İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 1821
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Jafidlop
  • ElvinAliyev1986
  • ZauriceGar
  • Zartysot
  • Gunahsiz1gun
  • Ceyhun630
  • kami
  • artpak2012
  • zeyneb_a_va
  • Famesbar
  • Main » Articles » Quran » Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri)

    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri)

    94-101-Cİ AYƏLƏR

    قُلْ إِن كَانَتْ لَكُمُ الدَّارُ الآَخِرَةُ عِندَ اللّهِ خَالِصَةً مِّن دُونِ النَّاسِ فَتَمَنَّوُاْ الْمَوْتَ إِن كُنتُمْ صَادِقِينَ (94) وَلَن يَتَمَنَّوْهُ أَبَدًا بِمَا قَدَّمَتْ أَيْدِيهِمْ وَاللّهُ عَلِيمٌ بِالظَّالِمينَ (95) وَلَتَجِدَنَّهُمْ أَحْرَصَ النَّاسِ عَلَى حَيَاةٍ وَمِنَ الَّذِينَ أَشْرَكُواْ يَوَدُّ أَحَدُهُمْ لَوْ يُعَمَّرُ أَلْفَ سَنَةٍ وَمَا هُوَ بِمُزَحْزِحِهِ مِنَ الْعَذَابِ أَن يُعَمَّرَ وَاللّهُ بَصِيرٌ بِمَا يَعْمَلُونَ (96) قُلْ مَن كَانَ عَدُوًّا لِّجِبْرِيلَ فَإِنَّهُ نَزَّلَهُ عَلَى قَلْبِكَ بِإِذْنِ اللّهِ مُصَدِّقاً لِّمَا بَيْنَ يَدَيْهِ وَهُدًى وَبُشْرَى لِلْمُؤْمِنِينَ (97) مَن كَانَ عَدُوًّا لِّلّهِ وَمَلآئِكَتِهِ وَرُسُلِهِ وَجِبْرِيلَ وَمِيكَالَ فَإِنَّ اللّهَ عَدُوٌّ لِّلْكَافِرِينَ (98) وَلَقَدْ أَنزَلْنَآ إِلَيْكَ آيَاتٍ بَيِّنَاتٍ وَمَا يَكْفُرُ بِهَا إِلاَّ الْفَاسِقُونَ (99) أَوَكُلَّمَا عَاهَدُواْ عَهْداً نَّبَذَهُ فَرِيقٌ مِّنْهُم بَلْ أَكْثَرُهُمْ لاَ يُؤْمِنُونَ (100) وَلَمَّا جَاءهُمْ رَسُولٌ مِّنْ عِندِ اللّهِ مُصَدِّقٌ لِّمَا مَعَهُمْ نَبَذَ فَرِيقٌ مِّنَ الَّذِينَ أُوتُواْ الْكِتَابَ كِتَابَ اللّهِ وَرَاء

    ظُهُورِهِمْ كَأَنَّهُمْ لاَ يَعْلَمُونَ (101)
    TƏRCÜMƏ:

    94- ”De: Əgər (iddia etdiyiniz kimi,) axirət aləmi Allah yanında başqa insanlara deyil, sizə məxsusdursa, onda ölüm arzula-yın, əgər doğru deyirsinizsə!”

    95- ”Əlbəttə, onlar özləri üçün qabaqcadan göndərdiyi bəd əməllər xatirinə heç vaxt ölməyi arzulamazlar. Allah zalımlar-dan agahdır.”

    96- ”Sən onların bu dünya həyatı (və yaşamaq, mal-dövlət yığmaq) üçün camaat içərisində, hətta müşriklərdən də həris olduqlarını görərsən. (O qədər hərisdirlər ki,) onlardan hər biri min il yaşamaq istər. Halbuki uzun ömür Allahın onlara əzab verməsinin qarşısını almayacaq və Allah onların əməllərini gö-rəndir.”

    97- ”(Onlar deyirdilər: Sənə vəhy nazil edən Cəbrail olduğuna və biz də Cəbraillə düşmən olduğumuza görə sənə iman gətirməyə-cəyik.) De: Hər kəs Cəbrailin düşməni olsa (həqiqətdə Allahın düşmənidir), çünki, o, Allahın əmri ilə, səndən qabaqkı asimani kitabları təsdiq edən, möminlər üçün hidayət və (ilahi nemət-lərə) müjdələr verən Quranı sənin qəlbinə nazil etmişdir.”

    98- ”Hər kəs Allaha, Onun mələklərinə, Allahın göndərdik-lərinə, Cəbrailə və Mikailə düşmən olsa (kafirdir) və Allah ka-firlərin düşmənidir.”

    99- ”Həqiqətən Biz sənə aydın nişanələr göndərdik və fasiq-lərdən başqası ona qarşı kafir olmaz.”

    100- ”Məgər hər dəfə onlar (yəhudilər, Allah və Peyğəmbərlə bağlanan) əhd-peymanı pozmadılarmı (və onunla müxalifət etmə-dilərmi)? Onların əksəriyyəti iman gətirməzlər.”

    101- ”Allah tərəfindən onların yanında olan nişanələri təsdiq edən bir rəsul gəldikdə kitab verilənlərdən bir qismi Al-lahın kitabını arxalarına atdılar (unutdular), sanki, ümu-miyyətlə onlardan xəbərdar deyilmişlər.”
    TƏFSİR:

    قُلْ إِن كَانَتْ لَكُمُ الدَّارُ الآَخِرَةُ عِندَ اللّهِ خَالِصَةً مِّن دُونِ النَّاسِ

    Əvvəlki ayələrdən məlum olur ki, yəhudilər iddia edir-dilər ki, biz heç vaxt bir neçə gündən artıq cəhənnəm oduna da-xil olmayacağıq. Bir neçə gündən məqsədləri danaya sitayiş et-dikləri günlərdir. لَن تَمَسَّنَا النَّارُ إِلاَّ أَيَّامًا مَّعْدُودَةً

    Həmçinin onlara "iman gətirin”-dedikdə, "biz öz kita-bımız Tövrata iman gətiririk”-deyə cavab verirlər.”

