İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 2
Qonaqlar 2
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Articles » Quran » Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri)

    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri)

    282-Cİ AYƏ

    يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ إِذَا تَدَايَنتُم بِدَيْنٍ إِلَى أَجَلٍ مُّسَمًّى فَاكْتُبُوهُ وَلْيَكْتُب بَّيْنَكُمْ كَاتِبٌ بِالْعَدْلِ وَلاَ يَأْبَ كَاتِبٌ أَنْ يَكْتُبَ كَمَا عَلَّمَهُ اللّهُ فَلْيَكْتُبْ وَلْيُمْلِلِ الَّذِي عَلَيْهِ الْحَقُّ وَلْيَتَّقِ اللّهَ رَبَّهُ وَلاَ يَبْخَسْ مِنْهُ شَيْئًا فَإن كَانَ الَّذِي عَلَيْهِ الْحَقُّ سَفِيهًا أَوْ ضَعِيفًا أَوْ لاَ يَسْتَطِيعُ أَن يُمِلَّ هُوَ فَلْيُمْلِلْ وَلِيُّهُ بِالْعَدْلِ وَاسْتَشْهِدُواْ شَهِيدَيْنِ من رِّجَالِكُمْ فَإِن لَّمْ يَكُونَا رَجُلَيْنِ فَرَجُلٌ وَامْرَأَتَانِ مِمَّن تَرْضَوْنَ مِنَ الشُّهَدَاء أَن تَضِلَّ إْحْدَاهُمَا فَتُذَكِّرَ إِحْدَاهُمَا الأُخْرَى وَلاَ يَأْبَ الشُّهَدَاء إِذَا مَا دُعُواْ وَلاَ تَسْأَمُوْاْ أَن تَكْتُبُوْهُ صَغِيرًا أَو كَبِيرًا إِلَى أَجَلِهِ ذَلِكُمْ أَقْسَطُ عِندَ اللّهِ وَأَقْومُ لِلشَّهَادَةِ وَأَدْنَى أَلاَّ تَرْتَابُواْ إِلاَّ أَن تَكُونَ تِجَارَةً حَاضِرَةً تُدِيرُونَهَا بَيْنَكُمْ فَلَيْسَ عَلَيْكُمْ جُنَاحٌ أَلاَّ تَكْتُبُوهَا وَأَشْهِدُوْاْ إِذَا تَبَايَعْتُمْ وَلاَ يُضَآرَّ كَاتِبٌ وَلاَ شَهِيدٌ وَإِن تَفْعَلُواْ فَإِنَّهُ فُسُوقٌ بِكُمْ وَاتَّقُواْ اللّهَ وَيُعَلِّمُكُمُ اللّهُ وَاللّهُ بِكُلِّ شَيْءٍ عَلِيمٌ (282)
    TƏRCÜMƏ:

    "Ey iman gətirənlər! Bir-birinizə (uzunmüddətli borc və ya alver üçün) müddətli borc verərkən onu yazın. Gərək bir katib (borc sənədini) ədalət əsasında yazsın. Bir kimsənin yazmağa im-kanı olarsa, gərək - Allahın ona təlim verdiyi kimi - yazmaqdan imtina etməsin və gərək (bu ilahi nemət xatirinə) yazsın. Üzə-rində haqq olan kəs gərək imla etsin və öz Pərvərdigarı olan Al-lahdan qorxsun və heç bir şeyi əskiltməsin. Üzərində haqq olan kəs səfeh, yaxud (əql baxımından) zəif və ya (lal olmasına görə) imla etməyə qadir olmasa, onun qəyyumu (onun yerinə) ədalətə riayət et-mək şərti ilə (borcun müddət və miqdarını) imla etsin. Və öz kişilərinizdən iki (adil) şəxsi (bu haqqa) şahid tutun. əgər iki nəfər kişi tapılmazsa, xatircəm və razı olduğunuz iki qa-dın və bir kişini seçin. (Bu iki qadın da birlikdə şahid tu-tulmalıdır) ki, onlardan biri qafil olub unutsa, digəri onun yadına salsın. Şahidlər (şahidlik üçün) dəvət edilərkən boyun qaçırmamalıdırlar. (Borcu) yazarkən onun məbləğinin az və ya çox olmasından usanmayın (hər nə olsa, onu da yazın). Bu, Allahın ya-nında ədalətə daha yaxın, şahidlik üçün daha münasib və şəkk-şübhənin, tərəddüdün qarşısının alınması üçünyaxşıdır. La-kin nəqdi yolla aranızda dövr etdirdiyiniz ticarət və alver olar-sa, onda sizin üçün onu yazmamağın heç bir günahı yoxdur. Və (nəq-di) alver etdiyiniz zaman (yenə də) şahid tutun. Şahidə və yazana (haqqı dediklərinə görə) heç bir ziyan dəyməməlidir (və təzyiqə mə-ruz qalmamalıdır). əgər belə etsəniz, Allahın əmr və fərmanın-dan çıxmış olursunuz. Allah qarşısında təqvalı olun. və Allah sizə elm öyrədər; Allah hər bir şeyə alimdir.”
    TƏFSİR:
    QURANIN ƏN UZUN AYƏSİ

