İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Articles » Quran » Nurul-Quran (Ali-İmran surəsinin təfsiri)

    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri)

    AYƏ 120:

    ﴿ إِن تَمْسَسْكُمْ حَسَنَةٌ تَسُؤْهُمْ وَإِن تُصِبْكُمْ سَيِّئَةٌ يَفْرَحُواْ بِهَا وَإِن تَصْبِرُواْ وَتَتَّقُواْ لاَ يَضُرُّكُمْ كَيْدُهُمْ شَيْئًا إِنَّ اللّهَ بِمَا يَعْمَلُونَ مُحِيطٌ ﴾
    TƏRCÜMƏ:

    «Sizə bir xeyir və yaxşılıq yetişdikdə, (bu) onların halını pisləşdirər, pislik və narahatçılıq yetişdikdə isə ona şad olarlar. Əgər səbr etsəniz və təqvalı olsanız, onların hiylələri sizə heç bir ziyan yetirə bilməz. Həqiqətən Allah onların etdiklərini (elm və qüdrəti ilə) əhatə etmişdir.»
    TƏFSİR:

    Bu ayədə düşmənlərin kin və ədavət nişanələrindən biri xatırladılır və buyurulur ki, əgər sizə qələbə və zəfər, eləcə də gözəl bir hadisə nəsib olsa, onlar narahat olarlar, xoşagəlməz bir hadisə üz versə, onlar sevinərlər. Amma əgər onların kin-küdurətləri və düşmənçilikləri müqabilində müqavimət göstərib pəhrizkar olsanız, onlar xaincəsinə tədbirlər vasitəsi ilə sizə azacıq belə xəsarət vura bilməzlər. Çünki Allah onların əməllərinə tamamilə əhatəlidir.
    AYƏ 121:

    ﴿ وَإِذْ غَدَوْتَ مِنْ أَهْلِكَ تُبَوِّىءُ الْمُؤْمِنِينَ مَقَاعِدَ لِلْقِتَالِ وَاللّهُ سَمِيعٌ عَلِيمٌ ﴾
    TƏRCÜMƏ:

    «Və (yada sal) o zaman(ı) ki, möminləri döyüş üçün düşərgələrdə yerləşdirdiyin halda (Ühüd döyüşündə) sübh çağı öz əhlindən (ailəndən) ayrıldın. Allah həmişə (danışıqlarınızı) eşidən və (fikirlərinizi) biləndir.»
    TƏFSİR:

    Bu ayədən başlayaraq İslam tarixində çox mühüm və əhatəli bir hadisə olan «Ühüd» müharibəsi barəsində söhbət açılır. Əvvəlcə Peyğəmbərin (s) düşərgə salmaq üçün bir yer seçmək məqsədilə Mədinədən çıxmasına və «Ühüd» dağının ətəyinə getməsinə işarə olunur və buyurulur: Yada sal o zamanı ki, sübh çağı Mədinədən, öz qohum-əqrəbanın yanından çıxdın ki, düşmənlə döyüş aparmaq üçün möminlərə bir mərkəz seçəsən. Allah eşidən və biləndir.
    İNCƏ MƏTLƏBLƏR

    1. Hərbi düşərgə, eləcə də müdafiə üçün strateji məntəqənin seçilməsi hər kəsin işi deyildir (Peyğəmbərin (s) özü şəxsən hərbi məntəqəni təyin edir).

    2. Strateji, coğrafi, hərbi əməliyyat proqramları işə başlamazdan əvvəl hay-küydən uzaq, aram bir fəzada baş verməlidir.

    3. Müharibə ilə əlaqədar olan işlərin araşdırılması üçün sübh ən yaxşı vaxtdır.

    4. Müharibə ərəfəsində əhli-əyaldan qəlbən ayrılmaq lazımdır.
    AYƏ 122:

    ﴿ إِذْ هَمَّت طَّآئِفَتَانِ مِنكُمْ أَن تَفْشَلاَ وَاللّهُ وَلِيُّهُمَا وَعَلَى اللّهِ فَلْيَتَوَكَّلِ الْمُؤْمِنُونَ ﴾
    TƏRCÜMƏ:

    «O zaman sizdən iki dəstə süstlük və zəiflik göstərmək (və yolun yarısından ayrılaraq qayıtmaq) istədi halbuki, Allah onların köməkçisi və yardımçısı idi (və elə buna görə də onları bu fikirdən daşındırdı). Möminlər gərək yalnız Allaha təvəkkül etsinlər.»
    TƏFSİR:

    Müsəlmanlardan iki qrup – Ovs qəbiləsindən Bəni-Səlimə, Xəzrəc qəbiləsindən isə Bəni-Harisə müharibədə iştirak etməmək qərarına gəlmişdilər. Onların ruhi cəhətdən süst olması kimi müəyyən amillər qeyd etmişlər. O cümlədən:

    1. Onlar düşmənin çox olduğunu görüb qorxmuşdular.

    2. Onlar narahat idilər və «nə üçün məşvərət məqamında onların rəylərinə nəzər yetirilmədi və «Ühüd» dağının ətəkləri əvəzinə şəhərin içində səngər qurmadılar?» − deyə fikirləşirdilər.

    3. Nə üçün Peyğəmbər (s) onlarla həmpeyman olan yəhudilərin müsəlmanlara kömək etməsinə icazə vermədi və s.

    Lakin Allah-təala Özünün lütf və mərhəməti ilə onları günah tələsinə düşməkdən saxladı, müharibə meydanından qaçmağa qoymadı və onları Öz vilayəti dairəsində qoydu.

    4. Cəbhəyə gedənlərin hamısı eyni deyildi.

    5. Ruhi süstlüyün və əhval-ruhiyyənin aradan qaldırılmasının yeganə yolu Allaha təvəkkül etməkdir, bu da yalnız möminlərə nəsib olur.
    AYƏ 123:

    ﴿ وَلَقَدْ نَصَرَكُمُ اللّهُ بِبَدْرٍ وَأَنتُمْ أَذِلَّةٌ فَاتَّقُواْ اللّهَ لَعَلَّكُمْ تَشْكُرُونَ ﴾
    TƏRCÜMƏ:

    «Həqiqətən, Allah sizə Bədr (döyüşün)də gücsüz və pənahsız olduğunuz halda kömək etdi. Buna görə də Allahdan qorxun ki, bəlkə şükr edəsiniz.»
    TƏFSİR:

    Bu ayələr məğlubiyyətə düçar olmuş müsəlmanların ruhiyyəsini gücləndirmək üçün çox böhranlı bir şəraitdə nazil olmuşdur. Əvvəlcə müsəlmanların «Bədr» müharibəsində nəzərə çarpacaq böyük müvəffəqiyyətlərinə və qələbələrinə işarə edir ki, bu xatirələri onların zehnində canlandırmaqla öz gələcəklərinə nikbin olsunlar. Buna görə də buyurulur: Allah «Bədr»də sizə qələbə əta etdi, halbuki, düşmənlə müqayisədə zəif və sayınız az idi, müharibə təchizatınız isə ümumiyyətlə, onlarla müqayisə olunası deyildi.

    Sizin sayınız 313 nəfər, döyüş sursatınız isə çox az idi, lakin müşriklərin sayı 1000 nəfərdən artıq idi və başdan-ayağa döyüş sursatı ilə yaraqlanmışdılar.

    Belə isə xətaya yol verməkdən, öz rəhbərinizin fərmanları ilə müxalifət etməyi təkrarlamaqdan uzaq olun ki, Allahın müxtəlif nemətlərinin şükrünü yerinə yetirə biləsiniz.
    İNCƏ MƏTLƏBLƏR

    1. İlahi və qeybi yardımları, xüsusilə müharibə meydanlarında unutmayın.

