İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2051
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Articles » Quran » Nur təfsiri (2-ci cild)

    Nur təfsiri (2-ci cild)
    Bildirişlər
    1. Yalnız ömrün sonunadək davam edən iman dəyərlidir. Küfrlə sonuclanan iman faydasızdır.
    2. İnsan azaddır. O həm iman gətirə bilər, həm də kafir ola bilər. İnsan həm öz imanında, həm də küfründə möhkəm dayana bilər. O həm tövbə etmək, həm də günahını davam etdirmək imkanına malikdir.
    3. Hər bir kamillik və ya azğınlıq artıb-azalmaq qabiliyyətinə malikdir. Məsələn, həm elm və hidayət("Taha”, 114; "Muhəmməd”, 17. ), həm də azğınlıq arta bilər.
    4. Allah tövbələri qəbul edəndir. Amma bəziləri tövbənin qəbul şərtlərini pozurlar. Cərrah nə qədər mahir olsa da, xəstədə bərpa gücü olmadıqda nəticə hasil olmur.
    5. Küfrdə israr və onun davamı tövbənin qəbul olmasının qarşısını alır.
    91. إِنَّ الَّذِينَ كَفَرُواْ وَمَاتُواْ وَهُمْ كُفَّارٌ فَلَن يُقْبَلَ مِنْ أَحَدِهِم مِّلْءُ الأرْضِ ذَهَبًا وَلَوِ افْتَدَى بِهِ أُوْلَـئِكَ لَهُمْ عَذَابٌ أَلِيمٌ وَمَا لَهُم مِّن نَّاصِرِينَ
    "Həqiqətən, küfr edib küfr halında (tövbəsiz) ölənlər yeri qızılla doldurub fidyə olaraq əvəz versələr, onların heç birindən heç vaxt qəbul olunmaz. Onlar üçün dərdli əzab var. Onların heç bir yardımçısı yoxdur.”
    Nöqtələr
    Dünya və axirət arasında fərqlər mövcuddur. O cümlədən:
    1. Dünyada insanın qəm-qüssəsi başqalarına sirayət edir. Axirətdə isə belə deyil.
    2. İnsan dünyada üzrxahlıq, kəffarə ödəmək, yalan və hiylə, tövbə və nalə vasitəsi ilə öz problemini həll edə bilir. Axirətdə isə başqa cürdür.
    3. Dünya acılıqlarını aradan qaldırmaq olur. İnsan acılıqlara adət etdikdə onlar azalır. Axirətdə isə belə deyil.
    Bildirişlər
    1. Ən böyük təhlükə kafir halda ölməkdir. Müsəlman ölmək isə peyğəmbərlərin arzusudur.
    2. Qiyamətdə dünya malı kara gəlmir. Yer tutan qədər qızılın qiyamətdə qara qəpik qədər dəyəri yoxdur.
    3. İmanın dəyəri bütün maddiyyatın fövqündədir. Qiyamətdə yalnız iman insana nicat verə bilir.
    4. Kafir halda ölüm şəfaət yolunu da bağlayır.
    92. لَن تَنَالُواْ الْبِرَّ حَتَّى تُنفِقُواْ مِمَّا تُحِبُّونَ وَمَا تُنفِقُواْ مِن شَيْءٍ فَإِنَّ اللّهَ بِهِ عَلِيمٌ
    "Sevdiyiniz şeylərdən (Allah yolunda) infaq etməyincə yaxşılığa yol tapmazsınız. Bilin ki, infaq etdiyiniz hər bir şeydən Allah hökmən xəbərdardır.”
    Nöqtələr
    Böyük xeyir-bərəkətə, əkin və ya yaşayış üçün hazır olan yerə "birr” deyilir. İstər insan, istərsə də digər canlıların qidası olan buğda isə "burr” adlanır.
    Lüğət mənası "xeyirdə genişlənmədən” ibarət olan "birr” sözünün Quranda iman, saleh əməl, cihad, namaz, əhdə vəfa kimi nümunələri zikr olunur.("Bəqərə”, 177. ) Hamıya tövsiyə olunur ki, "birr” yerinə yetirməkdə bir-birlərinə yardımçı olsunlar.("Maidə” 2.  )Bu ayədə də buyurulur ki, siz sevdiyiniz şeylərdən infaq etməyincə bu qiymətli incini əldə edə bilməyəcəksiniz.