    Keçən ayələrdə Allah yolunda infaq etməkdən və sələm-çilikdən söhbət gedirdi. Quranın ən uzun ayəsi olan bu ayədə isə ticarət və iqtisadi məsələlərlə əlaqədar olan bir neçə dəqiq hökm və göstəriş bəyan olunur ki, sərmayələr mümkün qədər inkişaf edib təbii dövriyyəyə buraxılsın, cəmiyyətdə ağır vəziyyətlər, ciddi ziddiyyətlər və çəkişmələr baş alıb getməsin.

    Bu ayədə alver və ticarətlə əlaqədar olaraq 19 göstəriş aşağıdakı ardıcıllıqla bəyan edilir:

    1- Əvvəlcə buyurulur: "Ey iman gətirənlər, bir-birinizə (müddətli ödənc və ya alver məqsədi ilə) borc verdiyiniz zaman onu yazın.” يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ إِذَا تَدَايَنتُم بِدَيْنٍ إِلَى أَجَلٍ مُّسَمًّى فَاكْتُبُوه

    Bu təbirdən həm qısa və uzunmüddətli borc verilmə-sinin, həm də onlar üçün müddət təyin edilməsinin qanuni bir iş olması aydınlaşır. Bu hökm adi borcdan əlavə, həm də müamilələrdə olan sələf, nisyə, və s. kimi bütün borclara şamil olur.

    2 və 3- Sonra borc verənlərin və ya alanların daha artıq əmin olmaları, eləcə də müqavilələrin ehtimali müdaxilə-lərdən salamat qalması üçün buyurulur: "Gərək bir katib əda-lət əsasında (borc sənədini) yazsın.” وَلْيَكْتُب بَّيْنَكُمْ كَاتِبٌ بِالْعَدْلِ

    Deməli, borc sənədi və ya qəbz üçüncü bir şəxsin vasi-təsi ilə tənzim olunmalı və o şəxs də ədalətli olmalıdır.

    4- "Yazmağı bacaran və bu işə imkanı olan şəxs yazmaqdan im-tina etməməli, Allahın ona öyrətdiyi kimi yazmalıdır.”

    وَلاَ يَأْبَ كَاتِبٌ أَنْ يَكْتُبَ كَمَا عَلَّمَهُ اللّهُ فَلْيَكْتُبْ

    Yəni belə bir şəxs Allahın ona verdiyi bu nemətin şükrünü yerinə yetirsin deyə, müqaviləni yazmaqdan imtina etməməli, üstəlik bu mühüm işdə müqavilə bağlayan tərəf-lərə kömək etməlidir.

    5- "Hər bir şəxs üzərində olan haqqı imla etməlidir.”

    وَلْيُمْلِلِ الَّذِي عَلَيْهِ الْحَقُّ

    6- "Borclu şəxs Allah qarşısında təqvalı olmalı və bu yol-da heç nəyi əsirgəməməlidir.” وَلْيَتَّقِ اللّهَ رَبَّهُ وَلاَ يَبْخَسْ مِنْهُ شَيْئًا

    7- "Əgər haqqın öhdəsinə olduğu şəxs (borclu şəxs) səfeh, ya-xud (əqli cəhətdən) zəif (dəli) olsa, yaxud da (lal olduğuna görə) imla deyə bilməsə, onun qəyyumu bu işi görməlidir.”

    فَإن كَانَ الَّذِي عَلَيْهِ الْحَقُّ سَفِيهًا أَوْ ضَعِيفًا أَوْ لاَ يَسْتَطِيعُ أَن يُمِلَّ هُوَ فَلْيُمْلِلْ وَلِيُّهُ

    Buna əsasən, üç dəstəyə onların qəyyumları imla etməli-dir:

    a) Səfeh olub öz zərər və ya mənfəətini ayırd edə bil-məyənlər və öz maliyyə işlərini tənzim etməyi bacarmayan-lar, (hətta dəli olmasalar belə);

    b) Dəli və ya əqli cəhətdən zəif olanlar, azyaşlı uşaq-lar, əqli cəhətdən özünü idarə edə bilməyən və huşsuz qoca-lar;

    v) Lal şəxslər və ya lal olmasalar da, müəyyən səbəblərə görə imla deməyə imkanı olmayanlar.

    Bu cümləyə diqqət etdikdə digər bir hökm də aydın olur: Səfehlər və əqli cəhətdən zəif olanlar müstəqil olaraq öz pul və mallarını işlətmək haqqından məhrumdurlar və on-ların qəyyumları bu kimi işlərdə dəxalət edə bilərlər.

