İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Articles » Quran » Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri)

    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri)

    165-Cİ AYƏ


    وَمِنَ النَّاسِ مَن يَتَّخِذُ مِن دُونِ اللّهِ أَندَاداً يُحِبُّونَهُمْ كَحُبِّ اللّهِ وَالَّذِينَ آمَنُواْ أَشَدُّ حُبًّا لِّلّهِ وَلَوْ يَرَى الَّذِينَ ظَلَمُواْ إِذْ يَرَوْنَ الْعَذَابَ أَنَّ الْقُوَّةَ لِلّهِ جَمِيعاً وَأَنَّ اللّهَ شَدِيدُ الْعَذَابِ (165)
    TƏRCÜMƏ:

    "Bəzi insanlar Allahdan qeyrisini özləri üçün məbud seçir və onları Allah kimi sevirlər. Amma imanlı şəxslərin Allaha olan eşq-məhəbbəti (müşriklərin öz məbudlarına olan məhəbbə-ti ilə müqayisədə) daha şiddətlidir. Zülm edənlər (Allahdan başqasını məbud seçənlər), ilahi əzabı müşahidə edən zaman, bü-tün qüdrətin Allahın əlində olduğunu biləcəklər. Və (onların qorxduqları xəyali məbudlar deyil,) Allah şiddətli əzab sahibi-dir.”
    TƏFSİR:

    Allahdan qeyrisini məbud seçib onu sevmək, xəstələrin bilmədən sağlamlıqlarına zərərli olan qidanı sevməsinə bənzəyir. Amma iman gətirən şəxslərin Allaha son dərəcə məhəbbəti vardır.

    Özlərinə zülm edən müşriklər Qiyamətdə təhlükəli, qorxulu vəziyyətlərini görəcəkləri zaman öz əqidələrində azğın olduqlarını biləcəklər. Onlar həmin gün tam məna-da dərk edəcəklər ki, bütün qüdrət yalnız Allaha məxsusdur və əbəs yerə Ondan qeyrisinə məhəbbət bəsləmişlər. O gündə Allahın şiddətli cəzası, düşünmədən Allahı boşlayıb mövhumatın ardınca gedən kəslərə nazil olacaqdır. Buna gö-rə də Allah-taala onlara yol göstərərək "Ənam” surəsinin 102-ci ayəsində buyurur:

    ذَلِكُمُ اللّهُ رَبُّكُمْ لا إِلَـهَ إِلاَّ هُوَ خَالِقُ كُلِّ شَيْءٍ فَاعْبُدُوهُ وَهُوَ عَلَى كُلِّ شَيْءٍ وَكِيلٌ

    "(Bəli,) sizin Pərvərdigarınız bu Allahdır! Ondan başqa heç bir məbud yoxdur; Bütün məxluqatın Xaliqidir; (Belə isə,) yalnız Ona sitayiş edin. Yalnız O, bütün şeylərin vəkili və ida-rə edənidir.”

    Məhəmməd ibni Müslüm, İmam Məhəmməd Baqir və İmam Sadiq (ə)-dan belə nəql edir: "Əlləziynə amənu əşəddu hubbən lillah” ayəsində "əlləziynə” kəlməsindən məqsəd Peyğəmbə-rin Əhli-beytidir.”[63]
    166-CI AYƏ

    إِذْ تَبَرَّأَ الَّذِينَ اتُّبِعُواْ مِنَ الَّذِينَ اتَّبَعُواْ وَرَأَوُاْ الْعَذَابَ وَتَقَطَّعَتْ بِهِمُ الأَسْبَابُ (166)
    TƏRCÜMƏ:

    "O zaman (özləri azıb, başqalarını da yoldan azdıran) rəh-bərlər (insani və şeytani məbudlar) öz ardıcıllarına bezarlıq edərək, Allahın cəzasını görəcəklər və onların əlləri bütün va-sitə və səbəblərdən kəsiləcəkdir.”
    TƏFSİR:

    İnsan gərək bu dünyada tam diqqətli və ayıq olub rəhbə-rinin kim olduğunu, kimə eşq-məhəbbət bəslədiyini bilsin. Ayə, müşriklərə xitabən buyurur ki, siz bu gün tağutları və Allahdan qeyrilərini sevirsiniz. Bunu da bilin ki, onlar dünyada sizi yalnız öz mənafeyləri üçün istəyir, sizin qüd-rət və iradənizdən istifadə edərək öz arzu və istəklərinə çatırlar, amma Qiyamət günündə hər şeyi boşlayıb sizə nifrət edəcəklər.