    Möminlərin infaqında nümunələr:
    1. Mədinənin xurma ağaclarının çoxu Əbu-Təlhə Ənsariyə məxsus idi. O öz bağını çox sevirdi. Peyğəmbər məscidi ilə üzbəüz yerləşmiş bu bağda şirin sulu bir çeşmə vardı. Həzrət Peyğəmbər (s) arabir bu bağa daxil olub həmin çeşmənin suyundan içərdi. Bu gözəl və ali bağın xalqın diqqətini özünə cəlb edən böyük gəliri vardı. "Lən tənalul-birrə hətta...” ayəsi nazil olduqda Əbu-Təlhə Ənsari həzrət Peyğəmbərin (s) yanına gəlib ərz etdi: "Bu bağ mənim əlimdə olanlar arasında ən sevimlisidir. Onu Allah yolunda infaq etmək istəyirəm.” Həzrət Peyğəmbər (s) buyurdu: "Yaxşı müamilədir. Afərin sənə! Amma mən təklif edirəm ki, bu bağı yoxsul qohumların və yaxınlarına verəsən.” O, qəbul etdi və bağı öz yoxsul yaxınları arasında bölüşdürdü.("Təfsire-kəbir”; "Təfsire-Məcməül-bəyan”; "Səhih Buxari”, c. 2, səh. 81. )
    2. Bir gün Əbuzərin evinə qonaqlar gəldi. Əbuzər dedi: "Mənim başım qarışıqdır, özünüz dəvələrimdən birini kəsib yemək hazırlayın.” Onlar arıq bir dəvə seçdilər. Əbuzər narahat oldu və soruşdu: "Nə üçün yaxşı bir dəvə götürmədiniz?” Dedilər: "Onu sənin gələcək ehtiyacların üçün saxladıq.” Əbuzər buyurdu: "Mənim ehtiyaclı günüm qəbir günümdür.”("Təfsire-Məcməül-bəyan”. )
    3. Həzrət Fatiməni (ə) toy günü ər evinə aparanda bir fəqir ondan köhnə bir köynək istədi. Həzrət Zəhra (ə) bu ayəni xatırlayıb öz təzə gəlinlik köynəyini infaq etdi.
    4. Abdullah ibn Cəfər bir bağda işləyən qara qulam gördü. Yemək vaxtı bir it bağa daxil oldu və qulamın qarşısında oturdu. Qulam ona bir tikə çörək verdi. İt isə yenə oturub öz baxışları ilə nəsə gözləyirdi. Qulam öz yeməyini tikə-tikə itə verib qurtardı. Abdullah ondan soruşdu: "Özün nə yeyirsən?” Dedi: "Mənim bu gün payım yoxdur.” Abdullah soruşdu: "Nə üçün bu işi gördün?” Qulam dedi: ”Bu it uzaq yol gəlib və acdır.” Abdullah qulamın səxavətinə heyran qaldı. Həm bağı, həm də qulamı satın aldı. Qulamı azad edib bağı ona bağışladı.("Təfsire-Əl-Mənar”, c. 3, səh. 376. )
    Hədisdə oxuyuruq ki, "birrə” çatmaq yolu valideyn ağız açmamış ona kömək etməkdir. Hətta valideyn ehtiyacsız olsa da("Kafi”, c. 2, səh. 157. )
    İmam Sadiq (ə) Müfəzzəl ibn Ömərə buyurdu: "Atamın belə buyurduğunu eşitdim: "Bir il ötdükdən sonra malından az və ya çox bizə çatmayan kəsə qiyamət günü Allah nəzər salmaz. Yalnız bağışladıqdan sonra nəzər salar. Ey Müfəzzəl! Bu, Allahın Öz kitabında şiələrə zəruri etdiyi bir vəzifədir. Biz birr, təqva və hidayət yoluyuq.”("Təfsire-Əyyaşi”, c. 1, səh. 182. )
    Bildirişlər
    1. Salehlərin məqamına çatmağın yeganə yolu təkcə zikr və dua yox, həm də xoşa gələn şeylərdən xalisanə infaq edilməsidir.