    نُؤْمِنُ بِمَآ أُنزِلَ عَلَيْنَا

    Həm də belə güman edirdilər ki, yalnız onlar nicat və səadət əhlidirlər, sair insanlar isə əbədi əzaba və fəlakə-tə düçar olacaqlar. Buna görə də Allah etiraz əlaməti ola-raq onlara buyurur: فَتَمَنَّوُاْ الْمَوْتَ إِن كُنتُمْ صَادِقِينَ

    "Onlara de ki, əgər axirət evi və behişt nemətləri sizə məxsusdursa, onda belə səadətə çatmaq üçün siz yəhudilər ölüm ar-zulayın. Ondan ötrü ki, dünyanın bəlalarından qurtulasınız və batil gümanlar əsasında özünüzə məxsus bildiyiniz əbədi səadətə çatasınız.” وَلَن يَتَمَنَّوْهُ أَبَدًا بِمَا قَدَّمَتْ أَيْدِيهِمْ

    "Cümə” surəsinin 6-cı ayəsi də etiraz məqamında buyurur:

    إِن زَعَمْتُمْ أَنَّكُمْ أَوْلِيَاء لِلَّهِ مِن دُونِ النَّاسِ فَتَمَنَّوُا الْمَوْتَ إِن كُنتُمْ صَادِقِينَ

    "Əgər camaatın deyil, Allahın dostu olduğunuzu güman edirsinizsə və bu gümanınızda sadiqsinizsə, Allahdan ölüm arzu edin.”

    Bəli, dostun görüşünü istəyən aşiqin qərarı kəsilər və sərgərdan qalar. Çünki, təbii və maddi işlər Haqq-taala ilə Onun dostları arasında pərdə salır və insanın öz Pər-vərdigarına layiqli şəkildə diqqət yetirməsinə, Onunla ün-siyyətdə olmasına mane olur. Buna görə də Haqq-taala ilə belə dostluq iddiası edən bir şəxs ölüm arzusu etməlidir. Bura-da Allah onların yalanlarını aşkar etmək üçün buyurur: Əgər yəhudilər həqiqətən axirət aləmini özlərinə məxsus bilirlərsə və yalnız özlərini Allah dostları güman edir-lərsə, hökmən əməldə və qəlbən ölüm arzulamalıdırlar ki, heç bir təbii maneə olmadan öz məşuqlarının görüşünə, vüsala çatsınlar. Amma onlar heç vaxt belə arzu etmirlər. Onlar özlərinin çirkin əməllərindən əlavə, camaatın içində dünya həyatına qarşı ən həris insanlar olduqları halda necə ölüm arzulaya bilərlər?! Əksinə, yəhudilər bütün kafirlərdən və müşriklərdən daha artıq uzun ömürlü ol-maq istəyirlər: يَوَدُّ أَحَدُهُمْ لَوْ يُعَمَّرُ أَلْفَ سَنَةٍ

    Onlar Allah görüşünə-vüsala çatmaq üçün nəinki ölüm arzulamırlar, əksinə uzun müddət ömür sürmək arzusunda-dırlar. Onlardan hər biri min il ömür sürmək istəyir. Ayə-də gətirilən "min il” ifadəsi bunu göstərir ki, onlar həd-dindən artıq ömür sürmək istəyirlər. Çünki, ədədlər içəri-sində "min” axırıncı ədəd mərtəbəsidir. Bundan sonrakı çoxluqlar həmin minliklərin artmasıdır; Məsələn iki min, üç min və sair. Bu onların özlərinin bildiyi kimi, ya-lanlarının dəlilləridir. Axirət nə onlara məxsusdur, nə də onlar Allahın dostu sayılır. Çünki, xudbinlik və təəs-süb yolu ilə öz ata-babalarını müsəlmanların üzünə çəkmək istəyir və demək istəyirdilər ki, bizim dinimiz haqq, sizin dininiz batildir. Allah-taala onların yalanını bu yolla aşkar edir ki, Allah dostları ölümü istəyirlər ki, öz mu-radlarına tez çatsınlar: وَمَا هُوَ بِمُزَحْزِحِهِ مِنَ الْعَذَابِ أَن يُعَمَّرَ

    Yəni yəhudilər uzun ömür sürməyi necə də sevirlər, han-sı ki, uzun ömür heç vaxt onları Allahın əzabından xilas edə bilməyəcək.

    Onlar bu dünyanın alçaq həyatına camaat içərisində ən çox hərislərdir, bu da axirət həyatına və əbədi səadətə böyük bir maneədir. Üstəlik bu camaat öz əqidələrinə görə Qiyamət aləminə, ölümdən sonrakı həyata etiqad bəslədiklərinə baxma-yaraq, insanın ölüb getdikdən sonra fani olması kimi puç əqi-dəyə malik olan kafir və müşriklərdən də hərisdirlər.

