İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 1821
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Jafidlop
  • ElvinAliyev1986
  • ZauriceGar
  • Zartysot
  • Gunahsiz1gun
  • Ceyhun630
  • kami
  • artpak2012
  • zeyneb_a_va
  • Famesbar
  • Main » Articles » Quran » Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri)

    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri)

    30-33-CÜ AYƏLƏR

    وَإِذْ قَالَ رَبُّكَ لِلْمَلاَئِكَةِ إِنِّي جَاعِلٌ فِي الأَرْضِ خَلِيفَةً قَالُواْ أَتَجْعَلُ فِيهَا مَن يُفْسِدُ فِيهَا وَيَسْفِكُ الدِّمَاء وَنَحْنُ نُسَبِّحُ بِحَمْدِكَ وَنُقَدِّسُ لَكَ قَالَ إِنِّي أَعْلَمُ مَا لاَ تَعْلَمُونَ (30) وَعَلَّمَ آدَمَ الأَسْمَاء كُلَّهَا ثُمَّ عَرَضَهُمْ عَلَى الْمَلاَئِكَةِ فَقَالَ أَنبِئُونِي بِأَسْمَاء هَـؤُلاء إِن كُنتُمْ صَادِقِينَ (31) قَالُواْ سُبْحَانَكَ لاَ عِلْمَ لَنَا إِلاَّ مَا عَلَّمْتَنَا إِنَّكَ أَنتَ الْعَلِيمُ الْحَكِيمُ (32) قَالَ يَا آدَمُ أَنبِئْهُم بِأَسْمَآئِهِمْ فَلَمَّا أَنبَأَهُمْ بِأَسْمَآئِهِمْ قَالَ أَلَمْ أَقُل لَّكُمْ إِنِّي أَعْلَمُ غَيْبَ السَّمَاوَاتِ وَالأَرْضِ وَأَعْلَمُ مَا تُبْدُونَ وَمَا كُنتُمْ تَكْتُمُونَ (33)
    TƏRCÜMƏ:
    30- ”O zamanı yada sal ki, sənin Pərvərdigarın mələklərə bu-yurdu: "Mən yer üzündə canişin və xəlifə yaradacağam.” Mələklər dedi-lər: "(Pərvərdigara), Sən yer üzündə elə bir kəs yaradırsan ki, fəsad törədib qan axıtsın?! (Əgər insanın yaradılışından məqsəd, iba-dətdirsə, onda) biz Sənə təsbih və təqdis edir, Səni müqəddəs tutu-ruq.” (Pərvərdigar) buyurdu: "Mən (xilqətin sirlərindən) elə həqiqət-ləri bilirəm ki, siz onu bilmirsiniz.”
    31- ”Sonra əsma elmini (yaradılışın sirlərini və varlıq-ların adlarını) hamısını ona öyrətdi, daha sonra onu mələklərə təqdim edərək buyurdu: "Əgər düz deyirsinizsə, onların adlarını (Mənim üçün) sadalayın.”
    32- ”Mələklər: "Pərvərdigara, Sən (bütün eyb və nöqsanlar-dan) pak və münəzzəhsən! Biz Sənin bizə öyrətdiklərindən başqa heç bir şey bilmirik. Həqiqətən Sən (hər şeyi) bilən və hikmət sahibisən”-dedilər.”
    33- ”Allah buyurdu: "Ey Adəm! (ismləri və sirləri), bu var-lıqları onlara agah et.” Adəm onları (mələklərə) agah etdikdən sonra Allah buyurdu: "Sizə demədimmi ki, Mən asimanların və yerin qeybini (sirlərini) bilirəm; Və (həmçinin) sizin aşkar və gizlin etdikləriniz işləri bilirəm?!”

