiddətli hadisələri aradan qaldırmaq üçün Allahdan başqa bir kəsi çağırarsınızmı?

    Şoşagəlməz və acı hadisələr baş verdikdə bu ayənin mənəvi ruhu təkcə müşriklər üçün deyil, hər bir şəxs üçün asanlıqla dərk olunur. İnsanın adi və əhəmiyyətsiz hadisələrdə Allahdan başqasına pənah aparması mümkündür. Amma son dərəcə şiddətli hadisələr baş verdikdə hər bir şeyi unudur, elə həmin halda öz qəlbinin dərinliklərində naməlum və sirli bir mənbədən qaynaqlanan nicata bir növ ümidvarlıq hissi keçirir. Bu da məhz Allaha və tövhidin həqiqətinə diqqət yetirməkdən ibarətdir.
    AYƏ 41:

    ﴿ بَلْ إِيَّاهُ تَدْعُونَ فَيَكْشِفُ مَا تَدْعُونَ إِلَيْهِ إِنْ شَاء وَتَنسَوْنَ مَا تُشْرِكُونَ ﴾
    TƏRCÜMƏ:

    «Əksinə, yalnız Onu çağıracaqsınız - O da əgər istəsə, aradan qaldırılması üçün dua etdiyiniz şeyi aradan qaldıracaqdır - və (Ona) qoşduğunuz şərikləri unudacaqsınız.»
    TƏFSİR:
    FİTRƏT HƏMİŞƏ ALLAH TANIMAĞA DOĞRU BİR YOLDUR.

    Xalis niyyətlə edilən dua dünyadakı təhlükələrdən və ağır hadisələrdən nicat tapmaq üçün yoldur. Amma Qiyamətdə kafirin istək və duasına cavab verilmir. Buna əsasən, nə üçün yalnız təhlükə hiss etdikdə Allah dərgahına gedib özünüzün puç məbudlarınızı unudursunuz? Amma adi hallarda Allahı yad etmirsiniz?[İkinci dünya müharibəsində hətta Stalin də qələbə çalmaq üçün kilsəyə, keşişlərə üz gətirirdi.]
    AYƏ 42:

    ﴿ وَلَقَدْ أَرْسَلنَآ إِلَى أُمَمٍ مِّن قَبْلِكَ فَأَخَذْنَاهُمْ بِالْبَأْسَاء وَالضَّرَّاء لَعَلَّهُمْ يَتَضَرَّعُونَ ﴾
    TƏRCÜMƏ:

    «Şübhəsiz, Biz səndən əvvəlki ümmətlərə (də peyğəmbərlər) göndərdik. Beləliklə onları yoxsulluq və kasıblığa, xəstəlik və cismani əziyyətlərə düçar etdik (ki,) bəlkə (Bizim dərgahımıza) boyun əyələr və yalvarıb-yaxaralar.»
    TƏFSİR:

    «Bəsa» kəlməsi müharibə çətinlikləri, yoxsulluq, qəhətlik, sel, zəlzələ və batini xəstəliklər, «zərra» isə qəm-qüssəyə düçar olmaq, abır-heysiyyətin aradan getməsi, cəhalət, nadanlıq və müflisləşmə mənasına gəlmişdir.

    Əlbəttə, tarix boyu bütün peyğəmbərlərin və ilahi höccətlərin göndərilməsi Allahın qoyduğu qanunlardan biridir. Keçmiş ümmətlərin tarixi gələcək nəsillər üçün ibrət dərsidir. Qeyd etmək lazımdır ki, çətinliklər insanların Allaha təvəssül etmələri, zorluların ram olması üçün bir yoldur. Buna görə də hər rifahda lütf, hər əzab-əziyyətdə qəhr və qəzəb yoxdur.

    Çətinliklərə düşən zaman bəndələrin ehtiyac əlləri Allah dərgahına qaldırılır.[Həzrət Əli (ə) buyurur: «Əgər xoşagəlməz hadisələr zamanı insanlar sədaqətlə Allah dərgahına üz gətirib nalə etsələr, Allah tərəfindən onlara lütf və mərhəmət gələr.» («Safi» və «Nurus-səqəleyn» təfsirləri).]
    AYƏ 43:

    ﴿ فَلَوْلا إِذْ جَاءهُمْ بَأْسُنَا تَضَرَّعُواْ وَلَـكِن قَسَتْ قُلُوبُهُمْ وَزَيَّنَ لَهُمُ الشَّيْطَانُ مَا كَانُواْ يَعْمَلُونَ ﴾
    TƏRCÜMƏ:

    «Bəs nə üçün Bizim əzabımız onlara yetişəndə boyun əymədilər və yalvarıb-yaxarmadılar? Əksinə, onların qəlbləri daşlaşdı və Şeytan etdiklərini (günahları) bəzəyərək onlara gözəl göstərdi.»
    TƏFSİR:

    Təhlükələrə və xəbərdarlıqlara laqeyd yanaşmaq qəlbin daşlaşaraq qəsavət bağlamasının nişanəsidir. Buna görə də buyurulur: Nə üçün onlar bu dərdli və insanı ayıldan hadisələrdən ibrət dərsi almır, qəflət yuxusundan oyanmır və Allaha doğru qayıtmırlar?!

    Həqiqətdə insanların qəflət yuxusundan oyana bilməməsinin iki amili vardır: Birincisi bundan ibarətdir ki, günaha qurşandıqlarına və şirkdə inadkarlıq etdiklərinə görə onların qəlbləri qaralmış, bərkimişdir və ruhları heç nədən təsirlənmir.