    قُلْ مَن كَانَ عَدُوًّا لِّجِبْرِيلَ

    Təfsirçilər yazırlar ki, Əbdüllah ibni Abbasın de-diyi kimi, bu ayənin nazil olma səbəbi budur: yəhudi alim-lərindən biri Rəsuli-əkrəmin hüzuruna gəlib bir neçə sual soruşdu və düzgün cavabını eşitdi. Höccət tamam olduqdan və onun üçün heç bir bəhanə yeri qalmadıqdan sonra İslamı qəbul etmək istədi. Soruşdu: "Hansı mələk sənə nazil olur?” Həzrət buyurdu: "Bütün peyğəmbərlərə nazil olan Cəbrail ad-lı mələk.” Dedi: "O bizim düşmənimizdir. Əgər onun yeri-nə Mikail olsaydı sənə iman gətirərdim.” Həzrət soruşdu: "Nə üçün Cəbrail sizin düşməninizdir?”

    O dedi: "Çünki, o, əzab, qəzəb və edam mələyidir.”

    Buna görə də Allah-taala bu ayəni göndərib Peyğəmbərə xitabən buyurdu: "De hər kəs Cəbrailin düşməni olsa (bilməlidir ki,) Cəbrail vəhy mələyidir və o kəsdir ki, Allahın izni ilə Quranı sənin mübarək qəlbinə nazil etmişdir.”

    فَإِنَّهُ نَزَّلَهُ عَلَى قَلْبِكَ بِإِذْنِ اللّهِ مُصَدِّقاً لِّمَا بَيْنَ يَدَيْهِ وَهُدًى وَبُشْرَى لِلْمُؤْمِنِينَ

    Sonrakı ayə yuxarıda qeyd olunan ayənin məzmununu bir növ daha da təkidləndirir, təhdid ilə buyurur: "Hər kəs Al-lahın, mələklərin, göndərilən peyğəmbərlərin, Cəbrailin düşməni olsa (kafirdir və) Allah kafirlərin düşməni-dir.”

    Bu Allah, Onun göndərdiyi Cəbrail, Mikail və s. mə-ləklər bir-birindən ayrılmadığından, həqiqətdə onların biri ilə düşmənçilik sairlərlə də düşmənçiliyə səbəb olur.

    Başqa sözlə desək, insanların təkamülünə səbəb olan ilahi göstəriş Allah tərəfindən mələklərin vasitəsilə peyğəmbərlərə nazil olur; onların vəzifələri arasında ye-ganə fərq yalnız məsuliyyətlərin bölüşdürülməsidir, tap-şırıqların müxtəlifliyi heç də onlar arasında ziddiyət mənası daşımır. Onların hamısı bir hədəf yolundadır-lar. Buna əsasən, onlardan hər biri ilə düşmənçilik, məhz Allah ilə düşmənçilikdir.

    99-cu ayənin nazil olma səbəbi barəsində İbni Abbasdan nəql olunmuşdur ki, yəhudi alimi olan İbni Suriya inad üzün-dən Peyğəmbərə dedi: "Sən bizim düşünə bilmədiyimiz şeyləri gə-tirmisən! Allah sənə bizim tabe olacağımız üçün aydın nişanələr nazil etməyib.” Yuxarıdakı ayə nazil olub aşkar cavab verdi. [1]
    TƏFSİR:
    YƏHUDİLƏRİN ƏHD-PeYMAN POZMALARI

    Yuxarıdakı ayələrdə göstərilir ki, Peyğəmbərin əlində kifayət qədər aşkar dəlillər var idi, amma yəhudilər on-ları inkar edirdilər. Onlar həqiqətdə bu dəvətin haqq ol-duğunu bilib qərəzçilik üzündən onunla müxalifətə başla-mışdılar. Ayə buyurur: "Biz sənə aydın ayələr nazil etdik və fa-siqlərdən başqası ona kafir olmaz.”

    Quran ayələrində təfəkkür etmək hər bir pak qəlbli, haqq axtaran insana hidayət yollarını bəyan edir. Bu ayələri araşdırmaqla Peyğəmbəri-əkrəmin (s.ə.v.v) çağırışının həqiqətini, Quranın əzəmətini dərk etmək olar. Amma bu həqiqəti yalnız o kəslər dərk edə bilər ki, qəlbləri günah səbəbi ilə qaralmamış olsun. Buna əsasən günaha aludə olanların, fasiqlərin və Allahın itaətindən boyun qaçı-ranların iman gətirməməsi heç də təəccüblü deyildir.

    Quran bütün asimani kitabların düzgün olmasına şə-hadət verir. Tövrat, İncil, Zəbur, Sühuf və Öz Peyğəmbərinə göndərdiklərini təsdiq edir.

    Bu ayədəki "huda” bəyan mənasınadır və göstərir ki, Quranın hidayəti bütün insanlar və cinnilər üçündür. Am-ma onun möminlərə məxsus edilməsinin səbəbi bəlkə də bu ola bilər ki, yalnız onlar Qurandan faydalanıblar və səadə-tə çatmaq yalnız onlara məxsusdur:

    أَوَكُلَّمَا عَاهَدُواْ عَهْداً نَّبَذَهُ فَرِيقٌ مِّنْهُم بَلْ أَكْثَرُهُمْ لاَ يُؤْمِنُونَ

    Əvvəlki ayələrin göstərdiyi kimi, bu ayə də yəhudilərə etiraz edib buyurur ki, nə üçün onlardan bəziləri Allahla bağladıqları əhd-peymanı pozur və ona arxa çevirirlər. Tək-cə əhd-peymanı pozub onu kənara atmırlar, həm də onların ümumiyyətlə imanları yoxdur. Bəlkə də bu ayə göstərir ki,


    əgər Allaha və Peyğəmbərə imanları olsaydı heç vaxt əhdlə-rinə vəfasız çıxmazdılar: وَلَمَّا جَاءهُمْ رَسُولٌ مِّنْ عِندِ اللّهِ مُصَدِّقٌ لِّمَا مَعَهُمْ

    Bu ayədəki "rəsul” sözündən məqsəd, ya Peyğəmbəri-əkrəm, ya da Musa peyğəmbərdən sonra gələn bütün peyğəmbərlərdir. Çünki, əvvəldəki ayələrin göstərdiyi kimi bu, yəhudilərə etirazdır. Çünki, onlar Musa peyğəmbər tərəfindən gələn şəriəti nəsx edən (qüvvədən salan) bütün mürsəl peyğəmbər-ləri inkar edirdilər. Halbuki həmin peyğəmbərlər onların əlində olan kitabın (Tövratın) düzgün olmasını təsdiqlə-yir və şəhadət verirdi.