    TƏFSİR:
    İNSAN-ALLAHIN YeR ÜZÜNDƏKİ NÜMAYƏNDƏSİ
    Əvvəlki ayələrdə qeyd olundu ki, Allah yerdəki bütün nemətləri insan üçün yaratmışdır. Bu ayələr və nişanələr rəsmi surətdə insanın yer üzündəki xilafət və rəhbərlik məsələsini şərh edir, onun bütün bu nemətlərə layiqli ol-masına səbəb olan mənəvi məqamını aşkar edir.
    Bu ayələr Adəmin (ə) yaradılışının kefiyyətinə, (ilk insanın yaradılışına) işarə edir. 30-39-cu silsiləvari ayələr aşağıdakı üç əsas mətləbi aydınlaşdırır:
    1- Allahın mələklərə insanların yer üzündə xilafət və rəhbərliyini bəyan etməsi, habelə mələklərin Allah-taala ilə danışıqları;
    2- Mələklərin ilk insan müqabilində təzim etmələri; Quran ayələrində bəzi münasibətlərlə əlaqədar bu məsələ qeyd edilmişdir.
    Adəmin vəziyyəti, onun cənnətdə yaşamasının şərhi və behiştdən çıxarılması ilə nəticələnən hadisələr, habelə Adəmin tövbə edərək övladları ilə birlikdə yer üzərində ya-şaması.
    Burada araşdırılan ayələr yaradılışın ilk mərhələ-sindən söz açır. Allahın istəyi belə olmuşdur ki, yer üzə-rində öz nümayəndəsi, xəlifəsi olacaq bir varlıq yaratsın, o nümayəndə Pərvərdigarın kamal sifətlərinin bir cilvəsi olsun, məqam və şəxsiyyəti mələklərdən daha üstün olsun. Al-lahın istəyi belə olmuşdur ki, bütün yeri və onda olan ne-mətləri, o cümlədən yerin təbii qüvvələrini, xəzinələrini, mədənlərini və s. bütün bu imkanları onun ixtiyarında qoy-sun. Belə bir varlıq əql, şüur, idrak və istedad kimi çoxlu xüsusiyyətlərə malik olmalı, həm də yer varlıqlarının rəh-bərlik məqamını ələ ala bilməli idi.
    Buna görə də ilk ayədə buyurur: "Yada sal o zamanı ki, Pər-vərdigarın mələklərə buyurdu: "Mən yer üzündə bir canişin qərar verəcəyəm.”:
    وَإِذْ قَالَ رَبُّكَ لِلْمَلاَئِكَةِ إِنِّي جَاعِلٌ فِي الأَرْضِ خَلِيفَةً
    Böyük İslam alimləri və tədqiqatçılarının izahına əsasən xəlifə sözündən məqsəd yer üzərində ilahi xilafət-dir. Çünki, bundan sonra mələklərin "Adəmin nəsli fəsad tö-rənməsinə və qan tökməyə səbəb ola bilər, halbuki biz Sənə təsbih və təqdis edirik”-deyə soruşmaları həmin məna ilə daha mü-nasibdir. Çünki, Allahın yer üzündəki nümayəndəsinin bu işlərlə heç bir uyğunluğu yoxdur.
    Adəmə ismlərin öyrədilməsi məsələsi bu mətləbə digər bir misaldır. Həmçinin, mələklərin Adəmin müqabilində səcdə və təzim etmələri bu müddəanın isbatı üçün canlı şahiddir.
    Bir sözlə, Allah elə bir məxluq yaratmaq istəmişdir ki, varlıq aləminin gülü, ilahi xilafət məqamına layiq və Allahın yer üzərindəki nümayəndəsi olsun.
    İmam Sadiqdən (ə) bu ayələrin təfsiri barəsində nəql olunan hədisdə də həmin mənaya işarə olunur. Belə ki, mələklər Adəmin yüksək məqamından, onun övladlarının yer üzündə ilahi xəlifə və Allahın höccətləri olmağa layiq olduğunu bildikdən sonra ona səcdə etdilər.["Təfsiri Əl-mizan”, 1-ci cild, səh:121]
    Sonra bu ayədə buyurulur: Mələklər etiraz əlaməti ola-raq deyil, həqiqəti dərk etmək üçün soruşdular: "Yer üzərində elə bir varlıq qərar verirsən ki, fəsad törədib qan axıtsınlar?”
     قَالُواْ أَتَجْعَلُ فِيهَا مَن يُفْسِدُ فِيهَا وَيَسْفِكُ الدِّمَاء
    Halbuki biz Sənə ibadət edir, təsbih və həmdi yerinə yetirir və Səni pak və münəzzəh Zatına laiq olmayan şeylər-dən pak bilirik. 
    وَنَحْنُ نُسَبِّحُ بِحَمْدِكَ وَنُقَدِّسُ لَكَ
    Amma Allah-taala burada onların cavabını qısa şə-kildə verir və sonrakı mərhələlərdə geniş şəkildə izah edir: "Mən elə şeyləri bilirəm ki, siz onları bilmirsiniz”

    قَالَ إِنِّي أَعْلَمُ مَا لاَ تَعْلَمُونَ
    Mələklərin sözlərindən məlum olur ki, onlar insanın itaətsizlik edib fəsad törədəcəyini, qan axıdacağını, təx-ribatçılıq edəcəyini əvvəlcədən bilirdilər. Amma sual ya-ranır ki, görəsən onlar bu şeyləri qabaqcadan necə bilir-dilər?
    Bəzilərinin nəzərinə görə, Allah-taala əvvəldə insa-nın gələcəyini qısa şəkildə onlara bəyan etmişdi. Amma bəziləri ehtimal verirlər ki, mələklərin özləri bu məsə-ləni "fil-ərz” kəlməsindən anlamışdılar. Çünki, bilir-dilər ki, insan torpaqdan yaranmışdır və maddə özündəki mövcud məhdudiyyətlər səbəbi ilə çarpışma və mübarizə mərkəzidir. Maddi və məhdud dünya insanların hərislik tə-ləblərini təmin etməyəcək. Hətta əgər bütün dünyanı bir insana versələr, yenə də doymayacaqdır. Bu vəziyyət, xüsusilə əgər məsuliyyətsizlik olarsa, daha çox fəsada və qan tökül-məsinə səbəb olacaq.
    Təfsirçilərdən bəziləri bildirirlər ki, mələklərin qabaqcadan xəbər vermələrinin səbəbi, Adəmin yer üzərində yaradılan məxluqların əvvəlincisi olmamasında idi. Həz-rəti Adəmdən qabaq da sair məxluqatlar olmuşdu ki, bir-bi-ri ilə vuruşub qan axıtmışdılar. Onların pis aqibətləri mələklərin Həzrəti Adəm barəsində də bədgüman olmasına səbəb olmuşdu.
    Bu üç növ təfsirin arasında heç bir ziddiyyət yoxdur. Belə ki, bunların hər üçü mələklərin nə üçün bu məsələyə diqqət yetirməsinə səbəb ola bilər. Onların bəyan etdikləri bir həqiqət idi, buna görə də Allah cavabında onu inkar et-mədi, əksinə işarə etdi ki, bu həqiqətlərlə yanaşı insan barəsində mələklərin agah olmadığı daha mühüm həqiqət-lər, məqamlar da mövcuddur.
    Onlar belə fikirləşirdilər ki, əgər onu yaratmaqdan məqsəd, bəndəçilik və ibadətdirsə, onda biz bu işi layi-qincə yerinə yetirənlərdənik. Çünki, biz daim ibadətə məş-ğuluq və xilafətə hamıdan artıq ləyaqətimiz var. Amma bil-mirdilər ki, onların ibadəti daxili ziddiyət olmadan həya-ta keçir, şəhvət, qəzəb və müxtəlif istəklər çəkişməsi ol-madan baş verir. İnsanın ibadəti isə əql ilə nəfsin müba-rizəsində, hər an şeytan tərəfindən vəsvəsə olunaraq şəh-vətə, günaha doğru təşviq olunduğu bir halda baş verir ki, onların ibadəti ilə tamamilə fərqlənir. Daxilində təla-tümlü dəryaya bənzəyən insanın itaəti hara, tufanlı dərya-nın sahilinə yan almış mələklərin ibadəti hara!
    Onlar haradan biləydilər ki, Adəm övladlarından Həz-rəti Məhəmməd, İbrahim, Nuh, Musa, İsa kimi peyğəmbər-lər, habelə Əhli-beyt İmamları, saleh bəndələr, şəhidlər, fədakar insanlar, bütün var-yoxlarını, varlıqlarını aşiq-cəsinə Allah yolunda qurban verən kişi və qadınlar yara-nacaqdır. Elə şəxslər ki, bəzən onların bir saat təfəkkürü mələklərin illərlə ibadətindən daha üstündür.
    Diqqətə layiq məsələ budur ki, mələklər özlərinin üç növ əməlini əllərində əsas tutmuşdular: təsbih, həmd və təqdis. Təsbih və həmd, yəni Allahı bütün nöqsan və eyb-lərdən pak bilib, bütün növ kamal sifətlərinə sahib bil-mək. Amma təqdisin mənasına gəldikdə isə, bəzi təfsir-çilər onu, Pərvərdigarın hər növ nöqsanlardan pak olması mənasına bilmişlər və bu da həqiqətdə təsbihin mənasını qüvvətləndirir. Amma başqa bir dəstənin nəzərinə görə, Təqdis "qəddəsə” felindən alınmışdır. Yəni Allahın razı-lığı üçün yer üzünü fasid və müfsidlərdən təmizləmək, ya-xud ruh və cismi hər bir növ çirkinlik və məzəmmət olunan sifətlərdən paklamaq. Onlar "nuqəddisu ləkə” cümləsində "lə-kə” kəlməsini bu müddəalara şahid gətirirlər. Çünki, mə-ləklər heç də "Səni pak sayırıq”-demədilər, əksinə onlar ərz etdilər, "nuqəddisu-ləkə” Sənin xatirinə, sənin razılığın üçün cəmiyyəti pak edirik.
    Həqiqətdə isə onlar demək istəyirdilər ki, əgər Adəmin yaradılmasından və xəlifə təyin olunmasından məqsəd, bən-dəçilik və ibadətdirsə, bu işə biz daha çox layiqik, çünki, biz həmişə ibadətlə məşğuluq. Əgər özünü, yaxud yer üzünü paklamaqdırsa biz də belə edərik. Halbuki, bu maddi insa-nın həm özü fasiddir, həm də yer üzünü fəsada çəkir. Amma bütün həqiqətlər məlaikələrə aşkar olsun deyə, Allah-taala onları imtahana çəkdi ki, özləri bilsinlər və etiraf et-sinlər ki, Adəmlə onların təfavütü yerlə göy arası qədər-dir.