    8- Qəyyum da öz öhdəsinə götürdüyü şəxslərin borcları-nı etiraf edib imla deməkdə ədalətə riayət etməlidir: بِالْعَدْلِ

    9- Sonra əlavə edilir: "Bundan əlavə iki şahid də tutun”

    وَاسْتَشْهِدُواْ شَهِيدَيْنِ

    10 və 11- Bu iki şahid "sizin kişilərinizdən” olmalı-dır, yəni həm həddi-büluğa çatmış, həm də müsəlman olma-lıdır: من رِّجَالِكُمْ

    12- İki kişi tapılmadıqda, bir kişi və iki qadın da kifayətdir: فَإِن لَّمْ يَكُونَا رَجُلَيْنِ فَرَجُلٌ وَامْرَأَتَانِ

    13- Şahidlər sizin əmin və razı olduğunuz şəxslərdən olmalıdır: مِمَّن تَرْضَوْنَ مِنَ الشُّهَدَاء

    14- Şahidlər iki kişidən ibarət olduqda onların hər biri ayrılıqda şəhadət verə bilər. Amma bir kişi və iki qadın olduqda, o iki qadın birlikdə şəhadət verməlidir ki, "əgər biri qafil olub unutsa digəri ona xatırlatsın.”

    أَن تَضِلَّ إْحْدَاهُمَا فَتُذَكِّرَ إِحْدَاهُمَا الأُخْرَى

    Çünki qadınlar güclü atifəyə malik olduğundan, tez tə-sir altına düşə bilər, şəhadət verərkən unutqanlıq və ya digər müəyyən səbələr üzündən haqqa şəhadət verməyə bilər-lər.

    15- Bu məsələyə aid olan hökmlərdən biri də budur ki, "hərgah şahidləri (şəhadət vermək üçün) çağırsalar, gərək bu işdən imtina etməsinlər.” وَلاَ يَأْبَ الشُّهَدَاء إِذَا مَا دُعُواْ

    Deməli, şahidlik üçün dəvət olunduqda bu işi qəbul etmək vacibdir.

    16- Verilən borclar miqdarının az və ya çox olmasından asılı olmayaraq yazılmalıdır. Çünki islam dininin mü-əyyən etdiyi sağlam iqtisadi əlaqələr tələb edir ki, miqdarı az olan borcların da müqavilə sənədləri yazılsın. Buna görə də sonrakı cümlədə buyurulur: "Müddətli olan az və çox borc-ları yazmaqdan usanmayın.” وَلاَ تَسْأَمُوْاْ أَن تَكْتُبُوْهُ صَغِيرًا أَو كَبِيرًا إِلَى أَجَلِهِ

    Sonra buyurulur: "Bu, Allah yanında ədalətə daha yaxın, şəhadət üçün daha münasib və şəkk-şübhənin qarşısını almaq üçün daha münasibdir.” ذَلِكُمْ أَقْسَطُ عِندَ اللّهِ وَأَقْومُ لِلشَّهَادَةِ وَأَدْنَى أَلاَّ تَرْتَابُواْ

    Bu cümlə alverlə əlaqədar olan sənədlərin yazılma-sında yuxarıdakı hökmün bir növ səbəbini bəyan edir və gös-tərir ki, tənzim olunmuş sənədlərdən məhkəmədə etibarlı bir dəlil kimi istifadə edilə bilər.

    17- Sonra bu hökmdən bir hal istisna olunaraq buyuru-lur: "Amma əgər nəqdi alver olsa və (malı və onun pulunu) bir-bi-rinizə təhvil versəniz, onda sizin üçün onu yazmamağın heç bir günahı yoxdur.”

    إِلاَّ أَن تَكُونَ تِجَارَةً حَاضِرَةً تُدِيرُونَهَا بَيْنَكُمْ فَلَيْسَ عَلَيْكُمْ جُنَاحٌ أَلاَّ تَكْتُبُوهَا

    18- Nəqdi alış-verişdə sənədin tənzim olunması və ya yazılmasının vacib olmamasına baxmayaraq, onun üçün də şahid tutulması daha yaxşıdır. Çünki bu yolla gələcəkdə ehtimal üzrə yarana biləcək ixtilafların qarşısı alı-nır: "Nəqdi (alver) edəndə şahid tutun: وَأَشْهِدُوْاْ إِذَا تَبَايَعْتُمْ

    19- Bu ayədə bəyan olunan axırıncı hökmdə buyurulur: "Sənədi yazanlar və şahidlər heç vaxt (haqq-ədaləti bərqərar etmək yolunda) əzab-əziyyətə və zərərə düçar olmamalıdırlar.”