    2. Qeybi imdadların şükrünü yerinə yetirmək belə ola bilər ki, ondan sui-istifadə edib qürurlanmayasınız və həmişə Allah qarşısında təqvaya riayət edəsiniz.
    AYƏ 124:

    ﴿ إِذْ تَقُولُ لِلْمُؤْمِنِينَ أَلَن يَكْفِيكُمْ أَن يُمِدَّكُمْ رَبُّكُم بِثَلاَثَةِ آلاَفٍ مِّنَ الْمَلآئِكَةِ مُنزَلِينَ ﴾
    TƏRCÜMƏ:

    «O zaman möminlərə «Rəbbinizin (göydən) endirilmiş üç min mələklə sizə kömək etməsi bəsiniz deyilmi?!» deyirdin.»
    TƏFSİR:

    1. Mələklər Allahın fərmanı ilə möminlərin xidmətində qərar tuturlar.

    2. Allahın lütf və mərhəmətinə ümidvar olmaq hər bir döyüşçü üçün zəruridir.

    3. Rəhbərin ümdə vəzifələrindən biri camaatı ümidvar etmək və qeybi yardımları onlara xatırlatmaqdır.
    AYƏ 125:

    ﴿ بَلَى إِن تَصْبِرُواْ وَتَتَّقُواْ وَيَأْتُوكُم مِّن فَوْرِهِمْ هَـذَا يُمْدِدْكُمْ رَبُّكُم بِخَمْسَةِ آلافٍ مِّنَ الْمَلآئِكَةِ مُسَوِّمِينَ ﴾
    TƏRCÜMƏ:

    «Bəli, əgər səbr etsəniz və təqvalı olsanız və onlar həmin tezliklə və haray-həşirlə sizə üz tutsalar (hücum etsələr), Rəbbiniz sizə nişanə qoyulmuş beş min mələklə kömək edər.»
    TƏFSİR:

    Əvvəlki ayədə möminlərin köməyinə gələn üç min mələkdən söhbət açılırdı. Bu ayədə isə beş min mələk qeyd olunur. Bu da hərbi şərait, döyüşçülərin ehtiyacları, onların təqva və ruhi şəraitləri ilə əlaqədər olaraq fərqlənir.
    İNCƏ MƏTLƏBLƏR

    1. Müqavimət və təqva ilahi-qeybi yardımların və mələklərin nazil olması amilidir.

    2. Pərvərdigarın qanunları zamanın və insanların dəyişməsi ilə dəyişməz.

    3. Təqva ilə yanaşı olan müqavimətin dəyəri vardır. Belə olmazsa, inadkarlıqdan ibarətdir.

    4. Düşməndən heç vaxt qafil olmayın, çünki onların hücumu ani və qəfildir.
    AYƏ 126:

    ﴿ وَمَا جَعَلَهُ اللّهُ إِلاَّ بُشْرَى لَكُمْ وَلِتَطْمَئِنَّ قُلُوبُكُم بِهِ وَمَا النَّصْرُ إِلاَّ مِنْ عِندِ اللّهِ الْعَزِيزِ الْحَكِيمِ ﴾
    TƏRCÜMƏ:

    «Allah bunu (kömək vədəsini və mələklərin göndərilməsini) yalnız sizə müjdə olaraq və qəlblərinizin onunla rahatlıq tapması üçün etdi (çünki, adətən qəlblər əsas səbəbkara və amilə deyil, zahirdə görünən səbəb və vasitələrə yönəlir). Kömək və yardım yalnız yenilməz qüdrət və hikmət sahibi olan Allah tərəfindəndir (çünki bütün səbəblərin səbəbkarı və amili Onun istəyidir).»
    TƏFSİR:

    1. Cəbhələrdə ruhi aramlıq və müjdə döyüşçülərin ehtiyaclarından biridir.

    2. Bütün maddi, elmi, ruhi və qeybi müqəddimələr Allahın iradəsi olmadan heç bir təsirə malik deyildir.

    3. Allahın qüdrət və izzəti həmişə hikmətlə yanaşıdır. Bəzi hallarda xüsusi dəlillərə əsasən müsəlmanların da məğlubiyyətə uğraması mümkündür. Bəli, Allahın qeybi yardımları Onun hikmətindən asılıdır.
    AYƏ 127:

    ﴿ لِيَقْطَعَ طَرَفًا مِّنَ الَّذِينَ كَفَرُواْ أَوْ يَكْبِتَهُمْ فَيَنقَلِبُواْ خَآئِبِينَ ﴾
    TƏRCÜMƏ:

    «(Və həmçinin bu qələbəni nəsib etdi) ki, kafirlərin bəzisinin kökünü kəssin və ya onları naümid geri qayıtmaları üçün əzsin.»
    TƏFSİR:

    «Ət-təhqiq» təfsirinin müəllifinin dediyinə görə «tərəf» bir şeyin bir tərəfinə deyil, axır tərəfinə deyilir. Buna əsasən ayədə buyurulur ki, qeybi köməklərin səbəbi bu idi ki, kafirlərin kökü kəsilsin.