    Yəhudilərdən bir dəstəsi Allahın kitabına etinasız-lıq edirdilər. نَبَذَ فَرِيقٌ مِّنَ الَّذِينَ أُوتُواْ الْكِتَابَ كِتَابَ اللّهِ

    Yəhudi alimlərindən bir dəstəsi Peyğəmbəri-əkrəmin (s.ə.v.v) haqq peyğəmbər olduğuna şəhadət verən Tövratı gör-məməzliyə vurdular və onu tamamilə tərk etdilər, onda Pey-ğəmbərin qeyd olunan xüsusiyyətlərinə laqeyd qaldılar və san-ki bunları heç vaxt görüb eşitməmişdilər.
    102-103-CÜ AYƏLƏR

    وَاتَّبَعُواْ مَا تَتْلُواْ الشَّيَاطِينُ عَلَى مُلْكِ سُلَيْمَانَ وَمَا كَفَرَ سُلَيْمَانُ وَلَـكِنَّ الشَّيْاطِينَ كَفَرُواْ يُعَلِّمُونَ النَّاسَ السِّحْرَ وَمَا أُنزِلَ عَلَى الْمَلَكَيْنِ بِبَابِلَ هَارُوتَ وَمَارُوتَ وَمَا يُعَلِّمَانِ مِنْ أَحَدٍ حَتَّى يَقُولاَ إِنَّمَا نَحْنُ فِتْنَةٌ فَلاَ تَكْفُرْ فَيَتَعَلَّمُونَ مِنْهُمَا مَا يُفَرِّقُونَ بِهِ بَيْنَ الْمَرْءِ وَزَوْجِهِ وَمَا هُم بِضَآرِّينَ بِهِ مِنْ أَحَدٍ إِلاَّ بِإِذْنِ اللّهِ وَيَتَعَلَّمُونَ مَا يَضُرُّهُمْ وَلاَ يَنفَعُهُمْ وَلَقَدْ عَلِمُواْ لَمَنِ اشْتَرَاهُ مَا لَهُ فِي الآخِرَةِ مِنْ خَلاَقٍ وَلَبِئْسَ مَا شَرَوْاْ بِهِ أَنفُسَهُمْ لَوْ كَانُواْ يَعْلَمُونَ (102) وَلَوْ أَنَّهُمْ آمَنُواْ واتَّقَوْا لَمَثُوبَةٌ مِّنْ عِندِ اللَّه خَيْرٌ لَّوْ كَانُواْ يَعْلَمُونَ (103)
    TƏRCÜMƏ:

    102- ”(Yəhudilər) şeytanların Süleyman peyğəmbərin mül-kündə camaata oxuduqlarına tabe oldular. Süleyman peyğəmbər heç vaxt (sehrə əl atmadı) və kafir olmadı, lakin şeytanlar kafir oldular, camaata sehr-cadunu və Babil ərazisində Harut və Marut adlı iki mələyə nazil olanları öyrətdilər. (Mələklər sehr yolla-rını həmin işlərin batil etmə yolları ilə tanış olmaq üçün camaata öyrədirdilər.) O iki mələk bir kəsə əvvəlcədən: "biz sizin imtahanınız üçün bir vasitəyik, kafir olmayın” (və bunlardan sui-istifadə etməyin),-deməyincə, heç nə öyrətmirdilər. Lakin onlar o iki mələkdən ər-arvad arasında ayrılıq salan məsələləri öyrənirdilər (və ondan sehr və cadunu batil etmək üçün istifadə etmirdilər). Amma onlar Allahın izni olmadan heç bir insana zərər çatdıra bilməzlər. Onlar özləri üçün ziyanlı olan və fay-dası olmayan hissələri öyrənirdilər. Həqiqətən bilirdilər ki, hər kəs bu kimi şeylərin alıcısı olsa, axirətdə heç bir bəhrəsi olmayacaq. Kaş ki, özlərini necə yaramaz, xoşagəlməz və çirkin şeylərə satdıqları biləydilər!”

    103- ”Əgər onlar iman gətirib təqvalı olsaydılar, hökmən Allah yolunda olan mükafat onlar üçün daha yaxşı olardı, əgər bilsəydilər!”
    TƏFSİR:
    CÜLeYMAN VƏ BABİL ƏRAZİSİNİN SeHRkARLARI

    Rəvayətlərdən məlum olur ki, Süleyman peyğəmbərin dövründə bir dəstə insan onun ölkəsində sehr və cadugərlik ilə məşğul olurdular. Süleyman peyğəmbər əmr etdi ki, onla-rın bütün yazı vərəqlərini bir yerə yığıb xüsusi şəraitdə saxlasınlar. Onların saxlanılmasının səbəbi bəlkə də bu olardı ki, onların arasında sehri zərərsizləşdirib dəf etmək üçün faydalı mətləblər varmış.

    Süleyman Peyğəmbərin vəfatından sonra bəziləri o ya-zıları həmin yerdən çıxartdılar və onu yayıb sehr və cadu öyrətməyə başladılar. Onlardan bəziləri bu mövqedən sui-istifadə edərək dedilər: Süleyman, ümumiyyətlə Peyğəmbər (s.ə.v.v) deyildi, o bu sehr və caduların köməyi ilə ölkəyə hökmdarlıq edir və xariqüladə işlər görürdü!