    "Bürhan” təfsirində, eləcə də Şeyx Müfidin

    إِذْ تَبَرَّأَ الَّذِينَ اتُّبِعُواْ مِنَ الَّذِينَ اتَّبَعُواْ "iz təbərrəəl-ləziynət-tubiu” ayəsi-nin təfsirində yazdığı məxsus kitabda bir neçə rəvayət nəql olunmuşdur. O hədislərin birində İmam Məhəmməd Baqir (ə) Cabirə buyurur: "Ey Cabir, Allaha and olsun ki, onlar (yəni Qiyamət günü öz ardıcıllarından bezarlıq edənlər) yer üzünün za-lım rəhbərləri və onların tərəfdarlarıdır.”[64]
    167-Cİ AYƏ

    وَقَالَ الَّذِينَ اتَّبَعُواْ لَوْ أَنَّ لَنَا كَرَّةً فَنَتَبَرَّأَ مِنْهُمْ كَمَا تَبَرَّؤُواْ مِنَّا كَذَلِكَ يُرِيهِمُ اللّهُ أَعْمَالَهُمْ حَسَرَاتٍ عَلَيْهِمْ وَمَا هُم بِخَارِجِينَ مِنَ النَّارِ (167)
    TƏRCÜMƏ:

    "(O zaman) tabe olanlar: "Kaş bir daha dünyaya qaytarılay-dıq ki, onlar (bu gün) bizdən bezarlıq etdikləri kimi, biz də (on-lardan) bezarlıq edəydik!” - deyərlər. (Bəli,) Allah onların əməllə-rini bu cür həsrətlə onlara göstərər; və onlar cəhənnəm odundan xaric ola bilməzlər.”
    TƏFSİR:

    Yollarını azmış ardıcıllar öz məbudlarının vəfa-sızlığını aşkar şəkildə görərkən müvəqqəti olsa da belə, özlərinə təskinlik vermək üçün deyərlər: "Kaş biz yenidən dünyaya qaytarılaydıq ki, onlar bu gün bizdən bezarlıq etdikləri kimi, biz də onlardan bezarlıq edəydik.” Amma nə faydası! Artıq iş işdən keçmiş, dünyaya qayıtmaq yolu isə birdəfəlik bağ-lanmışdır.

    Ayənin axırında buyurulur: "(Bəli,) Allah onların əməl-lərini bu cür həsrətlə onlara göstərər; və onlar cəhənnəm odundan xaric ola bilməzlər.”

    كَذَلِكَ يُرِيهِمُ اللّهُ أَعْمَالَهُمْ حَسَرَاتٍ عَلَيْهِمْ وَمَا هُم بِخَارِجِينَ مِنَ النَّارِ

    Onların həsrət çəkməkdən başqa heç bir çıxış yolla-rı yoxdur. Ömür boyu min cür zəhmətlərə qatlaşaraq mal-dövlət toplamaq, nəticədə onlardan əl üzüb Allah dərgahı-na əliboş qayıtmaq! Nicat və qurtuluş yollarına, son dərəcə böyük imkanlara malik olduğu halda onu əldən vermək, qadir və mütəal Allahın yerinə yaramaz bütlərə pərəstiş etmək! Aqibət isə yalnız həsrət və peşmançılıq! Amma necə də yer-siz və əbəs bir həsrət! Çünki, artıq orada nə əməl etmək, nə də dəyən xəsarəti aradan qaldırmaq imkanı vardır. Axirət dünyası yalnız cəzalandırılma, əməllərin nəticəsini gör-mək zamanıdır.

    Bəzi rəvayətlərə əsasən, Qiyamətdə müxtəlif dayanacaq-lar vardır. Bu dayanacaqların bəzilərində insanların qəl-binə sükut möhürü vurular, onlar yalnız həsrətlə bir-biri-nə baxıb ağlayar, bəzən bir-birindən kömək diləyər və bəzən də nalə edərək bir-birini qarğışlayarlar.

    Bu ayədə oxuyuruq ki, yalançı məbudlar, məşuqlar və ta-ğutlar öz ardıcıllarından bezarlıq edən zaman onların ar-dınca düşənlər də, onları himayə edərək eşq-məhəbbət bəs-lədiklərindən son dərəcə peşman olacaqlar. Amma artıq bu peşmançılıqların heç bir faydası olmayacaqdır. Onlar qəlblərində həsrət çəkib deyəcəklər ki, əgər biz bir daha dünyaya qaytarılsaq, daha heç vaxt onların ardınca düşmə-rik. Çünki onlar çox vəfasızdırlar və belə bir gündə biz-dən uzaq gəzirlər. Əgər biz də dünyaya qayıtsaydıq onlardan bezarlıq edərdik.

    Amma həsrətin heç bir faydası yoxdur: onlar cəhənnəm-dən xaric ola bilməzlər!
    168-Cİ AYƏ

    يَا أَيُّهَا النَّاسُ كُلُواْ مِمَّا فِي الأَرْضِ حَلاَلاً طَيِّباً وَلاَ تَتَّبِعُواْ خُطُوَاتِ الشَّيْطَانِ إِنَّهُ لَكُمْ عَدُوٌّ مُّبِينٌ (168)
    TƏRCÜMƏ:

    "Ey insanlar! Yer üzündə olan halal və pak-pakizə nemətlər-dən yeyin və şeytanın yollarına (vəsvəsələrinə) tabe olmayın; çün-ki o, sizin aşkar düşməninizdir.”
    TƏFSİR:

    Hər bir dinin kamillik əlamətlərindən biri də budur ki, o, zərərli yeməkləri şeytan əməli saysın:

    إِنَّمَا الْخَمْرُ وَالْمَيْسِرُ وَالأَنصَابُ وَالأَزْلاَمُ رِجْسٌ مِّنْ عَمَلِ الشَّيْطَانِ

    "Həqiqətən şərab, qumar napak və şeytan əməlidir.”[65]

    Yersiz xərcləri də israfçılıq və şeytanın ardınca düşmək hesab etsin: كُلُواْ ...ً وَلاَ تَتَّبِعُواْ خُطُوَاتِ الشَّيْطَانِ

    "Yeyin, için, amma şeytanın izinə düşməyin.”[66]

    Tarixlərdə qeyd olunur ki, ərəblərin bəziləri müəyyən məhsul və heyvan ətlərini heç bir səbəb olmadan özlərinə haram edir, hətta bəzən bu yaramaz işi Allaha da aid edir-dilər. Yuxarıdakı ayə nazil olmaqla mövcud anlaşılmazlı-ğı aradan qaldırdı.

    İslam dini insanın mənəviyyatına diqqət yetirdiyi ki-mi, maddi həyatı ilə əlaqədar olan məsələləri də tam diqqət mərkəzində saxlamışdır. Onların ən əhəmiyyətlisi isə ye-yinti məhsullarına yetirilən diqqət və maraqdır. Bu barədə onlarla ayə və hədis mövcuddur.

    İlahi peyğəmbərlərin vəzifələrindən biri də qida maddələri və içki növlərinin hansının halal, hansının isə haram olmasını, eləcə də onlardan hər birinin mənfə-ət və ya zərərini bəyan etməkdir.

    Bu ayə təkidlə bəyan edir ki, yer üzərində olan halal və pak-pakizə nemətlərdən bəhrələnin, şeytani vəsvəsələr nə-ticəsində hər hansı bir şeyi dəlilsiz olaraq özünüzə ha-ram etməyin. Çünki şeytan sizin aşkar düşməninizdir. O, and içmişdir ki, insanı mümkün olan bütün yollarla azdı-racaq.

    İndi isə Peyğəmbəri-əkrəm (s) və İmam Baqir (ə)-dən nəql olunan bir neçə hədisə diqqət yetirin: "İbadət yetmiş qismdir. Onların ən fəzilətlisi və gözəli halal ruzi kəsb et-məkdir.”[67]

    "Camaata əl açmamaq üçün halal ruzi ardınca gedərək öz ailəsinin güzəranını təmin edən və öz qonşusuna mehribanlıqla yardım göstərən şəxsin üzü Qiyamət günü Allahın hüzurunda ay parçası kimi parıldayar.”[68]

    "Haram yeməklə edilən ibadət qum üzərində qurulan bina ki-midir.”[69]
    169-CI AYƏ

    إِنَّمَا يَأْمُرُكُمْ بِالسُّوءِ وَالْفَحْشَاء وَأَن تَقُولُواْ عَلَى اللّهِ مَا لاَ تَعْلَمُونَ (169)
    TƏRCÜMƏ:

    "O (şeytan), sizə yalnız pis və çirkin işlər görməyə əmr edir, bilmədiyiniz şeyləri Allaha aid etməyi göstəriş verir.”
    TƏFSİR:

    "Ruhul-bəyan” təfsirində belə qeyd olunur:

    Şeytan müəyyən mərhələləri keçməklə insana vəsvəsə edir. Əvvəlcə onu küfrə (kafir olmağa) dəvət edir, əgər bu işə nail olmasa, növbəti mərhələdə onu bidətə çağırır. Buna da nail olmasa, insanı kəbirə (böyük) günahlar etməyə, buna da nail olmasa, kiçik günahlara, əgər bu dəfə də mü-vəffəq olmasa ibadət yerinə mübah (günah və savabı olmayan) işləri təklif edir. Bu işdə də müvəffəq olmasa aşağı sə-viyyəli ibadətlərə əmr edir ki, insan bəndəçiliyin yüksək mərhələlərinə çata bilməsin.
    170-Cİ AYƏ

    وَإِذَا قِيلَ لَهُمُ اتَّبِعُوا مَا أَنزَلَ اللّهُ قَالُواْ بَلْ نَتَّبِعُ مَا أَلْفَيْنَا عَلَيْهِ آبَاءنَا أَوَلَوْ كَانَ آبَاؤُهُمْ لاَ يَعْقِلُونَ شَيْئاً وَلاَ يَهْتَدُونَ (170)
    TƏRCÜMƏ:

    "Onlara "Allahın nazil etdiklərinə tabe olun!” - deyilən-də, "Xeyr, biz öz ata-babalarımızın ibadət etdiyi şeylərə tabe olacağıq” - deyə cavab verirlər. Hətta onların ata-babaları bir şey başa düşməyib hidayət olunmamışlarsa belə (yenə onlara ta-be olacaqlar)?!”
    TƏFSİR:

    Bundan əvvəlki ayə şeytanın əmrlərinə tabe olmamaq üçün xəbərdarlıq edirdi. Bu ayə isə şeytana kor-koranə təq-lid etməkdən ibarət olan bir vəsvəsə nümunəsini bəyan edə-rək buyurur: "(Kafirlərə) Allahın nazil etdiklərinə tabe olun!” - deyiləndə, "Xeyr, biz öz ata-babalarımızın ibadət etdiyi şeylərə tabe olacağıq” - deyə cavab verirlər. (Bizim üçün bu ayələ-rin heç bir əhəmiyyəti yoxdur.)”