    Digəri isə bundan ibarətdir ki, şeytan onların həvayi-nəfsə pərəstiş etmək ruhiyyəsindən istifadə edərək onların yaramaz əməllərini nəzərlərində gözəl və zinətli göstərmişdir. Gördükləri hər cür pis iş onların nəzərində gözəl, hər bir qanunsuz iş isə qanuni iş kimi göstərilir.
    AYƏ 44:

    ﴿ فَلَمَّا نَسُواْ مَا ذُكِّرُواْ بِهِ فَتَحْنَا عَلَيْهِمْ أَبْوَابَ كُلِّ شَيْءٍ حَتَّى إِذَا فَرِحُواْ بِمَا أُوتُواْ أَخَذْنَاهُم بَغْتَةً فَإِذَا هُم مُّبْلِسُونَ ﴾
    TƏRCÜMƏ:

    «Beləliklə, elə ki, yadlarına salınmış şeyi unutdular, (imtahanın sona çatdırılması və nəzərdə tutulan şeylərin tədricən həyata keçirilməsi məqsədi ilə dünya nemətlərindən) hər şeyin qapılarını onların üzünə açdıq. Onlara verilən şeyə xoşhal olaraq ürək bağladıqları zaman, (günahlarının cəzası olaraq) onları qəflətən yaxaladıq. Beləliklə, birdəfəlik aciz və naümid oldular.»
    TƏFSİR:

    «İblas» ümidsizliklə yanaşı olan qəm-qüssəyə deyilir. Bu da müqəssirlərin və günahkarların məhkəmədə heç bir cavab tapmadıqları zaman keçirdikləri ruhi vəziyyətdir.

    Həyatda həmişə firavan yaşamaq rəhmət əlaməti deyildir. Hətta, bəzi vaxtlar cəzaya belə şərait yaradır. Günahkarlara möhlət vermək onları tədricən ilahi əzaba sürükləmək və qanun pozanların rifah vasitələrini tədarük görmək Allahın həmişəki qanunlarından biridir. Dünya və ondan əldə edilən bəhrələr hansı şəxsə verilməsindən asılı olaraq həm nemət ola bilər, həm də əzab. «Əraf» surəsinin 194-cü ayəsində buyurulur ki, iman və təqva ilahi bərəkət amilidir. Bu ayədə isə dünya kafirlər üçün əzab-əziyyət səbəbi kimi qeyd olunur.[İman və təqva öz ardınca yer və səma bərəkətlərini gətirir. Amma Allahdan qafil olmaq insanın üzünə bütün xeyir qapılarını bağlayır.]

    Ölüm və ilahi qəzəb gözlənilmədən gəldiyi üçün həmişə hazır olmaq lazımdır. Əyyaşların, eyş-işrətlə məşğul olanların sevincli fəryadları gözlənilmədən ümidsizliklə yanaşı olan nalələrə çevriləcəkdir.
    AYƏ 45:

    ﴿ فَقُطِعَ دَابِرُ الْقَوْمِ الَّذِينَ ظَلَمُواْ وَالْحَمْدُ لِلّهِ رَبِّ الْعَالَمِينَ ﴾
    TƏRCÜMƏ:

    «Beləliklə, zülm etmiş dəstənin kökü və nəsli kəsildi. Həmd və şükr aləmin və aləmdəkilərin Rəbbi olan tək Allaha məxsusdur.»
    TƏFSİR:

    -Zalımların kökünün kəsilməsi və məhv edilməsi labüd və qaçılmaz bir işdir.

    -Zülm yerdə qalmaz.

    -Zülm insanın nəslində də təsir qoyur.

    -Ayədə qeyd olunduğu kimi, zalımların məhv olunması zamanı Allaha şükr etmək lazımdır.

    Bu ayə göstərir ki, zülmün və fəsadın kökünün kəsilməsi və bu işləri davam etdirəcək nəslin məhv edilməsi elə bir əhəmiyyət kəsb edir ki, hətta bu işə şükür etmək də layiqlidir. İmam Sadiqdən (ə) nəql olunan bir hədisdə deyilir: «Hər kəs zalımların (sağ) qalmasını istəsə, bu o deməkdir ki, Allah qarşısında günah və zülm edilməsinə razı olsun. Halbuki, (zülm məsələsinə çox diqqət yetirilməlidir, çünki) hətta mütəal Allah da zalımları məhv etmək müqabilində Özünü tərifləyir və buyurur ki, zalım qövmlərin nəsli kəsildi və həmd-səna və şükr aləmlərin Rəbbi olan Allaha məxsusdur.»
    AYƏ 46:

    ﴿ قُلْ أَرَأَيْتُمْ إِنْ أَخَذَ اللّهُ سَمْعَكُمْ وَأَبْصَارَكُمْ وَخَتَمَ عَلَى قُلُوبِكُم مَّنْ إِلَـهٌ غَيْرُ اللّهِ يَأْتِيكُم بِهِ انظُرْ كَيْفَ نُصَرِّفُ الآيَاتِ ثُمَّ هُمْ يَصْدِفُونَ ﴾
    TƏRCÜMƏ:

    «De: "Mənə xəbər verin, əgər Allah sizin qulaq və gözlərinizi(n gücünü) alsa və qəlblərinizə (anlamazlıq və bədbəxtlik) möhürü vursa, onları sizə Allahdan başqa hansı məbud gətirəcək?” Gör Biz Öz ayələrimizi necə müxtəlif (surətdə) gətiririk, sonra onlar (yenə də) üz döndərirlər.»
    NEMƏT VERƏNİ TANIYIN!