    Bəni-israil millətindən olan bir dəstə onlara tabe olub cadugərliyə girişdi. İş o yerə çatdı ki, Tövratdan da əl çəkdilər. İslam Peyğəmbəri zühur edib Quran ayələri əsa-sında Süleymanın ilahi peyğəmbərlərdən olduğunu bəyan edəndə yəhudi alimlərindən bəziləri dedilər: "Məhəmmədə təəccüb etmirsiniz ki, Süleymanın peyğəmbər olduğunu deyir, halbuki, o, sehrkar idi!”

    Bu sözlər ilahi peyğəmbərə vurulan iftira və töhmət olmaqdan əlavə, həm də (nəuzu billah) Süleyman peyğəmbərin kafir olmasına gətirib çıxarırdı. Çünki, onların dedik-lərinə görə, Süleyman özünü yalandan, sehrkarlıqla peyğəm-bər hesab edirdi və bu əməl də küfrə səbəb olur. Yuxarıdakı ayələr onlara cavab verir. Hər halda bəhs etdiyimiz ilk ayə yəhudilərin çirkin əməllərinin başqa bir qismini bəyan edir. Belə ki, onlar Allahın böyük peyğəmbərlərindən biri-ni (Süleyman peyğəmbəri) sehr və cadugərlikdə müttəhim edirdilər. Ayə buyurur: "Onlar şeytanların Süleyman peyğəmbə-rin əsrində camaata oxuduqlarına tabe oldular.”

    وَاتَّبَعُواْ مَا تَتْلُواْ الشَّيَاطِينُ عَلَى مُلْكِ سُلَيْمَانَ

    "Vəttəbəu” cümləsindəki əvəzlik (vav) ya Peyğəmbərlə, yaxud Süleyman peyğəmbərlə və ya bütün peyğəmbərlərlə müasir olan yə-hudiləri göstərir. Şeytanlardan məqsəd tüğyançı insanlar, ya-xud cinlər və ya hər ikisi ola bilər. Quran bu sözlərin dava-mında buyurur: "Süleyman heç vaxt kafir olmadı.”

    وَمَا كَفَرَ سُلَيْمَانُO, heç vaxt sehr və cadudan öz hədəfləri yolun-da istifadə etmədi.

    "Amma şeytanlar kafir oldular və camaata sehr və cadu öy-rətdilər.” وَلَـكِنَّ الشَّيْاطِينَ كَفَرُواْ يُعَلِّمُونَ النَّاسَ السِّحْرَ

    "Onlar (yəhudilər) həmçinin Babil ərazisində Harut və Ma-rut adlı iki mələyə nazil olanlara tabe oldular.”

    وَمَا أُنزِلَ عَلَى الْمَلَكَيْنِ بِبَابِلَ هَارُوتَ وَمَارُوتَ

    Bəli, onlar iki cəhətə görə sehrdən istifadə edirdi-lər. Birincisi, Süleyman peyğəmbərin dövründəki şeytanla-rın təlimlərindən, ikincisi isə Harut və Marut adlı iki ilahi mələyin sehr və cadunu batil etmək yollarını camaata öyrətdiyi vasitələrdən təlim alırdılar.

    Hansı ki, bu iki ilahi mələyin yeganə məqsədi camaata sehr-karların sehrini batil etmək, onu zərərsizləşdirmək yolları-nı öyrətmək idi. Buna görə də heç kəsə heç nə öyrətmirdilər; Əgər öyrətsəydilər, əvvəlcədən deyirdilər ki, biz sizin imtaha-na çəkilmə vasitənizik və kafir olmayın (bu təlimlərdən sui-istifadə etməyin). وَمَا يُعَلِّمَانِ مِنْ أَحَدٍ حَتَّى يَقُولاَ إِنَّمَا نَحْنُ فِتْنَةٌ فَلاَ تَكْفُرْ

    Bu iki mələk elə bir zamanda camaatın arasına gəl-mişdilər ki, sehr-cadu işi artıq çox qüvvələnmiş və xalq sehrkarların əlindən cana doymuşdu. Onlar camaata sehr-karların sehrini batil etmə yollarını öyrədirdilər. Am-ma hər hansı bir məsələnin qarşısının alınmasının şərti budur ki, insan əvvəlcə o mətləbin özündən agah ol-sun, sonra onun zərərsizləşdirilməsi yollarını öyrənsin. Buna görə də sehrin yollarını əvvəlcədən şərh etməyə məc-bur idilər. Amma imansız yəhudilər fürsətdən sui-isti-fadə edərək, bu işdən daha çox sehr-cadunu yaymaqda istifadə etdilər. O qədər azğınlaşdılar ki, böyük ilahi peyğəmbər-lərdən olan Həzrəti Süleymanı da belə, müttəhim edib de-yirdilər ki, təbii amillərin ona tabe olması, yaxud cin və insanların onun itaətində olması məhz sehr səbəbi ilə mümkün olmuşdur.

    Bəli, öz yanlış əqidələrinə bəraət qazandırmaq üçün böyük şəxsiyyətləri müttəhim etmək yaramaz insanların, bəd əməl sahiblərinin həmişəki üslublarıdır. Onlar ilahi imtahanlardan başı uca çıxmadılar. "O iki mələkdən elə mə-sələləri öyrəndilər ki, onun vasitəsilə ər-arvad arasına ayrılıq salırdılar.” فَيَتَعَلَّمُونَ مِنْهُمَا مَا يُفَرِّقُونَ بِهِ بَيْنَ الْمَرْءِ وَزَوْجِهِ

    Amma Allahın qüdrəti bütün qüdrətlərin fövqündə da-yanır: "Onlar heç vaxt Allahın izni olmadan bir kəsə zərər çat-dıra bilməzlər.” وَمَا هُم بِضَآرِّينَ بِهِ مِنْ أَحَدٍ إِلاَّ بِإِذْنِ اللّهِ

    "Onlar yalnız öz zərərlərinə olan şeyləri öyrənirdilər.”