    وَإِذَا قِيلَ لَهُمُ اتَّبِعُوا مَا أَنزَلَ اللّهُ قَالُواْ بَلْ نَتَّبِعُ مَا أَلْفَيْنَا عَلَيْهِ آبَاءنَا

    Quran onların cavabında buyurur: Hətta ata-babaları əql və nəzər sahibi olmayıb, peyğəmbərlərin hidayətini qə-bul etməyiblərsə də belə, onlara tabe olacaqlarmı?

    Təbiidir ki, keçmiş nəsillər ağıl, məntiq və təfəkkür sahibi olsaydı, Quran heç vaxt onları bu işdən çəkindirib məzəmmət etməzdi.
    171-Cİ AYƏ

    وَمَثَلُ الَّذِينَ كَفَرُواْ كَمَثَلِ الَّذِي يَنْعِقُ بِمَا لاَ يَسْمَعُ إِلاَّ دُعَاء وَنِدَاء صُمٌّ بُكْمٌ عُمْيٌ فَهُمْ لاَ يَعْقِلُونَ (171)
    TƏRCÜMƏ:

    "(Sənin) kafirləri (haqq yola dəvət etməyinin) məsəli səs-küydən başqa bir şey eşitməyən heyvanı səsləyən (və təhlükədən uzaqlaşdırmaq istəyən) şəxsin məsəli kimidir. (Lakin onlar səs-küydən başqa bir şey eşitmirlər, həqiqətdə) onlar lal, kar və kor-durlar və (buna görə də) heç nə dərk etmirlər.”
    TƏFSİR:

    Bu ayədə iki təşbih və bənzətmə işlədilmişdir:

    Haqqa dəvət edən şəxs çobana, kafirlər isə çobanın səs-küyündən başqa bir şey eşitməyən heyvanlara oxşadılmış-dır. İmam Baqir (ə)-dan nəql olunan rəvayətdə də bu təşbih təsdiq edilmişdir.[70]

    Ayənin mənası belə olur: ey Peyğəmbər, sənin bu iman-sız xalqı haqqa doğru dəvət edərək kor-koranə təqlid etmələ-rinin qarşısını almağın, öz mal-heyvanlarını təhlükə-dən qurtarmaq üçün səsləyən bir çobana bənzəyir, halbuki, heyvanlar bu sözləri heç cür dərk etmirlər.

    Ayənin axırında əlavə izah üçün buyurulur ki, onlar lal, kar və kordurlar, heç nəyi dərk etmirlər.
    172-Cİ AYƏ

    يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ كُلُواْ مِن طَيِّبَاتِ مَا رَزَقْنَاكُمْ وَاشْكُرُواْ لِلّهِ إِن كُنتُمْ إِيَّاهُ تَعْبُدُونَ (172)
    TƏRCÜMƏ:

    "Ey iman gətirənlər! Sizə verdiyimiz pak-pakizə nemətlər-dən yeyin və əgər Allaha pərəstiş edirsinizsə, Ona şükür edin!”
    TƏFSİR:

    Bu şərif ayədə Allah-taala bəndələrə, əta etdiyi nemət və ruzilərdən bəhrələnməyi Ona şükür edilməklə birlikdə tövsiyə edir. "Safi” təfsirində Rəsuli-əkrəm (s)-dən belə nəql olunmuşdur: Allah-taala buyurur: "Haradadır cinlər və in-sanlar ki, bu böyük xəbər barəsində?! (Yəni bu böyük və son dərəcə mühüm xəbərdən qafil olublar!) Mən insanları xəlq edirəm, onlar isə Məndən qeyrisinə sitayiş edirlər. Mən onlara ruzi verirəm, amma onlar başqalarına şükür edirlər.”[71]

    Yuxarıdakı ayə aşkar şəkildə bəyan edir ki, Allahın sizə verdiyi dadlı, faydalı ruzi və nemətlərdən istifadə edib Ona şükür edin. Əqlin hökmünə əsasən, insanın nemət sahibinə şükür etməsi vacibdir. Allaha şükür etmək ne-mətlərin artıb davam etməsinə səbəb olur. Bu iş ixlas və həqiqi imanın nişanəsidir.