    MƏLƏKLƏR İMTAHAN MƏQAMINDA
    Adəm, Pərvərdigarın lütfü ilə varlıq aləminin həqiqətlərini dərk etmək üçün yüksək istedada malik idi. Allah bu istedadı gerçəkləşdirdi və Quranın buyurduğu kimi, Adəmə bütün əsmanı (varlıq aləminin sirləri və hə-qiqətlərini) öyrətdi: 
    وَعَلَّمَ آدَمَ الأَسْمَاء كُلَّهَا
    Təfsirçilər "əlləməl əsmaə” kəlməsi barəsində müxtə-lif fikirlər söyləmişlər. Amma şübhə yoxdur ki, kəlmələ-rin və adların öyrədilməsi mənasız deyildi. Əks halda bu əməl iftixar hesab olunmazdı. Bu isimlər, məfhumlar və onların adları dərin mənaya malik idi.
    Əlbəttə, yaradılış dünyası barəsində olan elmlərə yi-yələnmək, məxluqatın, varlıq aləminin, varlıqların müxtə-lif xüsusiyyətlərindən agah olmaq Adəm üçün böyük iftixar idi.
    İmam Sadiqdən (ə) bu ayə barəsində soruşduqda buyurdu: "Məqsəd yerlər, dağlar, dərələr, çaylar və xülasə bütün varlıq-lardır. (Sonra İmam öz oturduğu döşəməyə nəzər salıb buyurdu:) Hətta bu da Allahın Adəmə öyrətdiyi məsələlər sırasındadır.”[Məcməül-bəyan”, 1-ci cild, səh:76]
    Buna əsasən "elmi-əsma” lüğət elminə bənzəyən bir məc-muə deyil, əksinə əşyaların fəlsəfə, sirr, keyfiyyət və xüsu-siyyətləri barəsində bəhs edən bir elmdir. Allah bu elmi Adəmə öyrətdi ki, bu dünyanın maddi və mənəvi nemətlərin-dən öz təkamül yolunda istifadə etsin.
    Həmçinin, Allah-taala nitq, yazmaq və ondan istifadə etmək nemətini də Adəmə öyrətdi ki, əşyalara ad qoysun, eh-tiyac duyulan zaman onları səsləndirməklə kifayətlənsin, nəticədə hər şeyin barəsində danışdıqda, onun özünü gəti-rib göstərməyə ehtiyac olmasın. Bu böyük bir nemətdir və onun əhəmiyyətini o zaman dərk edə bilərik ki, bu günkü in-sanların təqribən əksər işlərinin yazmaqla mümkün oldu-ğunu bilək. Keçmiş əsrlərdəki bütün elmi xəzinələr yazılı şəkildə bir yerə yığılmışdır və bu özü də dil və qələmdən istifadə etməklə mümkün olmuşdur. Bunlar olmasaydı, keçmiş elmlərin gələcək nəsillərə nəql olunması əsla mümkün olmazdı.
    Sonra Allah mələklərə buyurdu: "Əgər düz deyirsinizsə, müşahidə etdiyiniz əşyaların və varlıqların adlarını, onların sirlərini və keyfiyyətini şərh edin.”