    2. İslam məktəbində infaq təkcə yoxsulluğu aradan qaldırmaq məqsədi daşımır. İnfaq həm də bu işi görəni kamilləşdirir. Xəyali sevgiləri ürəkdən çıxarmaq, səxavət ruhunun çiçəklənməsi infaq edən üçün infaqın mühüm təsirlərindəndir.
    3. Dünyaya bağlılıq «birr» məqamından məhrumluq səbəbidir.
    4. İnsanın səadəti onun ictimai və mərhəmətli baxışından asılıdır.
    5. İnsan üçün ən seviləsi şey candır. Allah yolunda canından keçən şəhidlər ən üstün «birr» məqamına çatırlar.
    6. Yoxsulların sevdiyini yox, öz sevdiyini infaq et. Çünki fəqirlər dəyərsiz şeyləri də xoşlaya bilərlər.
    7. İlahi tərbiyə alan insan var-dövlət əsiri deyil. İlahi tərbiyəli şəxs var-dövlətin qulu yox, hakimidir.
    8. İnfaqda əsas kəmiyyət yox, keyfiyyətdir.
    9. İslam sərvəti yox, insanı yüksək dəyərləndirən məktəbdir.
    10. İnfaqda nə ifrat, nə də təfritə yol ver. Yalnız sevdiyin şeydən bir hissəsini bağışla.
    11. Hər bir insanın daxilində var-dövlət sevgisi var. Bu məhəbbətin güclənib infaqın qarşısını alması təhlükəlidir.("Adiyat”, 8. )
    12. Az da olsa infaq etmək mühümdür. (Bəli, əvvəldə dediyimiz kimi saralmış bir yarpaq su üzərində yüzlərlə qarışqa üçün gəmi ola bilər.)
    13. Bir halda ki, Allah bizim infaqımızdan xəbərdardır, nə üçün infaqın kəmiyyət və keyfiyyətinə ciddi yanaşmayaq?! Gəlin, ən yaxşı şeylərdən infaq edək.
    DÖRDÜNCÜ CÜZ
    93. كُلُّ الطَّعَامِ كَانَ حِـلاًّ لِّبَنِي إِسْرَائِيلَ إِلاَّ مَا حَرَّمَ إِسْرَائِيلُ عَلَى نَفْسِهِ مِن قَبْلِ أَن تُنَزَّلَ التَّوْرَاةُ قُلْ فَأْتُواْ بِالتَّوْرَاةِ فَاتْلُوهَا إِن كُنتُمْ صَادِقِينَ
    "Bütün qidalar və xörəklər Bəni-İsrail üçün halal idi. Yalnız Tövrat nazil olmamışdan qabaq İsrailin (Yaqubun) özünə haram etdiyi şeylərdən başqa! De ki, əgər düz deyirsinizsə (ki, bunlar əvvəlcədən Tövratda haram olmuşdu), Tövratı gətirin və onu tilavət edin. (Görün ki, bir çox şeyləri vəhy nazil olmadan özünüzə haram etmisiniz.)
    94. فَمَنِ افْتَرَىَ عَلَى اللّهِ الْكَذِبَ مِن بَعْدِ ذَلِكَ فَأُوْلَـئِكَ هُمُ الظَّالِمُونَ
    "Bundan sonra hər kəs Allaha yalan aid etsə, onlar zalımdırlar.”
    Nöqtələr
    Təfsirdə deyilir ki, Bəni-İsrail dəvə əti və dəvə südünü haram etməməsini İslam peyğəmbərinə eyb tuturdular. Onlar bununla İslam ayinlərinin İbrahim, Musa və İsa ayinləri ilə uyğun gəlməməsini bildirmək istəyirdilər. Bu ayə onlara cavab olaraq nazil edildi və bəyan olundu ki, bütün qidalar Bəni-İsrail üçün halal idi. Yalnız həzrət Yaqub bəzi qidaları özünə haram etmişdi. Bəzi təfsirlərdə bildirilir ki, həzrət Yaqub dəvə əti ona zərərli olduğu üçün bu ətdən istifadə etmirdi. Bəni-İsrail isə bunu şəri və əbədi bir qadağa kimi qəbul etmişdi.("Təfsire-Əyyaşi”, c. 1, səh. 184. )
    İnsanın ağzında dad verən şeylər "təam” adlanır. "Hill” sözü "iqd” sözünün müqabilində işləndikdə azadlıq mənasını verir.