    وَلاَ يُضَآرَّ كَاتِبٌ وَلاَ شَهِيدٌ

    "Əgər belə bir iş etsələr, Allahın fərmanından çıxmış olurlar.” فَإِنَّهُ فُسُوقٌ بِكُمْ

    Bu hökmlərin hamısı bəyan olunduqdan sonra ayənin so-nunda bəndələr təqvaya, pəhrizkarlığa, Allahın əmr və fər-manlarına itaət etməyə dəvət edilir: وَاتَّقُواْ اللّهَ

    Daha sonra xatırladılır ki, "Allah sizin həyat və məi-şətinizdə ehtiyaclı olduğunuz maddi və mənəvi şeyləri sizə öyrə-dir.” وَيُعَلِّمُكُمُ اللّهُ

    Yuxarıdakı iki cümlənin bir-birinin yanında gəlməsi bu məsələni çatdırır ki, təqva, pəhrizkarlıq və Allaha pə-rəstiş etmək insanların mərifət, dünyagörüş, elm və bi-liyinin artmasında dərin təsirlərə malikdir. Çünki:"O, bəndələrin xeyrinə və ya ziyanına olan şeylərdən tam agahdır, on-ların məsləhətinə olanları onlar üçün müqərrər edir.”

    وَاللّهُ بِكُلِّ شَيْءٍ عَلِيمٌ
    283-CÜ AYƏ

    وَإِن كُنتُمْ عَلَى سَفَرٍ وَلَمْ تَجِدُواْ كَاتِبًا فَرِهَانٌ مَّقْبُوضَةٌ فَإِنْ أَمِنَ بَعْضُكُم بَعْضًا فَلْيُؤَدِّ الَّذِي اؤْتُمِنَ أَمَانَتَهُ وَلْيَتَّقِ اللّهَ رَبَّهُ وَلاَ تَكْتُمُواْ الشَّهَادَةَ وَمَن يَكْتُمْهَا فَإِنَّهُ آثِمٌ قَلْبُهُ وَاللّهُ بِمَا تَعْمَلُونَ عَلِيمٌ (283)
    TƏRCÜMƏ:

    "Əgər səfərdə olub (müqaviləni yazmaq üçün) katib tapma-sanız, girov saxlayın (borc verən şəxsin ixtiyarına bir şey ve-rin). əgər bir-birinizdən (tam) xatircəm olsanız, (girov almaq lazım deyil və) xatircəm sayılan (və girov qoymadan başqasından bir şey alan) şəxs əmanəti (və öz borcunu vaxtlı-vaxtında) qay-tarsın, öz Pərvərdigarı olan Allah qarşısında təqvalı olsun. Və şəhadəti gizlətməyin, hər kəs onu gizlətsə, onun qəlbi günah-kardır və Allah, sizin etdiyiniz əməllərdən agahdır.”
    TƏFSİR:
    KEÇƏN MƏSƏLƏLƏRİN TƏKMİLLƏŞDİRİLMƏSİ

    Bu ayə ticarət məsələləri ilə əlaqədar sənədin tənzim olunmasında bir neçə hökmü bəyan etməklə əvvəldəki ayəni təkmilləşdirir. Onlar aşağıdakılardan ibarətdir:

    1- Səfərdə olan zaman sizin üçün alver sənədini tən-zim edib müqaviləni yazmaq üçün katib tapılmadıqda girov alın: وَإِن كُنتُمْ عَلَى سَفَرٍ وَلَمْ تَجِدُواْ كَاتِبًا فَرِهَانٌ مَّقْبُوضَةٌ

    Əlbəttə, səfərdə olmadığınız vaxtlarda da sənədin tən-zim olunması üçün bir kəsi tapmasanız, girov qoymağın eybi yoxdur.

    2- Girov qoyulan şeylər ehtimal üzrə təhvil alınması mümkün olan şeylərdən olmalı və borc verən şəxsin ixtiya-rına verilməlidir ki, tam xatircəmlik olsun. Buna görə də فَرِهَانٌ مَّقْبُوضَةٌ "götürülən girov” deyə buyurulur.

    3- Sonra yuxarıdakı hökmdən bir hal istisna olunaraq buyurulur: "Əgər sizlərdən biri digərinə etibar etsə, (sənəd yaz-madan, girov qoymadan onunla razılaşaraq əmanəti ona həvalə edə bilər) bu zaman gərək əmanətdar sayılan şəxs əmanəti (və öz bor-cunu vaxtında) qaytarsın və onun Pərvərdigarı olan Allahdan qorxsun.” فَإِنْ أَمِنَ بَعْضُكُم بَعْضًا فَلْيُؤَدِّ الَّذِي اؤْتُمِنَ أَمَانَتَهُ وَلْيَتَّقِ اللّهَ رَبَّهُ

    Diqqət yetirmək lazımdır ki, şəxsin verdiyi borc əma-nət kimi qeyd edilmişdir ki, buna da xəyanət edilməsi ba-ğışlanmayan (kəbirə) günahlardandır.

    4- Sonra bütün insanlara xitab edərək şəhadət barə-sində ümumi bir hökmü bəyan edib buyurur: "Şəhadəti giz-lətməyin, hər kəs onu gizlətsə, qəlbi günahkardır.”

    وَلاَ تَكْتُمُواْ الشَّهَادَةَ وَمَن يَكْتُمْهَا فَإِنَّهُ آثِمٌ قَلْبُهُ

    Deməli, başqalarının hüquqlarından agah olanların vəzifəsi budur ki, şəhadət vermək üçün çağırılan zaman onu gizlətməsin.