    وَيَتَعَلَّمُونَ مَا يَضُرُّهُمْ وَلاَ يَنفَعُهُمْ

    Onlar qurucu və yaradıcı olan ilahi qanunları təhrif etdilər, sehr və cadu ilə mübarizə aparıb cəmiyyəti islah etmək yerinə onu fəsad vasitəsi etdilər. Halbuki "bilirdilər ki, hər kəs bu cür şeylərin xəridarı olsa, Qiyamətdə heç bir bəhrə-si olmayacaq.” وَلَقَدْ عَلِمُواْ لَمَنِ اشْتَرَاهُ مَا لَهُ فِي الآخِرَةِ مِنْ خَلاَقٍ

    "Özlərini müqabilində satdıqları şey necə də çirkin və xoşa-gəlməz idi, əgər elmləri olsaydı!” وَلَبِئْسَ مَا شَرَوْاْ بِهِ أَنفُسَهُمْ لَوْ كَانُواْ يَعْلَمُونَ

    Onlar özlərinin, habelə cəmiyyətin xoşbəxtlik və səa-dət səbəblərinə agah olduqları halda onlara arxa çevirdi-lər, günah və küfr çirkabına batdılar. "Halbuki əgər iman gətirsəydilər və təqvalı olsaydılar, hökmən Allah yanında olan mükafat onlar üçün bu işlərin hamısından daha yaxşı olardı, əgər bilsəydilər!” وَلَوْ أَنَّهُمْ آمَنُواْ واتَّقَوْا لَمَثُوبَةٌ مِّنْ عِندِ اللَّه خَيْرٌ لَّوْ كَانُواْ يَعْلَمُونَ
    104-105-Cİ AYƏLƏR

    يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ لاَ تَقُولُواْ رَاعِنَا وَقُولُواْ انظُرْنَا وَاسْمَعُوا ْوَلِلكَافِرِينَ عَذَابٌ أَلِيمٌ (104) مَّا يَوَدُّ الَّذِينَ كَفَرُواْ مِنْ أَهْلِ الْكِتَابِ وَلاَ الْمُشْرِكِينَ أَن يُنَزَّلَ عَلَيْكُم مِّنْ خَيْرٍ مِّن رَّبِّكُمْ وَاللّهُ يَخْتَصُّ بِرَحْمَتِهِ مَن يَشَاء وَاللّهُ ذُو الْفَضْلِ الْعَظِيمِ (105)
    TƏRCÜMƏ:

    104- ”Ey iman gətirənlər! (Quran ayələrinin dərk olunması üçün Peyğəmbərdən möhlət istədiyiniz vaxt) "raina”-deməyin, "unzurna”-deyin (çünki, birinci kəlmənin iki mənası vardır: 1-bizə möhlət ver, 2-bizi axmaq et; bu da düşmənlər üçün bir bəha-nədir.) Sizə verilən göstərişləri eşidin, kafirlər (və istehza edənlər) üçün dərdli əzab var.”

    105- ”Nə kitab əhlindən olan kafirlər, nə də müşriklər Rəbbiniz tərəfindən siz müsəlmanlara xeyir-bərəkət nazil olma-sını heç vaxt istəmirlər. Halbuki Allah Öz nemətini istədi-yi şəxsə məxsus edir. Allah böyük fəzl (nemət) sahibidir.”
    AYƏNİN NAZİL OLMA SƏBƏBİ

    Məşhur təfsirçi ibni Abbas belə nəql edir: İslamın əvvəllərində Həzrəti Peyğəmbər (s.ə.v.v) söhbətə məşğul olub ilahi ayə və hökmləri bəyan edərkən bəzi müsalmanlar ondan istəyirdilər ki, sözləri yavaş-yavaş desin ki, mətləbləri yaxşı dərk etsinlər və öz istəklərini, suallarını bəyan edə bilsinlər. Buna görə də "ərrəy” kəlməsindən alınan "raina” cümləsi möhlət vermək mənasında işlədilir.[2]

    Amma yəhudilər raina cümləsini "ərrəunə” kökündən alınan kəlmə hesab edirdilər. Birinci mənada cümlənin məfhumu "bizə möhlət ver”, ikinci surətdə isə "bizi axmaq et” mənasına gəlir.[3]

    Belə olan halda yəhudilərin əlinə bir bəhanə düşdü. Müsəlmanların dediyi həmin cümlədən sui-istifadə edərək Peyğəmbərə, yaxud müsəlmanlara istehza edirdilər.

    Yuxarıdakı ayə nazil oldu və bu sui-istifadənin qarşı-sını almaq üçün möminlərə əmr etdi ki, "raina” cümləsi-nin yerinə "unzurna” kəlməsini işlətsinlər. (Bu da belə hə-min mənanı çatdırır.) Nəticədə inadkar düşmənlərin əlinə bəhanə verməsinlər.

    Ayənin nazil olma səbəbi barəsində deyilənlərə diqqət yetirməklə ilk ayə buyurur: "Ey iman gətirənlər! (Quran ayə-lərini dərk etmək üçün Peyğəmbərdən möhlət verilməsini istə-diyiniz zaman) "raina”-deməyin, "unzurna” deyin (çünki, həmin məfhumu çatdırır və düşmənə bəhanə yeri qoymur).”


    يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ لاَ تَقُولُواْ رَاعِنَا وَقُولُواْ انظُرْنَا

    "Və sizə göstəriş verilənləri eşidin. Kafirlərə, istehza edənlərə dərdli əzab vardır.” وَاسْمَعُوا ْوَلِلكَافِرِينَ عَذَابٌ أَلِيمٌ

    Bu ayədən gözəl şəkildə məlum olur ki, müsəlmanlar öz rəftarlarında ehtiyatlı olmalı, heç vaxt düşmənin əlinə bəhanə verməməlidirlər. Hətta düşmənin sui-istifadə et-məsinə səbəb olan hər hansı bir qısa cümləni belə işlət-məkdən uzaq olmalıdırlar. Quran müxaliflərin bu cür sui-istifadələrinin qarşısını almaq üçün möminlərə tövsiyə edir ki, hətta düşmənin başqa mənasını götürərək, mö-minlərin ruhiyyəsini sarsıtmağa çalışan müştərək məna-lı kəlmələri deməkdən belə uzaq olsunlar. Belə məsələlərə diqqət yetirmək lazımdır. Nə lüzumu vardır ki, müsəlman-lar düşmən tərəfindən məsxərə və ya təhrifə məruz qala bilən bir cümləni işlətsinlər!

    İslam dini düşmənlərin əlinə hətta bu qədər kiçik bəhanə verməməyi tövsiyə edirsə, onda böyük məsələlər qar-şısında müsəlmanların vəzifəsi tamamilə aydındır. Hələ indinin özündə belə, bizdən bəzi əməllər baş verir ki, da-im düşmənlər, beynəlxalq təşkilatlar tərəfindən müxtə-lif əks-təbliğatlara səbəb olur. Bizim vəzifəmiz budur ki, bu cür işlərdən tam mənada uzaq olaq və yersiz olaraq daxi-li və ya xarici düşmənlərin əlinə bəhanə verməyək.

    Bu məsələyə də diqqət yetirməliyik ki, "raina” cümləsi qeyd olunan mənalardan əlavə, həm də bir növ ədəbsiz təbir-dir. Çünki, "raina” müfaələ babından olub, "muraat” kökün-dən alınmışdır. Məfhumu da budur ki, sən mənim halıma riayət et ki, mən də sənin halına riayət edim. Bu ifadədən yəhudilərin sui-istifadə etmələrindən əlavə, həm də ədəb qaydalarından uzaq idi. Ona görə də Quran, müsəlmanları bu kimi işlərdən çəkindirir.[4]
    "YA ƏYYUHƏLLƏZİNƏ AMƏNU” CÜMLƏSİNİN DƏQİQ MƏFHUMU

    Qurani-məciddə bu iftixarlı və ruh oxşayan cümlə səksəndən artıq yerdə işlədilmişdir. Qeyd olunan ayə bu xi-tabla müsəlmanlara müraciət edən ilk ayədir. Maraqlıdır ki, bu təbir xüsusilə Mədinədə nazil olan ayələrdə gözə çarpır, Məkkə ayələrində isə yoxdur. Bəlkə də bunun səbəbi budur ki, Peyğəmbəri-əkrəmin (s.ə.v.v) Mədinəyə hicrəti ilə müsəlmanların vəziyyəti yaxşılaşdı, sabit və nüfuzlu bir cəmiyyət halına düşdülər, pərakəndəlikdən xilas oldular. Buna görə də Quran "ya əyyuhəlləzinə amənu” cümləsi ilə onla-ra xitab edir.

    Bu təbirdə başqa bir incə məna da gizlənmişdir. Yə-ni indi ki, iman gətirib haqqın qarşısında təslim oldu-nuz və öz Allahınızla itaət barədə əhd-peyman bağladınız, bu peymanın tələbinə uyğun olaraq bu cümlənin ardınca gə-lən göstərişlərə əməl edin. Başqa sözlə desək, sizin ima-nınız tələb edir ki, bu göstərişləri əməli olaraq həyata keçirəsiniz.

    Diqqətə layiq məsələ budur ki, islami kitabların çoxun-da, o cümlədən sünnü mənbələrində Peyğəmbəri-əkrəmdən be-lə nəql olunmuşdur: "Allah-taala "ya əyyuhəlləzinə amənu” kəl-məsi olan elə bir ayə göndərməmişdir ki, Əli onun başında ol-masın və o ayənin əmiri olmasın.”[5]

    Sonrakı ayə də müşriklərin və əhli-kitabın möminlərə qarşı kin-küdurət və ədavətlərini ifşa edib buyurur: "Əhli-kitabdan olan kafirlər, həmçinin müşriklər Allah tərəfindən siz müsəlmanlara xeyir-bərəkət nazil olmasını heç vaxt istəmir-lər.”