    Bu ayədə müşriklərə xitab olunaraq əvvəlcə buyurulur: Əgər Allah qulaq və göz kimi qiymətli nemətləri sizdən alsa, qəlblərinizə möhür vursa və nəticədə yaxşı ilə pis, haqq ilə batil arasında fərq qoya bilməsəniz, Allahdan başqa bu məbudlardan hansı biri bu nemətləri sizə qaytara bilər?

    Həqiqətdə müşriklər də xəlq edən və ruzi verənin Allah olduğunu qəbul edirdilər. Amma bütlərə, sadəcə olaraq onlara Allah dərgahında şəfaət etməkdən ötrü pərəstiş edirdilər.

    Sonra buyurulur: «Gör ayə və dəlilləri onlar üçün müxtəlif yollarla necə şərh edirik. Lakin onlar yenə də haqdan üz döndərirlər.»
    AYƏ 47:

    ﴿ قُلْ أَرَأَيْتَكُمْ إِنْ أَتَاكُمْ عَذَابُ اللّهِ بَغْتَةً أَوْ جَهْرَةً هَلْ يُهْلَكُ إِلاَّ الْقَوْمُ الظَّالِمُونَ ﴾
    TƏRCÜMƏ:

    «De: "Mənə xəbər verin, Allahın əzabı (zəlzələ və sel kimi) qəflətən, yaxud (tədricən ölümlə nəticələnən vəba və buna bənzər xəstəliklər kimi) aşkar halda sizə gəlsə, zalımların dəstəsindən başqası həlak olarmı?! (Şübhəsiz, bədbəxtcəsinə ölüm zalımlara məxsusdur və yaxşıların onların arasında həlak olmaları şəhadətdir.)”»
    TƏFSİR:

    Yuxarıdakı ayədə bütün dünya və axirət nemətlərinin başı olan üç böyük ilahi nemət – qulaq, göz və idrak qüvvəsi qeyd olunduqdan sonra, ayə bu nemətlərin bütünlüklə onlardan alınmasının mümkünlüyünə işarə edərək buyurur: «Əgər Allahın əzabı gözlənilmədən, heç bir müqəddimə olmadan, yaxud aşkar şəkildə və müqəddiməli olaraq sizə doğru gəlsə, zalımlardan başqası məhv olarmı?»

    Məqsəd bundan ibarətdir ki, bəndələri müxtəlif cəzalara düçar etməyə və bütün nemətləri onlardan almağa qadir olan yalnız Allahdır və bütlər bu məsələ ilə əlaqədar heç bir rol oynamırlar. Buna əsasən, sizin bütlərə sığınmağınızın heç bir əsası yoxdur.
    AYƏ 48-49:

    ﴿ وَمَا نُرْسِلُ الْمُرْسَلِينَ إِلاَّ مُبَشِّرِينَ وَمُنذِرِينَ فَمَنْ آمَنَ وَأَصْلَحَ فَلاَ خَوْفٌ عَلَيْهِمْ وَلاَ هُمْ يَحْزَنُونَ وَالَّذِينَ كَذَّبُواْ بِآيَاتِنَا يَمَسُّهُمُ الْعَذَابُ بِمَا كَانُواْ يَفْسُقُونَ ﴾
    TƏRCÜMƏ:

    48. «Biz Öz peyğəmbərlərimizi yalnız müjdə verən və qorxudan olaraq göndəririk. Beləliklə iman gətirib ləyaqətli olaraq (özlərini) düzəltməklə məşğul olanlar üçün (axirət aləmində) əsla qorxu yoxdur və onlar əsla qəmgin olmayacaqlar.»

    49. «Bizim ayə və nişanələrimizi təkzib edənlərə itaətsizliklərinin cəzası olaraq əzab yetişəcəkdir.»
    TƏFSİR:

    48. Bu ayədə ilahi peyğəmbərlərin göndərilməsi ilə əlaqədar buyurulur: «Nəinki cansız bütlərin əlindən bir iş gəlmir, üstəlik böyük peyğəmbərlər və ilahi rəhbərlərin də risalətin təbliğ olunmasından, müjdə vermək və qorxutmaqdan, təşviq və təhdiddən başqa bir işləri yoxdur. Hər bir nemət Allahın əmri ilə və məhz Onun tərəfindəndir, onlar da hər şeyi yalnız Allahdan istəyirlər.»

    Daha sonra buyurulur: «Nicat və qurtuluş yolu yalnız iki şeydən ibarətdir: İman gətirin və özünüzü islah edin (və yaxşı əməllər yerinə yetirin). Bu kimi şəxslər nə qorxurlar, nə də keçmiş əməlləri ilə əlaqədar qəm-qüssələri vardır.»