    Bildirişlər
    1. Qidaların halallığı səmavi dinlərdə dəyişməz bir əsasdır.
    2. Dəlilsiz və şəri qadağasız halalları haram bilməyin.
    3. Ən yaxşı dəlil qarşı tərəfin əqidə və səmavi kitabından olan dəlildir.
    95. قُلْ صَدَقَ اللّهُ فَاتَّبِعُواْ مِلَّةَ إِبْرَاهِيمَ حَنِيفًا وَمَا كَانَ مِنَ الْمُشْرِكِينَ
    "(Ey peyğəmbər,) de ki, Allah doğru deyir. Haqpərəst İbrahimin ayinlərinə itaət edin, o, müşriklərdən deyildi.”
    Nöqtələr
    Azğınlıqdan uzaqlaşıb hidayət və doğru yola üz tutan şəxsə "hənif” deyilir.
    Bildirişlər
    1.Özünü İbrahim davamçısı sayan kitab əhli müvəhhid (tək Allahçı) olmalıdır. Çünki, İbrahim müşrik deyildi.
    2. İbrahimin haqpərəstliyi onun ayinini möhkəmləndirdi.
    96. إِنَّ أَوَّلَ بَيْتٍ وُضِعَ لِلنَّاسِ لَلَّذِي بِبَكَّةَ مُبَارَكًا وَهُدًى لِّلْعَالَمِينَ
    "Həqiqətən, xalq üçün təyin olunmuş ilk (ibadət) evi Bəkkə torpağındakı evdir. O, aləmlər üçün bərəkət və hidayət mayasıdır.”
    Nöqtələr
    Xalqın izdiham məhəlli "bəkkə” adlanır.
    Bəni-İsrailin iradlarından biri bu idi ki, nə üçün müsəlmanlar Beytül-Müqəddəsin miladdan min il qabaq həzrət Süleyman tərəfindən tikildiyini bildikləri halda, onu bir kənara qoyub Kəbəni qiblə seçmişlər. Ayədə onlara cavab olaraq buyurulur: "Kəbə ilk gündən ilk ibadət evi olub və o, hər yerdən qədimdir.
    İmam Sadiq (ə) "ilkin ev” təbiri haqqında buyurmuşdur: "Məkkə əhli Kəbədən sonra bu yerə toplaşdığı üçün Kəbə daha əvvəlki sayılmalıdır.
    Ona görə də Məscidül-həramı genişləndirmək məqsədi ilə Kəbə ətrafındakı evləri uçurmaq olar.("Vəsail”, 12, səh. 17. )
    "Təfsire-Əl-mizanda” deyilir: Yerin Kəbədən genişləndirilməsi haqqında rəvayətlər çoxdur. Bu fikrə qarşı heç bir dəlil yoxdur və o Quranla da zidd deyil.("Kafi”, c. 4, səh. 189. )
    Həzrət Əli (ə) "Nəhcül-bəlağə”nin 192-ci xütbəsində buyurur: "Allah Adəmdən başlamış dünya əhlinin son nəfərinədək bütün xalqı Kəbə daşları ilə sınayar.” İmam Baqir (ə) buyurmuşdur: "Həzrət Adəm, Həzrət Süleyman və həzrət Nuh da Kəbə ətrafında həcc əməllərini yerinə yetirmişlər.("Təfsire-bürhan”, c. 1, səh. 300. )
    Quranda Kəbə müxtəlif şəkillərdə yad olunmuşdur. Onlardan bəzilərinə nəzər salaq: Kəbə ilk evdir("Ali-İmran”, 96. ), Kəbə xalqın qiyam mərkəzidir("Maidə”, 97. ), Kəbə maliksiz azad evdir("Həcc”, 29. ), Kəbə ictima məhəlli, xalqın əmin-aman evidir.("Bəqərə”, 125. )