    ثُمَّ عَرَضَهُمْ عَلَى الْمَلاَئِكَةِ فَقَالَ أَنبِئُونِي بِأَسْمَاء هَـؤُلاء إِن كُنتُمْ صَادِقِينَ
    Sonra o isimləri mələklərə təqdim edib buyurdu ki, "əgər düz deyirsinizsə, o isimlərdən Mənə xəbər verin.”
    Amma belə bir elmi əhatəyə malik olmayan mələklər bu imtahanın qarşısında aciz qaldılar. Buna görə də cava-bında dedilər: "Pərvərdigara, Sən pak və münəzzəhsən. Sənin bi-zə öyrətdiklərindən başqa bir şey bilmirik. Sən alim və hikmət sahibisən.” 
    قَالُواْ سُبْحَانَكَ لاَ عِلْمَ لَنَا إِلاَّ مَا عَلَّمْتَنَا إِنَّكَ أَنتَ الْعَلِيمُ الْحَكِيمُ
    Əgər biz bu barədə bir şey soruşmuşuqsa, bu, agah-sızlıq üzündən olmuşdur. Biz bu mətləbləri oxumamışdıq və bizdən böyük imtiyazı olan Adəmin heyrətamiz istedad və qüdrətindən xəbərsiz idik. Doğrudan da o, Sənin xəlifən ol-mağa layiqdir və bütün varlıq aləmi, xüsusilə yer onun olma-ması ilə nöqsanlı olardı.
    Bu zaman növbə Adəmə çatır, o, mələklərin hüzurunda varlıqların isimlərini və onların sirlərini şərh edir. Allah buyurur: "Ey Adəm, mələklərə isimləri və bu varlıqların sirlərini öyrət.” 
    قَالَ يَا آدَمُ أَنبِئْهُم بِأَسْمَآئِهِمْ
    Adəm onları isimlərdən agah etdikdə, Allah-taala bu-yurdu: "Mən sizə demədim ki, asimanların və yerin qeyb aləmindən agaham və sizin aşkar və ya gizlətdiyiniz şeyləri də bilirəm?!”

    فَلَمَّا أَنبَأَهُمْ بِأَسْمَآئِهِمْ قَالَ أَلَمْ أَقُل لَّكُمْ إِنِّي أَعْلَمُ غَيْبَ السَّمَاوَاتِ وَالأَرْضِ وَأَعْلَمُ مَا تُبْدُونَ وَمَا كُنتُمْ تَكْتُمُونَ
    Burada mələklər insanın geniş səviyyəli elmi və məlu-matları müqabilində təzim etdilər və onlara aydın oldu ki, yer üzünün xilafəti yalnız insana məxsusdur.

    34-36-CI AYƏLƏR

    وَإِذْ قُلْنَا لِلْمَلاَئِكَةِ اسْجُدُواْ لآدَمَ فَسَجَدُواْ إِلاَّ إِبْلِيسَ أَبَى وَاسْتَكْبَرَ وَكَانَ مِنَ الْكَافِرِينَ (34) وَقُلْنَا يَا آدَمُ اسْكُنْ أَنتَ وَزَوْجُكَ الْجَنَّةَ وَكُلاَ مِنْهَا رَغَداً حَيْثُ شِئْتُمَا وَلاَ تَقْرَبَا هَـذِهِ الشَّجَرَةَ فَتَكُونَا مِنَ الْظَّالِمِينَ (35) فَأَزَلَّهُمَا الشَّيْطَانُ عَنْهَا فَأَخْرَجَهُمَا مِمَّا كَانَا فِيهِ وَقُلْنَا اهْبِطُواْ بَعْضُكُمْ لِبَعْضٍ عَدُوٌّ وَلَكُمْ فِي الأَرْضِ مُسْتَقَرٌّ وَمَتَاعٌ إِلَى حِينٍ (36)
    TƏRCÜMƏ:
    34- ”Biz mələklərə: "Adəm üçün səcdə və təzim edin- dedikdə, İblisdən başqa hamısı səcdə etdi. (İblis isə) imtina etdi və təkəbbür göstərdi. (İtaətsizlik və təkəbbürlük səbəbi ilə) ka-firlər sırasında oldu.”
    35- ”Və Biz dedik: Ey Adəm, sən və zövcən (Həvva) behiştdə məs-kunlaşın və onun ləzzətli nemətlərindən istədiyiniz qədər, bol-bol yeyin. (Amma) bu ağaca yaxınlaşmayın! Yoxsa zalımlardan olarsınız.”
    36- Sonra İblis onları yoldan azdırdı və onları olduqları yerdən (behiştdən) çıxartdı. (Bu zaman) onlara dedik: "Hamı-lıqla (yer üzünə) enin ki, sizin bəziləriniz bəzilərinizin düş-məni olacaqdır. Və sizin üçün müəyyən müddətə qədər yer üzündə qərargah və bəhrələnmək (yaşayış) vasitələri vardır.”

    ADƏM BEHİŞTDƏ
    Quran, keçən bəhslərin ardınca insanın əzəmət və məqamı barəsində başqa bir fəsli başlayır. Əvvəlcə belə buyurur: "Yada sal o zamanı ki, mələklərə dedik: Adəm üçün səcdə və təzim edin.”
     وَإِذْ قُلْنَا لِلْمَلاَئِكَةِ اسْجُدُواْ لآدَمَ
    "İblisdən başqa onların hamısı səcdə etdi, (İblis isə) bo-yun qaçırıb təkəbbür göstərdi.”
     فَسَجَدُواْ إِلاَّ إِبْلِيسَ أَبَى وَاسْتَكْبَرَ...
    Bəli, o, təkəbbür etdi, bu itaətsizlik və təkəbbür səbə-bi ilə kafirlərdən oldu.
     وَكَانَ مِنَ الْكَافِرِينَ
    Bilmək lazımdır ki, yuxarıdakı ayə insanın sair məx-luqatlardan şərəfli olmasını, habelə onun məqam və əzəmə-tini çatdıran aşkar dəlillərdən, sübutlardan biridir. Bu-na görə də xilqəti kamil olduqdan sonra mələklərə əmr olu-nur ki, onun varlığı qarşısında təzim əlaməti olaraq səc-də etsinlər. Doğrudan da, ilahi xilafət məqamına, Allahın yer üzündəki nümayəndəliyinə ləyaqətli olan varlıq, yalnız Adəm övladıdır. Onun vücudunda peyğəmbərlərin, xüsusilə İslam Peyğəmbərinin, habelə onun haqq canişinləri kimi yüksək məqamlı övladlarının təkamülə çatmaq istedadı var-dır. Buna görə də o, hər növ ehtirama, təzimə layiqdir. Əgər biz bir neçə elmi düsturu bilən insanın qarşısında təzim ediriksə, onda gör ilk insanın, o qədər böyük məlumatlara malik olan məxluqun qarşısında nə etmək lazım idi?!