    Şəhadətin gizlədilməsi və şahidlik etməkdən imtina etmək insanın qəlbi (ruhu) ilə əlaqədar olan işlərdən ol-duğu üçün, onu "qəlbin günahı” adlandırır: "Hər kəs belə bir iş görərsə, onun qəlbi günahkardır.”

    Ayənin axırında əmanətin qorunması, başqalarının hüquqlarına riayət edilməsi və şəhadətin gizlədilməməsi üçün xəbərdarlıq edilir və daha artıq təkidlə belə buyuru-lur: "Allah sizin etdiyiniz işlərdən agahdır.” وَاللّهُ بِمَا تَعْمَلُونَ

    Mümkündür ki, camaat kimin şahidlik etməyə qadir olub-olmadığını, eləcə də sənəd və girov mövcud olmayan yer-lərdə kimin borc verib-vermədiyini dəqiq şəkildə müəy-yənləşdirə bilməsinlər. Lakin Allah onların hamısını bilir və hər bir kəsə, onun öz əməllərinə uyğun olaraq cəza və ya mükafat verəcəkdir.
    284-CÜ AYƏ

    لِّلَّهِ ما فِي السَّمَاواتِ وَمَا فِي الأَرْضِ وَإِن تُبْدُواْ مَا فِي أَنفُسِكُمْ أَوْ تُخْفُوهُ يُحَاسِبْكُم بِهِ اللّهُ فَيَغْفِرُ لِمَن يَشَاء وَيُعَذِّبُ مَن يَشَاء وَاللّهُ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ (284)
    TƏRCÜMƏ:

    "Göylərdə və yerdə olanlar Allaha məxsusdur. (Belə isə) qəlbi-nizdə olanları aşkar da etsəniz, gizli də saxlasanız, Allah siz-dən, onların əsasında haqq-hesab çəkəcəkdir, sonra hər kəsi istəsə (ləyaqəti olan surətdə) bağışlayacaq, hər kəsi də istəsə (layiq ol-duğu surətdə) cəzalandıracaqdır. Allah hər bir şeyə qadirdir.”
    TƏFSİR:

    Bu ayə əvvəldəki ayənin sonunda qeyd olunanları təkmil-ləşdirir və buyurur: "Göylərdə və yerdə olanlar Allaha məxsus-dur. (Buna görə də) əgər qəlbinizdə olanları aşkar etsəniz və ya gizlətsəniz, Allah sizinlə, onların əsasında mühasibə edəcək-dir.”

    لِّلَّهِ ما فِي السَّمَاواتِ وَمَا فِي الأَرْضِ وَإِن تُبْدُواْ مَا فِي أَنفُسِكُمْ أَوْ تُخْفُوهُ يُحَاسِبْكُم بِهِ اللّهُ

    "Sonra hər kəsi istəsə (və o da ləyaqətli olsa) bağışlayacaq və hər kəsi istəsə (əzaba layiq olduğu surətdə) cəzalandıracaqdır.”

    فَيَغْفِرُ لِمَن يَشَاء وَيُعَذِّبُ مَن يَشَاء

    Yəni belə təsəvvür edilməməlidir ki, şəhadətin və qəlblə əlaqədar olan sair günahların gizlədilməsi asiman-ların, yerin və bir sözlə bütün varlıq aləminin mütləq haki-mi olan Allaha məxfi qalır. Xeyr, heç bir şey Onun üçün gizli deyildir. Ayənin axırında buyurulur: "Allah hər bir şeyə qadirdir.” وَاللّهُ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ

    O, həm bu dünyada baş verən işlərdən tam agahdır, həm də bəndələrin ləyaqət və çıxarını ayırd etməyə, müqəssirlə-ri və günahkarları cəzalandırmağa qadirdir.
    285-Cİ AYƏ

    آمَنَ الرَّسُولُ بِمَا أُنزِلَ إِلَيْهِ مِن رَّبِّهِ وَالْمُؤْمِنُونَ كُلٌّ آمَنَ بِاللّهِ وَمَلآئِكَتِهِ وَكُتُبِهِ وَرُسُلِهِ لاَ نُفَرِّقُ بَيْنَ أَحَدٍ مِّن رُّسُلِهِ وَقَالُواْ سَمِعْنَا وَأَطَعْنَا غُفْرَانَكَ رَبَّنَا وَإِلَيْكَ الْمَصِيرُ (285)
    TƏRCÜMƏ:

    Yuxarıdakı ayə ("qəlbinizdə gizlətdiyiniz və ya aşkar etdi-yiniz şeyləri Allah mühasibə edəcəkdir” ayəsi) nazil olan zaman səhabələrdən bir dəstəsi bərk qorxdular. Onlar deyirdilər: "Heç kəs batini vəsvəsələrdən və qəlbdən keçən günahlardan amanda deyildir.” Onlar bu sözü Peyğəmbərə çatdırıb öz ni-garançılıqlarını bildirdikdə yuxarıdakı ayə nazil olaraq onlara Allah dərgahında ahu-zar, yalvarış və imanın qayda-qanunlarını, itaət və təslimçilik ruhunun hədd-hüdudunu öyrətdi.