    مَّا يَوَدُّ الَّذِينَ كَفَرُواْ مِنْ أَهْلِ الْكِتَابِ وَلاَ الْمُشْرِكِينَ أَن يُنَزَّلَ عَلَيْكُم مِّنْ خَيْرٍ مِّن رَّبِّكُمْ

    Amma bu sırf arzudan başqa bir şey deyildir. Çünki, "Allah Öz rəhmət, xeyir və bərəkətini istədiyi şəxslərə məxsus edir.” وَاللّهُ يَخْتَصُّ بِرَحْمَتِهِ مَن يَشَاء وَاللّهُ ذُو الْفَضْلِ الْعَظِيمِ

    "Və Allah böyük bəxşiş və fəzl sahibidir.” ذُو الْفَضْلِ الْعَظِيمِ

    Bəli, düşmənlər kin-küdurət və həsəd üzündən bu böyük ilahi nemətin və iftixarın müsəlmanlarda olmasına dözə bilmirdilər. Çünki, əzəmətli və asimani kitab sahibi olan belə bir Peyğəmbər (s.ə.v.v) Allah tərəfindən onlar üçün se-çilmişdi. Amma görəsən Allahın fəzl və rəhmətinin qar-şısını almaq olarmı?
    106-107-Cİ AYƏLƏR

    مَا نَنْسَحْ ُمِنْ آيَةٍ أَوْ نُنسِهَا نَأْتِ بِخَيْرٍ مِّنْهَا أَوْ مِثْلِهَا أَلَمْ تَعْلَمْ أَنَّ اللّهَ عَلَىَ كُلِّ شَيْءٍ قَدِيرٌ (106) أَلَمْ تَعْلَمْ أَنَّ اللّهَ لَهُ مُلْكُ السَّمَاوَاتِ وَالأَرْضِ وَمَا لَكُم مِّن دُونِ اللّهِ مِن وَلِيٍّ وَلاَ نَصِيرٍ (107)
    TƏRCÜMƏ:

    106- ”Biz hər hansı bir ayəni nəsx ediriksə (hökmünü qüvvə-dən salırıqsa), yaxud onun nəsx olunmasını təxirə salırıqsa, on-da hökmən ondan yaxşısını, yaxud onun oxşarını (həmin ayənin yerinə) göndəriririk. Məgər Allahın hər işə qadir olduğunu bil-mirsən?!”

    107- ”Məgər bilmirsən ki, asimanların və yerin səltənəti (hakimiyyəti) Allaha məxsusdur? (Və O, məsləhətə uyğun olaraq Öz hökmlərində hər növ dəyişiklik etməkdə mütləq ixtiyar sahi-bidir). Və sizin üçün Allahdan başqa heç bir başçı və köməkçi yoxdur (və sizin məsləhətinizi bilib, təyin edən yalnız Odur).”
    TƏFSİR:
    NƏSXİN MƏQSƏDİ

    Bu ayələrdə də yəhudilərin müsəlmanlar əleyhinə apar-dıqları əks təbliğatlardan söhbət açılır. Onlar əvvəlcə deyirdilər ki, din yalnız yəhudi dini, qiblə də yalnız yəhu-dilərin qibləsidir. Buna görə də sizin Peyğəmbər (s.ə.v.v) bizim qibləyə tərəf (Beytul-müqəddəsə) namaz qılır. Amma qiblənin dəyişdirilməsi barəsindəki hökm nazil olanda, ("Bəqərə” surəsinin 144-cü ayəsinin hökmünə əsasən) müsəl-manlar Kəbəyə doğru namaz qılmaq tapşırığı aldılar. Bu-nunla da yəhudilərin bəhanələrinin qarşısı alındı. On-lar yeni bəhanələr gətirib dedilər ki, əgər birinci qiblə düzgün idisə, onda ikinci hökm nə məna daşıyır? Əgər ikinci hökm düzgündürsə, onda sizin əvvəldəki əməlləri-niz batildir.

    Quran bu ayələrdə onların bu iradlarına cavab verib mö-minlərin qəlbinə təskinlik və aydınlıq gətirir. Ayə buyurur: "Biz hər bir hökmü nəsx etsək, yaxud onun nəsx olunmasını təxirə salsaq hökmən ondan yaxşısını, yaxud onun oxşarını həmin ayənin ye-rinə gətirərik.” مَا نَنسَحْ مِنْ آيَةٍ أَوْ نُنسِهَا نَأْتِ بِخَيْرٍ مِّنْهَا أَوْ مِثْلِهَا

    Bu iş Allah üçün çox-çox asandır. "Məgər bilmirsən ki, Allah bütün şeylərə qadirdir?!” أَلَمْ تَعْلَمْ أَنَّ اللّهَ عَلَىَ كُلِّ شَيْءٍ قَدِيرٌ

    "Məgər bilmirsən ki, asimanların və yerin hakimiyyəti yalnız Allaha məxsusdur?!” أَلَمْ تَعْلَمْ أَنَّ اللّهَ لَهُ مُلْكُ السَّمَاوَاتِ وَالأَرْضِ

    O, məsləhətə uyğun olaraq öz hökmlərində hər növ dəyişik-lik etməyə haqlıdır və O, bəndələrinin məsləhətini hamıdan daha yaxşı bilir.

    "Məgər bilmirsən ki, sizin üçün Allahdan başqa heç bir köməkçi yoxdur?” وَمَا لَكُم مِّن دُونِ اللّهِ مِن وَلِيٍّ وَلاَ نَصِيرٍ

    Həqiqətdə birinci cümlə Allah-taalanın hökmlərdəki hakimiyyət haqqını və Onun bəndələrin məsləhətinin ayırd edilməsinə qadir olmasını çatdırır. Buna əsasən mömin-lər hökmlərin nəsx edilməsi məsələsində etiraz və tərəd-düddə, şəkkdə olan qərəzçi şəxslərin yersiz sözlərinə əhə-miyyət verməməlidirlər.

    İkinci cümlə isə özləri üçün Allahdan başqa arxa, sığınacaq seçən kəslərə xəbərdarlıq verir. Çünki, dünyada Allahdan başqa həqiqi sığınacaq yoxdur. Lüğətdə nəsx sözü aradan aparmaq, şəriət istilahında isə bir hökmü dəyiş-dirib başqa hökmü onun yerinə qoymağa deyilir. Bu məsələnin izahı gələcəkdə qeyd olunacaqdır.
    Category: Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) | Added by: Islam_Kitabxanasi (2012-06-26)
    Views: 652 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2019