    49. Bunun əvəzində Bizim ayələrimizi təkzib edənlər öz itaətsizlikləri və günahları müqabilində ilahi əzablara düçar olacaqlar.
    AYƏ 50:

    ﴿قُل لاَّ أَقُولُ لَكُمْ عِندِي خَزَآئِنُ اللّهِ وَلا أَعْلَمُ الْغَيْبَ وَلا أَقُولُ لَكُمْ إِنِّي مَلَكٌ إِنْ أَتَّبِعُ إِلاَّ مَا يُوحَى إِلَيَّ قُلْ هَلْ يَسْتَوِي الأَعْمَى وَالْبَصِيرُ أَفَلاَ تَتَفَكَّرُونَ﴾
    TƏRCÜMƏ:

    «De: "Mən sizə Allahın xəzinələri mənim yanımdadır demirəm (şeyləri «ol» deməklə yaratmaq və bir şey istəyənlərin ehtiyacını əldəki miqdar azalmadan təmin etmək qüdrətim yoxdur), qeyb elmini də bilmirəm və (həmçinin) sizə «mən mələyəm» demirəm. Mən yalnız mənə edilən vəhyə tabe oluram. (Buna görə də mən vəhyə tabe olduğum üçün gözüaçıq və hər şeyi görənəm, vəhydən üz döndərən hər bir kəs isə kordur.)” De: "Korla görən birdirlərmi? Bəs niyə fikirləşmirsiniz?”»
    TƏFSİR:
    QEYBDƏN AGAHLIQ

    Bu ayə müşriklərin və kafirlərin üç etirazına qısa şəkildə cavab verir. Əvvəldə onlar Peyğəmbərə (s) təklif edirdilər ki, çox qəribə möcüzələr göstərsin. Hər birinin də öz meylinə uyğun təklifi var idi. Hətta başqalarının istədikləri möcüzələri müşahidə etməklə də qane olmurdular. Bəzən qızıldan olan evlər istəyir, bəzən mələklərin nazil olmasını tələb edirdilər. Bəzi vaxtlarda Məkkənin quraqlıq və yandırıcı səhrasının təravətli, sulu-meyvəli bir bağa dönməsini tələb edirdilər.

    Onlar özlərinin bu qəribə istəkləri ilə sanki Peyğəmbərin (s) yerə-göyə malik olmasını və ilahiyyat məqamına çatmasını təvəqqe edirdilər. Buna görə də Allah-təala onların cavabında Peyğəmbərə (s) göstəriş verir ki, belə desin: Mən heç vaxt iddia etmirəm ki, Allahın xəzinələri mənim əlimdədir.

    «Xəzain» kəlməsi hər bir şeyin mərkəzi və mənbəyi mənasına olan «xəzinə»nin cəm formasıdır. Beləliklə «xəzainullah» kəlməsi (Allahın xəzinələri) bütün qüdrət və kamalların mənşəyi olan Allahın sonsuz zatından qaynaqlanan bütün xeyirlərə şamildir.

    Onlar, həmçinin, Peyğəmbərin (s) onları gələcək və keçmiş sirlərdən agah etməsini, hətta onların şəxsi həyatlarında gələcəkdə nə kimi hadisələrin baş verəcəyini deməsini istəyirdilər ki, nəticədə baş verəcək zərərləri dəf etmək, mənfəət qazanmaq üçün çalışsınlar. Ayədə deyilir: «Mən heç vaxt iddia etmirəm ki, qeybin gizlin sirlərindən agaham.»

    Üçüncü cümlədə Peyğəmbərin (s) özünün mələk olmasını, yaxud onunla yanaşı bir mələyin gəlməsini və yaxud insana xas olan, yemək və küçə-bazarda yol getmək kimi xüsusiyyətlərin onda olmamasını istəyirdilər! Ayədə buyurulur: Mən heç vaxt mələk olduğumu iddia etmirəm. Sadəcə olaraq vəhy yolu ilə Pərvərdigarımın tərəfindən mənə nazil olan göstərişlərə və təlimatlara tabeyəm.

    AYƏ nin axırında Peyğəmbərə (s) göstəriş verilir ki, onlara belə desin: «Görənlə görməyən adam birdirmi? Əql və düşüncəsinin gözləri, bəsirəti bağlananlar həqiqətləri gözəl şəkildə görüb dərk edənlərlə bərabərdirmi? Bu barədə fikirləşməzsinizmi?»
    AYƏ 51:

    ﴿ وَأَنذِرْ بِهِ الَّذِينَ يَخَافُونَ أَن يُحْشَرُواْ إِلَى رَبِّهِمْ لَيْسَ لَهُم مِّن دُونِهِ وَلِيٌّ وَلاَ شَفِيعٌ لَّعَلَّهُمْ يَتَّقُونَ ﴾
    TƏRCÜMƏ:

    «Bununla (bu Quran vasitəsilə) özlərinin Rəbbinə tərəf toplanacaqlarından qorxan kəsləri qorxut – (çün)ki, (həmin gün) onların Allahdan başqa heç bir başçı, yardımçı və şəfaətçiləri olmayacaqdır – bəlkə çəkindilər.»
    TƏFSİR:

    Əvvəlki ayənin sonunda buyurulmuşdu ki, görənlə görməyənlər bir deyil. Bu ayədə isə Peyğəmbərə (s) göstəriş verilir ki, Quran vasitəsilə Qiyamət gününə inananları qorxudub onları qəflətdən oyatsın. Çünki onların qəlb gözləri və bəsirətləri o qədər açılmışdır ki, hesab-kitabın olacağına ehtimal verir və bu ehtimal sayəsində məsuliyyətdən qorxmaqla haqqı qəbul etmək üçün hazırlıqlı olurlar. Sonra buyurulur: Qəlbləri ayıq olan bu cür bəsirətlilər elə bir gündən qorxurlar ki, o gündə Allahdan başqa heç bir sığınacaq yeri və şəfaət edən olmayacaqdır.