    TƏFSİR:

    "Bəqərə” surəsi haqq maarifi və etiqad üsullarının bir qisminin bəyan olunması ilə başlanmışdı, bu və son-rakı ayədə bəyan olunan həmin məna ilə də sona yetir. Belə-liklə, bu surənin əvvəli axırı ilə tam şəkildə uyğundur.

    Bu ayədə buyurulur: "Peyğəmbər Pərvərdigarı tərəfindən ona nazil olanlara iman gətirmişdir.” آمَنَ الرَّسُولُ بِمَا أُنزِلَ إِلَيْهِ مِن رَّبِّهِ

    İlahi peyğəmbərlərin səciyyəvi xüsusiyyət və imtiyazla-rından biri də budur ki, onlar öz məram və kitablarına qə-ti şəkildə imanlı olmuşlar. Bu ilahi elçilər öz eti-qadlarında azacıq da olsa, şəkk və tərəddüdə yol verməmiş, hamıdan əvvəl özləri mömin olmuş, hamıdan artıq müqa-vimət və dözümlülük göstərmişlər.

    Sonra buyurulur: "Möminlər də Allaha, Onun mələklərinə, kitablarına və Onun göndərdiklərinə iman gətirmişlər (və de-yirlər:) biz peyğəmbərlərin arasında heç bir fərq qoymuruq və onla-rın hamısına iman gətiririk.”

    وَالْمُؤْمِنُونَ كُلٌّ آمَنَ بِاللّهِ وَمَلآئِكَتِهِ وَكُتُبِهِ وَرُسُلِهِ لاَ نُفَرِّقُ بَيْنَ أَحَدٍ مِّن رُّسُلِهِ

    Sonra buyurulur ki, möminlər dərin və sabit imana malik olmaqdan əlavə, əməl məqamında da belə deyirlər: "Biz eşitdik (və dərk etdik) və itaət etdik. Pərvərdigara, Sənin ba-ğışlamağının (intizarını çəkirik) və (bizim hamımızın) qayıdış yeri Sənə tərəfdir.” وَقَالُواْ سَمِعْنَا وَأَطَعْنَا غُفْرَانَكَ رَبَّنَا وَإِلَيْكَ الْمَصِيرُ

    Deməli, Allaha və ilahi peyğəmbərlərə iman gətirmək həmişə ilahi göstərişlərə əməl etməyə iltizam verməklə yanaşı olmalıdır.
    286-CI AYƏ

    لاَ يُكَلِّفُ اللّهُ نَفْسًا إِلاَّ وُسْعَهَا لَهَا مَا كَسَبَتْ وَعَلَيْهَا مَا اكْتَسَبَتْ رَبَّنَا لاَ تُؤَاخِذْنَا إِن نَّسِينَا أَوْ أَخْطَأْنَا رَبَّنَا وَلاَ تَحْمِلْ عَلَيْنَا إِصْرًا كَمَا حَمَلْتَهُ عَلَى الَّذِينَ مِن قَبْلِنَا رَبَّنَا وَلاَ تُحَمِّلْنَا مَا لاَ طَاقَةَ لَنَا بِهِ وَاعْفُ عَنَّا وَاغْفِرْ لَنَا وَارْحَمْنَآ أَنتَ مَوْلاَنَا فَانصُرْنَا عَلَى الْقَوْمِ الْكَافِرِينَ (286)
    TƏRCÜMƏ:

    "Allah heç bir kəsi, onun qüdrəti çatmadığı şeylərə mükəl-ləf (vəzifəli) etməz. (İnsan) yerinə yetirdiyi (yaxşı) əməlləri özü üçün yerinə yetirir; kəsb etdiyi (pis) əməlləri də öz zərərinə kəsb etmiş olur. (Möminlər deyərlər:) Pərvərdigara, əgər biz unutsaq və ya xəta etsək, bizi cəzalandırma! Pərvərdigara, (günah və tüğyan səbəbilə) bizdən əvvəlkilərə çətin vəzifələr qərar verdi-yin kimi, bizə (ağır təkliflər) qərar vermə! Pərvərdigara, dözməyə taqətimiz olmayan cəzaları bizə müqəddər etmə və bizi əfv et, günahlarımızı bağışla və bizi Öz rəhmətində qərar ver! Sən bi-zim mövlamız (ixtiyar sahibimiz) və rəhbərimizsən, bizi kafir qövmlərə qalib et!”
    TƏFSİR:

    Bu ayədə buyurulur: "Allah heç kəsə bacarıq və qüdrətindən artıq işlər tapşırmaz.” لاَ يُكَلِّفُ اللّهُ نَفْسًا إِلاَّ وُسْعَهَا

    İslamın bütün hökmləri məhz bu ayəyə əsasən təfsir edilir və onlara müəyyən qeydlər-şərtlər də artırılır. Bu-na əsasən, bu hökmlər insanın bacarıq və qüdrəti çatan sa-həni əhatə edir və ondan qeyrisinə aid olmur.