    Lüğət və təfsir kitablarında qeyd olunur ki, ümidsizlik iki qismdir: Əgər bir nəfər işin əvvəlindən ümidsiz olsa, ona "yəs” deyilir. Əgər əvvəlcə ümidvar olduqdan sonra ümidini kəssə, buna «xaid» deyilir.[22]
    İNCƏ MƏTLƏBLƏR

    1. Küfr və kafir ya tamamilə aradan qaldırılmalı, yaxud da xar, zəlil və ümidsiz olmalıdır (onlarla zəif, müvəqqəti, məhdud və acizanə şəkildə olan rəftarlar onun kökünü kəsə bilməz. Belə işlərlə özünüzü aldatmayın.)

    2. Sizin vəhdət, qüdrət, siyasət və müdiriyyətiniz elə tərzdə olmalıdır ki, düşməni hər an məyusluğa doğru çəksin.
    AYƏ 128:

    ﴿ لَيْسَ لَكَ مِنَ الأَمْرِ شَيْءٌ أَوْ يَتُوبَ عَلَيْهِمْ أَوْ يُعَذَّبَهُمْ فَإِنَّهُمْ ظَالِمُونَ ﴾
    TƏRCÜMƏ:

    «Onların heç bir işi sənin əlində deyil. (Allah) ya onlara nəzər salaraq tövbə etmələrinə kömək edər, ya da onlara (bu dünyada möhlət, axirətdə isə) əzab verər. Çünki onlar zalımdırlar. (Bu dörd işin hamısı Allaha aiddir və sənin vəzifən yalnız Onun əmrlərini çatdırmaq və əmri yerinə yetirməkdir.)»
    TƏFSİR:

    Əgər rəhbər tam sədaqətli olsa, hətta bütün məsuliyyəti onun üzərindən götürən ayələri belə tam sədaqətlə, çəkinmədən oxuyar. Allah-təala buyurur: «Sənin bu işdə heç bir rolun yoxdur.»

    Şiə və sünni təfsirlərində qeyd olunduğu kimi «Ühüd» müharibəsində Peyğəmbərin (s) dişi sınıb qan axdığı zaman o həzrət (s) Allaha ərz etdi: «Bu camaat necə düz yola hidayət olub nicat tapa bilər?» Yuxarıdakı ayə nazil olaraq buyurdu ki, sən camaatın qurtuluşa çatmasına cavabdeh deyilsən. Ola bilsin ki, gələcəkdə onlar Allah tərəfindən bağışlanar. Həm də mümkündür ki, öz hallarına buraxılıb cəzalandırılsınlar.
    İNCƏ MƏTLƏBLƏR

    1. Tövbə yolu hətta haqq cəbhəsindən qaçan fərarilər, yaxud müsəlmanlara ən ağır xəsarətlər vuran kafirlər üçün belə bağlı deyildir.

    2. Dərhal, tələm-tələsik mühakimə yürütməyin.

    3. Əfv etmək və ya cəzalandırıb əzab vermək Allaha məxsusdur (şəfaət məqamı da Allah tərəfindən övliyaların ixtiyarına verilən bir hədiyyədir. O, Allahın izn və icazəsi olmadan gerçəkləşmir. Peyğəmbərin (s) Allah qarşısında, özü üçün heç bir müstəqilliyi yoxdur.)