    Bildirişlər
    1. Kəbə xalqın ibadət və duası üçün bünövrəsi qoyulmuş ilk evdir.
    2. Məbudların tarixi keçmişi onların dəyər ölçülərindəndir.
    3. Kəbənin xeyir və bərəkəti təkcə möminlər üçün yox, hamı üçündür.
    4. Xalqın olması Kəbə üçün bir dəyərdir.
    5. Kəbə xalqın hidayət mayasıdır.
    97. فِيهِ آيَاتٌ بَيِّـنَاتٌ مَّقَامُ إِبْرَاهِيمَ وَمَن دَخَلَهُ كَانَ آمِنًا وَلِلّهِ عَلَى النَّاسِ حِجُّ الْبَيْتِ مَنِ اسْتَطَاعَ إِلَيْهِ سَبِيلاً وَمَن كَفَرَ فَإِنَّ الله غَنِيٌّ عَنِ الْعَالَمِينَ
    "Onda aydın nişanələr, (o cümlədən) İbrahimin məqamı var. Hər kəs oraya daxil olsa, amandadır. Allah üçün o evə həccə getmək xalqın öhdəsinədir. (Əlbəttə,) hər kəsdə bu yol üçün güc olsa! Hər kəs küfr etsə (gücü çatdığı halda Həccə getməsə, bilsin ki,) həqiqətən Allah bütün aləmlərdən ehtiyacsızdır.”
    Nöqtələr
    Məkkə və Kəbə ilahi qüdrət və nişanələrin sərgisidir. Bu müqəddəs məhəllin tarixi ibrətamiz xatirələr və əhvalatlarla zəngindir.
    Kəbənin tikintisində İbrahim bənnalıq, İsmail isə fəhləlik etmişlər. Əbrəhənin filə süvar olmuş qoşunu Kəbəni viran qoymaq məqsədi ilə hücum çəkdikdə ilahi qüdrəti və əbabil quşları vasitəsi ilə məhv edilmişlər. Kəbə divarı Əlinin (ə) təvəllüdü zamanı onun anasının daxil olması üçün yarılmışdır. Orada doğulan körpə bir müddət sonra Kəbədəki bütləri yerə dağıtdı. Qara dərili həbəşi qul Bilal, Məkkə əyanlarının bərəlmiş gözləri qarşısında Kəbənin üstünə çıxıb azan dedi. Bir gün də gələr ki, Allahın son höccəti imam Məhdi (ə) əlini onun divarına qoyub bəşəriyyətin xilası üçün nida çəkər, bütün aləmi İslama dəvət edər!
    Məkkə əmin-aman bir ilahi şəhərdir. Bu şəhərə daxil olan kəs amandadır. Hətta cinayətkar bir insan Məscidul-hərama daxil olsa, oradan çıxanadək toxunulmazdır. Onu yalnız sıxıntıda saxlamaqla Məscidül-həramdan çıxmağa vadar etmək olar.("Kafi”, c. 4, səh. 226. )
    Kəbə kənarında İbrahimin məqamı ("Məqame-İbrahim”) yerləşir. Rəvayətlərdə nəql olunduğuna görə, Kəbənin divarlarını ucaldarkən İbrahimin öz ayağı altında qoyduğu daş "Məqame-İbrahim” adlandırılmışdır. Bu daşın üstündə həzrət İbrahimin ayaq izi var. Bu daş və onun üzərindəki izin İsadan və Musadan əsrlərcə qabaqdan bu günədək qorunması, Kəbə ətrafında baş vermiş hadisələrin, döyüşlərin, sellərin təsirindən amanda qalması özü ilahi qüdrət nişanəsidir.
    "Həcc” hərəkətlə müşayiət olunan məqsəd mənasını verir. "Məhəccə” hamar və düz yola deyilir. Bu yol insanı məqsədə çatdırır. İslamda «həcc» dedikdə Allah evinin ziyarəti və bu ziyarətə aid əməllərin yerinə yetirilməsi nəzərdə tutulur.