    Sonra buyurulur: "(İnsan hər bir yaxşı) əməli yerinə yetirsə, öz xeyrinə olaraq yerinə yetirmiş olur və hər (pis) işi görsə, öz ziyanına görmüş olur.” لَهَا مَا كَسَبَتْ وَعَلَيْهَا مَا اكْتَسَبَتْ

    Yuxarıdakı ayə bəndələri daşıdıqları məsuliyyət və əməllərinin aqibətinə yönəldir, məcburiyyət, bəxt, tale və sa-ir kimi mövhumatçı əfsanələri batil və yanlış hesab edir.

    Bu iki əsas prinsipdən sonra (yəni: 1- vəzifə bacarıq və qüdrət əsasındadır; 2- hər bir şəxs öz əməllərinin məsu-liyyətini daşıyır) möminlərin dili ilə Allah-taaladan hamı üçün bir növ ibrət olan yeddi şey istənilir. əvvəldə deyilir: "Pərvərdigara! əgər biz unutsaq və ya xəta etsək, bizi cə-zalandırma!” ْ رَبَّنَا لاَ تُؤَاخِذْنَا إِن نَّسِينَا أَوْ أَخْطَأْنَا

    Deməli, səhlənkarlıq nəticəsində irəli gələn unutqan-lıqlar cəzalandırılmağa layiqdir. Onlar öz əməllərinə görə məsuliyyət daşıdıqlarını bildikləri üçün xüsusi yalvarışla Allahı "Rəbb”, başqa sözlə, "bəndələrinə xüsu-si mərhəmət göstərən” xüsusiyyəti ilə çağırırarq deyirlər: Həyat heç vaxt xəta və səhvsiz ola bilməz. Biz çalışırıq ki, qəsdən günah işlər görməyək, bizim xəta və nöqsanlarımızı bağışla!

    Sonra onların ikinci istəkləri belə buyurulur: "Pər-vərdigara, bizim öhdəmizə ağır yük qoyma, necə ki, bizdən əvvəl bəzi-lərinə (tüğyançılıq və günah əməlləri səbəbilə) ağır vəzifələr qərar vermişdin.”رَبَّنَا وَلاَ تَحْمِلْ عَلَيْنَا إِصْرًا كَمَا حَمَلْتَهُ عَلَى الَّذِينَ مِن قَبْلِنَا

    Üçüncü istəkləri belə bəyan edilir: "Pərvərdigara, döz-məyə taqətimiz olmayan cəzaları bizim üçün müqəddər etmə!”

    رَبَّنَا وَلاَ تُحَمِّلْنَا مَا لاَ طَاقَةَ لَنَا بِهِ

    Bu cümlənin dünya və axirətin üzücü imtahanlarına, ağır cəzalara və ya da hər ikisinə işarə etməsi mümkündür.

    Dördüncü və beşinci istəkdə belə deyilir: "Bizi bağış-layıb günahlarımızdan keç və bizi Öz rəhmətinə şamil et.”

    وَاعْفُ عَنَّا وَاغْفِرْ لَنَا وَارْحَمْنَآ

    Nəhayət sonuncu istəkdə belə deyilir: "Sən bizim mövla-mızsan, belə isə, bizi kafir qövmlərə qalib et!”

    أَنتَ مَوْلاَنَا فَانصُرْنَا عَلَى الْقَوْمِ الْكَافِرِينَ

    Beləliklə də onların istəkləri həm dünya və axirət məsə-lələrinə, həm fərdi və ictimai qələbələrə, həm də əfv və rəhmətə şamil olur. Bunlar da olduqca əhatəli istəklər-dir.





    [1] "Üsuli-kafi”, 2-ci cild, səh.467

    [2] "Üsuli-kafi”, 2-ci cild, səh.468.

    [3] "Üsuli-kafi”, 2-ci cild, səh.468

    [4] "Üsuli-kafi”, 2-ci cild, səh.468

    [5] "Üsuli-kafi”, 2-ci cild, səh.468.

    [6] "Məcməul-bəyan”

    [7] "Vəsail”, 21-ci cild, 5-ci bab

    [8] "Fi zilalil-Quran”, 1-ci cild, səh.252.

    [9] "Əl-İmam Əli”, 1-ci cild, səh.155-156.

    [10] "Məcməul-bəyan”, 2-ci cild, səh.282.

    [11] Günorta çağı; şaquli vəziyyətdə olan çubuğun kölgəsinin yoxa çıxdığı zaman.

    [12] "Təfsiri Beyzavi”, səh.40.

    [13] "Məcməul-bəyan”, 2-ci cild, səh.284.

    [14] "Məcməul-bəyan”, 2-ci cild, səh.284.