    4. Camaata nazil olan əzabın səbəbi məhz onların etdikləri zülm və haqsızlıqdır.
    AYƏ 129:

    ﴿ وَلِلّهِ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الأَرْضِ يَغْفِرُ لِمَن يَشَاء وَيُعَذِّبُ مَن يَشَاء وَاللّهُ غَفُورٌ رَّحِيمٌ ﴾
    TƏRCÜMƏ:

    «Göylərdə və yerdə olanlar (onların özləri də daxil olmaqla) Allahın həqiqi mülküdür (çünki yaratmaq, qorumaq, idarə etmək və aradan aparmaq, bunların hamısı Onun əlindədir). İstədiyini (və layiq bildiyini) bağışlayır və istədiyinə (bütün dəlillər təqdim olunub qurtardıqdan sonra) əzab verər. Allah çox bağışlayan və mehribandır.»
    TƏFSİR:

    Bu ayə əvvəlki ayəni təkidləndirərək buyurur ki, bütün varlıq aləminin yaradılması və hökmranlığı Allahın əlində olduğu üçün insanları cəzalandırmaq da Onun əlindədir. Maraqlıdır ki, bu ayədə Allahın qəzəbinə düçar olan şəxslərə qürur və ya ümidsizlik hakim olmasın deyə, konkret və müəyyən şəkildə bəyan edilmir ki, nəticədə bütün insanlar ümidlə qorxu arasında olsunlar. Aydındır ki, əfv etmək, yaxud əzaba düçar etmək ilahi hikmətlə əlaqədardır, insanın özündə və ya onun cəmiyyətdə yaratdığı zəminlərdən asılıdır.
    AYƏ 130:

    ﴿ يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ لاَ تَأْكُلُواْ الرِّبَا أَضْعَافًا مُّضَاعَفَةً وَاتَّقُواْ اللّهَ لَعَلَّكُمْ تُفْلِحُونَ ﴾
    TƏRCÜMƏ:

    «Ey iman gətirənlər, artıq və bir neçə qat gəlir olan sələmi yeməyin və Allahdan qorxun, bəlkə nicat tapasınız.»
    TƏFSİR:

    Bunu da qeyd edək ki, sələm bir neçə mərhələdə, tədrici surətdə haram və qadağan edilmişdir. Birinci mərhələdə yəhudilərin sələmçiliyi tənqid atəşinə tutulur. Çünki qadağan olunduğu halda onlar riba alırdılar. Bu ayə bir neçə qat artıq alınan sələmi qadağan edir. Lakin tədriclə hətta bir dirhəm belə, sələm almaq Allahla müharibə kimi təqdim edilmişdir.
    İNCƏ MƏTLƏBLƏR

    1. Ribanın özü qadağan olunmamışdan qabaq onun çirkin və aşkar nümunələri bəyan olunur.

    2. İqtisadi məsələlərdə təqvaya riayət edilməsi son dərəcə zəruri məsələlərdəndir. Sağlam iqtisadiyyat da təqva əlamətidir.

    3. Qurtuluş və xilaskarlıq mal-dövlətlə, sələmçiliklə deyil, təqva yolu ilə hasil olur.

    4. Sələm alan şəxs təqvasızdır. Təqvasız şəxs də qurtuluşa, nicata nail ola bilməz. Sələm yeyən şəxs nə dünyada qurtuluşa nail olar (ona görə ki, cəmiyyətdə sinfi ixtilafları şiddətləndirir, insanlar arasında təfriqə, kin-küdurət yaradır, məhrum təbəqələrə ruhi sıxıntı gətirir və cəmiyyəti partlayışa doğru aparır, digər tərəfdən isə pullarını sələmə verənlərdə əyyaşlıq, harınlıq, hərislik və s. kimi xüsusiyyətləri gücləndirir), nə də axirətdə qurtuluşa nail ola bilərlər. Çünki onlar Allahın qəhr əzabına düçar olmuşlar.

    AYƏ 131:


    ﴿ وَاتَّقُواْ النَّارَ الَّتِي أُعِدَّتْ لِلْكَافِرِينَ ﴾
    TƏRCÜMƏ:

    «Kafirlər üçün hazırlanmış oddan çəkinin!»
    TƏFSİR:

    Bu ayədə bir daha təqvaya təkid olunur və buyurulur ki, özünüzü kafirlər üçün hazırlanmış oddan qoruyun.