    İslam Peyğəmbəri (s) Həzrət Əliyə (ə) buyurmuşdur: "Qüvvəsi çatdığı halda həcci inkar və tərk edən hər bir şəxs kafirdir. Bu işi bu gün-sabaha salıb ölən insan yəhudi və məsihi kimi ölmüşdür.”("Mən la yəhzuruhul-fəqih”, c. 4, səh. 368; "Kafi”, c. 4, səh. 265. )
    Həcc xərcinin insanın öz malından olması vacib deyil. Həcc xərci hədiyyə olunan kəs üçün həcc ziyarəti vacibdir.("Kafi”, c. 4, səh. 266. )
    İmam Sadiq (ə) "ayatun bəyyinat” təbiri haqqında buyurmuşdur: "Bu sözdə məqsəd İbrahimin məqamı, həcərül-əsvəd (qara daş) və hicre-İsmaildir.” Həzrətdən soruşurlar ki, əmin-aman məhəl Kəbədir, yoxsa Məscidul-həram bütövlükdə? Həzrət buyurur ki, hərəm (Kəbə və onun ətrafı).("Kafi”, c. 4, səh. 223. )
    Bir şəxs İmam Sadiqdən (ə) əmin-aman yer haqqında soruşduqda imam buyurdu: "Hər kəs bu evi ziyarət etsə və bilsə ki, bu evin ziyarətini Allah əmr etmişdir, eləcə də, Əhli-beyti (ə) lazımınca tanısa, dünya və axirətdə amanda olacaq.("Kafi”, c. 4, səh. 540. )
    Bildirişlər
    1. Allah evində aydın nişanələr çoxdur. Müqəddəslik və mənəviyyat, Adəmdən Xatəmədək peyğəmbərlərin xatirələri, peyğəmbərlər üçün təvaf yeri və hamı üçün qibləgah olma nişanələri həmin qəbildəndir.
    2. İbrahim elə bir məqam sahibidir ki, onun ayaq izi Məkkəni dəyərləndirir.
    3. Vəhhabilərin düşüncəsinin əksinə olaraq, övliyaların yaxınlığındakı əşya müqəddəsləşir.
    4. Yer üzündə müəyyən bir məntəqəni əmin-aman, toxunulmaz qərar verməsi İslamın imtiyazlarındandır. Belə bir göstəriş sayəsində zəiflər və güclülər bir yerdə toplana bilir.
    5. Vacib əməllər insanın boynunda bir növ ilahi əhddir.
    6. Həcc xalisanə və yalnız Allaha xatir olmalıdır.
    7. İnsana verilən göstərişlər onun gücündən yuxarı olmur. İnsanın iqtisadi, fiziki vəziyyəti və ətrafındakı şərait onun imkanını müəyyənləşdirir.
    8. "İstitaət” (vəzifəli sayılmaq üçün zəruri güc) həccin şərtidir.("Kafi”, c. 4, səh. 267 )
    9. Həccin inkarı və onun tərk edilməsi küfr səbəbidir.
    10. Allah bizim əməllərimizdən ehtiyacsızdır. İnsanın yerinə yetirdiyi ilahi göstərişlərin faydası onun özünə aiddir.
    11. Allah dəvət edir, amma minnət götürmür.
    98. قُلْ يَا أَهْلَ الْكِتَابِ لِمَ تَكْفُرُونَ بِآيَاتِ اللّهِ وَاللّهُ شَهِيدٌ عَلَى مَا تَعْمَلُونَ
    "De ki, ey kitab əhli, nə üçün Allahın ayələrinə kafir olursunuz? Halbuki Allah sizin əməllərinizə şahiddir.”
    Bildirişlər
    1. Məzəmmətlə, amma ədəbli şəkildə verilən sual ən yaxşı xəbərdarlıq üsuludur.
    2. Əgər Allahın əməllərimizə şahid olduğunu bilsək, onunla müxalifətçilikdən əl çəkərik.