    İNCƏ NÖQTƏLƏR
    1- NƏ ÜÇÜN İBLİS MÜXALİFƏT eTDİ?
    Bildiyimiz kimi, şeytan ümumi isimdir. O, həm ilk əv-vəldəki şeytana, həm də sonrakı bütün şeytanlara aid edi-lir. İblis isə xüsusi isimdir və Adəmi (ə) aldadan şeytana aid edilir. O, Quran ayələrinin aşkar buyurduğu kimi, mə-ləklərin cinsindən deyildi, sadəcə olaraq onların cərgəsi-nə keçmişdi. O, maddi bir məxluq olan cinlərdən idi. "Kəhf” surəsinin 50-ci ayəsində buyurulur:

    فَسَجَدُوا إِلَّا إِبْلِيسَ كَانَ مِنَ الْجِنِّ...
    "(Mələklərin) hamısı Adəmə səcdə etdilər, cinlərdən olan İblisdən başqa.”
    Onun müxalifət etməsinin səbəbi təkəbbür, qürur və xüsusi bir təəssüb hissi idi ki, vücuduna hakim kəsilmiş-di. O, belə güman edirdi ki, Adəmdən üstündür və səcdə əmri ona aid edilməməli idi; Əksinə, İblisin özünə səcdə olun-malı, Adəmin özü də ona səcdə etməli idi! Bu mənanı "Əraf” surəsinin 12-ci ayəsində şərh edəcəyik.
    İblisin kafir olmasının əsas səbəbi bu idi ki, o, Pərvərdigarın hikmətli fərmanına əhəmiyyət vermədi və onu səhv göstəriş (!) hesab etdi. Təkcə əməldə üsyankar olma-dı, həm də etiqad nəzərindən etiraz etdi. Beləliklə, xud-binlik və özünü üstün sayma onun bir ömür ibadətini puça çıxartdı, varlığını cəhənnəmə atdı. Təkəbbür və qürurun bu sayaq təsirləri çoxdur.
    وَكَانَ مِنَ الْكَافِرِينَ "Kafirlərdən oldu” ifadəsi göstərir ki, o, bu fərmandan qabaq öz hesab-kitabını mələklərin rəfta-rından, Allaha itaət etmək yolundan ayırmışdı və onun ba-şında təkəbbürlü xəyallar dolaşırdı. Bəlkə də öz-özünə de-yirdi: "Əgər mənə səcdə etmək əmr olunsa, əsla itaət etmə-yəcəyəm.”
    Ola bilər ما كُنْتُمْ تَكْتُمُونَ cümləsi, yəni "gizlətdiyiniz şey-ləri” ifadəsi bu mənaya işarə edir. "Təfsiri-Qumi”də İmam Həsən Əskəridən (ə) nəql olunan hədis də bu mənanı çatdırır.[Təfsiri əl-mizan”, 1-ci cild, səh.126.]

    2- SƏCDƏ ALLAH ÜÇÜNDÜR, YOXSA ADƏM ÜÇÜN?
    Şübhə yoxdur ki, sitayiş mənasında olan səcdə yalnız Allaha məxsusdur. Çünki, varlıq aləmində Allahdan başqa heç bir məbud yoxdur və ibadi tövhidin mənası da budur ki, Allahdan qeyrisinə sitayiş edilməsin.
    Buna əsasən, qətiyyətlə demək olar ki, mələklər Adəmə si-tayiş səcdəsi etmədilər, əksinə səcdə Allah üçün, Onun belə bir qəribə və əsrarəngiz varlıq yaratması üçün idi. Yaxud belə izah etmək olar ki, mələklər səcdəni Adəm üçün etdi-lər, amma bu səcdə sitayiş mənasında deyil, təzim məna-sında olan səcdə idi.
    "Üyunul-Əxbar” kitabında İmam Rizadan (ə) belə nəql olunmuşdur: "Mələklərin səcdə etməsi bir tərəfdən Allaha si-tayiş üçün, digər tərəfdənsə Adəmə ehtiram əlaməti olaraq baş verdi. Çünki, biz Adəmin sülbündə idik.”[Nurus-Səqəleyn” təfsiri, 1-ci cild, səh:56, "Biharul-Ənvar”, 11-ci cild, səh:139]
    Ümumiyyətlə mələklər imtahan edildikdən sonra, Adəmə göstəriş verilir ki, o və həyat yoldaşı cənnətdə məskun-laşsınlar. Quran buyurur:
    "Biz Adəmə dedik ki, sən və həyat yoldaşın behiştdə sakin olun və istədiyiniz gözəl nemətlərdən yeyin.”