    «Kafirlər» təbiri gətirilməsindən məlum olur ki, ümumiyyətlə, sələmçilik iman ruhu ilə bir yerə sığmaz və sələm yeyənlər kafirləri gözləyən cəhənnəm oduna düçar olacaqlar.
    AYƏ 132:

    ﴿ وَأَطِيعُواْ اللّهَ وَالرَّسُولَ لَعَلَّكُمْ تُرْحَمُونَ ﴾
    TƏRCÜMƏ:

    «Allaha və Onun peyğəmbərinə itaət edin, bəlkə rəhm olunasınız.»
    TƏFSİR:

    «Ühüd» müharibəsində müsəlmanların məğlub olmalarının səbəbi onların Peyğəmbəri-Əkrəmin (s) göstərişləri qarşısında itaətsizlik etmələri idi. Çünki Həzrət (s) buyurmuşdu ki, «Ühüd» dağının dərələri arasında yerləşən xüsusi bir məntəqəni qorusunlar və oranı heç vaxt tərk etməsinlər. Lakin Peyğəmbərin (s) təkidli göstərişlərinə baxmayaraq, mühafizəçilər qənimətlərə tamah salaraq həmin məntəqəni tərk etdilər. Düşmən də məhz keşiksiz qalmış həmin yerdən müsəlmanlara ağır zərbə endirdi.
    İNCƏ MƏTLƏBLƏR

    1. Rəsuli-Əkrəmin (s) istər hökumət məsələləri ilə, istərsə də ibadətlə əlaqədar göstəriş və fərmanları Allahın fərmanlarına itaət etmək kimi vacibdir.

    2. Hər kəs Allahın və Peyğəmbərin (s) göstərişlərinə itaət edərək sələmçilikdən əl çəksə və insanlara rəhm etsə, Allahın rəhmətinə nail olacaqdır (bu, əvvəlki ayələrə diqqət yetirilməklə başa düşülür).
    AYƏ 133:

    ﴿ وَسَارِعُواْ إِلَى مَغْفِرَةٍ مِّن رَّبِّكُمْ وَجَنَّةٍ عَرْضُهَا السَّمَاوَاتُ وَالأَرْضُ أُعِدَّتْ لِلْمُتَّقِينَ ﴾
    TƏRCÜMƏ:

    «Rəbbiniz tərəfindən olan bağışlanmaya və genişliyi göylər və yer (qədər) olan (və) təqvalılar üçün hazırlanmış Cənnətə doğru tələsi!»
    TƏFSİR:
    SƏADƏT YOLUNDA MÜSABİQƏ

    Bəd əməl sahiblərini təhdid edərək onlara cəhənnəm əzabını vədə verən ayələrin ardınca bu ayədə yaxşı əməl sahiblərinə ilahi rəhmət vədəsi verilərək onlar təşviq olunur, yaxşı əməl sahiblərinin səy və fəaliyyətləri bir növ mənəvi müsabiqəyə bənzədilir ki, onun da yekun hədəfi Allahın bağışlamağı, behişt kimi əbədi nemətlərə nail olmaqdan ibarətdir. Allah-təala buyurur: «İlahi məğfirətə (bağışlanmağa) nail olmaq yolunda bir-birinizlə yarışın.»

    Mənəvi məqamlara nail olmaq günahlardan təmizlənmədən və bağışlanmadan mümkün deyildir, buna görə də bu mənəvi müsabiqədə əsas hədəf ilk növbədə Allahın məğfirəti, ikinci mərhələdə isə genişliyi asimanlar və yer qədər olan behişt qərar verilmişdir.

    Ayənin axırında bir daha təkidlə buyurulur: «Belə bir əzəmətdə olan behişt pəhrizkarlar və təqva sahibləri üçün nəzərdə tutulmuşdur.»
    AYƏ 134:

    ﴿ الَّذِينَ يُنفِقُونَ فِي السَّرَّاء وَالضَّرَّاء وَالْكَاظِمِينَ الْغَيْظَ وَالْعَافِينَ عَنِ النَّاسِ وَاللّهُ يُحِبُّ الْمُحْسِنِينَ ﴾
    TƏRCÜMƏ:

    «(Təqvalılar) həmin o kəslər(dirlər) ki, mallarını rifah və şadlıqda, mallarında və hallarında (maddi və mənəvi) yoxsulluqda xərcləyirlər, qəzəblərini udan və camaat(ın xətaların)dan keçənlərdirlər. Allah yaxşılıq edənləri sevir.»
    TƏFSİR:
    TƏQVA SAHİBLƏRİNİN SİMASI

    Pəhrizkar və təqvalı insanlara əbədi behişt vədəsi verilməsinin ardınca bu ayədə onların kim olduğu bəyan edilir. Onlar üçün beş ali-insani səciyyə və xususiyyət bəyan edilir:

    1. Onlar hər bir halda – istər rahatlıq, firavanlıq və vüsət halında, istərsə də pərişanlıq, yoxsulluq və məhrumiyyət halında Allah yolunda infaq edərlər.

    Diqqət yetirilməlidir ki, əvvəlcə pəhrizkarların infaq kimi bariz xüsusiyyətləri bəyan edilir. Çünki bu, yuxarıdakı ayədə sələmçilərin və istismarçı xüsusiyyətlərin düz qarşısında dayanır. Bundan əlavə, həm firavanlıq və həm də yoxsulluq dövründə öz mal-dövlətlərindən keçərək onu ehsan etmələri təqva məqamının ən aydın əlamətidir.

    2. Onlar qəzəblərini cilovlayaraq öz ixtiyarlarında saxlayır və onlara hakim kəsilir.

    3. Onlar camaatın xətalarını güzəştə gedirlər.

    Qəzəbi udmaq çox gözəldir, lakin bu, təklikdə kifayət deyildir. Çünki kin-küdurət, ədavət insanın qəlbindən tamamilə silinməyə bilər, bu halda ədavətə son qoyulması üçün qəzəbin udulmasından sonra ehsan və yaxşılıq da olmalıdır.

    4. «Onlar yaxşı əməl sahibləridir və Allah da yaxşı əməl sahiblərini sevir.»

    Burada əfvin ən ali mərhələsinə işarə olunmuşdur. Belə ki insan pislik qarşısında yaxşılıq edəndə (özü də layiq olan hallarda) düşmənçilik köklərini qəlbindən tamamilə kəsir və qarşı tərəfin qəlbini özünə qarşı mehriban edir.
    AYƏ 135:

    ﴿وَالَّذِينَ إِذَا فَعَلُواْ فَاحِشَةً أَوْ ظَلَمُواْ أَنْفُسَهُمْ ذَكَرُواْ اللّهَ فَاسْتَغْفَرُواْ لِذُنُوبِهِمْ وَمَن يَغْفِرُ الذُّنُوبَ إِلاَّ اللّهُ وَلَمْ يُصِرُّواْ عَلَى مَا فَعَلُواْ وَهُمْ يَعْلَمُونَ﴾
    TƏRCÜMƏ:

    «Və o kəslər ki, çirkin bir iş (böyük günah) gördükdə və ya (kiçik bir günahla) özlərinə zülm etdikdə, Allahı yada salar və günahları üçün bağışlanmaq istəyərlər. Günahları Allahdan başqa kim bağışlaya bilər? Və onlar etdikləri işdə bilərəkdən israr etməzlər.»
    TƏFSİR:

    Təqvalılar çirkin bir əmələ mürtəkib olduğu zaman, yaxud özlərinə zülm edərkən Allahı xatırlayar və öz günahlarının bağışlanmasını Ondan istəyərlər.

    Yuxarıdakı ayədən məlum olur ki, insan Allahı xatırladığı vaxta qədər günah əmələ mürtəkib olmaz. Bəzi hallarda insan Allahı unudur, amma pəhrizkar insanlarda bu unutqanlıq və qəflət çox çəkmir, tez bir zamanda Allahı xatırlayır və öz keçmiş əməllərini bərpa edirlər. Allahdan başqa günahları kim bağışlaya bilər?!

    Ayənin axırında təkid üçün buyurulur: Onlar heç vaxt elm və agahlıq üzündən öz günahlarını davam etdirməzlər.
    Category: Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) | Added by: Islam_Kitabxanasi (2012-06-26)
    Views: 805 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024