    İmam Hadi (ə) buyurur: "Allah-taala, Onun halal buyurub icazə verdiyi işləri özlərinə qadağan edən və özlərini onlardan məhrum edən şəxslərə qəzəb edir.”[72]
    173-CÜ AYƏ

    إِنَّمَا حَرَّمَ عَلَيْكُمُ الْمَيْتَةَ وَالدَّمَ وَلَحْمَ الْخِنزِيرِ وَمَا أُهِلَّ بِهِ لِغَيْرِ اللّهِ فَمَنِ اضْطُرَّ غَيْرَ بَاغٍ وَلاَ عَادٍ فَلا إِثْمَ عَلَيْهِ إِنَّ اللّهَ غَفُورٌ رَّحِيمٌ (173)
    TƏRCÜMƏ:

    "Allah yalnız ölmüş heyvan ətini, qanı, donuz ətini, həm-çinin (zibh edilərkən) Allahdan başqasının adı çəkilən heyvan-ların ətini sizə haram etmişdir. Amma çarəsiz olan şəxs (ca-nını qoruyub sağ qalmaq üçün ondan yeyərkən) ifrata varmazsa və ya ehtiyac həddini aşmazsa, onun üçün heç bir günah yoxdur. Allah bağışlayan və mehribandır.”
    TƏFSİR:

    Əvvəlki ayənin davamı olaraq, bu ayədə yeyilməli şeylər-dən istifadə olunmasına icazə verilir. İnsan özbaşına, mövhumat və xəyali işlər səbəbi ilə Allahın halal buyur-duqlarını özünə haram edə bilməz. Çünki, Allah-taala yal-nız ölü heyvan ətini, qanı, donuz ətini və kəsilərkən Allah-dan qeyrisinin adı çəkilən heyvanların ətini haram etmiş-dir.

    Bu hökmün də müxtəlif dəlilləri vardır. O cümlədən, İmam Sadiq (ə)-dan belə nəql olunmuşdur: "Ölü heyvanın əti bədənin zəifləməsinə, nəslin kəsilməsinə və qəfil ölümə səbəb olur. Qan yemək qəlbin qəsavət bağlamasına səbəb olur.”[73]

    Həmçinin tibbi nəzəriyyələrə əsasən, donuz əti insan orqanizmində iki növ qurd əmələ gətirir. Bu gün hətta bəzi şərq ölkələrinin səhiyyə nazirlikləri donuz ətindən isti-fadə edilməsini qadağan etmişdir. Əvvəlki dinlərdə, o cümlədən yəhudi dinində də donuz əti haram edilmiş, İn-cildə isə günahkarları donuza oxşatmışlar.

    Əlbəttə, aclıqdan ölüm təhlükəsi ilə qarşılaşdıqda sağ qalıb ölməmək və canını qorumaq üçün haram yeməklərdən istifadə edilməsinə icazə verilir, bu şərtlə ki, zülmə, itaətsizliyə və inadkarlığa gətirib çıxartmasın. Yəni ləz-zət xatirinə deyil, yalnız ölümdən xilas olmaq üçün lazım olan qədər istifadə edilməlidir. Bu icazə Allah-taalanın bəndələrinə olan lütf və mehribanlığını göstərir.

    "Nurus-səqəleyn” təfsirində İmam Sadiq (ə)-dan belə nəql olunmuşdur: "Əgər insan bilərəkdən zərurət halında, qada-ğan edilmiş yeməklərdən yeməyib acından ölsə, kafir kimi öl-müşdür.”[74]

    İslam dini insanın qidalanma keyfiyyətinə tam diqqət yetirmiş, xarab, zərərli və haram yeməklər barəsində dəfə-lərlə xəbərdarlıq etmişdir. Donuz əti, ölü heyvan əti və qa-nın yeyilməsinin haramlığını göstərən hökm Quranda dörd dəfə (iki dəfə Mədinədə, iki dəfə isə Məkkədə) nazil ol-muş və müxtəlif ayələrdə bəyan edilmişdir.

    Heyvanların zibh edilməsi və başının kəsilməsi za-manı Allahın adının çəkilməsi vacibdir. Beləliklə də bilməliyik ki, bizim işlərimizdən heç biri tövhid prin-sipindən xaricdə deyildir. Bu, insanın tövhid əsasında tər-biyə olunması yollarından biridir.

    İslam hərtərəfli dindir və heç bir mərhələdə insanı çıxılmaz vəziyyətdə qoymur. Hər bir dini vəzifə zəruri və çıxılmaz hallarda istisna oluna bilər.

    Bununla yanaşı, buyurulur ki, zərurət halına düşdüyü-nüz şəraitdə də lazım olan miqdarı aşmayın və müəyyən bə-hanələr gətirməklə sui-istifadə etməyin. غَيْرَ بَاغٍ وَلاَ عَادٍ
    174-CÜ AYƏ

    إِنَّ الَّذِينَ يَكْتُمُونَ مَا أَنزَلَ اللّهُ مِنَ الْكِتَابِ وَيَشْتَرُونَ بِهِ ثَمَنًا قَلِيلاً أُولَـئِكَ مَا يَأْكُلُونَ فِي بُطُونِهِمْ إِلاَّ النَّارَ وَلاَ يُكَلِّمُهُمُ اللّهُ يَوْمَ الْقِيَامَةِ وَلاَ يُزَكِّيهِمْ وَلَهُمْ عَذَابٌ أَلِيمٌ (174)
    TƏRCÜMƏ:

    "Allahın nazil etdiyi kitabı gizlədənlər və onu ucuz qiy-mətə satanlar oddan başqa bir şey yemirlər. Allah Qiyamət günü onlarla danışmaz və onları pak etməz. Onlar üçün dərdli əzab vardır.”
    TƏFSİR:

    Yəhudi və məsihi alimləri İslam Peyğəmbəri (s) zühur etməmişdən əvvəl camaata o həzrətin gəlişini vədə verir və o Həzrətin Tövratda və İncildə olan əlamətlərini xatır-ladırdılar. Amma Rəsuli-əkrəm (s) peyğəmbərliyə seçilən kimi onlar Həzrətə iman gətirməyi öz mənafeylərinə uyğun görməyib bütün məqam və mal-dövlətlərinin əldən gedəcəyin-dən qorxuya düşdülər və hər şeyi unudaraq həqiqəti gizlət-dilər. Onlara elə gəlirdi ki, həqiqəti gizlətməklə müvəq-qəti də olsa, öz mövqeylərini qoruyub, müxtəlif töhfə və hə-diyyələrə yiyələnə biləcəklər.

    Amma bu, onların kəsb etdiyi böyük günahlarla müqayi-sədə çox kiçik və əhəmiyyətsiz bir iş idi. Quranın təbi-rincə, əldə olunan bu cür gəlir onların öz əlləri ilə qa-rınlarına doldurduqları oddan başqa bir şey deyildir. Başqa ayələrdə yetim malının yeyilməsi cəhənnəm odunu ye-mək kimi təbir olunmuşdur. Allah-taala Qiyamət günündə haqqı gizlədənlərlə mehriban və mülayim danışmayacaq, am-ma möminlərlə mərhəmətli və xoş rəftar edəcəkdir. Əl-bəttə, bu danışıqlar fəzada səs dalğalarının icad edilmə-si və ya ilham, yaxud da qəlb dili ilə olacaqdır. Bir sözlə, o gündə Allah bütün yaxşı insanlarla danışacaqdır. Amma bu dünyada haqqın qarşısına sədd çəkərək, onu gizlədənlər, həqiqətdə Allah kəlamının yolunu bağlamışlar. Məhz buna görə də Qiyamətdə Allahla onların söhbət və danışıq yol-ları bağlanacaqdır.

    Onlar öz Pərvərdigarlarından məhəbbətli bir söz eşitməzlər. Amma Allah-taala tərəfindən qəhr və qəzəbli kəlam, o cümlədən cəhənnəmdə قَالَ اخْسَؤُوا فِيهَا وَلَا تُكَلِّمُونِ "qaləxsəu fiyha və la tukəllimun” ("Onda qalın və Mənimlə danışmayın!”) kəlməsini eşidəcəklər. Allah-taala onların günahlarını bağışlamayacaq və onlar üçün dərdli əzablar vardır.
    İNCƏ NÖQTƏLƏR

    1- Allahın hökmlərini və dini qanunları heç bir şeyə qurban vermək və ya hansısa bir mənfəət və işin xatirinə gizlətmək olmaz: ثَمَنًا قَلِيلاً

    2- Haram yolla yeyilən şeylər Qiyamətdə cisim surətinə düşərək oda çevriləcəkdir: إِلاَّ النَّارَ

    3- Cəza ilə günah bir-birinə mütənasib olmalıdır. Bu dünyada ilahi kəlamın camaata çatmasının qarşısını alanlar Qiyamətdə Allah kəlamını dinləmək ləzzətindən məhrum olacaqlar.

    4- Həqiqətin gizlədilməsi dedikdə, təkcə Rəsuli-əkrəm (s)-in barəsində olan həqiqətlər nəzərdə tutulmur; Peyğəm-bərin həqiqi canişini barəsində olan həqiqətləri gizlə-dənlər də həmin ağır aqibətə düçar olacaqlar. Öz təfsir və tarix kitablarında Qədir-Xum hadisəsini gizlədərək, onu tarix səhifələrindən məhv etməyə çalışanlar, həmçinin bu məsələ ilə əlaqədar nazil olan ayələri təhrif etmək istəyən-lər, camaatı məsum imamlar əvəzinə başqalarına tabe ol-mağa dəvət edənlər də həqiqəti gizlədənlər sayılırlar.
    175-Cİ AYƏ

    أُولَـئِكَ الَّذِينَ اشْتَرَوُاْ الضَّلاَلَةَ بِالْهُدَى وَالْعَذَابَ بِالْمَغْفِرَةِ فَمَآ أَصْبَرَهُمْ عَلَى النَّارِ (175)
    TƏRCÜMƏ:

    "Onlar həmin şəxslərdir ki, hidayəti zəlalətlə, məğfirət və bağışlanmağı isə əzabla dəyişmişlər. Doğrusu, cəhənnəm oduna dözməkdə nə qədər səbirlidirlər?!”
    TƏFSİR:

    Haqqı gizlədənlər hidayəti azğınlıq, məğfirət və ba-ğışlanmağı isə ilahi əzabla mübadilə etmişlər.