    وَقُلْنَا يَا آدَمُ اسْكُنْ أَنتَ وَزَوْجُكَ الْجَنَّةَ وَكُلاَ مِنْهَا رَغَداً حَيْثُ شِئْتُمَا
    "Amma, bu xüsusi ağaca yaxınlaşmayın, əks halda zalım-lardan olarsınız.” وَلاَ تَقْرَبَا هَـذِهِ الشَّجَرَةَ فَتَكُونَا مِنَ الْظَّالِمِينَ
    Quran ayələrindən məlum olur ki, Adəm yer üzərində adi və təbii həyat sürmək üçün yaradılmışdı. Amma işin əvvəlində Allah-taala onu bu dünyanın nemət dolu yaşıl bağlarından olan bir behiştdə sakin etmişdi. Ora Adəm üçün heç bir narahatlıq olmayan asudə bir mühit idi.
    Bəlkə də bunun səbəbi bu ola bilər ki, Adəmin yer üzə-rindəki yaşayış tərzilə tanışlığı yox idi və müqəddimə olmadan oradakı çətinliklərə dözmək, əzab-əziyyətə sinə gər-mək onun üçün çox çətin olardı. O, əvvəlcə yer üzərində yaşa-yışın, əməl və rəftarın keyfiyyəti barəsində lazımi məlu-matlar əldə etməli idi. Odur ki, məxsus bir yerdə bir müd-dət lazımi təlimləri görməli və bilməli idi ki, yer üzə-rindəki həyat müəyyən proqram, çətinlik və məsuliyyətlərlə yanaşıdır. Onun düzgün yerinə yetirilməsi təkamül, səadət və əbədi nemətlərə səbəb olar, ondan imtina edib boyun qa-çırmaq isə narahatlığa, əzab-əziyyətə gətirib çıxarar.
    O, bilməli idi ki, ona verilən azadlıq qeydsiz-şərtsiz və qeyri-məhdud deyildir, istədiyi işi görə bilməz və yer üzərində gördüyü bəzi şeylərə göz yummalıdır.
    Həmçinin, o bilməli idi ki, əgər xəta və günah edərsə, səadət qapıları həmişəlik olaraq onun üzünə bağlanmayacaqdır. Belə bir vəziyyətdə tövbə edib Allaha tərəf qayıtmalı, əhd-peyman bağlayıb, bir daha Allah göstərişlərinin əksinə olan heç bir əməli yerinə yetirməməyi və nəticədə yenidən ilahi nemətlərə çatmağı qarşısına məqsəd qoymalı idi.
    O, bu mühitdə sınaqlardan çıxmalı, dost-düşmənini tanı-malı, yer üzərində yaşayışın keyfiyyətini öyrənməli idi. Qısa desək, yer üzərinə qədəm qoymaq üçün bir sıra məlumatlar əldə etməli və müəyyən hazırlıqlara malik olmalı idi.
    Adəm və onun övladları öz gələcək həyatlarında qeyd olunan məsələlərə ehtiyaclı idilər.
    Adəm yer üzünün xəlifəliyi üçün yaradılmasına baxma-yaraq, bir müddət behiştdə qalmalı, müəyyən göstərişlər alma-lı və öz növbəsində sınaq, imtahan və ilkin məşq sayılan bir mərhələni keçməli idi.
    Burada Adəm özünü, ilahi fərmanların müqabilində, yəni qadağan olunmuş ağacın meyvələrindən yeməmək, ona yaxınlaşmamaq kimi məsələ qarşısında görür. Amma şeytan Adəm və onun övladlarını aldatmağa, yoldan azdırmağa dair and içdiyinə görə vəsvəsəyə başladı. Quranın bəzi ayələrin-dən məlum olur ki, o, Adəmi əmin etdi ki, əgər siz bu ağacın meyvələrindən yesəniz, mələyə çevriləcək və əbədi olaraq behiştdə qalacaqsınız. Hətta, and içib dedi ki, mən sizin xeyirxahınızam.[Əraf” surəsi, 21-ci ayə] 
    فَأَزَلَّهُمَا الشَّيْطَانُ عَنْهَا فَأَخْرَجَهُمَا مِمَّا كَانَا فِيهِ
    Nəhayət, şeytan Adəmlə Həvvanın Allah fərmanına qar-şı çıxmalarına səbəb oldu və nəticədə olduqları yerdən - behiştdən çıxarıldılar. 
    وَقُلْنَا اهْبِطُواْ بَعْضُكُمْ لِبَعْضٍ عَدُوٌّ
    Bəli, aram, asudə və asayişli bir yerdən, hər növ dərd-dən-bəladan uzaq olan behiştdən şeytanın hiyləsi nəticə-sində ixrac olundular. Quran buyurur: "Biz onlara göstəriş verdik ki, yer üzünə enin, orada sizlərdən bəziləriniz bəziləri-nizin düşməni olacaq.”
    وَلَكُمْ فِي الأَرْضِ مُسْتَقَرٌّ وَمَتَاعٌ إِلَى حِينٍ
    Ayə əlavə edib buyurur: "Sizin üçün yeri müəyyən müddətə qədər qərargah və faydalanmaq vasitəsi etdik.”
    Həzrəti Adəm məhz bu zaman başa düşdü ki, özünə zülm etmiş və behiştin nemətlə dolu, aram mühitindən şeyta-nın vəsvəsələri səbəbi ilə qovulmuş, əzab-əziyyətlə, məşəq-qətlə dolu bir mühitə düşmüşdür.
    Adəmin ilahi Peyğəmbər (s.ə.v.v) olmasına və bütün gü-nahlar qarşısında məsumluğuna zərrə qədər şübhə yoxdur. Amma gələcəkdə qeyd edəcəyimiz kimi, hər hansı bir Pey-ğəmbər (s.ə.v.v) üstün və fəzilət sayılan müəyyən bir işi tərk edərsə, Allah onunla ciddi rəftar edir. Həmin iş adi in-sanların günahı ilə bərabər tutulur və onlarla günahkar şəxslər kimi rəftar edilir. Bu da, Həzrəti Adəmin itaət-sizliyinə qarşı ağır cərimə idi. Mərhum Əllamə Təba-təbai bu məsələ barəsində öz nəzərini belə əsaslandırır: Onların zülmü özlərinə qarşı olan zülm idi. Şəriət istilahında məsiyət sayılan və Allaha qarşı olan zülm deyildi.
    Həmçinin, aydın olur ki, Allahın Həzrəti Adəmə müəy-yən etdiyi qadağan, kərahət və irşadi nəhy olmuşdur. Yəni, məqsəd onların xeyri və məsləhəti olan şeylərə yol göstər-mək olmuşdur və bu, itaəti vacib olan qadağan deyildi. Həqi-qətdə onlar özlərinə zülm etdilər, nəticədə behiştdən məh-rum qaldılar. Amma Allaha qarşı günah etmədilər. Bundan da əlavə, əgər qeyd olunan qadağan təklifi (mükəlləfiyyət) ol-saydı, onda tövbələri qəbul olunduqdan sonra müxalifətlə-rinin təsiri aradan getməli, yenidən behiştə qayıtmalı idilər. Amma gördüyümüz kimi, behiştə qayıtmadılar. De-məli məlum olur ki, bu qadağan irşadi və yol göstərmə ün-vanlı əməlin təkvini aqibətini göstərən bir nəhy olmuş-dur.
    Bu məsələ barəsində daha ətraflı məlumat almaq üçün İmam Rizadan (ə) "Üsuli-kafi”nin 108-109-cu səhifələrində nəql olunan geniş mənalı bir hədisə, "Biharul-ənvar”ın 11-ci cildinin 78-104-cü səhifələrinə, yenə də həmin kita-bın 159-cu səhifəsində İmam Baqirdən (ə) rəvayət olunmuş hədisə və Məhəmməd Cavad Muğniyənin təfsirinə müraciət edə bilərsiniz.[Təfsiri-Kəşşaf”, 1-ci cild, səh.84-86]
    Qeyd olunan mənbələrin mütaliəsi bu mənanın başa dü-şülməsində təsirli və mühüm rol oynaya bilər.