    İmam Sadiq (ə) bu ayənin təfsirində buyurur: «(Ayənin mənası budur ki,) Quran vasitəsilə o kəsləri qorxut ki, Pərvərdigarın hüzuruna çatmağa ümidləri vardır. Onları Pərvərdigarın yanında olanlara təşviq et. Çünki Quran şəfaəti qəbul olunan bir şəfaətçidir.»[«Cəvamiul-came» və «Məcməül-bəyan» təfsirləri.]
    AYƏ 52:

    ﴿وَلاَ تَطْرُدِ الَّذِينَ يَدْعُونَ رَبَّهُم بِالْغَدَاةِ وَالْعَشِيِّ يُرِيدُونَ وَجْهَهُ مَا عَلَيْكَ مِنْ حِسَابِهِم مِّن شَيْءٍ وَمَا مِنْ حِسَابِكَ عَلَيْهِم مِّن شَيْءٍ فَتَطْرُدَهُمْ فَتَكُونَ مِنَ الظَّالِمِينَ﴾
    TƏRCÜMƏ:

    «Rəbblərinin razılığını qazanmaq və Ona yaxınlaşmaq istəyərək səhər-axşam Onu çağıranları öz yanından qovma! Nə onların hesabından (etiqadi və əməli vəzifələrindən və savablarından) bir şey sənin öhdənədir və nə də sənin hesabından bir şey onların öhdəsinə ki, (bu səbəbdən) onları qovasan və (nəticədə) zalımlardan olasan.»
    TƏFSİR:

    AYƏ nin şəni-nüzulunda qeyd olunur ki, var-dövlətli kafirlərdən bir dəstəsi Əmmar, Bilal, Xəbbab kimi fəqir möminlərin Peyğəmbərin (s) ətrafına yığışdığını gördükdə belə təklif irəli sürdülər ki, o Həzrət (s) bunları öz yanından qovsun, həmin kafirlər də Peyğəmbərin (s) ətrafına yığışsınlar. «Əl-mənar»ın nəql etdiyinə görə ikinci xəlifə dedi ki, bunların sözünün düz olmasını yoxlamaq üçün fəqirləri qovaq. Bu zaman yuxarıdakı ayə nazil oldu. Bu məsələnin oxşarı «Kəhf» surəsinin 28-ci ayəsində də gəlmişdir.

    Təbəri nəql edir ki, bu ayə nazil olduqdan sonra Peyğəmbər (s) kasıblarla olan yığıncağından fəqirlər qalxmayınca durub getməzdi.

    «Allahı sübh və axşam çağırmaq» deməkdə məqsəd gündəlik beş namaz ola bilər.[«Əl-mizan» təfsiri.]

    Geri Mündəricat

    Kafir başçıların İslama cəlb olunması bəhanəsilə mövcud müsəlmanlara həqarətlə yanaşmaq olmaz.


    Bəhanə axtaranlar (ayənin şəni-nüzuluna diqqət yetirməklə) əgər bir məktəb və ideologiyanın rəhbərinə eyb və irad tuta bilməsələr, onların iqtisadi vəziyyətinə və ardıcıllarına eyb tuturlar.

    Ümumiyyətlə, ixlaslı məhrumları və kasıbları qovmaq zülmdür və hər şeyin hesabı Allahın öhdəsinədir, hətta Rəsuli-Əkrəm (s) belə, günahkarların əfv olunmasında, yaxud cəzalandırılmasında məsuliyyət daşımır. (Amma məsihi aləmində keşişlər günahları «bağışlayırlar!»)
    AYƏ 53:

    ﴿ وَكَذَلِكَ فَتَنَّا بَعْضَهُم بِبَعْضٍ لِّيَقُولواْ أَهَـؤُلاء مَنَّ اللّهُ عَلَيْهِم مِّن بَيْنِنَا أَلَيْسَ اللّهُ بِأَعْلَمَ بِالشَّاكِرِينَ ﴾
    TƏRCÜMƏ:

    «Biz onların bəzilərini digər bəziləri ilə bu cür imtahan etdik ki, nəhayət (onların əyanları yoxsul möminlər barəsində) "Allahın bizim aramızda boyunlarına haqq qoyduğu şəxslər bunlardır?” desinlər. Məgər Allah şükr edənləri daha yaxşı tanımır?»
    TƏFSİR:

    Bu ayədə imansız varlılara xəbərdarlıq edilir ki, bu hadisələrin onlar üçün bir sınaq və imtahan vasitəsi olduğunu bilsinlər; əgər bu imtahanlardan üzüqara çıxsalar çox dərdli cəzalara dözməli olacaqlar. Ayədə buyurulur: Biz camaatdan bəzilərinin vasitəsilə onları belə imtahana çəkərik. Bu ayədə «fitnə» («fətənna» kəlməsinin köküdür) imtahan mənasına gəlmişdir.

    Sonra əlavə edilir: Bu varlıların işi elə bir həddə çatmışdır ki, həqiqi möminlərə təhqirlə yanaşır və deyirlər: Allahın bizim aramızdan seçib iman və İslam nemətini onlara verdiyi adamlar bunlardırmı? Onların belə sözlər deməyə haqları varmı?