    3. Kitab əhli gizli şəkildə müsəlmanlara qarşı fəaliyyət göstərirdi.
    99. قُلْ يَا أَهْلَ الْكِتَابِ لِمَ تَصُدُّونَ عَن سَبِيلِ اللّهِ مَنْ آمَنَ تَبْغُونَهَا عِوَجًا وَأَنتُمْ شُهَدَاء وَمَا اللّهُ بِغَافِلٍ عَمَّا تَعْمَلُونَ
    "De ki, ey kitab əhli! Nə üçün iman gətirənləri Allahın yolundan çəkindirirsiniz? Özünüz buna (bu yolun düz olduğuna) şahid olduğunuz halda onu əymək istəyirsiniz. Allah gördüyünüz işlərdən xəbərsiz deyil.”
    Nöqtələr
    Əvvəlki ayədə kitab əhlinin küfrü haqqında soruşuldu. Bu ayədə isə küfr edənlərə belə müraciət olunur: Özünüz ki, iman gətirməmisiniz və ilahi ayələrə küfr edirsiniz, nə üçün başqalarının Allah yolunu getməsinə mane olursunuz?!
    Bildirişlər
    1. Kitab əhli İslamın inkişafının qarşısını almaq üçün maneələr yaradır.
    2. İslamla mübarizə yollarından biri də onun simasını təhrif etməkdir.
    3. Düşmənlər hər an sizi azdırmaq üçün çalışırlar.
    4. Düşmənlər sizin ayinlərinizin haqq olmasını bilirlər.
    5. Fitnəni yaradan azğın alimlərdir.
    6. Əgər Allahın hər an bizim əməllərimizdən xəbərdar olduğuna inansaq, xilaf işlərdən əl çəkərik.
    100. يَا أَيُّهَا الَّذِينَ آمَنُوَاْ إِن تُطِيعُواْ فَرِيقًا مِّنَ الَّذِينَ أُوتُواْ الْكِتَابَ يَرُدُّوكُم بَعْدَ إِيمَانِكُمْ كَافِرِينَ
    "Ey iman gətirənlər! Əgər kitab əhlindən bir dəstəsinə itaət etsəniz, sizi iman gətirdikdən sonra küfrə döndərərlər.”
    Nöqtələr
    Təfsirdə oxuyuruq: Şas ibn Qeys adlı bir yəhudi Mədinə müsəlmanlarının, xüsusi ilə də Ous və Xəzrəc qəbilələrinin səmimiyyətini görüb çox narahat oldu və öz-özünə dedi: "Bu iki qəbilə bir vaxt bir-birləri ilə savaşırdılar. İndi isə Məhəmmədin (s) rəhbərliyi sayəsində sülhə gəlib, mehriban yaşayırlar. Əgər bu vəziyyət davam etsə, yəhudilərin vəziyyəti pis olacaq.” O, ətrafına bir qədər adam toplayıb bir cavanı müsəlmanlar arasında ikitirəlik yaratmaq üçün göndərdi. Bu gənc iki qəbilə arasındakı keçmiş «Biğas» döyüşünü xatırlatmalı və ötən kin-küdurəti təzələməli idi. Həmin gənc öz işini yerinə yetirdi və az qaldı ki, iki tayfa arasında savaş qızışsın. Amma həzrət Peyğəmbər (s) öz sakitləşdirici sözləri ilə onlara xəbərdarlıq etdi və düşmənin qurğusunu açıqladı. Onlar silahı yerə qoyub bir-birləri ilə qucaqlaşdılar və öz əməllərindən peşman oldular. Təfsirçilərin bildirdiyinə görə, bu hadisə ilə bağlı hazırkı və əvvəlki iki ayə nazil oldu. Bu ayələr kitab əhlini məzəmmət etməklə yanaşı, müsəlmanlara xərdarlıq edirdi.("Təfsire-Məcməül-bəyan”; "Təfsire-Ruhul-bəyan”; "Təfsire-Ruhul-məani”; "Təfsire-Kəbir”; "Təfsire-Qurtubi”; "Təfsire-Məraği”; "Təfsire-Nümunə”. )
    Category: Nur təfsiri (2-ci cild) | Added by: Islam_Kitabxanasi (2012-07-27)
    Views: 807 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024