    Doğrusu, onlar ilahi əzabın qarşısında nə qədər dözə biləcəklər? Məgər bilmirlər ki, haqqı gizlətməklə, tarix boyu bütün bəşəriyyətin azğınlığa düşməsinə səbəb olur-lar?

    Rəsuli-əkrəm (s) buyurur: "Ya Əli, camaatın ən pisi o kəs-dir ki, öz dünyasına görə axirətini əldən versin. Ondan da pis öz axirətini başqasının dünyasına görə əldən verən şəxsdir.”
    176-CI AYƏ

    ذَلِكَ بِأَنَّ اللّهَ نَزَّلَ الْكِتَابَ بِالْحَقِّ وَإِنَّ الَّذِينَ اخْتَلَفُواْ فِي الْكِتَابِ لَفِي شِقَاقٍ بَعِيدٍ (176)
    TƏRCÜMƏ:

    "(Bu əzabların) səbəbi budur ki, Allah (səmavi) kitabı haqq olaraq (açıq-aydın dəlil və nişanələrlə) nazil etdi və bu kitabda (həqiqəti gizlədib onu təhrif edərək təfriqə və) ixtilaf yara-danlar uzun-uzadı (pərakəndəlik və) parçalanmadadırlar.”
    TƏFSİR:

    Həqiqəti gizlədənlər üçün vəd olunan bu əzab və təh-didlərin hamısının səbəbi budur ki, Allah-taala səmavi kitabı o qədər aydın və aşkar dəlillərlə birgə nazil et-mişdir ki, onda heç bir şəkk-şübhə yeri qalmır.

    لَّيْسَ الْبِرَّ أَن تُوَلُّواْ وُجُوهَكُمْ قِبَلَ الْمَشْرِقِ وَالْمَغْرِبِ وَلَـكِنَّ الْبِرَّ مَنْ آمَنَ بِاللّهِ وَالْيَوْمِ الآخِرِ وَالْمَلآئِكَةِ وَالْكِتَاب ِ وَالنَّبِيِّينَ وَآتَى الْمَالَ عَلَى حُبِّهِ ذَوِي الْقُرْبَى وَالْيَتَامَى وَالْمَسَاكِينَ وَابْنَ السَّبِيلِ وَالسَّآئِلِينَ وَفِي الرِّقَابِ وَأَقَامَ الصَّلاةَ وَآتَى الزَّكَاةَ وَالْمُوفُونَ بِعَهْدِهِمْ إِذَا عَاهَدُواْ وَالصَّابِرِينَ فِي الْبَأْسَاء والضَّرَّاء وَحِينَ الْبَأْسِ أُولَـئِكَ الَّذِينَ صَدَقُوا وَأُولَـئِكَ هُمُ الْمُتَّقُونَ (177)
    TƏRCÜMƏ:

    "Yaxşılıq (yalnız namaz vaxtı) üzünüzü məşriqə və (ya) məğ-ribə döndərməkdə, (bütün vaxtınızı qiblənin dəyişdirilməsi barəsində olan söhbətlərə sərf etməkdə) deyildir. Əksinə, yaxşı iş və yaxşı əməl sahibi o kəsdir ki, Allaha, Qiyamət gününə, mə-ləklərə, (səmavi) kitaba, peyğəmbərlərə iman gətirib, (özlərinin) çox sevdikləri mal-dövləti (xalis niyyətlə Allah yolunda) öz qo-humlarına, yetimlərə, miskinlərə, yolda qalanlara, saillərə, qul-lara (onların azad olunmasına) infaq etsinlər, namaz qılıb zə-kat versinlər, (həmçinin,) əhd bağladıqdan sonra, ona vəfalı ol-sunlar, ağır müsibətlər, çətinliklər, xəstəliklər müqabilində, müharibə meydanında müqavimət göstərsinlər. Bunlar doğruçu-lardır (onların danışıqları, rəftar və etiqadları bir-biri ilə uyğundur) pəhrizkar şəxslər məhz bunlardır.”
    TƏFSİR:

    Allaha iman gətirmək, haqqı qəbul edərək tağutların qarşısında təslim olmamaq, Qiyamətə iman gətirmək insa-nın dünyagörüşünün genişlənməsinə, əzm və iradəsinin yüksəlməsinə səbəb olur. Mələklərə, vəhyə, ilahi tədbirə və bu kimi digər şeylərə iman gətirmək təbiətin fövqündə dayanan ilahi varlıqlara iman gətirmək deməkdir.