    Sonra onlara cavab olaraq buyurulur ki, bu imanlı şəxslər elm və ayırdetmə nemətinin şükrünü yerinə yetirib ondan istifadə etmiş və həmçinin Peyğəmbəri-Əkrəmin (s) dəvətinə müsbət cavab verərək cani-dildən qəbul etmişlər. Bundan da böyük bir nemət, ondan da böyük bir şükür ola bilərmi?! Buna görə də mütəal Allah onların qəlblərinin qapısını iman qərar vermişdir: Məgər Allah şükr edənləri daha yaxşı tanımırmı?

    Bir nəfər İmam Sadiqin (ə) hüzurunda kasıbçılıqdan şikayət etdikdə Həzrət (ə) buyurdu: «Sənin nəzərində ən varlı adam kimdir?» Dedi: «Harun ər-Rəşid.» İmam (ə) soruşdu: «Öz imanını verib onun mal-dövlətini almağa razısanmı?» Dedi: «Xeyr.» Buyurdu: «(Deməli,) sən daha varlısan. Çünki elə bir şeyə maliksən ki, onu mal-dövlət və sərvətlə dəyişməyə razı deyilsən.»[«Ətyəbül-bəyan» təfsiri]
    AYƏ 54-55:

    ﴿وَإِذَا جَاءكَ الَّذِينَ يُؤْمِنُونَ بِآيَاتِنَا فَقُلْ سَلاَمٌ عَلَيْكُمْ كَتَبَ رَبُّكُمْ عَلَى نَفْسِهِ الرَّحْمَةَ أَنَّهُ مَن عَمِلَ مِنكُمْ سُوءًا بِجَهَالَةٍ ثُمَّ تَابَ مِن بَعْدِهِ وَأَصْلَحَ فَأَنَّهُ غَفُورٌ رَّحِيم. وَكَذَلِكَ نفَصِّلُ الآيَاتِ وَلِتَسْتَبِينَ سَبِيلُ الْمُجْرِمِينَ ٌ﴾
    TƏRCÜMƏ:

    54. «Bizim ayələrimizə iman gətirənlər sənin yanına gələndə onlara "salam olsun sizə! Rəbbiniz Özünə (bəndələrə qarşı) rəhmli olmaq qərarını vermişdir ki, sizdən kim nadanlıq üzündən pis bir iş görsə, ondan sonra tövbə edib (öz işini) düzəltməklə məşğul olsa, şübhəsiz, Allah çox bağışlayan və mehribandır” de.»

    55. «Biz Öz ayələrimizi (elmi və əməli maariflər üzərindən pərdələri götürən sözləri ali məqsədlər) və günahkarların yollarının aydınlaşması üçün bu cür müxtəlif (hərtərəfli) gətiririk.»
    TƏFSİR:

    Bu ayənin şəni-nüzulunda qeyd olunur ki, günahkarlardan bir dəstəsi Peyğəmbərin (s) hüzuruna gəlib dedi: «Biz çoxlu günah işlər görmüşük (bizim üçün bir çıxış yolu varmı?) Həzrət (s) sakit oldu. Sonra bu ayə nazil oldu.
    TƏFSİR:

    Bu surədə Allah-təala «kətəbə əla nəfsihir-rəhmətə» (Özünə rəhimli olmağı vacib etmişdir) cümləsini iki dəfə təkrar etmişdir. Bunların biri dünyada, digəri isə axirətdə insanlara təskinlik vermək üçündür.

    Bu ayədən aydın olur ki, əgər günahın mənşəyi inadkarlıq və zülm olmazsa (tövbə etmək şərti ilə) bağışlana bilər. Ümumiyyətlə, cəmiyyətin rəhbəri ilə camaatın əlaqəsi ünsiyyət, mehr-məhəbbət əsasında olmalıdır. Allah-təala rəhməti Özünə vacib etmişdir. Lakin rəhmətin şamil olduğu şəxslər məhz tövbə edənlərdir. 55-ci ayənin təfsirində buyurulur: Biz Öz ayə, nişanə və göstərişlərimizi beləcə bəyan edirik ki, həm haqq axtaranların və mütilərin, həm də haqla düşmən olan inadkar günahkarların yolu aşkar olsun.

    «Mücrim» dedikdə haqq qarşısında əsla təslim olmayan inadkar günahkarlar nəzərdə tutulur. Yəni haqqa doğru olan bu ümumi dəvətdən sonra, hətta öz işlərindən peşman olan günahkarların, eləcə də haqqın qarşısında heç vaxt əyilməyən inadkar mücrimlərin və müqəssirlərin yolu tamamilə aydın olacaqdır.
    AYƏ 56:

    ﴿ قُلْ إِنِّي نُهِيتُ أَنْ أَعْبُدَ الَّذِينَ تَدْعُونَ مِن دُونِ اللّهِ قُل لاَّ أَتَّبِعُ أَهْوَاءكُمْ قَدْ ضَلَلْتُ إِذًا وَمَا أَنَاْ مِنَ الْمُهْتَدِينَ ﴾
    TƏRCÜMƏ:

    «De: "Sizin Allahın əvəzinə çağırdıqlarınıza ibadət etmək mənə qadağan olunmuşdur.” De: "Mən əsla sizin nəfsi istəklərinizə tabe olmaram ki, onda azmış olar və doğru yolu tapanlardan olmaram.”»
    TƏFSİR:

    Yersiz təmayüllərin, istəklərin cavabında aşkar şəkildə inkar cavabı vermək lazımdır.

    Peyğəmbərin (s) seçdiyi mövqelər məhz ilahi vəhyə əsaslanır.