    37-39-CU AYƏLƏR

    فَتَلَقَّى آدَمُ مِن رَّبِّهِ كَلِمَاتٍ فَتَابَ عَلَيْهِ إِنَّهُ هُوَ التَّوَّابُ الرَّحِيمُ (37) قُلْنَا اهْبِطُواْ مِنْهَا جَمِيعاً فَإِمَّا يَأْتِيَنَّكُم مِّنِّي هُدًى فَمَن تَبِعَ هُدَايَ فَلاَ خَوْفٌ عَلَيْهِمْ وَلاَ هُمْ يَحْزَنُونَ (38) وَالَّذِينَ كَفَرواْ وَكَذَّبُواْ بِآيَاتِنَا أُولَـئِكَ أَصْحَابُ النَّارِ هُمْ فِيهَا خَالِدُونَ (39)
    TƏRCÜMƏ:
    37- ”Sonra Adəm öz Pərvərdigarından müəyyən kəlmələri öy-rəndi (onların səbəbi ilə tövbə etdi) və Allah onun tövbəsini qə-bul etdi. Allah tövbə qəbul edən və mərhəmətlidir.”
    38- ”Biz dedik: "Hamılıqla behiştdən (yerə) enin. Mənim tərəfimdən sizə bir hidayət gəldiyi zaman, ona tabe olanlara heç bir qorxu yoxdur və qəm-qüssəli olmayacaqlar.”
    39- ”Kafir olanlar və Bizim ayələrimizi təkzib edənlər cə-hənnəm əhli olub həmişəlik orada (od içində) qalacaqlar.”

    TƏFSİR:
    ADƏMİN ALLAHA TƏRƏF QAYIDIŞI
    Həzrəti Adəm İblisin vəsvəsələri ilə behiştdən çı-xarıldıqdan sonra başa düşdü ki, doğrudan da özünə zülm etmiş və əmin-amanlıq mühitindən ixrac olunaraq əzab-əziyyətlə dolu yer mühitinə düşmüşdür.
    Buna görə də öz səhvini düzəltmək fikrinə düşdü, cani-dildən, peşmançılıq və həsrət dolu bir qəlblə Allaha sığındı. Allahın lütfü burada onun köməyinə çatdı. Quran yuxarıdakı ayələrdə buyurur: "Adəm öz Pərvərdigarından müəy-yən kəlmələri, dəyişiklik yaradan təsirli sözləri öyrəndi. Onla-rın vasitəsi ilə tövbə etdi. Allah da onun tövbəsini qəbul etdi. Çünki, O, tövbələri qəbul edən və rəhimlidir.”

    فَتَلَقَّى آدَمُ مِن رَّبِّهِ كَلِمَاتٍ فَتَابَ عَلَيْهِ إِنَّهُ هُوَ التَّوَّابُ الرَّحِيمُ
    Tövbə qayıtmaq deməkdir. Quran dilində isə günahlar-dan tövbə edib qayıtmaq mənasınadır. Bu, günahkar şəxsə aid edildikdə, həmin mənanı daşıyır, amma əgər Allaha aid olsa, rəhmətinə qayıtmaq mənasını çatdırır. Yəni, gü-nah etmək səbəbi ilə bəndənin məhrum edildiyi bir rəhmət onun günah işdən əl çəkib bəndəçiliyə doğru qayıtması nə-ticəsində yenidən özünə qaytarılır. Buna görə də Allaha aid edilən "Təvvab” kəlməsi rəhmətə doğru qayıtmaq mənasını daşıyır.
    Bunu da qeyd etməliyik ki, ümumiyyətlə qayıtmaq mənası-nı ifadə edən tövbə, təkcə sözlə bitmir, bundan əlavə rəftar və əməldə əsaslı dəyişiklik tələb edir ki, bu da həyatda cid-di irəliləyiş və həyatın günahlardan təmizlənməsinə səbəb olur. Tövbə, insan əxlaqında həqiqi bir dəyişiklik tələb edir ki, ciddi və qəti bir qərarla peşman olduğu işlər mü-qabilində möhkəm dayansın, əvvəlcə etdiyi günah və xəta iş-lərə bir daha qurşanmasın.
    Başqa sözlə desək, "tövbə” Allah ilə bəndələr arasında müştərək şəkildə işlənən bir sözdür. Bəndə o sözlə vəsf edildikdə, məfhumu bu olur ki, o, Allaha doğru qayıtmış-dır. Çünki, hər bir günahkar yaramaz əməl etməklə həqiqət-də öz Pərvərdigarından uzaqlaşmış olur, tövbə edərkən isə Ona doğru qayıdır.
    Bəndələr günah etdiyi zaman, Allah-taala sanki onlar-dan üz döndərir. Allah-taalanın tövbə ilə vəsf edilməsi-nin məfhumu isə, onlara öz lütf və məhəbbət nəzərlərini ye-nidən qaytarması deməkdir.
    Adəm həqiqətdə haram bir iş görməmişdi, amma fəzi-lət sayılan üstün bir işi tərk etməsi onun üçün günah sayı-lır. O öz vəziyyətini anladı və öz Pərvərdigarına tərəf qa-yıtdı.
    Ayədə buyurulan "kəlimat” sözlərindən məqsədin nə ol-ması barədə bəhsin axırında söhbət edəcəyik.
    Qısa şəkildə deməliyik ki, Adəmin tövbəsinin qəbul olunmasına baxmayaraq onun yer üzünə gəlməsi ilə nəticələ-nən zahiri təsir dəyişilmədi. Yuxarıdakı bu ayə buyurur:

    قُلْنَا اهْبِطُواْ مِنْهَا جَمِيعاً فَإِمَّا يَأْتِيَنَّكُم مِّنِّي هُدًى فَمَن تَبِعَ هُدَايَ فَلاَ خَوْفٌ عَلَيْهِمْ وَلاَ هُمْ يَحْزَنُونَ
    "Biz onlara (Adəm və Həvvaya) dedik ki, yer üzünə enin. Hərgah Bizim tərəfimizdən sizin üçün bir hidayət gəlsə, ona tabe olan şəxslər üçün nə qorxu vardır, nə də qəm-qüssə.”
    وَالَّذِينَ كَفَرواْ وَكَذَّبُواْ بِآيَاتِنَا أُولَـئِكَ أَصْحَابُ النَّارِ هُمْ فِيهَا خَالِدُونَ
    "Amma kafir olub Bizim ayələrimizi təkzib edənlər həmi-şəlik olaraq cəhənnəm əzabında qalacaqlar.”

    İNCƏ NÖQTƏLƏR
    1- ALLAHIN ADƏMƏ ÖYRƏTDİYİ KƏLMƏLƏR NƏ İDİ?
    Allahın Adəmin tövbə etməsi üçün ona öyrətdiyi kəlmə-lərin nə olduğu barəsində təfsirçilər arasında müxtəlif rəylər vardır. Əql hökm edir ki, alim və rəhman Allah tə-rəfindən Adəmə öyrədilən kəlmələr adi dualar qəbilindən ola bilməz. Pərvərdigari-aləm ona xüsusi və xariqül-adə şeylər öyrətmişdi ki, onun vasitəsilə Həzrəti Adəm, eləcə də sair insanlar Allahın narazılığına səbəb olan işlər gördükdən sonra tovfiq səbəbi ilə öz Rəbbinin rəhmətinə nail ola bilirlər.
    Təfsirçilər buyurmuşlar ki, bu kəlmələr "Əraf” su-rəsinin 23-cü ayəsindəki cümlələrdən ibarətdir:

    قَالاَ رَبَّنَا ظَلَمْنَا أَنفُسَنَا وَإِن لَّمْ تَغْفِرْ لَنَا وَتَرْحَمْنَا لَنَكُونَنَّ مِنَ الْخَاسِرِينَ
    "(Adəm və Həvva) dedilər: "Pərvərdigara, biz özümüzə zülm et-dik. Əgər Sən bizi bağışlamasan və bizə rəhm etməsən, mütləq ziyankarlardan olarıq.”
    Bəzi təfsirçilərin nəzərincə, "kəlimat”dan məqsəd aşağıdakı duadır: "Pərvərdigara, Səndən başqa heç bir məbud, sitayiş olunmağa layiq vücud yoxdur, pak və münəzzəhsən. Sənə həmd edirik. Ey mənim Rəbbim, həqiqətən mən özümə zülm etdim, məni bağışla! (Çünki) Sən bağışlayanların ən yaxşısısan, mənə rəhm et, çünki, Sən rəhm edənlərin ən yaxşısısan, rəhmətini mənim halıma şamil et, tövbəmi qəbul et. Çünki, Sən tövbələri qəbul edən və rəhimlisən.”
    Bu mövzu İmam Baqir əleyhissəlamdan nəql olunan bir rəvayətdə də qeyd edilmişdir.[Məcməül-bəyan”, 1-ci cild, səh:89]
    Bu ifadələrin oxşarını Quranın başqa ayələrində, Həzrəti Yunis və Həzrəti Musa əleyhiməssəlam barəsində də görmək olar. Belə ki, Həzrəti Yunis Allahdan bağışlanmaq istədikdə deyir: سُبْحَانَكَ إِنِّي كُنتُ مِنَ الظَّالِمِينَ
    "Pərvərdigara, Sən bütün eyb və nöqsanlardan paksan. Həqi-qətən mən özümə zülm edənlərdən oldum.”[Ənbiya” surəsi, 77-ci ayə]
    Həzrəti Musa (ə) barəsində isə buyurulur:
    قَالَ رَبِّ إِنِّي ظَلَمْتُ نَفْسِي فَاغْفِرْ لِي فَغَفَرَ لَهُ
    "Musa dedi: Pərvərdigara, həqiqətən mən özümə zülm etdim. Məni və onu bağışla.”[Qəsəs” surəsi, 16-cı ayə]
    Əhli-beytdən (ə) nəql olunan çoxlu rəvayətlərdə buyuru-lur: "Ayədəki "kəlimat” sözündən məqsəd, Allahın ən gözəl və se-vimli bəndələrinin adları, yəni Həzrəti Məhəmməd, Əli, Fati-mə, Həsən və Hüseyn əleyhimussəlam idi. Adəm bu kəlmələrə and verə-rək Allahdan bağışlanmasını istədi və Allah da onu bağışla-dı.”
    Bu üç təfsir arasında heç də ziddiyyət yoxdur. Çünki, ola bilsin ki, bu kəlmələrin hamısı birlikdə Adəmə öyrə-dildi. Adəm də onların həqiqətinə, dolğun məna və batininə diqqət yetirdikdə, onun üçün kamil ruhi dəyişiklik baş verdi və Allah-taala onu öz lütf və hidayətinə şamil etdi.

    Category: Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) | Added by: Islam_Kitabxanasi (2012-06-19)
    Views: 593 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2019