    Peyğəmbərlərə iman gətirmək, tarix boyu düzgün yola, hidayət cərəyanına iman gətirmək kimi başa düşülür və ey-ni zamanda insanın öz xilqətində məqsədsiz yaranmadığını və özbaşına buraxılmadığını göstərir. وَآتَى الْمَالَ "Və atəl-malə” cümləsi burada qarşılıqlı kömək və insanları sev-mək kimi ali-insani məsələlərə toxunur. وَأَقَامَ الصَّلاةَ "Əqamus-səlatə” cümləsi insanlarla Allah-taala arasında qırılmaz əlaqənin mövcudluğuna, وَآتَى الزَّكَاةَ "və atəz-zəkatə” isə sinfi tə-zad və ayrı-seçkiliyin həll edilməsi üçün olan proqrama işarədir. Əhdə vəfa etmək insanlar arasında ictimai ra-bitələrin möhkəmlənməsinə, qarşılıqlı həmkarlıq və etimadın yaranmasına, səbr isə insanların qurtuluşa çı-xıb nicat tapmasına səbəb olur.
    İNCƏ NÖQTƏLƏR

    1- Bu ayə Quranın ən əhatəli ayələrindən biridir. "Əl-mizan” təfsirində Rəsuli-əkrəm (s)-dən belə nəql olunmuş-dur: "Hər kəs bu ayəyə əməl edərsə imanı kamilləşər.”[75]

    2- Dinin həqiqi möhtəvasını boşlayaraq təkcə şüar və gurultulu alqışların ardınca düşməməli və əsil məqsəd-dən yayınmamalıyıq.

    3- İman iddiaçıları çoxdur, amma həqiqi möminlər, bu ayəyə tamamilə əməl edənlər və ayənin axırında "pəhrizkar şəxslər məhz bunlardır” deyə nəzərdə tutulanlardır.

    4- Yaradana, məada və vəhyə iman gətirmək xeyir əməllərə nisbətən birinci dərəcəli işlərdir.

    5- Bu ayədə Allah-taalaya iman gətirmək – məhrum və zə-if insanlara yardım etmək, ictimaiyyətdə qarşılıqlı həm-karlıq və dostluq əlaqəsi yaratmaq, çətin vəziyyətlərdə bir-birinə kömək etmək məsələsi ilə birlikdə qeyd olunmuşdur.

    6- Təqvanı kamal həddinə çatdırmaq üçün istər vacibi, istərsə də müstəhəb infaq (ehsan) lazım və zəruridir. Bəzi insanlar zəif və möhtac insanlara kömək edir, amma öz vaci-bi vəzifələrini yerinə yetirmirlər. Bəziləri də vacibi və-zifələri yerinə yetirdikləri halda fəqirlərə, məhrumlara qarşı etinasız və laqeyd yanaşırlar.

    وَآتَى الْمَالَ عَلَى حُبِّهِ Bu ayədə həqiqi mömin və təqva sahibləri öz vacibi hüquq və vəzifələrini yerinə yetirdikdən (zəkat verdikdən) sonra müstəhəb əməlləri də yerinə yetirən şəxs-lərdir.

    Buna görə də hədislərdə qeyd olunur ki, varlıların mal-dövlətində, hətta vacibi vergiləri versələr də belə, məhrumlar üçün müəyyən haqlar vardır. Acların qeydinə qal-maq, onlara ürək yandırmaq bütün insanların vəzifəsidir.[76]

    7- Aşağıdakı hallarda müqavimət göstərib səbirli ol-maq vacibdir:

    Yoxsulluq və fəqirlik halında, xəstəlik və çətinlik-lərdə, müharibə və cihad zamanı səbirli olmaq.

    Bütün bu hallarda səbr etmək şəxslərin insani kamala çatmasını göstərir. Quran səbr etməyi behişt nemətlərinə nail olmağın dəlillərindən biri kimi təqdim edərək buyu-rur: أُوْلَئِكَ يُجْزَوْنَ الْغُرْفَةَ بِمَا صَبَرُوا

    "Onlara, səbr etdiklərinə görə cənnətlər veriləcək.”[77]

    Yəni onlara, səbirli olduqlarına görə yüksək cənnət məqamları əta olunacaq. Başqa bir ayədə buyurulur:

    سَلاَمٌ عَلَيْكُم بِمَا صَبَرْتُمْ فَنِعْمَ عُقْبَى الدَّارِ

    "Mələklər behişt əhlinə deyərlər: Səbr etdiyinizə görə sizə salam olsun!”[78]

    İlahi rəhbərlik məqamına çatmağın da şərtlərindən biri səbirli və dözümlü olmaqdır. Quran buyurur:

    وَجَعَلْنَا مِنْهُمْ أَئِمَّةً يَهْدُونَ بِأَمْرِنَا لَمَّا صَبَرُوا وَكَانُوا بِآيَاتِنَا يُوقِنُونَ

    "Onları, səbr etdiklərinə görə rəhbərlər qərar verdik ki, Bizim əmrimizlə (insanları düz yola) hidayət etsinlər.”[79]

    Ayədəki "birr” kəlməsi eynilə "şəkər” kəlməsi kimidir. Çox şirin olan şeylərə şəkər deyildiyi kimi, çox yaxşı işlər görən adama da "birr”dir – yəni "başdan-ayağa yaxşı-lıqdır” - deyərlər.
    Category: Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) | Added by: Islam_Kitabxanasi (2012-06-25)
    Views: 925 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024