    Şirkə nifrət etmək İslam əqidəsinin ayrılmaz bir hissəsidir. Şirkin kökü də həvayi-nəfsə pərəstiş etməkdir. Buna görə də İslam mübəlliği camaatın həvayi-nəfsini razı salmaq fikrində olmamalı, Allahın razılığını nəzərdə tutmalıdır.
    AYƏ 57:

    ﴿ قُلْ إِنِّي عَلَى بَيِّنَةٍ مِّن رَّبِّي وَكَذَّبْتُم بِهِ مَا عِندِي مَا تَسْتَعْجِلُونَ بِهِ إِنِ الْحُكْمُ إِلاَّ لِلّهِ يَقُصُّ الْحَقَّ وَهُوَ خَيْرُ الْفَاصِلِينَ ﴾
    TƏRCÜMƏ:

    «De: "Mən öz Rəbbim tərəfindən (Quran və vəhy kimi) aşkar bir dəlilə əsaslanıram və siz onu təkzib etdiniz. Sizin tələsdiyiniz şey (səmavi əzab) mənim yanımda (əlimdə) deyildir. (Varlıq aləmində mütləq) hökm yalnız Allaha məxsusdur ki, haqqı bəyan edir və (onu nahaqdan) ayırır. O, (haqla batil arasında) hökm edənlərin və (onları bir-birindən) ayıranların ən yaxşısıdır.”»
    TƏFSİR:

    «Bəyyinə» kəlməsi «bəynunət» kökündə olub haqla batili bir-birindən aşkar və kamil şəkildə ayıran dəlilə deyilir.

    Kafirlər deyirdilər ki, əgər doğru deyirsənsə, onda nə üçün Allahın qəzəbi bizə nazil olmur? Bu eynilə «Ənfal» surəsinin 32-ci ayəsində deyilən mətləbə bənzəyir. Onlar deyirdilər ki, əgər bu iddia düzgündürsə onda Allah bizə daş yağdırsın!

    Peyğəmbərlərin möcüzə və dəlillərində nə başa düşüləsi ağır olan bir mətləb var idi, nə də müəmmalı bir şey. Camaat onların hamısını başa düşürdü. Əgər inadkar olmasaydılar cani-dildən qəbul edərdilər. Buna görə də peyğəmbərlər özlərini «bəyyinə sahibi» kimi təqdim edirdilər.

    Allahdan əzabın təcili şəkildə, yubanmadan göndərməsini istəmək başqa qövmlərdə də olmuşdur. Həzrət Saleh (ə) , Hud (ə), Nuh (ə) kimi peyğəmbərlərə də deyirdilər ki, «əgər düz deyirsənsə, vədəsi verilən əzabı gətir!»[«Ə’raf» surəsi, ayə 77, «Hud» surəsi, ayə 32.]

    Peyğəmbərlərin dəvət və çağırışları kor-koranə təqlid və xəyali qüvvələr əsasında deyil, aşkar "bəyyinə” əsasındadır. Peyğəmbərlər ilahi "bəyyinəyə” malik olmalıdırlar. Nəinki camaatın gündəlik tələbatları əsasında əməl etməlidirlər.

    Kafirlər hansı əsasa görə Peyğəmbərin "bəyyinə”sini təkzib edərək onların həvayi-nəfsinə tabe olmasını təvəqqe edirlər? Bunlar inadkarlıq, kobudluq və həyasızlıqdan başqa bir şey ola bilərmi? Peyğəmbər həmişə məntiq və qəti dəlillər ilə yanaşı olan bir elçidir. Varlıq aləmi də Allahın əlindədir. (Belə isə, Peyğəmbərdən varlıqlarda dəyişiklik etməsini istəməyin.)
    AYƏ 58:

    ﴿ قُل لَّوْ أَنَّ عِندِي مَا تَسْتَعْجِلُونَ بِهِ لَقُضِيَ الأَمْرُ بَيْنِي وَبَيْنَكُمْ وَاللّهُ أَعْلَمُ بِالظَّالِمِينَ ﴾
    TƏRCÜMƏ:

    «De: "Əgər tələsdiyiniz şey mənim ixtiyarımda olsaydı (bütün lazımi dəlillər sizə təqdim edilib qurtardığı və mənim insani səbrim tükəndiyi üçün əzab göndərərdim və) mənimlə sizin aranızdakı iş mütləq (çoxdan) sona çatmışdı. Lakin Allah zalımları daha yaxşı tanıyandır (və kimi, harada və necə həlak etməli olduğunu bilir).”»
    TƏFSİR:

    Cəzalar Allahın əlindədir. Lakin O, Özünün yetərli hikmət və daimi sünnəsinə uyğun olaraq zalımlara möhlət verir. Camaatın bu işdə tələsməsi Allahın hikmətini dəyişdirə bilməz. Buna görə də ilahi əzabın təxirə düşməsi ilə kafirlər öz küfrlərini yaddan çıxarmamalıdır. Allah-təala zalımların halına daha agahdır və onların məsləhətinin nədə olduğunu − ilahi əzabın indimi, yoxsa sonradan nazil etməyi lazım olduğunu daha yaxşı bilir.
    AYƏ 59:

    ﴿وَعِندَهُ مَفَاتِحُ الْغَيْبِ لاَ يَعْلَمُهَا إِلاَّ هُوَ وَيَعْلَمُ مَا فِي الْبَرِّ وَالْبَحْرِ وَمَا تَسْقُطُ مِن وَرَقَةٍ إِلاَّ يَعْلَمُهَا وَلاَ حَبَّةٍ فِي ظُلُمَاتِ الأَرْضِ وَلاَ رَطْبٍ وَلاَ يَابِسٍ إِلاَّ فِي كِتَابٍ مُّبِينٍ﴾
    TƏRCÜMƏ:

    «Qeyb xəzinələrinin ("ol!” kəlməsinin altında olan) açarı (və onların həqiqətləri) Onun yanındadır. Onları Ondan başqa heç kəs bilmir. (Varlıq aləminə qədəm qoyanlardan) quruda və dəryada olanı bilir. Yerə elə bir yarpaq düşmür ki, O, onu bilməsin. Həmçinin (Onun əzəli elmində və) aydın olan kitabda mövcud olmadan yerin qaranlıqlarında (altında) bir toxum və (meyvə və dənli bitkilərdən) heç bir quru və yaş yerə düşmür.»
    TƏFSİR:
    QEYB SİRLƏRİ

    Keçən ayələrdə Allahın elm və qüdrətinin, eləcə də Onun hökm və fərmanlarının dairəsinin genişliyi barəsində söhbət olunurdu. Bundan sonra isə əvvəlki ayələrdə qısa şəkildə bəyan olunan mətləblər nisbətən geniş surətdə izah olunur. Əvvəlcə Allah-təalanın elmi barəsində buyurulur: Qeybin açarları (yaxud qeyb xəzinələri) bütünlüklə Allahın yanındadır və Allahdan başqa bir kəs onları bilmir.

    Sonra daha artıq izah üçün buyurulur: Allah quruda və dəryada olanların hamısını bilir. Bu ayədəki «bərr» kəlməsi geniş məkan mənasına olub adətən quraqlıq yerlərə deyilir. «Bəhr» kəlməsi də əslində çox su toplanan geniş bir yerə və adətən dəryalara, bəzən də böyük çaylara deyilir.

    Hər bir halda, Allah-təalanın dənizlərdə, dəryalarda və quraqlıqlarda olan bütün şeylərə agahlığı Onun elminin hər bir şeyə əhatəli olması mənasınadır. Yəni O, milyardlarla böyüklü-kiçikli varlıqlardan, dənizlərin dərinliklərində olan varlıqlardan, hər bir insanın bədənindəki hüceyrələrin sayından, atomların içində yerləşən bütün elektronların sirli hərəkətlərindən, nəhayət, bizim beynimizin müxtəlif yerlərindən keçən bütün düşüncələrdən və ruhumuza nüfuz edən bütün fikirlərdən agahdır. Bəli! O bunların hamısından eyni səviyyədə agah və xəbərdardır.

    Sonrakı cümlədə Allah-təalanın elmi əhatəsinə dair mətləbi təkidləndirmək üçün bu mətləbi xüsusilə qeyd edərək buyurur: Ağacdan ayrılan elə bir yarpaq yoxdur ki, Allah onu bilməsin.

    Həqiqətdə burada iki mühüm məsələyə toxunulmuşdur ki, insan ömründən milyonlarla il keçsə və çox dəqiq texnologiya vücuda gəlsə belə, onların varlığına əhatə tapmaq qeyri-mümkündür.

    Gecə-gündüzdə yer kürəsinin hər yerində əsən küləklərin nə qədər toxumu ağaclardan ayırıb hansı nöqtələrə apardığını kim bilir? Hansı beyin bir gecə-gündüz ərzində ağaclardan ayrılan yarpaqların sayını hesablaya bilər?

    Xüsusilə, payız fəslində meşədə ağacların yarpaqlarının ardıcıl qopub yerə düşməsindən yaranan təbii mənzərələrə baxmaqla bu həqiqət sübut olunur ki, insan üçün bu cür elmlər heç vaxt müyəssər ola bilməz.

    Həqiqətdə yarpaqların ağacdan ayrılıb yerə düşməsi onların ölüm anları, dənlərin ağacdan yerə düşüb yerin dərinliklərində gizlənməsi isə onların həyat və yaşayışının ilk mərhələsidir. Bu ölüm və həyat sistemindən yalnız Allah xəbərdardır.

    Bu məsələnin bəyanında bir fəlsəfi və bir də tərbiyəvi əsər gizlənmişdir. Fəlsəfi əsər bundan ibarətdir ki, bu ayə Allahın elminin külliyyatda məhdud olunduğunu fikirləşərək Onun bu dünyanın cüzi məsələlərindən agah olmadığını güman edənlərin təsəvvürlərini inkar edir və aşkar şəkildə buyurur ki, Allah bütün külli və cüzi məsələlərdən tam agahdır.

    Onun tərbiyəvi əsərinə gəldikdə isə, tamamilə aydındır. Çünki Allahın bu sonsuz elminə qəlbən iman gətirmək insana anladır ki, onun varlığındakı bütün sirlər, əməl və rəftarlar, niyyət və fikirlər bütünlüklə Allahın pak zatı üçün aşkardır. Belə bir imana malik olan insanın öz əməllərini nəzarət altına almaması, əməl, rəftar və niyyətində ehtiyatlı olmaması necə təsəvvür oluna bilər?

    AYƏ nin axırında buyurulur: Elə bir quru və su yoxdur ki, açıq-aşkar kitabda (Pərvərdigarın elm məqamında) qeydə alınmasın.


    Category: Nurul-Quran (Ənam surəsinin təfsiri) | Added by: Islam_Kitabxanasi (2012-06-25)
    Views: 881 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024