    [15] "Tövbə” surəsi, 92-ci ayə

    [16] "Təfsiri-nümunə”, 2-ci cild, səh.28. "Şübəhatun hovləl-islam” kitabından nəqlən.

    [17] "Vəsailuş-şiə”, 8-ci cild, kitabul Həcc, 18-ci hədis.

    [18] "Siyreyi ibni Hişam”, 1-ci cild, səh.211-212

    [19] "Məcməul-bəyan”, 2-ci cild, səh.298.

    [20] "Məcməul-bəyan”, 2-ci cild, səh.261

    [21] "Nəhcül-bəlağə”nin şərhi, 13-cü cild, səh.262.

    [22] "Ətyəbul-bəyan”, 2-ci cild, səh.386.

    [23] "Biharul-ənvar”, 8-ci cild, səh.186.

    [24] "Sireyi-ibni Hişam”, 2-ci cild, səh.252.

    [25] "Maidə” surəsi, 90-cı ayə.

    [26] "Üsuli-kafi”, 6-cı cild, səh.398.

    [27] "Əl-mizan” təfsiri, həmin ayənin təfsiri.

    [28] "Tövrat”, Laviyan sifri, 19-29-cu cümlələr.

    [29] "Məcməul-bəyan”, 2-ci cild, səh.322

    [30] Bəziləri elə fikirləşirlər ki, ardıcıl olaraq (bir yığıncaqda) üç dəfə təlaq verməklə qadın ömürlük olaraq öz ərinə haram olur. Halbuki, belə deyildir, belə bir hökmün yaranması üçün hər təlaqdan sonra yenidən bir dəfə əqd oxunmalı və izdvac həyata keçməlidir.

    [31] "Mən la yəhzuruhul-fəqih”, 3-cü cild, səh.502.

    [32] "Təfsiri nümunə”, 2-ci cild, səh.136-dan nəqlən.

    [33] "Nəhcül-bəlağə”, 183-cü xütbə.

    [34]"Əd-durrul-mənsur”, 2-ci cild, səh.8

    [35]"Biharul-ənvar”, 2-ci cild, səh.262, 1-ci hədis

    [36]"Əl-Burhan fi təfsiril-Quran”, 1-ci cild, səh.241

    [37]"Qürərül-hikəm”, "Ruhul-məani” təfsiri, 1-ci cild, səh.416

    [38]"Əl-mizan” təfsiri, 2-ci cild, səh.406

    [39] "Təfsiri Məraği” və "Təfsiri nümunə”də qeyd olunur ki, İran və Mi-sir alimləri bu qəbildən olan sünbüllərin mövcud olduğunu təsdiq etmiş-lər.

    [40]"Nurus-səqəleyn”, 1-ci cild, səh.283

    [41] "Səfvan” kəlməsi "səfvanə” sözünün cəm formasıdır. Bu da saf və hamar daş mənasını ifadə edir. "Vabil” iri dənəli və şiddətlə yağan yağış, "səld” hamar daş, "zifeyn” isə iki qat artıq mənasına-dır.

    [42]"Məcməul-bəyan”, 2-ci cild, səh.381

    [43]"Nəhcül-bəlağə”

    [44]"Əlbab” kəlməsi "lübb” sözünün cəm formasıdır. "Ulul-əlbab” isə əql sahibləri mənasını ifadə edir. Bu ifadə yalnız o şəxslərə aid edilir ki, onlar öz əql və idrak qüvvəsini lazımınca işlədib həqiqi səadət və həyat yolunu müəyyənləşdirə bilsinlər.

    [45]"Biharul-ənvar”, 24-cü cild, səh.86

    [46]"Sifri xüruc”un 23-cü fəslinin 25-ci cümləsində və "Sifri laviyan”ın 25-ci fəslində

    [47]"Vəsailüş-şiə”, 12-ci cild, səh.429

    [48]"Kafi”, 5-ci cild, səh.147

    [49]"Kənzul-ummal”, 5ci cild, səh.104

    [50]"Vəsailüş-şiə”, 12-ci cild, səh.430

    [51]"Əl-muqniə”, səh.129

    [52]"Vəsailüş-şiə”, 12-ci cild, səh.423

    [53]Yenə orada, səh.424, "Biharul-ənvar”, 103-cü cild, səh.119

    [54]"Əl-həyat”, 4-cü cild, səh.324

    [55]"Təfsiri-Məraği”, həmin ayənin təfsirində

    [56]"Əl-mizan” təfsiri, həmin ayənin təfsirində

    [57]Yenə orada

    [58]"Nəhcül-bəlağə”, kəlimati qisar, səh.447

    [59]"Ti zilalil-Quran”, 1-ci cild, səh.666

    [60]"Təfsiri Bürhan”, həmin ayənin təfsirində

    [61]"Təfsiri Burhan”, 1-ci cild, səh. 260

    [62]"Vəsailüş-şiə”, 12-ci cild, səh.422
    Category: Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) | Added by: Islam_Kitabxanasi (2012-06-26)
    Views: 1074 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024